Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-819/2025 08.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı ildə Sumqayıt şəhərində doğulmuş, subay, orta təhsilli, əvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtdan və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 bükümdə kustar üsulla hazırlanmış 0,226 qram çəkidə psixotrop maddə metamfetamin əldə edib daşıyaraq üzərində saxlamış, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri zamanı 14 oktyabr 2025-ci il tarixdə saat 16:12-də Sumqayıt şəhəri, 9-cü mikrorayon, 22 nömrəli məktəbin arxası və 38A saylı binanın yaxınlığında saxlanılaraq üzərinə baxış keçirilərkən əynində olan tünd göy rəngli gödəkçənin sağ yan cibində saxlamış olduğu həmin bükümdə olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək qeyd etmişdir ki, xx.xx.2025-ci il tarixdə, təxminən saat 16 radələrində polis əməkdaşları tərəfindən saxlanılmışdır. O, əynindəki gödəkçənin cibindən 01 ədəd büküm psixotrop maddə metamfetamini çıxardıb təqdim etmişdir. Üzərindən aşkar olunmuş büküm elektron tərəzidə çəkilmiş, çəkisi müəyyən edildikdən sonra qablaşdırılmışdır. Bundan sonra onu PB-nə aparıb orada üzərinə yenidən şəxsi axtarış keçirmişlər. Əməlindən peşmandır. Təqsirləndirilən şəxs məhkəməyə ərizə ilə müraciət edərək ittiham olunduğu cinayət əməlinə görə özünü təqsirli bilərək, barəsində “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin qərarının tətbiq edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PBnin əməliyyat müvəkkili polis leytenantı Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə qərəzsiz və etibarlı mənbədən Sumqayıt ŞPİ-nin 3-cü PB-nə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış, 14 oktyabr 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri ərazisində piyada hərəkətdə olarkən saxlamışlar. Təqsirləndirilən şəxs saxlanılmasının səbəbini və hüquq və vəzifələrini izah etdikdən sonra üst-başını yoxlamışlar. Ona üzərində qanunla qadağan olunmuş hər hansı əşya, yaxud, narkotik vasitə olub-olmamasını soruşduqda sonuncu əynindəki gödəkçənin cibindən 01 ədəd bükümü çıxarıb təqdim etmişdir. Aşkar olunmuş həmin büküm elektron tərəzidə ölçülmüş, çəkisi müəyyən olunduqdan sonra qablaşdırılmışdır. Bundan sonra o, 3-cü PB-nə aparılmış, müvafiq sənədləşdirmə işləri davam etdirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinin əməliyyat müvəkkili, polis mayoru Şahid2 şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdiyi xüsusatları tam təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə iclasında tərəflərin fikri dinlənildikən sonra ifadəsi elan edilməklə tədqiq edilmiş şahid həmin bölmənin əməliyyat müvəkkili polis leytenantı Şahid4 və Sumqayıt ŞPİ-nin YYÇPİTB-nin inspektoru polis kapitanı Şahid3 da digər şahidlərlə eyni məzmunlu ifadə verdiyi müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 08 mart 2025-ci il tarixdə (saat 11:00) fakta görə Təqsirləndirilən şəxs barəsində CM-nin 234.1-ci maddəsilə ********* saylı cinayət işi başlanmış, icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v.1); “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 14 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə, saat 16:12 dəqiqədə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 19); Təqsirləndirilən şəxs 16 oktyabr 2025-ci il tarixdə CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v 52-53); “Təqsirləndirilən şəxsin dindirilməsi” haqqında 16 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsi ilə bağlı ifadəsi alınmışdır (i.v. 62-64); Təqsirləndirilən şəxs saxlanıldığı Sumqayıt ŞPİ-nin X2 16 oktyabr 2025-ci il tarixdə azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir.(i.v. 65-66); “Əməliyyat-axtarış tədbirinn keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” 14 oktyabr 2025-ci il tarixli protokoldan və “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” protokollardan görünür ki, xx.xx.2025-ci il tarixdə, təxminən 16:12 radələrində Sumqayıt şəhəri, 9-cü mikrorayon ərazisində yerləşən 22 saylı tam orta məktəbin və 38A saylı binanın yaxinlığında 3-cü PB-nin əməkdaşları ona yaxınlaşıb özlərini təqdim emiş və Təqsirləndirilən şəxs özünü təqdim etməsini xahiş etmişdir. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları ona narkotik vasitələrin qəbulunda, üzərində gəzdirilməsində və əldə olunmasında vasitəçilik etməsində, eləcə də satmasında şübhəli bilindiyi üçün saxlanıldığını bildirmişdir. Həmin vaxtı Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunur və onun icazəsi ilə videoçəkiliş vasitəsi ilə üzərinə baxış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş əşyanın olub-olmadığı soruşmuş, sonuncu əynindəki tünd göy rəngli gödəkçənin sağ yan cibində saxladığı 01 ədəd qızılı siqaret kağızma bükülmüş kütləni çıxarıb təqdim edərək bükümün ona məxsus olduğunu, içərisindəki psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Büküm elektron tərəzidə çəkilərək çəkisinin 0,33 qram olduğu müəyyən edilmiş, daha sonra həmin büküm polis əməkdaşları tərəfindən DİN-in 127 saylı möhürü ilə möhürlənərək qablaşdırılmış, üzəri iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Üzərinə əlavə baxış keçirilsə də, başqa heç bir əşya, aşkar olunmamışdır. (i.v.8-9;26-27) Fiziki-kimyovi ekspertizasının xx.xx.2025-ei il tarixli, 20/904 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində DİN Zərflər üçün JY« 127 dairəvi möhür əksi, Təqsirləndirilən şəxs üzərindən aşkar olunan 01 ədəd kütlə şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs “ yazı və imzalar olan zərfdəki 01 ədəd bükümdə ümumi təmiz çəkisi 0,226 qram, ağ rəngli kristalşəkilli maddələr xariei əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələf’-in siyahısına (siyahı 1) daxildir. (i.v. 38-41). Səhiyyə Nazirliyi Respublika X3 Hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama barədə 6759 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 80-81). Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 24 oktyabr 2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1 -ci maddəsi ilə təqsirli bilinərək, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə 01 il 11-ay 26 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (i.v.78-79) Sumqayıt Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünün surəti cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxsin ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Onun törətmiş olduğu cinayət əməli «Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarın 1.12-ci bəndinin təsiri altına düşür. Məhkəmə Təqsirləndirilən şəxs ərizə təqdim edərək «Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarına uyğun olaraq barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etməsini nəzərə alaraq hesab edir ki, «Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarın 1.12-ci bəndinə əsasən onun barəsində CM-nin 234.1ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 515.2-ci maddəsinə əsasən amnistiya aktının tətbiq edilməməsi və ya düzgün tətbiq edilməməsi haqqında məhkumun ərizəsinə amnistiya aktı və cinayət qanununun müddəalarına müvafiq olaraq cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınmaqla cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən baxılır. «Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5-ci bəndinə əsasən icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); Həmin Qərarın 24-cü hissəsinə əsasən Birinci instansiya məhkəmələrinin icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarılır. Bunlara əsasən məhkəmə hesab edir ki, «Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikasının Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.12-ci bəndinə əsasən Təqsirləndirilən şəxs barəsində CM-nin 234.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut, “Əməliyyat-axtarış tədbirinn keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokol və “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə” aparılmasını əks etdirən 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, tədqiqatdan sonra qalıq qalmış 0,176 qram psixotrop maddə metamfetamin məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 63 (altmış üç) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 28 aprel 2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 66 (altmış altı) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-in 39.1.12, 43.3, 175.5, 321.2.1, 346, 347.1 maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 1.12-ci bəndinə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, qalıq çəkisi 0,176 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Qərarın bu hissədə icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 63 (altmış üç) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 66 (altmış altı) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan, elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №1(060)-819/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-819/2025
08.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver