Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-808/2023 28.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, müdafiəçilər Sumqayıt Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.2000-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum edilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə, xx.xx.1999-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum edilməmiş, Qubadlı rayonu Tarovlu kəndində qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən, həmçinin ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə müqavimət göstərməklə qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Belə ki, o tanışı Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında birləşərək xx.xx.2023cü il tarixdə saat 22:40 radələrində Sumqayıt şəhəri 16-cı məhəllə ərazisində yerləşən “Army” marketdə əsaslı səbəb olmadan, ictimai qaydanı kobud syrətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edib, marketdə olan şəxslərə qarşı laqeyidlik və etinasızlıq göstərərək cəmiyyətdə insanlar arasında bərqərar olmuş ədəb qaydalarının qərəzli surətdə pozulmasına səbəb olan nalayiq ifadələrlə ucadan təhqir edərək Zərərçəkmiş şəxs1 sifətinə yumruqla qəsdən zərbələr vuraraq ona sol qulaq önü nahiyəsinin sıyrıqları xəsarəti ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarət və alının sol hissəsinin dərialtı hematoması xəsarəti ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş, sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirmiş, bu zaman cinayətkar qurupun digər üzvü Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 tutub yerə yıxaraq əl və ayaq zərbələri ilə vurmaqla, sağ kürək nahiyənin iki ədəd sıynqları ilə nəticələnən sağlamlığa zərərvurmayan xəsarət yetirmiş, belə bir şəraitdə Zərərçəkmiş şəxs2 ictimai qaydanın pozulmasının qarşısını almağa çalışan zaman ictimai və şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran, ətrafdakı insanlarda qorxu və narahatlıq hissi yaradan hərəkətlər edib Zərərçəkmiş şəxs2 yumruq və təpik zərbələri ilə qəsdən vuraraq sonuncuya budun sol yan səthinin, sol saidin aşağı l\3-nin iç səthinin sıyrıqları kimi sağlamlığa zərərvurmayan və itələyib şüşə qırıntılarının üstünə yıxmaqla, sağ saidin aşağı l\3-nin iç səthinin cərrahi tikişə ehtiyacı olan yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirməklə bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxslər üzərində zor tətbiq olunması ilə, ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə müqavimət göstərməklə müşayiət edilən qərəzli xuliqanlıq cinayətini törətmişdir. Təqsirləndirilən şəxs2 ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Belə ki, o tanışı Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında birləşərək xx.xx.2023cü il tarixdə saat 22:40 radələrində Sumqayıt şəhəri 16-cı məhəllə ərazisində yerləşən “Army’' marketdə əsaslı səbəb olmadan, ictimai qaydanı kobud syrətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edib, marketdə olan şəxslərə qarşı laqeyidlik və etinasızlıq göstərərək cəmiyyətdə insanlar arasında bərqərar olmuş ədəb qaydalarının qərəzli surətdə pozulmasına səbəb olan nalayiq ifadələrlə ucadan təhqir edərək, cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs1, yumruqla qəsdən zərbələr vuraraq döydüyü Zərərçəkmiş şəxs1 tutub yerə yıxmaqla, əl-ayaq zərbələri ilə başına və bədəninə vurub itələyərək arxası üstə vitrinə çırparaq sağ kürək nahiyənin 2 ədəd sıyrıqları ilə nəticələnən sağlamlığa zərərvurmayan xəsarət yetirməklə bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq cinayətini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, hadisədən bir neçə gün əvvəl, tanışı Natiqlə birlikdə Army marketdə işləyən, onun keçmiş iş yoldaşı Rəna Quliyevaya marketdə yaxınlaşaraq, əvvəllər həmin marketdə işləmiş Natiq Şıxəliyevin anasının mobil telefon nömrəsini ona deməsini xahiş etmiş, Rəna, Natiq Şıxəliyevin anasının telefon nömrəsini unutduğunu bildirmişdir. Təxminən 3 gün sonra o, Rənanın oğlu Ruslanla qarşılaşdıqda, Ruslan nə məqsədlə onun anasına yaxınlşdıqlarını soruşmuş, o, Natiq Şıxəliyevin anasının telefon nömrəsini soruşmaq üçün yaxınlaşdıqlarını bildirmişdir. xx.xx.2023-cü il tarixdə o, tanışı Təqsirləndirilən şəxs2la görüşdükdə, Ruslanın nə üçün onun anası Rənaya yaxınlaşdıqlarını ondan soruşduğunu, onların Rənaya yaxınlaşıb Natiq Şıxəliyevin anasının telefon nömrəsini istəmələrindən narahat olduğunu bildirmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs2 Ruslana zəng edərək onun anasına yaxınlaşıb Natiq Şıxəliyevin telefon nömrəsini istəmələrinə görə hər hansı bir iradı olub-olmadığını soruşduqda Ruslamn ona heç bir söz demədiyini bildirmişdir. O, Natiqlə Ruslanın danışıqlarım eşitdiyi üçün telefonu Natiqdən alıb Ruslanla özü danışmış və nə üçün yalan dediyini bildirmişdir. Bu minvalla Ruslanla onun arasında telefonda mübahisə yaranmış, Ruslanla o, bir-birinin ünvanına nalayiq ifadələr işlətmişdir. O, Ruslanı öz olduğu yerə-Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisinə çağırmışdır. Ancaq Ruslan, getməkdən imtina etdiyi üçün o, saat təxminən 21:50 radələrində Natiqlə birlikdə Ruslanın işlədiyi “Army” marketə getmişdir. O, Ruslandan marketdən bayıra çıxmasını tələb etsə də, Ruslan marketdən bayıra çıxmaqdan imtina etdiyi üçün, Natiqlə birlikdə marketə girmiş və Ruslanın üstünə gedib əl zərbələri ilə onu vurmağa başlamışdır. Ruslan da, onun bədənindən tutmuşdur. Dostu Natiq də müdaxilə edərək ona köməklik etmiş və Ruslanı yerə yıxmışdır. O, Ruslanla dava-dalaş etdiyi vaxt marketdə olan tanımadığı şəxs onları aralamaq məqsədi ilə onu tutub arxaya çəkdikdə, o, çərəz vitrininin üstünə yıxılmış, şüşə vitrin sındığı üçün onun sağ əlinin barmağı kəsilərək xəsarət almışdır. Bu zaman o, adının Ramil olduğunu sonradan öyrəndiyi, onları ayırmağa çalışan həmin şəxsin münaqişəyə müdaxilə etməsindən əsəbləşdiyi üçün Ramillə də, münaqişə etməyə, Ramili əl-ayaq zərbələri ilə vurmağa başlamışdır. Hətta onun dostu Natiq də, Ramillə mübahisə etmişdir. Sonra marketdə olan digər şəxslər yaxınlaşıb onları aralamış, hadisə yerinə gələn polis əməkdaşlan onlan 4-cü polis bölməsinə aparmışdır. Daha sonra Təqsirləndirilən şəxs1 özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərin ona qarşı heç bir tələblərinin və şikayətlərinin olmamasını, vətən müharibəsi iştiakçısı olmasını, ailəli olmaqla himayəsində bir azyaşlı övladının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, hadisədən bir neçə gün əvvəl, tanışı Təqsirləndirilən şəxs1 onunla birlikdə Sumqayıt şəhəri, 16-cı məhəllə ərazisində yerləşən “Army” marketdə işləyən, Xaliqin keçmiş iş yoldaşı Rəna Quliyevaya həmin marketdə yaxınlaşaraq, əvvəllər həmin marketdə işləmiş Natiq Şıxəliyevin anasının mobil telefon nömrəsini istəmiş, Rəna, Natiq Şıxəliyevin anasının telefon nömrəsini unutduğunu bildirmişdir. xx.xx.2023-cü il tarixdə o, Təqsirləndirilən şəxs1la görüşdükdə, Xaliq, Ruslanın, nə üçün Ruslanın anası Rənaya yaxınlaşdıqlarını Xaliqdən soruşduğunu, onların Rənaya yaxınlaşıb Natiq Şıxəliyevin anasının telefon nömrəsini istəmələrindən Ruslanın narahat olduğunu ona bildirmişdir. Bu səbəbdən də o, Ruslana zəng edərək, Xaliqlə onun Ruslanın anasına yaxınlaşıb, Natiq Şıxəliyevin telefon nömrəsini istəmələrinə görə hər hansı bir iradı olub-olmadığını, ümumiyyətlə, Xaliqə yaxınlaşıb bu barədə nəsə deyib-demədiyini soruşduqda Ruslan, onların Ruslanın anasına yaxınlaşıb telefon nömrəsi istəmələri barədə Xaliqə heç bir söz demədiyini bildirmişdir. Xaliq onunla Ruslanın danışıqlarını eşitdiyi üçün telefonu ondan alıb Ruslanla özü danışmış və Ruslana nə üçün yalan danışdığını bildirmişdir. Bu münvalla Ruslanla Xaliqin arasında telefonda mübahisə yaranmışdır. Xaliq və Ruslan birbirilərinin ünvanına nalayiq ifadələr işlətmişdir. Xaliq, Ruslanı Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisinə çağırmış, ancaq Ruslan, gəlməkdən imtina etdiyi üçün, saat təxminən 21:50 radələrində o, Xaliqlə birlikdə Ruslanın işlədiyi “Army” marketə getmişdir. Ruslandan marketdən bayıra çıxmasını tələb etsələr də, Ruslan marketdən bayıra çıxmaqdan imtina etdiyi üçün, Xaliq və o, birlikdə marketə girmişlər. Xaliq, telefonla danışdıqları zaman Ruslanın Xaliqin ünvanına nalayiq ifadələr işlətdiyi üçün Ruslanın üstünə cumub əl zərbələri ilə Ruslanı vurmağa başlamışdır. Ruslan da, Xaliqin bədənindən tutmuş və Xaliqlə Ruslan yaxalaşmışlar. Bu zaman o, da müdaxilə edərək Xaliqə köməklik etmiş və Ruslanı yerə yıxaraq əl və ayaq zərbələri ilə Ruslanın bədəninin müxtəlif nahiyələrinə vurmağa başlamışdır. Xaliq, Ruslanla dava-dalaş etdiyi vaxt marketdə olan tanımadığı şəxs aralaşdırmaq məqsədi ilə Xaliqi tutub arxaya çəkdikdə, Xaliq çərəz vitrininin üstünə yıxılmış və şüşə vitrin sındığı üçün Xaliqin sağ əlinin barmağı kəsilərək xəsarət almışdır. Bu zaman Xaliq münaqişəyə müdaxilə etməsindən əsəbləşdiyi üçün Ramil ilə də münaqişə etməyə, Ramili əl-ayaq zərbələri ilə vurmağa başlamışdır. O da Ramillə sözlə mübahisə etsə də, onu vurmamış, heç bir xəsarət yetirməmişdir. Sonra marketdə olan digər şəxslər yaxınlaşıb onları aralamış və hadisə yerinə gələn polis əməkdaşları onları 4cü polis bölməsinə aparmışlar. Daha sonra Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərin ona qarşı heç bir tələblərinin və şikayətlərinin olmamasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli olmaları özlərinin etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, iş materiallarında əlavə edilmiş diskdə olan video görüntülər, ekspert rəyləri və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, hadisədən təxminən 45 gündən artıq olamış ki, Sumqayıt şəhəri, 16-cı məhəllə ərazisində yerləşən “Army” marketdə meyvə-tərəvəz satışı ilə məşğul olmuş, onun anası X6 da “Army” marketin 1-ci mərtəbəsində yerləşən “Sədərək” marketdə satıcı işləmişdir. Hadisədən təxminən 2 həftə öncə, əvvəllər həmin mağazada mühafiəçi işləmiş Təqsirləndirilən şəxs1 və Xaliqin dostu Təqsirləndirilən şəxs2 sözügedən marketdə onun anasına yaxınlaşıb, əvvəllər həmin marketdə işləyən Natiq Şıxəliyev adlı şəxsin və ya onun anasının telefon nömrəsini istəmişlər. Bu barədə anası ona dedikdən sonra öyrənmişdir. Həmin marketdə işlədiyi halda Xaliq və Natiqin ona deyil, onun anasına yaxınlaşıb kiminsə telefon nömrəsini soruşmaları ona xoş gəlmədiyi üçün, o, Xaliqlə görüşdükdə Xaliqə öz narazılığını bildirmiş, Xaliq də onu anlayışla qarşılamışdır. Ancaq bir müddət sonra, yəni xx.xx.2023-cü il tarixdə, axşam saatlarında Xaliqin dostu Təqsirləndirilən şəxs2 ona zəng edərək onun anasına yaxınlaşıb, Natiq Şıxəliyevin telefon nömrəsini istəmələrinə görə hər hansı bir iradı olub-olmadığını, ümumiyyətlə Xaliqə yaxınlaşıb bu barədə nəsə dediyini soruşduqda o, Xaliqlə Natiqin onun anasına yaxınlaşıb telefon nömrəsi istəmələri ilə bağlı Xaliqə narahat olacaq heç bir söz demədiyini, aralarında olan söhbət zamanı Xaliqin onu anlayışla qarşıladığını bildirmişdir. Bu zaman Xaliq telefonu Natiqdən alıb, onu yalan danışmaqda günahlandıraraq, Xaliqlə görüşündə onun anasına yaxınlaşıb söz soruşmalarının düzgün hərəkət olmadığını dediyini və bir daha onun anasına yaxınlaşıb söz soruşmalarını qadağan etdiyini bildirmişdir. Bu minvalla Xaliqlə onun arasında telefonda mübahisə yaranmış, Xaliqlə o bir-birlərinin ünvanına nalayiq ifadələr işlətmişlər. Xaliq onu Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisinə çağırmış, ancaq o, getməkdən imtina etdiyi üçün həmin gün təxminən saat 21:50 radələrində Xaliq və Natiq birlikdə onun işlədiyi “Army” marketə getmişlər. Xaliq və Natiq ondan marketdən bayıra çıxmasını tələb etsələr də, o marketdən bayıra çıxmaqdan imtina etmiş, bundan sonra onlar birlikdə marketə girmiş və Xaliq onun üstünə gələrək onun alnına, sifətinin sol tərəfinə vurmuşdur. O, Xaliqi itələyib özündən kənarlaşdırmağa çalışarkən, Natiq müdaxilə edib onu yerə yıxmış əl-ayaq zərbələri ilə başına və bədəninə vurmuşdur. Natiqin zərbələri nəticəsində o, arxası üstə sürüşərək vitrinə çırpılmış və kürəyi xəsarət almışdır. Bu zaman ətrafda olan şəxslər yaxınlaşaraq onları aralamış və Natiqi kənara çəkməklə onu daha çox döymələrinə mane olmuşlar. Ancaq Xaliq onları aralayan şəxslərdən biri ilə münaqişə etmişdir. Ətrafdakılar onları sakitləşdirmək istədikdə Natiq yenidən onun üstünə gələrək əl zərbələri ilə onun başına, alnına vurmuşdur. Bu zaman ətrafda olan şəxslər Natiqi tutub kənara çəkmiş, bir qədər sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və onları polis bölməsinə aparmışlar. Bundan əlavə Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi ərizədə təqsirləndirilən şəxslər ilə barışdığını, təqsirləndirilən şəxslərə qarşı heç bir tələbinin və şikayətinin olmamasını göstərərək, bu halların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 22:00 radələrində Sumqayıt şəhəri, 16-cı məhəllə ərazisində yerləşən “Army” marketdə alış-veriş edərkən, marketə daxil olan, adının Xaliq olduğunu sonradan öyrəndiyi 1 nəfər şəxs meyvə-tərəvəz satışı ilə məşğul olan, adının Ruslan olduğunu sonradan öyrəndiyi şəxsin üstünə gedərək Ruslanı döyməyə başlamışdır. O, müdaxilə edib həmin şəxsləri aralamağa çalışmış və satıcını döyən Xaliq adlı şəxsi tutub kənara çəkmişdir. O, Xaliqi kənara çəkdikdən sonra sonuncunun digər tanışı, adının Natiq olduğunu sonradan öyrəndiyi şəxs Ruslanın üstünə gedərək əl və ayaq zərbələri ilə Ruslanı döyməyə başlamışdır. Bu zaman tanımadığı başqa bir şəxs də, yaxınlaşıb ona köməklik edərək Xaliqi tutub kənara çəkdikdə ehtiyatsızlıqdan həmin şəxs və Xaliq marketdəki şüşə vitrinin üzərinə yıxılmışlar və vitrinin sınması nəticəsində Xaliqin əli kəsilərək xəsarət almışdır. Ancaq Xaliq sakitləşməyərək yenidən Ruslanın üstünə cumub vurmaq istədikdə o, yenə müdaxilə edib Xaliqi sakitləşdirməyə çalışdıqda Xaliq onun müdaxilə etməsindən əsəbləşərək onun ünvanına nalayiq ifadələr işlətmiş və üstünə hücum çəkərək əl-ayaq zərbələri ilə onu vurmuş və itələyib yıxmışdır. Ətrafda olan digər şəxslər Xaliqi tutub kənarlaşdırdıqdan sonra Xaliqin tanışı Natiq də onunla sözlə mübahisə etmiş və ünvanına nalayiq ifadələr işlətmişdir. Xaliqin onu əl və ayaq zərbələri ilə vurması nəticəsində burnu, sol əli xəsarət almışdır. Hətda Xaliq onu itələyib sınmış şüşə vitrinin üzərinə yıxdığı üçün onun sağ əli kəsilərək xəsarət almışdır. Bir qədər sonra polis əməkdaşaları hadisə yerinə gəlmiş və onları polis bölməsinə aparmışlar. Həmçinin Zərərçəkmiş şəxs2 öz ifadəsində polis əməkdaşlarına heç bir tabesizlik göstərmədiyini, səbəbsiz yerə döyülüb xəsarət aldığı üçün əsəbləşdiyindən hansısa qeyri-etik ifadə işlətdiyini, polis əməkdaşı Şahid2 onu səhv başa düşdüyünü qeyd etmişdir. Bundan əlavə Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi ərizədə təqsirləndirilən şəxslər ilə barışdığını, təqsirləndirilən şəxslərə qarşı heç bir tələbinin və şikayətinin olmamasını göstərərək, bu halların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 Murğuz oğlu ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 22:45 radələrində mühafizəçi vəzifəsində işlədiyi Sumqayıt şəhəri, 16-cı məhəllə ərazisində yerləşən “Army” marketdə xidmətdə olan zaman, adlarının Xaliq və Natiq olduqlarını sonradan öyrəndiyi iki nəfər şəxs marketə daxil olaraq, marketdə meyvə şöbəsində satıcı işləyən Ruslana tərəfə getmişlər. Xaliq uca səslə Ruslanın ünvanına nalayiq ifadələr işlədib Ruslanı təhqir etmiş və sonra Ruslanın üstünə gedərək yumruq zərbələri ilə onu döyməyə başlamışdır. Bu zaman həmin şəxslərin yaxınlığında olan Ramil müşdəri Xaliqi tutub kənara çəkməyə çalışmışdır. O, da dərhal müdaxilə edərək Xaliqi tutub arxaya tərəf çəkdikdə ehtiyatsızlıqdan Xaliq və o, şüşə vitrinin üzərinə yıxılmış, şüşə vitrin sındığı üçün Xaliqin əli kəsilərək xəsarət almışdır. O və Ramil, Xaliqi sakitləşdirməyə çalışdıqları ərəfədə Xaliqin tanışı Natiq də, Ruslanın üstünə gedərək uca səslə onun ünvanına nalayiq ifadələr işlətmiş və onu tutub yerə yıxaraq əlayaq zərbələri ilə vurmağa başlamışdır. Həmin ərəfədə marketin Hacı adlı satıcısı yaxınlaşaraq Natiqi tutub kənara çəkmiş və Ruslanı daha çox döyməsinə imkan verməmişdir. Hətda Xaliq, Ramilin münaqişəyə müdaxilə etməsindən əsəbləşib Ramil ilə də münaqişə edərək, əl-ayaq zərbələri ilə Ramili vurmuş və Ramili itələyərək şüşə qırıntılarının üzərinə yıxmışdır. Nəticədə Ramilin əli kəsilərək xəsarət almışdır. Sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və həmin şəxsləri polis bölməsinə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin PPXT-nun 1-ci bölüyünün polis nəfəri Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 22:45 radələrində 9137 saylı avtopatrulda xidmət yoldaşlan Şahid2 və Şahid3 ilə birlikdə xidmətdə olan zaman, Sumqayıt ŞPİ-nin PPXT-nun növbətçi hissəsi-“Çinar-5”-radiorabitə vasitəsi ilə əlaqəyə çıxaraq, Sumqayıt şəhəri, 16-cı məhəllə ərazisində yerləşən “Army” marketin içərisində “dava-dalaş” olduğunu bildirib, həmin əraziyə yaxınlaşmalarını göstəriş vermiş, onlar dərhal həmin mağazaya getmiş, mağazada bir neçə şəxsin münaqişə etdiklərini görüb həmin şəxslərə yaxınlaşıb sakitləşmələrini və münaqişəyə son qoymalarını tələb etmişlər. Münaqişədə iştirak edən şəxslərdən biri, adının Zərərçəkmiş şəxs2 olduğunu sonradan öyrəndiyi şəxs mağazanı tərk edib getmək istədikdə onlar həmin şəxsi saxlamış və getməsinə mane olmuşlar. Bu zaman Zərərçəkmiş şəxs2, heç bir təqsiri olmadığını, münaqişə edən şəxsləri ayırmağa çalışarkən dava-dalaş edən şəxslərdən birinin Ramili döyüb xəsarət yetirdiyini, polis avtomobilinə əyləşib polis bölməsinə getmək istəmədiyini bildirmişdir. Ancaq Ramilin polis bölməsinə gedərək, hadisə ilə bağlı izahat verməli olduğunu bildirib digər şəxslərlə birlikdə Ramili də, xidməti avtomobilə əyləşdirib 4-cü polis bölməsinə aparıb təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin PPXT-nun 1-ci bölüyünün polis nəfəri Şahid2 ondan əvvəl məhkəmə iclasında ifadə vermiş Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Məhkəməyədək icraat dövründə ifadə vermiş, məhkəmə iclasında iştirak etməyən şahid Sumqayıt ŞPİ-nin PPXT-nun 1-ci bölüyünün polis nəfəri Şahid3 ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o məhkəmə iclasında ifadə vermiş Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Məhkəməyədək icraat dövründə ifadə vermiş, məhkəmə iclasında iştirak etməyən şahid Sumqayıt ŞPİ-nin PPXT-nun 1-ci bölüyünün manqa komandiri Şahid4 ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 22:50 radələrində Sumqayıt şəhəri, 16-cı məhəllə ərazisi yaxınlığında xidmətdə olan zaman, Sumqayıt ŞPİ-nin PPXT-nun növbətçi hissəsi-“Çinar-5”-radiorabitə vasitəsi ilə əlaqəyə çıxaraq, Sumqayıt şəhəri, 16-cı məhəllə ərazisində yerləşən “Army” marketin içərisində “dava-dalaş” olduğunu bildirib, həmin əraziyə yaxınlıqda xidmət aparan PPXT əməkdaşlarının da hadisə yerinə yaxınlaşmaları və müvafiq tədbirlər görmələri barədə göstəriş vermişdir. O, dərhal həmin yerə yaxınlaşmış və “Army” marketdə insanların toplaşdığını görmüşdür. Ondan öncə hadisə yerinə yaxınlaşan polis əməkdaşları isə münaqişə edən şəxsləri aralamış və sakitləşdirmişdirlər. Hadisə yerində olan Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat qrupunun üzvləri dava-dalaş edən şəxslərdən birini 4-cü polis bölməsinə aparmasını ondan xahiş etmişlər. O, həmin şəxsi 9136 çağrışlı avtopatrula əyləşdirib 4-cü polis bölməsinə aparıb təhvil vermişdir. Bölmədə məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxs1dur. Cinayət işinin 1-ci cild 51-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cild 101-102-ci vərəqələrində olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 müvəqqəti saxlama yerindən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cild 70-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cild 118-119-cu vərəqələrində olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 müvəqqəti saxlama yerindən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cild 122-125-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 Publik Hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 797 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində sağ kürək nahiyənin 2 (iki) ədəd, sol qulaqönü nahiyənin sıyrıqları, alının sol hissəsinin dərialtı hematoması xəsarətləri vardır. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin müayinəsindən 1-2 gün əvvəl olmaqla 29.05.23-cü il tarixdə əmələ gələ bilər, özü-özünə yetirməsi istisna edilir və dərəcəsinə görə almın sol hissəsinin dərialtı hematoması sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa Yüngül, digər xəsarətlər yəni-sağ kürək nahiyənin 2 (iki) ədəd sol qulaqönü nahiyənin sıyrıqları isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Cinayət işinin 1-ci cild 126-129-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 Publik Hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 800 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində burunun sol yan səthinin, sol saidin aşağı 1\3-nin iç səthinin sıyrıqları, sağ saidin aşağı 1\3-nin iç səthinin cərrahi tikişə ehtiyacı olan yarası xəsarətləri vardır. Qeyd olunan xəsarətlərdən –burunun sol yan səthinin, sol saidin aşağı 1\3-nin iç səthinin sıyrıqları küt əşya (əşyalar), digər xəsarət yəni sağ saidin aşağı 3\1-nin iç səthinin cərrahi tikişə ehtiyacı olan yarası isə iti kənara və uca malik olan əşyanın təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin müayinəsindən 1-2 gün əvvəl olmaqla 29.05.23-cü il tarixdə əmələ gələ bilər, özü-özünə yetirməsi istisna edilir və dərəcəsinə görə burunun sol yan səthinin, sol saidin aşağı 1\3-nin iç səthinin sıynqlan sağlamlığa zərərvurmayan, digər xəsarət, yəni - saidin aşağı 1\3-nin iç səthinin cərrahi tikişə ehtiyacı olan yarası isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. Cinayət işinin 1-ci cild 17-ci vərəqəsinə əlavə edilmiş diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, 2 nəfər şəxsin marketə daxil olaraq meyvə-tərəvəz şöbəsinin satıcısının üstünə hücum edərək, əl və ayaq zərbələri ilə onu döymələri, eləcə də, həmin şəxslərdən birinin onları aralamaq istəyən digər şəxsə də müqavimət göstərməsi müşahidə olunur. Həmçinin digər şəxslərin də müdaxiləsi sayəsində münaqişənin qarşısı alınır. Həmçinin müəyyən edilmişdir ki, marketə daxil olaraq qeyd edilən hərəkətləri törədən şəxslər hazırki iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2dur. Cinayət işinin 1-ci cild 195-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum edilməmişdir. Cinayət işinin 1-ci cild 196-197-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum edilməmişdir. Cinayət işinin 1-ci cild 190-cı vərəqəsində olan 2 saylı Sumqayıt Regional Asan Xidmət Mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X.G.X2 ilə evlidir və birgə nikahlarında xx.xx.2023-cü il təvəllüdlü X7 anadan olmuşdur. Cinayət işinin 1-ci cild 192-ci vərəqəsində olan 4 saylı MKİS tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Cinayət işinin materiallarına əlavə edilmiş “vətən müharibəsi iştirakçısı” medalı vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 vətən müharibəsi iştirakçısıdır. Cinayət işinin materiallarına hərbi biletin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Cəbrayıl rayonu istiqamətində xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə sanitar vəzifəsində iştirak etmişdir. Cinayət işinin 1-ci cild 194-cü vərəqəsində olan İnşaatçı 1 saylı Məhəllə Komotəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxslərin özlərinin etirafı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, iş materiallarına əlavə edilmiş diskdə olan video göüntülər və digər iş materialları ilə Təqsirləndirilən şəxs1 ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən, həmçinin ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə müqavimət göstərməklə qərəzli hərəkətlər edərək xuliqanlıq etmə, Təqsirləndirilən şəxs2 isə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmə cinayətini törətməsi sübuta yetirildi. Bu əməllərə görə Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 əməli isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə tövsif edilməli və onlar həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 221.2-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər 221.2.1. bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə; 221.2.2. ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə - iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən, törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə məhkum edilməsini, zərərçəkmiş şəxslərlə baışmasını, zərərçəkmiş şəxslərin ona qarşı heç bir tələblərinin və şikayətlərinin olmamasını, vətən müharibəsi iştirakçısı olmasını, ailəli olmaqla bir azyaşlı övladının olmasını və barəsində verilmiş müsbət xasiyyətnaməni cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla N.B.Baramovun özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə məhkum edilməsini, zərərçəkmiş şəxslərlə baışmasını, zərərçəkmiş şəxslərin ona qarşı heç bir tələblərinin və şikayətlərinin olmamasını və barəsində verilmiş müsbət xasiyyətnaməni cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs N.B.Baramovun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının 2-ci bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Həmin Qərarın 3-cü bəndində izah edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər Məhkəmə Təqsirləndirilən şəxs N.B.Baramova cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, yəni özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə məhkum edilməsini, zərərçəkmiş şəxslərlə baışmasını, zərərçəkmiş şəxslərin ona qarşı heç bir tələblərinin və şikayətlərinin olmamasını, vətən müharibəsi iştirakçısı olmasını, ailəli olmaqla bir azyaşlı övladının olmasını və barəsində verilmiş müsbət xasiyyətnaməni, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 221.2.1 və 221.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulan islah işləri növündə cəzaya məhkum edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 30 may 2023-cü il tarixdən 01 iyun 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətinin 01 (bir) günü 04 (dörd) gün islah işlərinə bərabər tutularaq, ümumilikdə 08 (səkkiz) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti islah işləri cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin əvvəli onun qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalı və onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə digər Təqsirləndirilən şəxs2 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, yəni özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə məhkum edilməsini, zərərçəkmiş şəxslərlə baışmasını, zərərçəkmiş şəxslərin ona qarşı heç bir tələblərinin və şikayətlərinin olmamasını və barəsində verilmiş müsbət xasiyyətnaməni, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan islah işləri növündə cəzaya məhkum edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 30 may 2023-cü il tarixdən 01 iyun 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətinin 01 (bir) günü 04 (dörd) gün islah işlərinə bərabər tutularaq, ümumilikdə 08 (səkkiz) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti islah işləri cəzası cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin əvvəli onun qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalı və onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt Reional Vəkil Bürosunun vəkillərinə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirli bilinərək qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 30 may 2023-cü il tarixdən 01 iyun 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətinin 01 (bir) günü 04 (dörd) gün islah işlərinə bərabər tutularaq, ümumilikdə 08 (səkkiz) gün ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətinə islah işləri cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun qazancından tutulmalar aparıldığı gündən hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 30 may 2023-cü il tarixdən 01 iyun 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətinin 01 (bir) günü 04 (dörd) gün islah işlərinə bərabər tutularaq, ümumilikdə 08 (səkkiz) gün ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətinə islah işləri cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun qazancından tutulmalar aparıldığı gündən hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə sübut kimi tanınmış bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdikyi 16 saata görə 96 (doxsan altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 16 saata görə 96 (doxsan altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə ekspertiza xərcləri və mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №1(060)-808/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-808/2023
28.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver