Məhkəmə qərarları › İş №1(060)-81/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-81/2025

04.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-81/2025 04.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq xeyli miqdarda, ümumi təmiz çəkisi 0,635 qram ağ rəngli kristal şəkilli maddələr olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 ədəd bükümdə xeyli miqdarda 0,121 qram çəkidə qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edərək satışını həyata keçirmək məqsədilə psixotrop maddə metamfetamini 0,136 qram, 0,142 qram, 0,084 qram, 0,053 qram, 0,144 qram, 0,064 qram və 0,012 qramdan ibarət 7 bükümə ayıraraq 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,136 qramdan və 0,142 qramdan ibarət hissəsini üzərində saxlamaqla daşıması, qalan 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,084 qram, 0,053 qram, 0,144 qram, 0,064 qram və 0,012 qram hissəsini və 01 ədəd bükümdə təmiz çəkisi 0,121 qram narkotik vasitə heroini yaşadığı ünvan 1 ünvanına daşıyaraq saxlaması, 06 avqust 2024-cü il tarixdə, saat 16:00 radələrində Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində, X9 stansiyasının yaxınlığında piyada hərəkətdə olarkən saxlanılaraq, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin inzibati binasına gətirildikdən sonra, həmin tarixdə üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən xeyli miqdarda 2 ədəd bükümdə ümumi təmiz çəkisi 0,278 qram, ayrı-ayrılıqda təmiz çəkiləri 0,136 qram, 0,142 qram psixotrop maddə metamfetamin əynində olan açıq boz rəngli şalvarın sağ yan cibindən aşkar edilərək götürülməsi, bundan başqa, əməliyyat-axtarış tədbirinin davamı olaraq 06 avqust 2024-cü il tarixdə yaşadığı, ünvan 1 ünvanına baxış keçirilən zaman 05 ədəd bükümdə xeyli miqdarda, ümumi təmiz çəkisi 0,357 qram ayrı-ayrılıqda təmiz çəkiləri 0,084 qram, 0,053 qram, 0,144 qram, 0,064 qram və 0,012 qram psixotrop maddə metamfetamin, 01 ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 0,121 qram narkotik vasitə heroinin və 01 ədəd üzərində heroin və metamfetamin izləri olan elektron tərəzinin aşkar olunaraq, götürülməsi faktına görə toplanmış təhqiqat materialları olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 16 radələrində Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində yerləşən 1 saylı X9 Stansiyasının yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edib onun narkotik vasitələrin və ya psixotrop maddələrin qəbulu və üzərində saxlaması, satması barədə şübhəli bilindiyi üçün onu saxladıqlarını bildirərək Sumqayıt ŞPİ-nin 1-ci PB-yə dəvət etmişlər, o da etiraz etməyərək onlarla birlikdə həmin bölməyə getmişdir. Orada xidməti otaqların birində videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirən zaman o buna etiraz etməmişdir. Daha sonra ona hüquq və vəzifələri barədə bildiriş, eləcə də hüquqlarının müdafiə etməsi üçün vəkil təqdim olunmuşdur. Bundan sonra ona üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş əşyanın olub-olmaması soruşulub, əgər varsa, təqdim etmək təklif olunmuşdur. O da əynində olan açıq boz rəngli idman şalvarının sağ yan cibindən 02 ədəd kağız bükümləri və üzərində olan yaşadığı evin qapısının açarını çıxarıb təqdim etmişdir. Bundan sonra kağız bükümlər açılan zaman hər ikisinin içərisində ağ rəngli kristal şəkilli maddə metamfetamin aşkar edilmişdir. O, həmin maddələri öz şəxsi istifadəsi üçün üzərində saxlayıb gəzdirdiyini, satışı ilə məşğul olmadığını, onları Sumqayıt şəhərində yerləşən Saray körpüsünün üzərində tanımadığı şəxsdən aldığını bildirmişdir. Bundan sonra üzərindən aşkar edilən, hər ikisinin içərisində ağ rəngli, kristalşəkilli maddələr olan kağız bükümlər, içərisindəki maddələrlə birlikdə, ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş, çəkilən zaman 0,32 qram və 0,25 qram olması müəyyən edilmişdir. Üzərindən aşkar olunan həmin maddələr Azərbaycan Respublikası ƏN-in MEM-nə göndərilməsi üçün xüsusi qablaşdırılaraq üzəri möhürlənmişdir. Yaşadığı evin açarı isə onun özünə qaytarılmışdır. Daha sonra polis əməkdaşı tərəfindən yaşadığı evə baxış keçirilməsinə etirazının olub-olmaması soruşulduqda, o yaşadığı evə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları və vəkilin iştirakı ilə yaşadığı evə getmişlər. Yaşadığı ünvanın qarşısında videoçəkiliş başlayan zaman bildirmişdir ki, yaşadığı ünvanda da narkotik vasitə heroin və psixotrop maddə metamfetamin vardır. Polis əməkdaşının üzərinə şəxsi axtarış zamanı nə üçün yaşadığı evdə narkotik vasitə heroin və psixotrop maddə olan metamfetamin olmadığının deməyinin səbəbini soruşduqda, o bildirmişdir ki, həmin vaxt həyəcanlı olduğu üçün və cinayət məsuliyyətindən yayınmaq istədiyi üçün yaşadığı evdə ona məxsus heroin və metemfetamin olmasına baxmayaraq bunu inkar etmişdir. Bundan sonra o evinin açarı ilə qapını açmış və polis əməkdaşlarına yaşadığı evin otağında, plastmas masanın üzərinə qoyduğu 01 ədəd tərəzini və içərisində narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin olan kağız bükümləri göstərmişdir. Həmin bükümlərdən 05 ədəd kağız bükümlərin içərisində ağ rəngli kristalşəkilli maddə və 01 ədəd bükümün içərisindən isə tünd qəhvəyi rəngli toz halında maddə olması aşkar edilmişdir. Ağ rəngli, kristalşəkilli maddələr ayrı-ayrılıqda aşkar edildiyi kağız bükümlərlə birlikdə çəkilmiş və çəkilərin 0,11 qram, 0,25 qram, 0,17 qram, 0,16 qram, 0,20 qram olduğu müəyyən edilmişdir. Tünd qəhvəyi rəngli, toz halında olan maddə aşkar edildiyi kağız bükümlərlə birlikdə tərəzidə çəkilən zaman çəkisinin 0,29 qram olması müəyyən edilmişdir. Narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamini aldığı şəxsin adını və digər məlumatlarını bilmədiyini, onunla təsadüf nəticəsində tanış olduğunu, sözügedən heroini və metamfetamini öz istifadəsi üçün aldığını bildirmişdir. Onları satmaq niyyətinin olmadığını, narkotik vasitələrin, psixotrop maddələrin satışı ilə ümumiyyətlə məşğul olmadığını bildirmişdir. Həmin heroin və metamfetamini almaqda ona kömək edən olmamış, bunu tək etmişdir. Məhkəmə iclasında verilən suala cavab olaraq bildirmişdir ki, o, çox vaxt narkotik vasitəni evdə qəbul edir, həmin gün aliminium-dəmir yığmağa getdiyi üçün üzərində götürmüşdür. Günə iki büküm narkotik vasitə qəbul etdiyini bildirmiş, saxlanılarkən ona qarşı heç bir psixi və ya fiziki zor tətbiq edilməmiş, heç bir hüququ pozulmamışdır. Qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etirafı ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri, diskdə olan videogörüntülər, məhkəməyədək icraat zamanı verdiyi ifadələr və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində Sumqayıt ŞPİ-nin 1-ci PB-nin polis nəfəri, polis baş serjantı Şahid2 ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhərində Şahlar adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu, üzərində gəzdirməsi, saxlaması və satması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında həmin gün saat 16:00 radələrində sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində yerləşən 1 saylı X9 Stansiyasının yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-nin 1-ci PB-yə gətirilmişdir. Orada xidməti otaqların birində videokamera işə salınaraq Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs Yavər oğluna daxil olmuş əməliyyat məlumatına əsasən qanunsuz olaraq narkotik vasitələrin qəbulu, üzərində gəzdirməsi, saxlaması və satması ilə əlaqədar saxlanılıb bölməyə gətirildiyini bildirib, hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsi üçün vəkili İsməli Kazımovu təqdim etmiş, Təqsirləndirilən şəxs bildirişlə tanış olaraq, vəkilinə etiraz etməmişdir. Daha sonra üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim edilməsi təklif olunmuşdur. O da əynində olan açıq boz rəngli idman şalvarının sağ yan cibindən 02 ədəd kağız bükümləri və üzərində olan yaşadığı evin qapısının açarını çıxarıb təqdim etmişdir. Bundan sonra kağız bükümlər açılan zaman hər ikisinin içərisində ağ rəngli kristal şəkilli maddə olması aşkar edilmişdir. Sorğu zamanı Şahlar həmin maddələrin psixotrop maddə olan metamfetamin olduğunu, onları öz şəxsi istifadəsi üçün üzərində saxlayıb gəzdirdiyini, satışı ilə məşğul olmadığını, həmin maddələri Sumqayıt şəhərində yerləşən Saray körpüsünün üzərində tanımadığı şəxsdən aldığını bildirmişdir. Bundan sonra Şahların üzərindən aşkar edilən, hər ikisinin içərisində ağ rəngli, kristalşəkilli maddələr olan kağız bükümlər içərisindəki maddələrlə birlikdə, ayrı-ayrılıqda elektron tərəzidə çəkilən zaman 0,32 qram və 0,25 qram olması müəyyən edilmişdir. Şahların üzərindən aşkar olunan həmin maddələr Azərbaycan Respublikası ƏN-in MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılıraq Azərbaycan Respublikası DİN-nin 125 saylı möhürü ilə möhürlənərək götürülmüş, yaşadığı evin açarı isə onun özünə qaytarılmışdır. Bundan sonra Şahlardan başqa hardasa ona məxsus narkotik vasitə heroin və ya psixotrop maddə metamfetamin olması barədə soruşulduqda, o yaşadığı evdə heroin və metamfetamin olmadığını bildirmişdir. Həmin vaxt ondan yaşadığı evə baxış keçirilməsinə etirazının olubolmaması soruşulduqda, o yaşadığı evə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra onlar Şahların yaşadığı ünvan 2 ünvanın qarşısında videoçəkiliş başlayan zaman Şahlar bildirmişdir ki, yaşadığı ünvanda da narkotik vasitə heroin və psixotrop maddə metamfetamin vardır. Ondan üzərinə şəxsi axtarış zamanı nə üçün yaşadığı evdə narkotik vasitə heroin və psixotrop maddə olan metamfetamin olmadığının deməsinin səbəbini soruşduqda, Şahlar həmin vaxt həyacanlı olduğu və cinayət məsuliyyətindən yayınmaq üçün evində narkotik vasitə və psixotrop maddə olmadığını dediyini, lakin hazırda yaşadığı evdə saxladığı narkotik vasitə və psixotrop maddənin yerini göstərə biləcəyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evin qapısını özü açarla açmış və onlar evə daxil olmuşlar. İçəriyə daxil olduqda onlar onun yaşadığı evin otağında, plastmas masanın üzərinə qoyduğu 01 ədəd tərəzi, içərisində narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin olan kağız bükümlər aşkar etmişlər. Şahlardan həmin masanın üzərində olan kağız bükümlərin içərisində nə olması soruşulduqda, o həmin kağız bükümlərdə narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Həmin bükümlərdən 05 ədəd kağız bükümlərin içərisində ağ rəngli kristalşəkilli maddə və 01 ədəd bükümün içərisindən isə tünd qəhvəyi rəngli toz halında maddə olması aşkar edilmişdir. Ağ rəngli, kristalşəkilli maddələr və tünd qəhvəyi rəngli, toz halında olan maddə ayrı-ayrılıqda aşkar edildiyi kağız bükümlərlə birlikdə çəkilmişdir. Şahların evindən aşkar olunan həmin maddələr və 01 ədəd elektron tərəzi Azərbaycan Respublikası ƏN-in MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılıraq möhürlənərək götürülmüşdür. O həmin metamfetamini, narkotik vasitə heroini öz şəxsi istifadəsi üçün yaşadığı evdə saxladığını, həmin maddələri Sumqayıt şəhəri, Saray körpüsünün üzərində tanımadığı şəxsdən aldığını, satışı ilə məşğul olmadığını, tərəzinin özünə məxsus olduğunu, özündə olan narkotik vasitə heroin və psixotrop maddə metamfetamini kağızlara büküb tərəzidə çəkdiyini bildirmişdir. Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən təzyiq göstərilməmiş, o, könüllü olaraq, törətdiyi cinayət əməlini etiraf etmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən, heç bir müqavimət göstərməmişdir. Məhkəmə iclasında Whatsapp tətbiqindən istifadə etməklə video-görüntü vasitəsilə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid1 Şahid2 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır. (i.v.1) “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 16:00-da Sumqayıt şəhəri, 13-cü mikrorayonda yerləşən 1 saylı X9 Stansiyasının yaxınlığında Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v.22) “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutulmaqla polis orqanına gətirilmiş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır. “Şəxsi axtarışın keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokola və məhkəmə iclasında video görüntü olan diskə baxış keçirilməsi zamanı müəyyən edilmişdir ki, xx.xx.2024 -cü il tarixdə saat 17:39-dan 17:48-dək Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələr barədə bildiriş və vəkili X4 təqdim olunmuş, daha sonra isə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmamış əşyanın olubolmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və psixotrop maddə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əynində olan açıq boz rəngli idman şalvarının sağ yan cibində saxlamış olduğu 02 ədəd kağız bükümlər və 01 ədəd açar aşkar olunmuşdur. Həmin 02 ədəd kağız bükümlərin içərisində ağ rəngli, kristalşəkilli maddə olması aşkar edilmişdir. Həmin 02 ədəd kağız bükümlər içərisində olan maddələrlə birlikdə elektron tərəzidə ayrı-ayrılıqda çəkilərək çəkilərinin 0,32 və 0,25 qram olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildimişdir ki, üzərindən aşkar olunmuş maddə “patı”, yəni psixotrop maddə olan metamfetamindir, həmin maddəni Sumqayıt şəhərində tanımadığı şəxsdən almış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddələr Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 125 saylı möhürü ilə möhürlənmişdir. (i.v.28-29) Sumqayıt ŞPİ-nin 1-ci PB-nin xx.xx.2024-cü il tarixli baxış keçirilməsi barədə qərarına əsasən Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri qanunsuz daşıması və yaşadığı ünvanda saxlaması barədə daxil olmuş məlumatın yoxlanılmasından ötrü onun ünvan 3 ünvanındakı evinə baxış keçirilməsi qərara alınmışdır. (i.v.31) xx.xx.2024-cü il tarixli baxış aparılması haqqında protokoldan və yaşayış sahəsinə baxış keçirilmə zamanı qeydə alınmış video görüntüdən görünür ki, həmin tarixdə saat 18:18-dən 18:32-dək Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilərkən o, yaşadığı ünvanda da narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirmiş, ondan üzərinə şəxsi axtarış aparılan zaman nə üçün yaşadığı evdə narkotik vasitə heroin və psixotrop maddə olan metamfetamin olmadığının deməsinin səbəbini soruşulduqda, Şahlar həmin vaxt həyacanlı olduğu və cinayət məsuliyyətindən yayınmaq üçün evində narkotik vasitə və psixotrop maddə olmadığını bildirmiş, lakin hazırda yaşadığı evdə saxladığı narkotik vasitə və psixotrop maddənin yerini göstərə biləcəyini söyləmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evin qapısını özü açarla açmış və onlar evə daxil olmuşlar. İçəriyə daxil olduqda onlar onun yaşadığı evin otağında, plastmas masanın üzərinə qoyduğu 01 ədəd tərəzi, içərisində narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin olan kağız bükümlər aşkar etmişlər. Şahlardan həmin masanın üzərində olan kağız bükümlərin içərisində nə olması soruşulduqda, o həmin kağız bükümlərdə narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Həmin bükümlərdən 05 ədəd kağız bükümlərin içərisində ağ rəngli kristalşəkilli maddə və 01 ədəd bükümün içərisindən isə tünd qəhvəyi rəngli toz halında maddə olması aşkar edilmişdir. Ağ rəngli, kristalşəkilli maddələr və tünd qəhvəyi rəngli, toz halında olan maddə ayrıayrılıqda aşkar edildiyi kağız bükümlərlə birlikdə çəkilmiş, çəkilərinin 0,11 qram, 0,25 qram, 0,17 qram, 0,16 qram, 0,20 qram olması, tünd qəhvəyi rəngli toz halında olan maddənin kağız bükümlə birlikdə çəkisi 0,29 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs evindən aşkar olunan həmin maddələr və 01 ədəd elektron tərəzi Azərbaycan Respublikası ƏN-in MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılıraq möhürlənərək götürülmüşdür. O həmin metamfetamini, narkotik vasitə heroini öz şəxsi istifadəsi üçün yaşadığı evdə saxladığını, həmin maddələri Sumqayıt şəhəri, Saray körpüsünün üzərində tanımadığı şəxsdən aldığını, satışı ilə məşğul olmadığını, tərəzinin özünə məxsus olduğunu, özündə olan narkotik vasitə heroin və psixotrop maddə metamfetamini kağızlara büküb tərəzidə çəkdiyini bildirmişdir. (i.v. 32-32a) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/4010 nömrəli rəyinin nəticə hissəsində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində: «Azərbaycan Respublikası Din Zərflər üçün №125» dairəvi möhür əksi, «Təqsirləndirilən şəxs üzərindən aşkar edilən...(imza) Təqsirləndirilən şəxs» yazısı və imzalar olan paketdəki 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,136 qram və 0,142 qram, ümumi təmiz çəkisi 0,278 qram ağ rəngli kristalşəkilli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş, üzərində:’’Azərbaycan Respublikası DİN zərflər üçün №125” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilən...(imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan paketdəki, 05 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,084 qram, 0,053 qram, 0,144 qram, 0,064 qram, 0,012 qram, ümumi təmiz çəkisi 0,357 qram ağ rəngli kristalşəkilli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 01 ədəd bükümdə təmiz çəkisi 0,121 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir. 01 ədəd elektron tərəzinin üzərində heroin in və metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün, heroinin və metamfetaminin təmiz çəkisini və bükümlərdə olan heroinlə və metamfetaminlərlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Vət.Təqsirləndirilən şəxs evindən aşkar edilən 05 ədəd bükümdə və üzərindən aşkar edilən 02 ədəd bükümdə, ümumilikdə 07 ədəd bükümdə metamfetaminin ümumi təmiz çəkisi 0,635 qram təşkil edir və həmin metamfetaminlər öz aralarında xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynidirlər. Tədqiqata təqdim edildi 05 büküm psixotrop maddə olan metamfetaminin ümumi təmiz çəkisi 0,357 qram; nümunə götürüldü 0,15 qram; geri qaytarıldı 0,207 qram. 02 büküm psixotrop maddə metamfetaminin ümumi təmiz çəkisi 0,278 qram; nümunə götürüldü 0,06 qram; geri qaytarıldı 0,218 qram; 01 büküm narkotik vasitə heroinin təmiz çəkisi 0,121 qram; nümunə götürüldü 0,04 qram; geri qaytarıldı 0,081 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat müəyyən edilmişdir. (i.v.40-45) Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmiş və istintaq həmin maddə ilə davam etdirilləsi qərara alınmışdır. ( i.v.54) Təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittihamın elan olunması haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona xx.xx.2024-cü il tarixdə, saat 09:15-də elan edilmişdir. (i.v.58-60) Təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs kimi ifadəsi alınmışdır.(i.v.70-72) xx.xx.2024-cü il qərara əsasən Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:00-da saxlanıldığı Sumqayıt ŞPİ-nin MSY-dən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (i.v. 73-74) Maddi sübut kimi tanınma haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 0,635 qram olan psixotrop maddə metamfetamin, təmiz çəkisi 0,121 qram olan narkotik vasitə heroin və 01 ədəd elektron tərəzi maddi sübut kimi tanınmış, və tədqiqatdan sonra qalıq qalmış 0,218 qram çəkidə, yaşadığı evdən götürülmüş 0,207 qram metamfetamin, 0,081 qram heroin və 01 ədəd elektron tərəzi saxlanılması üçün Sumqayıt ŞPİ-nin məsul saxlanışına verilmişdir.(i.v. 78-79) Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayədəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 826 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Corat qəsəbəsi, 76-cı məhəllə, 168 nömrəli evdə yaşayır. (i.v. 86) Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayədəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır.(i.v.88) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 şəxsin Ambulator X1 barədə xx.xx.2024-cü il tarixli, 5750 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(i.v.96-97) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. (i.v.99) “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarda göstərilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və evinə baxış keçirilməsi keçirilərkən, üzərindən və evindən aşkar olunmuş metamfetamin ümumi təmiz çəkisi məhkəmə-kimyəvi ekspertiza rəyinə əsasən 0,635 qram, heroinin təmiz çəkisi 0,121 qram əsas götürülməsi və həmin heroin, metamfetaminin, 01 ədəd elektron tərəzinin maddi sübut kimi tanınması nəzərə alınmış, onun üzərinə şəxsi axtarış və evinə baxış keçirilməsi istintaq hərəkəti aparılmasını əks etdirən 01 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınmış və iş materiallarında saxlanılması qərara alınmışdır. (i.v.100-106) Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün qismən etirafedici ifadələri ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyləri, diskdə olan videogörüntülər, maddi sübutlar və digər iş materialları ilə onun satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə olan heroini, psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla daşıması tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilmiş, o həmin maddə ilə təqsirli bilinərək maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi bəzi ifadələri (üzərindən aşkar edilmiş narkotik vasitəni, psixotrop maddəni yalnız şəxsi istifadəsi üçün gəzdirməsi) həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında və ibtidai istintaq zamanı verdiyi ifadələri özünü müdafiə xarakteri xarakeri daşıyır və bu ifadələri məsuliyyətindən yaxa qurtarmaq üçün vermişdir. Odur ki, məhkəmə təqsirləndirilən şəxsin əldə etdiyi narkotik maddənin və psixotrop maddənin çəkisini nəzərə alaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda ümumi təmiz çəkisi 0,121 qram narkotik vasitə heroin və 0,635 qram psixotrop maddə metamfetamini əldə edib üzərində və mənzilində saxlamışdır və o Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə əhatə olunan cinayət əməlini törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk dəfə məhkum edilməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli hazırkı hökmün qəbul edildiyi tarixdən, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilməli, o məhkəmə iclas zalından həbsə alınmalı, saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 5750 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 5750 nömrəli rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,218 qram və 0,207 qram psixotrop maddə olan metamfetamin, 0,081 qram narkotik vasitə olan heroin və 01 (bir) ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, maddi sübut olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə, həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına haqq ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia, xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilsin, o, məhkəmə iclas zalından həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,218 qram, 0,207 qram psixotrop maddə olan metamfetamin, 0,081 qram narkotik vasitə olan heroin və 01 (bir) ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 30 saata görə 180 (yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia, xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar