Məhkəmə qərarları › İş №1(060)-813/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-813/2025

10.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-813/2025 10.03.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Salamova (Bədəlova) Leyla Elman qızının, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1977-ci ildə Qubadlı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, himayəsində yetniklik yaşına çatmayan uşağı olan, məhkumluğu olan, Qubadlı rayonu, Seləli kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxsə Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda ziyan vurmaqla özgə əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, özgə əmlakını gizli olaraq talama məqsədi ilə ünvan 2 ünvanında yerləşən "xxxx" ASC-nin nəzdində olan İplik fabrikində mühafizəçi işləyən Şahid2 və Şahid1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində fabrikin istehsal sahəsinə daxil olaraq cinayətkar niyyətlərini həyata keçirmək üçün aralarında əldə edilmiş razılığa və rol bölgüsünə əsasən Şahid2 hər hansı bir kənar şəxs gələrsə xəbər verməsi üçün çöldə dayanmış digərləri isə (Cognetex FTC8L 1088 spindles s/n6840) markalı əyirici avadanlığın ehtiyyat hissələrinin, eləcə də qiyməti 6493,54 manat olan “THİBEAU card type СA w 2,20 m delivery 1 can diameter 1000xh, 1200mm Put intosonformity” markalı tekstil avadanlığının ayrılmaz hissəsini təşkil edən ehtiyyat hissələrini, ACS-nin yeməkxanasından 2006-cı il tarixdə alınmış və istifadə edilməmiş, alış dəyəri 2554 manat olan 01 ədəd peşəkar sənaye mətbəx avadanlığını, tərkibi qara metaldan və çuğundan ibarət olan tekstil avadanlığının mühərrikin ayrılmaz hissəsi olan, hər biri 90 manat təşkil edən 03 ədəd rotor-mühərrik və taxta barabana sarılmış aliminium materialdan olan, ASB 50 markalı, içərisində hər birinin qalınlığı 1,9 sm olan üç naqildən ibarət 250 metr uzunluğunda, 2500 manat dəyərində kabeli və hər biri 15-20 kq olan, ümumi dəyəri 250,00 (iki yüz əlli) manat olan 05 ədəd çuqun qapaqları (lyuk) gizli yolla talayaraq zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-yə ümumilikdə 12.067,54 (on iki min altmış yeddi min əlli dörd qəpik) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2009-cu ildən "xxxx" ASC-də gözətçi işləmişdir. Gözətçi işləyərkən orada olan digər gözətçilərlə birlikdə 2024-cü il ərzində bir neçə dəfə ərazidə olan istifayətə yararsız metalları avtomobilə yükləyib satmışlar, lakin həmin metalların dəyəri çox az olmuşdur. Hazırda əməlindən peşmandır, ona elan edilmiş ittiham üzrə üzərində düşən 4.000 manat zərəri ödəmişdir. Göstərilən halları, həmçinin iki azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri ilə və məhkəmə istintaqı zamanı verdiyi ifadələri arasında qismən ziddiyyət yaranığı üçün onun ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, ifadəsində göstərmişdir ki, o, 2009-cu ildən "xxxx" ASC-də gözətçi işləmişdir. O gözətçi kimi işlədiyi vaxt onunla eyni zavodda gözətçi işləyən Şahid1 ona 2024-cu ilin fevral ayında işlədikləri zavodda qara əlvan metallar və kabellər olduğunu və oğurlamaq istədiyini və bu işi onunla birlikdə etmək istədiyini təklif etmişdir. O, da onunla razılaşaraq oğurluq etmək qərarına gəlmişdir. Daha sonra zavodun işığını söndürmüşlər ki, zavod ərazisində quraşdırılmış video kameralar onların etdikləri oğurluq hadisəsini qeydə ala bilməsin. İşıqları söndürdükdən sonra zavodun istehsalat sahəsinə daxıl olaraq oradan aliminium materialdan olan kabelləri balta ilə doğramışlar və zavodda olan əl arabasına yükləyərək zavodun giriş qapısına gətirmişlər. Girişdə Ramilin idarə etdiyi ona məxsus Niva markalı **-BO-*** d.n n-lı avtomobilə yükləyərək səhər satlarında Ramillə birlikdə aparıb Sumqayıt şəhəri, metallurq küçəsində olan metal qəbulu məntəqəsinə satmışlar. Lakin, üzərindən xeyli vaxt keçməsinə baxmayaraq metal qəbulu məntəqəsinə verdikləri aliminium kabellərin qarşılığında oradan hansı məbləğdə pul almaqlarını xatırlamır. Belə ki, oğurluq hadisəsi nəticəsində əldə olunmuş gəliri Ramillə tam olaraq bölmüşlər. Həmin pulları da özü üçün xərcləmişdir. Həmçinin Ramillə birlikdə 2024-cü ilin fevral ayından xx.xx.2024-cü il tarixədək olan müddət ərzində müxtəlif vaxtlarda işlədikləri zavod daxilindən 10-15 dəfə oğurluq hadisəsi törətmişlər. Bundan başqa Ramilin zavodun digər gözətçisi Şahid2 ilə birlikdə eyni növbəyə çıxdığı vaxtlarda o, gecə onların yanına gələrək üçü eyni vaxtda zavod ərazisindən oğurluq hadisəsi törətmişlər və həmin oğurladıqları əşyaları satdıqdan sonra əldə olunmuş gəlirdən 10-15 manatını Nicata verdikdən sonra yerdə qalan pulları Ramillə birlikdə bölmüşlər. xx.xx.2024-cü il tarixdə işlədikləri zavodun rəhbəri Aydının suallarına cavab olaraq zavod ərazisində oğurluq hadisəsi törətmədiklərini bildirmişlər. Üzərindən bır qədər keçdikdən sonra zavod rəhbərliyi polis bölməsinə zəng vurub polis əməkdaşı dəvət etdikdən sonra oğurluq hadisəsi ilə bağlı video görüntülər təqdim olunmuş və həmin görüntülərdə onun, Ramilin və Nicatın zavod daxilində oğurluq hadisəsi törətmələri öz əksini tapmış, polis əməkdaşları hər üçünü bölməyə gətirmişlər. Törətdiyi əməldən səmimi peşimandır. Adları qeyd olunan şəxslərlə üçü birlikdə 3-4 dəfə oğurluq hadisəsi törətmişlər, qalan oğurluq hadisələrini Ramillə birlikdə etmişlər. Onlar oğurladqları əşyaları metal qəbulu məntəqəsinə aparıb satan zaman həmin əşyaların oğurluq olmasını metal qəbul edən şəxsə deməmişlər, həmin əşyaları küçə və zibilxanalardan yığdıqlarını demişlər. Oğurladıqları qara metal və əlvan metalları metal qəbulu məntəqəsinə satan zaman orada onlardan sənəd tələb edən olmamışdır. Qeyd edilən müddət ərzində yəni, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək o, Ramil və Nicat "xxxx" ASC-nin ərazisindən müxtəlif metallar, elektrik kabellərini oğurladıqdan sonra aparıb satmışlar. Qeyd etdiyi müddətlərdə hansı məbləğdə metal və ya kabel oğurlayıb satdıqlarını dəqiq bilmir. Onlar fabrikin ərazisində oğurluq etməkləri təxminən 4-5 ay davam etmişdir. Buna görə də oğurladıqları mallardan əldə etdikləri gəliri dəqiq bilmir. "xxxx" ASC-nin İdarə Heyyətinin sədri Elson Aydınovun ifadəsində baş vermiş oğurluq hadisəsi nəticəsində ASC-yə ümmilikdə təxminən 10.000 manat maddi ziyan dəyməsini bildirməsi ilə bağlı verilmiş suala cavab verərkən bildirmişdir ki, onlar ASC-nin ərazisindən etdikləri oğurluq nəticəsində satdıqları malların qiymətini xatırlamır. Ancaq bu məbləğ 10.000 manatdan az olmuşdur. Ona təqdim edilmiş 1-ci videoda olan şəxs Ramilin dostu Faiqdir. O, işdə olan zaman bəzən Faiq Ramilin yanına gəlib ona baş çəkmişdir. Ancaq digər videolarda olan şəxsi tanımamışdır. Çünki, onlar növbədə olan zaman bəzən yaxınlıqdakı müəssisələrin gözətçiləri çay içmək və ya söhbət etmək üçün onların yanına gəlmişlər. Bundan başqa onların işlədikləri müəssisədə və ya qonşu müəssisələrdə tez-tez növbələr dəyişdiyi üçün həmin şəxsin kim olduğunu tanımamışdır. Faiq və ya digər videolardakı şəxsin onların müəssisədən oğurluq etdiklərini bilib-bilməmələri və onların bu işdə hər hansı bir maraqlarının olub olmamaları ilə bağlı verilmiş suala cavab verərkən bildirmişdir ki, Faiq onların oğurluq etdiklərindən xəbərsiz olmuşdur. Eləcə də digər videoda olan tanımadığı şəxs də həmin vaxt onların yanında görünsə də, həmin şəxsin onların oğurluq etdiklərindən xəbəri olmamışdır. Həmin şəxsin kim olduğunu xatırlamır. Eyni zamanda həmin şəxs onlardan metalları nə üçün müəssisədən çıxardıqları barədə soruşmamışdır. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etirafı ilə yanaşı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, həmçinin iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-nin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, "xxxx" ASC-nin nəzdində olan İplik fabrikinin ərazisi və avadanlıqları 9 nəfərdən ibarət mühafizəçilər tərəfindən mühafizə olunur. Onlar növbəli iş qrafiki əsasında orada işləyirlər. Eyni zamanda cəmiyyətin ərazisində 12 ədəd kamera quraşdırılmışdır. 2024-cü ilin ortalarında sexlərin qapılarının plombları və yeməkxananın şüşəsi sındırılmış və bundan sonra müəssisənin rəhbərliyi oğurluq hadisələrinin baş verməsindən şübhələnmişdir. Buna görə də rəhəbərlik tərəfindən kamera görüntülərinə baxış keçiirlmişdir. Baxış zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində müxtəlif tarixlərdə oğurluq hadisələrinin baş verməsi müəyyən olunmuşdur. Video görüntülərə baxan zaman müəyyən edilmişdir ki, zavoddan oğurluq edən şəxslər müəssisənin mühafizəsini təşkil edən Şahid1, Təqsirləndirilən şəxs və Şahid2 və onlara məlum olmayan kənar şəxslərdir. 2006-cı ildən etibarən "xxxx" ASC-də Fransa Respublikasında işlədilən və Respublikamıza idxal edilən ikinci əl avadanlıqlar yerləşdirilmişdir. Həmin avadanlıqlar ilk dəfə Fransada işlədilmiş, daha sonra müqavilə əsasında oradan sökülərək onların müəssisəsində quraşdırılması üçün gətirilmişdir. Lakin, uzun müddət, yəni oğurluq hadisəsi baş verənədək qablaşdırılmış şəkildə ərazidə qalmışdır. Qeyd olunan avadanlıqların quraşdırılmamasının səbəbi ASCnin ərazisinin yenidən təmir edilməsi ilə bağlı olmuşdur. Həmin avadanlıqların saxlanılma yeri 2,5 ha sahənin içərisindədir. Zavodun ərazisindən tekstil avadanlıqlarının ayrılmaz hissəsini təşkil edən müxtəlif ölçülərdə, çəkilərdə aliminium və qara metal hissələri, peşəkar sənaye mətbəx avadanlığı, o cümlədən elektrik kabelləri və sexin içərisində döşəməyə quraşdırılmış çuğun qapaqlar (lüklar) oğurlanması müəyyən edilir. ASC-nin ərazisindən böüyk dəyərə malik dəyəri tekstil avadanlıqlarının ayrılmaz hissəsini təşkil edən ehtiyyat hissələri oğurlanmış, nəticədə avadanlıqlar istismara yararsız vəziyyətə düşmüşdür. Bundan başqa ASC-nin yeməkxanasından 2006-cı il tarixdə alınmış və istifadə edilməmiş, alış dəyəri 2554 manat olan peşəkar sənaye mətbəx avadanlığı oğurlanmışdır. Oğurluq nəticəsində onlara böyük məbləğdə zərər dəymişdir, lakin ittihamda 12.067 manat 54 qəpik qeyd edilmişdir. Həmin zərərdən 8.000 manatını digər iki şəxs onların barəsində cinayət işinə baxılarkən ödəmişlər. Bundan sonra zərərçəkmiş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə elektron məhkəmə sistemi vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən dəymiş maddi ziyandan mütənasib şəkildə ona düşən 4000 (dörd min) manat məbləği ödəmişdir, lakin sonuncu ilə barışıq əldə olunmamaışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Şahid1 onun dostudur. **-LH-*** dövlət qeydiyyatlı nişanlı, “Changan” markalı avtomobil ona məxsusdur. O, bir neçə dəfə Ramilin xahişi ilə həmin maşını idarə etmək üçün ona vermişdir. Ancaq o, Ramilə avtomobilin idarə edilməsi barədə etibarnamə verməmişdir. xx.xx.2024-cü il tarixdə polis əməkdaşları ona zəng etmiş və onu Sumqayıt ŞPİ-nin 1-ci PB-nə dəvət etmişlər. Bölmədə polis əməkdaşları ona Ramilin işlədiyi fabrikdən metal oğurladığını və həmin metalları onun maşını ilə daşıdıqlarını bildirmişdir. O isə polis əməkdaşalrına hadisə barədə məlumatının olammasını bildirmişdir. Ramil ondan ev işlərinə lazım olduğu üçün maşını istəmişdir. O, əvvəllər də Ramilə maşın vermiş və hər hansı problem yaranmamışdır. Ramilin və digər iki nəfər iş yoldaşının oğurluq etdiyindən onun xəbəri olmamışdır. O, bəzən Ramillə görüşmək üçün onun yanına getdiyi üçün video görüntülərə düşmüşdür. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid6 ifadəsində göstərmişdir ki, o, 4-5 il olar ki Sumqayıt şəhəri, Metallurq küçəsində yerləşən metal qəbulu məntəqəsini icarə əsasında işlədir. Metal qəbulu məntəqəsində ayrı-ayrı şəxslərdən metal qəbul edir və həmin şəxslərin məntəqəyə gətirdikləri qara metal və əlvan metalların çəkisinə uyğun pulları şəxsən ödəmişdir. Gətirilən məhsulları qəbul etməzdən əvvəl onların oğurluq olubolmamasını soruşur. Həmin şəxslər metlların özlərinə aid olmasını, yaxud küçə və zibilxanalardan yığdıqlarını dedikdən sonra malları qəbul edir. Metalların oğurluq olmasını şübhə etdiyi zaman onları qəbul etmir. İki nəfər üzdən tanıdığı və adlarını bilmədiyi şəxslər mütəmadi olaraq onun işlətdiyi metal qəbulu məntəqələrinə qara və əlvan metallar gətirərək satmışlar. Həmin şəxslər məhsulların özlərinə məxsus olmasını demişlər, buna görə də ödəniş edərək malları qəbul etmişdir. Üzdən tanıdığı və sonradan adlarının Cabir və Ramil olduğunu bildiyi şəxslər ayrı-ayrı vaxtlarda onun işlətdiyi metal qəbulu məntəqəsinə aliminium və nerj materialdan olan lövhələr, həmçinin aliminium kabellər gətirərək satmışlar. Çoxsaylı digər şəxslərdən mallar qəbul etdiyi üçün Cabir və Ramilin gətirdikləri malların müqabilində onlara hansı məbləğdə pul ödədiyi yadında qalmamışdır. O, polis bölməsinə dəvət edildikdən sonra Cabir və Ramilin gətirdikləri məhsulların oğurluq olmasını bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, 2022-cı ilin aprel ayından Sumqayıt şəhəri 76-cı məhəllə ərazisində yerləşən “Sumqayıt Xovlu İplik" ASC-də gözətçi işləmişdir. Eyni vaxtda zavodun ərazisində iki gözətçi olmuşdur. Gecə saatlarında onlar növbə ilə yatıb istirahət etmişlər. Bir nəfər yatanda digəri zavodun ərazisində gəzmiş və əraziyə nəzarət etmişdir. Gecə növbəsində qaldığı günlər onunla eyni zavodda gözətçi işləyən Təqsirləndirilən şəxs 2024-cü ilin fevral ayında işlədikləri zavodda qara, əlvan metallar və kabellər olduğunu, həmin məhsulları Cabirlə birlikdə oğurlamaq istədiyini sonuncuya təklif etmişdir. Cabir də onunla razılaşmış və onlar oğurluq etmək qərarına gəlmişlər. Daha sonra zavod ərazisində quraşdırılmış video kameralar onların etdikləri oğurluq hadisəsini qeydə ala bilməməsi üçün zavodun işığını söndürmüşlər. Onlar işıqları söndürdükdən sonra zavoddan müxtəlif metallar və kabelləri avtomobilə yükləyərək metal qəbulu məntəqəsinə aparıb satmışlar. Üzərindən xeyli vaxt keçdiyi üçün həmin məhsulların qarşılığında oradan hansı məbləğdə pul almalarını xatırlamır. Oğurluq hadisəsi nəticəsində əldə olunmuş pulu Cabirlə aralarında bölmüşdür. Cabir işdə olmadığı vaxtlarda digər gözətçi Şahid2 ilə də eyni qaydada oğurluq etmişlər. Bir müddət sonra kamera görütüləri əsasında onların oğurluq hadisələrinin üstü açılmışdır. Bu səbəbədən onların barəsində cinayət işi başlanmış və barələrində məhkəmə tərəfindən ittiham hökmü çıxarılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, 2023-cü ilin oktyabr ayından Sumqayıt şəhəri 76-cı məhəllə ərazisində yerləşən "xxxx" ASC-də gözətçi işləmişdir. Eyni vaxtda zavodun ərazisində iki gözətçi olmuşdur. Gecə saatlarında onlar növbə ilə yatıb istirahət etmişlər. Gecə növbəsində qaldığı günlər onunla eyni zavodda gözətçi işləyən Şahid1 2024-cü ilin fevral ayında işlədikləri zavodda qara, əlvan metallar, kabellər olduğunu və onunla birlikdə həmin məhsulları oğurlamaq istədiyini ona təklif etmişdir. O da Ramilin təklifi ilə razılaşmışdır. Daha sonra onlar onların etdikləri oğurluq hadisəsini qeydə ala bilməməsi üçün zavod ərazisində quraşdırılmış video kameraları söndürmüşlər. Onlar işıqları söndürdükdən sonra zavoddan müxtəlif metallar və kabelləri avtomobilə yükləmişlər. Ramil həmin metalları metal qəbulu məntəqəsinə aparıb satmışlar. Üzərindən xeyli vaxt keçdiyi üçün həmin məhsulların qarşılığında oradan hansı məbləğdə pul almalarını xatırlamır. Oğurladıqları metalları satdıqdan sonra hər dəfə Ramil həmin pullardan onun M-10 hesabına 10-15 manat yükləmişdir. O da həmin pulları mərc oyunlarında uduzmuşdur. Ramil metalları satan zaman yanında olmamış və hansı məbləğə satması barədə heç bir məlumatı olmamışdır. 2024-cu ilin fevral ayından xx.xx.2024-cü il tarixədək olan müddət ərzində müxtəlif vaxtlarda işlədikləri zavod daxilindən ümumilikdə 3-4 dəfə oğurluq etmişlər. Bundan başqa o, bir neçə dəfə də Ramil və zavodun digər gözətçisi Cabirlə birlikdə oğurluq etmişdir. Bir müddət sonra kamera görütüləri əsasında onların oğurluq hadisələrinin üstü açılmışdır. Bu səbəbədən onların barəsində cinayət işi başlanmış və barələrində məhkəmə tərəfindən ittiham hökmü çıxarılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, 2022-ci ildən "xxxx" ASC-də mühafizəçi vəzifəsində çalışır. Şahid1, Təqsirləndirilən şəxs və Şahid2 da "xxxx" ASC-də mühafizəçi vəzifəsində işləmişlər. 2024-cü ildə onlar fabrikdən oğurluq etdikləri üçün işdən azad çıxarılmışlar. Bundan sonra onun həmin şəxslərlə əlaqəsi olmamışdır. O, fabrikdə baş vermiş oğurluq hadisəsində iştirak etməmişdir. Şahid1, Təqsirləndirilən şəxs və Şahid2 fabrikdən oğurluq etmələrindən şübhələndiyi üçün rəhbərliyə məlumat vermişdir. Ancaq o, həmin şəxslərin oğrluq etmələrinin şahidi olmamışdır. Hal-hazırda da fabrikdə mühafizəçi işləyir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, 2023-cü ildən "xxxx" ASC-də mühafizəçi vəzifəsində çalışır. Şahid1, Təqsirləndirilən şəxs və Şahid2 da fabrikdə işləmişlər. 2024-cü ildə onlar fabrikdən oğurluq etdikləri üçün işdən çıxarılmışlar. Bundan sonra onlarla əlaqəsi olmamışdır. Onun fabrikdə baş vermiş oğurluq hadisəsi ilə bağlı heç bir əlaqəsi olmamış və o, baş vermiş oğurluqda iştirak etməmişdir. O, hal-hazırda da fabrikdə mühafizəçi işləyir. Şahid1, Təqsirləndirilən şəxs və Şahid2 oğurluq etməsini rəhbərlik kamera görüntüləri ilə müəyyən etmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid5 ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, məhkəmə iclasında iştirak edən şahidlər Şahid7 və Şahid4 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 1-ci cild 240-243-cü vərəqəsində olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cild 71-83-cü vərəqələrində olan xx.xx.2024-cü il tarixli videogörüntüyə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş diskdə olan çoxsaylı video görüntülərdən görünür ki, "xxxx" ASC-yə məxsus fabrikin ərazisindən dəfələrlə gecə saatlarında bir neçə şəxsin müxətlif kabel və metalları daşıması müşahidə edilir. Təqsirləndirilən şəxs həmin şəxslərin Şahid2, Şahid1 və onun olmasını təsdiq etmişdir. Cinayət işinin 1-ci cild 116-cı vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 sentyabr 2024-cü il tarixli, 9/6613 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, analoji malların orta texniki göstəricilərinə əsasən ekspertiza təyini haqqında qərarda qeyd edilən 15-20 kq olan çuqun qapaqların (lyuk) orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2024-cü ilin ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 250,00 manat (5 ədəd x 50.0 manat) müəyyən olunur. Digər mallar haqqında kifayət qədər məlumat (markası, modeli, materialı, təyinatı, texniki göstəriciləri və s.) olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır. Cinayət işinin 115-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 1-ci cild 248-267-ci vərəqələrində olan 28 noyabr 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, zərərçəkmiş şəxs məhsulun qiymətini 10000 manat təşkil etdiyi göstərdiyi üçün həmin məhsul üzrə qiymətləndirmə zərərçəkmiş şəxsin qeyd etdiyi qiymətlərlə yəni, (Cognetex FTC8L 1088 spindles s/n6840) markalı əyirici avadanlığın ehtiyyal hissələri, eləcə də qiyməti 6493,54 manat olan “THİBEAU card type CA w 2,20 m delivery 1 can diameter 1000xh, 1200mm Put intosonformity” markalı tekstil avadanlığının ayrılmaz hissəsini təşkil edən ehtiyyat hissələri, ACS-nin yeməkxanasından 2006-cı il tarixdə alınmış və istifadə edilməmiş, alış dəyəri 2554 manat olan 01 ədəd peşəkar sənaye mətbəx avadanlığı, tərkibi qara metaldan və çuğundan ibarət olan tekstil avadanlığının mühərrikin ayrılmaz hissəsi olan, hər biri təxminən 90 manat təşkil edən 03 ədəd rotor-mühərrik və taxta barabana sarılmış aliminium materialdan olan, ASB 50 markalı, içərisində hər birinin qalınlığı 1,9 sm olan üç naqildən ibarət təxminən 250 metr uzunluğunda, təxminən 2500 manat dəyərində kabel və rəydə göstərilən çuqun qapaqlarla birlikdə 12.067,54 (on iki min atmış yeddi manat, əlli dörd qəpik) manat olaraq hesablanmışdır. Cinayət işinin 1-ci cild 248-267-ci vərəqələrində olan 28 noyabr 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin təqdim etdiyi 01 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur. Cinayət işinin 95-96-cı vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının xx.xx.1999-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (köhnə redaksiya) 17, 93-2-ci maddəsinin 3-cü hissəsi, 41-ci maddələri ilə təqsirli bilinərək 03 il şərti sınaq müddəti tətbiq edilməklə 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə - təqsirləndirilən şəxsin özünün qismən etirafı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, video görüntülər və digər iş materialları ilə Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda ziyan vurmaqla özgə əmlakını gizli olaraq talayıb oğurluq etməsi tam sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4 maddələri ilə düzgün tövsif edilmişdir. O, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs evli olmaqla himayəsində yetkinlik yaşına çatmayan iki uşağının olmasını və zərərçəkmiş hüquqi şəxsə vurulmuş zərəri ödəməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən halları, yəni təqsirləndirilən şəxsin evli olmaqla himayəsində yetkinlik yaşına çatmayan iki uşağının olmasını və zərərçəkmiş hüquqi şəxsə vurulmuş zərəri ödəməsini, cəzanı ağırlaşdıran halların isə olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Sumqayıt şəhəri Probasiya Şöbəsinə tapşırılmalı, həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Sumqayıt şəhəri və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-in 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanımış 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Salamova (Bədəlova) Leyla Elman qızının məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 25 saata görə 275 (iki yüz yetmiş beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 3Şimal qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası MPM-in 67- 1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0003003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Salamova (Bədəlova) Leyla Elman qızının məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 25 saata görə 275 (iki yüz yetmiş beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar