Məhkəmə qərarları › İş №1(060)-838/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-838/2025

03.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-838/2025 03.03.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1980-ci ildə Şirvan şəhərində doğulmuş, subay, orta təhsilli, işləməyən, əvəllər məhkum olunmuş, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəs, Zahid Qasımov prospekti, ev 22, mən. 16-da qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, fərdi evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edərək saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda, 1 bağlamada təmiz çəkisi - 467,210 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edərək üzərində saxlamaqla daşımış, 31 oktyabr 2025-ci il tarixdə saat 13:55-də Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 5-ci mikrorayon, 15 saylı məktəbin yaxınlığında saxlanılaraq üstünün yoxlanılması zamanı əynində olan qara rəngli gödəkçinin sol iç cibindən 1 ədəd şəffaf sellofan bağlamada təmiz çəkisi - 467,210 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, 2 ildir psixotrop maddələr qəbul edir. Belə ki, 31 oktyabr 2025-ci il tarixdə Bakı şəhəri, 20 yanvar ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 300 manata 01 ədəd bağlamada “marixuana” almış, həmin tarixdə Sumqayıt şəhəri, 5-ci mikr, 15 nömrəli məktəbin yaxınlığında olarkən polis əməkdaşları yaxınlaşıb onu saxlamış, nədə şübhəli olduğunu bildirmişlər. Ona üzərində qanunsuz predmet varsa təqdim etməsi təklif olunmuş, əynində olan gödəkçəsinin cibində olan 01 ədəd bağlamanı təqdim edərək içərisində “nəşə” adlı narkotik vasitə olduğunu bildirmişdir. Təqdim etdiyi büküm elektron tərəzidə çəkilmiş, sənədləşdirmə işlərinin davam etdirlməsi üçün PB-nə aparılmışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı heç bir zor və qanunsuz hərəkətlər olunmamış, heç bir şikayət və tələbi yoxdur. Qeyd edir ki, evli olmuş, 2014-cü ildə həyat yoldaşından məhkəmə qətnaməsi ilə boşanmışdır. Qətnamə ilə uşaqlar analarının himayəsinə verilmiş, lakin arvadı ona qarşı aliment tələbi irəli sürməmişdir. Birgə nikahlarından iki övladı doğulmuşdur. Hazırda böyük oğlu yetkinlik yaşına çatsa da, kiçik oğlunun 17 yaşı tamam olmamışdır. 2014-cü ildən bəri övladlarının analarının himayəsində olmalarına baxmayaraq, onların qayğısına qalmaqla yanaşı saxlanmaları üçün zəruri xərclərin ödənilməsini təmin etmişdir. Əməlindən peşmandır. “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarına uyğun olaraq barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 3-cü PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr qəbul etməsi və üzərində gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış, 31 oktyabr 2025-ci il tarixdə 13 radələrində o, Sumqayıt şəh, 5-ci mikrorayon, 15 nömrəli məktəbin yaxınlığında saxlanılmışdır. Sonuncuya nədə şübhəli olduğu bildirilərək üzərində qanunsuz predmet varsa təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs 1 ədəd bükümü təqdim edərək içərisində marixuana olduğunu bildirmişdir. Həmin büküm elektron tərəzidə çəkilmiş, qablaşdırılmış, möhürlənmiş, üzərində qeydlər aparılanıq imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında tərəflərin fikri dinlənildikdən sonra ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid3 Şahid1 ifadəsində göstərdikləri xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə verdiyi müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, fakta görə Təqsirləndirilən şəxs barəsində CM-nin 234.1-ci maddəsilə ********* saylı qərarı ilə cinayət işi başlanmış, icraata qəbul edilməklə istintaqı aparılmışdır. (i.v.1); “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, 31 oktyabr 2025-ci il tarixdə, saat 13:55-də Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v.23); Təqsirləndirilən şəxs 02 noyabr 2025-ci il tarixdə CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (i.v 53-54); Təqsirləndirilən şəxs 02 noyabr 2025-ci il tarixdə saxlanıldığı Sumqayıt ŞPİ-nin X5 dərhal azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.65-66); “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” xx.xx.2025-ci il tarixli protokola əlavə edilmiş 1 ədəd DVD diskdə olan videogörüntüdən görünür ki, 31 oktyabr 2025-ci il tarixdə Sumqayıt şəhəri, 5-ci mikrorayon, 15 nömrəli məktəbin yaxınlığında Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılması və üstünün yoxlanılmasının keçirildiyi, üstünün yoxlanılmasında əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələrinin izah olunaraq tutulduğu andan müdafiəçiyə malik olmaq hüququnun izah edildiyi, bundan sonra üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunduğu, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol iç cibindən 01 ədəd sellofan bükümdə narkotik vasitə marixunaya bənzər kütləni təqdim edərək həmin bükümün içərisində marixuana olduğunu, həmin maddəni həmin gün Bakı şəhəri, 20 yanvar ərazisində tanımadığı şəxsdən 300 manata öz istifadəsi üçün aldığını bildirdiyi, həmin büküm elektron tərəziyə qoyulub çəkildiyi və sellofanla birlikdə çəkisi 480,0 qram olduğu, həmin büküm zərfə qoyulararaq qablaşdırıldığı, möhürləndiyi, üzərində qeydlər aparılaraq imzalandığı müəyyən olunmuşdur. (i.v.8-9); “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” 31 oktyabr 2025-ci il tarixli və protokola əlavə edilmiş 1 ədəd DVD diskdə olan videogörüntüdən görünür ki, 31 oktyabr 2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş içərisində narkotik vasitə olan qurudulmuş marixuana qablaşdırılaraq möhürlənmiş vəziyyətdə zərf təhqiqatçıya təqdim olunduğu, Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq zərfin içərisində üzərindən aşkar olunmuş 01 bükümdə marixuana olduğunu təsdiqlədiyi müəyyən olunmuşdur. (i.v.32-34); AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20/955 nömrəli, 01 noyabr 2025-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Arayışlar üçün № 127” möhür əksi olan, “Şəxsin üzərindən aşkar olunan kütlə; Vətəndaş Təqsirləndirilən şəxs /imza/; İştirak etdi: Şahid3 /imza/; Tərtib etdi: Şahid1 /imza/; Təhqiqatçı: /imza/ A.Əliyev; Müdafiəçi: /imza/ Məmmədov.Ə” sözlər və imzalar olan kağız paketdəki, 01 (bir) ədəd torbada təmiz çəkisi 467,210 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmıış marixuanadır (i.v.42-44); Qurudulmuş marixuana 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələri”-in siyahısına (Siyahı İ) daxildir. AR Səhiyyə Nazirliyi Respublika X8 X12 X2 barədə 7071 nömrəli, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və PSİXOSTİMULYATORLARİN birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2021 -ci il tarixdən Bakı şəhər Narkoloji Mərkəzində F11.2 diaqnozu ilə dispanser qeydiyyatdadır. (i.v.78-79); Məhkəmə istintaqı zamanı tədqiq edilən diskə baxış zamanı Təqsirləndirilən şəxs narkotik vasitə daşıyaraq üzərində saxlaması öz təsdiqini tapmışdır. DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, sonuncu dəfə Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə CM-nin 177.3.2, 326.1, 66.3 -cü maddələri ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilmiş, AR Prezidentinin xx.xx.2018-ci il tarixli 137 saylı sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad olunmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. (i.v. 73-75); “Sübutların qiymətləndirilməsi haqqında” 24 noyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 02 noyabr 2025-ci il tarixdə CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham qüvvəsində saxlanılmış və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri nəzərə alınmışdır. Barəsində CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibi rədd edilmişdir. Cinayət işi üzrə dindirmə protokolları, əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokol, şəxsi axtarış keçirilməsi haqqında protokol, DVD disklərdə olan videogörüntülər, götürülmüş maddi sübut, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertiza rəyləri, ilkin təhqiqat materialları, eləcə də digər istintaq sənədləri cinayət işi üzrə sübut növü kimi qiymətləndirilmişdir. Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirinin keçirilməsi və üstünün yoxlanılması videotəsvirlərini əks etdirən 01 ədəd DVD disk, həmçinin təqdim olunan əşyaya baxış keçirilməsi videotəsvirlərini əks etdirən 01 ədəd DVD disk maddi sübut qismində tanınmış və cinayət işinə əlavə olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 467,210 qram narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış (ekspert tədqiqatına sərf edildikdən sonra qalıq 467,110 qram) və saxlanılması üçün Sumqayıt ŞPİnin saxlanc anbarına təhvil verilməsi nəzərə alınmışdır. (i.v. 90-94). Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə ünvanlanmış sorğuya 11 fevral 2026-cı il tarixdə verilmiş cavab məktubundan görünür ki, xx.xx.2024-cü il tarixdə iddiaçı Təqsirləndirilən şəxsla cavabdeh X6 arasında 01 iyun 2001-ci ildə bağlanmış nikahın pozulması, 24 sentyabr 2001-ci il təvəllüdlü X4 və xx xxxxx 2009-cu il təvəllüdlü Şahid4 boşanmadan sonra cavabdeh X3 yanında qalması qət edilmişdir. Bakı Şəhəri Suraxanı rayon İcra Şöbəsinə ünvanlanmış sorğuya 26 fevral 2026-cı il tarixdə verilmiş cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs tərəf olduğu icra sənədi mövcud deyil. Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinə ünvanlanmış sorğuya 02 mart 2026-cı il tarixdə verilmiş cavab məktubunda Təqsirləndirilən şəxs 508 manat məbləğində pul vəsaitinin tutularaq "xxxx" MMC-nin xeyrinə, 100 manat məbləğində inzibati cərimənin tutularaq dövlət nəfinə, 130 manat məbləğində pulun tutularaq X7 Cəmiyyətinin xeyrinə ödəməli olması barədə icra sənədlərinin icraatlarında olduğu qeyd edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs nikahının pozulmuş olması, ona qarşı aliment tələbinin və aliment borcunun mövcud olmaması faktı toplanmış sübutlar əsasında tamamilə təsdiq olunmuşdur. Həmçinin Təqsirləndirilən şəxs məhkəmə iclasında vermiş olduğu ifadəsində övladlarının saxlanması xərclərini qarşıladığını, onların qayğısına qaldığını bəyan etmişdir. “Elektron məhkəmə informasiya sistemi” vasitəsilə əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2001-ci il təvəllüdlü Məhərrəm Əlifzadə və xx.xx.2009-cu il təvəllüdlü Şahid4 adlı 02 övladı vardır. Təqsirləndirilən şəxs xx.xx.2009-cu il təvəllüdlü Şahid4 adlı yetkinlik yaşına çatmayan övladının olması “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.16-cı bəndinə əsasən onun barəsində cinayət təqibinə Azərbaycan Respublikasının CM-nin 81.2-ci maddəsinə əsasən xitam verilməsinə və cinayət məsuliyyətindən azad edilməsinə əsas verir. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxsin ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ərizə təqdim edərək “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarına uyğun olaraq barəsində olan cinayət təqibinə xitam verilməsinə dair xahiş etməsini nəzərə alaraq hesab edir ki, “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.16-cı bəndinə əsasən onun barəsində CM-nin 234.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 39.1 və 39.1.12-ci maddələrinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.16-cı bəndinə əsasən öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər. 5-ci bəndinə əsasən icraatında olan bu qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1– 1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 24-cü hissəsinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarılır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarın 6 və 7-ci bəndlərində qeyd edilən məhdudiyyətlər müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.16-cı bəndinə əsasən Təqsirləndirilən şəxs barəsində CM-nin 234.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən Bakı şəhər Narkoloji Mərkəzində F11.2 diaqnozu ilə qeydiyyatda olması nəzərə alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut, “əməliyyat-axtarış tədbirinin keçirilməsini, şübhəli şəxsin üstünün yoxlanılmasını” və “təqdim olunan əşyaya baxış keçirilməsini və götürmə aparılmasını” əks etdirən 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, tədqiqatdan sonra qalıq qalmış 467,110 qram qurudulmuş marixuana məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 12 iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara xx.xx.2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından vəkil Müdafiəçi 132 manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-in 39.1.12, 43.3, 175.5, 321.2.1, 346, 347.1 maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 1.16-cı bəndinə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, qalıq çəkisi 467,110 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 132 (bir yüz otuz iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar