Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-835/2024 04.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Rafiq oğlunun sədrliyi, Bəşirov Şahin Məmmədsala oğlunun katibliyi ilə Dövlət ittihamçısı X1, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 1991-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkum olunmuş, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, xeyli miqdarda 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,291 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və xeyli miqdarda 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,354 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, 15 avqust 2024-cü il tarixdə saat 16:15 radələrində Sumqayıt ŞPİ-nin, 5-ci PB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən “Billur” şadlıq çevinin yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-nin, 5-ci PB-nə gətirilərək üzərində aparılan şəxsi axtarış zamanı 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,291 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,354 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin əynindəki şalvarının sağ arxa cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, əvvəllərdə narkotik vasitələrdən istifadə etdiyi üçün məhkum edilmişdir. Belə ki, bədənində ağrılar olduğundan həmişəki kimi psixotrop maddə metamfetamin və narkotik vasitə heroin almaq qərarına gəlmişdir. Bu məqsədlə 15 avqust 2024-cü il tarixdə saat 10 radələrində Bakı şəhəri, 20 Yanvar dairəsi yaxınlığında olduğu zaman tanımadığı şəxsdən öz istifadəsi üçün 50 manat məbləğində 1 ədəd bükümdə psixotrop maddə metamfetamin və narkotik vasitə heroin almış və üzərində saxlamışdır. 15 avqust 2024-cü il tarixdə təxminən saat 16:15 radələrində Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən “Billur” şadlıq evinin yaxınlığında olduğu zaman mülki geyimli şəxslər ona yaxınlaşmış və özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirərək, ona narkotik vasitə üzərində daşımağında, gəzdirməyində və istifadəsində şübhəli olduğu üçün Sumqayıt ŞPİ-nin, 5-ci PB-nə dəvət etmişlər. Bölmədə xidməti otaqların birində müdafiəçinin iştirakı ilə və video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Lakin əvvəlcə ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet vardırsa təqdim etməsi təklif olunmuş və o, şalvarının sağ arxa cibində saxladığı 1 ədəd bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Həmin büküm açılan zaman içərisində daha 2 ədəd büküm çıxmış və həmin bükümlər də açılan zaman içərisində psixotrop maddə metamfetamin və narkotik vasitə heroin olduğu müəyyən olunmuşdur. Daha sonra aşkar olunmuş maddələr qablaşdırılaraq götürülmüşdür. Hazırda o, etdiyi əməldən səmimi peşman olduğunu və 3-cü qrup əlil olmasını nəzərə alaraq yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 vermiş olduğu ifadəsində göstərmişdir ki, o, Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Belə ki, Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs psixotrop maddələrin, narkotik vasitələrin qanunsuz dövriyyəsi, istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş və bu məqsədlə əməliyyat qrupu yaradılaraq tədbir keçirmişlər. Keçirilən tədbirlər nəticəsində xx.xx.2024-cü il tarixdə saat 16:15 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən “Billur” şadlıq evinin yaxınlığında küçədə hərəkət edərkən saxlanılmış və ona psixotrop maddələrin, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib Sumqayıt ŞPİ-nin 5-ci PB-nə getməyə dəvət etmişlər. Bölmədə inzibati otaqlarının birində videoçəkiliş aparılmaqla, həmçinin müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzrəinə baxış keçirilmişdir. Hətta baxış keçirilməzdən əvvəl ona üzərində qeyri qanuni nə varsa təqdim etməsi təklif olunmuş və Təqsirləndirilən şəxs özü əynində olan cins şalvarın arxa sağ cibindən bir ədəd siqaretin qızılı kağızma bükülmüş bir büküm çıxararaq masanın üzərinə qoymuşdur. Təqdim olunmuş büküm açılan zaman bükülünün içərisində iki ədəd şəffaf sellofana bükülmüş büküm müəyyən olunmuş və həmin bükülü açılan zaman birinin içərisində ağ rəngli kristal formada psixotrop maddə metamfetaminə bənzər, digər sellofan bükülüsü açılan zaman isə içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir sellofan bükülüdəki kütlənin psixotrop maddə olan metamfetamin, digər sellofan bükülüdəki kütlənin isə narkotik vasitə olan heroin olduğunu, həmin kütlələri xx.xx.2024-cü il tarixdə saat 10 radələrində Bakı şəhəri, 20 yanvar dairəsi yaxınlığında üzdən tanıdığı şəxsdən ümumilikdə 50 manata aldığını bildirmişdir. Aşkar edilmiş kütlələr ayrı ayrılıqda elektron tərəziyə qoyulub çəkilmiş, daha sonra müvafiq qaydada qablaşdırılaraq möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, iştirakçılar tərəfindən imzalanmışdır. O, əlavə olaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında dindirilmiş Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. İş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 16 avqust 2024-cü il tarixli 3- 16-16/2-6/4190 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 242” möhür əksi, “Saxlanılan şəxs ...Təqsirləndirilən şəxs...” və s. adlar, soyadlar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,354 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 01 ədəd bükümdə təmiz çəkisi 0,291 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 21 avqust 2024-cü il tarixli 5746 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal hazırda Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir.Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli tələbnamə – arayışdan görünür ki, xx.xx.1991-cı il təvəllüdlü Təqsirləndirilən şəxs Yasamal rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli Amnistiya qərarının 3-cü bəndinə əsasən cəzanın qalan hissəsindən azad edilmişdir. Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 180.3.2, 93.1.2ci maddələri təqsirli bilinib 09 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci ildə Bakı Apelyasiya məhkəməsinin qərarı ilə cəza müddəti 06 ilə endirilmişdir. xx.xx.2018-ci ildə Xətai rayon məhkəməsinin qərarı ilə onun əməli CM-nin 180.2.3 və 180.2.5-ci maddələrinə tövsif edilmiş, cəzası 06 il 06 aya endirilmişdir. xx.xx.2023-cü ildə cəzasının sonu ilə azad edilmişdir. İş üzrə toplanmış sübutları araşdırıb məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş ona istinad edilən cinayətin törədilməsində təqsirli hesab edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs bu cinayət əməllərini törətməsi onun özünün səmimi etiraf ilə, həmçinin şahidlərin ifadəsi, video görüntülər və iş materiallarında olan və məhkəmə istintaqı zamanı araşdırılmış digər sübutlarla tam təsdiqini tapır. Təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, həmçinin yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, xeyli miqdarda 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,291 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və xeyli miqdarda 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,354 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, 15 avqust 2024-cü il tarixdə saat 16:15 radələrində Sumqayıt ŞPİ-nin, 5-ci PB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən “Billur” şadlıq çevinin yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-nin, 5-ci PB-nə gətirilərək üzərində aparılan şəxsi axtarış zamanı 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,291 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,354 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin əynindəki şalvarının sağ arxa cibindən aşkar edilərək götürülmüşdür. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir və həmin maddənin sanksiyası həddi daxilində cəzalandırılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməllərini törədərkən məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, məhkəmə cəza təyin edərkən, təqsirkarın şəxsiyyətini, törətmiş olduğu əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal onun İİİ qrup əlil olmasıdır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivi müəyyən edilmişdir. Azərbaycan Respublikasının CM-nin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halın olmamasını, lakin cəzanı ağırlaşdıran halın mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 0,241 qram təşkil edən psixotrop maddə metamfetamin və 0,304 qram narkotik vasitə heroin qanuna müvafiq qaydada məhv edilməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə tədbiri tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə məhkəmə xərci olan 110 (yüz on) manat məbləğində ekspertiza tədqiqatının dəyəri Azərbaycan Respublikası CPM-in 198.1-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs üzərinə qoyularaq ondan tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də 60 (altımış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut olan bir ədəd “DVD” disk cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbycan Respublikası CPM-nın 348, 356, 358-ci maddələrini rəhbər tutub, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 15 avqust 2024-cü il tarixdən 17 avqust 2024-cü il tarixədək tutulduğu müddət ona təyin edilmiş cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli onun tutulduğu 04 dekabr 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,241 qram təşkil edən psixotrop maddə metamfetamin və 0,304 qram narkotik vasitə heroin qanuna müvafiq qaydada məhv edilsin. İş üzrə məhkəmə xərci olan 110 (yüz on) manat məbləğində ekspertiza tədqiqatının dəyəri məhkum Təqsirləndirilən şəxs üzərinə qoyularaq ondan tutulub dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan 1 (bir) ədəd “DVD” disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altımış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №1(060)-835/2024
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-835/2024
04.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver