Məhkəmə qərarları › İş №1(060)-82/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-82/2022

25.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-82/2022 25.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Oruczadə Urfan Eynur oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsinə dair şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Onun müdafiəçisi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1997-ci ildə Sumqayıt şəhərində doğulan, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli,evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2rəcəli əlil, Sumqayıt şəhər məhkəməsinin 04.08.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq elektorn məlumat daşıyıcılarından istifadə etməklə təkrar talama və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək daşımaqla saxlama cinayət əməlini törətmişdir. Belə ki, o, Sumqayıt şəhəri, 17-ci məhəllə ərazisində yerləşən "xxxx"a məxsus ödəmə terminalında müvafiq əməliyyatların icrasında çətinlik çəkən şəxslərə köməklik edəcəyini bəhanə edərək onların bank hesablarındakı pullarını talamaq məqsədi ilə 06 dekabr 2020-ci il tarixdə saat 18 radələrində terminalın yaxınlığına gələrək zəruri şəraitin yaranması üçün orada gözləmiş, həmin gün saat 18:25-də Zərərçəkmiş şəxs6 qeyd olunan ödəmə terminalından hesabındakı pulu çıxara bilmədiyini görüb oğurluqla bağlı planının nəzəri müstəvidən əməli davranışa keçirilməsi üçün şərait yarandığını düşündüyündən, sonuncuya yaxınlaşaraq öz köməkliyini təklif edib, onunla bu barədə razılaşdıqdan sonra, göstərişlərinə uyğun olaraq Zərərçəkmiş şəxs6 övladı Elnur Qədimovun adına olan “Paşa Banka”aid plastik kartı ödəmə terminalına daxil edərək, pin kodunu yığmış, o isə bankomatın qarşısına keçrək Zərərçəkmiş şəxs6 monitordakı məbləği izləməsini və özünün icra edəcəyi əməliyyatın görünməsini məhdudlaşdırıb, elektron məlumat daşıyıcısı olan həmin kartın balansındakı 608 manat puldan 601 manatının bankomatdan çıxarılması əməliyyatını xəlvəti təsdiq edib, sonuncuya bankomatda pul olmadığı ilə bağlı həqiqətə uyğun olmayan məlumat verməklə, terminaldan avtomoatik olaraq xaric olunmuş plastik kartı Zərərçəkmiş şəxs6 qaytarıb onun terminaldan uzaqlaşmasına nail olaraq, bankomatdan xaric olunmuş Zərərçəkmiş şəxs6 məxsus 601 manat pulu gizli yolla talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən Sumqayıt şəhəri, 40-cı məhəllə ərazisində yerləşən "xxxx"a məxsus ödəmə terminalında müvafiq əməliyyatların icrasında çətinlik çəkən şəxslərə köməklik edəcəyini bəhanə edərək onların bank hesablarındakı pullarını talamaq məqsədi ilə 06 mart 2021-ci il tarixdə saat 14 radələrində terminalın yaxınlığına gələrək zəruri şəraitin yaranması üçün orada gözləmiş, həmin gün saat 14:45-də Zərərçəkmiş şəxs1 qeyd olunan ödəmə terminalı vasitəsi ilə digər şəxsə pul göndərə bilmədiyini görüb oğurluqla bağlı planının nəzəri müstəvidən əməli davranışa keçirilməsi üçün şərait yarandığını düşündüyündən, sonuncuya yaxınlaşaraq öz köməkliyini təklif edib, onunla bu barədə razılaşdıqdan sonra nağd pulun bankomat vasitəsiylə digər bank hesabına köçürülməsi ilə bağlı zəruri əməliyyatı etmiş, göstərişlərinə uyğun olaraq Zərərçəkmiş şəxs1 1000 manat nağd pulu bankomata daxil etmiş, o isə sonuncunun telefonla danışaraq bankomatdan uzaqlaşmasından istifadə edərək nağd pulun bankomat vasitəsiylə digər bank hesabına köçürülməsi ilə bağlı zəruri əməliyyatın icrasından imtina edib bankomatdan xaric olunmuş Zərərçəkmiş şəxs1 məxsus 1000 manat pulu gizli yolla talayıb oğurluq etmişdir. Bundan başqa o, 28 may 2021-ci il tarixdə Bakı şəhəri, “20 yanvar” metrostansiyası yaxınlığında üzdən tanıdığı, adını bilmədiyi şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 2 ədəd bükümdə 1,121 qram narkotik vasitə olan heroin və 0,628 qram psixotrop maddə metamfetamin əldə edib daşıyaraq şəxsi istifadəsi üçün üzərində saxlamış, 29.05.2021-ci il tarixdə, saat 12:50 radələrində Sumqayıt şəhər Mühafizə İdarəsinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 40-cı məhəllə ərazisində saxlanılaraq 3-cü PB-nə gətirilib xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd bükümdə, təmiz çəkisi 1,121 qram qəhvəyi rəngli maddə kustar üsulla hazrılanmış narkotik vasitə heroin və 1 ədəd bükümdə təmiz çəkisi 0,628 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisindəki 20/37 saylı yaşayış binasının yanında quraşdırılmış “Beynəlxalq Banka”a məxsus ödəmə terminalında müvafiq əməliyyatların icrasında çətinlik çəkən şəxslərə köməklik edəcəyini bəhanə edərək onların bank hesablarındakı pullarını talamaq məqsədi ilə 28 iyun 2021-ci il tarixdə saat 18 radələrində terminalın yaxınlığına gələrək zəruri şəraitin yaranması üçün orada gözləmiş, həmin gün saat 19:10-da Zərərçəkmiş şəxs2 qeyd olunan ödəmə terminalından hesabındakı pulu çıxara bilmədiyini görüb oğurluqla bağlı planının nəzəri müstəvidən əməli davranışa keçirilməsi üçün şərait yarandığını düşündüyündən, sonuncuya yaxınlaşaraq öz köməkliyini təklif edib, onunla bu barədə razılaşdıqdan sonra, göstərişlərinə uyğun olaraq Zərərçəkmiş şəxs2 "xxxx"a aid plastik kartını ödəmə terminalına daxil edərək, pin kodunu yığmış, o isə bankomatın qarşısına keçrək Zərərçəkmiş şəxs2 monitordakı məbləği izləməsini və özünün icra edəcəyi əməliyyatın görünməsini məhdudlaşdırıb, elektron məlumat daşıyıcısı olan həmin kartın balansındakı 112 manat puldan 110 manatının bankomatdan çıxarılması əməliyyatını xəlvəti təsdiq edib, sonuncuya bankomatda pul olmadığı ilə bağlı həqiqətə uyğun olmayan məlumat verməklə, terminaldan avtomoatik olaraq xaric olunmuş plastik kartı Zərərçəkmiş şəxs2 qaytarıb onun terminaldan uzaqlaşmasına nail olaraq, bankomatdan xaric olunmuş Zərərçəkmiş şəxs2 məxsus 110 manat pulu gizli yolla talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən ünvan 3 ünvanında yerləşən "xxxx"a məxsus A0100191 saylı ödəmə terminanılında müvafiq əməliyyatların icrasında çətinlik çəkən şəxslərə köməklik edəcəyini bəhanə edərək onların bank hesablarındakı pullarını talamaq məqsədi ilə 09 iyul 2021-ci il tarixdə saat 12 radələrində terminalın yaxınlığına gələrək zəruri şəraitin yaranması üçün orada gözləmiş, həmin gün saat 12:-də Zərərçəkmiş şəxs5 qeyd olunan ödəmə terminalından hesabındakı pulu çıxara bilmədiyini görüb oğurluqla bağlı planının nəzəri müstəvidən əməli davranışa keçirilməsi üçün şərait yarandığını düşündüyündən, sonuncuya yaxınlaşaraq öz köməkliyini təklif edib, onunla bu barədə razılaşdıqdan sonra, göstərişlərinə uyğun olaraq Zərərçəkmiş şəxs5 "xxxx"a aid plastik kartını ödəmə terminalına daxil edərək, pin kodunu yığmış, o isə bankomatın qarşısına keçərək Zərərçəkmiş şəxs5 monitordakı məbləği izləməsini və özünün icra edəcəyi əməliyyatın görünməsini məhdudlaşdırıb, elektron məlumat daşıyıcısı olan həmin kartın balansındakı 337 manat puldan 335 manatının bankomatdan çıxarılması əməliyyatını xəlvəti təsdiq edib, sonuncuya bankomatda pul olmadığı ilə bağlı həqiqətə uyğun olmayan məlumat verməklə, terminaldan avtomoatik olaraq xaric olunmuş plastik kartı Zərərçəkmiş şəxs5 qaytarıb onun terminaldan uzaqlaşmasına nail olaraq, bankomatdan xaric olunmuş Zərərçəkmiş şəxs5 məxsus 335 manat pulu gizli yolla talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən ünvan 3 ünvanında yerləşən "xxxx"a məxsus A0100191 saylı ödəmə terminanılında müvafiq əməliyyatların icrasında çətinlik çəkən şəxslərə köməklik edəcəyini bəhanə edərək onların bank hesablarındakı pullarını talamaq məqsədi ilə 17 iyul 2021-ci il tarixdə saat 12 radələrində terminalın yaxınlığına gələrək zəruri şəraitin yaranması üçün orada gözləmiş, həmin gün saat 12:10-da Zərərçəkmiş şəxs4 qeyd olunan ödəmə terminalından hesabındakı pulu çıxara bilmədiyini görüb oğurluqla bağlı planının nəzəri müstəvidən əməli davranışa keçirilməsi üçün şərait yarandığını düşündüyündən, sonuncuya yaxınlaşaraq öz köməkliyini təklif edib, onunla bu barədə razılaşdıqdan sonra, göstərişlərinə uyğun olaraq Zərərçəkmiş şəxs4 "xxxx"a aid plastik kartını ödəmə terminalına daxil edərək, pin kodunu yığmış, o isə bankomatın qarşısına keçərək Zərərçəkmiş şəxs5 monitordakı məbləği izləməsini və özünün icra edəcəyi əməliyyatın görünməsini məhdudlaşdırıb, elektron məlumat daşıyıcısı olan həmin kartın balansındakı 273 manat puldan 270 manatının bankomatdan çıxarılması əməliyyatını xəlvəti təsdiq edib, sonuncuya bankomatda pul olmadığı ilə bağlı həqiqətə uyğun olmayan məlumat verməklə, terminaldan avtomoatik olaraq xaric olunmuş plastik kartı Zərərçəkmiş şəxs4 qaytarıb onun terminaldan uzaqlaşmasına nail olaraq, bankomatdan xaric olunmuş Zərərçəkmiş şəxs4 məxsus 270 manat pulu gizli yolla talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən ünvan 3 ünvanında yerləşən "xxxx"a məxsus A0100191 saylı ödəmə terminanılında müvafiq əməliyyatların icrasında çətinlik çəkən şəxslərə köməklik edəcəyini bəhanə edərək onların bank hesablarındakı pullarını talamaq məqsədi ilə 20 iyul 2021-ci il tarixdə saat 16 radələrində terminalın yaxınlığına gələrək zəruri şəraitin yaranması üçün orada gözləmiş, həmin gün saat 16:19-da Zərərçəkmiş şəxs3 qeyd olunan ödəmə terminalından hesabındakı pulu çıxara bilmədiyini görüb oğurluqla bağlı planının nəzəri müstəvidən əməli davranışa keçirilməsi üçün şərait yarandığını düşündüyündən, sonuncuya yaxınlaşaraq öz köməkliyini təklif edib, onunla bu barədə razılaşdıqdan sonra, göstərişlərinə uyğun olaraq Zərərçəkmiş şəxs3 "xxxx"a aid plastik kartını ödəmə terminalına daxil edərək, pin kodunu yığmış, o isə bankomatın qarşısına keçərək Əsfər Tahirovun monitordakı məbləği izləməsini və özünün icra edəcəyi əməliyyatın görünməsini məhdudlaşdırıb, elektron məlumat daşıyıcısı olan həmin kartın balansındakı 527 manat puldan 500 manatının bankomatdan çıxarılması əməliyyatını xəlvəti təsdiq edib, sonuncuya bankomatda pul olmadığı ilə bağlı həqiqətə uyğun olmayan məlumat verməklə, terminaldan avtomoatik olaraq xaric olunmuş plastik kartı Zərərçəkmiş şəxs3 qaytarıb onun terminaldan uzaqlaşmasına nail olaraq, bankomatdan xaric olunmuş Zərərçəkmiş şəxs3 məxsus 500 manat pulu gizli yolla talayıb oğurluq etmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-1 və 234.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadələrində göstərmişdir ki, təxminən 1 ildir ki, narkotik vasitə heroini zərli kağızda yandırmaqla tüstüsünü qəbul edir. Narkotikanı Sumqayıt şəhəri ərazisində tanımadığı şəxslərdən əldə edir. Narkotika qəbul etməyəndə bədənində güclü ağrılar olur. 06.12.2020-ci il tarixdə, saat 18:00 radələrində Sumqayıt şəhəri, 17-ci məhəllə ərazisində yerləşən "xxxx"a məxsus bankomatın qarşısında dayanmışdır. Həmin bankomatın qarşısında dayanmaqda məqsədi bankomatdan kart ilə pul çıxartmaqdan başı çıxmayan adama yalandan kömək edib onun kartında olan pulu ələ keçirmək olmuşdur. Bir neçə dəqiqə bankomatın qarşısında dayandıqdan sonra bir nəfər orta yaşlı, ağ saç, orta boylu kişi bankomata yaxınlaşaraq pul çıxartmaq istəmişdir. O həmin şəxsdən nə lazım olduğunu soruşduqda həmin şəxs əlində olan hesab kartını ona verərək pul çıxartmaq lazım olduğunu demişdir. Həmin kartı bankomata salmış və balansda 601 manat pulun olduğunu görmüşdür. Bundan sonra kartdan pulun çıxmaması üçün 602 rəqəmlərini yazmışdır ki, həmin şəxs kartda pulun olmadığını görsün və o həmin şəxsi aldadsın. Təxminən 2 dəfə belə etdikdən sonra həmin şəxs ona inanmışdır ki, kartda pul yoxdur. O, 3-cü dəfə kartı bankomata salıb 601 manat yazmış və kartı həmin şəxsə qaytarıb kartda pulun olmadığını demişdir. Həmin şəxs ona inanaraq çıxıb getmişdir. Özü isə 601 manat pulu bankomatdan çəkib oradan uzaqlaşmışdır. Həmin pul 6 ədəd 100 manat və 1 ədəd 1 manatlıq olmuşdur. Həmin pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Belə ki, həmin puldan 330 manatını kirayə yaşadığı evin kirayə pulunu vermiş, qalanını isə şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa Təqsirləndirilən şəxs bildirmişdir ki, Zərərçəkmiş şəxs1 əvvəllər tanımamış, onunla aralarında heç bir ədavət və ya düşmənçilik yoxdur. 06 mart 2021-ci il tarixdə saat 14 radələrində Sumqayıt şəhəri, 40-cı məhəllə ərazisində yerləşən "xxxx"a məxsus bankomatların yanında durmuşdur. Həmin yerdə durmaqda məqsədi bankomatlarda əməliyyat aparmaqda çətinlik çəkən adamlara kömək etmək adı ilə yaxınlaşıb onların fikrini yayındırdıqdan sonra pullarını ələ keçirmək olmuşdur. Həmin vaxt bir nəfər təxminən 50 yaşında kişi bankomata yaxınlaşıb digər bir şəxsin kart hesabına bankomat vasitəsi ilə pul köçürmək istəmişdir. Lakin, bankomatda müvafiq əməliyyatı yerinə yetirə bilməmişdir. Bunu görüb sonradan adının Loğman olduğunu bildiyi həmin şəxsə yaxınlaşmış və pul köçürməkdə ona köməklik edə biləcəyini bildirmişdir. Loğman da ondan köməklik etməsini istəmişdir. Bundan sonra Loğmanla birlikdə yaxınlıqdakı digər bankomata yaxınlaşmışlar və o, bankomatda digər şəxsə pul köçürmək üçün lazım olan hərəkətləri edib müvafiq düymələri sıxmışdır. Bundan sonra Loğmandan pul köçürmək istədiyi şəxsin kartının 16 rəqəmli kodunu daxil etməsini istəmiş, Loğman da 16 rəqəmli kodu daxil etmiş və birlikdə rəqəmlərin doğru olmasını yoxlamışlar. Bundan sonra Loğman 1000 manat pul köçürmək istədiyini bildirdiyindən ona köçürmək istədiyi pulu cəm formada bankomata daxil etməli olduğunu demişdir. Loğman da 1000 manat pulu bankomata daxil etmişdir. Loğmana bankomatdan çek çıxmayacağını bildirdikdə o, çekin ona vacib lazım olduğunu bildirmişdir. O isə Loğmandan bankomatın ekranının şəklini çəkməsini istəmişdir. Bundan sonra bankomatın ekranında bankomata 1000 manat pul daxil edilməsi göstərilmiş və həmin vaxt Loğmana zəng gəldiyindən o telefonla danışmaq üçün bankomatın yanından uzaqlaşmışdır. Loğmanın başının qarışdığını gördüyündən bankomatda əməliyyatdan imtina düyməsini sıxmış və bankomat qəbul etdiyi 1000 manat pulu geri qaytarmışdır. O, həmin 1000 manat pulu bankomatdan götürüb cibinə qoymuş və Loğmana pulun hesaba köçürüldüyünü bildirmişdir. Loğman onun pulu götürdüyünü görməmişdir. Əldə etdiyi 1000 manat pulu isə şəxsi təlabatlarına xərcləmişdir. Bundan başqa Təqsirləndirilən şəxs bildirmişdir ki, 28.05.2021-ci il tarixdə Bakı şəhəri “20 Yanvar” metorostansiyasının yaxınlığında üzdən tanıdığı, yaşadığı ünvanını bilmədiyi şəxslə görüşmüş və həmin şəxsdən özünün istifadəsi üçün bir büküm narkotik vasitə olan heroin və bir büküm psixotrop maddə olan metamfetamin almışdır. 29 may 2021-ci il tarixdə, saat 12:50 radələrində Sumqayıt şəhəri, 40-cı məhəllə ərazisində yerləşən “Kapital bankın” qarşısında olduğu zaman polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim edib burada nə etdiyini soruşmuşlar. Az sonra banka polis avtomobili yaxınlaşmış və avtomobildən düşən polis əməkdaşları onlara yaxınlaşaraq onun kim olduğunu, banka nə səbəbdən gəldiyini soruşmuşlar. Bundan sonra həmin polis əməkdaşları onu Sumqayıt şəhər 3-cü polis bölməsinə dəvət etmişlər. O etiraz etməmiş və polislərlə birlikdə polis bölməsinə getməyə razılıq vermişdir. Yolda gələrkən üzərində narkotik vasitə olmasını və narkotik vasitə istifadə etməyini bildirmişdir. Bununla əlaqədar olaraq polis əməkdaşları üzrinə şəxsi axtarış keçirəcəklərini demişlər. Sumqayıt ŞPİ-nin 3cü PB-də xidməti otaqların birində videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışa başlamazdan əvvəl ona hüquqlarının müdafiəsi üçün təqdim olunmuş vəkil X5 təqdim olunmuş və vəkilə üzərində şəxsi axtarış aparılmasına etirazının olub-olmaması soruşulmuşdur. O etirazının olmadığını bildirdikdən sonra üzərində olan əşyaları təqdim etməsi təklif edilmişdir. O da əynində olan qara rəngli şalvarın sağ yan cibindən 2(iki) büküm olan narkotik vasitələri təqdim etmişdir. Bükümlər onun iştirakı ilə tərəzidə çəkilərkən metamfetminin çəkisinin 0,79 qram, heroinin çəkisinin isə 1,16 qram olması müəyyən olunmuşdur. Narkotik vasitələri özü istifadə etmək üçün alaraq üzərində saxlamışdır. Saxlanılarkən, bölməyə gələrkən və bölmədə ona qarşı heç bir təzyiq və qanunsuzluq olmamışdır. Polis əməkdaşları narkotik vasitələri haradan və kimdən əldə etdiyini soruşanda narkotik vasitələri Bakı şəhərində 20 yanvar metrostansiyası yaxınlığında üzdən tanıdığı, adını bilmədiyi şəxsdən heroini 20 manata, metamfetamini 30 manata şəxsi istifadəsi üçün aldığını demişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib olunmuşdur. Üzərindən aşkar olunmuş heroin və metamfetamin onun iştirakı ilə ekpertizaya göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılmışdır. O da düzgün tərtib oldunduğunu görüb protokola və zərfə öz imzasını qoymuşdur. Həmçinin protokol digər iştirakçılar tərəfindən də imzalanmışdır. Bundan başqa Təqsirləndirilən şəxs bildirmişdir ki, Zərərçəkmiş şəxs2 əvvəllər tanımamış, onunla aralarında heç bir ədavət və ya düşmənçilik yoxdur. 28 iyun 2021-ci il tarixdə, saat 18 radələrində Sumqayıt şəhəri, 2-ci mkr, 20/37 saylı yaşayış binasının qarşısında yerləşən "xxxx"a məxsus bankomatların qarşısına gəlib bankomatların yanında durmuşdur. Həmin yerdə durmaqda məqsədi bankomatlarda əməliyyat aparmaqda çətinlik çəkən adamlara kömək etmək adı ilə yaxınlaşıb onların fikrini yayındırdıqdan sonra pullarını ələ keçirmək olmuşdur. Həmin gün, 28 iyun 2021-ci il tarixdə, saat 19:10-da bir nəfər yaşlı qadın və bir nəfər yaşlı kişi ilə birlikdə bankomatlara tərəf gəlmişdir. Həmin vaxt bir nəfər qadın bankomatdan pul çıxarırmış. Həmin yaşlı qadın və yaşlı kişinin aralarındakı söhbətdən onların ər-arvad olduğunu, qadının adının Mələk, kişinin isə Hamlet olduğunu bilmişdir. Bankomatda növbə gözləyən Mələk onun növbəsi olduğunu zənn edib geri çəkilmişdir ki, o bankomatdan pulu çıxarsın. Lakin, o Mələyin növbəsi olduğunu bildirmişdir. Bundan sonra Mələk bankomata yaxınlaşıb kartını bankomata daxil edib müvaqif düymələri sıxmışdır. Bankomatın manitorundan Mələyin bankomata daxil etdiyi kartın balansında 112 manat 33 qəpik pul olduğu görsənmişdir. Mələk isə 112 manatın hamısını çıxarmaq istəmiş və bankomat əməliyyatı icra edə bilməmişdir. Bir neçə dəfə kartını bankomata daxil edib yoxlasa da bankomatdan pulunu çıxarda bilməmişdir. O, başa düşmüşdür ki, bankomatda 1 manatlıq əskinaz yoxdur, ona görə də bankomat 112 manat pulu verə bilmir. Bundan sonra Mələyin kartındakı puldan 110 manatını çıxarıb özünə götürmək qərarına gəlmiş və öz köməkliyini Mələyə təklif etmişdir. Mələk razılaşdıqdan sonra kartı bankomata daxil edib kodunu yığaraq kənara çəkilmişdir. O isə 110 manat pulu çıxarmaq üçün lazım olan düymələri sıxmışdır. Onun etdiklərini Mələk görmürmüş. O, ekranda 110 manatı qeyd etdikdən sonra, çek çap edilməmək düyməsini sıxmışdır. Bundan sonra bankomatdan kart çıxmışdır. Bankomatlar kartı qaytardıqdan bir neçə saniyə sonra pulu çıxardığından Mələyi bankomatın yanından uzaqlaşdırmaq üçün ona bankomatda pul olmadığını digər bankomata yaxınlaşmalı olduğunu bildirmişdir. Mələk isə kartı ondan alıb digər bankomata tərəf getmişdir. O, isə üzərində olan kartı bankomata tərəf yaxınlaşdırıb özünü bankomatdan pul çıxaran kimi göstərmişdir. Həmin vaxt bankomat Mələyin 110 manat pulunu çıxarmış, o, həmin 110 manatı götürüb oradan uzaqlaşmışdır. Onun Mələyə məxsus 110 manat pulu götürməsini nə Mələk, nə də ki digər şəxslər görməmişdir. Əldə etdiyi 110 manat pulu isə şəxsi təlabatlarıma xərcləmişdir. Bundan başqa Təqsirləndirilən şəxs bildirmişdir ki, 09.07.2021-ci il tarixdə saat 08:20 radələrində Sumqayıt şəhəri 4-cü və 9-cu mikrorayon arasında yerləşən “Bazar Store” mağazasının yanında quraşdırılmış "xxxx"ASC-yə məxsus bankomatının qarşısında olan zaman yaşlı bir kişinin bankomata yaxınlaşıb pul kartını daxil etdiyini görmüş, həmin şəxsə kömək etmək lazımdırsa edə biləcəyini təklif etdikdə, həmin şəxs pulunu çıxarmağa təsdiq etdiyini bildirsə də pulu çıxmadığını deyərək ondan köməklik istəmişdir. O, bankomata yaxınlaşmış, həmin şəxsdən kodu daxil etməsini istəmişdir. Yaşlı kişi kodu daxil etdikdən sonra monitorda 337 manat pulu olduğunu görmüşdür. Həmin şəxs ona kartın “Azərbaycan Beynəlxalq Bank”a aid olduğunu demiş və "xxxx" ASC-nin bankomatından çıxaracağı təqdirdə əlavə faiz tutulacağını bildirmişdir. O, isə həmin kişiyə pandemiya dövründə bankomatların faiz tutmadığını demiş və kişini söhbətə tutaraq fikrindən daşındırmağa çalışmışdır. Yaşlı kişi onunla razılaşmış və bankomatın monitorunda olan 335 manat pulun çıxarılması üçün təsdiq tuşuna basmışdır. Bankomat kartı qaytardıqdan sonar həmin kartı yaşlı kişiyə uzadıb bankomatda pul olmadığını, biraz aralıda yerləşən digər bankomatdan istədiyi məbləği çıxara biləcəyini demişdir. Yaşlı kişi ondan kartı götürüb bankomatdan aralanmışdır. Həmin vaxt bankomatdan 335 manat pul çıxmış və o, dərhal pulu götürüb həmin yerdən uzaqlaşmışdır. Oğurluq nəticəsində əldə etdiyi pulu şəxsi ehtiyaclarına və narkotikaya xərcləmişdir. Bundan başqa Təqsirləndirilən şəxs bildirmişdir ki, 17.07.2021-ci il tarixdə pula ehtiyacı olduğu üçün qərara gəlmişdir ki, yenidən Sumqayıt şəhəri 9-cu mikrorayonda yerləşən “Bazar Store" mağazasının yanındaki "xxxx"ASC-yə məxsus bankomatın yanına gedib və köməyə ehtiyacı olan bir nəfər taparaq həmin şəxsi aldadıb pulunu ələ keçirsin. Həmin gün, yəmi 17.07.2021-ci il tarixdə saat 12 radələrində qeyd olunan ünvana çatmış və həmin vaxt bankomata bir yaşlı kişi yaxınlaşmışdır. Həmin kişidən köməyə ehtiyacının olub-olmadığını soruşmuş, həmin kişi isə kartına pul yüklənib-yüklənmədiyini öyrənmək istədiyini demişdir. Həmin şəxsə kömək edə biləcəyini demiş və kartı bankomata daxil etməsini istəmişdir. Həmin kişi kartı bankomata daxil edərək 4 rəqəmli kodu təsdiq etmişdir. Bankomatın monitorunda kartda 273 manat pulun olması göstərilmişdir. O, həmin şəxsə bildirmişdir ki, kartda 273 manat pul var əgər həmin pulu çıxarmaq istəyirsə pulun çıxarılması düyməsinə bassın. Həmin kişi kartda olan 273 manat pulu çıxarılmasını təsdiq etmiş, lakin bankomat pulu verməmişdir. O həmin şəxsə bildirmişdir ki, ola bilsin bankomatda xırda pul yoxdur, ona görə də tam olaraq 270 manat pulun çıxarılmasını təsdiq eləməsini istəmişdir. Həmin yaşlı kişi də 270 manat pulun çıxarılmasını təsdiq etmişdir. Bir neçə saniyədən sonra kart bankomatdan çıxmışdır. Kişi kartı götürdükdə ona bankomatda pulun olmadığını demiş və yaxınlıqda olan bankomatda yaxınlaşmasını istəmişdir. Həmin kişi ondan aralaşdıqda bankomatdan 270 manat pulu tez götürüb həmin yerdən uzaqlaşmışdır. Əldə etdiyi pulu özünə xərcləmişdir. Əlavə olaraq da Təqsirləndirilən şəxs bildirmişdir ki, 20.07.2021-ci il tarixdə saat 16 radələrində Sumqayıt şəhari hərbi çağırış məntəqəsinin yanında yerləşən Kapital Bank bankomatının yanında durmuşdur. Həmin vaxtı bankomata bir yaşlı kişi yaxınlaşaraq kartını bankomata daxil etmiş və bir qədər keçdikdən sonra ondan bankomatda pul olubolmadığını soruşmuşdur. O, həmin kişiyə yaxınlaşmış və kartını təkrarən bankomata daxil etməsini istəmişdir. O, kartı bankomata daxil edərək kodu təsdiq etmişdir. O, həmin kişiyə 500 manat pulun çıxarılması üçün təsdiq düyməsinə basmalı olduğunu demiş və kişi onun dediklərini etmişdir. Bir neçə saniyədən sonra kart bankomatdan çıxmışdır. O, kartı götürüb kişiyə vermiş və bankomatda pul olmadığını, yanaşı bankomatda pulun olubolmadığını yoxlaya biləcəyini demişdir. Həmin kişi qarşısında dayandıqları bankomatın sol tərəfində yerləşən bankomata yaxınlaşanda bankomatdan 500 manat pul çıxmışdır. O, dərhal həmin pulu götürüb oradan uzaqlaşmışdır. Əldə etdiyi pulu özünə və narkotikaya sərf etmişdir. Etdiyi əməllərdən çox peşmandır. Əməlindən peşmandır. Ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında ifadə vermiş zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs6 bildirmişdir ki, oğlu Elnur özünün 2020-ci ilin dekabr ayında almalı olduğu əmək haqqını ona vermişdir. Belə ki, aralarında olan razılaşmaya görə o, şəxsi təlabatlarını ödəmək üçün Elnurun 2020-ci lin dekabr ayında alacağı 601 manat əmək haqqını özünə götürməli imiş. Buna görə də Elnur əmək haqqını aldığı “Paşa Bank”a aid əmək haqqı kartını ona vermişdir ki, əmək haqqısı ödəndikə o pulu kartdan çıxara bilsin. 06.12.2020-ci il tarixdə, saat 18:00 radələrində oğlu Elnur o evdə olarkən “Paşa bank”a məxsus əmək haqqı kartına əmək haqqının vurulduğunu və kart onda olduğu üçün gedib çıxartmasını demişdir. Sumqayıt şəhərində “Paşa bank”a məxsus bankomat olmadığı üçün oğlu Elnurun əmək haqqını Sumqayıt şəhəri, 17-ci məhəllə ərazisində yerləşən "xxxx"ın Qubadlı filialına məxsus bankomatdan çıxarmaq qərarına gəlmiş, bu məqsəd ilə 06.12.2020-ci il tarixdə, saat 18:15 radələrində bankomata yaxınlaşmış və bankomatın yaxınlığında 2 nəfər tanımadığı qadın olduğunu görmüşdür. Onlardan birindən xahiş etmişdir ki, kartdan pulu çıxartsın. Onlardan biri bankomata yaxınlaşmış və kartını bankomata salıb verdiyi kodu yığmış, lakin 1 dəqiqə sonra həmin qadın “Paşa bank”ın kartından başının çıxmadığını demiş və sonra kartı özümə qaytarmışdır. Daha sonra həmin qadın öz cibindən çıxartdığı kartı bankomata salaraq oradan 5 manat pul çıxartmış və çıxıb getmişdir. Həmin vaxt tanımadığı cavan oğlan bankomata yaxınlaşmış və əynində göy rəngli cins kurtka olan orta boylu cavan oğlan ondan nə lazım olduğunu soruşmuşdur. Həmin şəxsə kartından pulun çıxardılmasına kömək etməsini demişdir. Həmin şəxs kartı ondan almış, o isə həmin oğlana kodu demişdir. Həmin şəxs kartı bankomata salıb baxdıqda kartın hesabında pulun olmadığını bildirmiş, kartı qaytarıb özünə vermiş, özü isə cibindən çıxardığı kartı bankomata daxil etmişdir. Bundan sonra kartını da götürüb yaşadığı evə gəlmişdir. Həmin gün oğlu Elnura kartda pulun olmadığını demişdir. Elnur isə əmək haqqının ödənildiyini bildirmişdir. Bundan sonra o, yenidən bankomata qayıdıb tanımadığı bir nəfər oğlana kartı yoxlatmışdır. Həmin oğlan onun gözünün qarşısında kartın balansını yoxlamış və məlum olmuşdur ki, kartda 7 manat 94 qəpik pul qalıb. Halbu ki, həmin oğlanın bankomatdan çap etdirdiyi qəbzdə görsənirmiş ki, oğlu Elnurun kartına 608 manat pul yüklənib, həmin pulun 601 manatı 06.12.2020-ci il tarixdə, saat 18:26-da bankomatdan çıxarılıb. Həmin vaxt isə ona hesabında pul olmadığını deyən həmin cavan oğlan Elnurun kartını bankomata daxil etmişdir. Buna görə də başa düşmüşdür ki, 06.12.2020-ci il tarixdə, saat 18:26-da kartı bankomata daxil edib kartda pul olmadığını deyən cavan oğlan onun 601 manat pulunu ələ keçirib. Oğlu Elnur 2020-ci ilin dekabr ayının əmək haqqısını ona verdiyi üçün kartdan çəkilmiş 601 manat pul da ona məxsusdur. Oğlu Elnura məxsus kartdan ona məxsus 601 manat pulu bankomatdan çıxarmaqla ələ keçirən həmin oğlanın zahiri əlamətləri yadındadır, onu görsə tanıyar. Lakin, həmin cavan oğlan pulu götürərkən onu görməmişdir. Eyni zamanda ona dəymiş zərər ödənilmədiyi üçün şikayətçi olduğunu və qanunauyğun cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında ifadə vermiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, 06.03.2021-ci il tarixdə saat təxminən 14:45-də Sumqayıt şəhəri, 40-cı məhəllə ərazisində yerləşən "xxxx"a məxsus bankomatdan başqa bir tanışının kart hesabına 1000 manat nəğd pul köçürmək üçün həmin bankomatın yanına gəlmişdir. Həmin ünvandakı "xxxx" bankomatlarından birinə yaxınlaşmış, lakin pul köçürmə əməliyyatını yerinə yetirə bilmədiyi üçün ətrafda olan şəxslərdən köməklik istəmişdir. Həmin vaxt bir nəfər tanımadığı cavan oğlan başqa kart hesabına nağd pul köçürə bildiyini və ona köməklik edəcəyini deyib onu digər bankomatın yanına çağırmışdır. Həmin oğlan bildirmişdir ki, yanına gəldiyi bankomatdan nağd pul köçürmək mümkündür. Bundan sonra o, hesabına pul köçürmək istədiyi kart hesabını həmin oğlana demiş, həmin oğlan müvaqif əməliyyatları aparıb bankomatın ekranında yazılan kart nömrəsini ona göstərmişdir. O, həmin nömrə ilə pul göndərmək istədiyim nömrənin uyğunluğunu yoxlamış və düz olduğunu bildirmişdir. Bundan sonra həmin oğlan köçürməli olduğu 1000 manat pulu topa şəkildə bankomata daxil etməli olduğunu bildirdiyündən, o da 1000 manat pulu bankomata daxil etmişdir. Bankomatın ekranında 1000 manat pulun bankomata daxil edildiyi göstərilmişdir. Həmin oğlan bankomatın çek çap etməyəcəyini bildirdik də o, buna narazılıq edib çekin ona vacib olduğunu bildirmişdir. Həmin vaxt istifadəsində telefona zəng gəldiyindən bankomatdan təxminən 10 metr aralanıb telefonla danışmışdır. Telefonla danışdıqdan sonra ona köməklik edən şəxs pulun köçürüldüyünü bildirmişdir. O, həmin oğlana minnətdarlıq edib həmin yerdən aralanmışdır. Təxminən yarım saat sonra pulu göndərməli olduğu adamla əlaqə saxlamış, həmin adam isə onun kart hesabına pul göndərilmədiyini bildirmişdir. O, narhat olduğundan bank işçiləri ilə əlaqə saxlamış, onlar isə iş günü banka yaxınlaşmağını tövsiyyə etmişlər. 08.03.2021-ci il tarixdə Banka yaxınlaşmış, bankın işçiləri ilə müzakirə etdikdən sonra belə ehtimal etmişdir ki, həmin pulu ona köməklik edən şəxs oğurlayıb. Özü də əvvəllər polis işlədiyindən oğrunu özü tapmaq qərarına gəlmiş və buna görə də bu barədə polisə məlumat verməmişdir. 29.05.2021-ci il tarixdə ona məlum olmuşdur ki, həmin oğlan Kapital Bankın qarşısında polislər tərəfindən saxlanılıb. Buna görə də dərhal həmin yerə yollanmışdır. Bankın qarşısına çatdıqda polislər bir nəfər oğlanı aparırmış, həmin oğlanın üzünü gördükdə ona məxsus 1000 manat pulu oğurlayan şəxs olduğunu görmüşdür. Həmin şəxsi pulu götürərkən görməmişdir. Eyni zamanda ona dəymiş zərər ödənilmədiyi üçün şikayətçi olduğunu və qanunauyğun cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında ifadə vermiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 28.06.2021-ci il tarixdə saat 19:10 radələrində özünə məxsus olan “Beynəlxalq” banka aid olan sosial yardım kartından pul çıxarmaq üçün əri Şahid3 ilə birlikdə Sumqayıt şəhəri, 2ci mikrorayon, 20/37 saylı binanın yanında yerləşən "xxxx" a aid olan bankomatların qarşısına gəlmişdir. Ondan qabaqda bir nəfər qadın pul çıxarırmış. Bu zaman bir nəfər cavan oğlan onların yanına gəlib həmin qadından hansı pulu çıxardığını soruşmuşdur. O, elə başa düşmüşdür ki, qadından sonra bankomatdan pul çıxarmaq növbəsi həmin cavan oğlanındır. Buna görə də həmin oğlanın bankomatdan pul çıxarmasını gözləmişdir. Lakin, həmin cavan oğlan onun növbəsi olduğunu bildirib, bankomatdan onun pul çıxarmağını istəmişdir. O, irəli keçib bankomata yaxınlaşmışdır. Kartı bankomata daxil edib kodu qeyd etmişdir. Bankomatın ekranında onun kartının balansında 112 manat, 33 qəpik pul olduğu qeyd edildiyindən mən həmin pulu çıxarmaq üçün 112 rəqəmlərini bankomata daxil etmişdir. Lakin, bankomatdan pul çıxmamışdır. Buna görə də yenidən eyni əməliyyatı etmişdir. Bankomatdan pul çıxmadığını görüb yenidən kartı bankomata daxil etdikdə həmin cavan oğlan bankomatda pul olmadığını və pulu çıxarmaqda ona köməklik edəcəyini bildirmişdir. O, kartı bankomata daxil etdikdən sonra kodu yığmış, həmin oğlan isə bankomatın bir neçə düyməsini sıxıb bankomatda pul olmadığını bildirmiş və bankomatdan çıxan kartını ona qaytarmış və öz kartını bankomata daxil etmişdir. Həmin vaxt bankomatın yanından kənara çəkildiyi üçün həmin cavan oğlanın hansı əməliyyatlar etdiyini dəqiq bilməmişdir. Həmin cavan oğlan isə bankomatdan pul çıxarıb əlində sayaraq bankomatdan uzaqlaşmış və ona bankomatda pul olduğunu bildirmişdir. Bundan sonra o, da kartını bankomata daxil etmiş və kartının balansında 2 manat 33 qəpik qaldığını bilmişdir. Əri Hamlet də ona bildirmişdir ki, həmin oğlan bankomatda heç bir əməliyyat aparmayıb. Bundan sonra başa düşmüşdür ki, həmin cavan oğlan onun kartında olan 110 manat pulu çıxarıb özünə götürmüşdür. Həmin şəxs onun 110 manat pulunu ələ keçirmişdir. Həmin şəxsi pulu götürərkən görməmişdir. Eyni zamanda ona dəymiş zərər ödənilmədiyi üçün şikayətçi olduğunu və qanunauyğun cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş zərərçəkmiş şəxs dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, 09.07.2021-ci il tarixdə saat 08 radələrində təqaüd kartına pul yüklənib-yüklənilməməsini öyrənmək üçün Sumqayıt şəhari 9-cu mikrorayonda olan "Bazar Store' mağazasının qarşısında yerləşən Kapital Bankın bankomatına yaxınlaşmışdır. Bankomatın yanında bir cavan oğlan olmuş, həmin şəxs ondan nə istədiyimi soruşmuş, o isə kartına pul yüklənilib-yüklənilmədiyini öyrənmək istədiyini demişdir. Həmin cavan oğlan ona köməklik edəcəyini bildirərək ondan kartı bankomata daxil etməsini istəmişdir. O kartını bankomata daxil edərək 4 rəqəmli kodu təsdiq etmişdir. Həmin cavan oğlan onun yanında dayanmışdır. O, həmin cavan oğlanın ona köməklik edəcəyini düşünüb kartı bankomata daxil etdikdən sonra ekranda balansında olan 337 manat vəsait göstərilmişdie. O, sadəcə kart hesabını yoxlamaq istəyirmiş, pul çıxarmaq niyyətində deyilmiş. Çünki, "xxxx"ASC-nin müştərisidir və digər bankdan pul çıxaran zaman 2-3 manat civarında faiz tutulur. O, bunu həmin oğlanın özünə demiş, həmin oğlan isə ölkə ərazisində elan olunmuş karantin rejimi ilə əlaqədar heç bir bankın digər bankların müştərilərindən faiz tutmadıqlarını demiş və ona inanıb 335 manat pulun çıxarılması üçün əməliyyat etmişdir. Kart bankomatdan çıxdıqdan sonra həmin oğlan kartı ona uzadaraq bankomatda pul olmadığını, digər bankomatdan pul çıxara biləcəyini ona demişdir. O, kartı götürüb bankomatdan təxminən 10-15 metr aralanmış ki, birdən həmin cavan oğlanın hərəkətləri onda şübhə oyatmış və bankomata geri qayıtmışdır. Bankomata çatan zaman oğlanın oradan uzaqlaşdığını görmüşdür. Kartı bankomata daxil etdikdən sonra kart hesabında 2 manat pul qaldığını görmüş və həmin şəxsin onu aldatdığını dərk etmişdir. Bununla bağlı "xxxx" ASC-yə yaxınlaşaraq hesabından çıxarış əldə etmiş və həmin şəxsin 09.07.2021-ci il tarixdə onun kartından 335 manat çıxartdığını görmüşdür. Bu barədə Sumqayıt ŞPİ-nin 3-cü PB-nə ərizə ilə müraciət edib həmin şəxsin tapılaraq məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Ona məxsus 335 manat pulu bankomatdan götürən şəxsi pulu götürərkən görməmişdir. Eyni zamanda ona dəymiş zərər ödənilmədiyi üçün şikayətçi olduğunu və qanunauyğun cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 17.07.2021-ci il tarixdə saat 12 radələrində təqaüd kartına pul yüklənib yüklənmədiyini öyrənmək üçün Sumqayıt şəhəri, 9-cu mikrorayon “Bazar Store” mağazasının qarşısında yerləşən Kapital Bankın bankomatına yaxınlaşmış, bankomatın yanında olan cavan oğlan ondan nə istədiyini soruşmuş, o da kartına pul yüklənib yüklənmədiyini öyrənmək istədiyini demiş, həmin oğlan ona kömək edə biləcəyini bildirib kartı bankomata daxil etməsini demişdir. O, kartını bankomata daxil edərək 4 rəqəmli kodu da təsdiq etmiş, həmin cavan oğlan yanında olmuş, fikirləşmişdir ki, ola bilsin həmin cavan oğlan ona köməklik edir. Bankomatın monitorunda kartında 273 manat pulun olması göstərilmiş, yanında olan həmin cavan oğlan demişdir ki, 273 manat pulun çıxarılmasını təsdiq etsin, əslində o başqa bankomatdan pulunu çıxarmaq niyyətində deyilmiş, çünki 2-3 manat faiz tuturmuş, Beynəlxalq bankın kartını Kapital Bankın bankomatına taxmışdır. Həmin cavan oğlan demişdir ki, “dayı indi pandemiya vaxtıdı bankomatlardan heç bir faiz tutulmur, pulu bütövlükdə təsdiq elə tam vəziyyətdə alacaqsan”. O da həmin cavan oğlana inanıb 273 manat pulu təsdiq etmiş, lakin bankomat pulu verməmişdir. Həmin vaxt cavan oğlan demişdir ki, yəqinki, bankomatda xırda manatlıq yoxdur, 270 manat yığ təsdiq et. O, da 270 manat pulun çıxarılmasını təsdiq etmiş, bir neçə saniyədən sonra kartı bankomatdan çıxmış, kartı götürmüş, həmin an cavan oğlan demişdir ki, bankomatda pul yoxdur, get yaxınlıqda yerləşən Beynəlxalq bankın bankomatına. O dadərhal dönüb getmişdir, bir neçə addım gedəndən sonra fikrini dəyişmiş və dayanmışdır, həmin cavan oğlan onun yanından əlində pul saya-saya ötüb getmiş, həmin oğlandan şübhələnmiş, lakin dəqiq heç bir şey başa düşməmişdir. Sonra o, 13-cü mikrorayonda yerləşən Beynəlxalq Bankın bankomatına yaxınlaşmış, orada təqaüd kartını bankomata taxıb yoxlayanda hesabında pul olmadığını görüb başa düşmüşdür ki, biraz əvvəl yanında olan ona köməklik etməyə çalışan cavan oğlan onun 270 manat pulunu ələ keçirmişdir. X12 gedərək orada çıxarış əldə etmiş və əmin olmuşdur ki, 270 manat pulu 17.07.2021-ci il tarixdə saat 12:10-da Kapital Bank bankomatından çıxarılmışdır. 27.07.2021-ci il tarixdə bu barədə Sumqayıt ŞPİ-nin 3-cü PB-nə ərizə ilə müraciət etmişdir. Həmin oğlanı pulumnu götürərkən görməsəm də pulunun onun tərəfindən götürülməsini güman edir. Eyni zamanda ona dəymiş zərər ödənilmədiyi üçün şikayətçi olduğunu və qanunauyğun cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 20.07.2021-ci il tarixdə saat 16 radələrində "xxxx" sosial kartından 527 manat puldan 500 manat pulunu çıxarmaq üçün Sumqayıt şəhəri, C.Cabbarlı küçəsindəki "xxxx" bankomatına yaxınlaşmışdır. Kartını bankomata daxil etmiş və kodu da daxil edərək balansındakı 527 manat puldan 500 manatının çıxarılmasını təsdiq etmiş, lakin bankomatın monitoruna “istədiyiniz məbləğ yoxdur” yazısı gəlmişdir. O, kartı bankomatdan çıxartmış, yanında duran cavan oğlandan bankomatda pul olub-olmadığını soruşmuş, həmin oğlan ona yaxınlaşaraq kartını təkrarən bankomata daxil etməsini demişdir. O, kartı bankomata taxmış və kodunu da daxil etmişdir, həmin şəxs özü 500 manat pulun çıxarılmasını onun yanında təsdiq etmə düyməsini basmış, bir neçə saniyədən sonra kartı bankomatdan çıxmış, həmin oğlan kartı götürüb ona vermiş və bankomatda pul olmadığını, yanaşı bankomatda yoxlamağımı demiş, o, sol yan yanaşı tərəfdə yerləşən bankomata yaxınlaşanda həmin oğlan digər növbəti bankomata kartını daxil etməsini demiş və o da həmin şəxsin dediyi kimi solda sonuncu bankomata kartını daxil edərək kodunu da daxil etmiş, görmüşdür ki, kartında cəmi 27 manat pul qalmışdır. Dərhal dönüb bu barədə həmin cavan oğlandan soruşmaq istədikdə artıq həmin cavan oğlan orada yox imiş, bir neçə saniyə ərzində oradan uzaqlaşmışdır. Bilmişdir ki, bir az əvvəl yanında olan ona köməklik etməyə çalışan cavan oğlan onun 500 manat pulunu ələ keçirmişdir. Sonra o, Kapital Banka gedərək orada çıxarış əldə etmiş və əmin olmuşdur ki, 500 manat pulu 20.07.2021-ci il tarixdə saat 16:19-da Sumqayıt şəhəri, C.Cabbarlı küçəsindəki Kapital Bank bankomatından çıxarılmışdır. Həmin cavan oğlan onun 500 manatını ələ keçirən zaman onu görməmişdir. Eyni zamanda ona dəymiş zərər ödənilmədiyi üçün şikayətçi olduğunu və qanunauyğun cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid3 ifadəsində bildirmişdir ki, 28.06.2021-ci il tarixdə saat 19:10 radələrində arvadı Zərərçəkmiş şəxs2 məxsus olan “Beynəlxalq” banka aid olan sosial yardım kartından pul çıxarmaq üçün arvadı Zərərçəkmiş şəxs2 ilə birlikdə Sumqayıt şəhəri, 2-ci mikrorayon, 20/37 saylı binanın yanında yerləşən "xxxx"a aid olan bankomatların qarşısına gəlmişdir. Onlardan qabaqda bir nəfər qadın pul çıxarırmış. Bu zaman bir nəfər cavan oğlan onların yanına gəlib həmin qadından hansı pulu çıxardığını soruşmuşdur. O, elə başa düşmüşdür ki, qadından sonra bankomatdan pul çıxarmaq növbəsi həmin cavan oğlanındır. Buna görə də həmin oğlanın bankomatdan pul çıxarmasını gözləmişlər. Lakin, həmin cavan oğlan arvadı Mələyin növbəsi olduğunu bildirib, bankomatdan onun pul çıxarmağını istəmişdir. Arvadı Zərərçəkmiş şəxs2 irəli keçib bankomata yaxınlaşmışdır. Kartı bankomata daxil edib kodu qeyd etmişdir. Bankomatın ekranında kartın balansında 112 manat, 33 qəpik pul olduğu qeyd edildiyindən həmin pulu çıxarmaq üçün 112 rəqəmlərini bankomata daxil etmişdir. Lakin, bankomatdan pul çıxmamışdır. Buna görə də yenidən eyni əməliyyatı etmişdir. Bankomatdan pul çıxmadığını görüb yenidən kartı bankomata daxil etdikdə həmin cavan oğlan bankomatda pul olmadığını və pulu çıxarmaqda arvadı Zərərçəkmiş şəxs2 köməklik edəcəyini bildirmişdir. Mələk kartı bankomata daxil etdikdən sonra kodu yığmiş, həmin oğlan isə bankomatın bir neçə düyməsini sıxıb bankomatda pul olmadığını bildirmiş və bankomatdan çıxan kartı Mələyə qaytarıb öz kartını bankomata daxil etmişdir. Həmin vaxt həmin cavan oğlan bankomatda hansısa əməliyyat etməsini görməsə də, bir neçə saniyə sonra bankomatdan pul çıxmış və həmin oğlan pulu götürüb sayaraq oradan uzaqlaşaraq onalar bankomatda pul olduğunu bildirmişdir. Bundan sonra Mələk də kartını bankomata daxil etmiş və kartının balansında 2 manat 33 qəpik qaldığını bilmişdir. O, Mələyə həmin oğlan bankomatda heç bir əməliyyat aparmadığını bildirmişdir. Bundan sonra başa düşmüşlər ki, həmin cavan oğlan Mələyin kartında olan 110 manat pulu çıxarıb özünə götürmüşdür. Həmin oğlanın bankomatdan pul götürdüyünü görsə də, həmin oğlanın Mələyin pulunu götürdüyünü anlamamış, elə hesab etmişdir ki, həmin cavan oğlanın bankomatdan götürdüyü pul onun özünə məxsusdur. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinin polis sahə rəisi, polis leytenantı Şahid4 ifadəsində bildirmişdir ki, Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və ya düşmənçiliyi yoxdur. 29 may 2021-ci il tarixdə saat 12:50 radələrində Sumqayıt şəhər, 40-cı məhəllə ərazisində yerləşən "xxxx"ın Sumqayıt filialında xidmətdə olarkən 1 nəfər şəxsin özünü şübhəli apardığını, eləcə də zahiri əlamətlərindən əvvəllər bankomatların qarşısında vətəndaşları aldadıb onlara bankomatdan pul çıxarmaqda köməklik edəcəyini deyib onların pulunu ələ keçirən şəxsə bənzədiyindən həmin şəxsə yaxınlaşaraq özünü təqdim etmişdir. Həmin şəxs özünü şübhəli apararaq suallardan yayındığı üçün onu saxlayıb Sumqayıt ŞPİ-nin 3-cü PB-nə məlumat vermişdir. Bundan bir neçə dəqiqə sonra Sumqayıt ŞP-nin 3-cü PB-nin əməkdaşları gəlmişlər və onlarla birlikdə həmin şəxsi Sumqayıt ŞP-nin 3-cü PB-nə apararkən o, üzərində narkotik vasitə olduğunu bildirmişdir. ünvan 5 ünvanında qeydiyyatda olan və ünvan 6n xx.xx.1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Bununla bağlı Sumqayıt ŞP-nin 3-cü PB-nə raportla məruzə etmiş, lakin xidməti yerinə qayıtmalı olduğundan Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar edilməsi faktı üzrə aparılan araşdırmada, eləcə də onun üzərində şəxsi axtarış aparılmasında iştirak etməmişdir. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və üzərində şəxsi axtarış aparılan zaman onun üzərindən 1,121 qram çəkidə, bir bükümdə narkotik vasitə heroin və 0,628 qram çəkidə, bir bükümdə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında ifadəsi elan edilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və ya düşmənçiliyi yoxdur. 29 may 2021-ci il tarixdə Sumqayıt ŞPİ-nin 3-cü PB-də növbətçi əməliyyat-istintaq qrupunda olduğu zaman saat 12:50 radələrində Sumqayıt şəhər, 40-cı məhəllə ərazisində yerləşən "xxxx"ın Sumqayıt filialında xidmətdə olan Sumqayıt şəhər Mühafizə İdarəsinin əməkdaşları məlumat verərək bir nəfəri şəxsi bankomatların yanında şübhəli davranışlarına görə saxladıqlarını bildirmişlər. Bundan sonra Sumqayıt ŞPİ-nin 3-cü PB-nin polis sahə rəisi, polis leytenantı Şahid4 ilə birlikdə Sumqayıt şəhər, 40-cı məhəllə ərazisində yerləşən "xxxx"ın Sumqayıt filialına getmişlər. Həmin yerdə olan Sumqayıt şəhər Mühafizə İdarəsinin 1-ci bölük 3-cü taqım komandiri Şahid1 bir nəfəri onlara təqdim edərək həmin şəxsin özünü şübhəli apardığını, zahiri əlamətlərindən əvvəllər bankomatların qarşısında vətəndaşları aldadıb onlara bankomatdan pul çıxarmaqda köməklik edəcəyini deyib onların pulunu ələ keçirən şəxsə bənzədiyini və verilən sualları cavablandırmaqdan yayındığını bildirmişdir. Bundan sonra Sumqayıt şəhər Mühafizə İdarəsinin 1-ci bölük 3-cü taqım komandiri Şahid1 ilə birlikdə həmin şəxsi Sumqayıt ŞPİ-nin 3-cü PN-nə dəvət etmişlər, həmin şəxs də etiraz etmədən polis bölməsinə gəlməyə razılıq vermişdir. Həmin şəxsi Sumqayıt ŞP-nin 3-cü PB-nə apararkən o, üzərində narkotik vasitə olduğunu bildirmişdir. ünvan 5 ünvanında qeydiyyatda olan və ünvan 7an xx.xx.1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsində təhqiqatçı tərəfindən müdafiəçi dəvət olunmuş və Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra Sumqayıt ŞPİ-nin 3-cü PB-nin polis sahə rəisi, polis leytenantı Şahid4 və Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 iştirakı ilə Sumqayıt ŞPİ-nin KTB-nin inspektor-kriminalisti, polis kapitanı X9 tərəfindən videoçəkiliş aparılmaqla Sumqayıt ŞPİ-nin 3-cü PB-nin təhqiqatçısı, polis mayoru X2 tərəfindən Sumqayıt ŞPİ-nin 3-cü PB-nin inzibati binasındakı xidməti otaqda şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Belə ki, həmin gün 13:19-a kamera işə salınmış və şəxsi axtarış başlayaraq Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsində şübhəli olduğu üçün tutulduğu, üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçiriləcəyi izah edilmiş, hüquqlarının müdafiəsi üçün dəvət edilmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili X6 təqdim edilərək etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axatrış keçirilməsinə və hüquqlarının müdafiəsi üçün dəvət olunmuş vəkilə etirazının olmadığını bildirdikdən sonra ona üzərində olan əşyaları təqdim etmək təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd iki ədəd sellofandan hazırlanmış büküm çıxararaq təqdim etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən əlavə olaraq tibbi maska, 30 qəpik pul və göy rəngli kütlədən hazırlanmış inqolyasiya üçün aerozol balonu aşkar edilmişdir. Aşkar olunmuş bükümlərdə nə olduğu soruşulduqda Təqsirləndirilən şəxs həmin bükümlərdə narkotik vasitələr olan “şüşə” və “kokos” olduğunu bildirmişdir. Bükümlərdən biri açıldıqda içərisində kiçik şəffaf kristallar formasında psixotrop maddə metamfetaminə oxşar kütlə olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin psixotrop maddə olan “şüşə” olduğunu bildirmişdir. Digər büküm açıldıqda isə içərisində açıq qəhvəyi rəngli toz halında olan narkotik vasitə heroinə oxşar kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olan “kokos” olduğunu bildirmişdir. Həmin bükümlər ayrı-ayrılıqda elektron tərəzidə çəkilərkən Təqsirləndirilən şəxs “şüşə” olduğunu bildirdiyi kütlənin çəkisinin 0,79 qram, “kokos” olduğunu bildirdiyi kütlənin çəkisinin isə 1,16 qram olması müəyyən edilərək zərfə qoyulub qablaşdırılaraq götürülmüşdür. Həmin kütlələri haradan, kimdən və hansı məqsədlə əldə etdiyini soruşduqda Təqsirləndirilən şəxs həmin narkotik vasitələri Bakı şəhəri, 20 Yanvar deyilən yerdə tanımadığı şəxsdən “kokosu” 20 manata, “şüşəni” isə 30 manata özü istifadə etmək üçün aldığını bildirmişdir. Aşkar edilmiş digər əşyalar Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələri istifadə etməsi barədə əməliyyat məlumatı olsa da, onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir əməliyyat məlumatı olmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş Sumqayıt şəhər Mühafizə İdarəsinin 1-ci bölük 3-cü taqım komandiri, polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və ya düşmənçiliyi yoxdur. 29 may 2021-ci il tarixdə saat 12:50 radələrində Sumqayıt şəhər, 40cı məhəllə ərazisində yerləşən "xxxx"ın Sumqayıt filialında xidmətdə olarkən 1 nəfər şəxsin özünü şübhəli apardığını, eləcə də zahiri əlamətlərindən əvvəllər bankomatların qarşısında vətəndaşları aldadıb onlara bankomatdan pul çıxarmaqda köməklik edəcəyini deyib onların pulunu ələ keçirən şəxsə bənzədiyindən həmin şəxsə yaxınlaşaraq özünü təqdim etmişdir. Həmin şəxs özünü şübhəli apararaq suallardan yayındığı üçün onu saxlayıb Sumqayıt ŞPİ-nin 3-cü PB-nə məlumat vermişdir. Bundan bir neçə dəqiqə sonra Sumqayıt ŞP-nin 3-cü PB-nin əməkdaşları gəlmişlər və onlarla birlikdə həmin şəxsi Sumqayıt ŞP-nin 3-cü PB-nə apararkən o, üzərində narkotik vasitə olduğunu bildirmişdir. ünvan 5 ünvanında qeydiyyatda olan və ünvan 6n xx.xx.1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Bununla bağlı Sumqayıt ŞP-nin 3-cü PB-nə raportla məruzə etmiş, lakin xidməti yerinə qayıtmalı olduğundan Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar edilməsi faktı üzrə aparılan araşdırmada, eləcə də onun üzərində şəxsi axtarış aparılmasında iştirak etməmişdir. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və üzərində şəxsi axtarış aparılan zaman onun üzərindən 1,121 qram çəkidə, bir bükümdə narkotik vasitə heroin və 0,628 qram çəkidə, bir bükümdə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. İş materillarında olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3, Ələkbərov X3 Mələk Mustafa qızı və Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş ərizələrdən görünür ki, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş zərər ödənilməmişdir və şikayətçidirlər. İş materiallarında olan 29.05.2021-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlu 29.05.2021-ci il tarixində saat 12:20-də Sumqayıt şəhəri, 40-cı məhəllədə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə bilavasitə şübhə yarandığından Sumqayıt ŞPİ-nin 3-cü PB-nin təhqiqatçısı polis mayoru X2 tərəfindən CPM-nin 153-cü maddəsinin tələblərinə əsasən şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 31 may 2021-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. Cinayət işi materiallarında olan 31 may 2021-ci il tarixli təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, vətəndaş Zərərçəkmiş şəxs6 İsfəndiyar oğlunun şikayəti əsasında toplamış material üzrə Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə cinayət işi başlanmış və 16 may 2021-ci il tarixdə həmin ********* nömrəli cinayət işi təqsirləndirilən şəxs(lər) aşkar edilənədək dayandırılmışdır. 04 iyun 2021-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə icraat təzələnərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. 02 iyul 2021-ci il tarixli Sumqayıt ŞPİ-nin İŞ-nin müstəntiqi polis baş leytenantı İlkin Nurizadə tərəfindən qərar qəbul edilərək, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 02.08.2021-ci il tarixdə saat 19:05-də Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə bilavasitə şübhə yarandığından Sumqayıt ŞPİ-nin İŞ-nin müstəntiqi polis baş leytenantı İlkin Nurizadə tərəfindən CPM-nin 153-cü maddəsinin tələblərinə əsasən şübhəli şəxs kimi tutulmuşdur. Həmin müstəntiq tərəfindən 04 avqsut 2021-ci il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. 04.08.2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.1 və 234.1-ci maddələri ilə ibtidai istintaqı aparılan ********* nömrəli və Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işləri üzrə törədilməsi müəyyən edilən cinayət əməllərində Təqsirləndirilən şəxs iştirakı müəyyən edildiyindən həmin cinayət işləri birləşdirilərək ibtidai istintaqı ********* statistik nömrə ilə davam etdirilmişdir. 04.08.2021-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsindən həmin Məcəllənin 177.2.2 və 234.1-ci maddələrinə tövsif edilərək ona yenidən ittiham elan edimişdir. Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-378/2021 saylı, 04.08.2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.2 və 234.1-ci maddələri Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 02.08.2021-ci il tarixdən hesablanmışdır. Sumqayıt ŞPİ-nin İŞ-nin müstəntiqi polis baş leytenantı İlkin Nurizadənin sübütların qiymətləndirilməsi və cinayət əməllərinin hüquqi tövsifi haqqında 18 sentyabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2 və 234.1-ci maddələri elan edilmiş ittiham dəyişdirilərək ona həmin Məcəllənin 177.2.2, 177.2.3-1 və 234.1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. Cinayət işi materiallarında olan şəxsin fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi haqqında protokollardan və fotocədvəldən görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 tanınmada istifadə edilən masa üzərinə düzülmüş oxşar 4 şəxsin fotoşəkillərinin arasından Təqsirləndirilən şəxs fotoşəkilini tanımışlar. Cinayət işinin materiallarında olan “şəxsi axtarış keçirilməsi” barədə 29 may 2021-ci il tarixli protokoldan və istintaq hərəkətinin videogörüntüsü əks olunmuş CD diskdən görünür ki, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin polis sahə rəisi, polis leytenantı Şahid4 və Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 iştirakı ilə Sumqayıt ŞPİ-nin KTB-nin inspektorkriminalisti, polis kapitanı X9 tərəfindən videoçəkiliş aparılmaqla Sumqayıt ŞPİ-nin 3-cü PB-nin təhqiqatçısı, polis mayoru X2 tərəfindən Sumqayıt ŞPİ-nin 3-cü PB-nin inzibati binasındakı xidməti otaqda şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axatrış keçirilməsinə və hüquqlarının müdafiəsi üçün dəvət olunmuş vəkilə etirazının olmadığını bildirdikdən sonra ona üzərində olan əşyaları təqdim etmək təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd iki ədəd sellofandan hazırlanmış büküm çıxararaq təqdim etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən əlavə olaraq tibbi maska, 30 qəpik pul və göy rəngli kütlədən hazırlanmış inqolyasiya üçün aerozol balonu aşkar edilmişdir. Aşkar olunmuş bükümlərdə nə olduğu soruşulduqda Təqsirləndirilən şəxs həmin bükümlərdə narkotik vasitələr olan “şüşə” və “kokos” olduğunu bildirmişdir. Bükümlərdən biri açıldıqda içərisində içərisində kiçik şəffaf kristallar formasında psixotrop maddə metamfetaminə oxşar kütlə olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin psixotrop maddə olan “şüşə” olduğunu bildirmişdir. Digər büküm açıldıqda isə içərisində açıq qəhvəyi rəngli toz halında olan narkotik vasitə heroinə oxşar kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olan “kokos” olduğunu bildirmişdir. Həmin bükümlər ayrıayrılıqda elektron tərəzidə çəkilərkən Təqsirləndirilən şəxs “şüşə” olduğunu bildirdiyi kütlənin çəkisinin 0,79 qram, “kokos” olduğunu bildirdiyi kütlənin çəkisinin isə 1,16 qram olması müəyyən edilərək zərfə qoyularaq qablaşdırılaraq DİN-in 127 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Həmin kütlələri haradan, kimdən və hansı məqsədlə əldə etdiyini soruşduqda Təqsirləndirilən şəxs həmin narkotik vasitələri Bakı şəhəri, 20 Yanvar deyilən yerdə tanımadığı şəxsdən “kokosu” 20 manata, “şüşəni” isə 30 manata özü istifadə etmək üçün aldığını bildirmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 29 may 2021-ci il tarixli, 6/2157 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,121 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, bir ədəd bükümdə təmiz çəkisi 0,628 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 02.08.2021-ci il tarixli, 2620 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixotrop maddə olan metanfitaminin birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materillarında olan Sumqayıt şəhər Narkoloji Dipanseri tərəfindən verilmiş 2106 saylı, 10.06.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyatı yoxdur. İş materillarında olan 12 Saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş 31.05.2016-cı il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs İİİ dərəcəli əlilliyi vardır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər 1 Saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarından görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,071 qram narkotik vasitə olan heroin və 0,578 qram psixotrop maddə olan metanfitamin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 30.04.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. İş materillarından görünür ki, Abşeron rayon Məhkəməsinin 1(012)-30/2022 saylı, 31.01.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 2021-ci ilin mart ayının 21-23 tarixlərində Abşeron RPİ-də şübhəli şəxs qismində saxlanıldığı nəzərə alınaraq Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır və cəzaçəkmə müddətinin başlanğıcı 31.01.2022-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər prokurorluğunun 11 may 2021-ci il tarixli qərarından qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 321.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs əməlindən peşman olması, İİİ qrup əlil olması CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal hesab edilir və CM-nin 61-ci maddəsinə əsasən ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəzadan daha ciddi cəza yalnız həmin Məcəllənin 66 və 67-ci maddələrinə uyğun olaraq, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə təyin edilə bilər. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən bu hökmlə təyin ediləcək cəza Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin 31.01.2022-ci il tarixli 1(012)-30/2021 saylı hökmü ilə təyin edilmiş 02 (iki) il, 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə cinayətlərin məcmusu üzrə toplanılmalıdır. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətlərin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 234.1-ci maddələri ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikasının CM-nin 66.2 və 66.5-ci maddələrinə əsasən təyin olunmuş cəzalar qismən toplanmaqla Təqsirləndirilən şəxs müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı 02.08.2021-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən tutulduğu iki gün təyin olanacaq cəzadan çıxılmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan qalıq çəkisi 1,071 qram çəkidə narkotik vasitə heroin və 0,578 qram metanfitamin məhv edilməli, iş üzrə maddi sübut 01 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılmalı, məhkəmə kimyəvi ekspertiza tədqiqatının dəyəri olaraq 82,81 (səksən iki manat səksən bir qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməli və Zərərçəkmiş şəxs6 və qeyrilərinə dəymiş ziyanın ödənilməsi ilə bağlı təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilməlidir. Eyni zamanda məhkəmə baxışı zamanı müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də 120 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinsin və o, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar qismən toplanmaqla ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən bu hökmlə təyin edilmiş cəza Təqsirləndirilən şəxs 31.01.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə cinayətlərin məcmusu üzrə qismən toplansın və Təqsirləndirilən şəxs 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs tutulduğu 2 (iki) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 03 (üç) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 02.08.2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan qalıq çəkisi 1,071 qram çəkidə narkotik vasitə heroin və 0,578 qram metanfitamin məhv edilsin. İş üzrə maddi sübut 01 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 dəymiş ziyanla bağlı təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilsin. İş üzrə maddi sübut 01 ədəd CD formatlı disk cinayət işində saxlanılsın. Məhkəmə kimyəvi ekspertiza tədqiqatının dəyəri olaraq 82,81 (səksən iki manat səksən bir qəpik) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE**********0002088501 saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 120 (yüz iyirmi) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil KapitalBank” ASC-nin Sumqayıt filialında olan hesabına (№AZ09AİİB******************** VÖEN **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: ZAUR HACİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar