Məhkəmə qərarları › İş №1(060)-838/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-838/2024

24.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-838/2024 24.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Aslanova İradə Allahverdi qızının katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxx 1977-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, 9-cu məhəllə, yataqxana 9 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, 15-ci məhəllə, yataqxana 4, otaq 100də yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vumuşdur. Belə ki, Təqsirləndirilən şəxs 26 iyun 2024-cü il tarixdə, saat 11 radələrində Sumqayıt şəhəri, 41-ci məhəllə, yataqxana 16, otaq 56 ünvanında yerləşən mənzildə keçmiş həyat yoldaşı Şahid1 ilə mübahisə edib, sonuncunun ünvanına nalayiq ifadə işlətməsinə qızı Zərərçəkmiş şəxs müdaxilə edib, irad bildirməsi səbəbindən aralarında şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı əli ilə Zərərçəkmiş şəxs sifət nahiyəsinə sillə zərbəsi vurub ona üst dodağın sol hissəsinin qançırı kimi sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilməyən və üst dodağın sol hissəsinin selikli qişasının qançır fonunda yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirərək Zərərçəkmiş şəxs qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 128-ci maddəsi ilə təqsirli bilərək qeyd etdi ki, Zərərçəkmiş şəxs qızı, Şahid1 keçmiş həyat yoldaşıdır. Birgə nikahlarından Aydanla birlikdə üç övladı dünyaya gəlmiş, lakin 2011-ci il tarixdə azadlıqdan məhrum olunmuş, cəzasını çəkdikdən sonra Arifə ilə rəsmi olaraq boşanmışlar. Övladları Arifənin himayəsində qalmışdır. Belə ki, xx.xx.2023-cü il tarixdə cəzasını çəkib qurtardığından cəzaçəkmə müəssəsindən azad edilmiş, bir müddət övladları və Arifə ilə birlikdə Sumqayıt şəhəri, 41-ci məhəllə yataqxana 16 ünvanında yaşamışlar. Ancaq həmin müddətdə Arifə ilə aralarında narazılıq yaranmiş, yenidən Arifə və övladlarından ayrı yaşamağa başlamışdır. Buna baxmayaraq vaxt tapanda övladlarına baş çəkmək üçün onların yaşadığı evə getmişdir. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə yenidən övladlarına baş çəkmək üçün onların yaşadığı evə getmiş, həmin vaxt keçmiş həyat yoldaşı Arifə ilə aralarında mübahisə yaranmış, bu zaman qızı Aydan ona irad bildirərək evi tərk etməyini tələb etdiyindən, Aydanın hərəkətlərindən əsəbləşərək onun ağız nahiyəsinə əli ilə bir zərbə vurmuş və oranı tərk edib çıxıb getmişdir. Həmin gün həmin ünvana saat 23:50 radələrində qayıtmış, qızı Aydanın öz otağında olduğunu görüb onun arxasınca otağa daxil olmuş və ondan səhər hansı səbəbə anası ilə arasında olan mübahisəyə qarışdığının səbəbini soruşmuşdur. Bu zaman Aydan səs küy salıb otaqdan çıxmağını tələb etmiş, onun hərəkətlərindən əsəbləşərək, onu sakitləşdirmək üçün əli ilə onun bədəninin müxtəlif nahiyələrinə bir iki zərbə vurmuşdur. Həmin vaxt digər qızı Şəbnəm oraya gəlmiş, bundan sonra oranı tərk edib çıxıb getmişdir. Bundan sonra olanlardan məlumatsız olmuşdur. Hər iki halda hadisə övladlarının yaşadığı yataqxanada baş vermiş və qısa müddətdə davam etmişdir. xx.xx.2024-cü il tarixdə səhər saatlarında qızı Aydanı vurarkən orda keçmiş həyat yoldaşı Arifə, qızı Şəbnəm olmuş, həmin gün axşam saatlarında qızı Aydanla aralarında yaranmış mübahisə zamanı onu vurarkən həmin vaxt yanlarında kənar şəxs olmamış, sonradan oraya digər qızı Şəbnəm gəlmişdir. Həqiqətən xx.xx.2024-cü il tarixdə aralarında yaranmış mübahisə zamanı səhər saatlarında qızı Aydanın ağız nahiyəsinə bir zərbə vurmuş, sonradan isə axşam saatlarında yenidən aralarında yaranmış mübahisə zamanı əli ilə onu vurmuş, qızı Aydanı əli ilə boğazında tutub boğmamışdır. Qızının ona irad bildirməsinə əsəbləşərək, bir valideyin kimi onu tənbeh etmək üçün vurmuşdur. Məhkəmə istintaqının gedişində Təqsirləndirilən şəxs özünü törədilmiş əməldə təqsirli bilmiş və əməlindən peşman olduğunu qeyd etmişdir. Hazırda zərərçəkmişlə barışmış, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli ərizəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə barışmış, ona dəymiş ziyanı ödəmiş və zərəçəkmişin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, 2011-ci ildə atası Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və anası atasından boşanmışdır. Həmin vaxtdan etibarən bacısı Şəbnəm və qardaşı Ayxan, anası Şahid1 ilə birlikdə yaşamışlar. 2023-cü ilin dekabrında atası cəzasını çəkib qurtardığından həbsdən azad edilmiş, atası azadlığa buraxıldıqdan sonra bir müddətdə onlarla birlikdə yaşamış, lakin həmin müddətdə atası mütamadi olaraq anası ilə münaqişə edərək evdə dava dalaş yaratdığından, anası atasından evi tərk edib getməsini tələb etmiş, bundan sonra atası onlardan ayrı yaşamağa başlamışdır. Buna baxmayaraq atası yenə də yaşadıqları evə gələrək ailə üzvülərinin narahatlığına səbəb olan hərəkətlər etməkdə davam etmiş, atası əsasən anasını qısqandığından bu hərəkətləri etmişdir. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə atası ilə anası arasında dayısı qızının toyuna anasının gedəcəyi ilə bağlı yenidən mübahisə baş vermiş, atası anasının həmin toy məclisinə getməsini istəməmiş, və anası ilə mübahisə etmiş və anasının ünvanına nalayiq ifadələr işlətmişdir. Həmin vaxt dözməyərək atasına irad bildirib mübahisəni sonlandırmasını tələb etdikdə, həmin vaxt atası ayağa qalxaraq ağız nahiyəsinə sillə ilə bir zərbə vurmuş, bu zaman zərbənin təsirindən dodaq nahiyəsinin sol hissəsi şişmiş və qanamışdır. Bundan sonra barəsində polisə müraciət edəcəyini bildirdikdə atası evi tərk edib çıxıb getmiş, daha sonra zəng vurub hadisə barədə DİN-nin 102 xidmətinə məlumat vermiş, yaşadıqları ünvana polis əməkdaşları gəldikdən sonra isə şikayət ərizəsi yazaraq etdiyi hərəkətə görə atası barəsində qanuni tədbir görülməsini xahiş etmiş, bundan sonra isə çıxıb işə getmişdir. Bir də həmin gün saat 20 radələrində işdən evə geri qayıtmış, bundan sonra şam edib, anası və digər ailə üzvüləri ilə birlikdə bir qədər söhbət etmiş, sonra isə saat 23:50 radələrində istirahət etmək üçün yaşadıqları yataqxanada kirayə götürdükləri 68 saylı otağa keçmiş, otağa daxil olub yatağın üzərində uzandığı vaxt qəflətən atası içəri daxil olmuş və ilk əvvəl anasıgilin harda olduğunu soruşmuş, ona anasıgilin digər otaqda olduğunu bildirdikdən sonra o ilk əvvəl yaxınlaşıb yanında dayanmış, onun hərəkətlərindən qorxduğundan yataqdan ayağa qalxmış, həmin vaxt atası “səhər nə deyirdin” deyərək saçlarından tutub arxası üstə onu döşəmənin üzərinə yıxmış, sonra isə sağ əli ilə sifət və bədəninin digər hissələrinə zərbələr vurmuşdur. Həmin vaxt kömək çağıra bilməmiş, bu vəziyyət təxminən 2-3 dəqiqə davam etmiş, atasının əllərindən tutub ona mane olmağa çalışsa da, ona gücü çatmamışdır. Bu zaman bacısı Şəbnəm otağa daxil olmuş və qışqıraraq kömək çağırmış, bundan sonra atası Vüqar onu buraxıb bacısı Şəbnəmin araxsı ilə qaçmışdır. Daha sonra anası və digər ailə üzvüləri yanına gəlmiş, bundan sonra zəng vurub hadisə barədə 102 xidmətinə məlumat vermiş və yaşadığı ünvana polis əməkdaşları gəldikdə isə şikayət ərizəsi yazaraq atası Təqsirləndirilən şəxs onu döyüb bədən xəsarəti yetirməsi səbəbindən barəsində qanuni tədbir görülməsini və cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Hadisə yaşadıqları yataqxananın 68 saylı otağında baş vermiş, təxminən 2-3 dəqiqə davam etmiş, həmin vaxt yanlarında kənar şəxs olmasa da, sonradan bacısı Şəbnəm oraya gələrək atasının onu döyüb bədən xəsarəti yetirməsini görmüşdür. Tibbi müayinə zamanı bədəni üzərində aşkar edilmiş üst dodağının sol hissəsinin selikli qişasının qançırı xəsarətini xx.xx.2024-cü il tarixdə atası Təqsirləndirilən şəxs səhər saatlarında əli ilə həmin nahiyəsinə sillə zərbəsi vurması nəticəsində, digər bədən xəsarətlərini siə həmin gün saat 23:50 radələrində atasının əli ilə bədəninin müxtəlif nahiyələrinə zərbələr vurması nəticəsində almışdır. Hazırda atası Məlik Sadıqovla barışmış, ona qarşı şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs 24 oktyabr 2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxsla barışdığını, dəymiş ziyanın ödənildiyini, sonuncuya qarşı şikayəti və tələbinin olmadığını bildirmişdir. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Şahid1 iştirakı ilə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs atasıdır. O, illər öncə törətdiyi cinayət əməlinə görə məhkum edilmiş, bundan sonra anası atasından boşanmışdır. Həmin vaxtdan etibarən bacısı Aydan və qardaşı Ayxanla birlikdə anası Şahid1 ilə yaşamağa başlamışlar. Atası 2023-cü ilin dekabr ayında cəzaçəkmə müəssisəsindən azad edildikdən sonra bir müddət onlarla birlikdə yaşamış, lakin, o anası ilə mütamadi olaraq münaqişə edib narahatçılıqlar yaratmış, bundan sonra atası onlardan ayrı yaşamağa başlamışdır. Buna baxmayaraq atası yenidən yaşadıqları evə gələrək onların narahatçılığına səbəb olan hərəkətlər etmişdir. Atası anasını qısqandığına görə bu hərəkətləri etmiş, sonuncu dəfə xx.xx.2024cü il tarixdə atası ilə anası arasında dayısı qızının toyuna gedəcəyi ilə bağlı mübahisə baş vermişdir. xx.xx.2024-cü il tarixdə saat 11 radələrində yaşadıqları otaqda olan zaman atası oraya gələrək yenədə anası ilə toya getməsi ilə bağlı mübahisə etmiş və anasına qarşı nalayiq ifadələr işlətmişdir. Həmin vaxt atasına etdiyi hərəkətlər görə narazılığını bildirmiş, ondan sonra bacısı Aydan da atasına irad bildirərək mübahisəni sonlandırmasını və çıxıb getməsini tələb etmişdir. Atası ayağa qalxaraq Aydanın sifət nahiyəsinə sillə zərbəsi vurmuş, bacısı isə polisə müraciət edəcəyini bildirdikdə atası yaşadıqları otağı tərk edib çıxıb getmiş, bacısı bundan sonra zəng vurub hadisə barədə DİN-nin 102 xidmətinə məlumat vermiş, yaşadıqları ünvana polis əməkdaşları gəldikdə o, şikayət ərizəsi yazaraq atası Vüqar tərəfindən döyülməsi barədə məlumat vermişdir. Bacısı bundan sonra işə getmiş, həmin gün saat təxminən 20 radələrində işdən evə gəlmiş, yaşadıqları yataqxanadaki otağa keçdikdə atasının bacısının boğazından tutduğunu görmüşdür. Atası bundan sonra oradan qaçıb uzaqlaşmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 eyni məzmunlu ifadə verərək digər Şahid2 ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması haqqında” 19 iyul 2023-cü il tarixli qərardan görünür ki, Sumqayıt şəhər prokuroru tərəfindən fakta görə CM-nin 128-ci maddəsi ilə cinayət işi başlanmış və işin istintaqının aparılması üçün Sumqayıt ŞPİ-nin İŞ-nə göndərilmişdir. (i.v.1); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PAB X3 xx.xx.2024-cü il tarixli, 1058 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, 1998-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertizasına, Sumqayıt şəhər TTYX-nın tərtib etdiyi 791 №-li arayışa və qərarda qoyulan suallara cavab olaraq aşağıdakı nəticəyə gəlinir: 1. Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: Sağ gözaltı nahiyənin, sol qulaqönü nahiyəsinin, alt çənənin sol hissəsinin, üst dodağın sol hissəsinin, sol bazunun aşağı 1/3-nin iç səthinin, sol çiyin nahiyəsinin, sol bazunun orta 1/3-nin arxa səthinin, sol kürək nahiyəsinin, sağ bazunun orta və yuxarı 1/3-nin arxa səthinin, sağ saidin orta 1/3-nin arxa səthinin qançırları, boyunun sol yan-ön səthinin, boyunun sağ yanön səthinin sıyrıqları, üst dodağın sol hissəsinin selikli qişasının qançırı. 2. Qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-nın zədə məntəqəsinə müraciət etdiyi vaxtdan az əvvəl olmaqla xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi, özü-özünə yetirməsi istisna edilir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərəvurmaya aiddir (i.v. 25-28); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PAB X3 əlavə məhkəmətibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 10/1058 nömrəli rəyindən görünür ki, 1998-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertizasına, Sumqayıt şəhər TTYX-nın tərtib etdiyi 791 №-li arayışa və qərarda qoyulan suallara cavab olaraq aşağıdakı nəticəyə gəlinir: 1. Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: Sağ gözaltı nahiyənin, sol qulaqönü nahiyəsinin, alt çənənin sol hissəsinin, üst dodağın sol hissəsinin, sol bazunun aşağı 1/3-nin iç səthinin, sol çiyin nahiyəsinin, sol bazunun orta 1/3-nin arxa səthinin, sol kürək nahiyəsinin, sağ bazunun orta və yuxarı 1/3-nin arxa səthinin, sağ saidin orta 1/3-nin arxa səthinin qançırları, boyunun sol yan-ön səthinin, boyunun sağ yan-ön səthinin sıyrıqları, üst dodağın sol hissəsinin selikli qişasının qançırı fonunda yarası. 2. Qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-nın zədə məntəqəsinə müraciət etdiyi vaxtdan az əvvəl olmaqla xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi, özü-özünə yetirməsi istisna edilir və dərəcəsinə görə sağ gözaltı nahiyənin, sol qulaqönü nahiyəsinin, alt çənənin sol hissəsinin, üst dodağın sol hissəsinin, sol bazunun aşağı 1/3-nin iç səthinin, sol çiyin nahiyəsinin, sol bazunun orta 1/3-nin arxa səthinin, sol kürək nahiyəsinin, sağ bazunun orta və yuxarı 1/3-nin arxa səthinin, sağ saidin orta 1/3-nin arxa səthinin qançırları, boyunun sol yan-ön səthinin, boyunun sağ yan-ön səthinin sıyrıqları sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcələri təyin edilmir, digər xəsarət yəni, üst dodağın sol hissəsinin selikli qişasının qançır fonunda yarası isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərəvurmaya aiddir. 3. Zərərçəkmiş şəxs bədəni üzərində olan yəni, boyunun sol yan-ön səthinin, boyunun sağ yan-ön səthinin sıyrıqları hər iki əllə şəxsin boğaz nahiyəsinin sıxılması (boğulması) nəticəsində yarana bilərdi. “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v.47); “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2024-cü il tarixli qəraddan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 07 sentyabr 2024-cü il tarixdə həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (i.v 66-67) “Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs istintaqdan yayındığı üçün barəsində axtarış elan olunmuş və tutulduqdan sonra Sumqayıt ŞPİ-nin MSY-nə yerləşdirilməsi qərara alınmışdır. (i.v 70-71). Sumqayıt ŞPİ-nin 3-cü PB-nin xx.xx.2024-cü il tarixli məktubundan və həmin tarixli “Axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 22:05 radələrində Sumqayıt şəhəri, 15-ci məhəllə, yataqxana 4, otaq 100-ün qarşısında saxlanılaraq Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gətirilmişdir. (i.v 94- 95); “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-nin 128-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsiləndirilməsi barədə ifadəsi alınmışdır. (i.v. 111-113); “qətimkan tədbirinin seçilməsi barədə” Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesanlanmışdır. (i.v. 128-131); DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək qazancından dövlət nəfinə 15% tutulmaqla 09 ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə CM-nin 120.2.4, 29, 120.2.7, 66.3, 67.1 və 68.1.3-cü maddələri ilə təqsirli bilinərək 14 il 01 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs barəsində hökm dəyişdirilərək CM-nin 120.2.4-cü maddəsindən 120.1-ci maddəsinə tövsif edilməklə ona 11 il müddətinə və həmin məcəllənin 66.3, 67.1, 68.1-ci maddələri ilə 13 il 01 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə 01 ay 01 gün müddətinə ona təyin edilmiş cəzadan azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir (i.v. 62-63); Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin 20 sentyabr 20027-ci il tarixli hökmü CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib 09 ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Yəni qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyətdən azad olunmamışdır. Hazırki cinayət işi üzrə o, zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı ödəmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməsə də, CM-nin 73.2-ci maddəsinin tələblərini yerinə yetirmiş, bu səbəbdən qanunvericiliyin tələbinə əsasən o, məsuliyyətdən azad edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. CM-nin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM-nin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə görə şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Təqsirləndirilən şəxs əvvəllər CM-nin 73.2-ci maddəsində nəzərdə tutulmuş maddələr üzrə cinayət məsuliyyətindən azad edilməmişdir. “sübutların qiymətləndirilməsi haqqında” 14 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs əməlində CM-nin 29, 120 və 221.1-ci maddələrinin tərkibi olmadığından, həmin xüsusat üzrə barəsində cinayət təqibinin başlanılması rədd edilmişdir (i.v.136-143); Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxə dəymiş ziyanı ödəməsini, onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin hər ikisinin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, CM-nin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair” 25 iyul 2022-ci il tarixli qərarına görə CM 73.2-ci maddəsi imperativ norma olmaqla, həmin maddədə sadalanan cinayət əməlini (əməllərini) törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması, həmçinin ona dəymiş ziyanı tamamilə ödəməsi onun cinayət məsuliyyətindən azad edilməsi üçün şərtsiz əsasdır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Vüqar Namzovun CMnin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli, o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 8 (səkkiz) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla AR NK-nin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi 48 (qırx səkkiz) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 48 (qırx səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar