Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-809/2023 29.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X7 oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs, müdafiəçi “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1972-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi işlə məşğul olan, əvvəllər məhkum olunmuş, lakin məhkumluğu ödənilmiş, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Sumqayıt şəhəri, 2-ci məhəllə, ev 102, mənzil 7-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi, tərkibində narkotik maddələr olan xeyli miqdarda çətənə bitkisinin toxumlarını yaşadığı Sumqayıt şəhəri, 2-ci məhəllə, ev 102, mənzil 7 ünvanının eyvanında əkib aqrotexniki qaydada qulluq etmiş və yetişdirməklə kultivasiya etmiş, bu barədə daxil olmuş məlumat əsasında Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə, saat 22 radələrində Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri, 2-ci məhəllənin ərazisində 102 saylı yaşayış binasının qarşısında küçədə saxlanılaraq, Sumqayıt ŞPİ-nə dəvət edilmiş və xidməti otaqların birində videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşya və ya predmetin olmadığı, yaşadığı Sumqayıt şəhəri, 2-ci məhəllə, ev 102, mənzil 7 ünvanında çətənə bitkisi kollarını əkib aqrotexniki qaydada qulluq etdiyini və yetişdirdiyini bildirdikdən sonra, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanın eyvanında Təqsirləndirilən şəxs 09 ədəd plasmas qabda qanunsuz olaraq əkib yetişdirdiyi, xeyli miqdarda 09 ədəd yaş vəziyyətdə ümumi çəkisi 45 qram olan bitki nümunələri, əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Sumqayıt şəhəri, 2-ci məhəllə, ev 102, mənzil 7-də 1935-ci il təvəllüdlü anası X5 ilə bir yerdə yaşayır. Anası xəstədir, sərbəst gəzib hərəkət edə bilmir, evdən həyətə belə kömək olmadan düşə bilmir, ona yalnız özü köməklik edir. Evdə onunla özü tək yaşayır. Rəsmi iş yeri yoxdur, taksi fəaliyyəti ilə məşğul olur. 2012-ci ildən spid xəstəliyindən əziyyət çəkir, özü 2-ci qrup əlildir, narkotikdən əziyyət çəkdiyinə görə Sumqayıtda narkoloji dispanserdə qeydiyyatdadır. İki ildir ki, narkotik aludəçisidir, narkotik vasitə olan nəşədən çəkməklə istifadə edir. Narkotikə olan tələbatını ödəmək üçün müxtəlif yerdərdə tanımadığı şəxslərdən narkotik vasitə nəşə alıb şəxsi istifadəsi üçün üstündə saxlayır. xx.xx.2023-cü il tarixdə, saat 22 radələrində yaşadığı Sumqayıt şəhəri, 2-ci məhəllə, ev 102-nin qarşısında küçədə olan zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edib, onu narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində, əkib becərilməsində şübhəli olduğunu bildirib Sumqayıt şəhər polis idarəsinə dəvət etmişlər. O, etiraz etməmiş, özü polis əməkdaşları ilə birlikdə Sumqayıt şəhər polis idarəsinə gəlmişdir. İdarənin xidməti otaqların birində üzərinə videoçəkiliş ilə şəxsi axtarış keçiriləcəyini bildirmişlər və o, buna etiraz etməmiş, ona hüquq və vəzifələri barədə bildiriş, hüquqlarının müdafiəsi üçün Regional vəkil bürosunun vəkili X6 təqdim olunmuşdur. Üzərində qanunla qadağan edilmiş əşyanın olub olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif etmişlər. O, bildirmişdir ki, üzərində qadağan edilmiş əşya və yaxud predmet yoxdur, lakin yaşadığı ünvanda özü istifadə etmək üçün 9 ədəd plasmas qabda 9 kol narkotik tərkibli çətənə bitkiləri əkdiyini, onlara qulluq etdiyini, həmin bitkiləri polis əməkdaşlarına etiraf edərək göstərə biləcəyini demişdir. Eyni zamanda polis əməkdaşlarının evinə baxış keçirilməsinə etiraz etməmiş, bu barədə polis idarəsində ərizə də yazmışdır. Polis əməkdaşları vəkilin və aqronom Xəyyam Həmidovun iştirakı ilə onun yaşadığı ünvana gəlmişlər. Onların iştirakı ilə polis əməkdaşları evinə baxış keçirmişlər. Baxış zamanı evinin eyvanında 9 ədəd plasmas qabda ayrı-ayrılıqda əkdiyi 9 ədəd kol polis əməkdaşlar tərəfindən götürülmüşdür. Həmin 9 ədəd kol narkotik təbiətlidir, həmin kolları özü istifadə etmək üçün əkmiş, onlara qulluq etmişdir. O, çəkmək üçün aldığı nəşədən toxumlarını ayırıb özü üçün götürmüş, təxminən bir ay olar ki, evdə plasmas qablara torpaq töküb hər qaba bir toxum əkmiş, vaxtaşırı sulamış, onların böyüməsinə nəzarət etmişdir. Bunu etməkdə məqsədi özü istifadə etmək olmuş, çünki maddi imkanı olmadığından hər dəfə pul verib narkotik ala bilmir, onun satmaq, pul əldə etmək niyyəti olmamışdır. Məhkəmə iclasında şahid Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis polkovnik leytenantı Şahid2 ifadəsində göstərdi ki, Sumqayıt şəhəri, 2-ci məhəllə, ev 102, mənzil 7-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi, istifadə etməsi, əkib becərməsi barədə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşı Şahid1la birlikdə əməliyyat qrupu yaradaraq tədbirlər keçirmişlər. Keçirilən tədbirlər nəticəsində xx.xx.2023-cü il tarixdə, saat 22 radələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində, istifadə edilməsində, əkib becərməsində şübhəli olduğunu bildirib yaşadığı Sumqayıt şəhəri, 2-ci məhəllə, 102 saylı yaşayış binasının qarşısında küçədə saxlayaraq Sumqayıt ŞPİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi məqsədilə vəkil dəvət edilmiş, şəxsi axtarış keçirilməmişdən əvvəl isə saxlanılan Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra idarənin inzibati otaqlarının birində videoçəkilişlə üzərinə şəxsi axtarış keçirəcəklərini və üzərində qeyri qanuni nə varsa təqdim etməsini bildirmişlər. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində qanunsuz hər hansı əşya və ya predmet yoxdur. Lakin yaşadığı ünvanda narkotik tərkibli bitki kolları əkib, qulluq etdiyini, həmin kolları təqdim edə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri, 2-ci məhəllə, ev 102, mənzil 7 ünvanına baxış keçirilməsi üçün polis əməkdaşlarının, müdafiəçinin, mütəxəssis Xəyyam Həmidovun iştirakı ilə həmin ünvana getmişlər. Həmin ünvana baxış keçirilmiş, baxış zamanı evin eyvanından ayrı ayrılıqda 9 ədəd plasmas qabda narkotik tərkibli bitki kolları aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin 9 ədəd kol narkotik təbiətlidir, həmin kolları özü istifadə etmək üçün əkmiş, onlara qulluq etmişdir. Çəkmək üçün aldığı nəşədə toxumların ayırıb özü üçün götürmüş, təxminən bir ay olar ki, evdə plasmas qablara torpaq töküb hər qaba bir toxum əkmiş, vaxtaşırı sulamış, onların böyüməsinə nəzarət etmişdir. Bunu etməkdə məqsədi özü istifadə etmək olmuşdur. Baxış zamanı mütəxəssis Xəyyam Həmidov həmin bitki kollarına aqrotexniki qaydada qulluq edildiyini, narkotik tərtibli olduğunu bildirmişdir. Şahid Sumqayıt ŞPİ-nin NMB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ibtidai istintaq zamanı verdiyi ifadə məhkəmə iclasında elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı baxış keçirilmiş Təqsirləndirilən şəxs Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq üzərində şəxsi axtarış keçirilərkən, həmçinin onun yaşadığı mənzilə baxış keçirilərkən qeydə alınmış video görüntülərlə şahidlərin ifadələrində göstərdikləri bir daha təsdiq olunmuşdur. Məhkəmə tərəfindən iş üzrə aşağıdakı sübutlar tədqiq edilmişdir. Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 237.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 22:00-da Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. “Şəxsi axtarışın keçirilməsi barədə” xx.xx.2023-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs, Sumqayıt şəhəri 2-ci məhəllə ərazisində yerləşən 102 saylı yaşayış binasının qarşısından Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə, saat 22:00-də saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilmişdir. Təqsirləndirilən şəxs Plnə gətirildikdən sonra inspektor-kriminalist rəqəmsal tipli “Panasonic” markalı videokameranı işə salınmış və iştirakçılarla birlikdə həmin tarixdə xidməti otaqların birində onun üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub -olmaması, əgər vardırsa, həmin əşyanı təqdim etməyi təklif edilmişdir. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və yaxud maddi subut olmadığı bildirmişdir. Onun üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya və yaxud maddi sübut aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun üzərindən aşkar edilmiş 55 manat pul xüsusi əhəmiyyət kəsb etmədiyindən özünə geri qaytarılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs özünün narkotik vasitələrin istifadəçisi olduğunu, yaşadığı ünvanda şəxsi istifadəsi üçün ümumilikdə 9 ədəd dibçəkdə narkotik tərkibli bitkilər əkib-becərdiyini bildirmişdir. “Baxış keçirilməsi və götürlmə” barədə xx.xx.2023-cü il tarixli protokola əsasən Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri, 2-ci məhəllə, ev 102, mənzil 7 ünvanına baxış keçirilməsi üçün polis əməkdaşlarının, müdafiəçinin, mütəxəssis Xəyyam Həmidovun iştirakı ilə həmin ünvana getmişlər. Həmin ünvana baxış keçirilmiş, baxış zamanı evin eyvanından ayrı ayrılıqda 9 ədəd plasmas qabda narkotik tərkibli bitki kolları aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin 9 ədəd kol narkotik təbiətlidir, həmin kolları özü istifadə etmək üçün əkmiş, onlara qulluq etmişdir. Çəkmək üçün aldığı nəşədə toxumların ayırıb özü üçün götürmüş, təxminən bir ay olar ki, evdə plasmas qablara torpaq töküb hər qaba bir toxum əkmiş, vaxtaşırı sulamış, onların böyüməsinə nəzarət etmişdir. Bunu etməkdə məqsədi özü istifadə etmək olmuşdur. Baxış zamanı mütəxəssis Xəyyam Həmidov həmin bitki kollarına aqrotexniki qaydada qulluq edildiyini, narkotik tərtibli olduğunu bildirmişdir. Həmin bitki kolları təhqiqatçı Elsevər Quliyev tərəfindən götürülmüş, müvafiq qaydada qablaşdırılmış və Azərbaycan Respublikası DİN-nin 124 saylı möhürü ilə möhürlənmiş, bu barədə protokol tərtib olunmuş və imzalamışlar. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. Təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilən şəxs kimi ifadəsi alınmışdır. Təqsirləndirilən şəxsin X3 azad edilməsi, qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2023-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs həmin tarixdə saxlanıldığı Sumqayıt ŞPİ-nin X3 dərhal azad edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16-2-7/1013 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərində "Saxlanılan şəxs Təqsirləndirilən şəxs..” yazısı və imzalar olan sellofan bağlamadakı sayı 09 ədəd yaş vəziyyətdə ümumi çəkisi 45 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Təqdim edilmiş çətənə (kannabis) bitkiləri eyni növə aiddirlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzin narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 4577 saylı rəyində göstərilmişdir ki, Müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı İl tarixli, 39 saylı "Narkotik vasitələrin və psİxotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. “Maddi sübut kimi tanınma haqqında” xx.xx.2023-cü il tarixli qərara əsasən Azərbaycan Respublikası CM-nin 237.1 maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar olunaraq götürülmüş ilkin çəkisi 45 qram 09 ədəd çətənə (kannabis) bitkisinin tədqiqat zamanı aparılmış bioloji tədqiqatlardan sonra qalıq çəkisi 44,55 qram çətənə (kannabis) bitkisi maddi sübut kimi tanınmış və məsul saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc na təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmü ilə 01 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. O, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmü ilə 06 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. xx.xx.2007-ci ildə cəzasının sonu ilə azad edilib. Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə 04 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarı ilə narkomaniyadan məcburi müalicə tətbiq edilib. xx.xx.2008-ci ildə Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarına əsasən xx.xx.2007-ci il tarixli qərar dəyişdirilərək cəzası 4 ilə endirilib. xx.xx.2011-ci ildə cəzasının sonu ilə azad edilib. Məhkəmə istintaqı zamanı tədqiq edilən diskə baxış zamanı Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə bitkilərini öz yaşadığı mənzildə əkib onlara aqrotexniki qaydada qulluq göstərməsi öz təsdiqini tapmışdır. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır. Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 2 saylı Mənzil-Kommunal Sahəsinin xx.xx.2023-cü il tarixli, 612 saylı arayışına əsasən Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 2-ci məhəllə, ev 102, mənzil 7-də yaşayır, ailə üzvləri 1935-ci il təvəllüdlü anası X4, 1988-ci il təvəllüdlü qohumu X2 ibarətdir. İş materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanserinin 2656 saylı, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində 08.2007-ci il tarixdən “narkomaniya” diaqnozu ilə qeydiyyatdadır. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, İş üzrə Təqsirləndirilən şəxs 4.07.2023-cü il tarixdə Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə elan edilmiş ittiham qanuni və əsaslı olduğundan öz qüvvəsində saxlanmış və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri nəzərə alınmış, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 234.1, 234.2-ci maddələrinin tərkib əlamətləri olmadığından barəsində həmin maddələr ilə cinayət təqibi rədd edilmiş, iş üzrə ilkin yoxlama materialları, Təqsirləndirilən şəxs etirafedici ifadəsi, şahid ifadələri, məhkəmə bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16-2-74013 saylı rəyi, narkoloji ekspertizanın xx.xx.2023-cü il tarixli, 4577 saylı rəyi, Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma idarəsinin xx.xx.2023-cü il tarixli, 5-6-7-l\2 № 65V2023 saylı məktubu, xx.xx.2023-cü il tarixli şəxsi axtarış keçirilməsi, baxış keçirilməsi və götürmə aparılması barədə protokol, DVD diskə baxış keçirilməsi barədə protokol sübut növü kimi tanınmış, Təqsirləndirilən şəxs mənzilindən aşkar olunaraq götürülmüş ilkin çəkisi 45 qram olan aparılmış bioloji tədqiqatlardan sonra qahq çəkisi 44,55 qram 09 ədəd yaş vəziyyətdə, əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri maddi sübut kimi tanınmış, məhkəmənin hökmünə qədər Sumqayıt ŞPİ-nin maddi sübutları saxlanc anbarına təhvil verilməsi nəzərə alınmış, “Şəxsi axtarış keçirilməsi”, “baxış keçirilməsi və götürmə aparılması” barədə xx.xx.2023-cü il tarixli istintaq hərəkətlərinin videogörüntüsü əks etdirilmiş 01 ədəd “DVD- R” formatlı disk iş üçün əhəmiyyət kəsb etdiyindən xx.xx.2023-cü il tarixli qərarla maddi sübut hesab edilərək cinayət işinin istintaq materiallarına əlavə edilməsi nəzərə alınmışdır. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Belə ki, Cinayət Məcəlləsinin 237.1-ci maddəsinə əsasən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) - üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarın görə siyahı”ya (üçüncü siyahı) əsasən çətənə növlü bitkilərin 3 əddən 15 ədədədək olan sayı (6-30 hissə)xeyli miqdar hesab edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsində göstərilmişdir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır (8.1). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (41.2). Cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir (58.1). Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (58.3). Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır (69.3). Cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir (93.1.2). “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsinə yol verməməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs məhkumluğunun olmamasını, əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 2 gün cəzadan çıxılmalı və üzərində qəti olaraq 09 ay 28 gün azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzanın çəkilməsinin əvvəli xx.xx.2023-cü ildən hesabanmalıdır. Təqsirləndirilən şəxs ərazi üzrə Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyata alınmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış qalıq çəkisi 44,55 qram olan, 09 ədəd çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 78 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. “Şimal” Vəkil Bürosu Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması üçün Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün Müdafiəçi 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 manat dövlət büdcəsindən tutularaq “Şimal” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 10 (on) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 2 (iki) gün cəzadan çıxılsın və üzərində qəti olaraq 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 78 (yetmiş səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, qalıq çəkisi 44,55 qram olan 09 ədəd çətənə (kannabis) bitkisi məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və yaşayış sahəsinə baxış keçirilməsi və götürülmə aparılması barədə video görüntünü əks etdirən bir ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına “Şimal” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №1(060)-809/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-809/2023
29.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver