Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-83/2022 11.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və mülki iddia üzrə cavabdeh Təqsirləndirilən şəxs2, Onun müdafiəçisi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs1, Onun müdafiəçisi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında xx xxxxxxx 1982-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olan, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələri ilə təqsirləndirilməsinə dair xx xxxxxxx 1989-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 2 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq Sumqayıt şəhəri, Stansiya Sumqayıt ərazisində yerləşən fərdi tikilidə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq etmiş, eləcə də dəmir yolu xətlərinə münasibətdə təkrar oğurluq etmiş, yəni özgənin əmlakını gizli olaraq talamışdır. Belə ki, o, 11 aprel 2021-ci il tarixdə, saat 23:00 radələrində Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin Baş Sumqayıt dəmir yolu stansiyasının H.Z.Tağıyev mənzilinin 2620-ci kilometrliyində dayanmış “Bakı sənayə Tikinti MMC-yə” məxsus Qaz-66 markalı, **-OH-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanc yeri hesab edilən yük bölməsinə qanunsuz daxil olmaqla oradan ümumi dəyərləri 1179.50 manat təşkil edən, 650 manat dəyərində 130 metr uzunluğunda 4x10 mm ölçülü kabel, 229.50 manat dəyərində 17 qutu “Azkaynak ASR” 143 markalı qaynaq çubuqları, 300 manat dəyərində bir ədəd “Recanta 300 A” markalı qaynaq aparatını götürüb aparmaqla oğurluq etmiş, yəni özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla gizli olaraq talamışdır. Bundan əlavə Təqsirləndirilən şəxs2 29 aprel 2021-ci il tarixdə saat 11:00 radələrində özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin Baş Sumqayıt stansiyasının Şirvan yolu istiqamətində gedərək orada yerləşən 2 №-li Biləcəri İşarəvermə və Rabitə sahəsindən 240 manat dəyərində “MKBAB” markalı 14x4 tipli rabitə kabelinin 40 metr hissəsini aparmaqla təkrar oğurluq etmiş, yəni özgənin əmlakını dəmir yolu xətlərinə münasibətdə törətməklə təkrar gizli olaraq talamışdır. Bununla da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq etmiş, yəni özgənin əmlakını gizli olaraq talamışdır. Belə ki, o, 11 aprel 2021-ci il tarixdə, saat 23:00 radələrində Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin Baş Sumqayıt dəmir yolu stansiyasının H.Z.Tağıyev mənzilinin 2620-ci kilometrliyində dayanmış “Bakı sənayə Tikinti MMC-yə” məxsus Qaz-66 markalı, **-OH-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanc yeri hesab edilən yük bölməsinə qanunsuz daxil olmaqla oradan ümumi dəyərləri 1179.50 manat təşkil edən, 650 manat dəyərində 130 metr uzunluğunda 4x10 mm ölçülü kabel, 229.50 manat dəyərində 17 qutu “Azkaynak ASR” 143 markalı qaynaq çubuqları, 300 manat dəyərində bir ədəd “Recanta 300 A” markalı qaynaq aparatını götürüb aparmaqla oğurluq etmiş, yəni özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla gizli olaraq talamışdır. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələri ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək göstərmişdir ki, qonşuluqda yaşayan Təqsirləndirilən şəxs1 uzun müddətdir tanıyır. Onunla münasibəti yaxşıdır, aralarında ədavət və düşmənçilikləri olmamışdır. 11 aprel 2021-ci il tarixdə saat 12:00 radələrində o, yaşadığı evdən bir qədər məsafədə Ceyhunla görüşmüş, həmin vaxt Ceyhun cibində bir qəpik də olsa pulu olmamasını demiş, bu vaxt o da maddi durumunun zəif olduğunu deyərək Ceyhunla yaxınlıqda yerləşən dəmir yolu xəttinin 5-6 metrliyində dayanmış Qaz-66 markalı, **-OH- *** nömrəli avtomobildən oğurluq etmək qərarına gəlmişlər. Həmin günü Ceyhunla o, saat 23:00 radələrində Qaz-66 markalı avtomobilinin yanına getmiş, ətrafa yaxınlıqda hər hansı bir şəxsin olub-olmaması üçün baxmış, sonra o, avtomobilin yük yerinə qalxmış, yük yerinin pəncərəsinə vurulmuş taxta parçasını qopardaraq avtomobilin yük yerinə daxil olmuş, həmin vaxt Ceyhun hər hansı bir şəxs gələrsə ona xəbər etməsi üçün avtomobilin yanında duraraq onu gözləmiş, sonra o, avtomobilin yük yerindən 120-130 metr uzunluğunda olan elektrik kabeli, 01 ədəd kiçik həcmli 02 amperlik qaynaq aparatını və təxminən 15-17 ədəd elektrod paçkasını avtomobildən Ceyhuna vermiş, sonra avtomobilin yük yerindən yerə düşmüşdür. Ceyhunla həmin avadanlıqları st. Sumqayıt ərazisində yerləşən körpünün yanında, çay qırağında, kol-kosluq ərazidə gizlətmək üçün aparmışlar. Həmin yerdə o, Ceyhunla mis kabelləri birlikdə yandırmış, yandırılmış kabellərin mis qırıntılarını kisəyə yığdıqdan sonra kisəni Ceyhun evinə aparmışdır. 12 aprel 2021-ci il tarixdə yaşadıqları qəsəbədə VAZ-2107 markalı avtomobili ilə taksi fəaliyyəti göstərən Müseyyib adlı şəxs avtomobili ilə kisədə olan mis qırıntılarını Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava qəsəbəsində yerləşən metal qəbulu məntəqəsinə aparıb təhvil verərərk 296 (iki yüz doxsan altı) manat pul almışlar. Həmin puldan onları aparan VAZ-2107 markalı avtomobilin sürücüsü Müseyyibə 20 (iyirmi) manat pul verilmiş, qalan pulları isə Ceyhunla birlikdə aralarında bərabər bölmüşlər. 13 aprel 2021-ci il tarixdə o, Ceyhunla gizlətdiyi oğurlanmış qalan avadanlıqlar olan yerə tək getmiş, avadanlıqların yerində olmadığını aşkar etmiş, sonradan Ceyhundan avadanlıqların harada olduğunu soruşmuş, Ceyhun ona həmin avadanlıqları aparıb metal qəbulu məntəqəsinə satdığını demişdir. Həmin tarixdə Baş Sumqayıt st. XPB-nin əməkdaşları tərəfindən oğurluq etmələri ilə bağlı daxil olmuş məlumat əsasında o, bölməyə dəvət olunarkən törətdiyi əməli etiraf etmiş, Ceyhunla birlikdə etdiyi oğurluq barədə ətraflı polis əməkdaşlarına danışmış, bundan sonra oğurluq hadisəsini Ceyhunla birlikdə törətdiyi yeri, həmin yerdən oğurladıqları avadanlıqları gizlətdikləri yeri, oğurladıqları kabelləri yandırdıqları yeri, həmçinin yandırdıqları kabellərdən çıxan mis qırıntılarını Ceyhunla təhvil verdiyikləri yeri polis əməkdaşlarına göstərmişdir. Bundan bir müddət sonra, 29 aprel 2021-ci il tarixdə saat 11:00 radələrində st. Sumqayıt dəmir yolu ərazisində, Bakı-Xaçmaz yolu istiqamətində dəmir yolunun sağında yerləşən otlaq sahədə olan zaman yaxınlıqdan keçən kabel xəttini görüb həmin kabelin bir hissəsini kəsərək satıb pul əldə etmək fikirinə gəlmişdir. Həmin vaxt dəmir yolu ərazisində yerləşən dəmir yoluna məxsus kabeldən təxminən 35-40 metr hissəsini kəsmiş, kabeli bükərək 50 metr həmin yerdən məsafədə yerləşən yaşadığı evin həyətinə aparmış, həyətinə olan girişdə darvazanın yanında kabeli yandırmış, kabelin mis qırıntılarını qablaşdıraraq həmin günü saat 14:00 radələrində ictimai nəqliyyat vasitəsi ilə aparıb Sumqayıt şəhəri ərazisində metal qəbulu məntəqəsində işləyən Elçin adlı şəxsə tərəzidə çəkərək 07 kiloqram misə görə 84 (səksən dörd) manat pul almışdır. Bundan bir qədər sonra Baş Sumqayıt st. XPB-nin əməkdaşları onun əməllərindən xəbər tutub onu bölməyə dəvət etmiş, bölmədə o, könüllü olaraq edtiyi əməlləri polis bölməsində etiraf etmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək göstərmişdir ki, 11 aprel 2021-ci il tarixdə saat 12-13 radələrində qonşuluqda yaşayan Təqsirləndirilən şəxs2 ilə görüşdüyü vaxt Ramil bir qəpikdə olsa pulunun olmadığından gileylənmiş, bu zəmində söhbət edərkən o da Ramilə maddi durumunun zəif olduğunu demişdir. Həmin vaxt onlar yaxınlıqda yerləşən dəmir yolu xətdinin 5-6 metrliyində duran QAZ-66 markalı, **-OH-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə girib oradan oğurluq etmək qərarına gələrək həmin günü saat 23:00 radələrində Qaz-66 markalı avtomobilin yanına getmişlər. Orada onlar yaxınlıqda hər hansı bir şəxsin olub-olmamasını yoxlamaq üçün ətrafa baxaraq sonra avtomobilə yaxınlaşmış, Ramil avtomobilin yan tərəfinə qalxaraq yük yerinin pəncərəsinə vurulmuş taxta parçasını yerindən qopartmış, yük yerinə daxil olmuş, həmin vaxt o, aşağıda Ramili gözləyərək ətrafa hər hansı bir şəxs gəlsə məlumat vermək üçün baxmış, Ramil avtomobilin yük yerindən təxminən 130 metr uzunluğunda elektrik kabeli, 01 ədəd kiçik həcimli 02 amperlik qaynaq aparatını və təxminən 16-17 paçka elektrodu ona vermişdir. Sonra Ramil həmin avtomobilin yük yerindən çıxmış, o, Ramil ilə birlikdə həmin avadanlıqları stansiya Sumqayıtın ərazisində yerləşən körpünün sağ tərəfində yerləşən otlaq sahəsinə aparmış, ağac və kol-kos olan yerdə gizlətmişlər. Sonra onlar mis kabelləri yandıraraq onun yaşadığı evin həyətinə aparmışlar. Daha sonra qəsəbələrində taksi fəaliyəti göstərən Müseyyib adlı şəxsə yaxınlaşaraq onu və tanışı Ramili Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava qəsəbəsində yerləşən metal qəbulu məntəqəsinə aparmasını xahiş etmiş, buna görə taksi sürücüsü Müseyyib ondan 20 (iyirmi) manat yol pulu istəmiş, razılığa gələndən sonra evinə getmiş və bir qədər sonra Müseyyib onun dalınca gəlmişdir. Bu vaxt o, həyətində gizlətdiyi mis qırıntıları olan kisəni çıxardıb avtomobilin yük yerinə qoymuş, avtomobilə əyləşərək Müseyyibdən qəsəbənin çıxışında avtomobilini saxlayaraq qonşusu Ramili də götürməsini xahiş etmişdir. Sonra o, yolun kənarında onu gözləyən Ramili götürərək Bakı şəhərinə getmişdir. Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava qəsəbəsində yerləşən metal qəbulu məntəqəsinə çatanda orada işləyən metal qəbul edən şəxsə yaxınlaşmış, mis qırıntıları satmaq istədiyini demiş, həmin şəxs ondan gətirdiyi mis qırıntılarının oğurlanıb-oğurlanmaması barədə soruşmuş, o da cavab olaraq həmin qırıntıların özünə məxsus olmasını demiş, bu vaxt metal qəbul edən şəxs ondan şəxsiyyət vəsiqəsinin surətini istəmiş, o da həmin şəxsə şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Metal qəbul edən şəxs onun şəxsiyyət vəsiqəsinin şəklini çəkmiş, sonra həmin şəxs onun gətirdiyi mis qırıntılarını tərəzidə çəkmiş, kisədə 24 kiloqram 700 qram mis qırıntıları olmasını demiş, hər kiloqram mis qırıntısına görə ona 12 (on iki) manat hesablamaqla 296 (iki yüz doxsan altı) manat pul vermişdir. Bundan sonra o, həmin yerdən çıxmış, aldığı puldan 20 (iyirmi) manat taksi sürücüsü Müseyyibə vermiş, qalan pulları isə Ramil ilə birlikdə bölmüşdür. Bakıdan qayıdandan sonra onlar stansiya Sumqayıtın ərazisində avtomobildən düşərək hərə öz evinə getmişdir. 13.04.2021-ci il tarixdə saat 09:00 radələrində o, qaynaq aparatını və elektrodları gizlətdikləri yerə Ramildən xəbərsiz gedərək avadanlıqları götürüb ictimai nəqliyyatla Ceyranbatan qəsəbəsinə aparmış, orada yerləşən dəmir qapı-pəncərə sexində metal qəbul edən şəxsə təhvil vermiş, həmin yerdə ona qaynaq aparatına görə təxminən 50 (əlli) manat, 17 paçka elektrodlara görə isə təxminən 65 (altmış beş) manat pul verilmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxslər "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə1 və "xxxx" QSCnin 2 №-li Biləcəri İşarəvermə və Rabitə sahəsinin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının CPM-nin 315.2-ci maddəsini rəhbər tutub işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə1 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, o, Bakı Sənayə Tikinti MMC-nin direktoru vəzifəsində işləyir. 2021-ci ilin mart ayından işlədiyi şirkət ADY QSC-nin st. Sumqayıt ərazisində yerləşən hissəsində yenidən qurulan dəmir yolunda qaz və su xətlərinin köçürülməsi işlərini qurması ilə məşğuldur. 10.04.2021-ci il tarixdə şənbə günü olduğu üçün saat 18:00 radələrində günlük işlərini tamamlayaraq avadanlıqları dəmir yolu kənarının 8-10 metr məsafəsində saxladıqları Qaz 66 markalı, **- OH-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə yükləyib avtomobilin qapılarını bağlayıb avtomobili həmin yerdə saxlamaqla çıxıb getmişlər. 12.04.2021-ci il tarixdə yeni iş günü ilə əlaqədar saat 09:00 radələrində işə gəlib şirkətlərində mühəndis vəzifəsində işləyən Elman Orucovla birgə avtomobili açıb avadanlıqlardan istifadə etmək istəyərkən 17 paçkada olan, hər birində 100 ədəd çubuq olmaqla ikilik elektrodların, bir ədəd qaynaq aparatının və iki bağlamada, birində 60 metr və ikincisində 70 metr uzunluğunda, yəni ümumilikdə 130 metrlik güc kabelinin naməlum şəxs (şəxslər) tərəfindən oğurlanmasını aşkar etmiş, bundan sonra bu barədə Baş Sumqayıt st. XPB-nə müraciət edərək hadisə barədə məlumat vermişdir. ********* saylı cinayət işində zərər çəkmiş şəxsin, yəni "xxxx" MMC-nin nümayəndəsi kimi iştirak etməklə 12 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 "xxxx" MMC-yə vurulmuş maddi ziyanın 1179,50 (bir min yetmiş doqquz manat əlli qəpik) manat dəyərində hesablanması ilə tam razıdır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı Sənayə Tikinti MMC-nin 007/02-bst-22 nömrəli, 17.02.2022-ci tarixli ərizəsindən görünür ki, Azərbaycan Respublikası Bakı Sənayə Tikinti MMC-yə dəyən ziyan ödənilmişdir, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş zərərçəkmiş hüquqi şəxs "xxxx" QSC-nin 2 №-li Biləcəri İşarəvermə və Rabitə sahəsinin nümayəndəsi Nümayəndə2 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, o, "xxxx" QSC-nin 2 №-li Biləcəri İşarəvermə və Rabitə sahəsinin Baş Sumqayıt stansiyasının böyük elektrik mexaniki vəzifəsində işləyir. ********* saylı cinayət işində zərər çəkmiş şəxsin, yəni ADY QSC-nin 2 №-li Biləcəri İşarəvermə və Rabitə sahəsinin nümayəndəsi kimi iştirak edir. 29 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 ADY QSC-nin 2 №-li Biləcəri İşarəvermə və Rabitə sahəsinin vurulmuş maddi ziyanın 240 manat dəyərindədir. İş materiallarında olan "xxxx" QSC tərəfindən verilmiş mülki iddia ərizəsindən görünür ki, cavabdeh Təqsirləndirilən şəxs2 vurduğu maddi ziyana görə 240 manat və ödənilmiş 30 manat dövlət rüsumu alınıb iddiaçı Azərbaycan Dəmir Yolları QSC-yə ödənilməsi xahiş edilmişdir. Məhkəmə iclasında ifadəsi tədqiq edilərək elan edilmiş Şahid2 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, özünə məxsus ağ rəngli VAZ- 2107 markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti göstərir. 12 aprel 2021-ci il tarixdə, saat 15:00 radələrində qəsəbə ərazisində olan zaman qəsəbə sakini Təqsirləndirilən şəxs1 ona yaxınlaşaraq Bakı şəhəri, Yasamal rayonuna gedib qayıtmaq istədiyini demiş, buna görə o, Ceyhundan 20 (iyirmi) manat pul istəmişdir. Ceyhunla razılığa gələndən sonra Ceyhun evinə gedəcəyini deyərək təxminən 10 dəqiqə sonra onun dalınca evlərinin qarşısına gəlməsini ondan xahiş etmişdir. Bir qədər sonra Ceyhunun dalınca onun yaşadığı evinin qarşısına getmiş, həmin vaxt Ceyhun əlində bir ədəd ağ rəngli, içərisi dolu vəziyyətdə olan kisə ilə çıxaraq həmin kisəni avtomobilin yük yerinə qoymuşdur. Bundan sonra Ceyhun avtmobilə əyləşmiş, o, avtomobilini işə salıb yola düşmək istəyəndə Ceyhun ondan avtomobili qəsəbənin çıxışında saxlamasını və qəsəbə sakini Təqsirləndirilən şəxs2 da götürməsini xahiş etmişdir. Qəsəbənin çıxışında avtomobili saxlamış, Ramil də avtomobilə əyləşmişdir. Yol gedərkən Ramil ilə Ceyhun avtomobilin yük yerinə qoyduqları kisədə mis naqillərinin qırıntıları olmasını bildirərək, həmin kisədə olan mis qırıntılarını Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava qəsəbəsində yerləşən metal qəbulu məntəqəsinə təhvil vermək istədiklərini demişlər. Həmin ünvana çatdıqda Ceyhun kisədə olanları metal qəbulu məntəqəsinə təhvil vermiş, sonra ona razılaşdıqları 20 (iyirmi) manat pulu vermiş, qayıdanda Ramil ilə Ceyhun birlikdə Baş Sumqayıt stansiyası ərazisində avtomobildən düşmüşdürlər. Məhkəmə iclasında ifadəsi tədqiq edilərək elan edilmiş Şahid3 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava qəsəbəsində metal qəbulu məntəqəsində metal qəbulçusu işində işləyir. 12 aprel 2021-ci il tarixdə saat 15:00 radələrində işdə olarkən iki nəfər şəxs əllərində bir ədəd ağ kisə ilə onun iş yerinə gələrək mis qırıntıları gətirdiklərini və təhvil vermək istədiklərini demişlər. O, həmin kisəyə baxıb içərisində mis qırıntılarının olmasını görmüş və həmin şəxslərdən kisədə olan mis qırıntılarının onlardan hardan olmasını soruşmuş, onlardan mis qırıntılarının oğurlanıboğurlanmadığını soruşmuş, bu vaxt həmin şəxslərdən biri Ceyhun elektrik işlədiyini və həmin mis qırıntılarını uzun müddət ərzində topladığını ona demişdir. Bundan sonra o, Ceyhundan şəxsiyyət vəsiqəsini istiyərək almış, mobil telefonu ilə şəxsiyyət vəsiqəsinin şəklini çəkmiş, şəxsiyyət vəsiqəsinə baxarkən ona həmin şəxsin Təqsirləndirilən şəxs1 olması məlum olmuşdur. Bundan sonra o, mis qırıntılarını Ceyhundan götürmüş və tərəziyə qoyaraq çəkmiş, həmin mis qırıntılarının çəkisi 24 kq, 700 qram olmasına biləndən sonra hər kiloqram misə görə Ceyhuna 12 (on iki) manatdan hesablamaqla 296 (iki yüz doxsan altı) manat pul vermişdir. Həmin şəxslər pulu aldıqdan sonra çıxıb getmiş, sabahısı gün polis əməkdaşları onun işlədiyi yerə gələrək həmin şəxslərin mis qırıntıları satıb-satmadıqları barədə soruşanda o, hər şeyi olduğu kimi polislərə danışmış, həmin şəxslərə 296 (iki yüz doxsan altı) manat pul verdiyini demiş, Təqsirləndirilən şəxs1 məxsus şəxsiyyət vəsiqəsinin şəklini onlara təqdim edərək mis qırıntılarını polis əməkdaşlarına təhvil vermişdir. Məhkəmə iclasında ifadəsi tədqiq edilərək elan edilmiş Şahid1 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Ceyranbatan qəsəbəsində yerləşən dəmir qapıpəncərə sexində qaynağçı işləyir. 13 aprel 2021-ci il tarixdə saat 10:00 radələrində iş yerində olan zaman sonradan özünü Ceyhun kimi təqdim edən şəxs onun işlədiyi sexə gəlmiş, ona 17 paçka 2-lik elektrod, bir ədəd işlənmiş vəziyyətdə olan qaynaq aparatını təklif etmişdir. Həmin vaxt o, Ceyhundan həmin avadanlıqların hardan olduğunu soruşmuş, Ceyhun özü qaynaqçı olduğunu demiş və gətirdiklərinin özünə məxsus olmasını bildirmişdir. O, 17 paçkada olan elektrodlara və bir ədəd qaynaq aparatına görə Ceyhuna 145 manat pul verərək Ceyhunu yola salmışdır. 14 aprel 2021-ci il tarixdə onun işlədiyi sexə polis əməkdaşları gələrək ondan Ceyhun adlı şəxsin 17 paçka elektrod və bir ədəd qaynaq aparatı satıb-satmadığını soruşmuşlar. Həmin vaxt o da hər şeyi olduğu kimi danışıb elektrodlar və bir ədəd qaynaq aparatını polis əməkdaşlarına təhvil vermişdir. İş materiallarında olan məhkəmə əmtəəşünaslıq ekspertizasının 27 yanvar 2021-ci il tarixli, 9/2509 saylı ekspert rəyinə əsasən ümumi dəyərləri 1179 manat 50 qəpik olan 130 metr uzunluğunda kabelin (130 x 5m) 650 manat, 17 qutu Azkaynak ASR 143 markalı qaynaq çubukları (17 x 13,50 qəpik) 229 manat 50 qəpik, Recenta 300A markalı qaynaq aparatının 300 manat dəyərində olmuşdur. İş materiallarında olan məhkəmə əmtəəşunaslıq ekspertizasının 27 may 2021-ci il tarixli, 9/3110 saylı ekspert rəyinə əsasən 14 x 4 tipli, MKBAB markalı naqilin, istifadəyə yararlı olmasını nəzərə almaqla 40 metrin 2021-ci ilin aprel ayına olan orta bazar qiyməti (40 metr x 6 manat) 240 (iki yüz qırx) manat dəyərində hesablanmışdır. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" MMC-in 19 aprel 2021-ci il tarixli cavab məktubundan görünür ki, 11 aprel 2021-ci il tarixdə oğurlanmış 130 metr uzunluğunda güc kabelinin 819 (səkkiz yüz on doqquz) manat, 17 paçka qaynaq çubukların 229 (iki yüz iyirmi doqquz) manat, 01 ədəd “Recenta 300 A” markalı qaynaq aparatının 428 (dörd yüz iyirmi səkkiz) manat qiyməti olmaqla qeyd olunan avadanlıqların ümumilikdə qiymət dəyəri 1476 (bir min dörd yüz yetmiş altı) manat təşkil etmişdir. İş materiallarında olan 22 iyul 2021-ci il tarixli qətimkan tədbiri seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 08 sentyabr 2021-ci il tarixli qətimkan tədbiri seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 23 saylı MKS tərəfindən verilmiş 56 nömrəli, 20.08.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 müsbət xarakterizə olunur. İş materiallarında olan 23 saylı MKS tərəfindən verilmiş 593 nömrəli, 20.08.2021-ci il tarixli ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 ailəlidir və himayəsində 01 azyaşlı, 02 yetkinlik yaşına catmayan uşağı vardır. İş materiallarında olan 23 saylı MKS tərəfindən verilmiş 57 nömrəli, 20.08.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 müsbət xarakterizə olunur. İş materiallarında olan 10.03.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, Təqsirləndirilən şəxs2 "xxxx" QSC-yə dəymiş maddi ziyandan 50 (əlli) manat ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və iş materialarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)- 743/2021 saylı, 22.12.2021-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olan şəxsdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-602/2021 saylı, 20.10.2021-ci il tarixli hökmdən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. İş materiallarında Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-743/2021 saylı, 22.12.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təyin edilmiş 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası “8 noyabr – Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin qərarının 5, 9.2.3, 9.3-cü bəndləri tətbiq edilməklə 01 (bir) il azaldılmış və üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarında olan Sumqayıt şəhər Probasiya Şöbəsi tərəfindən verilmiş məktubdan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 22.12.2021-ci il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinin hökmü ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuş Təqsirləndirilən şəxs2 ona təyin olunmuş cəzadan 01 (bir) ay 11 (on bir) gününü çəkmiş və çəkilməmiş cəzası 01 (bir) il 04 (dörd) ay 19 (on doqquz) gün təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və iş materialarında olan Sumqayıt Şəhər Məhkəməsinin 7(060)-254/2021 saylı, 14.12.2021-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-256/2021 saylı, 16.08.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 05 (beş) ay 17 (on yeddi) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 7(060)-254/2021 saylı, 14.12.2021-ci il tarixli qərarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)- 256/2021 saylı, 16.08.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 05 (beş) ay 17 (on yeddi) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs1 “8 noyabr – Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.5-ci bəndinə əsasən hökmlə ona təyin olunmuş cəzadan azad edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-629/2021 saylı, 20.11.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarından müəyyən olunur ki, "xxxx" MMC-yə məxsus bir ədəd “Recenta 300 A” markalı qaynaq aparatı, 17 qutu “Azkaynak ASR” markalı qaynaq çubuqları, 130 metr uzunluğunda 4x10 mm ölçülü olan kabelin mis qırıntıları, həmçinin ADY QSC-nin H.Z.Tağıyev işarəvermə və rabitə sahəsinə məxsus 40 metr uzunluğunda olan 14x4 tipli MKBAB markalı naqilin mis qırıntıları "xxxx" MMC-yə qaytarılmışdır. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 23.09.2021-ci il tarixli qərarından görünür ki, Şahid2 barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə, X1, Şahid3 və Şahid1 barələrində Azərbaycan Respublikası CM-nin 194-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs2 himayəsində 01 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın qismən ödəməsini Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsinə əsasən, təqsirini səmimi etiraf etməsini, əməlindən peşman olmasını və yaşayış yerində müsbət xarakterizə olunmasını isə Azərbaycan Respublikası CM-nin 59.2ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə, Təqsirləndirilən şəxs1 Eynulla oğlunun cinayət nəticəsində dəymiş ziyanın tam ödəməsini Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən, təqsirini səmimi etiraf etməsini, əməlindən peşman olmasını və yaşayış yerində müsbət xarakterizə olunmasını isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Eynulla oğlunun cəzalarını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin müddəalarına uyğun cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini tədqiq edib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Abdulov X2 Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini, Təqsirləndirilən şəxs1 isə Azərbayan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onların əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Azərbayan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələrinin sanksiyası həddində, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.1, və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələri ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin 22.12.2021-ci il tarixli qərarı ilə təyin edilmiş 01 (bir) il 06 (altı) ay azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 04 (dörd) ay 19 (on doqquz) gün azadlığın məhdudlaşdırılması cəzası hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzanın çəkilməsi müddəti cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, mülki iddia qismən təmin edilərək təqsirləndirilən şəxs və mülki iddia üzrə cavabdeh Təqsirləndirilən şəxs2 190 (yüz doxsan) manat məbləğində pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq "xxxx" QSCyə verilməli və ekspertiza tədqiqatının dəyəri olan 75 (yetmiş beş) manat məbləğində pul Təqsirləndirilən şəxs2 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, cəzanın çəkilməsi müddəti cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli və Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-629/2021 saylı, 20.11.2021ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınmalı və ekspertiza tədqiqatının dəyəri olan 25 (iyirmi beş) manat məbləğində pul Təqsirləndirilən şəxs1 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Bundan başqa "xxxx" MMC-yə məxsus bir ədəd “Recenta 300 A” markalı qaynaq aparatı, 17 qutu “Azkaynak ASR” markalı qaynaq çubuqları, 130 metr uzunluğunda 4x10 mm ölçülü olan kabelin mis qırıntıları, həmçinin ADY QSC-nin H.Z.Tağıyev işarəvermə və rabitə sahəsinə məxsus 40 metr uzunluğunda olan 14x4 tipli MKBAB markalı naqilin mis qırıntıları "xxxx" MMC-yə qaytarılması nəzərə alınmalıdır. İş üzrə müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələri ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-743/2021 saylı, 22.12.2021-ci il tarixli qərarı ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuş Təqsirləndirilən şəxs2 ona təyin olunmuş cəzanın çəkilməmiş cəzası 01 (bir) il 04 (dörd) ay 19 (on doqquz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, st. Sumqayıt ev 7, mənzil 1 ünvanı tərk etməmək, Abşeron rayon, Bakı və Sumqayıt şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin və Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-629/2021 saylı, 20.11.2021-ci il tarixli qərarı ilə onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınsın. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, St. Sumqayıt ərazisində yerləşən fərdi tikili ünvanı tərk etməmək, Abşeron rayon, Bakı və Sumqayıt şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Ekspertiza tədqiqatının dəyəri olaraq 75 (yetmiş beş) manat məbləğində pul Təqsirləndirilən şəxs2, 25 (iyirmi beş) manat məbləğində pul Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Zərərçəkmiş hüquqi şəxs və mülki iddia üzrə iddiaçı "xxxx" QSC tərəfindən verilmiş mülki iddia qismən təmin olunsun. Cinayət əməli nəticəsində 190 (yüz doxsan) manat məbləğində pulun və "xxxx" QSC tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun təqsirləndirilən şəxs və mülki iddia üzrə cavabdeh Təqsirləndirilən şəxs2 alınaraq zərərçəkmiş hüquqi şəxs və mülki iddia üzrə iddiaçı "xxxx" QSC-yə ödənilsin. "xxxx" MMC-yə məxsus bir ədəd “Recenta 300 A” markalı qaynaq aparatı, 17 qutu “Azkaynak ASR” markalı qaynaq çubuqları, 130 metr uzunluğunda 4x10 mm ölçülü olan kabelin mis qırıntıları, həmçinin ADY QSC-nin H.Z.Tağıyev işarəvermə və rabitə sahəsinə məxsus 40 metr uzunluğunda olan 14x4 tipli MKBAB markalı naqilin mis qırıntıları "xxxx" MMC-yə qaytarılması nəzərə alınsın. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-83/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-83/2022
11.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver