Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-814/2023 19.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1982-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respıblikasımn vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə yol hərəkəti qaydalarını pozub ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər yetirmişdir. Belə ki, o, 04 may 2023-cü il tarixdə, saat 10 radələrində, “B1,B,C1,C kateqoriyalı, xxxxxxx seriyalı sürücülük vəsiqəsi əsasmda, etibarnamə ilə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Toyota prius” markalı **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, Nərimanov küçəsi 2-ci mikrorayon ilə arxa istiqamətdə hərəkətdə olarkən “X4” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərini pozub, yəni hadisə zamanı sürücü arxada piyadanın yolun hərəkət hissəsini sağdan sola doğru keçməkdə olmasını nəzərə alaraq idarə etdiyi avtomobili arxaya doğru hərəkət etdirməməli, piyadanın avtomobilin arxasından təhlükəsiz məsafə qədər kənarlaşmasını gözləməli və bundan sonra avtomobili arxaya doğru hərəkət etdirməli olduğu halda bunlara riayət etməyərək və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda heç bir tədbir görməyib yol hərəkəti qaydalarını pozaraq yolun hərəkət hissəsini sağdan sola doğru keçən piyada Zərərçəkmiş şəxs avtomobilin arxa hissəsi ilə vurub ehtiyatsızlıqdan sonuncuya sağ dirsək sümüyünün qapalı yerdəyişən sınığı, sağ bud-çanaq oynağı nahiyənin, sol dirsək nahiyənin, sağ ayağın bayır topuq nahiyənin geniş ölçülü qançırları kimi yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilən və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbən olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər yetirərək yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, “Uber” taksi şirkətinin nəzdində, tanışı Amin adlı şəxsə məxsus 2007-ci il istehsalı olan ‘Toyota Prius” markalı, **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti göstərmiş, avtomobil idarə etmək üçün BC(B1,B,C1,C) kateqoriyalı sürücülük vəsiqəsi var, “Toyota Prius” markalı, 77-HK- 276 dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə etmişdir. xx.xx.2023-cü il tarixdə, saat 10 radələrində, Sumqayıt şəhəri, N.Nərimanov küçəsində, 2-ci mikrorayon ərazisində avtomobilini yolun sağ tərəfində saxlamış, bir neçə dəqiqədən sonara təxminən saat 10:05 radələrində, hərəkətdə olan digər avtomobillərin hərəkətinə maneə törətməmək üçün avtomobilini yolun sağ tərəfinə sıxıb saxlamaq məqsədi ilə avtomobili saxladığı yerdən 6-10 km/saat surətlə arxa tərəfə hərəkət etdirib təxminən 5-6 metr məsafə qət etdikdən sonra, yaxınlıqda olan tanımadığı şəxslər, qışqıraraq və əlləri ilə işarə edərək avtomobili dayandırmasını tələb etmişlər. Bu zaman o, əyləci basaraq avtomobili dayandırmışdır. O, dərhal avtomobildən düşüb baxdıqda, avtomobilinin arxasında bir nəfər kişinin yerdə uzanmış vəziyyədə olduğunu görmüşdür. Həmin şəxsə yaxınlaşıb nə baş verdiyini soruşduqda, adının Səməndər olduğunu sonradan öyrəndiyi həmin şəxs, heçnə olmadığını bildirmiş və çıxıb getməsini demiş, ancaq o, kömək etmək məqsədi ilə Səməndəri öz avtomobilinə əyləşdirmiş və öz xahişi ilə onu 2-ci mikrorayon ərazisinə, yaşayış binaları olan məhəlləyə aparmış, Səməndər avtomobildən düşüb, həyətdəki oturacaqlardan birində əyləşmişdir. Sonra Səməndər həmin ərəfədə, orada olan Mehman adlı tanışını yanına çağırmışdır. O, Səməndəri, Mehmanın yanında qoyub, sağollaşıb getmişdir. Hətda getməzdən öncə o, mobil telefon nömrəsini də, Səməndərə vermiş və hər hansı bir köməklik lazım olarsa ona zəng etməsini bildirmişdi. Getdikdən təxminən 30 dəqiqə sonra Mehman onun mobil telefon nömrəsinə zəng edərək, Səməndəri həkimə aparmaq üçün onu çağırmışdır. O, Səməndəri avtomobilinə əyləşdirib Sumqayıt şəhər TTYX-na aparmışdır. Xəstəxanada ilk tibbi yardım göstərildikdən sonar Səməndərin sağ qolu sındığı üçün cərrahiyə əməliyatı olunması bildirilmişdir. Bundan sonar həmin tarixdə axşam saatlannda o, Səməndər və Səməndərin qardaşı Qamətlə birlikdə Bakı Sağlamlıq Mərkəzinə getmişdir. Orada Səməndəri müayinə edən həkim 1200 manat xəstəxana xərcləri tələb olunduğunu bildirmiş və xx.xx.2023-cü il tarixdə, səhər tezdən əməliyat olunmaq üçün xəstəxanada olmasını bildirmişdir. Səməndər və qardaşı Qamət, Səməndəri onun avtomobillə vurub xəsarət almasına səbəb olduğu üçün Səməndərin müalicə xərclərini ödəməsini tələb etmişlər. Ancaq o, həmin vaxt maddi imkanı olmadığı üçün Səməndərin müalicə xərclərini ödəyə bilməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs hadisənin ehtiyatsızlıq zəminində baş verməsini, zərərçəkmiş şəxslə barışmasını, vurulmuş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını, nəzərə alaraq barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə təxminən saat 10 radələrində, Sumqayıt şəhəri, N.Nərimanov küçəsi ilə C.Cabbarlı küçələrinin kəsişməsinin yaxınlığında, N.Nərimanov küçəsi, 2-ci mikrorayon ərazisində avtomobil yolunun bir tərəfindən digər tərəfinə keçərkən, həmin yolda arxaya hərəkətdə olan, taksi fəaliyyəti göstərən, Toyota Prius markalı, **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobil onu vurub yerə yıxaraq təxminən 1 metr məsəfədə onu arxaya sürümüşdür. Sonra həmin avtomobilin sürücüsü adının Təqsirləndirilən şəxs olduğunu sonradan öyrəndiyi şəxs, bir qədər avtomobili qabağa sürüb, saxlamış və avtomobildən düşüb ona yaxınlaşaraq, ayağa qalxmaqda ona köməklik etmişdir. Sürücü onu vurduğu üçün çox həyacanlı olduğundan, o, sürücüyə narahat olmamasını, eləcə də, aldığı xəsarətlərin ağrısını çox hiss etmədiyindən, çox da, ağır xəsarət almadığını bildirmişdir. Bundan sonar Fədail onu öz avtomobilinə əyləşdirib, kənar şəxslərin görməməsi üçün hadisə yerindən uzaqlaşmalarını təklif etmişdir. O, etiraz etməmiş və Fədailin avtomobili ilə hadisə yerindən uzaqlaşıb, 2-ci mikrorayon ərazisinə, yaşayış binaları olan məhəlləyə getmişdir. Fədail onun avtomobildən düşüb gözləməsini istəmiş və taksi fəaliyyəti göstərdiyi üçün Fədaili gözləyən müşdərini mənzilbaşına çatdırıb onun yanına qayıdacağını bildirmişdir. O, avtomobildən düşən ərəfədə, həmin vaxt orada olan qonşusu Mehman onu görüb yaxınlaşaraq nə baş verdiyini, nə üçün halsız olduğunu soruşmuş, həmin ərəfədə adını xatırlamadığı, üzdən tanıdığı digər bir şəxs də, onların yanına yaxınlaşmışdır. O, Fədailin idarə etdiyi avtomobillə onu vurduğunu bildirmişdir. Həmçinin Fədail də, avtomobili arxaya sürdüyü üçün onu görmədiyini, ehtiyatsızlıqdan onu vurduğunu bildirmişdir. O, avtomobildən enib həyətdə olan oturacaqda əyləşmiş, Fədail öz mobil telefon nömrəsini Mehmana verib, Fədaili gözləyən müşdərini apardıqdan sonar qayıdacağını, onu xəstəxanaya aparacağını bildirib getmişdir. Vaxt keçdikcə, avtomobil vurması nəticəsində onun sağ qolu sındığı üçün ağrıları daha da, kəskinləşmişdir. Bu səbəbdən də, Mehman və həmin vaxd onların yanında olan, adını bilmədiyi şəxs Fədailə zəng edərək tez qayıtmasını, onu dərhal xəstəxanaya çatdırmasını tələb etmişlər. Təxminən 30-40 dəqiqədən sonar Fədail onların yanına gəlmiş və onu “sınıqçı”ya aparmağı təklif etmişdir. O, razılaşmamış və onu həkimə aparmasını tələb etmişdir. Bundan sonar Fədail onu avtomobilinə əyləşdirib Sumqayıt TTYX-na aparmış, qonşusu Mehman da onunla birlikdə xəstəxanaya getmişdir. Fədail bütün xəstəxana xərclərini qarşılayacağını bildirərək, ondan xəstəxanada öz ehtiyatsızlığı nəticəsində yıxılıb xəsarət almasını bildirməsini, Fədailin onu avtomobillə vurması nəticəsində xəsarət almağını bildirməməsini xahiş etmişdir. Bu səbəbdən də, o, xəstəxanada müayinə olunarkən öz ehtiyatsızlığı nəticəsində yıxılıb xəsarət aldığını bildirmişdir. İlkin müayinə olunduqdan sonra onun sağ bazu sümüyünün sındığı məlum olmuşdur. Bundan sonar həmin tarixdə axşam saatlarında o, qardaşı Qamət və Fədail ilə birlikdə, əməliyyat olunmaq məqsədi ilə Bakı Sağlamlıq Mərkəzinə getmişdir. Orada onu müayinə edən həkim 1200 manat xəstəxana xərcləri tələb olunduğunu bildirmiş və xx.xx.2023-cü il tarixdə, səhər tezdən əməliyat olunmaq üçün xəstəxanada olmasını tələb etmişdir. Ancaq Fədail vədinə əməl etməyərək tələb olunan 1200 manat xəstəxana xərclərini ödəməkdən imtina etmişdir. Fədəail onun müalicə xərclərini qarşılamaqdan imtina etdiyi üçün 05.05 2023-cü il tarixdə o, DİN-in 102 xidmətinə zəng edərək, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri Nərimanov küçəsi, 2-ci mikrorayon ərazisində **-HK-*** dövlət qeydiyyat nişanlı, Toyota Prius markalı avtomobilin onu vurması nəticəsində xəsarət aldığını, şikayətçi olduğunu bildirmişdir. xx.xx.2023-cü il tarixdə səhər saat 08:30 radələrində o, Bakı Sağlamlıq Mərkəzinə gedib, müalicə xərclərini ödəyib əməliyyat olunmuşdur. Bundan əlavə məhkəmə iclasında Zərərçəkmiş şəxs ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş zərərin tam həcmdə ödənildiyini, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən Şamilova (Hüseynova) Fəridə Elman qızı ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, N.Nərimanov və C.Cabbarlı küçələrinin kəsişməsinin yaxınlğında, 2-ci mikrorayon ərazisində avtomobil yolunun kənannda yerləşən “Alfa” kişi geyimləri mağazasında satıcı işləmişdir. xx.xx.2023-cü il tarixdə saat 10:15 radələrində iş yerində olarkən bayırda möhkəm tappıltı səsi eşidib dərhal həmin istiqamətə baxdıqda, avtomobil yolunun kənarında, təxminən 55 yaşlı bir kişinin göy rəngli “Toyota Prius” markalı avtomobilin arxa tərəfində yerə yıxıldığını görmüşdür. Həmin an avtomobilin sürücüsü, təxminən 35-40 yaşlarında olan hündür boylu kişi avtomobilindən düşüb, yerə yıxılmış həmin şəxsə yaxınlaşaraq, ayağa qaldırmışdır. Həmin vaxt ətrafda olan şəxslər, sözügedən Toyota Prius markalı avtomobilin sürücüsünə irad bildirərək, avtomobili ehtiyatlı idarə etməsini və arxaya hərəkətdə olarkən sürdüyü avtomobillə vurduğu həmin piyadanı avtomobilinə əyləşdirib xəstəxanaya aparmasını tələb etmişlər. Bundan sonra həmin sürücü vurub yerə yıxdığı piyadanı avtomobilinə əyləşdirərək həmin ərazidən aparmışdır. Məhkəməyədək icrat dövründə şahid qismində dindirilmiş Şahid2 ifadəsi elan edilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, o məhkəmə iclasında şahid qismində ifadə vermiş Şamilova (Hüseynova) Fəridə Elman qızının ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Məhkəməyədək icrat dövründə şahid qismində dindirilmiş Şahid3 ifadəsi elan edilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, o ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 10:15 radələrində, Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində olarkən Toyota Prius markalı, **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobil onun olduğu əraziyə gəlmiş, onun qonşusu Zərərçəkmiş şəxs halsız vəziyyətdə həmin avtomobildən düşmüş, o, Səməndərə yaxınlaşaraq nə baş verdiyini, nə üçün halsız olduğunu soruşmş, həmin ərəfədə adını xatırlamadığı, üzdən tanıdığı digər bir şəxs də, onların yanına yaxınlaşmışdır. Səməndər, Toyota Prius markalı **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobilin Səməndəri vurduğunu bildirmişdir. O, avtomobilin sürücüsündən nə üçün Səməndəri vurduğunu soruşduqda sürücü, avtomobili arxaya sürərkən Səməndəri görmədiyi üçün ehtiyatsızlıqdan Səməndəri vurduğunu bildirmişdir. Səməndər avtomobildən enib həyətdə olan oturacaqda əyləşmiş, adının Fədail olduğunu sonradan öyrəndiyi sözügedən avtomobilin sürücüsü öz mobil telefon nömrəsini ona verib, Fədaili gözləyən müşdərini apardıqdan sonar onların yanına qayıdacağını, Səməndəri xəstəxanaya aparacağını bildirib getmişdir. Vaxt keçdikcə, avtomobil vurması nəticəsində sağ qolu sındığı üçün Səməndərin ağrıları daha da, kəskinləşmiş, bu səbəbdən də, o Fədailə zəng edərək tez qayıtmasını, Səməndəri dərhal xəstəxanaya çatdırmasını tələb etmişdir. Təxminən 30-40 dəqiqədən sonar Fədail onların yanına gəlmiş və Səməndəri “sınıqçı”ya aparmağı təklif etmişdir. Səməndər razılaşmamış və həkimə aparmasını tələb etmişdir. Bundan sonar Fədail Səməndəri avtomobilinə əyləşdirib Sumqayıt TTYX-na aparmışdır. O da xəstəxanaya getmişdir. Fədail bütün xəstəxana xərclərini qarşılayacağını bildirərək, Səməndərdən xəstəxanada öz ehtiyatsızlığı nəticəsində yıxılıb xəsarət aldığını bildirməsini, Fədailin Səməndəri avtomobillə vurması nəticəsində xəsarət almasını bildirməməsini xahiş etmişdir. Bu səbəbdən də, Səməndər xəstəxanada müayinə olunarkən öz ehtiyatsızlığı nəticəsində yıxılıb xəsarət aldığını bildirmişdir. Səməndəri xəstəxanaya apardıqdan sonra Fədail onu öz avtomobili ilə yenidən 2-ci mikrorayon ərazisinə aparmış, yolboyu aralarında olan söhbət zamanı, Fədail Səməndəri avtomobillə vurub xəsarət yetirdiyi üçün Səməndərin bütün müalicə xərclərini qarşılayacağını bildirmişdir. Cinayət işinin 99-cu vərəqəsində olan 13 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 73-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Sumqayıt Regional Qeydiyyat imtahan və Texniki baxış şöbəsinin xx.xx.2023-cü il tarixli, 3- 13-16- 8/2 690 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs məxsus “BC” kateqoriyalı BC028871 nömrəli sürücülük vəsiqəsi mərkəzi informasiya sistemində sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. Cinayət işinin 14-cü vərəqəsində olan etibanamədən görünür ki, Toyota prius” markalı **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Təqsirləndirilən şəxs həmin avtomobili idarə etmək əsəlahiyyəti vermişdir. Cinayət işinin 28-30-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 xx.xx.2023-cü il tarixli, 674 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sağ dirsək sümüyünün qapalı yerdəyişən sınığı, sağ bud-çanaq oynağı nahiyənin, sol dirsək nahiyənin, sağ ayağın bayır topuq nahiyənin geniş ölçülü qançırları. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən yaranmışdır, tibbi yardıma müraciət etdiyi vaxtdan az əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə YNHsi zamanı əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın gələ bilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvurmaya aid edilir. Cinayət işinin 74-77-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10 avqust 2023- cü il tarixli, 8/2051 saylı yol nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının rəyindən görünür ki, “Toyota Prius” markalı **-HK- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X4” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs “Toyota Prius” markalı avtomobili hərəkət etdirməsi şəraitində hadisənin qarşısını almağa texniki imkanı olması səbəbindən onun hərəkətlərində “Yol-Hərəkəti Haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin 36-cı vərəqəsində olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 85 (səksən beş) manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin 64-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş 21 iyun 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulmuş zərər tam həcmdə ödənilmiş, sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur, ona görə də, sonuncu barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş edir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri və digər iş materialları ilə onun yol hərəkəti qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır xəsarətin yetirilməsi cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə tövsif edilməlidir. Lakin, həmin Məcəllənin 263-cü maddəsinin qeyd hissəsinin 2-ci bəndinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməli və o cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeydinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Bundan başqa, Azərbaycan Respubikasının CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Yuxarıda göstərilən qanunvericlik normalarına əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığı və ona dəymiş ziyanı tamamilə ödədiyi üçün onun barəsində cinayət təqibinə xitam verilərək cinayəy məsuliyyətindən azad edilməli və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət işinə xitam verməklə yanaşı bu əməlin inzibati məsuliyyətə səbəb olması məsələsi araşdırılmalıdır. Belə ki, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs “X4” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərini pozmuş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Ona görə də məhkəmə hesab edir ki, hazırki halda cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsi üçün Sumqayıt ŞPİ-nin Dövlət Yol Polisi Şöbəsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.11, 43 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeydinin 2-ci bəndinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Qəbul edilmiş qərarın surəti Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsi üçün Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə göndərilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (Adı: X2, Kodu: 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi işlə tanış olduğu və məhkəmədə iştirak etdiyi 17 saata görə 102 (yüz iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya protesti və ya şikayəti verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №1(060)-814/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-814/2023
19.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver