Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-81/2022 08.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxxx 1987-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Tərtər Hərbi Məhkəməsinin 19.09.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsilə təqsirli bilinib 300,00 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, 25.09.2020-ci ildə cəriməni ödəmiş, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Sumqayıt şəhəri, 41-ci məhəllə, bina 18, mənzil 80-də qeydiyyatda olan və yaşayan, barəsində 13 avqust 2021-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 03 yanvar 2019-cu il tarixdən başlayaraq 06.12.2010-ci il təvəllüdlü X2 və 08.07.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay aylıq qazancının və başqa gəlirinin ⅓ hissəsi miqdarında alimentin tutulub Zərərçəkmiş şəxs ödənilməsinə dair Goranboy Rayon Məhkəməsinin 2(045)-266/2019 saylı 28 iyun 2019-cu il tarixli, həmçinin qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq 06.12.2010-ci il təvəllüdlü X2 və 08.07.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 120,00 manat olmaqla, cəmi 240,00 manat sabit pul məbləğində alimentin tutulub Zərərçəkmiş şəxs ödənilməsinə dair Goranboy Rayon Məhkəməsinin 2(045)-1266/2019 saylı 21 noyabr 2019-cu il tarixli qanuni qüvvəyə minmiş qətnamələrinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməməsinə görə 02 mart 2020-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs tənbeh növü tətbiq edilməsinə və bundan sonra qətnaməni könüllü icra etməsi üçün ona yenidən vaxt verilməsinə dair bildiriş göndərilərək məsuliyyəti elan olunmaqla rəsmi qaydada 16.03.2020-ci il, 21.04.2020-ci il və 19.06.2020-ci il tarixlərdə xəbərdarlıq olunmasına baxmayaraq, öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 27 yanvar 2021-ci il tarixə kimi hər iki qətnamə üzrə ümumilikdə 5476,00 manat məbləğində aliment borcunu tələbkara ödəməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələrini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə 21.02.2010-cu il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və birgə nikahdan Əlizamin və Rəhimə adlı iki uşağı doğulmuş, arvadı ilə ilk dövrlərdə münasibəti normal olsa da, sonradan Zərərçəkmiş şəxs ilə münasibəti pozulduğundan ayrılmış, bu səbəbdən Zərərçəkmiş şəxs 2019-cu ildə məhkəməyə müraciət edərək uşaqların saxlanması üçün ondan aliment tələb etmiş və nəticədə Goranboy Rayon Məhkəməsinin 2(045)-266/2019 saylı 28 iyun 2019-cu il tarixli qətnaməsinə əsasən, ondan 03 yanvar 2009-cu il tarixdən başlayaraq 06.12.2010-cu il təvəllüdlü X2 və 08.07.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay aylıq qazancının və başqa gəlirinin ⅓ hissəsi miqdarında aliment tutulub Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Bundan başqa Goranboy Rayon Məhkəməsinin 2(045)-1266/2019 saylı 21 noyabr 2019-cu il tarixli qətnaməsinə əsasən, qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq 06.12.2010-cu il təvəllüdlü X2 və 08.07.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 120,00 manat olmaqla, cəmi 240,00 manat sabit pul məbləğində aliment ondan tutulub Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Qətnamələr üzrə verilmiş icra vərəqələri icra olunması üçün aidiyyəti üzrə Sumqayıt şəhəri üzrə İcra idarəsinə göndərilmiş, icra məmuru tərəfindən ona könüllü icra müddəti təyin edilməsinə baxmayaraq, tərəfindən qətnamələrin icrası təmin olunmamış, həmin vaxt daimi iş yeri olmamış, yalnız işəmuzd fəhlə kimi işləmiş, icra məmuru tərəfindən barəsində inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilmiş və Sumqayıt Şəhər Məhkəmənin 02.03.2020-cu il tarixli qərarına əsasən İXMnin 528.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 10 (on) gün müddətində inzibati qaydada həbs seçilmiş, inzibati həbsdən sonra icra məmuru tərəfindən ona yeni müddət verilməsinə baxmayaraq aliment üzrə yaranmış borcu ödəyə bilməmişdir. Cinayət məsuliyyəti daşıyacağı barədə icra məmuru tərəfindən dəfələrlə xəbərdarlıq olunmuş, amma ödəniş etməyə imkanı olmamışdır. Borcu 5500,00 manata yaxındır, aliment borcu üzrə müxtəlif tarixlərdə poçt vasitəsi ilə 1000,00 manata yaxın məbləğdə tələbkara ödəniş etmişdir. Alimentin icra olunmamasının səbəbi keçmiş yoldaşı Zərərçəkmiş şəxs uşaqlarla görüşməsinə imkan verməməsi və aliment miqdarının yüksək olmasıdır. Törətdiyi əməlin cinayət olmasını başa düşür və özünü təqsirli hesab edir. Əməlindən peşmandır. Tələbkarla hissə-hissə ödənişlə bağlı razılığa gəlmişlər, həmin razəlğa görə son üç ay ayda 700 manat hesabı ilə ödəniş etmişdir. Qeyd olunanları nəzərə alınaraq barəsində olan iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, Goranboy Rayon Məhkəməsinin 28 iyun 2019-cu il tarixli, 2(045)-266/2019 saylı qətnaməsinə əsasən, Təqsirləndirilən şəxs 03 yanvar 2009-cu il tarixdən başlayaraq 06.12.2010-ci il təvəllüdlü X2 və 08.07.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay aylıq qazancının və başqa gəlirinin ⅓ hissəsi miqdarında alimentin tutulub ona ödənilməsi qət edilmiş, bundan əlavə Goranboy Rayon Məhkəməsinin 21 noyabr 2019-cu il tarixli, 2(045)-1266/2019 saylı qətnaməsinə əsasən, Təqsirləndirilən şəxs qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq 06.12.2010-cu il təvəllüdlü X2 və 08.07.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 120,00 manat olmaqla, cəmi 240,00 manat sabit pul məbləğində alimentin tutulub ona ödənilməsi qət edilmişdir. Məhkəmə qətnəməsi icra olunması üçün aidiyyəti üzrə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmiş, icra idarəsinin icra məmurları tərəfindən icra işi başlanaraq, borcluya icra olunması üçün könüllü müddət verilmiş, Təqsirləndirilən şəxs tərəfindən öhdəliyin yerinə yetirilməməsi səbəbindən məcburi icra tədbirləri həyata keçirilmiş, qətnamə üzrə qət edilmiş aliment pulu borclu Təqsirləndirilən şəxs tərəfindən qərəzli olaraq ödənilmədiyindən icra məmuru tərəfindən inzibati protokol tərtib edilib inzibati məsuliyyətə cəlb olunması üçün təqdimatla məhkəməyə müraciət olunmuş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib Sumqayıt Şəhər Məhkəməsinin 02.03.2020-ci il tarixli qərarı ilə 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmiş, daha sonra icra məmuru tərəfindən borcluya yenidən qətnaməni icra etmək üçün müddət verilməsinə baxmayaraq bir daha imkansızlığını əsas gətirib aliment üzrə cüzi ödəniş etmişdir. İcra məmurunun alimentin ödənilməməsi ilə bağlı Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimatla müraciət edərkən Təqsirləndirilən şəxs tərəfindən hər iki qətnamə üzrə 8100,00 manat məbləğində ödənilməmiş aliment borcu yaranmışdır. Təqsirləndirilən şəxs fərdi əmək fəaliyyəti ilə məşğul olur, sadəcə qərəzli olaraq alimenti ödəməkdən yayınır, bir ata kimi öz övladları ilə maraqlanmır və evə heç bir köməklik etmir. Hazırda Təqsirləndirilən şəxs ilə razılığa gəlmişdir. Yığılan borcun hissə-hissə ödənilməsinə razılaşmışlar, üç aydır ki, Elvin razılaşmanı yerinə yetirir və ödənişlər edir. Ona görə də, iş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək razılaşdıqlarını, Təqsirləndirilən şəxs ona yığılan borcu hissə-hissə ödəyəcəyini, cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid, Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Şahid3 göstərdi ki, Goranboy Rayon Məhkəməsinin 2(045)-266/2019 saylı, 28.06.2019-cu il tarixli icra sənədinə əsasən 06.12.2010-cu il təvəllüdlü X4 və 08.07.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün 03.01.2019-cu il tarixdən başlayaraq Təqsirləndirilən şəxs hər ay qazancının (başqa gəlirlərin) 1/3 hissəsi miqdarında aliment tutulub Zərərçəkmiş şəxs verilməlidir. İcra sənədi üzrə 02.08.2018-ci il tarixdə Goranboy rayon İcra Şöbəsində icraata başlanmış, borclunun yaşayış ünvanı üzrə 20.11.2019-cu il tarixli qərarla Sumqayıt Şəhəri üzrə İcra İdarəsinə göndərilmiş və 28.11.2019-cu il tarixdə icraata daxil olmuşdur. Borclu Təqsirləndirilən şəxs icra sənədini icra etməkdən yayınmış və icra məmurunun çağırışlarına məhəl qoymamış, bu səbəbdən onun barəsində 31.01.2020ci il tarixdə məcburi gətirilmə tədbiri tətbiq olunmuş, görülmüş icra tədbiri nəticəsində onun gətirilməsi təmin edilmiş və izahatı alınaraq məsuliyyəti barədə xəbərdarlıq edilmiş, icra sənədi üzrə görülmüş qanunamüvafiq tədbirlərə baxmayaraq Təqsirləndirilən şəxs heç bir ödəniş etməmiş, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsindən alınmış 16.03.2020-ci il tarixli məktubuna əsasən ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı barədə məlumata uyğun olaraq borclunun Goranboy rayon Məhkəməsinin 2(045)-266/2019 saylı, 28.06.2019-cu il tarixli icra sənədi üzrə 4740 manat aliment borcunun yarandığı müəyyən edilmişdir. Sonradan tələbkar Zərərçəkmiş şəxs aliment məbləğinin artırılması barədə Goranboy rayon Məhkəməsinə ilə müraciət etmiş, həmin məhkəmənin 21.11.2019-cu il tarixli 2(045)-1266/19 saylı qətnaməsilə iddia təmin edilərək hər uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində aliment tutulması müəyyən edilmiş və qətnamə üzrə icra vərəqəsi verilmişdir. Qeyd olunan icra vərəqəsi 21.01.2020-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuş və həmin tarixdə “İcraata başlamaq haqqında” qərar qəbul olunaraq bildirişlə birlikdə borcluya göndərilmiş, borclu Təqsirləndirilən şəxs 02.03.2020-ci il tarixdə idarəyə dəvət edilmiş və izahatı alınaraq məsuliyyət barədə ona xəbərdarlıq edilmiş, ödənişdən boyun qaçıran borclu Təqsirləndirilən şəxs barəsində həmin tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək Sumqayıt Şəhər Məhkəməsinə təqdim olunmuş və məhkəmənin 02.03.2020ci il tarixli qərarı ilə 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. İcra sənədinin 10 (on) gün müddətində icrası barədə borcluya yenidən xəbərdarlıq edilmiş və cinayət məsuliyyətinə cəlb olunacağı izah olunmuşdur. Həmin tarixdən sonra görülmüş icra tədbirlərinə baxmayaraq borclu Təqsirləndirilən şəxs tərəfindən hal-hazıradək heç bir ödəniş aparılmamış, 01.07.2020-ci il tarixdə borclunun ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Sumqayıt Şəhər Məhkəməsinə təqdimat göndərilmiş, məhkəmənin 11.09.2020-ci il tarixli qərardadı ilə təqdimat təmin olunmuş, icra sənədinin icrası ilə əlaqədar göstərilən tələbin yerinə yetirilməsi məqsədi ilə borclunun İcra İdarəsinin icraatında olan Goranboy rayon Məhkəməsinin 2(045)-266/2019 saylı, 28.06.2019-cu il tarixli və 2(045)-1266/19 saylı, 21.11.2019-cu il tarixli icra işləri 02.03.2020-ci il tarixli qərarla bir icraatda birləşdirilmişdir. Tələbkar Zərərçəkmiş şəxs 21.10.2020-ci il tarixdə ərizə ilə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə müraciət edərək borclu Təqsirləndirilən şəxs qətnaməni icra etməməsini əsas gətirərək onun cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı İstintaq orqanına təqdimat verilməsini xahiş etmişdir. Borclu Təqsirləndirilən şəxs Goranboy Rayon Məhkəməsinin 2(045)-266/2019 saylı, 28.06.2019cu il tarixli icra sənədi üzrə 4740 manat və Goranboy rayon Məhkəməsinin 2(045)-1266/19 saylı, 21.11.2019-cu il tarixli icra sənədi üzrə 3360 manat cəmi iki icra sənədi üzrə 8100 manat aliment borcu yaranmışdır. İcra sənədləri üzrə tələbin yerinə yetirilməsi və icrasının məcburiliyi dəfələrlə Təqsirləndirilən şəxs nəzərinə çatdırılmış, ona inzibati tənbeh tətbiq olunmasına və məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq borclu öz hərəkətsizliyi ilə icra sənədləri üzrə tələbi qanunla müəyyən edilmiş qaydada və müddətdə təmin etməmiş, inzibati məsuliyyətə cəlb edilməsindən nəticə çıxarmamış Zərərçəkmiş şəxs qanunla qorunan hüquqlarının pozulmasına səbəb olan şərait yaratmışdır. Bu səbəbdən borclu tərəfindən dövlət adından çıxarılmış məhkəmə qətnamələri qərəzli olaraq icra edilmədiyindən barəsində Azərbaycan Respublikası CM-nin 306-cı maddəsilə cinayət məsuliyyətinə cəlb olunması üçün tərəflərindən Ədliyyə Nazirliyinin İstintaq idarəsinə təqdimat göndərilmişdir. Şahid qismində dindirilmiş Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Şahid2 Şahid3 ifadəsinə uyğun ifadə verərək Təqsirləndirilən şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməməsini təsdiq etmişdir. İş materiallarına əlavə edilən qəbzlərə əsasən 2020-ci və 2021-ci ilin müxtəlif aylarında Təqsirləndirilən şəxs tərəfindən aliment borcundan tələbkar Zərərçəkmiş şəxs adına poçt vasitəsi ilə ümumilkdə 810,00 manat məbləğində ödəniş edilmişdir.(i.v 140- 145) İş materiallarına əlavə edilən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin 114859/31 saylı, 26.07.2021-ci il tarixli məktubuna əsasən, Təqsirləndirilən şəxs Goranboy Rayon Məhkəməsinin 2(045)-266/2019 saylı, 28.26.2019-cu il tarixli və 2(045)-1266/2019 saylı, 21.11.2019-cu il tarixli qətnamələrinin qərəzli olaraq icra edilməməsinə dair İstintaq İdarəsinə göndərilmiş 27.01.2021-ci il tarixli təqdimatda Goranboy Rayon Məhkəməsinin 2(045)-266/2019 saylı, 28.26.2019-cu il tarixli qətnamə üzrə aliment borcunun hesablanması zamanı texniki səhvə yol verilmiş, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2019-cu il üzrə 634,80 manat təşkil etdiyindən Təqsirləndirilən şəxs qeyd olunan qətnamə üzrə on aylıq aliment borcu 2116,00 manat təşkil etmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs 27.01.2021-ci il tarixə kimi hər iki qətnamə üzrə aliment borcu ümumilkdə 5476,00 manat təşkil etmişdir.(i.v 117) İş materiallarına əlavə edilən məhkəmə qətnaməsinin icrası ilə bağlı Təqsirləndirilən şəxs adına ünvanlanmış tələbin könüllü icra edilməsinə dair bildirişdən, Sumqayıt Şəhər Məhkəməsinin inzibati xəta haqqında 02 mart 2020-ci il tarixli qərarından və digər sənədlərdən görünür ki, o, həqiqətən də Goranboy Rayon Məhkəməsinin 2(045)-266/2019 saylı, 28.26.2019-cu il tarixli və 2(045)-1266/2019 saylı, 21.11.2019-cu il tarixli qətnamələrini qərəzli olaraq icra etməmişdir.(i.v 14-15, 35-39, 73, 75-78) Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 19.08.2019-cu il və 09.2019-cu il tarixli məktublarından görünür ki, Təqsirləndirilən şəxs 14.06.2019-cu il tarixdən Müdafiə Nazirliyindən ehtiyata buraxılaraq qeydiyyat üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt Şəhər İdarəsinə göndərilmişdir və onun Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu qismində xidmət keçməsi barədə məlumat yoxdur.(i.v 22-23) Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-252/2020 saylı, 11.09.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ məhdudlaşdırılmışdır.(i.v 54) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 57) DİN-nin BƏSİİ-nin 12.07.2021-ci il tarixli tələbnaməsindən və Tərtər Hərbi Məhkəməsinin 1(098)-243/2019 saylı, 19.09.2019-cu il tarixli hökmündən gürünür ki, Təqsirləndirilən şəxs Tərtər Hərbi Məhkəməsinin 19.09.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsi ilə təqsirli bilinərək 300 manat cərimə cəzasına məhkum edilmiş, 29.04.2020-ci ildə cəriməni tam şəkildə ödəyərək qeydiyyatdan çıxarılmışdır.(i.v 64-71,107) Axtarışda olan şəxsin tutulması haqqında 12.08.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12.08.2021-ci il tarixdə saat 11:30 radələrində Sumqayıt şəhəri 41-ci məhəllə ərazisində tutulmuşdur.(i.v 118-119) İş materiallarında olan sənədlərdən görünür ki, 13.08.2021-ci il tarixdə saat 13:50də Təqsirləndirilən şəxs “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərar elan edilmiş, 13.08.2021-ci ildə saat 14:15-dən saat 14:50-dək dindirilmiş, “Qətimkan tədbiri seçmək haqqında” qərara əsasən barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və Təqsirləndirilən şəxs 13.08.2021-ci ildə MSY-dən azad edilmişdir. (108-109, 135-138, 146-150) Məhkəməyə təqdim edilmiş notarial qaydada təsdiq edilmiş, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tərəfindən imzalanmış, 18.10.2021-ci il tarixli “Aliment ödənilməsinə dair saziş”də göstərilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə nighları pozulduqdan sonra birgə nigah dövründə doğulmuş uşaqlarının saxlanılması üçün bu günə qədər 7500 manat məbləğində aliment borcu yığılmışdır. Təqsirləndirilən şəxs həmin yığılan məbləği 7 ay ərzində ödəməyi öhdəsinə götürür. Həmin 7 ay müddəti gözlənilmədən hər ay alimentin məbləği olan 240 manat məbləğində pulu Zərərçəkmiş şəxs ödəyəcəkdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edərək araşdırma aparmış, özü bilavasitə məhkəmə iclasında sübutları tədqiq etmiş və toplanmış sübutları ayrı-ayrılıqda qiymətləndirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası məhkəmələrinin fəaliyyəti yalnız ədalət mühakiməsinin və qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada məhkəmə nəzarətinin həyata keçirilməsinə yönəldilmişdir. Məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatların, siyasi partiyaların, ictimai birliklərin, digər hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini hər cür qəsdlərdən və qanun pozuntularından müdafiə edir, Konstitusiyada və bu Qanunda nəzərdə tutulmuş digər vəzifələri həyata keçirirlər. Həmin Qanunun 5-ci maddəsinə əsasən, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Cəfərov (Jafarov) Azərbaycana qarşı (ərizə № 17276/07) 11 fevral 2010-cu il tarixli qərarında Hornsbi Yunanıstana qarşı, 19 mart 1997-ci il tarixli qərarının, 40-cı bəndinə istinad edərək bir daha bildirmişdir ki, 6-cı maddənin 1-ci bəndi hər kəs üçün, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən, məhkəməyə və ya məhkəmə funksiyasını həyata keçirən digər orqana müraciət etmək hüququnu təmin edir; bununla da həmin bənd “məhkəmə araşdırması hüququnu” təsbit edir, məhkəməyə müraciət hüququ, yəni mülki işlərlə bağlı məhkəmədə iddia qaldırmaq hüququ isə bu hüququn bir aspektidir. Lakin iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. 6-cı maddənin 1-ci bəndi işdəki tərəflərə verilən prosessual təminatları (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) ətraflı təsvir etdiyi halda məhkəmə qərarlarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı; 6-cı maddəni yalnız məhkəməyə müraciət edilməsi və icraatın aparılması ilə əlaqədar olan maddə kimi şərh etmək, yəqin ki, qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxarardı, halbuki iştirakçı dövlətlər Konvensiyanı ratifikasiya edərkən həmin prinsipə hörmət etməyi öhdələrinə götürüblər. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası 6-cı maddənin məqsədləri üçün “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır. Həmçinin Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir (Burdov Rusiyaya qarşı iş üzrə 7 may 2002-ci il tarixli Qərar, §35). Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair» 02.10.2012ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə İXMin müvafiq maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə, ilk növbədə, işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Beləliklə, Təqsirləndirilən şəxsnın təqsiri tam sübuta yetirilir, onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 59.1.14 və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar cinayət nəticəsində dəymiş ziyanın azaldılması ilə nəticələnmiş zərərçəkmiş şəxslə razılaşması, müsbət xarakterizə edilməsidir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almaqla hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işi cəzası təyin edildiyi təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 12.08.2021-ci il tarixdə saat 11:30 radələrində tutulmuş iki gün həbsdə saxlanılmışdır. Ona görə də, Təqsirləndirilən şəxs tutulub saxlanıldığı 2 gün müddət bir günə dörd gün hesabı ilə təyin edilən cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti islah işləri növündə cəzanın müddətinə bir günə dörd gün hesabı ilə hesablanır. Cinayət işi üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 12 (on iki) saat vaxt sərf etmişdir. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 72 (yetmiş iki) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381 və 384.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinsin, qazancından dövlət nəfinə 5 (beş) faiz məbləğində pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 avqust 2021-ci il tarixdən 13 avqust 2022-ci il tarixədək tutularaq həbsdə saxlanıldığı 2 (iki) gün müddət bir günə dörd gün hesabı ilə təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi islah işləri cəzası qəti olaraq qazancından dövlət nəfinə 5 (beş) faiz məbləğində pul tutulmaqla 11 (on bir) ay 22 (iyirmi iki) gün müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli işlədiyi və onun qazancından tutulmalar aparıldığı vaxtdan hesab edilsin. Hökmün icrası Sumqayıt şəhər probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə mülki iddia və maddi sübut yoxdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından 72 (yetmiş iki) manat pul Müdafiəçi vəkil işlədiyi Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) olan hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-81/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-81/2022
08.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver