Məhkəmə qərarları › İş №1(060)-824/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-824/2022

02.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-824/2022 02.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Bayramzadə (Cəfərova) Nuranə Elxan qızının, Təqsirləndirilən şəxs, Müdafiəçi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1985-ci ildə Qubadlı rayonunun Aşağı Mollu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1i ünvanında qeydiyyatda olmaqla ünvan 2, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 03 iyun 2020-ci il tarixdən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü X3, xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 170,00 (bir yüz yetmiş) manat olmaqla, cəmi 510,00 (beş yüz on) manat sabit pul məbləğində aliment, həmçinin hər ay 50,00 (əlli) manat miqdarında maddi yardım xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2021-ci il tarixədək tutulub Zərərçəkmiş şəxs ödənilməsinə dair Qubadlı Rayon Məhkəməsinin 2(028)- 255/2020 saylı, xx.xx.2020-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməməsinə görə 08 fevral 2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətində inzibati həbs tənbeh növü tətbiq edilməsinə və bundan sonra qətnaməni könüllü icra etməsi üçün ona yenidən vaxt verilməsinə dair bildiriş göndərilərək məsuliyyəti elan olunmaqla rəsmi qaydada xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə xəbərdarlıq olunmasına baxmayaraq, öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 03 iyun 2022-ci il tarixə kimi qətnamə üzrə ümumilikdə 12640,00 (on iki min altı yüz qırx) manat məbləğində aliment borcunu tələbkara ödəməyərək zərərçəkmiş şəxs Bayramzadə (Cəfərova) Nuranə Elxan qızına maddi ziyan vurmaqla yanaşı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Bayramzadə (Cəfərova) Nuranə Elxan qızı ilə xx.xx.2009-cu il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, həmin nikahdan Cahid, Aydan və Cavid adlı övladları doğulmuş, ilk dövrlərdə münasibətləri normal olsa da, sonradan Nuranə Bayramzadə ilə münasibəti pozulduğundan ayrılmış, bu səbəbdən Nuranə Bayramzadə 2020-ci ildə məhkəməyə müraciət edərək uşaqların saxlanılması üçün ondan aliment tələb etmiş və nəticədə Qubadlı Rayon Məhkəməsinin 2(028)- 255/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən, ondan 03 iyun 2020-ci il tarixdən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü X3, xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 170,00 (bir yüz yetmiş) manat olmaqla, cəmi 510,00 (beş yüz on) manat sabit pul məbləğində aliment, həmçinin hər ay 50,00 (əlli) manat miqdarında maddi yardım xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2021-ci il tarixədək tutulub Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Qətnamə üzrə verilmiş icra vərəqəsi icra olunması üçün aidiyyəti üzrə Sumqayıt şəhəri üzrə İcra idarəsinə göndərilmiş, icra məmuru tərəfindən ona könüllü icra müddəti təyin edilməsinə baxmayaraq, tərəfindən qətnamənin icrası təmin olunmamış, həmin vaxt daimi iş yeri olmamış, yalnız vaxtaşırı işəmuzd müxtəlif sahələrdə işləmiş, icra məmuru tərəfindən barəsində inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilmiş və sonuncu protokol üzrə Qubadlı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilmiş, inzibati tənbehdən sonra icra məmuru tərəfindən ona yeni müddət verilməsinə baxmayaraq aliment üzrə yaranmış borcu ödəməmiş və cinayət məsuliyyətinin daşıması barədə icra məmuru tərəfindən dəfələrlə xəbərdarlıq elan edilmiş, icra qurumu tərəfindən göndərilmiş təqdimatda aliment üzrə borcu 12640,00 (on iki min altı yüz qırx) manat təşkil etmiş, özü Sumqayıt şəhərində işəmuzd təmir-tikinti sahəsində usta kimi işləyir, aylıq qazancı 350-400,00 manat təşkil etməsinə baxmayaraq aliment üzrə borcunu tam ödəməsinə imkanı yoxdur, lakin hazırda hissə-hissə borcunu ödəməyə hazırdır. Bundan başqa Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, alimentin icra olunmamasının səbəbini keçmiş yoldaşı Nuranə Bayramzadənin uşaqlarla görüşməsinə imkan verməməsidir, bundan başqa digər səbəb, aliment miqdarının yüksək olmasıdır, lakin özü işəmuzd usta kimi işləsə də, pandemiya və xəstə olduğundan az məbləğdə aylıq aliment ödəməyə imkanın olmasını təsdiqləmişdir. Törətdiyi əməl cinayət olmasını başa düşür və özünü təqsirli hesab edir. Əməlindən peşmandır. Barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilən Bayramzadə (Cəfərova) Nuranə Elxan qızı ifadəsində göstərdi ki, Qubadlı Rayon Məhkəməsinin 2(028)-255/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 03 iyun 2020-ci il tarixdən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü X3, xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 170,00 (bir yüz yetmiş) manat olmaqla, cəmi 510,00 (beş yüz on) manat sabit pul məbləğində aliment, həmçinin xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2021-ci il tarixədək hər ay 50,00 (əlli) manat miqdarında maddi yardım tutulub ona ödənilməsi qət edilmişdir. Qətnamə üzrə verilmiş icra vərəqəsi icra olunması üçün Sumqayıt şəhəri üzrə İcra İdarəsinə daxil olmuş, icra idarəsinin icra məmuru tərəfindən icra işi xx.xx.2020-ci il tarixdə başlanılaraq, borcluya icra olunması üçün könüllü müddət verilmiş, Təqsirləndirilən şəxs tərəfindən öhdəliyin yerinə yetirilməməsi səbəbindən məcburi icra tədbirləri həyata keçirilmiş, qətnamə üzrə qət edilmiş aliment pulu borclu Təqsirləndirilən şəxs tərəfindən qərəzli olaraq ödənilmədiyindən icra məmuru tərəfindən inzibati protokol tərtib edilib inzibati məsuliyyətə cəlb olunması üçün təqdimatla məhkəməyə müraciət olunmuş, borclu X6 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib Qubadlı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs olunmuş, daha sonra icra məmuru tərəfindən qətnaməni icra etmək üçün yenidən müddət verilməsinə baxmayaraq borclu alimenti ödəməyəcəyini bildirərək qətnamə üzrə heç bir ödəniş etməmiş, icra məmurunun alimentin ödənilməməsi ilə bağlı Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimatla müraciət edərkən Təqsirləndirilən şəxs tərəfindən 12640,00 (on iki min altı yüz qırx) manat məbləğində ödənilməmiş aliment borcu yaranmış, Təqsirləndirilən şəxs fərdi əmək fəaliyyəti ilə məşğul olmaqla, yaşadığı Sumqayıt şəhərində işəmuzd təmir-tikinti sahəsində usta (dəmirçi) kimi işləyir, qazanc əldə etməsinə baxmayaraq alimenti ödəməkdən yayınmış, borclu icra müddəti ərzində icra məmurunun çağırışlarına gəlməkdən yayınmış və məhkəmə qərarının icrasını təmin etməmişdir. Təqsirləndirilən şəxs bir ata kimi də öz övladları ilə maraqlanmır və evə heç bir köməklik göstərmir, qətnamə üzrə yaranmış aliment borcunu keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs alınaraq ona verilməsində köməklik göstərilməsini ona qanuna müvafiq qaydada cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X1 ifadəsində göstərmişdir ki, Qubadlı Rayon Məhkəməsinin 2(028)-255/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədlərinə əsasən borclu Təqsirləndirilən şəxs xx.xx.2020ci il tarixdən başlayaraq xx.xx.2009-cu il tarixdə doğulmuş X7,xx.xx.2011-ci il tarixdə doğulmuş X8 və xx.xx.2018-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 170,00 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməli, həmçinin borclu Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2021-ci il tarixədək hər ay 50,00 (əlli) manat miqdarında maddi yardım tutularaq Zərərçəkmiş şəxs verilməlidir. Qeyd olunan icra sənədləri xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə daxil olmuş və həmin tarixdə də icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə borcluya göndərilmiş, borclu tərəfindən icra sənədlərinin icrası təmin edilməmiş, eyni zamanda tələbin məcburi icrası üçün görülən tədbirlər nəticə verməmiş, icra sənədləri xx.xx.2021-ci il tarixdə ümumi icraatda birləşdirilmiş, icra sənədlərinin icrasını təmin etmək məqsədi ilə borclu Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə və xx.xx.2021-ci il tarixdə idarəyə dəvət olunmuş, izahatı alınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Qubadlı Rayon Məhkəməsinin 3(060)-6/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə borclu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 08 (səkkiz) gün müddətində inzibati qaydada həbs olunmuş, inzibati həbsdə olduğu müddət bitdikdən sonra aliment borcunun ödənilməsi üçün borcluya yenidən müddət verilmiş və əks halda cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdarlıq edilmiş, məcburi icra tədbiri olaraq borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında Qubadlı Rayon Məhkəməsinə təqdimat verilmiş, məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Görülmüş məcburi icra tədbirlərinə baxmayaraq borclunun icra sənədləri üzrə 12640,00 (on iki min altı yüz qırx) manat aliment borcu yaranmış, eyni zamanda məhkəmə qərarının icrası üzrə tələbin məcburiliyi dəfələrlə həm şifahi, həm də rəsmi xəbərdarlıq formasında nəzərinə çatdırılmasına baxmayaraq, borclu Təqsirləndirilən şəxs Qubadlı Rayon Məhkəməsinin 2(028)-255/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsini icra etməməkdə davam etməklə faktiki imkanlarından istifadə etməmiş və bu hərəkətləri ilə qərəzlilik nümayiş etdirmişdir. Bu səbəbdən borclu tərəfindən dövlət adından çıxarılmış məhkəmə qətnaməsi qərəzli olaraq icra edilmədiyindən barəsində Azərbaycan Respublikası CM-nin 306-cı maddəsilə cinayət məsuliyyətinə cəlb olunması üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat göndərilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Şahid2 Şahid1 ifadəsində göstərilən xüsusatları tamamilə təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ittiham elan olunması üçün təqsirləndirilən şəxsin axtarışa verilməsi və tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və tutulduqda Bakı şəhəri Yasamal RPİnin MSY-nə təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq PB-nə gətirilmişdir. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 1-ci PB-si tərəfindən verilmiş 124-13996 nömrəli, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saxlanılaraq Bakı şəhəri Yasamal RPİ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Qubadlı Rayon Məhkəməsinin 2(028)-255/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs hər ay hər uşağa 170 (bir yüz yetmiş) manat, cəmi 510 (beş yüz on) manat sabit pul məbləğində aliment, həmçinin hər ay 50,00 (əlli) manat miqdarında maddi yardım xx.xx.2020-cı il tarixdən başlayaraq tutularaq xx.xx.2009-cu il təvəllüdlü X3, xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün Zərərçəkmiş şəxs verilməlidir. İş materiallarında olan Qubadlı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli İcra vərəqəsindən görünür ki, Təqsirləndirilən şəxs hər ay hər uşağa 170 (bir yüz yetmiş) manat, cəmi 510 (beş yüz on) manat sabit pul məbləğində aliment xx.xx.2020-cı il tarixdən başlayaraq tutularaq xx.xx.2009-cu il təvəllüdlü X3, xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün Zərərçəkmiş şəxs verilməlidir. İş materiallarında olan Qubadlı Rayon Məhkəməsinin 3(028)-6/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 08 (səkkiz) gün müddətində inzibati həbs edilmişdir. İş materiallarında olan X2 7 saylı Ərazi Məşğulluq Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Məşğulluq” qeydiyyata alınmamışdır. İş materiallarında olan məhkəmə qətnaməsinin icrası ilə bağlı Təqsirləndirilən şəxs adına ünvanlanmış tələbin könüllü icra edilməsinə dair bildirişdən, Qubadlı Rayon Məhkəməsinin inzibati xəta haqqında xx.xx.2021-ci il tarixli qərarından və digər sənədlərdən görünür ki, o, həqiqətən də Qubadlı Rayon Məhkəməsinin 2(028)-255/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsini qərəzli olaraq icra etməmişdir. İş materiallarında olan 8 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanser tərəfindən verilmiş 4258 nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində psixi və davranış pozuntusu, Asılılıq sindromu diaqnozu ilə dispanser qeydiyyatındadır və hal-hazırda Dispanserdə stasionar müalicədədir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması özünün etirafedici və şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidlərin ifadələrini tədqiq edib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CMnin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində 03 (üç) azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, səmimi etirafını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, törətdiyi əməllərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, islah olunması məqsədilə təqsirləndrilən şəxsə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunmasını qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalı və Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri ilə əvəz edilməklə, məhkəmə iclas zalından həbs edilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək «həbs» qətimkan tədbiri ilə əvəz edilməklə, məhkəmə iclas zalında dərhal həbs edilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar