Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-813/2022 13.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs Abdullayeva (Bayramova) Sevda Adil qızının, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs , müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1981-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 06 aprel 2020-ci il tarixdən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X4 oğlunun, xx.xx.2009-cu il təvəllüdlü Bayramov Hilal Ağa oğlunun və xx.xx.2013-cü il təvəllüdlü X3 oğlunun yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 120,00 manat olmaqla, ümumilikdə 360,00 manat sabit pul məbləğində aliment tutulub X1 ödənilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2971/2020 saylı, xx.xx.2020-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməməsinə görə 14 oktyabr 2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətində inzibati həbs tənbeh növü tətbiq edilməsinə və bundan sonra qətnaməni könüllü icra etməsi üçün ona yenidən vaxt verilməsinə dair bildiriş göndərilərək məsuliyyəti elan olunmaqla rəsmi qaydada xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərdə xəbərdarlıq olunmasına baxmayaraq, öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 14 aprel 2022-ci il tarixə kimi qətnamə üzrə ümumilikdə 7210,00 manat məbləğində aliment borcunu tələbkara ödəməyərək zərərçəkmiş şəxs Abdullayevə (Bayramova) Sevda Adil qızına maddi ziyan vurmaqla yanaşı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Abdullayevəa(Bayramova) Sevda Adil qızı ilə xx.xx.2006-cı il tarixdə ailə qurmuş, həmin nikahdan Abı, Hilal və Kənan adlı övladları doğulmuş, ilk dövrlərdə münasibətləri yaxşı olsa da, sonradan Zərərçəkmiş şəxs ilə münasibəti pozulduğundan ayrılmış, bu səbəbdən Zərərçəkmiş şəxs 2020-ci ildə məhkəməyə müraciət edərək uşaqların saxlanılması üçün ondan aliment tələb etmiş və nəticədə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2971/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən, ondan 06 aprel 2020-ci il tarixdən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X4 oğlunun, xx.xx.2009cu il təvəllüdlü Bayramov Hilal Ağa oğlunun və xx.xx.2013-cü il təvəllüdlü X3 oğlunun yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 120,00 manat olmaqla, ümumilikdə 360,00 manat sabit pul məbləğində aliment tutulub X1 ödənilməsi qət edilmişdir. Qətnamə üzrə verilmiş icra vərəqəsi icra olunması üçün aidiyyəti üzrə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmiş, icra məmuru tərəfindən ona könüllü icra müddəti təyin edilməsinə baxmayaraq, tərəfindən qətnamənin icrası təmin olunmamış, həmin vaxt daimi iş yeri olmamış, yalnız vaxtaşırı işəmuzd müxtəlif sahələrdə işləmiş, icra məmuru tərəfindən barəsində inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilmiş və Sumqayıt Şəhər Məhkəmənin xx.xx.2021-ci il tarixli qərarına əsasən İXMnin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 gün müddətində inzibati qaydada həbs edilmiş, inzibati tənbehdən sonra icra məmuru tərəfindən ona yeni müddət verilməsinə baxmayaraq aliment üzrə yaranmış borcu tam ödəyə bilməmiş və cinayət məsuliyyətinin daşıması barədə icra məmuru tərəfindən dəfələrlə xəbərdarlıq edilmişdir. İcra qurumu tərəfindən göndərilmiş təqdimatda aliment üzrə borcu 7210,00 manat təşkil etmiş, icra qurumu təqdimatla İstintaq İdarəsinə müraciət etdikdən sonra aliment üzrə 1000,00 manata yaxın ödəniş etmiş və müvafiq qəbzləri təqdim etməyə hazırdır, özü bir neçə ildir yaşadığı ərazidə pərakəndə toyuq-cücə satışı ilə məşğuldur, aylıq qazancı 400,00 manat civarında təşkil edir. Məhkəmə istintaqının gedişində ödəməli olduğu aliment məbləğini tam olaraq ödəmişdir. Törətdiyi əməl cinayət olmasını başa düşür və əməlindən peşmandır. Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək hazırda qüvvədə olan məhkəmə qətnaməsini tam olaraq icra etdiyini, zərərçəkmiş şəxsə borclu olduğu məbləği tam olaraq ödədiyini bildirərək, qeyd olunanların nəzərə alınaraq barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs Abdullayeva (Bayramova) Sevda Adil qızı ifadəsində göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2971/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 06 aprel 2020-ci il tarixdən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X4 oğlunun, xx.xx.2009-cu il təvəllüdlü Bayramov Hilal Ağa oğlunun və xx.xx.2013-cü il təvəllüdlü X3 oğlunun yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 120,00 manat olmaqla, ümumilikdə 360,00 manat sabit pul məbləğində aliment tutulub ona ödənilməsi qət edilmişdir. Qətnamə üzrə verilmiş icra vərəqəsi icra olunması üçün Sumqayıt şəhəri üzrə İcra İdarəsinə daxil olmuş, icra məmuru tərəfindən icra işi xx.xx.2020-ci il tarixdə başlanaraq, borcluya icra olunması üçün könüllü müddət verilmiş, Təqsirləndirilən şəxs tərəfindən öhdəliyin yerinə yetirilməməsi səbəbindən məcburi icra tədbirləri həyata keçirilmiş, qətnamə üzrə qət edilmiş aliment pulu borclu Təqsirləndirilən şəxs tərəfindən qərəzli olaraq ödənilmədiyindən icra məmuru tərəfindən inzibati protokol tərtib edilib inzibati məsuliyyətə cəlb olunması üçün təqdimatla məhkəməyə müraciət olunmuş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021 -ci il tarixli qərarı ilə 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs olunmuş, daha sonra icra məmuru tərəfindən qətnaməni icra etmək üçün ona yenidən müddət verilməsinə baxmayaraq borclu müxtəlif bəhanələr gətirərək alimenti ödəməkdən yayınmış, yalnız cuzi məbləğdə ödəniş aparmış, icra məmurunun alimentin ödənilməməsi ilə bağlı Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimatla müraciət edərkən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 8640,00 manat ödənilməli olan aliment pulundan cəmi 1430,00 manat ödəniş etmiş və 7210,00 manat aliment borcu isə ödənilməmiş qalmışdır. Təqsirləndirilən şəxs istintaq dövründə müxtəlif tarixlərdə ödəniş apararaq hazıradək aliment üzrə ümumilikdə 6300,00 manat məbləğində borcu qalmış, Təqsirləndirilən şəxs fərdi əmək fəaliyyəti ilə məşğul olmaqla, yaşadığı Sumqayıt şəhərində kənd təsərrüfatı məhsullarının (toyuq-cücə) pərakəndə satışı ilə məşğul olur, qazanc əldə etməsinə baxmayaraq alimentin tam şəkildə ödənilməsindən yayınmış, təxminən 2-3 ay öncə Təqsirləndirilən şəxs yaşadığı evin 0,03 ha həyatyani torpaq sahəsini təxminən 10000,00 manat dəyərində sataraq aliment borcunun ödənilməsinə dair ona söz versə də, sonradan borcunun tam ödənilməsindən yayınmış, Təqsirləndirilən şəxs icra müddəti ərzində icra məmurunun çağırışlarına gəlməkdən və məhkəmə qərarının icrasından yayınmış, Təqsirləndirilən şəxs bir ata kimi də öz övladları ilə maraqlanmamış və evə heç bir köməklik göstərməmişdir. Lakin məhkəmə istintaqının gedişində təqsirləndirilən şəxs ona olan aliment borcunu tam olaraq ödəmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Abdullayeva (Bayramova) Sevda Adil qızı yazılı ərizəsini məhkəməyə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın tam olaraq ödənildiyini bildirərək sonuncunun barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Şahid1 ifadəsində göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2971/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X4 oğlunun, xx.xx.2009-cu il təvəllüdlü Bayramov Hilal Ağa oğlunun və xx.xx.2013-cü il təvəllüdlü X3 oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 120,00 manat olmaqla, ümumilikdə 360,00 manat sabit pul məbləğində aliment tutulub X1 verilməlidir. Göstərilən icra vərəqəsi xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra idarəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul olunaraq bildirişlə borcluya göndərilmiş, borclu tərəfindən icra sənədinin icrası təmin edilməmiş, eyni zamanda tələbin məcburi icrası üçün görülən tədbirlər nəticə verməmiş, borclu Təqsirləndirilən şəxs çağırışlara gəlmədiyindən onun barəsində axtarış qərarı qəbul olunaraq icra edilməsi üçün Sumqayıt Şəhər Polis İdarəsinə göndərilmiş, axtarış tədbirləri nəticəsində borclu Təqsirləndirilən şəxs Sumqayıt şəhəri üzrə İcra idarəsinə gətirilərək izahatı alınmış və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən borclu Təqsirləndirilən şəxs 08 (səkkiz) gün müddətində inzibati qaydada həbs edilmiş, aliment borcunun ödənilməsi üçün borcluya yeni müddət verilmiş, əks halda cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdar edilmiş, lakin o, öz hərəkətlərini davam etdirmiş və icra sənədi üzrə müəyyən olunmuş tələbi təmin etməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadına əsasən Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İcraat dövründə Təqsirləndirilən şəxs tərəfindən öhdəlik tam yerinə yetirilməmiş, icra sənədi üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 8640,00 manat ödənilməli olan aliment pulundan cəmi 1430,00 manat ödəniş edilmiş, 7210,00 manat aliment borcu isə ödənilməmiş qalmışdır. Tələbkar borcu ödəməkdən boyun qaçırdığına görə Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verilməsi üçün Ədliyyə Nazirliyi İstintaq idarəsinə müraciət etməsini icra şöbəsindən xahiş etmişdir. Bu səbəbdən borclu tərəfindən dövlət adından çıxarılmış məhkəmə qətnaməsi qərəzli olaraq icra edilmədiyindən barəsində Azərbaycan Respublikası CM-nin 306-cı maddəsilə cinayət məsuliyyətinə cəlb olunması üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat göndərilmişdir. İş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2971/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X4 oğlunun, xx.xx.2009-cu il təvəllüdlü Bayramov Hilal Ağa oğlunun və xx.xx.2013-cü il təvəllüdlü X3 oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 120,00 manat olmaqla, ümumilikdə 360,00 manat sabit pul məbləğində aliment Təqsirləndirilən şəxs tutularaq X1 verilməsi qət olunmuşdur. Qeyd olunan qətnamə xx.xx.2020-ci il tarixdə icraya yönəldilərək, xx.xx.2020-ci il tarixdə verilmiş icra vərəqəsi 01 oktyabr 2020-ci il tarixdə Sumqayıt şəhər üzrə İcra idarəsinin icraatına daxil olmuşdur. xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Şahid2 tərəfindən Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi üzrə verilmiş icra sənədi üzrə icraata başlanılması barədə qərar qəbul edilərək, “borclu” Təqsirləndirilən şəxs icranı 10 gün müddətində könüllü təmin etmək təklif olunmuşdur. Qeyd olunan qərar və qanunvericiliklə müəyyən olunmuş qaydada tərtib olunmuş bildiriş Təqsirləndirilən şəxs göndərilmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsində Təqsirləndirilən şəxs qətnamənin icra olunmaması ilə bağlı izahat alınmasına və qətnamə ilə ondan tutulması qət olunmuş aliment məbləğinin könüllü ödənilməsinin təklif olunmasına baxmayaraq, sonuncu məhkəmə qərarının icrası ilə əlaqədar icra sənədi üzrə tələbi könüllü icra etmədiyi üçün Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) gün müddətində inzibati qaydada həbs edilmişdir. xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərdə Sumqayıt şəhəri üzrə İcra idarəsi tərəfindən Təqsirləndirilən şəxs bildiriş göndərilərək məhkəmə qətnaməsi üzrə olan borcunu 10 gün müddətində ödəməyi təklif olunmuş və əks halda barəsində toplanmış materialların Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işinin başalanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndəriləcəyi bildirilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş arayışdan (tələbnamə) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə-iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Həmin maddənin Qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini məhkəmə tərəfindən hökm çıxarılanadək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda. təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Göründüyü kimi, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 2971/2020 saylı iş üzrə qəbul etdiyi 16 sentyabr 2020-ci il tarixli qətnaməsini tam icra etdiyinə görə ona münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin qeyd hissəsi tətbiq edilməlidir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin Qeyd hissəsinə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11 və 43.1.1-ci maddələri rəhbər tutularaq, xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 156.4-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli (iş № 1(060)-813/2022) qərarını icra edərək, 21 oktyabr 2022-ci il tarixli 1610 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 43, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin Qeyd hissəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi 10 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 42 (qırx iki) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-813/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-813/2022
13.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver