Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-826/2024 22.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Şamaxı rayonu Qonaqkənd kəndində qeydiyyatda olan və yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(012)-22/2023 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 326.2-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.2 və 69.3-cü maddələrinə əsasən 02 (iki) il 07 (yeddi) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 305-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs cəzasını çəkdiyi müddət ərzində islah olunmamış və ona azadlıqdan məhrum etmə yerindən “istirahət günlərini müəssisəsinin ərazisindən kənarda keçirmək üçün” ailəvi görüşə getməsinə qısa müddətə icazə verilmiş, lakin icazə müddəti başa çatdıqdan sonra geri qayıtmamışdır. Belə ki, o, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli, 7(003)-1262/2023 saylı qərarı ilə cəzaçəkmə müəssisəsinin növü dəyişdirilərək Penitensiar Xidmətin 17 saylı CÇM-dən təyin edilmiş cəzasını çəkmək üçün 25 sentyabr 2023-cü il tarixdən etibarən Penitensiar Xidmətin 6 saylı X3 Müəssisəsində cəza çəkdiyi müddət ərzində 18 yanvar 2024-cü il tarixdə 03 (üç) gün müddətinə müddətinə Şamaxı rayonunun Qonaqkənd kəndinə ailəvi görüşə getməsi barədə icazəsi olduğu halda, o, icazə müddəti 22 yanvar 2024-cü il tarixdə başa çatdıqdan sonra heç bir üzrlü səbəb olmadan geri qayıtmamış və azadlıqdan məhrumetmə növündə cəza çəkməkdən boyun qaçırmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər müxtəlif vaxtlarda azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. 2022ci il tarixdə yenidən Abşeron Rayon Məhkəməsinin 07 aprel 2023-cü il hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Cəzasını Penitensiar Xidmətin 17 saylı Cəzaçəkmə Müəssisəsində çəkmiş və Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli qərarı ilə cəzaçəkmə müəssisəsinin növü dəyişdirilərək 6 saylı X3 Müəssisəsinə köçürülmüşdür. 17 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən zaman 345 (üç yüz qırx beş) manat aylıq əmək haqqı müqabilində əmək fəaliyyəti ilə məşğul olmuşdur. 6 saylı X3 Müəssisəsində cəza çəkdiyi dövr ərzində də aylıq əmək haqqı 690 (altı yüz doxsan) manat müqabilində yeni tikilən Umbakı Penitensiar Kompleksində qaynaqçı vəzifəsində çalışmışdır. 2023-cü ilin dekabr ayından sonra 6 saylı X4 Müəssisəsinin təmir-tikinti işlərində çalışmağa başlamışdır. Bir müddət işləsə də, müəssisədən verilməli olan əmək haqqı ləngidildiyi üçün ailəsinə pul göndərə bilməmişdir. 2024-cü ilin yanvar ayının əvvəllərində ailə üzvləri ilə görüşmək barədə ərizə ilə müəssisə rəhbərliyinə müraciət etmək qərarına gəlmiş və 18 yanvar 2024-cü il tarixdən 22 yanvar 2024-cü il tarixədək ona ailə üzvləri ilə görüşməkdən ötrü rəsmi olaraq 3 (üç) gün icazə verilmişdir. 18 yanvar 2024-cü il tarixdə müəssisəni tərk edərək ailə üzvlərinin yaşadığı Şamaxı rayonu, Qonaqkənd kəndinə getmiş, orada bir gün qalandan sonra, ailə üzvlərinin maddi vəziyyəti yaxşı olmadığı üçün yanvar ayının 22-də müəssisəyə geri qayıtmalı olduğu halda azadlıqda qalaraq işləmək qərarına gəlmişdir. Müəssisəyə geri qayıtmaq vaxtı başa çatdıqdan sonra müəssisə əməkdaşları ondan geri qayıtmağı tələb etsələr də, o, müssəsisə əməkdaşlarına ailəsində olan maddi vəziyyətə görə qayıda bilməyəcəyini bildirmişdir. O, azadlıqda olduğu müddət ərzində Abşeron rayonu, Güzdək kəndində yerləşən daş karxanasında fəhlə kimi işləmişdir. Ailə vəziyyətinə görə buna məcbur qalmışdır, indi də eyni vəziyyətə düşsə bu əməli yenə törədər. 23 fevral 2024-cü il tarixdə qaynanası Minarəyə məxsus olan ünvan 1 ünvanında olarkən cəza çəkdiyi 6 saylı X4 Müəssisəsinin əməkdaşları qeyd edilən ünvana gələrək onu müəssisəyə geri qaytarmışlar. 6 saylı X4 Müəssisəsinin əməkdaşları onu döydükləri və buna görə səhhərində ciddi problemlər yarandığı üçün X3 müəssisəsindən Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülmüşdür. Göstərilən halları nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 6 saylı X3 Müəssisəsinin qeydiyyat üzrə böyük inspektoru Şahid1 ifadəsində göstərmişdir ki, məhkum Təqsirləndirilən şəxs 18 yanvar 2024-cü il tarixdə ərizə ilə müəssisə rəisinə müraciət etmiş və ona üç gün müddətində yaşadığı Şamaxı rayonu, Qonaqkənd kəndində yaşayan ailə üzvləri ilə görüşə icazə verilmişdir. Lakin, Təqsirləndirilən şəxs görüş müddəti başa çatdıqdan sonra müəssisəyə qayıtmalı olduğu halda heç bir üzrlü səbəb olmadan müəssisəyə geri qayıtmamışdır. Müəssisə əməkdaşları 22 yanvar 2024-cü il tarixdə məhkum Təqsirləndirilən şəxs yaşadığı Şamaxı rayonu, Qonaqkənd kəndində yerləşən evinə getmişlər. Həmin evə baxış keçirilsə də, məhkum qeyd edilən ünvanda olmamamışdır. Təqsirləndirilən şəxs yaxın qohumlarının məlumatına əsasən məhkum bu müddət ərzində bir gün yaşadığı ünvanda olmuş və sonradan çıxıb getmişdir. Bundan sonra məhkum Təqsirləndirilən şəxs ilə əlaqə saxlaya bilmədiklərini və sonuncunun harada olması barədə heç bir məlumatlarının olmadığını bildirmişlər. Təqsirləndirilən şəxs yaşadığı ünvanda baxış keçirilməsi barədə akt tərtib edilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində məhkum Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilmiş, 23 fevral 2024-cü il tarixdə müəssisənin digər əsəkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs qohumlarının yaşadığı ünvan 1 ünvanında saxlanılaraq müəssisəyə geri qaytarılmış və sonuncunun səhhəti ilə əlaqədar olaraq Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülmüş və bununla əlaqədar olaraq qanuna müvafiq olaraq müəyyən sənədləşdirmə aparılmışdır. Məhkəməyə iclasında şahid qismində dindirilmiş 6 saylı X3 Müəssisəsinin Əməliyyatrejim şöbəsinin rəisi Şahid2 və rəisin növbətçi köməkçisi Şahid3 məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə verərək Təqsirləndirilən şəxs görüş müddəti başa çatdıqdan sonra müəssisəyə qayıtmalı olduğu halda heç bir üzrlü səbəb olmadan müəssisəyə geri qayıtmadığını bildirmişlər. Cinayət işinin 22-ci vərəqəsində olanraportdan görünür ki, Təqsirləndirilən şəxs 22 yanvar 204-cü il tarixdə görüş müddəti başa çatdıqdan sonra müəssisəyə geri qayıtmamışdır. Cinayət işinin 24-cü vərəqəsində olan xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs görüş müddəti ərzində 01 gün yaşadığı Şamaxı rayonu, Qonaqkənd kəndində yerləşən evdə olmuşdur. Cinayət işinin 34-cü vərəqəsində olan 6 saylı X3 Müəssisəsinin 23 fevral 2024-cü il tarixli xüsusi məlumatdan görünür ki, müəssisə əməkdaşları tərəfindən davam etdirilən əməliyyat-axtrış tədbirləri nəticəsində xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs qohumlarının yaşadığı ünvan 1 ünvanında saxlanılaraq müəssisəyə geri qaytarılmışdır. Cinayət işinin 36-cı vərəqəsində olan 6 saylı X3 Müəssisəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs mənfi xarakterizə olunmuşdur. Cinayət işinin 50-ci vərəqəsində olan məhkumu X3 müəssisəsinə qəbul olunması və dəstəyə keçirilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən 6 saylı X3 Müəssisəsində qeydiyyata alınmış və dəstəyə keçirilmişdir. Cinayət işinin 52-ci vərəqəsində olan 6 saylı X3 Müəssisəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin müalicə müəssisəsinə köçürülmüşdür. Cinayət işinin 73-cü vərəqəsində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş 23 mart 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Abşeron Rayon Məhkəməsinin 07 aprel 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 177.2.2; 177.2.3 və 326.2-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.2 və 69.3-cü maddəsinə əsasən ona qəti olaraq 02 (iki) il 07 (yeddi) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Cinayət işinin 40-46-cı vərəqələrində olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 avqust 2013-cü il tarixli, 1(101)-781/2013 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 29, 177.2.3-2,177.2.2 və 177.2.3-2-ci maddələri ilə təqsirli bilinərək 585 manat cərimə cəzasından “28 May-Respublikas Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016ıcı il tarixli Qərarınnın 1.8-ci bəndinə əsasən azad olunmuş və məhkumluğu götürülmüş, Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 326.2-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.2 və 69.3-cü maddələrinə əsasən ona qəti olaraq 02 (iki) il 07 (yeddi) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilməklə cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci ildən hesablanmışdır. Cinayət işinin 47-49-cu vərəqələrində olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, məhkum Alıyev X2 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü üzrə cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün X3 müəssisəsinə keçirilmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respubliaksı Ədliyyə Nazirliyi Penitensiar Xidmət Müalicə Müəssisəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə 8 saylı X3 müəssisəsinə köçürülmüşdür. Cinayət işinin materiallarına əlavə olunmuş 8 saylı X3 müəssisəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Alıyev X2 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 326.2-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.2 və 69.3-cü maddələrinə əsasən qəti olaraq 02 il 07 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən hökm üzrə cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün X3 müəssisəsinə keçirilmişdir (cəzanın əvvəli xx.xx.2022, cəzasının sonu-xx.xx.2024) Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə və digər iş materialları ilə onun azadlıqdan məhrum etmə yerindən qısa müddətə getməsinə icazə müddəti başa çatdıqdan sonra geri qayıtmama cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 305-ci maddəsi ilə tövsif edilmiş, o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 305-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə yerindən qısa müddətə getməsinə icazəsi olan şəxsin icazə müddəti başa çatmaqdan sonra geri qayıtmaması-bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin qərarda məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikasının CM-in 59 və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 305-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. İş üzrə həmçinin müəyyən edilmişdir ki, Alıyev X2 Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli 1(012)-22/2023 saylı hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 326.2-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.2 və 69.3-cü maddələrinə əsasən ona qəti olaraq 02 (iki) il 07 (yeddi) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilməklə cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci ildən hesablanmışdır. Yəni, cəzasının sonu xx.xx.2024-cü il tarix olmaqla, bü günə çəkilməmiş cəzası 02 (iki) ay 03 (üç) gün təşkil edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(012)-22/2023 saylı hökmü ilə təyin edilmiş və bu günədək çəkilməmiş 02 (iki) ay 03 (üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirmək yolu ilə ona qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 22 oktyabr 2024-cü il tarixdən hesablanmalı və onun azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərcləri yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 305-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(012)- 22/2023 saylı hökmü ilə təyin edilmiş və bu günədək çəkilməmiş 02 (iki) ay 03 (üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirmək yolu ilə ona qəti olaraq 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 22 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 12 saata görə 72 (yetmiş iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərcləri yoxdur. Hökmdən elan olunandan (azadlıqdan məhrum etmə növündə cəza çəkən təqsirləndirilən şəxsə isə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №1(060)-826/2024
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-826/2024
22.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver