Məhkəmə qərarları › İş №1(060)-837/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-837/2023

13.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-837/2023 13.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçisi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1981-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi işlə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2an, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən ümumilikdə 03 (üç) ədəd qırmızı rəngli həbdə tramadol hidroxloridin təsir maddəsinin ümumi miqdarı 0,675 qram təşkil edən, üzərində “X3” göstəricisi olan 02 (iki) ədəd konvalyut kəsiyində narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edici maddəni satış məqsədi ilə qanunsuz əldə edib üstündə saxlamaqla daşımış, xx.xx.2023-cü il tarixdə saat 02:03 radələrində Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində yerləşən, Zirvə idman klubunun inzibati binasının qarşısında küçədə saxlanılaraq Sumqayıt ŞPİ-nə dəvət edilmiş və xidməti otaqların birində videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan tünd göy idman şalvarının sağ yan cibindən ümumilikdə 03 (üç) ədəd qırmızı rəngli həbdə tramadol hidroxloridin təsir maddəsinin ümumi miqdarı 0,675 qram təşkil edən, üzərində “X3” göstəricisi olan 02 (iki) ədəd konvalyut kəsiyində narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 240.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 3si ilə birlikdə yaşayır. Əvvəllər məhkum olmamış, cinayət hadisəsi törətməmişdir. Ailəlidir, himayəsində iki azyaşlı övladı var, rəsmi iş yeri yoxdur, fəhləlik işi olanda işləyib ailəni dolandırır. 5-6 aydır narkotik vasitə aludəçisidir, psixotrop maddə metamfetamindən çəkməklə istifadə edir, arada isə tramadol həbi qəbul edir. Tələbatını ödəmək üçün müxtəlif yerlərdə tanımadığı şəxslərdən psixotrop maddə, tramadol həbi alır. xx.xx.2023-cü il tarixdə təxminən saat 02:03 radələrində Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində yerləşən Zirvə idman klubunun qarşısında piyada olan zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edib, onu narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğunu bildirib Sumqayıt ŞPİ-nə dəvət etmişlər. O, etiraz etməmiş, özü polis əməkdaşları ilə birlikdə Sumqayıt ŞPİ-nə gəlmişdir. İdarənin xidməti otaqların birində üzərinə videoçəkiliş ilə şəxsi axtarış keçiriləcəyini bildirmişlər, o, buna etiraz etməmiş, ona hüquq və vəzifələri barədə bildiriş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili X5 təqdim olunmuşdur. O, vəkilə etiraz etməmişdir. Daha sonra isə videoçəkiliş ilə üzərinə şəxsi axtarış keçiriləcəyini bildirərək üzərində qanunla qadağan edilmiş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif etmişlər. Bundan sonra o, əynində olan tünd göy idman şalvarının sağ yan cibində saxlamış olduğu 03 (üç) ədəd üzərində “tramadol” yazıları olan həbləri və 01 (bir) ədəd qara rəngli “Samsunq” markalı mobil telefonu təqdim etmişdir. Sorğu zamanı aşkar olunan həblərin “tramadol” həbləri olduğunu, həmin həbləri təxminən bir həftə əvvəl Bakı şəhəri, 3-cü mikrorayon dairəsində üzdən tanıdığı, lakin adını bilmədiyi bir şəxsdən birini 03 (üç) manatdan olmaqla 09 (doqquz) manata aldığını və xəstə olan yaxın tanışlarına satmaq məqsədilə üzərində gəzdirdiyini, əvvəllər də bir neçə dəfə həmin şəxsdən həmin həblərdən satmaq məqsədilə aldığını bildirmişdir. Daha sonra üzərindən aşkar olunmuş həblər cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı X4 tərəfindən müvafiq qaydada qablaşdırılmış və möhürlənmiş, həmçinin üzərindən aşkar olunmuş 01 (bir) ədəd qara rəngli “Samsunq” markalı mobil telefon, üzərində olan ***-***- **-** saylı nömrə ilə birlikdə iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür. Onu da qeyd etdi ki, həmin “Samsunq” markalı mobil telefon və üzərində olan ***-***-**-** saylı mobil nömrə onun özünə məxsusdur, özü istifadə edir. Eyni zamada həmin tramadol həbindən arada istifadə etmiş, həm də hər bir tramadol həbini 03 (üç) manatdan alıb 01 (bir) manat artığına, yəni hər birini 04 (dörd) manatdan tanışlarına satmış, əldə etdiyi pulu şəxsi tələbatına xərcləmişdir. Artıq 5-6 aydır bu işlə məşğuldur. Üzərinə şəxsi axtarış aparılan zaman təqdim etdiyi “Samsunq” markalı mobil telefonda olan özünə məxsus ***-***-**-** saylı mobil nömrəyə gələn mesajların demək olar çoxusu ondan tramadol həbini almaq üçün göndərilmişdir. O, mobil nömrələrin sahiblərinə dəfələrlə tramadol həbinin hər birini 04 (dörd) manatdan satmışdır. Həmin şəxslərlə Sumqayıt şəhəri ərazisində, Bakı şəhəri ərazisində görüşmüş və onlara tramadol həbi satmışdır, ona görə də, həmin şəxslərin ünvanlarını bilmir, yalnız onlarla mobil telefon vasitəsilə əlaqə saxlamışdır. Əməlindən peşman olmasını və himayəsində 01 (bir) azyaşlı və 01 (bir) yetkinlik yaşına çatmayan uşaqlarının olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 ifadəsində bildirmişdir ki, ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs tərkibində güclü təsir edən maddə olan həbin qanunsuz dövriyyəsi, istifadə etməsi barədə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşı Şahid2 ilə birlikdə əməliyyat qrupu yaradaraq tədbirlər keçirmişlər. Keçirilən tədbirlər nəticəsində xx.xx.2023-cü il tarixdə saat 02:03 radələrində Təqsirləndirilən şəxs tərkibində güclü təsir edən maddə olan həbin qanunsuz dövriyyəsi, istifadə etməsində şübhəli olduğunu bildirib Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində yerləşən, Zirvə idman klubunun inzibati binasının qarşısında küçədə saxlayaraq Sumqayıt ŞPİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi məqsədilə Polis İdarəsinə Sumqayıt Regional Vəkil bürosunun vəkili X2 dəvət etmişlər, şəxsi axtarış keçirilməmişdən əvvəl isə saxlanılan Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra idarənin inzibati otaqlarının birində videoçəkilişlə üzərinə şəxsi axtarış keçirəcəklərini və üzərində qeyri qanuni nə varsa təqdim etməsini bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy idman şalvarının sağ yan cibində saxlamış olduğu 03 (üç) ədəd üzərində “tramadol” yazıları olan həbləri və 01 (bir) ədəd qara rəngli “Samsunq” markalı mobil telefonu təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs ondan aşkar olunan həblərin “tramadol” həbləri olduğunu, həmin həbləri təxminən 01 (bir) həftə əvvəl Bakı şəhəri, 3-cü mikrorayon dairəsində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən birini 03 (üç) manatdan olmaqla 09 (doqquz) manata aldığını və xəstə olan yaxın qohumlarına satmaq məqsədilə üzərində gəzdirdiyini, əvvəllər də bir neçə dəfə həmin şəxsdən həmin həblərdən satmaq məqsədilə aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həblər cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı X4 tərəfindən müvafiq qaydada qablaşdırılmış və möhürlənmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 (bir) ədəd qara rəngli “Samsunq” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin Kriminalistik tədqiqatlar bölməsinin inspektor-kriminalisti, polis mayoru X10 da Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanda yaşayır. Əvvəllər məhkum olunmamış, cinayət hadisəsi törətməmişdir. Rəsmi iş yeri yoxdur, özü mebel ustasıdır. Ailəlidir, himayəsində 02 (iki) azyaşlı övladı var. Təqsirləndirilən şəxs 04 (dörd) ay olar tanıyır. Həmin vaxtdan Təqsirləndirilən şəxs tramadol həbi satdığını bilmişdir. Ondan həmin vaxtdan arada-sırada 10-11 dəfə tramadol həbini birini 04 (dörd) manatdan özü istifadə etmək üçün almışdır. Ona tramadol həbi lazım olanda Elnura məxsus ***-***-**-** saylı mobil telefon nömrəsinə özünə məxsus ***-***-**-** mobil nömrəsindən mesaj yazmaqla almışdır. O, tramadol həbini yalnız Elnurdan özünə lazım olanda birini 04 (dörd) manat olmaqla almış, başqa heç kimdən almamış, almaqda məqsədi özü istifadə etmək olmuş, onun satmaq niyyəti olmamışdır. Sonuncu dəfə Elnura bu ilin iyun ayında özünə məxsus ***-***-**-** saylı mobil nömrədən gələcəyi günü yazıb görüşmək istədiyini mesaj yazmaqla bildirmişdir. Bu mesajı yazmaqda məqsədi ondan özü istifadə etmək üçün yenidən tramadol həbi almaq olmuşdur. Həmin mesajdan sonra Elnur ilə görüşüb ondan 2-3 ədəd hər birini 04 (dörd) manat olmaqla özü istifadə etmək üçün tramadol həbini almışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş şahidlər Şahid3 və Şahid5 da Şahid4 ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən “tramadol” yazıları olan həblərin aşkarlanaraq götürülməsini özündə əks etdirən 01 (bir) ədəd CD Compact diskə baxış keçirilmişdir. Görüntüdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 02:03 radələrində Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində yerləşən, Zirvə idman klubunun inzibati binasının qarşısında küçədə saxlayaraq Sumqayıt ŞPİ-nə dəvət edilmiş, idarədə Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşlarının və Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən Sumqaayıt Regional Vəkil Bürosunun vəkili X1 iştirakı ilə Sumqayıt ŞPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis kapitanı X4 tərəfindən şəxsi axtarış istintaq hərəkəti keçirilmişdir. Şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy idman şalvarının sağ yan cibində saxlamış olduğu 03 (üç) ədəd üzərində “tramadol” yazıları olan həbləri və 01 (bir) ədəd qara rəngli “Samsunq” markalı mobil telefonu təqdim etmiş. Sorğu zamanı Təqsirləndirilən şəxs ondan aşkar olunan həblərin “tramadol” həbləri olduğunu, həmin həbləri təxminən 01 (bir) həftə əvvəl Bakı şəhəri, 3-cü mikrorayon dairəsində üzdən tanıdığı lakin adını bilmədiyi şəxsdən birini 03 (üç) manatdan olmaqla 09 (doqquz) manata aldığını və xəstə olan yaxın qohumlarına satmaq məqsədilə üzərində gəzdirdiyini, əvvəllər də bir neçə dəfə həmin şəxsdən həmin həblərdən satmaq məqsədilə aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həblər cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı X4 tərəfindən müvafiq qaydada qablaşdırılmış və Azərbaycan Respublikası DİN-nin 124 saylı möhürü ilə möhürlənmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 (bir) ədəd qara rəngli “Samsunq” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 3- 16-16/2-6/3852 saylı rəyindən göründüyü kimi, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 124” dairəvi möhür əksləri olan, “...Saxlanılan şəxs: Təqsirləndirilən şəxs ...” ad, soyad və imzalar qeyd edilmiş 01 (bir) ədəd zərfdəki üzərində “X3” göstəricisi olan 02 (iki) ədəd konvalyut kəsiyində ümumilikdə 03 (üç) ədəd qırmızı rəngli həbdə tramadol hidroxloridin təsir maddəsinin ümumi miqdarı 0,675 qram təşkil edir (üzərində olan göstəriciyə əsasən 01 (bir) ədəd həbdə təsiredici maddənin miqdarı 0,225 qram). Tramadol hidroxlorid 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına” (1 nömrəli əlavə) daxildir. Qeyd: Tramadol həblərinin ümumi sayı – 03 ədəd, tədqiqata sərf edildi 01 ədəd, qalıq 02 ədəd. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Respublika Narkoloji Mərkəzi X13" tərəfindən verilmiş məhkəmə-narkoloji ekpsertizasının xx.xx.2023-cü il tarixli, 4566 saylı rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarından görünür ki, 03 (üç) ədəd, aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq sayı 02 (iki) ədəd olan tramadol həbləri cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 (bir) ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 (bir) ədəd “Samsunq” markalı mobil telefon və üzərində olan ***-***-**-** saylı mobil nömrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil telefon nömrəsinə gələn və gedən mesajlara baxış keçirildi, gələn mesajların dəqiq mətnləri protokola əlavə olundu, Təqsirləndirilən şəxs bildirdi ki, güclü təsir edici maddəni yalnız mobil telefonla əlaqə saxlamaqla satırmış, satdığı şəxslərin dəqiq ünvanları, özləri barədə heç bir məlumatı yoxdur. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il şübhəli şəxs qimsində tutulmuş, xx.xx.2023-cü il tarixdə Sumqayıt ŞPİ-nin MSY-dən azad olunaraq barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir və himayəsində 01 (bir) yetkinlik yaşına çatmayan və 01 (bir) azyaşlı uşaqları vardır (xx.xx.2008-ci təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X7). İş materiallarında olan 3 nömrəli MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələrinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqibi rədd edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində 01 (bir) azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, himayəsində 01 (bir) yetkinlik yaşına çatmayan uşağının olmasını və əməlini etiraf etməsini isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidlər dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 240.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 240.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən müəyyən edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri ilə əvəz edilməklə, məhkəmə iclas zalından həbs edilməli, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut 01 (bir) ədəd CD formatlı disk cinayət işində saxlanılmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan 03 (üç) ədəd, aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq sayı 02 (iki) ədəd olan tramadol həbləri məhv edilməli, maddi sübut olan 01 (bir) ədəd “Samsunq” markalı mobil telefon və üzərində olan ***-***- **-** saylı mobil nömrə Təqsirləndirilən şəxs qaytarılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 65,00 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə təqsirli bilinib 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri ilə əvəz edilməklə, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan 02 (iki) ədəd tramadol həbləri məhv edilsin. İş üzrə maddi sübut olan 01 (bir) ədəd “Samsunq” markalı mobil telefon və üzərində olan ***-***-**-** saylı mobil nömrə Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə maddi sübut 01 (bir) ədəd CD formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 65,00 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ013501**********1944 VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar