Məhkəmə qərarları › İş №1(060)-81/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-81/2021

04.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-81/2021 04.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Müdafiəçi: Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1993-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2 azyaşlı uşağı olan, natamam orta təhsilli, fərdi əməklə məşğul olan, İİ qrup əlil, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Ağdam şəhəri, 20 Yanvar küçəsi, döngə 7, ev 1-də qeydiyyatda olan və ünvan 1 yataqxana 19, otaq 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 14:20 radələrində Sumqayıt şəhəri, Koroğlu prospekti, "Dədə Qorqud" restoranının yaxınlığında yerləşən tanışı Zərərçəkmiş şəxs işlədiyi avtomobil təkərləri təmiri sexinə gələrək, idarə etdiyi "Mercedes Benz C230" markalı, **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün bir ay əvvəl dörd ədəd işlənmiş vəziyyətdə olan təkərlər alaraq, 50 (əlli) manat pulu nağd ödəyərək, qalan 30 (otuz) manat pulu 2 gün müddətində ödəyəcəyini bildirsə də, həmin pulu ödəməkdən yayındığı üçün Zərərçəkmiş şəxs ona irad tutduqda, heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması hədəsi ilə və özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, əli ilə Zərərçəkmiş şəxs sifət və təpiklə bədəninin ayaq nahiyələrinə qəsdən vurub, ona fiziki zor tətbiq etmiş, xuliqanlıq hərəkətlərini davam etdirərək, idarə etdiyi avtomobillə sonuncunun mülkiyyətində olan "VAZ 21099" markalı **- DN-*** dövlət qeydiyyat nişanlı avtomobilinin arxa hissəsinə və sağ tərəfinə qəsdən vurub, X1 2044 (iki min qırx dörd) manat məbləğində maddi ziyan vurmaqla, qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, anadangəlmə epilepsiya xəstəliyindən əziyyət çəkir, İİ-ci qrup əlildir, başqa heç bir fiziki və əqli qüsuru yoxdur. Zərərçəkmiş şəxs Sumqayıt şəhəri, Koroğlu prospekti, «Dədə Qorqud» restoranının yaxınlığında yerləşən təkər təmiri sexində usta kimi işləyən şəxs kimi təxminən 3 ilə yaxındır ki, müxtəlif vaxtlarda onun yanına gedərək, idarə etdiyi müxtəlif avtomobillərin təkərlərini və disklərini təmir etdirdiyi vaxtdan tanımış, xx xxxx 2020-ci il tarixdə, saat 14:20 radələrində, həmin sexdə, Aqşinlə aralarında münaqişə baş verməmişdən təxminən 6-7 ay əvvəl onu yaxından tanımışdır. Baş vermiş həmin hadisədən təxminən 5-6 ay qabaq o, Bakı şəhəri, Xətai rayonu, Zığ yolunun yanında yaşayan X2 ona məxsus «Mersedes Bens C 230» markalı, **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürüb, həmin avtomobildə taksi kimi fəfaliyyət göstərmiş, hadisədən təxminən 1 ay sonra isə avtomobili Vüsalın özünə qaytarmışdır. Hadisə baş verməmişdən təxminən 10 gün qabaq, o, Sumqayıt şəhəri, Koroğlu prospekti, «Dədə Qorqud» restoranının yaxınlığında yerləşən Zərərçəkmiş şəxs işlədiyi avtomobil təkərlərinin təmiri sexinə, idarə etdiyi «Mersedes Bens C 230» markalı, **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobilin təkərlərinə hava vurmağa getmiş, idarə etdiyi həmin avtomobilin təkərləri köhnə olduğundan, həmin vaxt Aqşin ona, idarə etdiyi avtomobilin disklərinə vurmaq üçün, Çin istehsalı olan 4 ədəd işlənmiş təkərləri 100 (yüz) manata təklif etmişdir. O, Aqşindən həmin təkərləri bir az aşağı qiymətə ona satmasını xahiş etmiş və onlar, həmin təkərləri balans edib avtomobilin üstündəki təkərlərlə dəyişməklə, həmin 4 ədəd təkərlərin ümumi qiymətini 80 (səksən) manata razılaşmışlar. Həmin vaxt onun üstündə 50 (əlli) manat pul olduğu üçün, o, Aqşinə həmin 50 (əlli) manatı verib, yerdə qalan 30 (otuz) manat pulu 3-4 günə ödəyəcəyini söz vermişdir. Lakin 3-4 gündən sonra, pulu olmadığından, Aqşinə borclu qaldığı 30 (otuz) manat pulu verə bilməmiş, Aqşin onun mobil telefonuna zəng edərək pulunu istəmiş, o da Aqşinə hal-hazırda pulu olmadığını bildirərək, ondan 2 gün gözləməsini xahiş etmişdir. 2 gündən sonra yenə də pulu olmadığı üçün Aqşinin pulunu verə bilməmişdir. Aqşin tez-tez ona zəng edərək pulunu istəmiş, o isə hər dəfə Aqşindən vaxt istəmişdir. Hadisədən 1 gün qabaq, yəni xx xxxx 2020-ci il tarixdə, saat 15:00 – 16:00 radələrində Aqşin onun mobil telefonuna zəng edərək yenə də 30 (otuz) manat pulunu istəmiş və o, Aqşinə axşam pulunu çatdıracağını bildirmişdir. Həmin axşam onun 30 (otuz) manat pulu olmuş, lakin Aqşinin işlədiyi təkər təmiri sexinə getdikdə Aqşinin orada olmadığını görərək həmin 30 (otuz) manat pulu başqa ehtiyaclarına xərcləyib evinə getmişdir. Səhərisi gün, yəni xx xxxx 2020-ci il tarixdə, saat 11:00–12:00 radələrində yaşadığı evdə olduğu vaxt Aqşin «Watshapp» vasitəsi ona «pulumu niyə çatdırmırsan, yekə kişisən bu nə hərəkətdi, telefonunu söndürmüsən» yazmış, o da Aqşinə «evdəyəm, burada telefonum tutmur, dəqiqədə niyə sənin zənglərinə cavab verməliyəm, bəlkə mənim vacib işim var» yazmışdır. Sonra Aqşinin mobil telefonuna zəng etmiş, Aqşin isə ona «pul lazım deyil, dur gəl sexə» demişdir. Saat 14:00 radələrində idarə etdiyi «Mersedes Bens C 230» markalı, **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobildə Sumqayıt şəhəri, Koroğlu prospekti «Dədə Qorqud» restoranının yaxınlığında yerləşən Aqşinin işlədiyi avtomobil təkərlərinin təmiri sexinə getmiş, həmin vaxt Aqşin özünə məxsus «VAZ-21099» markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobildə bir oğlanı harasa aparmaq istəmiş, idarə etdiyi avtomobili Aqşinin avtomobilinin yanında saxlayaraq niyə onunla mobil telefonda pis danışdığını soruşmuş, Aqşin isə avtomobilini kənara verib saxlayaraq düşmüş, o da avtomobildən düşmüşdür. Aqşindən niyə mobil telefonda onunla pis danışdığını soruşduqda Aqşin «yaxşı edirəm, mənim danışığım belədir» cavab vermiş, aralarında söz mübahisəsi yaranmış, Aqşinin yanında olan oğlan onları aralaşdıraraq, Aqşinin onu düşürdüb sexə qayıdacağını, aralarındakı problemi sakit həll etmələrini bildirmiş və onlar çıxıb getmişlər. O Aqşinin işlədiyi sexə keçib Aqşini gözləmişdir. Aqşin sexə qayıdıb ona satdığı təkərləri idarə etdiyi avtomobilin disklərinin üstündən çıxartmalı olduğunu bildirmişdir. Belə olan halda, Aqşindən köhnə təkərlərini tələb etmiş, Aqşin onun köhnə təkərlərini tulladığını bildirərək, ona satdığı təkərləri avtomobilin üstündən çıxartmalı olduğunu bildirmiş, Aqşinə «mənim avtomobilimin üstündən heç kim təkərləri çıxarda bilməz» demişdir. Aqşin onu sexin arxasına çağırmışdır. Sexin arxasında Aqşinlə aralarında mübahisə yaranmış, mübahisə zamanı Aqşin yumruqla onun sifət nahiyəsindən vurmuş, o arxaya büdrəyib ağaca dəymiş və mobil telefonu yerə düşmüşdür. O mobil telefonunu yerdən götürüb Aqşinin üstünə gedərək sillə, yumruq və təpik zərbələri ilə onun bədəninin müxtəlif nahiyələrinə vurmuş, Aqşin də sillə, yumruq, kəllə zərbələri ilə onun sifət nahiyəsindən və təpiklə bədəninin müxtəlif nahiyələrindən vurmuşdur. Həmin vaxt Aqşinlə bir sexdə işləyən adını bilmədiyi cavan oğlan onlara yaxınlaşaraq aralaşdırıb dava etməyə qoymamış, onlar sexin qabağına keçmişlər və o, oradakı sexlərin birinin qarşısında olan su gələn yerdə əl-üzünü yumuşdur. Bundan sonra, Aqşinin işlədiyi avtomobil təkərlərinin təmiri sexinin qarşısında saxladığı «Mersedes Bens C 230» markalı, **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobilə tərəf gedə-gedə Aqşinə demişdir ki, «bu bizə lazım deyil idi, adam 30 manata görə belə hərəkət eləməz», Aqşin isə «sən nə demək istəyirsən» deyərək, yanında olan onun tanımadığı 5 nəfər cavan oğlanlarla birlikdə onun üstünə gəlmişlər. Həmin 5 nəfər cavan oğlanlardan 3-cü kənarda dayanmış, Aqşinlə birlikdə həmin şəxslərdən 2-si isə onu sillə, yumruq və təpik zərbələri ilə bədəninin müxtəlif nahiyələrindən vuraraq döymüşlər. O onların əlindən çıxıb qaçaraq idarə etdiyi avtomobilə minmişdir. Aqşin özünə məxsus «VAZ-21099» markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobili onun idarə etdiyi «Mersedes Bens C 230» markalı, **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına verərək, qabağını kəsmiş və yanında bir nəfər başı daz olan təxminən 30 yaşlı oğlanı otuzdurub onu söhbət etməyə çağırmışdır. O, idarə etdiyi avtomobildə sola manevr edib, avtomobili sürüb getmək istədikdə, Aqşin yenə də özünə məxsus avtomobili onun qabağına verərək yolunu kəsmişdir. Ona görə də, o, əsəbləşərək idarə etdiyi avtombili arxaya verib, idarə etdiyi avtomobillə Aqşinin avtomobilinin arxa hissəsindən vurmuş və Aqşinin avtomobilini vura-vura qabağından çəkilmədiyi üçün sürüyüb orada olan yanacaq doldurma məntəqəsinə kimi bir qədər aparmışdır, Aqşin avtomobilindən çölə çıxmışdır. Həmin yerdə idarə etdiyi avtomobilin sükanı əlindən çıxmış, idarə etdiyi avtomobil fırlanmış və o, yenə də idarə etdiyi avtomobili Aqşinin avtomobilinə tərəf döndərərək, onun avtomobilinin üstünə sürüb, avtomobilinin sağ orta hissəsindən vurmuş, Aqşinin avtomobili yanacaq doldurma məntəqəsinin kənarında dayanan dəmir nərdivana dəymiş və o idarə etdiyi avtomobili geriyə vermişdir. Həmin zaman Aqşin onun idarə etdiyi avtomobilə yaxınlaşaraq qapısını açıb ona təpik atmış, lakin, Aqşinin təpiyi ona yox, avtomobilə dəymiş və Aqşinin qolu qapının arasında qalmışdır. Ona görə də, o idarə etdiyi avtomobili qabağa vermiş, Aqşin qolunu qapının arasından çıxardıb, dizləri üstə yerə düşmüş və o avtomobili sürüb həmin yerdən uzaqlaşmışdır. Sonradan o, Aqşinin avtomobilini əzdiyi üçün ona ziyan dəydiyini dərk etmiş, 3-4 gündən sonra Aqşinin işlədiyi avtomobil təkərlərinin təmiri sexinə gedərək icarəyə götürüb idarə etdiyi «Mersedes Bens C 230» markalı, **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobili Aqşinə verməyi təklif etmişdir ki, o, həmin avtomobilin aylıq icarə pulunu ödəyər, Aqşin isə avtomobili idarə edər və həmin avtomobilin icarə pulunu tam ödəyib qurtarandan sonra avtomobil Aqşinə qalar. Aqşin buna razı olmamış, Aqşinə özünə məxsus «VAZ-21099» markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobili tam düzəldib bərpa etməyini təklif etmiş, lakin, Aqşin buna da razı olmamış və ondan şikayət etmişdir. Ona görə də, o da Aqşindən şikayət etmişdir. Sonradan isə X2 icarəyə götürüb, idarə etdiyi və taksi kimi fəfaliyyət göstərdiyi «Mersedes Bens C 230» markalı, **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobili tam təmir etdirib, lazımı detallarını dəyişdirərək avtomobilin təmirinə 750 (yeddi yüz əlli) manat pul xərcləmiş, Vüsala baş vermiş hadisə barədə heç nə deməmiş, Vüsal bu barədə heç nə bilməmiş, maraqlı olmamış, çünki avtomobilin icarə haqqını verə-verə onun tam dəyərini ödəyəndən sonra Vüsal həmin avtomobili onun adına keçirəcəkdir. Lakin avtomobili təmir etdirəndən sonra, onun aylıq icarə pulunu ödəyə bilmədiyi üçün avtomobili Vüsalın özünə qaytarmış, daha sonra, Vüsal həmin avtomobili başqa adama satmışdır, kimə satdığını bilmir. Baş vermiş mübahisə ümumilikdə təxminən yarım saat davam etmiş, sexin arxasında Aqşinlə bir-birlərinə sillə və yumruq zərbələri atmaqları təxminən 15-20 saniyə davam etmiş, Aqşinin avtomobilini arxadan vurub «Linkoil» yanacaq doldurma məntəqəsinin yanına sürüməyi və orada Aqşinin avtomobilini böyürdən vurmağı təxminən 5 dəqiqə davam etmişdir. Mübahisənin şahidləri, həmin yerdə olan yanaşı avtotəmir sexlərində işləyən və orada olan çoxsaylı tanımadığı şəxslər olmuşlar. Hazırda etdiyi əmələ görə peşmandır, zərzrçəkmiş şəxslə barışmışdır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, fərdi əməklə məşğul olaraq Sumqayıt şəhəri, Koroğlu prospekti, «Dədə Qorqud» restoranının yaxınlığında yerləşən avtomobil təkərlərinin təmiri sexində usta kimi fəaliyyət göstərir. Təqsirləndirilən şəxs işlədiyi avtomobil təkərlərinin təmiri sexinə gəlib-gedərək müxtəlif vaxtlarda idarə etdiyi avtomobillərin təkərlərini təmir etdirən şəxs kimi xx xxxx 2020-ci il tarixdə, saat 14:20 radələrində həmin sexdə onunla aralarında münaqişə baş verməmişdən təxminən 6-7 ay əvvəl tanımışdır. Hadisə baş verməmişdən təxminən 1 ay qabaq Təqsirləndirilən şəxs idarə etdiyi «Mersedes Bens C 230» markalı, **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, Koroğlu prospekti, «Dədə Qorqud» restoranının yaxınlığında yerləşən onun işlədiyi avtomobil təkərlərinin təmiri sexinə gələrək, idarə etdiyi avtomobilə ondan Çin istehsalı olan 4 ədəd təkər almış, həmin təkərləri balans edib avtomobilin üstündəki təkərlərlə dəyişməklə Azərdən, 80 (səksən) manat pul istəmiş, həmin vaxt Azər ona 50 (əlli) manat pul vermiş və 30 (otuz) manat pul borclu qalaraq, 2 günə ödəyəcəyini söz vermişdir. Lakin 2 gün keçdiyinə baxmayaraq Azər onun 30 (otuz) manat pulunu vermədiyinə görə mütəmadi olaraq, onun mobil telefonuna zəng edərək pulunu istəməyə başlamış, Azər isə hər dəfə vaxtı uzadaraq və müxtəlif bəhanələr gətirərək onun pulunu verməkdən boyun qaçırmış və bu təxminən 1 ay davam etmişdir. Hadisədən 1 gün qabaq, yəni xx xxxx 2020-ci il tarixdə, saat 15:00–16:00 radələrində, Azərin mobil telefonuna zəng edərək 30 (otuz) manat pulunu istəmiş, Azər axşam pulunu çatdıracağını bildirmiş, lakin həmin axşam da onun pulunu çatdırmamışdır. xx xxxx 2020-ci il tarixdə, saat 11:00– 12:00 radələrində Azərin mobil telefonuna zəng etsə də nömrəsinə zəng çatmamışdır. Həmin vaxt Azərin mobil telefonunun «Watshapp» şəbəkəsi açıq olduğu üçün və işlədiyi üçün Azərə «niyə belə edirsən, camaatın pulunu çatdırmalıyam …» səs yazısı atmış, Azər isə ona «sən hörməti pulda görürsən, gətirib təkərləri sənə qaytaracağam» səs yazısı atmışdır. Beləliklə, Azərlə bir qədər «Watshapp» vasitəsi ilə danışmışlar, sonda Azər ona «sənin bu danışığın sənə baha başa gələcək, gəlirəm ora» səs yazısı atmış və o Azərə «gəl» yazmışdır. Həmin gün, yəni xx xxxx 2020-ci il tarixdə, saat 14:00 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi «Mersedes Bens C 230» markalı, **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobildə onun işlədiyi avtomobil təkərlərinin təmiri sexinə əsəbi halda gəlmişdir. Həmin vaxt o özünə məxsus «VAZ-21099» markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobildə işlədiyi avtomobil təkərlərinin təmiri sexinin yaxınlığında avtomobil aksesuarları mağazasında satıcı işləyən Şahid3 Sumqayıt şəhəri, 19-cu məhəllə ərazisində yerləşən «Yaşıl Aptekə» dərman almağa aparıb düşürtməli olmuş və Orxanla birlikdə öz avtomobilinə əyləşərək «Yaşıl Aptekə» tərəf yola düşmüşlər. Təzəcə yola düşmüşlər və təxminən 10-15 metr məsafə keçdikdən sonra Azər idarə etdiyi «Mersedes Bens C 230» markalı avtomobildə onlarla bərabərləşərək ona avtomobili kənara verib, saxlamasını işarə etmişdir. O, özünə məxsus avtomobili yolun kənarına verib saxlayaraq avtomobildən düşmüşdür. Azər avtomobildən düşərək onun üstünə hücum etmiş, Orxan Azərə sakitləşməyini, onun, öz avtomobilində onu yaxın yerə aparıb qayıdacağını və aralarında olan narazıçılığı sakitçiliklə həll etməklərini bildirmişdir. Azər kənara çəkilmiş onlar isə Orxanla birlikdə onun avtomobilinə minib «Yaşıl Aptek» olan yerə getmişlər və o, Orxanı həmin yerdə düşürdüb saat 14:20 radələrində işlədiyi avtomobil təkərlərinin təmiri sexinə qayıtmışdır. O, Azərə satdığı təkərləri avtomobilinin üstündən çıxartmalı olduğunu bildirmiş, Azər isə ona «mənim maşınımdan heç kim təkər sökə bilməz» bildirmiş və aralarında söz mübahisəsi yaranmışdır. Azərlə birlikdə onun işlədiyi avtomobil təkərlərinin təmiri sexinin arxasına keçmişlər və onunla birlikdə sexdə işləyən Şahid1 Filağa oğlu da onların dalınca gəlmişdir. İşlədiyi avtomobil təkərlərinin təmiri sexinin arxasında o, Azərdən yenə də niyə belə etdiyini, niyə 30 (otuz) manat pulu ona vermədiyini soruşmuş, Azər ona pulu olmadığını bildirmiş, belə olan halda o, satdığı təkərləri avtomobilin üstündən söküb çıxartmalı olduğunu və Azərin 50 (əlli) manat pulunu özünə qaytarmalı olduğunu bildirmişdir. Buna cavab olaraq Azər aqressiv formada «mənim maşınımdan heç kim təkər sökə bilməz» deyərək onunla mübahisə etməyə başlamış və üstünə hücum etdiyi üçün onlar tutaşmışlar. Tutaşarkən Azər onun sifət nahiyəsinə bir neçə sillə və yumruq zərbələri atmış, lakin Azərin zərbələri ona dəyməmiş, çünki onu özündən kənara itələmişdir. Həmin zaman Elnur onları aralaşdıraraq dava etməyə qoymamış və o sexin qabağına keçmişdir. Sexin qabağında Azərə təkərləri sökmək üçün idarə etdiyi avtomobili sexin içərisinə sürməyini bildirdikdə Azər yenə də ona «mənim maşınımdan heç kim təkər sökə bilməz» bildirmiş, aralarında mübahisə yaranmış və Azər onun üstünə hücum edərək onunla tutaşdığı üçün dartışmışlar, lakin bir-birlərini vurmamışlar, çünki orada yanaşı sexlərdə işləyən və orada olan tanımadığı şəxslər onlara yaxınlaşaraq onları aralaşdırmışlar. Həmin zaman Azər ona «otur maşınına, sür gəlirəm dalınca» bildirmiş, o özünə məxsus «VAZ- 21099» markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmiş və onun işlədiyi avtomobil təkərlərinin təmiri sexi ilə yanaşı avtomobil yuyucu sexində işləyən Şahid2 da onun yanına əyləşmişdir. O, avtomobilinin mühərrikini işə salmış, Şamil ona avtomobili kənara verib saxlamasını bildirmiş və o, avtomobilini kənara verib saxlamaq istəmişdir. Lakin Azər idarə etdiyi «Mersedes Bens C 230» markalı, **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobili arxaya verərək sürətlə arxadan onun avtomobilini vurmuş və onun sağ qolunun dirsək hissəsi avtomobilinin sükanına dəyərək əzilmişdir. Buna baxmayaraq, Azər idarə etdiyi avtomobili sürməyi davam edərək və ondan əl çəkməyərək idarə etdiyi avtomobillə onun avtomobilinin arxasından itələyə-itələyə və vura-vura, onun avtomobilini təxminən 500 metr qabağa sürüyüb aparmışdır. Qarşıda yerləşən «Linkoil» yanacaq doldurma məntəqəsinin yanında o fürsət tapıb avtomobilini döndərərək Azərin idarə etdiyi avtomobilin qabağından çıxmış, avtomobilini saxlayaraq avtomobildən çölə çıxıb avtomobilinin sağ böyür tərəfinə keçmiş və Şamilə avtomobildən onun yanına düşmüşdür. Bu zaman Azər idarə etdiyi avtomobili onun üstünə sürdüyü üçün kənara çəkilmiş, Şamil də kənara çəkilmiş, Azər idarə etdiyi avtomobillə yenə də onun avtomobilinin sağ tərəfindən zərbə ilə vuraraq, idarə etdiyi avtomobillə onun avtomobilini yanacaq doldurma məntəqəsinin kənarında dayanan dəmir nərdivana sıxmışdır. Həmin vaxt o, Azərin idarə etdiyi avtomobilə yaxınlaşaraq avtomobilin sağ qabaq qapısını açıb içinə əyləşmək istəmişdir ki, Azər idarə etdiyi avtomobillə onun avtomobilini vurmasının qarşısını alsın. Lakin o Azərin avtomobilinin qapısını açdığı zaman Azər idarə etdiyi avtomobili arxaya vermiş və onun sağ ayağı Azərin idarə etdiyi avtomobilin qapısının arasında qalaraq zədələnmişdir. Bundan sonra kənara çəkilmiş və Azər avtomobili sürüb çıxıb getmişdir. Həmin mübahisə ümumilikdə təxminən yarım saat davam etmişdir. Belə ki, işlədiyi avtomobil təkərlərinin təmiri sexində Azərlə aralarındakı söz mübahisələri təxminən 10–15 dəqiqə, sexin arxasındakı mübahisələri 15-20 saniyə davam etmiş, Azərin ona öz avtomobilinə oturaraq avtomobilini qabağa sürməsini, dalınca gəlməyini, başqa yerdə söhbət etməklərini bildirməsi, daha sonra isə idarə etdiyi avtomobillə onun avtomobilini arxadan vurub sürüyə-sürüyə «Linkoil» yanacaq doldurma məntəqəsinin yanına aparması və orada da idarə etdiyi avtomobillə onun avtomobilinin sağ tərəfindən zərbə ilə vuraraq idarə etdiyi avtomobillə onun avtomobilini yanacaq doldurma məntəqəsinin kənarında dayanan dəmir nərdivana sıxıb avtomobili sürüb getməsi təxminən 5–10 dəqiqə davam etmişdir. Mübahisənin şahidləri avtomobil təkərlərinin təmiri sexində onunla birlikdə işləyən Elnur, yaxınlığında yerləşən avtomobil yuma sexində işləyən Şamil, yaxınlıqda yerləşən avtomobil təmiri sexlərinin işçiləri və orada olan tanımadığı şəxslər olmuşlar. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur, onunla barışmışdır, ona cəza verilməməsini xahiş edir. Zərərçəkmiş şəxs xx xxxxxx 2021-ci il tarixli ərizəsindən görünür ki, o Təqsirləndirilən şəxs barışmışdır. Buna görə də ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxsə heç bir cəza verilməməsini xahiş edir. Şahid qismində dindirilmiş Şahid1 Filağa oğlu, Şahid2 və Şahid3 ifadələrində Zərərçəkmiş şəxs göstərdiklərini təsdiq etdilər. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və X3 X7 xx.xx.2020-ci il tarixli 744 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: alt dodağın, üst dodağın və sağ yanağınselikli qişalarının səthi əzilmiş-cırılmış yaraları. Qeyd olunan xəsrətlər bərk küt əşyanın təsirindən yaranmışdırlar, müayinədən bir günə qədər əvvəl olmaqla qərarda göstərilən xx.xx.2020-ci il tarixdə əmələ gələ bilərdilər və zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir.(i.v 25-26) İş materiallarında olan 9/2852 saylı xx xxxxxx 2020-ci il tarixli ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən ehtiyyat hissələrinin 2020-ci ilin iyul ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 2044,00 manat müəyyən edilir. Həmin ehtiyyat hissələrinin ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir.(i.v 48-49) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və X3 X7 xx.xx.2020-ci il tarixli 33/747 saylı əlavə rəydən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: hərəkət məhdudluğu ilə müşayiət olunmuş sağ diz oynağı nahiyyəsinin ön bayır səthindən başlayaraq sağ baldırın yuxarı 1/3-nin ön bayır səthinə qədər davam edən geniş ölçülü qançır-şişkinliyi, sağ dirsək oynağı nahiyyənin arxa-bayır səthinin qançırı. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən yaranmışdır, onun tibbi yardıma müraciət etdiyi vaxtdan az əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə xx.xx.2020-ci il tarixdə əmələ gələ bilərdi və zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. (i.v 52-54) İş materiallarında olan Sumqayıt Şəhər 3 nömrəli şəhər poliklinikasının həkimpsixiatrı İlhamə Müslümovanın 379 saylı məktubundan görünür ki, Zərərçəkmiş şəxs Sumqayıt 3 nömrəli şəhər poliklinikasının psixiatr kabinetində ambulator və dispanser müşahidəsində yoxdur.(i.v 71) İş materiallarında olan Sumqayıt 2 nömrəli şəhər poliklinikasının baş həkimi Arzu Əhmədovanın xx.xx.2020-ci il 517 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2004-cü ildə "Psixoz və ağıl zəifliyi olmayan epilepsiya" diaqnozu ilə nevropatoloqun müşahidəsinə göndərilmişdir. (i.v 72) İş materiallarında olan Sumqayıt Şəhər Narkoloji Dispanserinin xx.xx.2020-ci il tarixli 2482 saylı arayışından görünür ki, Şirinov X6 Şəhər Narkoloji Dispanserində qedyiyyatda yoxdur.(i.v 80) İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2020-ci il tarixli təlbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.(i.v 92) İş materiallarında olan xx.xx.2020-ci il tarixli "DVD diskə yazılmış videogörüntülərə baxış keçirilməsi barədə" protokoldan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 14:20 radələrində Sumqayıt şəhəri, Koroğlu prospekti, Dədə Qorqud restoranının yaxınlığında yerləşən Zərərçəkmiş şəxs işlədiyi təkər təmiri sexinin yaxınlığında tanıdığı Təqsirləndirilən şəxs idarə etdiyi "Mercedes Benz C230" markalı, **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobillə ona məxsus "VAZ 21099" markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən vuraraq, idarə etdiyi avtomobillə onun avtomobilini itələyə-itələyə, qarşıda yerləşən "Linkoil" yanacaq doldurma məntəqəsinin yanına aparmış, orada Zərərçəkmiş şəxs məxsus "Vaz 21099" markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobil fırlanıb dayanmış, Zərərçəkmiş şəxs və onun yanında avtomobildə olan tanışı avtomobildən çıxaraq avtomobilinin sağ tərəfinə keçmişlər, bu zaman Təqsirləndirilən şəxs idarə etdiyi "Mercedes Benz C230" markalı, **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobillə yenə də Zərərçəkmiş şəxs məxsus "Vaz 21099" markalı, **- DN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ tərəfindən zərbə ilə vuraraq idarə etdiyi avtomobillə Zərərçəkmiş şəxs avtomobilini yanacaq doldurma məntəqəsinin kənarında dayanan dəmir nərdivana sıxmış və avtomobili sürüb, hadisə yerindən uzaqlaşmışdır.(i.v 118) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X5 Hüquqi Şəxsinin ambulator məhkəmə psixiatrik ekspertizasının 16.09..2020ci il tarixli 1833 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət iindəki anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Təqsirləndirilən şəxs tibbi sənədlərə əsasən epilepsiya xəstəliyi müəyyən edilsə də, əvvəllər keçirilmiş tibbi müayinənin və hal-hazırki ekspertizaların nəticələrinə əsasən onda hər hansı psixi pozuntu aşkar olunmamışdır. Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törədərkən öz hərəkətlərinin mənası dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunduğu təqdirdə törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur.(i.v 142-143) İş materiallarında olan xx.xx.2020-ci il tarixli "Maddi sübut kimi tanıma haqqında" qərardan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs təqdim etdiyi diskdə iş üçün əhəmiyyətə malik olan hallar əks olunduğundan və diskə yazılmış videogörüntülər iş üzrə əhəmiyyət kəsb etdiyindən həmin disk iş üzrə maddi sübut kimi tanınmışdır.(i.v 169-170) İş materiallarında olan xx.xx.2020-ci il tarixli "Cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə" qərardan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs təqdim etdiyi diskdə əks olunan hadisənin görüntüləri qanunun tələbləri pozulmaqla əldə edilmişdir, yəni, şəxslərin razılığı olmadan həmin görüntülər yazılmışdır. Lakin təqdim edilmiş həmin diskdə iş üçün əhəmiyyətə malik olan hallar əks olunduğundan və diskə yazılmış videogörüntülər iş üzrə əhəmiyyət kəsb etdiyindən həmin disk iş üzrə maddi sübut kimi tanınmışdır.(i.v 171-189) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə müsbət qiymətləndirilir və barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 214) İş materiallarında olan arayışdan və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, xx.xx.2014-cü il və xx.xx.2019-cu il təvəllüdlü iki uşağı var. (i.v.209-213) İş materiallarında olan xx.xx.2020-ci il tarixli "Qətimkan tədbirinin seçilməsi haqqında" Qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir.(i.v 218-219) Azərbaycan Respublikası CPM-in tələblərinə əməl edərək, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin ona istinad edilən ictimai təhlükəli əməli törətməsi tam sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. İşdə olan sübutlar təqsirləndirilən şəxsin ona isnad edilən cinayət əməlini törətməsini təsdiq edir. İşdə olan sübutların mötəbərliyi, qanuni yolla əldə edilməsi şübhə doğurmur. Həmin sübutlar Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edilməklə əldə edilmişdir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398.1.1-ci maddəsinin «…şəxs insan ləyaqətini alçaldan və ictimai mənəviyyatı təhqir edən sərxoş vəziyyətdə ictimai yerlərə gəldikdə…» müddəasının Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinə, 71-ci maddəsinin İİ hissəsinə və 80-ci maddəsinə uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2004-cü il tarixi, «B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il taixli qərarlarında və "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan RespublikasıAli Məhkəməsi Plenumunun xx xxxx 2004-cü tarixli qərarlarında «ictimai qayda» və «ictimai qaydanı pozan hərəkətlər» anlayışlarına, ümumən xuliqanlıq hərəkətlərinə izah verilmişdir. Məhz həmin qərarların ruhundan və təbiətindən çıxış edərək məhkəmə hesab edir ki, hadisə təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında şəxsi münasibət zəminində başlasa da təqsirləndirilən şəxsin sonrakı hərəkətləri ictimai qaydanın qərəzli şəkildə kobud pozulmasına yönəlmişdir və qərəzli xuliqanlıq hərəkətləridir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmişşəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını, zərərçəkmiş şəxslə barışmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, peşman olmasını, 3-cü qrup əlil olmasını məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4, 59.1.12 və 59.2-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Republikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 221.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Bu cür cəza təyin edilməsi cəzanın məqsədlərini də təmin edə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlıdir: Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilındə müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalıcə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. İş üzrə maddi sübut qismində tanınmış disk cinayət işində saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 yataqxana 19, otaq 1 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri 50 (əlli) AZN Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut qismində tanınmış disk cinayət işində saxlanılsın. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar