Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-81/2023 21.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Rafiq oğlunun sədrliyi, Bəşirov Şahin Məmmədsala oğlunun katibliyi ilə, Dövlət ittihamçısı X4, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakı ilə, xx xxxx 1995-ci ildə Yevlax rayonu, Xaldan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, əvvəllər məhkum olunmamış, evli, orta təhsilli, işləməyən, Yevlax rayonu, Xaldan kəndində qeydiyyatda olan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarında 0,030 qram çəkidə narkotik vasitə heroini, şəxsi istehlak miqdarında 2,72 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, şəxsi istehlak miqdarından artıq miqdarda 1,001 qram çəkidə psixatrop maddə olan metamfetini, şəxsi istehlak miqdarından artıq miqdarda 0,16 qram çəkidə 04 ədəd metadon həbi əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Sumqayıt şəhəri. İnşaatçılar qəsəbəsi, ərazisində yerləşən 5 saylı yataqxananın qarşısında tanışı X1 tərkibinə və xarici komponentlərinə görə eynilik təşkil edən şəxsi istehlak miqdarından artıq miqdarda yəni 0,889 qram çəkidə psixatrop maddə metamfetamini, kimyəvi tərkibinə və xarici komponentlərinə görə eynilik təşkil edən şəxsi istehlak miqdarında yəni 0,38 qram çəkidə olan qurudulmuş marixuananı 20 (iyirmi) manat borc müqabilində satmış, 02 iyun 2022-ci il tarixdə, saat 23:00-da Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşlarının Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ərazisində yerləşən 5 saylı yataqxananın qarşısında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Sumqayıt ŞPİ-nə aparılıb orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki boz rəngli cins şalvarının sol yan cibində saxlamış olduğu 01 ədəd "'WİNSTON” markalı siqaret qutusunun içərisindən 06 ədəd ağ rəngli kağız bükümlərdə öz aralarında və Şahid1 satmış olduğu 0.38 qram narkotik vasitə olan qurudulmuş marixuana ilə kimyəvi tərkibinə və xarici komponentlərinə görə eynilik təşkil edən ayrı-ayrılıqda çəkiləri 0,45 qram, 0,40 qram. 0. 35 qram, 0,25 qram, 0, 44 qram, 0,45 qram ümumilikdə 2,34 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd gümüşü rəngli kağız bükümdə Şahid1 satmış olduğu 0,889 qram çəkidə psixatrop maddə metamfetamin ilə kimyəvi tərkibinə və xarici komponentlərinə görə eynilik təşkil edən 0,112 qram çəkidə psixatrop maddə metamfetamin, 01 ədəd şəffaf rəngli sellofan bükümdə 0.030 qram çəkidə narkotik vasitə heroin, şəxsi istehlak miqdarından artıq miqdarda 0.16 qram çəkidə 04 ədəd metadon həbi və üzərində psixatrop maddə metamfetamin izləri olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadə verərək göstərdi ki, işləmək məqsədi ilə əlaqədar 2022-ci ilin iyun ayında Sumqayıt şəhərinə gəlmiş və İnşaatçılar qəsəbəsində kirayə ev tutmuşdur. Belə ki, 02 iyun 2022-ci il tarixdə təxminən axşam saat 22-23 radələrində kirayə yaşadığı evdə olarkən əsgər yoldaşı İbrahim Abdullayev və Şahid1 onlara gəlmiş birlikdə narkotik vasitə qəbul etmişlər. Bu zaman bir neçə nəfər mülki geyimli şəxs onun yaşadığı evə daxil olmuş və özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları dərhal evdə axtarış keçirmiş və onların üzərinə baxış keçirdikdən sonra onun üzərindən bir büküm narkotik, Şahid1 üzərindən isə bir neçə büküm narkotik vasitə və elektron tərəzi çıxmışdır. Aşkar olunmuş narkotik vasitələr və elektron tərəzi, o cümlədən ona məxsus 3 ədəd mobil telefon polis əməkdaşları tərəfindən götürülmüş və birlikdə polis idarəsinə gəlmişlər. Polis İdarəsində xidməti otaqların birində narkotik vasitələrə baxış keçirilmiş və çəkisin yoxlamışlar. Bundan sonra kimin üzərindən nə çıxıbsa yenidən ciblərinə qoyulacağı və müdafiəçi dəvət olunaraq çəkilişlə baxış keçiriləcəyi bildirilmişdir. Söhbət əsnasında Şahid1 əvvəllər məhkum olunduğunu və ondan aşkar edilmiş narkotik vasitənin çox olmasını və elektron tərəzi olması onun gələcəkdə cəzasını ağırlaşdıracağını nəzərə alaraq, həmin tərəzini və narkotikləri az miqdarda rəsmiləşdirilməsini xahiş etmişdir. Bu səbəbdən polis əməkdaşları ona əvvəllər məhkum olunmadığını bildirərək həmin elektron tərəzini və narkotik vasitələri öz üzərinə götürməsini bildirmişdir. O, bunun hüquqi nəticələrini dərk etmədiyi üçün polis əməkdaşlarının təklifi ilə razılaşmışdır. Bir neçə dəqiqə sonra müdafiəçi dəvət olunmuş və o, senari kimi üzərində olan 3 ədəd mobil telefonları, hərbi bileti, sol yan cibində olan 1 ədəd siqaret qutusunu və 1 ədəd gümüşü rəngli elektron tərəzini təqdim etmişdir. Həmin siqaret qutusu açıldıqda içərisində narkotik vasitələr olan 6 ədəd ağ rəngli və 1 ədəd gümüşü rəngli kağız bükümlərin, 3 ədəd şəffaf rəngli sellofan bükümlərin, 1 ədəd dərman olduğu müəyyən edildi. Bükümlər açılan zaman 6 ədəd ağ rəngli kağız bükümlərin hər birinin içərisində narkotik vasitə olan marixuana, digər gümüşü rəngli kağız bükümün içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetamin, 1 ədəd şəffaf rəngli sellofan bükümün içərisində toz halında narkotik vasitə olan heroin, digər 2 ədəd şəffaf rəngli sellofan bükümlərin hər birinin içərisində bitki toxumları, dərman konvalidinin içərisində 4 ədəd metadon həbləri aşkar edildi. Bundan sonra o, sorğu-sual olunmuş və aşkar edilmiş narkotik vasitələr qablaşdırılaraq götürülmüşdür. Daha sonra polis əməkdaşı ona bir neçə saat əvvəl onunla birlikdə saxlanılan X9 da narkotik vasitə və psixatrop maddə satdığını bildirmişdir. Lakin o, heç kimə narkotik vasitə satmadığını və elektron tərəzinin, həmçinin qeyd olunan narkotik vasitələr olan bükümlərin ona deyil, Şahid1 məxsus olduğunu bildirdi. O, yalnız üzərində bir büküm narkotik vasitə olduğunu və onuda özünün şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Bu səbəbdən o, barəsində olan cinayət işi üzrə əməlinin Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən, Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməsini və həmin maddə ilə də azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında ifadəsi elan edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilmişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə, təxminən saat 23:00 radələrində Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsi ərazisində yerləşən 5 saylı yataqxananın qarşısında olan tanıdığı Azad və İbrahim adlı şəxslər ilə birlikdə olan zaman polis əməkdaşları onlara yaxınlaşıb Azad və onun narkotik vasitələrin qanunsuz dövriyyəsi, qəbulu, satışı və üzərində gəzdirilməsi üçün saxladıqlarını bildirib onları Pİ-nə dəvət etmişlər. Pİ-də olan zaman üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirən zaman o buna etiraz etməmiş, ona hüquq və vəzifələr barədə bildiriş, hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X5 təqdim olunmuş, daha sonra isə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif edilən zaman özü əynində olan boz rəngli cins şalvarın sağ yan cibində saxlamış olduğu mobil telefonları, hərbi bileti, sol yan cibində saxlamış olduğu 1 ədəd WİNSTON markalı siqaret qutusunu və 1 ədəd markası olmayan gümüşü rəngli elektron tərəzini təqdim etmişdir. Həmin siqaret qutusu açılmış, qutunun içərisində 6 ədəd ağ rəngli və 1 ədəd gümüşü rəngli kağız bükümlərin, 3 ədəd şəffaf rəngli sellofan bükümlərin, 1 ədəd dərman konvalidinin olduğu müəyyən edilmişdir. Həmin bükümlər açılan zaman 6 ədəd ağ rəngli kağız bükümlərin hər birinin içərisində qurudulmuş yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan “marixuana” ya bənzər bitki kütləsinin, digər gümüşü rəngli kağız bükümü açılan zaman həmin bükümün içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə olan “metamfetamin”ə bənzər maddənin, 1 ədəd şəffaf rəngli sellofan büküm açılan zaman içərisində qəhvəyi rəngli toz halında narkotik vasitə olan “heroin’ə bənzər maddənin, digər 2 ədəd şəfff rəngli sellofan bükümlərin hər birinin içərisində yaşıl rəngli bitki toxumlarının, dərman konvalidinin içərisində 4 ədəd üzərində “methadone” yazıları olan qəhvəyi rəngli həblərin olduğu müəyyən edilmişdir. Sorğu zamanı üzərindən aşkar olunmuş ağ rəngli kristal şəkilli maddələrin “patı”, qəhvəyi rəngli maddənin “kakos”, qurudulmuş yaşıl rəngli spesifik iyə malik bitki kütləsinin “nəşə”, toxumların “nəşə toxumu” olduğunu, həmin maddələri srağagün İran vətəndaşının hesabına 80 manat pul ödəməklə. Xırdalan şəhəri ərazisində yolun kənarında götürdüyünü, həmin narkotik vasitələri həm şəxsi istifadəsi, həmdəki satmaq üçün əldə etdiyini, üzərindən aşkar olunmuş elektron tərəzi vasitəsilə narkotik vasitələrin çəkisini müəyyən etdiyini, saxlanılmamışdan bir neçə dəqiqə əvvəl onunla birlikdə saxlanılan X9 da narkotik vasitə və psixatrop maddə satdığını bildirmişdir. Həmin vaxt üzərindən aşkar olunmuş 6 ədəd ağ rəngli kağıza bükülmüş qurudulmuş yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan “marixuana”ya bənzər bitki kütlələri tərəziyə qoyulub çəkilən zaman həmin bitki kütlələrinin ağ rəngli kağız ilə birlikdə hər birinin çəkisinin 0,41 qram, 0,54 qram. 0,64 qram. 0,66 qram, 0,65 qram, 0,60 qram, həmin bitki kütlələrinin ümumi çəkisinin 3,52 qram. 2 ədəd şəffaf rəngli sellofana bükülmüş yaşıl rəngli bitki toxumları tərəziyə qoyulub çəkilən zaman həmin bitki kütlələrinin ağ rəngli kağız ilə birlikdə hər birinin çəkisinin 0.98 qram, 0,60 qram həmin bitki kütlələrinin ümumi çəkisinin 1.59 qram gümüşü rəngli siqaret kağızma bükülmüş ağ rəngli kristal şəkillimaddə tərəziyə qoyulub çəkilən zaman həmin maddənin çəkisinin 0.13 qram, 1 ədəd şəffaf rəngli sellofana bükülmüş qəhvəyi rəngli maddə tərəziyə qoyulub çəkilən zaman həmin maddənin şəffaf rəngli sellofan ilə birlikdə hər birinin çəkisinin 0,14 qram olduğu müəyyən edilmiş və aşkar olunmuş həmin maddələr Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürlənmişdir. Onun üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən aşkar edilmiş ***- ***-**-** nömrə ilə işləyən M İ markalı mobil telefon və İphone 6 markalı mobil telefon xüsusi qaydada qablaşdırılaraq protokola əlavə edilmiş, hərbi bilet əhəmiyyət kəsb etmədiyindən özünə geri qaytarılmışdır. Onun Azada 20 manat borcu olduğundan narkotik vasitəni verdikdə həmin borcun silindiyini bildirmişdir. O saxlanılarkən ona qarşı heç kim heç bir psixi və ya fiziki zor tətbiq etməmiş, heç bir hüququ pozulmamışdır. Tutulduğu anadək tanımadığı bir neçə şəxsə narkotik vasitə satmış, lakin, həmin şəxsləri tanımamışdır. Məhkəmə iclasında video konfrans vasitəsiylə (ƏN-nin Penitensiar Xidmətinin 1 saylı X12 cəza çəkən) şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etdiyini bildirdi. Belə ki, o, xx.xx.2022-ci il tarixdə, təxminən axşam saatlarında İbrahim adlı tanışı ilə birlikdə Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsi ərazisində yerləşən 5 saylı yataqxananın qarşısında Təqsirləndirilən şəxsla görüşmüş və ondan narkotik vasitə almışdır. Bundan sonra 2-3 nəfər mülki geyimli şəxslər onlara yaxınlaşaraq özlərini təqdim etmiş və onları polis idarəsinə dəvət etmişlər. Orada onun üzərinə baxış keçirərəkən 2 büküm narkotik vasitə aşkar edilmişdir. O, saxlanılarkən üzərində elektron tərəzi olmadığını və heç kimə narkotik vasitə satmadığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə, təxminən saat 23:00 radələrində Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsi ərazisində yerləşən 5 saylı yataqxananın qarşısında olan zaman tanıdığı Coşqun və İbrahim adlı şəxslər ilə birlikdə olan zaman polis əməkdaşları onlara yaxınlaşıb Coşqun və onun narkotik vasitələrin qanunsuz dövriyyəsi, qəbulu, satışı və üzərində gəzdirilməsi üçün saxlanıldıqlarını bildirib onları Pİ-nə dəvət etmişlər. Onlar etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Pİ-nə getmişlər. Pİ-də olan zaman üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirən zaman o buna etiraz etməmiş, ona hüquq və vəzifələr barədə bildiriş, hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X7 təqdim olunmuşdur. Daha sonra isə vidoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif edilən zaman o, əynində olan qara rəngli cins şalvarın sol yan cibində saxlamış olduğu 1 ədəd “WİNSTON” markalı siqaret qutusunu təqdim elmişdir. Həmin siqaret qutusu açılmış, qulunun içərisində 1 ədəd ağ rəngli və 1 ədəd gümüşü rəngli kağız bükümlərin olduğu müəyyən edilmişdir. Həmin bükümlər açılan zaman ağ rəngli kağız bükümün içərisində qurudulmuş yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan “marixuana" ya bənzər bitki kütləsinin, digər gümüşü rəngli kağız bükümü açılan zaman həmin bükümün içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə olan “metamfetamin”ə bənzər maddələrin olduğu müəyyən edilmişdir. Sorğu zamanı üzərindən aşkar olunmuş ağ rəngli kristal şəkilli maddələrin “melamfetamin", qurudulmuş yaşıl rəngli spesifik iyə malik bitki kütləsinin “ol" olduğunu, həmin maddələri saxlanılmamışdan öncə tanışı Coşqun adlı şəxsdən nisyə olaraq 20 manata aldığın bildirmişdir. Həmin vaxt üzərindən aşkar olunmuş 1 ədəd ağ rəngli kağıza bükülmüş qurudulmuş yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan “marixuana" ya bənzər bitki kütləsi tərəziyə qoyulub çəkilən zaman həmin bitki kütləsinin ağ rəngli kağız ilə birlikdə çəkisinin 0,59 qram, gümüşü rəngli siqaret kağızma bükülmüş ağ rəngli kristal şəkilli maddə tərəziyə qoyulub çəkilən zaman həmin maddənin çəkisinin 1,06 qram olduğu müəyyən edilmiş və aşkar olunmuş həmin maddələr Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürlənmişdir. Onun üzərinə şəxsi axtarış keçirilən zaman üzərimdən aşkar edilmiş ***-***-**-** nömrə ilə işləyən Samsung markalı mobil telefon xüsusi qaydada qablaşdırılaraq protokola əlavə edilmiş, 193 manat kağız pullar və 50 qəpik pul əhəmiyyət kəsb etmədiyindən özünə geri qaytarılmışdır. O saxlanılarkən, ona qarşı heç kim heç bir psixi və ya fiziki zor tətbiq etməmiş, heç bir hüququm pozulmamış, tututlduğu anadək hər hansı bir şəxsə narkotik vasitə və ya psixotrop maddə satmamış, əvvəllər Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixatrop maddə almamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 vermiş olduğu ifadəsində göstərmişdir ki, o, Sumqayıt ŞPİ-nin X2 baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Belə ki, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhərində Coşqun adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu, üzərində gəzdirməsi, saxlaması və satması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumatı yoxlamaq məqsədilə xx.xx.2022-cu il tarixdə, saat 23:00da sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs tanışları X15 və X6 ilə birlikdə Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ərazisində yerləşən 5 saylı yataqxananın qarşısında müəyyən olunaraq saxlanılmış və onlara narkotik vasitələrin qəbulu və üzərində gəzidirilməsində şübhəli bilindiyi üçün saxlanıldıqları bildirilərək aidiyyatı üzrə Sumqayıt şəhər polis idarəsinə dəvət olunmuşlar. İdarədə xidməti otaqların birində müdafiəçinin ştirakı ilə videoçəkiliş aparılmaqla Coşquna özünü təqdim etməsi və ona üzərində hər hansı bir qanunsuz əşyanın olub-olmaması, varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan cins şalvarın sağ yan cibindən mobil telefonları, hərbi bileti, sol yan cibindən 01 ədəd «Vinston» markalı siqaret qutusunu və 01 ədəd markası olmayan gümüşü rəngli elektron tərəzini təqdim etmişdir. Həmin siqaret qutusu açıldıqda içərisindən 06 ədəd ağ rəngli və 01 ədəd gümüşü rəngli kağız büküm, 03 ədəd şəffaf rəngli sellofan bükümlərin 01 ədəd dərman konvalidinin olduğu müəyyən edilmişdir. Həmin bükümlər açılan zaman 06 ədəd ağ rəngli kağız bükümlərin hər birinin içərisində narkotik vasitə olan qurudulmuş marixuana, digər 01 ədəd gümüşü rəngli kağızın içərisində psixotrop maddə olan metamfetamin, 01 ədəd şəffaf rəngli sellofan bükümdə heroin, digər 02 ədəd şəffaf rəngli sellofan bükümlərdə qurudulmuş marixuana, dərman konvalidinin içərisində 04 ədəd üzərində «Methadone» yazıları olan qəhvəyi rəngli həblər aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan heroin, qurudulmuş marixuna, psixotrop maddə olan metamfetamini və metodon həblərini 01,06.2022-ci il tarixdə İran vətəndaşının hesabına 80 manat pul ödəməklə Abşeron rayonu Xırdalan şəhəri ərazisində yolun kənarından götürdüyünü, onları həm şəxsi istifadəsi, həm də satmaq üçün əldə eldiyini, üzərindən aşkar olunmuş elektron tərəzi vasitəsi ilə narkotik vasitələrin çəkisinini müəyyən etdiyini bildirmişdir. Həmçinin o, Azad adlı şəxsə də narkotik vasitə satdığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan heroin, qurudulmuş marixuna, psixotrop maddə olan metamfetamin tək-tək və ümumilikdə tərəzidə çəkilərək, xüsusi qaydada qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş «Mİ» markalı mobil telefon və «İphone 6» markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Təqsirləndirilən şəxs hərbi bileti isə özünə qaytarılmış, daha sonra müvafiq sənədləşmə aparılmışdır. Bundan başqa, X6 Pİ-nə gətirildikdən sonra onun üzərinə də şəxsi axtarış keçirilməsi zərurəti yaranmış, həmin şəxs buna etiraz etməyərək Pİ-nə ərizə təqdim etmişdir. X3 üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif olunmuşdur. X6 üzərinə şəxsi axtarış keçirilmiş, lakin əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşya və yaxud maddi sübüt aşkar olunmamışdır. Sorğu zamanı İbrahim Abdullayev arada bir narkotik vasitələrdən istifadə etdiyini, Coşqun ilə tez-tez görüşdüyünü, ondan narkotik vasitə aldığını, xx.xx.2022-ci il tarixdə onun yaşadığı ünvana gələrək ondan “nəşə” və “şüşə” adlanan narkotik vasitələri 10 manata aldığını, birlikdə həmin narkotik vasitələri istifadə etdiyini bildirmişdir. Sorğu zamanı o, Təqsirləndirilən şəxs evlərinə daxil olması, onun üzərinə electron tərəzi və əlavə narkotik vasitələr qoyulmasına dair iddialarının əsassız olduğunu və onun məsuliyyətdən yayınmaq məqsədi daşıdığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və X10 məhkəmə iclasında dindirilmiş Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsi və şahidləri dinləyinb, iş materiallarında olan (Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi ilə bağlı) DVD-R formatlı video diskə baxış keçirir və Təqsirləndirilən şəxs məhkəmə istintaqında vermiş olduğu ifadəsini qeyri səmimi qəbul edərək, məsuliyyətdən kənar qalmaq kimi qiymətləndirir. Beləliklə məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsinin iş materialları ilə tam sübuta yetdiyini nəzərə alaraq, həmin ifadəni əsas kimi götürür. İş üzrə keçirilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 7/566 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş altıədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,45 qram, 0,40 qram, 0,35 qram, 0,25 qram, 0,44qram, 0,45 qram, ümumi çəkisi 2,34 qram olan kütlələr tərkibinə görə eyni olub , tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. - İki ədəd sellofan bükülülərdə olan təmiz çəkiləri 0,70 qram və 0,37 qram, ümumi çəkisi 1,07 qram olan toxumlar eyni olub narkotik təbiətli çətənə (kannabis) bitkisinə aiddir.Toxumların tərkibində narkotik komponent yoxdur və onlar narkotik vasitələrə aid deyil. İş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/3106 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN zərflər üçün №124» dairəvi möhür əksi olan «Şübhəli şəxs Cabbarov S.» sözləri, soyad və imzalar qeyd edilmiş iki ədəd zərfdə olan: - l№-li zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,030 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 0,1 12 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixolrop maddə metamfetamindir. Üzərində «Melhodone-40» göstəricisi olan bir ədəd kovalyut kəsiyində 04 ədəd qəhvəyi rəngli dairəvi formalı həblərdə üzərindəki göstəriciyə əsasən metadonun təsir maddəsinin ümumi miqdarı 0,16 qram (1 ədəd həbdə 0,04 qram) təşkil edir. - 2№-li zərfdə bir ədəd elektron tərəzidə psixotrop maddə olan metamfetaminin izləri vardır. Melamfetamin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək mümkün deyildir. İş üzrə keçirilmiş əlavə məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 7/955 saylı rəyindən görünür ki, saylı rəyindən görünür ki. Təqsirləndirilən şəxs və Şahid1 götürülmüş və tədqiqata təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. İş üzrə keçirilmiş əlavə məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/4609 saylı rəyindən görünür ki, xx.xx.20222-ci il tarixli 6/4609 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi №65» dairəvi möhür əksləri olan «6/3105...3 iyun 2022-ci il...» sözləri soyad və imza qeyd edilmiş və «6/3106 03 iyun 2022-ci il...» sözləri soyadlar və imzalar qeyd edilmiş iki ədəd kağız paketdə olan: -bir ədəd bükümdə təmiz çəkisi 0,839 qram olan metamfetamin ilə bir ədəd bükümdə ümumi təmiz çəkisi 0.102 qram olan metamfetamin xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 08 iyun 2022-ci il tarixli 3085 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərdən və psixostimulyatorlardan birgə istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli tələbnamə – arayışdan görünür ki, xx.xx.1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsi və şahidləri dindirib, iş materiallarını tam, hərtərəfli və obyektiv surətdə araşdıraraq, təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, həmçinin yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilən sübutlara əsaslanaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinməlidir. Məhkəmə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməməsinə tənqidi yanaşaraq hesab edir ki, bu onun özünü müdafiə və cəzadan boyun qaçırması məqsədini daşıyır. Belə ki, məhkəmə istintaqı zamanı sübut olundu ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarında 0,030 qram çəkidə narkotik vasitə heroini, şəxsi istehlak miqdarında 2,72 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, şəxsi istehlak miqdarından artıq miqdarda 1,001 qram çəkidə psixatrop maddə olan metamfetini, şəxsi istehlak miqdarından artıq miqdarda 0,16 qram çəkidə 04 ədəd metadon həbi əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Sumqayıt şəhəri. İnşaatçılar qəsəbəsi, ərazisində yerləşən 5 saylı yataqxananın qarşısında tanışı X1 tərkibinə və xarici komponentlərinə görə eynilik təşkil edən şəxsi istehlak miqdarından artıq miqdarda yəni 0,889 qram çəkidə psixatrop maddə metamfetamini, kimyəvi tərkibinə və xarici komponentlərinə görə eynilik təşkil edən şəxsi istehlak miqdarında yəni 0,38 qram çəkidə olan qurudulmuş marixuananı 20 (iyirmi) manat borc müqabilində satmış, 02 iyun 2022-ci il tarixdə, saat 23:00-da Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşlarının Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ərazisində yerləşən 5 saylı yataqxananın qarşısında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Sumqayıt ŞPİ-nə aparılıb orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki boz rəngli cins şalvarının sol yan cibində saxlamış olduğu 01 ədəd "'WİNSTON” markalı siqaret qutusunun içərisindən 06 ədəd ağ rəngli kağız bükümlərdə öz aralarında və Şahid1 satmış olduğu 0.38 qram narkotik vasitə olan qurudulmuş marixuana ilə kimyəvi tərkibinə və xarici komponentlərinə görə eynilik təşkil edən ayrı-ayrılıqda çəkiləri 0,45 qram, 0,40 qram. 0. 35 qram, 0,25 qram, 0, 44 qram, 0,45 qram ümumilikdə 2,34 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd gümüşü rəngli kağız bükümdə Şahid1 satmış olduğu 0,889 qram çəkidə psixatrop maddə metamfetamin ilə kimyəvi tərkibinə və xarici komponentlərinə görə eynilik təşkil edən 0,112 qram çəkidə psixatrop maddə metamfetamin, 01 ədəd şəffaf rəngli sellofan bükümdə 0.030 qram çəkidə narkotik vasitə heroin, şəxsi istehlak miqdarından artıq miqdarda 0.16 qram çəkidə 04 ədəd metadon həbi və üzərində psixatrop maddə metamfetamin izləri olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Göstərilən hərəkəti ilə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir və ona həmin maddənin sanksiyası hədləri daxilində cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, məhkəmə cəza təyin edərkən, təqsirkarın şəxsiyyətini, törətmiş olduğu əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” olmasını məhkəmə iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının CM-nin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran halın olmamasını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 02 iyun 2022-ci il tarixdən 04 iyun 2022-ci tarixədək saxlanıldığı müddət ona təyin edilmiş cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla üzərində qəti cəza müəyyən edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən müəyyən edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından həbs edilməlidir. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı onun məhkəmə iclas zalından həbsə alındığı tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 2,1 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana, 0,02 qram təşkil edən narkotik vasitə heroin, 0,072 qram təşkil edən narkotik vasitə psixotrop maddə metamfetamin, 03 ədəd metodon həbləri və və 01 ədəd elektron tərəzi qanuna müvafiq qaydada məhv edilməlidir. İş üzrə məhkəmə xərci olan 274 (iki yüz yetmiş dörd) manat məbləğində ekspertiza tədqiqatının dəyəri Azərbaycan Respublikası CPM-in 198.1-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs üzərinə qoyularaq ondan tutulub dövlət büdcəsinə keçirilməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X14 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 32 (otuz iki) saat, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 25 (iyirmi beş) saat vaxt sərf etmişdir. Ona görə də 192 (yüz doxsan iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına, həmçinin 150 (yüz əli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-nın 351-354, 356 və 358-ci maddələrini rəhbər tutub, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 iyun 2022-ci il tarixdən 04 iyun 2022-ci il tarixədək saxlanıldığı müddət ona təyin edilmiş cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla üzərində qəti olaraq 02 (il) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından həbs edilsin. Cəzasının əvvəli onun həbsə alındığı 21 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 2,1 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana, 0,02 qram təşkil edən narkotik vasitə heroin, 0,072 qram təşkil edən narkotik vasitə psixotrop maddə metamfetamin, 03 ədəd metodon həbləri və və 01 ədəd elektron tərəzi qanuna müvafiq qaydada məhv edilsin. İş üzrə məhkəmə xərci olan 274 (iki yüz yetmiş dörd) manat məbləğində ekspertiza tədqiqatının dəyəri məhkum Təqsirləndirilən şəxs üzərinə qoyularaq ondan tutulub dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi xidmətə görə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X8 192 (yüz doxsan iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq ("xxxx" ASC-nin 1 saylı Sumqayıt filialı, 09Aİİ********************, VÖEN:**********) hesabına, məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi xidmətə görə isə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 150 (yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq ("xxxx" ASC-nin Sumqayıt filialı, № AZ 03TURA********************, VÖEN:**********) hesabına ödənilsin. İş üzrə maddi sübut olan bir ədəd “DVD-R” disk cinayət işində saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №1(060)-81/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-81/2023
21.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver