Məhkəmə qərarları › İş №1(060)-810/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-810/2025

06.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-810/2025 06.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsnun Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında daimi qeydiyyatda olmaqla yaşayan barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi:. Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talama məqsədi ilə yaşadığı ünvan 1 ünvanında anası Zərərçəkmiş şəxs məxsus "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid elektron məlumat daşıyıcısı hesab edilən 5315 9921 5274 5748 nömrəli bank kartı hesabına sonuncuya məxsus mobil telefonda olan bankın mobil tətbiqindən istifadə etməklə daxil olub həmin hesabdan xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində hissə-hissə, yəni xx.xx.2024-cü il tarixdə özünə məxsus bank kartı hesabına köçürülmüş 101,5 manat, xx.xx.2024-cü il tarixdə cinayətdən xəbərsiz arvadı X5 məxsus "xxxx" ASC-ə aid elektron məlumat daşıyıcısı hesab edilən 409858*****7422 nömrəli bank kartı hesabına 152,25 manat, xx.xx.2024-cü il tarixdə 101,5 manat, xx.xx.2024-cü il tarixdə 131,95 manat, xx.xx.2024-cü il tarixdə 253,75 manat köçürülmüş, xx.xx.2024-cü il tarixdə özünə məxsus, qeyd edilən kart hesabına 203 manat, xx.xx.2024cü il tarixdə 152,25 manat, xx.xx.2024-cü il tarixdə 152,25 manat, xx.xx.2024-cü il tarixdə 152,25 manat, xx.xx.2024-cü il tarixdə 152,25 manat, xx.xx.2024-cü il tarixdə 2 dəfə 152,25 manat olmaqla köçürülmüş 304,5 manat köçürülmüş, həmin tarixdə arvadı Günelə məxsus yuxarıda qeyd edilən kart hesabına köçürülmüş 152,25 manat, həmin tarixdə özünə məxsus yuxarıda qeyd edilən kart hesabına 2 dəfə 152,25 manat, 1 dəfə 172,55 manat olmaqla köçürülmüş 477,05 manat, xx.xx.2024-cü il tarixdə 203 manat, xx.xx.2024cü il tarixdə 101,5 manat, xx.xx.2024-cü il tarixdə 121,8 manat, xx.xx.2024-cü il tarixdə 101,5 manat, xx.xx.2024-cü il tarixdə 253,75 manat, xx.xx.2024-cü il tarixdə 355,25 manat, xx.xx.2024-cü il tarixdə 355,25 və 253,75 manat olmaqla 609 manat, xx.xx.2024cü il tarixdə 11,50 manat pul vəsaitini köçürməklə informasiya texnologiyalarından istifadə edib vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 4244,05 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs anasıdır. X2 İ Qarabağ Müharibəsində şəhid olmuşdur. Anası Elmira, arvadı X7 və azyaşlı övladı ilə birlikdə yaşayır. Belə ki, 2024-cü ildə Bakı şəhəri Şamaxinka adlanan ünvanda yerləşən “Lukoil” YDM-də operator işlədiyi zaman ona əmək haqqı almaq üçün "xxxx"a aid plastik kart vermişlər. Həmin kart və arvadı Günel Kərimovaya məxsus "xxxx"a aid kartı ancaq özü istifadə etmişdir. 2024-cü ilin iyul ayında işsiz və pula ehtiyacı olduğundan anasına məxsus "xxxx"-ya aid kredit kartından gündəlik hissə-hissə olmaqla pulları çəkib şəxsi ehtiyaclarına xərcləmək qərarına gəlmişdir. Bu səbəbdən yaşadıqları evdə anasının mobil telefonunu götürüb tətbiqə daxil olmaqla özünə məxsus kart hesabına göndərdiyi 100 manat pulu həmin gün nağdlaşdırıb şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan sonra həmin ayda və avqust ayının əvvələrində müxtəlif vaxtlarda anası işdən evə gələndən sonra mobil telefonunu götürüb "xxxx" mobil tətbiqinə daxil olmaqla özünə məxsus kart hesabına və bəzi vaxtlar arvadı Günel Kərimovaya məxsus "xxxx"-a aid kart hesabına müxtəlif məbləğlərdə pullar köçürməklə Sumqayıt şəhərində müxtəlif ünvanlarda nağdlaşdırıb şəxsi ehtiyaclarına xərcləmişdir. Anası Elmiraya məxsus həmin bank hesabından təxminən 4200 manata yaxın pul oğurlamış, həmin pulu tam olaraq bir dəfəyə çıxaracağı təqdirdə anası kredit ödənişi zamanı biləcəyi üçün o, hər gün hissə-hissə gündəlik köçürməklə nağdlaşdırmışdır. 2024-cü ilin avqust ayında anası Elmira bankda kredit ödəyən zaman müəyyən etmişdir ki, kartdan pullar çəkilmişdir. Anasının bankdan aldığı çıxarışdan həmin kartdan 4244 manat pul oğurlandığı müəyyən edilmişdir. Utandığından və anasından qorxduğundan pulların onun tərəfindən çəkildiyini deməmiş və anasının polisə müraciət etdiyini sonradan öyrənmişdir. Həmin pulları şəxsi ehtiyaclarına xərcləmiş və oğurluğundan arvadı və ya digər şəxslərin məlumatı olmamışdır. Qeyd edir ki, himayəsində bir azyaşlı övladı var, atası şəhiddir, zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam ödəmişdir, odur ki, barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində göstərmişdir ki, zərərçəkmiş şəxslə barışmış, ona dəymiş ziyanı ödəmiş, sonuncunun ona qarşı heç bir şikayət və tələb yoxdur. Qeyd olunanları nəzərə alaraq icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, göstərilən ünvanda oğlu Təqsirləndirilən şəxs və gəlini Şahid və onların birgə nikahından olan azyaşlı övladları ilə birlikdə yaşayır. Belə ki, 2020-ci ildə Bank of Bakudan bolkart ailə adlı kredit katı almış, həmin kart hesabında 5500 manat məbləğində kredit xətti olmuşdur. Belə ki, 2024-cü ilin iyul ayında kredit ödənişini etmək üçün banka yaxınlaşdıqda müəyyən etmişdir ki, 5000 manatdan çox borcu var. Bu barədə banka müraciət etmiş, bankdan ona çıxarış verib bildirmişlər ki, polisə müraciət etməlidir, kartından iyul ayında çıxarışlar olmuşdur. Bildirmişdir ki, 2024-cü ilin iyul-avqust ayında ona məxsus kart hesabından 4244,05 manat pul çıxarılmışdır. Həmin kart, yalnız özündə olmuş, həmin kartı istifadə üçün hər hansı şəxsə verməmiş, yalnız həmin bankın mobil tətbiqi mobil telefonunda olmuşdur. Özü şəhid xanımıdır, təqsirləndirilən şəxs oğludur, sonuncu ona vurulmuş ziyanı ödəmişdir, oğlunun tutulmasını məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində göstərmişdir ki, ona vurulmuş dəymiş ziyan ödənilmiş, təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid X7 “özünün və ya yaxın qohumunun əleyhinə ifadə verməkdən imtina etmək hüququ”-dan istifadə etməklə ifadə verməkdən imtina etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sənədlərdən görünür ki, “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 30 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, fakta görə CM-nin 177.2.3-1 maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v.1); “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3-1 maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 19 noyabr 2025-ci il tarixdə saat 18:20 dəqiqədə tutulmuşdur. (i.v. 73); Təqsirləndirilən şəxs 21 noyabr 2025-ci il tarixdə CM-nin 177.2.3-1 maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v. 83-84); “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 21 noyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-nin 177.2.3-1 maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiləndirilməsi ilə bağlı ifadəsi alınmışdır. (i.v. 92-93); “Təqsirləndirilən şəxsin Müvəqqəti saxlama yerindən azad edilməsi, qətimkan tədbirinin seçilməsi barədə” 21 noyabr 2025-ci il il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanıldığı Sumqayıt ŞPİ-nin MSY-dən dərhal azad edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v.94-96); Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə zərərçəkmiş şəxs qismində tanınmışdır. (i.v.19); “Baxış aparılması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, 4098******7422 nömrəli kart xx.xx.2002-ci il təvəllüdlü Günel Kərimovaya məxsusdur. Həmin kart hesabına "xxxx" ASC-dən xx.xx.2024-cü il tarixdə saat 01:51 dəqiqədə 150 manat, xx.xx.2024-cü il tarixdə saat 21:41-də 100 manat, xx.xx.2024-cü il tarixdə saat 01:23-də 130 manat, xx.xx.2024-cü il tarixdə 00:40-da 250 manat məbləğində pul vəsaitləri köçürülmüşdür. (i.v. 50-52); "xxxx" ASC-dən daxil olmuş 5315 9921 5274 5748 saylı kart hesabı üzrə aparılmış əməliyyatların təfərrüatlarını əks etdirən çıxarışlardan görünür ki, həmin kart hesabından xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində hissə-hissə, yəni xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-ə aid elektron məlumat daşıyıcısı hesab edilən 417386*****0798 nömrəli bank kartı hesabına 101,5 manat, xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-ə aid elektron məlumat daşıyıcısı hesab edilən 409858*****7422 nömrəli bank kartı hesabına 152,25 manat, xx.xx.2024- cü il tarixdə həmin kart hesabına 101,5 manat, xx.xx.2024-cü il tarixdə həmin kart hesabına 131,95 manat, xx.xx.2024-cü il tarixdə həmin kart hesabına 253,75 manat, xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-ə aid elektron məlumat daşıyıcısı hesab edilən 417386*****0798 nömrəli bank kartı hesabına 203 manat, xx.xx.2024-cü il tarixdə həmin kart hesabına 152,25 manat, xx.xx.2024-cü il tarixdə həmin kart hesabına 152,25 manat, xx.xx.2024- cü il tarixdə həmin kart hesabına 152,25 manat, xx.xx.2024-cü il tarixdə həmin kart hesabına 152,25 manat, xx.xx.2024-cü il tarixdə həmin kart hesabına 933,8 manat, xx.xx.2024- cü il tarixdə həmin kaıl hesabına 203 manat, xx.xx.2024-cü il tarixdə həmin kart hesabına 101,5 manat, xx.xx.2024-cü il tarixdə həmin kart hesabına 121,8 manat, xx.xx.2024- cü il tarixdə həmin kart hesabına 101,5 manat, xx.xx.2024-cü il tarixdə həmin kart hesabına 253,75 manat, xx.xx.2024-cü il tarixdə həmin kart hesabına 355,25 manat, xx.xx.2024-cü il tarixdə həmin kart hesabına 609 manat, xx.xx.2024-cü il tarixdə həmin kart hesabına köçürülmüş 11,54 manat pul vəsaiti köçürülmüşdür. (i.v.6-7); "xxxx" ASC-dən əldə edilmiş kart hesabı üzrə aparılmış əməliyyatların təfərrüatlarını əks etdirən çıxarışlardan görünür ki, Təqsirləndirilən şəxs məxsus olan 417386*****0798 nömrəli bank kartı hesabına xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə 20 manat, xx.xx.2024-cü il tarixdə həmin kart hesabına 150 manat, xx.xx.2024-cü il tarixdə həmin kart hesabına 150 manat, xx.xx.2024-cü il tarixdə həmin kart hesabına 150 manat, xx.xx.2024-cü il tarixdə həmin kart hesabına 150 manat, xx.xx.2024-cü il tarixdə həmin kart hesabına 920 manat, xx.xx.2024-cü il tarixdə həmin kart hesabına 200 manat, xx.xx.2024-cü il tarixdə həmin kart hesabına 100 manat, xx.xx.2024- cü il tarixdə həmin kart hesabına 120 manat, xx.xx.2024-cü il tarixdə həmin kart hesabına 100 manat, xx.xx.2024-cü il tarixdə həmin kart hesabına 250 manat, xx.xx.2024-cü il tarixdə həmin kart hesabına 350 manat, xx.xx.2024-cü il tarixdə həmin kart hesabına 600 manat, xx.xx.2024-cü il tarixdə həmin kart hesabına köçürülmüş 11 manat pul vəsaiti digər bank hesabı vasitəsilə köçürülmüşdür. "xxxx" ASC-dən daxil olmuş kart hesabı üzrə aparılmış əməliyyatların təfərrüatlarını əks etdirən diskə baxış keçirilməsi haqqında xx.xx.2025- ci il tarixli protokoldan görünür ki, 4098******7422 nömrəli kart xx.xx.2002-ci il təvəllüdlü X5 (FİN: xxxxxxx, seriya ********) məxsusdur. Həmin kart hesabına "xxxx" ASC-dən xx.xx.2024-cü il tarixdə saat 01:51 dəqiqədə 150 manat, xx.xx.2024-cü il tarixdə saat 21:41 -də 100 manat, xx.xx.2024-cü il tarixdə saat 01:23-də 130 manat, xx.xx.2024-cü il tarixdə 00:40-da 250 manat məbləğində pul vəsaitləri köçürülmüşdür. (i.v.67-68; 80-81); Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (i.v. 99); “Sübutların qiymətləndirilməsi haqqında” 24 noyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3-1 maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs və Günel Kərimova barəsində CM-nin 178.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, təqsirləndirilən şəxsin etirafedici ifadələri, zərər çəkmiş şəxsin ifadəsi, şahid ifadəsi, digər istintaq hərəkəti protokolları və istintaq zamanı toplanmış digər sənədlər mötəbər sübutlar kimi qiymətləndirilmiş, "xxxx" ASC, Təqsirləndirilən şəxs təqdim etdiyi hesabdan çıxarışlar, "xxxx" ASC-dən daxil olmuş 01 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilməsi qərara alınmışdır (i.v. 106-113); İş materiallarında olan 06 yanvar 2026-cı il tarixli ərizələrdən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan ödənmiş və ondan şikayətçi deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). “CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. CM-nin 177.2.3-1 maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Ödəniş kartında şəxs haqqında və onun bank hesabında olan pul vəsaiti barədə məlumat əks olunduğundan, bu kart elektron məlumat daşıyıcısı kimi qiymətləndirilməli, ondan istifadə edilməklə törədilən oğurluq cinayəti isə Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tövsif olunmalıdır. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 22 iyun 2015-ci il tarixli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair qərarı) Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.3-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, onun ilk dəfə cinayət əməli törətməsini, zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam ödəməsini, sonuncunun ondan heç bir şikayət və tələbinin olmamasını, şəhid ailəsinin üzvü olmasını və himayəsində 01 azyaşlı övladının olmasını CM-nin 59.1.4, 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. CM-nin 60.1-ci maddəsinə əsasən Bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən yuxarıda sadalanan bütün halları, məsuliyyətini ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və hesab edir ki, təqsirləndirilən şəxsi cəmiyyətdən tam təcrid etmədən yaşayış yeri üzrə nəzarət altında saxlanılmaqla cəzanın məqsədlərinə çatmaq mümkündür. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-nin 177.2.3- 1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən bir neçə halın olması, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı 19 noyabr 2025-ci il tarixdən 21 noyabr 2025-ci il tarixə qədər həbsdə olduğu 02 gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü kimi hesablanmaqla ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM- 69.3), barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, iş üzrə maddi sübut "xxxx", "xxxx" və "xxxx" ASC-dən əldə olunmuş çıxarış vərəqləri cinayət işi materiallarında saxlanılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 08 iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 29 aprel 2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhər Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 88 manat məbləğində pul ödənilməlidir. Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin məcəllənin 177.2.3-1 maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il 02 (iki) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 noyabr 2025-ci il tarixdən 21 noyabr 2025-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü kimi hesablanmaqla ona təyin edilən cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 01 (bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt Şəhər İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 06:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin və Abşeron rayonu hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun İş üzrə maddi sübut- "xxxx", "xxxx" və "xxxx" ASC-dən əldə olunmuş çıxarış vərəqləri cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 88 (səksən səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar