Məhkəmə qərarları › İş №1(060)-817/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-817/2025

13.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-817/2025 13.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1993-cü ildə ildə Füzuli rayonu, Qarqabazar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olan, Füzuli rayonu, Qarqabazar kəndində qeydiyyatda olub, Sumqayıt şəhəri, 10-cu mikrorayon, “Kristal Abşeron” Yaşayış Kompleksi, ev 3, mənzil 38-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə qətimkan tədbiri” seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib özündə saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz əldə edib daşıyaraq saxlamış, 09 sentyabr 2025-ci il tarixdə, saat 20:24-də Sumqayıt ŞPİ-nin Cinayət Axtarış Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən 49 saylı binanın keçid hissəsində saxlanılıb üzərinə baxış keçirilən zaman əynində olan şalvarının sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,371 qram ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, 20 Yanvar Metrostansiyası yaxınlığında olarkən tanımadığı şəxsdən 20 manata bir büküm “patı” almış, növbəti gün saat 20 radələrində Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən 49 nömrəli binanın blokunda olarkən polis əməkdaşları onu saxlayaraq ona nədə şübhəli olduğunu bildirib videoçəkiliş aparmaqla üzərinə baxış keçirmişlər, baxışdan öncə ona üzərində hər hansı qanunsuz predmet varsa təqdim etməsi təklif edilmiş, o da əynində olan şalvarının cibində saxladığı metamfetamini təqdim etmiş, həmin büküm elektron tərəzidə çəkilərək çəkisi müəyyən edildikdə sonra müvafiq sənədləşmə işinin aparılması üçün onu polis idarəsinə aparmışlar. Əməlindən peşmandır. Məcburi köçkün olduğu üçün barəsində amnistiya elan edilməsi barədə qərarın tətbiq edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin istifadəsi və üzərində gəzdirməsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılaraq sonuncunu 09 sentyabr 2025-ci il tarixdə, saat 20:24-də Sumqayıt şəhəri, 10cu mikrorayon ərazisində hərəkətdə olarkən saxlanılmışdır. Təqsirləndirilən şəxs saxlanılma səbəbi bildirilmiş, ona üzərində qeyri qanuni əşya vardırsa təqdim etməsi təklif olunmuş, Mehdixanov əynində olan şalvarın cibindən 01 ədəd büküm çıxarıb təqdim etmişdir. Həmin bükümə baxdıqda içərisində metamfetaminə bənzər maddə olduğu müəyyən edilmişdir. Bundan sonra həmin bağlama elektron tərəzidə çəkilmiş, çəkisi müəyyən edilərək qablaşdırılmış və sənədləşmə işləri aparılmışdır. Məhkəmə iclasında tərəflərin fikri dinlənildikən sonra ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid2 və Şahid3 da Şahid1 ilə eyni məzmunlu ifadə verdiyi müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sənədlərdən görünür ki, “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 10 sentyabr 2025-ci il tarixdə (saat 16:00) fakta görə Təqsirləndirilən şəxs barəsində CM-nin 234.1-ci maddəsilə ********* saylı cinayət işi başlanmış, icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v.1); “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, 09 sentyabr 2025-ci il tarixdə, saat 20:24 dəqiqədə Təqsirləndirilən şəxs CM-nin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v.27); Təqsirləndirilən şəxs 11 sentyabr 2025-ci il tarixdə CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v.58-59); “Təqsirləndirilən şəxsin dindirilməsi” haqqında 11 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxsin həmin tarixdə CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsi ilə bağlı ifadəsi alınmış, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə saxlanıldığı Sumqayıt ŞPİ-nin “X2 “dərhal azad edilmişdir (i.v. 69-70); “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” 09 sentyabr 2025-ci il tarixli protokola və protokola əlavə edilmiş əməliyyat-axtarış tədbirinin videoçəkilişi əks etdirilmiş 01 ədəd DVD diskdə olan videogörüntülərdən görünür ki, Təqsirləndirilən şəxs 09 sentyabr 2025-ci ildə saat 20:24də polis əməkdaşları tərəfindən saxlanılır, polis əməkdaşları özlərini təqdim etdikdən sonra şübhəli şəxsə saxlanılma səbəbi izah edilmiş, ona üzərində hər hansı qanunsuz əşya olub-olmadığını soruşduqda, Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ cibindən 01 ədəd bağlama təqdim edərək içərisində “metamfetamin” olduğunu demişdir. Şübhəli şəxs maddəni Bakı şəhərindən tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Həmin büküm elektron tərəzidə çəkilir, çəkisinin 0,45 qram olması müəyyən edilərək qablaşdır. Daha sonra şübhəli şəxs mobil telefonu təqdim etmişdir. (i.v 8-9); AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20/825 nömrəli, 10 sentyabr 2025ci il tarixli rəyindən görünür ki, AR DİN “Zərflər üçün № 124” möhür əksi, “Şahid1 /imza/; Təqsirləndirilən şəxs /imza/; Abbasov Vüsal /imza/; Şahid2 /imza/” əl yazıları olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi: 0,371 qram olan ağ rəngli, kristaləşkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetaminin təmiz çəkisi 0,371 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,321 qram. Metamfetamin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. ( i.v.43-46); AR Səhiyyə Nazirliyi Respublika X3 Hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama barədə 17 sentyabr 2025-ci il tarixli, 5806 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən Respublika Narkoloji Mərkəzində (F19x2) diaqnozu ilə dispanser qeydiyyatındadır. (i.v. 106-107); Məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 1433 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və xəsarət izi aşkar edilməmişdir. (i.v.75-77); “Telefona baxış keçirilməsi haqqında” 17 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, “Honor” markalı mobil telefona baxış keçirilmiş və telefonun “Mesajlar”, “Kontaktlar”, “WhatsApp” və “Qalereya” qovluqluqlarına baxış zamanı iş üçün əhəmiyyət kəsb edən sübut aşkar edilməmişdir. (i.v.80-83); AR DİN BƏSİİ-dən alınmış 24 oktyabr 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs dəfələrlə məhkumluq həyatı yaşamış, sonuncu dəfə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 03 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2025-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir.(i.v.91-93); Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-645/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü iş materiallarına əlavə edilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” 01 dekabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham və onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə qətimkan tədbiri qüvvədə saxlanılmış, məhkumluğu olan şəxs hesab edilmiş, qəsdən cinayət əməli törətməsi cinayətlərin residivi kimi qiymətləndirilmiş, məhkəmə-kimyəvi ekspertizasının rəyi, məhkəmə-narkoloji ekspertizasının rəyi, istintaq hərəkəti protokolları, şahid ifadələri iş üzrə əhəmiyyət kəsb etdiklərindən sübut kimi qiymətləndirilmiş, götürülmüş ilkin çəkisi 0,371 qram olan, tədqiqatdan sonra qalıq xalis çəkisi 0,321 qram çəkidə psixotrop maddə metamfetamin, 02 ədəd DVD disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut növü kimi tanınması nəzərə alınmışdır. Təqsirləndirilən şəxs barəsində CM-nin 234.2-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmişdir. (i.v.109-114). "Elektron məhkəmə informasiya sistemi" vasitəsilə əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs məcburi köçkün statusu mövcuddur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxsin ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Onun törətmiş olduğu cinayət əməli “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarın 1.6-cı bəndinin təsiri altına düşür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ərizə təqdim edərək Fizuli rayonundan məcburi köçkün olduğunu nəzərə alaraq “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarına uyğun olaraq barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 515.2-ci maddəsinə əsasən amnistiya aktının tətbiq edilməməsi və ya düzgün tətbiq edilməməsi haqqında məhkumun ərizəsinə amnistiya aktı və cinayət qanununun müddəalarına müvafiq olaraq cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınmaqla cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən baxılır. “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5-ci bəndinə əsasən icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); Həmin Qərarın 24-cü hissəsinə əsasən Birinci instansiya məhkəmələrinin icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarın 1.6-cı bəndinə əsasən Təqsirləndirilən şəxs barəsində CM-nin 234.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut, “Əməliyyat-axtarış tədbirinn keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokol və “şəxsi axtarış keçirilməsi və götürmə aparılmasını” əks etdirən 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, tədqiqatdan sonra qalıq qalmış 0,321 qram psixotrop maddə metamfetamin məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 28 aprel 2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Abbaşov Qoşqar Məcid oğluna 66 (altmış altı) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-in 39.1.12, 43.3, 175.5, 321.2.1, 346, 347.1 maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 1.6-cı bəndinə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, qalıq çəkisi 0,321 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Qərarın bu hissədə icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Abbaşov Qoşqar Məcid oğlu tərəfindən göstərilmiş hüquqi yardıma görə 66 (altmış altı) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan, elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar