Məhkəmə qərarları › İş №1(060)-810/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-810/2021

21.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-810/2021 21.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Oruczadə Urfan Eynur oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1998-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, Qubadlı rayonu, Bəxtiyarlı kəndində qeydiyyatda olan, ünvan 2-da yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaqda elan olunmuş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən “Elmar” marketin yanında X1 məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,125 qram narkotik vasitə olan heroin və təmiz çəkisi 0,265 qram psixotrop maddə metamfetamin əldə edib daşıyaraq şəxsi istifadəsi üçün üzərində saxlamış, 07 oktyabr 2021-ci il tarixdə, saat 10:00 radələrində Sumqayıt ŞPİ-nin 3-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən 29 nömrəli binanın qarşısında saxlanılaraq Sumqayıt ŞPİ-nin 3-ci PBnə gətirilib xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,265 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd bükümdə təmiz çəkisi 0,125 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında ifadə vermiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən bir aydır ki, narkotik vasitə heroin və psixotrop maddə olan metamfetamini falqada yandırmaqla qəbul edir. 06 oktyabr 2021-ci il tarixdə, gecə saatlarında Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən “Elmar” marketin yanında olan zaman əvvəldən tanıdığı və 1 ay müddətində mütəmadi olaraq narkotik vasitə və psixotrop maddə aldığı Sumqayıt şəhəri, Təzə Corat qəsəbəsi, yol kənarında Yeni tikilmiş bina ilə üzbəüz yaşayan, təxminən 35-36 yaşı olan, dolu bədən quruluşlu və az saçı olan Azər adlı şəxsdən bükümü 5 manatdan olmaqla 10 manata, iki büküm, bir büküm narkotik vasitə heroin və bir büküm psixotrop maddə olan metamfetamin almışdır. Həmin bükümləri əynində olan boz rəngli şalvarın sağ yan cibinə qoymuş və evə gəlmişdir. 07 oktyabr 2021-ci il tarixdə saat 10 radələrində Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yaşadığı binanın qarşısında olduğu zaman və Azərdən aldığı 2 büküm narkotik vasitə heroin və psixotrop maddə olan metamfetamin əynində olan boz rəngli şalvarın sağ yan cibində olmuşdur. Bir qədər sonra 2 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra qanunsuz olaraq narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu bildirib bununla əlaqədar olaraq videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirəcəklərini deməklə onu Sumqayıt ŞPİ-nin 3-cü PB-nə dəvət etmişlər. O, etiraz etməmiş və polislərlə birlikdə Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gəlmişdir. Polis bölməsində xidməti otaqların müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən qabaq polis əməkdaşları üzərində narkotik vasitə olubolmamasını soruşmuşlar. O, polis əməkdaşlarına əynindəki boz rəngli şalvarının sağ yan cibindəki 2 ədəd gümüşü rəngli siqaret kağızı bükümünü təqdim etmişdir. Polis əməkdaşları bükümlərdəki qəhvəyi rəngli, spesifik iyə malik kütləni və ağ rəngli kristal şəkilli kütləni gördükdə bildirmişdir ki, qəhvəyi rəngli kütlə narkotik vasitə heroin, ağ rəngli kristal şəkilli kütlə isə psixotrop maddə metamfetamindir. Narkotik vasitə heroin və psixotrop maddə metamfetamini 06 oktyabr 2021-ci il tarixdə, gecə saatlarında Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən “Elmar” marketin yanında olan zaman Azər adlı şəxsdən bükümü 5 manatdan olmaqla 10 manata şəxsi istifadəsi üçün almışdır. Bundan sonra üzərindən narkotik vasitə və psixotrop maddə aşkarlanması ilə bağlı sənədləşmə işləri görülmüş və üzərindən aşkar olunmuş narkotik vasitə olan heroin və metamfetamin onun iştirakı ilə tərəzidə çəkilmiş və heroinin çəkisinin 0,21 qram olması, metamfetaminin çəkisinin isə 0,38 qram olması müəyyən edilmişdir. Üzərindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddə qablaşdırılaraq üstü yazılıb ona imza edildikdən sonra möhürlənmiş və orada protokol tərtib olunmuş, protokol ucadan oxunduqdan sonra o, və digər iştirakçılar tərəfindən imzalanmışdır. O, bu vaxta qədər heç kimə narkotik vasitə satmamışdır. Polis əməkdaşları tərəfindən ona fiziki və ya psixi təsir və təzyiq göstərilməmişdir. Hazırda törətdiyi cinayət əməlindən peşmandır. Barəsində yüngül cəza təyin edilməsini Məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində ifadə vermiş Sumqayıt şəhər Polis İdarəsinin KTB-nin inspektor-kriminalisti, polis baş leytenantı Şahid3 oğlu ifadəsində göstərdi ki, 07.10.2021ci il tarixdə ünvan 2-da yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi, saxlaması, istifadəsi və üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Məlumat aidiyyəti üzrə rəhbərliyə məruzə edildikdən sonra əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilməklə, istintaq-əməliyyat qrupu yaradılmışdır. Qrup üzvləri ilə birlikdə Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisinda yerləşən 29 nömrəli binanın qarşısına getmişdir. Həmin gün saat 10:00-da bir nəfər şəxsin Təqsirləndirilən şəxs əlamətləri ilə uyğun gəldiyini görüb ona yaxınlaşaraq o, və digər polis əməkdaşları özlərini təqdim etmişlər. Həmin şəxsə özünü təqdim etməsini bildirilmiş, həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu demişdir. Ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, Sumqayıt ŞPİ-nin 3cü PB-nə getməli olacaqlarını, orada üzərinə vəkilin iştirakı ilə şəxsi axtarış keçiriləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs etiraz etmədiyi üçün onu Sumqayıt ŞPİ-nin 3-cü PB-nə aparmışlar. Sumqayıt şəhər Pİ-nin 3-ci PB-də xidməti otaqlarının birində təhqiqatçı Mustafa Mustafazadə özünü təqdim edərək saxlanılan şəxsdən özünü təqdim etməsini xahiş etmiş, saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təhqiqatçı saxlanılan şəxsə narkotik vasitələrin qanunsuz dövriyyəsi və istifadəsi ilə məşğul olmasına real əsaslar olduğundan şübhəli şəxs qismində saxlanıldığını və 3-cü PB-nə gətirildiyini demişdir. Daha sonra təhqiqatçının göstərişi ilə o, və digər polis əməkdaşları özlərini təqdim etmişlər. Təhqiqatçı Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 təyin olunduğunu və Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlanıldığı üçün hüquq və vəzifələri haqqında məlumat verib, bildirişi təqdim etmişdir. Təhqiqatçı saxlanılan şəxsdən üzərində qanunla qadağan edilmiş hər hansı bir əşyanın olub-olmamasını soruşmuş, Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarının sağ yan cibindəki 2 ədəd gümüşü rəngli siqaret kağızı bükümünü təqdim etmişdir. Təqsirləndirilən şəxs qəhvəyi rəngli kütlənin narkotik vasitə heroin, ağ rəngli kristal şəkilli kütlənin isə psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə heroin və psixotrop maddə metamfetamini 06 oktyabr 2021-ci il tarixdə, gecə saatlarında Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən “Elmar” marketin yanında olan zaman Azər adlı şəxsdən bükümü 5 manatdan olmaqla 10 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən 1 ədəd açar və “Redmi Pro 6” markalı, içərisində ***-***-**- ** mobil nömrəsi olan mobil telefon aşkarlanmışdır. Açar əhəmiyyət kəsb etmədiyi üçün özünə qaytarılmış, mobil telefon isə tərtib edilmiş protokola əlavə edilərək götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa hər hansı əşya aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə və psixotrop maddə aşkarlanması ilə bağlı sənədləşmə işləri görülmüş və üzərindən aşkar olunmuş narkotik vasitə olan heroin və metamfetamin tərəzidə çəkilmiş, heroinin çəkisinin 0,21 qram olması, metamfetaminin çəkisinin isə 0,38 qram olması müəyyən edilmişdir. Aşkar olunmuş narkotik vasitə və psixotrop maddə qablaşdırılaraq üstü yazılıb Təqsirləndirilən şəxs imza edildikdən sonra möhürlənmişvə orada protokol tərtib olunmuş, protokol ucadan oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanmışdır. Onlar tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəni X2 almışdır. Bununla əlaqədar olaraq məlumat aidiyyəti üzrə rəhbərliyə məruzə edildikdən sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilməklə, istintaq-əməliyyat qrupu yaradılmışdır. Qrup üzvləri ilə birlikdə X4 yaşadığı Sumqayıt şəhəri, Novruz qəsəbəsi ev 21 ünvanına gəlmişlər. Azər Səmədov evdə olmadığından anası Bəsdi Səmədova və qardaşı Sənan Səmədovun razılığı ilə həmin evdə axtarış keçirməyə başlamışlar. Axtarış zamanı zalda olan stolun sağ tərəfindəki stulun üzərində işlək olmayan “Samsung” markalı mobil telefon, kiçik ölçülü qayçı, 2 ədəd folqa, 1 ədəd 1 manatlıq əskinazdan hazırlanmış borucuq, 1 ədəd metaldan olan borucuq, 4 ədəd alışqan, 1 ədəd bıçaq tiyəsi, 1 ədəd elektron tərəzi,4 ədəd folqa kağız parçaları, 3 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə, 1 ədəd yaşıl rəngli konfet kağızında narkotik vasitə heroinə bənzər kütlə və 1 ədəd siqaret kağızı bükümündə narkotik vasitə heroinə bənzər kütlə aşkarlanmışdır. Axtarışda iştirak edən Sənan Səmədov aşkar edilən əşya və kütlələrin qardaşı Azərə məxsus olduğunu bildirmişdir. Aşkar edilmiş kütlələr tərəzidə çəkilmişdir. Daha sonra mobil telefondan başqa aşkar edilmiş əşya və kütlələr iş üçün əhəmiyyət kəsb etdiyindən müvafiq ekspertizaya göndərilməsi üçün götürülmüş və qablaşdırılaraq zərfə qoyulmuşdur. Axtarış zamanı evin digər otaqlarından iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və predmet aşkar edilməmişdir. Axtarışda iştirak edən Sənan Səmədov qardaşı Azərin evdə narkotik vasitə saxlamasından məlumatsız olduğunu, həmçinin anasının da bundan xəbərsiz olduğunu, lakin Azərin narkotik vasitə qəbul etdiyini bildiyini və bununla bağlı ona dəfələrlə irada bildirsə də, heç bir faydasının olmadığını, hazırda da Azərin harada olmasını bilmədiyini bildirmişdir. Azər Səmədovun evində axtarış keçirilməsi ilə bağlı protokol tərtib olunmuş, protokol ucadan oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə ifadəsi elan edilmiş 3-cü Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 07.10.2021-ci il tarixdə ünvan 2-da yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi, saxlaması, istifadəsi və üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Məlumat aidiyyəti üzrə rəhbərliyə məruzə edildikdən sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilməklə, istintaq-əməliyyat qrupu yaradılmışdır. Qrup üzvləri ilə birlikdə Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisinda yerləşən 29 nömrəli binanın qarşısına getmişdir. Həmin gün saat 10:00-da bir nəfər şəxsin Təqsirləndirilən şəxs əlamətləri ilə uyğun gəldiyini görüb ona yaxınlaşaraq o, və digər polis əməkdaşları özlərini təqdim etmişlər. Həmin şəxsə özünü təqdim etməsini bildirmiş, həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu demişdir. Ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, Sumqayıt ŞPİ-nin 3-cü PB-nə getməli olacaqlarını, orada üzərinə vəkilin iştirakı ilə şəxsi axtarış keçiriləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs etiraz etmədiyi üçün onu Sumqayıt ŞPİ-nin 3-cü PB-nə aparmışlar. Sumqayıt şəhər Pİ-nin 3-ci PB-də xidməti otaqlarının birində təhqiqatçı Mustafa Mustafazadə özünü təqdim edərək saxlanılan şəxsdən özünü təqdim etməsini xahiş etmiş, saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təhqiqatçı saxlanılan şəxsə narkotik vasitələrin qanunsuz dövriyyəsi və istifadəsi ilə məşğul olmasına real əsaslar olduğundan şübhəli şəxs qismində saxlanıldığını və 3-cü PB-nə gətirildiyini demişdir. Daha sonra təhqiqatçının göstərişi ilə o, və digər polis əməkdaşları özlərini təqdim etmişlər. Təhqiqatçı Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 təyin olunduğunu və Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlanıldığı üçün hüquq və vəzifələri haqqında məlumat verib, bildirişi təqdim etmişdir. Təhqiqatçı saxlanılan şəxsdən üzərində qanunla qadağan edilmiş hər hansı bir əşyanın olub-olmamasını soruşmuş, Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarının sağ yan cibindəki 2 ədəd gümüşü rəngli siqaret kağızı bükümünü təqdim etdi. Təqsirləndirilən şəxs qəhvəyi rəngli kütlənin narkotik vasitə heroin, ağ rəngli kristal şəkilli kütlənin isə psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə heroin və psixotrop maddə metamfetamini 06 oktyabr 2021-ci il tarixdə, gecə saatlarında Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən “Elmar” marketin yanında olan zaman Azər adlı şəxsdən bükümü 5 manatdan olmaqla 10 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən 1 ədəd açar və “Redmi Pro 6” markalı, içərisində ***-***-**-** mobil nömrəsi olan mobil telefon aşkarlanmışdır. Açar əhəmiyyət kəsb etmədiyi üçün özünə qaytarılmış, mobil telefon isə tərtib edilmiş protokola əlavə edilərək götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa hər hansı əşya aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə və psixotrop maddə aşkarlanması ilə bağlı sənədləşmə işləri görülmüş və üzərindən aşkar olunmuş narkotik vasitə olan heroin və metamfetamin tərəzidə çəkilmiş, heroinin çəkisinin 0,21 qram olması, metamfetaminin çəkisinin isə 0,38 qram olması müəyyən edilmişdir. Aşkar olunmuş narkotik vasitə və psixotrop maddə qablaşdırılaraq üstü yazılıb Təqsirləndirilən şəxs imza edildikdən sonra möhürlənmişvə orada protokol tərtib olunmuş, protokol ucadan oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanmışdır. Onlar tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəni X2 almışdır. Bununla əlaqədar olaraq məlumat aidiyyəti üzrə rəhbərliyə məruzə edildikdən sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilməklə, istintaqəməliyyat qrupu yaradılmışdır. Qrup üzvləri ilə birlikdə X4 yaşadığı Sumqayıt şəhəri, Novruz qəsəbəsi ev 21 ünvanına gəlmişlər. Azər Səmədov evdə olmadığından anası Bəsdi Səmədova və qardaşı Sənan Səmədovun razılığı ilə həmin evdə axtarış keçirməyə başlamışlar.Axtarış zamanı zalda olan stolun sağ tərəfindəki stulun üzərində işlək olmayan “Samsung” markalı mobil telefon, kiçik ölçülü qayçı, 2 ədəd folqa, 1 ədəd 1 manatlıq əskinazdan hazırlanmış borucuq, 1 ədəd metaldan olan borucuq, 4 ədəd alışqan, 1 ədəd bıçaq tiyəsi, 1 ədəd elektron tərəzi,4 ədəd folqa kağız parçaları, 3 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə, 1 ədəd yaşıl rəngli konfet kağızında narkotik vasitə heroinə bənzər kütlə və 1 ədəd siqaret kağızı bükümündə narkotik vasitə heroinə bənzər kütlə aşkarlanmışdır. Axtarışda iştirak edən Sənan Səmədov aşkar edilən əşya və kütlələrin qardaşı Azərə məxsus olduğunu bildirmişdir. Aşkar edilmiş kütlələr tərəzidə çəkilmişdir. Daha sonra mobil telefondan başqa aşkar edilmiş əşya və kütlələr iş üçün əhəmiyyət kəsb etdiyindən müvafiq ekspertizaya göndərilməsi üçün götürülmüş və qablaşdırılaraq zərfə qoyulmuşdur. Axtarış zamanı evin digər otaqlarından iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və predmet aşkar edilməmişdir. Axtarışda iştirak edən Sənan Səmədov qardaşı Azərin evdə narkotik vasitə saxlamasından məlumatsız olduğunu, həmçinin anasının da bundan xəbərsiz olduğunu, lakin Azərin narkotik vasitə qəbul etdiyini bildiyini və bununla bağlı ona dəfələrlə irada bildirsə də, heç bir faydasının olmadığını, hazırda da Azərin harada olmasını bilmədiyini bildirmişdir. Azər Səmədovun evində axtarış keçirilməsi ilə bağlı protokol tərtib olunmuş, protokol ucadan oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarına əlavə edilmiş 3-cü Polis Bölməsinin əməliyyat müvəkkili Şahid2 ərizəsindən görünür ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Cinayət işi materiallarından görünür ki, Şahid2 şahidlər Şahid3 və Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işi materiallarında olan şəxsi axtarışın keçirilməsi barədə 07 oktyabr 2021ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan boz rəngli, üstündə xətlər olan şalvarın sağ yan cibindən 02 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümlər aşkar olunmuş, həmin bükümlər açılan zaman onların birinin içərisindən 0,21 qr çəkidə qəhvəyi rəngli, spesifik iyə malik maddə, digər bükümün içərisindən isə 0,38 qram çəkidə ağ rəngli, kristalşəkilli maddə aşkar olunmuşdur. Cinayət işi üzrə təyin edilmiş məhkəmə ekspertizasının 08.10.2021-ci il tarixli 6/4466 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “... Vət. Təqsirləndirilən şəxs üzərindən ...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,265 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, bir ədəd bükümdə təmiz çəkisi 0,125 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində “... Vət. X4...” sözləri olan 1 №-li zərfdəki üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,032 qr, 0, 094 qr, 0,081 qr, ümumi təmiz çəkisi 0,207 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir, iki ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,395 qr, 0,436 qr, ümumi təmiz çəkisi 0,831 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. 2 №-li zərfi açdıqda içərisində 4 ədəd gümüşü rəngli folqa kəsikləri və 1 ədəd elektron tərəzinin səthində narkotik vasitə heroinə məxsus izləri vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmadı. 4 ədəd borucuq, 1 ədəd qayçı, bir ədəd bıçaq tiyəsində narkotik vasitə, psixotrop maddələrə məxsus izlər aşkar edilmədi. Üzərində “... Vət. X4 ...” sözləri olan zərfdəki 3 ədəd bükümdəki metamfetaminlə üzərində “...Vət.Mehralıyev Vüsal Etibar oğlunun üzərindən...” sözləri olan bir ədəd zərfdəki 1 ədəd bükümdə metamfetaminlər kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Üzərində “...Vət. Səmədov Azər Rəhman oğlunun...” sözləri olan zərfdəki 2 ədəd bükümdəki heroinlə üzərində “...Vət.Mehralıiyev Vüsal Etibar oğlunun üzərindən...” sözləri olan bir ədəd zərfdəki 1 ədəd bükümdə olan heroinlə kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının 19.10.2021-ci il tarixli 4030 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs oğlunda opiodilərin və psixotrop maddə olan metamfetamindən birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarından görünür ki, ********* saylı cinayət işi 08 oktyabr 2021-ci il tarixdə Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi Namiq Mirzəzadə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanmış və icraatına qəbul edilmişdir. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs 07 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs 09 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işi materiallarında olan şəxsin tutumadan azad edilməsi haqqında 09 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, qərardan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 09 oktyabr 2021-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra 0,125 qram çəkidə narkotik vasitə olan heroindən yerdə qalan 0,075 qramı və 0,265 qram çəkidə psixotrop maddə olan metamfetamindən yerdə qalan 0,215 qramı maddi sübut qismində tanınmış və saxlanılması üçün Sumqayıt şəhər Pİ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən bir ədəd disk və X4 yaşadığı evdə axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən bir ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 13.11.2021-ci i ltarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti 15 saylı Mənzil-Kommunal Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 16.11.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş sübutların qiymətləndirilməsi barədə 22 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş sübutların qiymətləndirilməsi barədə 22 noyabr 2021-ci il tarixli və həmin tarixli cinayət işinin materiallarından başqa cinayət işinin ayırlması barədə qərarlardan görünür ki, X5 barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət işi ayırlmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutlann mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplamlmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1) Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə, ilk növbədə, işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmaması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, şəxsiyyətinin kriminal xarakterizə edilməməsi Məhkəmə tərəfindən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Beləliklə, Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən sonuncunun əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, şəxsiyyətinin kriminal xarakterizə edilməməsini nəzərə alıb belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən tutulduğu iki gün müddət bir günə iki gün hesabı ilə ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza müəyyən edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 2 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 163 (yüz altmış üç) manat, 64 (altmış dörd) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Cinayət işi üzrə sübut kimi tanınmış Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra 0,125 qram çəkidə narkotik vasitə olan heroindən yerdə qalan 0,075 qramı və 0,265 qram çəkidə psixotrop maddə olan metamfetamindən yerdə qalan 0,215 qramı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Cinayət işi üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən bir ədəd disk və X4 yaşadığı evdə axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən bir ədəd disk cinayət işinin materiallarında saxlnaılmalıdır. Sumqayıt şəhər 1 saylı vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 29 aprel 2021-ci il tarixli (iş № 1(060)-810/2021) qərarını icra edərək, 06 may 2021-ci il tarixli 1597 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi vəkili Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 20 (iyirmi) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyəödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 120 (yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməlidir. Kapital Bank 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən tutulduğu iki gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Vüsal Mehralıyev barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 2 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Mehralıyev Vüsal Etibar oğlunun yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyatda alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 163 (yüz altmış üç) manat 64 (altmış dörd) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilsin. Cinayət işi üzrə sübut kimi tanınmış Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra 0,125 qram çəkidə narkotik vasitə olan heroindən yerdə qalan 0,075 qramı və 0,265 qram çəkidə psixotrop maddə olan metamfetamindən yerdə qalan 0,215 qramı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən bir ədəd disk və X4 yaşadığı evdə axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 20 (iyirmi) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 120 (yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün. Kapital Bank 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar