Məhkəmə qərarları › İş №1(060)-839/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-839/2025

05.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-839/2025 05.03.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Mirzəyev və Partnyorları Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx xxxxxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, Ümüd Əkbərov küçəsi ev 107-də qeydiyyatda olmaqla yaşayan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək özünü Əmlak Məsələləri Dövlət Xidmətinin vəzifəli şəxsləri ilə yaxın münasibətdə olan şəxs kimi təqdim edib Zərərçəkmiş şəxs etibarından sui-istifadə etməklə ona tanışı, torpaq sahələrinin rəsmiləşdirməsində rəsmi səlahiyyətləri olan şəxs kimi təqdim etdiyi Təqsirləndirilən şəxs2 vasitəsi ilə Cəlilabad rayonu Göytəpə şəhərində yerləşən otlaq sahəsinin onun adına rəsmiləşdirilməsini təşkil edəcəyinə dair yalan vəd verib Zərərçəkmiş şəxs aldadaraq, qrup üzvü Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxsla aralarında olan telefon danışığı zamanı toprağın rəsmiləşdirmə prosesinin tərəfindən həll olacağını söylədikdən sonra, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə adına və istifadəsində olan “Kapital Bank" ASC-ə aid 5239 1517 0862 7164 saylı bank kartına Zərərçəkmiş şəxs tərəfindən 20 aprel 2025-ci il tarixdə 2000 manat məbləğində, həmin ilin aprel ayının sonlarında bildirdiyi istintaqa məlum olmayan bank kartına 4000 manat məbləğində pul vəsaitinin köçürülməsinə nail olub 6000 manat məbləğində pul vəsaitini, 2025-ci ilin may ayının əvvəllərində istintaqa məlum olmayan tarix və vaxtda Bakı şəhəri, Nəsimi rayonu, Ş.Bədəlbəyli, Füzuli və S.Vurğun küçələrinin kəsişməsində yerləşən “Qış” parkında 10000 manat, həmin ayın sonlarında istintaqa məlum olmayan tarix və vaxtda Sumqayıt şəhəri Bulvar küçəsində fəaliyyət göstərən “Darçın" adlı kafedə 14000 manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs alaraq ümumilikdə 30000 manat məbləğində pul vəsaitini ələ keçirib, həmin pul vəsaitinin 20000 manat hissəsini qrupun digər üzvü Təqsirləndirilən şəxs2 verməklə, qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs ümumilikdə xeyli miqdarda, yəni 30000 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə elan edilən ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 2003-2004-cü illərdən xüsusi təyinatlı qüvvələrdə xidmət edərkən tanımış, lakin 2004-cü ildən xidmət yerləri dəyişdiyindən həmin tarixdən Zərərçəkmiş şəxs görməmişdir. Qeyd edir ki, o, 2024-cü il dəqiq ayını xatırlamadığı vaxtda Zərərçəkmiş şəxsla Novxanı kəndi ərazisində rastlaşmışdır. Həmin dövrdə o, ucuz qiymətə sənədsiz ev və torpaq sahələrinin alınması, həmin əmlakları sənədləşdirərək baha qiymətə satışı işi ilə məşğul olmuşdur. Zərərçəkmiş şəxsla söhbəti zamanı bu məzmunlu işlər gördüyünü ona bildirmiş, Famil də ona Cəlilabad rayonu, Göytəpə qəsəbəsi ərazisində yerləşən 4,5 hektar torpaq sahəsinin olduğunu, həmin torpağa dair icarə sənədi düzəltmək istədiyini bildirmişdir. O, Familə bu işdə köməklik göstərə biləcəyini və bu işin həlli üçün 30.000 manat pulun lazım olacağını ona bildirmişdir. O, danışıqları zamanı Familə Təqsirləndirilən şəxs2 dostluq münasibətində olduğu bir şəxs kimi təqdim etmişdir. Qeyd edir ki, Təqsirləndirilən şəxs2la Famili tanış etmiş, sonradan Azadla Famil birlikdə danışıqlar aparmışlar. Famildən 30000 manat pul alsa da, iş həll olunmamış və pul da xərclənmiş, nəticədə işlər bu yerə qədər gəlib çıxmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, göstərilən 30.000 manat pulu Famildən hissə-hissə almışdır. Belə ki, Bakı şəhəri Nəsimi rayonu, “Qış parkı” adlanan ərazidə 10.000, hissə-hissə olmaqla 6.000, sonda isə Sumqayıt şəhəri ərazisində Famildən 14.000 cəmi 30000 manat pul almışdır. Famildən 10.000 və 14.000 manat pulu əlbəəl götürmüş, qalan 6.000 manat pulu Famil onun kart hesabına göndərmişdir. Qeyd edir ki, Famillə Novxanı qəsəbəsində yerləşən kafelərdən birində təsadüfən rastlaşmış, bir-birlərilə söhbət zaman Familə ev, torpaq sahələrinin alqı-satqısı ilə məşğul olduğunu, ucuz qiymətə sənədsiz ev, torpaq alıb sənədləşdirdikdən sonra baha qiymətə satdığını bildirmişdir. Famil də Cəlilabad rayonu, Göytəpə şəhəri ərazisində torpaq sahəsinin olduğunu və həmin torpağın icarəyə götürülməsi üçün müvafiq sənəd düzəltmək istədiyini bildirmişdir. O, Familə başqa şəxslərə indiyədək belə bir iş görmədiyini, buna baxmayaraq yoxlayacağını, alınacağı təqdirdə ona köməklik göstərəcəyini bildirmişdir. Famillə Novxanıda olan görüşlərindən sonra sonuncudan həmin işin həll edilməsi üçün 2 ay müddətinə 30.000 manat pul almışdır. Famildən ilk dəfə 2.000 manat pulu alarkən onunla bir yerdə olmuş, elə onun yanında Famil pulu onun kart hesabına göndərmişdir. Verilən suallara cavab olaraq onu da bildirmişdir ki, Familin dediyi torpağın sənədləşdirilməsi ilə üçün 30.000 manat pulun lazım olmasını Familə onun özü təklif etmişdir. Qeyd edir ki, o, Təqsirləndirilən şəxs2 2019- 2020-ci illərdən tanımış, həmin vaxt Azad hərrac təşkilatında hüquqşünas işləmişdir. Azadla aralarında daima dostluq münasibəti olmuş, bir yoldaş kimi biri-digərinin evinə də gedib-gəlmişlər. Onun hərracların keçirilməsindən məlumatı olmuş və hərracda satışa çıxarılan əmlaklara müştərilər tapmışdır. Hərraca çıxan əmlakları qəzetdən oxumaqla öyrənmişdir. Hərrac təşkilatının rəhbərini tanımış, eyni zamanda Azadın da həmin təşkilatda hüquqşünas işlədiyini bilmişdir. Azadın iki mobil nömrəsinin olduğunu bilmiş, onlardan biri ***-***-**-** saylı nömrə olmuşdur. Təqsirləndirilən şəxs2 Yasamal rayonu ərazisində yaşamasından məlumatlı olmuşdur. Qeyd edir ki, Famil Sumqayıtda yaşadığı üçün 14.000 manatı Famildən götürməli olduğu gün Famil ona zəng edərək Bakıya gələ bilməyəcəyini bildirdikdə, o, problem olmadığını, özü pulu götürmək üçün Sumqayıt şəhərinə gələcəyini bildirmişdir. Pulu götürüb Familə torpağın sənədləşməsinin 03 aya həll olacağını demişdir. 03 aydan sonra Familə işin alınmadığını bildirmiş, Famil isə verdiyi pulları geri tələb etmişdir. Lakin alınan pullar xərcləndiyindən qaytara bilməmişdir. Bildirir ki, Familə Azadı həm torpaq məsələsini həll edən şəxs, həm də bir yoldaş kimi təqdim etmişdir. Bildirir ki, Azadın adını Familə verdiyi üçün Famil Azada zəng etmiş və onlar görüşmüşlər. Lakin həmin vaxt o, onların yanında olmamışdır. Famildən aldığı puldan Azada iş ilə bağlı hər hansı pul verməmiş, sadəcə olaraq Azad 2024-cü ilin aprel-mart aylarında ondan borc pul istəmiş, o da Famildən aldığı pulun 10.000 manatını Azada borc olaraq vermişdir. Azada verdiyi pulu geri almamış, lakin Azad onun yerinə həmin 10.000 manatı və əlavə olaraq 20.000 manat pulu Familə verərək vurulmuş ziyanı tam ödəmişdir. Verilən suallara cavab olaraq onu da bildirmişdir ki, o, Azadla görüşən zaman söhbət əsnasında Famillə belə bir iş tutduğunu bildirmiş və Azad da ona lazım gələrsə kömək edəcəyini bildirmişdir. Qeyd edir ki, Azada inandığından və ona bu işdə köməklik göstərə biləcəyini düşünərək Familə ondan aldığı 30.000 manat pulu Azada verdiyini bildirmişdir. Qeyd edir ki, o, Azada Famili yola gətirməsini və pulu qaytarılması üçün vaxt almasını xahiş etmişdir. Famillə aralarında yazışmalar olmuş, həmin yazışmada Azadın adını çəkmişdir. İstintaqda verdiyi ifadəsində 20.000 manat pulun Azadda, qalan 10.000 manat pulun isə onda olduğunu demişdir. Bu fikir onun fikri olmuş və ona heç bir təyziq göstərilməmişdir. Əməlindən peşmandır. Himayəsində 01 yetkinlik yaşına çatmayan övladının olduğunu, o cümlədən vurulmuş ziyan məbləğinin tam ödənilməsini nəzərə alaraq, “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisin 19 dekabr 2025-ci il tarixli Qərarına uyğun olaraq barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs1 ittiham olunduğu cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş digər təqsirləndirlən şəxsin və zərərçəkmiş şəxsin ifadəsi ilə tam təsdiq edilir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, sonuncu özünü Əmlak Məsələləri Dövlət Xidmətinin vəzifəli şəxsləri ilə yaxın münasibətdə olan şəxs kimi təqdim edərək Zərərçəkmiş şəxs etibarından sui-istifadə etməklə Təqsirləndirilən şəxs2 torpaq sahələrinin rəsmiləşdirməsində rəsmi səlahiyyətləri olan şəxs kimi təqdim edib sonuncunun vasitəsi ilə Cəlilabad rayonu Göytəpə şəhərində yerləşən otlaq sahəsinin Zərərçəkmiş şəxs adma rəsmiləşdirilməsini təşkil edəcəyinə dair yalan vəd verib Zərərçəkmiş şəxs aldatmış, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxsla aralarında olan telefon danışığı zamanı toprağın rəsmiləşdirmə prosesinin tərəfindən həll olacağını söylədikdən sonra, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə Təqsirləndirilən şəxs1 adına və istifadəsində olan “Kapital Bank" ASC-ə aid 5239 1517 0862 7164 saylı bank kartına Zərərçəkmiş şəxs tərəfindən 20 aprel 2025-ci il tarixdə 2000 manat məbləğində, həmin ilin aprel ayının sonlarında bildirdiyi istintaqa məlum olmayan bank kartına 4000 manat məbləğində pul vəsaitinin köçürülməsinə nail olub 6000 manat məbləğində pul vəsaitini, 2025-ci ilin may ayının əvvəllərində istintaqa məlum olmayan tarix və vaxtda Bakı şəhəri, Nəsimi rayonu, Ş.Bədəlbəyli, Füzuli və S.Vurğun küçələrinin kəsişməsində yerləşən “Qış” parkında 10000 manat, həmin ayın sonlarında istintaqa məlum olmayan tarix və vaxtda Sumqayıt şəhəri Bulvar küçəsində fəaliyyət göstərən “Darçın" adlı kafedə 14000 manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs alaraq ümumilikdə 30000 manat məbləğində pul vəsaitini ələ keçirmiş, Təqsirləndirilən şəxs2 həmin pul vəsaitinin 20000 manat hissəsini Təqsirləndirilən şəxs1 almaqla, qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs ümumilikdə xeyli miqdarda, yəni 30000 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə elan edilən ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Səxavəti 2019-cu ildən etibarən tanımışdır. Qeyd edir ki, hərrac təşkilatında işləyən zaman Səxavətlə aralarında işgüzar və dostluq münasibətləri olmuşdur. Belə ki, Səxavət ev alqı-satqısı ilə məşğul olmuşdur. Qeyd edir ki, Famillə Səxavət görüşən zaman Famil Səxavətdən verdiyi pulunu tələb etmiş, mübahisə böyüməsin deyə Səxavəti vəziyyətdən çıxarmaq və aranı sakitləşdirmək üçün Familə “pulun məndədir, ödəniləcəkdir” sözlərini demişdir. O, Familə bu sözləri dedikdən sonra Famil ünsiyyətini onunla davam etdirmiş, bir müddət keçdikdən sonra Səxavətlə əlaqə saxlaya bilməmiş, nəticədə o, Familə Səxavətlə aralarındakı mübahisəni sakitləşdirmək üçün belə bir addım atdığnı bildirmişdir. Bildirir ki, Səxavət Familin işini həll edə bilmədiyi üçün utandığından, Famillə danışa bilməmişdir. Bu səbəbdən sanki arada “vasitəçi” kimi Famildən vaxt almaq üçün Səxavət Famillə onu tanış etmiş, o da bu məqsədlə Famillə danışmışdır. Səxavət Famillə aralarında olan məsələni onların arasında problem yarandıqdan sonra ona demişdir. Qeyd edir ki, o, sonradan Familə Səxavətin onda 10.000 manat pulunun olmasını demiş və həmin pulu da Familə vermişdir. Səxavət tutulduqdan sonra Familə daha 10.000 manat pul ödəmişdir. İstintaqda vermiş olduğu ifadəsini oxumamış, amma başqa yolu olmadığından məcbur qalaraq qol çəkmişdir. Səxavətlə münasibəti çox yaxşı olmuşdur, can yandırdığı dostu olmuşdur, bu səbəbdən Səxavət Familə onun adını vermişdir. Həm də Səxavət tez-tez ev satdığına görə, Familin pulunu tez müddətdə qaytaracağını düşünmüşdür. Səxavətin bu vəziyyətə düşməsini ehtimal etməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, Saxəvətdən 2024-cü ilin təxmini aprel-mart aylarında maddi sıxıntılarının olması səbəbindən borc olaraq 10000 manat pul almışdır. Səxavətdən borca pul almasına səbəb onun aldadılaraq pulunun ələ keçirilməsi olmuşdur. Belə ki, özü hazırda Qusar rayon Məhkəməsində zərərçəkmiş şəxs qismində keçdiyi cinayət işi məhkəmə istintaqı davam etdirilir. Polis idarəsində olarkən döyülməmiş, lakin mənəvi təzyiqə məruz qalmışdır. İbtidai istintaq zaman verdiyi ifadəsinə imza atmayacağı təqdirdə barəsində həbs-qətimkan tədbirinin seçiləcəyi bildirilmiş, bu səbəbdən dindirmə protokoluna imza çəkməyə məcbur qalmışdır. Hazırda məhkəmə istintaqı dövründə də, zərərçəkmiş şəxsə qalıq qalan 10000 manat ziyan məbləğini şəxsən özü ödəmiş, hazırda ödənilməyən hər hansı məbləğ qalmamışdır. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs sərbəst ifadə verdikdən, o cümlədən verilmiş suallara cavab verdikdən sonra əvvəllər verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyətlər olduğu nəzərə alınaraq ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq edilmiş ifadəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 178.2.1 və 178.2.4-cü maddələri ilə sürülmüş ittihamlar üzrə özünü təqsirli bilərək bildirmişdir ki, Təqsirləndirilən şəxs1 5-6 ildir ki, tanıyır. Onunla əvvəllər hərracla bağlı işlər görmüşdür. Təqsirləndirilən şəxs1 dəllal işləyən vaxtlar ona müştəri tapıb gətirirmiş. Onunla bir il yarım iş görmüşlər. Lakin ondan sonra uzun müddət birlikdə iş görməmişlər. Təxminən 2025-ci ilin mart ayında Təqsirləndirilən şəxs1 ona zəng etmiş və əsgərdən tanışı olan Zərərçəkmiş şəxs Cəlilabad rayonu, Göytəpə şəhərində torpağa icarə sənədi düzəltmək istədiyini, bu məsələnin həll edilməsi ilə bağlı Zərərçəkmiş şəxs onun adını verdiyini və bununla bağlı ondan nə qədər pul ala biləcəklərini soruşmuşdur. O isə hələlik dəqiq məbləğ deyə bilməyəcəklərini, təxminən 20.000-30.000 manat arası pul ala biləcəklərini, lakin dəqiq məbləğin yalnız torpağı ölçdükdən sonra bilinəcəyini bildirmişdir. Sonra onlar Təqsirləndirilən şəxs1la öz aralarında razılaşmışlar ki, əgər Səxavət Zərərçəkmiş şəxs 30.000 manat pul alınarsa, 20.000 manatını ona verəcək, 10.000 manatı isə Səxavətdə qalacaq. Bundan sonra Səxavət onun nömrəsini Zərərçəkmiş şəxs göndərmişdir. O isə Zərərçəkmiş şəxs özü ilə danışıb torpağı ölçmək lazım olduğunu bildirmiş və bu iş üçün ona koordinator tanışlarının olduğunu bildirib onların nömrələrini göndərmişdir. Zərərçəkmiş şəxs həmin şəxslərlə Cəlilabad rayonuna torpağı ölçməyə getmişdir. Təqsirləndirilən şəxs1 isə məsələnin nə yerdə olduğunu soruşduqda o torpağı ölçüb qurtardıqdan sonra dəqiq məlumat verə biləcəyini bildirmişdir. Torpaq ölçülüb qurtardıqdan sonra torpağın sxemini Təqsirləndirilən şəxs1 vasitəsilə Zərərçəkmiş şəxs göndərmişdir. Sonra Təqsirləndirilən şəxs1 bildirmişdir ki, Famildən 30.000 manat pul alsın. Bundan sonra Təqsirləndirilən şəxs1 Famillə danışmış, Zərərçəkmiş şəxs isə onunla razılaşaraq 30.000 manat pul vəsaitini verə biləcəyini bildirmişdir. Bundan sonra 2025-ci ilin aprel-may aylarında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 hissə-hissə ayrı ayrı vaxtlarda ümumilikdə 30.000 manat məbləğində pul vermişdir. Həmin 30.000 manatın 20.000 manatını Bakı şəhəri, Nəsimi rayonunda yerləşən adını xatırlamadığı kafedə Təqsirləndirilən şəxs1 ona əlbəəl vermişdir. Bundan sonra təxminən 2025-ci ilin iyun ayında Zərərçəkmiş şəxs ona telefonla zəng etməyə başlamışdır. O Familə 30.000 manatın hamısının onda olduğunu və işi həll edəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs isə işin həll olunmasını istəmədiyini, pulun qaytarılmasını istədiyini bildirmişdir. O isə pulu ya kart hesabına ya da Təqsirləndirilən şəxs1 yanında verə biləcəyini bildirmişdir. Zərərçəkmiş şəxs ondan pulu kart hesabına atmağını istəmiş və onsuz da Təqsirləndirilən şəxs1la əlaqə saxlaya bilmədiyini bildirmişdir. O hissə-hissə onun təqdim etdiyi bank kartına 10.000 manat pulu göndərmişdir, qalan 20.000 manat pulu istədikdə isə ona qalan haqq-hesabı Təqsirləndirilən şəxs1la həll etməli olduğunu bildirərək qalan 20.000 manat pulu qaytarmaqdan imtina etmişdir. Zərərçəkmiş şəxs sonradan bu pulla bağlı onun atasına müraciət eləsə də, atası pulun ona aid olan hissəsinin ödənildiyini və qalan pulun ödənilməsi ilə bağlı hara istəsə şikayət edə biləcəyini Zərərçəkmiş şəxs bildirmişdir. O həmçinin torpağa sənəd düzəltməklə bağlı heç bir səlahiyyətinin olmadığını, bu işləri ancaq tanışlıq vasitəsilə həll edəcəyini bildirmişdir. O həmçinin işin həll edilməsilə bağlı hər hansı dövlət orqanına müraciət etmədiyini və bu işlə bağlı ona hər hansı etibarnamə verilmədiyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verdiyi ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs1 təxminən 2004-cü ildən etibarən tanıyır. Belə ki, o, 2002-ci ildən 2022-ci ilin fevral ayının 15-dək Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində kəşfiyyatçısnayper qrupunun komandiri vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs1 ilə heç bir düşmənçilik və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs1 xidmət yerini dəyişdiyi üçün uzun müddətdir ki, əlaqələri olmamışdır. Təxminən 2024-cü ilin mart ayında təsadüfən Təqsirləndirilən şəxs1la Novxanı kəndi ərazisində qarşılaşmış, hal-əhval tutub söhbət edərkən ondan nə işlə məşğul olmasını soruşmuşdur. Təqsirləndirilən şəxs1 da rəsmi olaraq heç bir yerdə işləmədiyini, ancaq torpaq və digər əmlakların rəsmiləşdirilməsində müxtəlif şəxslərə köməklik göstərdiyini və bunun müqabilində həmin vətəndaşlardan pul aldığını demişdir. Səxavət Əmlak Məsələləri Dövlət Komitəsində yüksək vəzifələrlə münasibətinin olmasını və bu yolla müxtəlif işlər gördüyünü bildirmişdir. O, zabit yoldaşlarından Səxavəti maraqlanmış və ona Səxavətin yaxşı iş gördüklərini demişlər. Həmin vaxtlar o, Cəlilabad rayonu, Göytəpə şəhəri ərazisində otlaq sahəsi üçün nəzərdə tutulmuş olan lakin otlaq üçün yararlı olmayan torpaq sahəsi görmüş, həmin torpağın sahəsi 4,5 hektar olmuşdur. O, həmin torpaq sahəsini Təqsirləndirilən şəxs1 vasitəsi ilə öz adına rəsmiləşdirmək, ərazidə soyuducu anbar tikib işlədərək qazanc əldə edə biləcəyini düşünmüşdür. O, Səxavətə bu barədə bildirmiş və bir-biriləri ilə əlaqə saxlaya bilmək üçün mobil nömrələrini götürmüşlər. O, bu barədə olan fikrini Təqsirləndirilən şəxs1 demiş, Təqsirləndirilən şəxs1 yüksək vəzifədə işləyən tanışlarının olduğunu, həmin şəxslərin vasitəsi ilə bələdiyyə mülkiyyətində olan torpaq sahəsini onun adına rəsmiləşdirə biləcəyini və həmin torpağa dair çıxarış alacağına dair ona vəd vermişdir. Daha sonra Səxavətlə əsasən “Whatsapp” vasitəsilə əlaqə saxlayıb danışırmış, söhbət zamanı rəsmiləşdirmə üçün ilkin olaraq 30.000 manat, rəsmiləşdirmədən sonra həmin torpaq sahəsini özəlləşdirmək üçün isə əlavə pul lazım olacağını Səxavət ona demişdir. Danışıqlarına əsasən əvvəlcə o, torpaq sahəsi ona icarəyə verilməli, sonra özəlləşdirilməli olmuşdur. O, Səxavətlə razılaşmış və ondan pulu necə verəcəyini soruşmuşdur. Səxavət ilkin olaraq 6.000 manat, sonra isə hissə-hissə olmaqla qalan 24.000 manatı verməli olduğunu ona demişdir. O, onunla razılaşıb təxminən 17 aprel 2025-ci tarixdə 2.000 manat pulu öz bank kart hesabından onun göndərdiyi bank kartı hesabına göndərmiş, təxminən 2 gün sonra yenidən həmin kart hesabına, 4.000 manat pulu göndərmişdir. Ümumilikdə 6.000 manat pulu Təqsirləndirilən şəxs1 göndərdikdən sonra artıq bu məsələnin danışıldığını və rəsmiləşdirmə üçün razılıq verildiyini deyib əlavə olaraq 10.000 manat pul istəmişdir. Həmin 10.000 manat pulu 2025-ci il may ayının əvvəllərində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Qış parkı" adlanan ərazidə əlbəəl Təqsirləndirilən şəxs1 vermişdir. O, qalan 14.000 manat pulu isə 2025-ci il may ayının sonlarında Təqsirləndirilən şəxs1 Sumqayıt şəhərində “Darçın” restoranında əlbəəl vermişdir. Səxavət bu işin təxminən 03 ay müddətində həll olunacağını ona bildirmişdir. 2025-ci ilin iyun ayının sonlarında Səxavətin bu işi həll etmədiyini görüb ondan pulunu qaytarmasını tələb etmişdir. Qeyd edir ki, torpağın ölçü planına qədər təşkil olunmuş, o da torpağı ölçənlərə əlavə 50 manat pul da vermişdir. O, Səxavətlə bir yerdə xidmət etdiyi, xidmət zamanı bir-birilərinə canlarını əmanət etdikləri üçün ona etibar etmiş və güvənmiş, lakin Səxavətin onu aldadacağını fikirləşməmişdir. Hətta, Səxavət ona borc müqaviləsi bağlamağı təklif etsə də, o buna ehtiyac olmadığını bildirmişdir. Lakin onun yalan danışdığını sonradan öyrənmişdir. Qeyd edir ki, Səxavətdən pulunu tələb etdikdə Səxavət ona verdiyi 30.000 manatı Azad adlı şəxsə verdiyini demiş, bu səbəbdən o, Təqsirləndirilən şəxs2la əlaqə saxlamış və Azad 30.000 manatın hamısının onda olduğunu və növbəti gün günortaya qədər qaytaracağını demişdir. O, Azada inanmamış, pulu ondan tələb etməyə başlamışdır. Bir neçə gün müddətində Azad hissə-hissə olmaqla 10.000 manatı pulu onun bank hesabına göndərmişdir. O, Təqsirləndirilən şəxs1la əlaqə saxlamaq istəsə də, bu mümkün olmamışdır. İbtidai istintaq zamanı Azad tərəfindən ona 10 000 manat ödəniş olmuşdur. Hazırda məhkəmə istintaqı dövründə ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Bütün ziyan məbləği Təqsirləndirilən şəxs2 tərəfindən ona ödənilmişdir. Bu səbəbdən təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı ərizəsində ona dəymiş 30000 manat məbləğində maddi ziyanın Təqsirləndirilən şəxs2 tərəfindən ibtidai istintaq müddətində 20000 manat, məhkəmə istintaqı müddətində isə qalan 10000 manatın ödənildiyini bildirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, təqsirləndirilən şəxslər barəsində şikayət və tələbinin olmadığını, yüngül cəzanın təyin edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sənədlərdən görünür ki, “Cinayət işinin başlanması haqqında” 09 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti üzrə toplanmış ilkin yoxlama materialı əsasında fakta görə Təqsirləndirilən şəxs1 barəsində CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanmışdır. ( i.v.1); “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 28 oktyabr 2025-ci il tarixdə, saat 14:00-da CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v.136-137); “Cinayət işi üzrə əməlin tövsif edilməsi” haqqında 29 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 əməli CM-nin 178.2.1 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. (i.v.151); Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-1281/2025 saylı, xx.xx.2025ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 01 ay, 29 gün müddətinədək, yəni xx.xx.2025-ci il tarixədək “həbs” qətimkan tədbiri seçilmişdir. (i.v.169- 173); “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 04 noyabr 2025-ci il tarixdə, saat 20:00-da CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v.192- 193); Təqsirləndirilən şəxs2 05 noyabr 2025-ci il tarixdə CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddələrdə nəzərdə tutulmuş ittiham ona elan edilmiş və həmin tarixdə saat 15 radələrində təqsirləndirilməsi ilə bağlı ifadəsi alınmışdır. (i.v 210-211; 218-221); 06 noyabr 2025-ci il tarixdə Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v.222-223); “Təqdim edilən əşyalara baxış keçirilməsi barədə” 10 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, təqdim edilmiş vərəqin üzərində “ABB" mobil tətbiq vasitəsilə 5239********7164 rəqəmli bank kartına 4127********7052 nömrəli bank kartından xx.xx.2025-ci il tarixdə 2.000 manat pul köçürməsi qəbzinin fotoşəkilinin əks edildiyi müəyyən edilmişdir. Təqdim edilmiş 01 ədəd CD diskdə olan səs yazısında danışan şəxslərdən birinin Təqsirləndirilən şəxs1 (A), digərinin isə Zərərçəkmiş şəxs (B) olması bildirilmişdir. Baxış zamanı aşağıda göstərilən mətndə danışıq olması müəyyən edildi. xx.xx.2025-ci il saat 09:08-09:11 A: Hə, Famil B:Alo? A: Haycan, brat B: Nağarırsan? A: Elə üzümü qırxırdım hamamdaydım, gördüm zəng eləmisən B: Səxavət A: Haycan B: Dünəndən zəng eliyirəm zəng çatmır, açmırsan, o birisi də eyni qaydada A: Bildime qaqaş, bayaq sənə dedim, dünənləri həyqi pis vəzyətdəydim, çox pis vəziyyətiydi haa, yəni yerimdən belə tərpənə bilmirdim, belimdə qrija var deyə hər yerə sürünə-sürünə getmişəm. Təsəvvür elə iynəni vurandan sonra gəlib yatmışam, telefon da qucağımda bir də ayıldım ki, saat 3-ün yarısı. Ona görə yoxsa mən telefonu niyə açmayım ki? B: O Azad niyə cavab vermir mənə? A: Qaqaş mənə də zəng eliyib, bax dünənləri mənə 26 dənə zəng gəlib, sən, o, Viktor, evdən uşaqlar zəng eliyib. Bilmirəm qaqaş mənim xəbərim yoxdu indi B: Sən evdə döylüydün, bə uşaqlar harda qalır? A: Uşaqlar rayondadılar B: Səxavət mən 30.000 manat pul vermişəm, bir sən maraqlanmırsan bu Azad hardadı A: Bilirsən necə, mən saat 4-5-ə gələcəm. Onsuzda bu günləri mən bütün məsələləri həll eliyəcəm. B: Eşidirsən sən 30.000 manatın hamısını ona vermisən də hə? A: Hamısını, qaqaş, hamsını ona vermişəm, elə şey olar B: Bəs niyə sənə elə laqeyd yanaşır, sən ümumiyyətlə onunla danışmısan? A: Bu gün? B: Həə A: Ə yoxe bu günləri bir sənlə, bir də səndən əvvəl oğlumla danışmışam. B: Onun heç kimi yoxdu inanırsan. O yalandan 30.000-i sənə fırladıb. A: Yox ay qaqaş elə deyil, vallah elə deyil B: Əmlakda onun heç kimi yoxdu A: Yo yo yo bilirəm də mən, gələcəm də mən ora. B: Ad desin də bir, biz də bilək ki, pul ondadı rahatlıyaq ki, alıb verəcəy A: Onsuz da dəqiqləşdirəciyiy də, mən bu gün ora hazır gələcəm onsuz da. Alacaqlarını var onlara zəng eliyim birazdan, kimdən nə toplayacağım varsa elə onları da götürüm gəlim elə birdəfəlik B: Qardaş gətirin mənim pulumu verin. Birinci gün götürəcəysən neyniyəcəysən day bilmirəm. Mənim pulum səndədie Səxavət, o 30.000 A: Sənin pulun məndədi qaqaş, sən məndən alacaqsan pulu B: İşdi danışdıq alınmadı, işin görülməyini istəmədim, çünki belə başlayıbsa, sonrası heç yaxşı olmayacaq, ona görə bir-birimizi incitməyək A: Yox pul qayıdacaq Famil o qalan mənliydi də, qalan nə varsa özüm həll eliyəcəm. B: Yaxşı, nə vaxt gəlirsən? A: Mən saat 4-5-ə maksimum olacam orda B: Gəl, gəl gözlüyəcəm. A: Yaxşı, adboy ver qaqaş əlim sabunludu B: Yaxşı. Zərərçəkmiş şəxs təqdim etdiyi təqdim etdiyi 01 ədəd CD diskdə olan digər fayla baxış keçirilmiş, baxış zamanı aşağıda göstərilən mətndə danışıq olması müəyyən edildi. Saat 16:30-16:37 B: Buna da zəng elədim, gördüm adboy verdi mənə Azadı deyirəm A: Azadı yığmışdın? B: Viktor zəng eləmişdi, adboy verdim, dedim Azadı yığım o da adboy verdi A: Səxavət, eşidirsən, ay Səxavət B: Denən qaqaş eşidirəm A: O Azadı sən bu gün dirəməsən, birinci gün sənə o heç nə verəsi deyil, çünki birinci gün iş günü deyil. B: Sənə mən bir söz deyim, sən bilmirsən mən onu necə diriyirəm, sözümü də demişəm bilir özü A: İndi qulaq ase, məsələ bilirsən nədi, məsələ odu ki, nədi onun adı, uje başımı itirmişəm bilmirəm nağarım, elə ağzımı açıram 30.000. qardaş bilirsən nədi sən o adamla nə iş görmüsən, o neyniyib ki, sən ona bu qədər inanırsan, 30.000 götürüb məndən verdin ona rahat-rahat B: Mən ən böyük işi dedim də sənə də A: Sən axırıncı dəfə onunla hansı işi görübsən? B: Axırıncı dəfə bi dənə kupça götürmüşdüy, ondan sonra mənim problemlərim başladı da A: Vopşem iki ildi görmürsən də onu B: Yoxe qardaş il yarımdı mən heç iş görmürəm onunla A: Bə indi noldu birini iş mənim oldu? B: Mən ümumiyyətlə il yarımdı heç kimlə iş görmürəm... Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən ünvanlanmış məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri, ünvan 3 ünvanında qeydiyyatsız olaraq tək yaşayır. Onun barəsində hər hansı yazılı və ya şifahi şikayət daxil olmamışdır. (i.v. 78); DİN BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Nizami Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmünə əsasən, CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinmiş və cərimə cəzasına məhkum edilmişdir. (i.v.61-62); Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs qarşısında ilkin veridiyi ifadəni bir daha təsdiq etmiş, Zərərçəkmiş şəxs 30.000 manat pul aldığını, həmin pulun 20.000 manatını Təqsirləndirilən şəxs2 verdiyini, 10.000 manatını isə özündə saxladığını bildirmişdir. (i.v.147-150); Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs qarşısında ilkin verdiyi şübhəli ifadəsini təsdiq etməmiş, Zərərçəkmiş şəxs dediklərinin həqiqət olduğunu bildirmiş, Təqsirləndirilən şəxs1la torpağı Zərərçəkmiş şəxs adma özgəninkiləşdirmək adı altında pulunu ələ keçirməklə bağlı aralarında razılığın olduğunu, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs 30.000 manat pul aldığını və 20.000 manatının ona verildiyini bildirmişdir. (i.v.204-208); Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, ona vurulmuş 30000 manat maddi ziyanın 20000 manatının ödənilməsi təmin edilmişdir. (i.v.231); "xxxx" ASC-dən daxil olmuş 01 ədəd CD diskdə cinayət təqibi üçün əhəmiyyət kəsb edən məlumatlar əks edildiyindən 01 ədəd CD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, araşdırma zamanı sorğu edilən 5239 1517 0862 7164 nömrəli plastik kart Təqsirləndirilən şəxs1 adına qeydiyyatdan keçmişdir. Təqdim edilmiş çıxarışlara nəzər salınan zaman məlum olmuşdur ki, plastik kart üzrə elektron hesaba 28 oktyabr 2024-cii il tarixdən 28 oktyabr 2025-ci il tarixədək olan müddət ərzində terminallardan, digər kart hesablarından və digər sistemlə köçürmə vasitəsi ilə ayrı-ayrı vaxtlarda 5-100, həmçinin 100 manatdan daha artıq miqdarda müxtəlif məbləğlərdə pul vəsaitləri mədaxil edilmişdir. Müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs1 kart hesabına xx.xx.2025-ci il tarixdə saat 20:17-də 2.000 manat məbləğində pul vəsaiti köçürülmüşdür. (i.v.237-239); "xxxx" MMC-dən götürülmüş və özündə giriş-çıxış zənglərini, sms mətnlərini və anten əhatə dairələri barədə məlumatları əks etdirən 01 ədəd kompakt diskə baxış keçirilməsinə dair 20 noyabr 2025-ci il tarixli protokoldan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə Təqsirləndirilən şəxs2 məxsus 055-414-1 1-11 saylı nömrədən “Danışdım sabaha yenədə özüm bir p*xada yaramırsan”, xx.xx.2025-ci il tarixdə saat 20:07-də “Salaçtcıqldı teli niyə acmırsan bu vaşımı xarab elədi ac teli görək”, xx.xx.2025-ci il tarixdə saat 15:45-də “Teli ac səaxvət camat gözdür düzəltdin pulu”, xx.xx.2025-ci il tarixdə saat 23:46-da Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** saylı digər nömrədən “Mində teleqram yoxdu belə yiq mini danışaq mütləq p*x p*xa qatişacaq” mesajları daxil olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs1 arasında xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixinədək telefon danışıqları olmuşdur. "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD diskdə cinayət təqibi üçün əhəmiyyət kəsb edən məlumatlar əks edildiyindən 01 ədəd CD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. (240-242); Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə keçirilmiş, Təqsirləndirilən şəxs1 30.000 manat məbləğində pul vəsaitinin 20.000 manatını Təqsirləndirilən şəxs2, 10.000 manatını özünün götürdüyünü bildirmiş, Təqsirləndirilən şəxs2 onun dediklərini təsdiq etmişdir. (i.v.263-266); “Sübutların qiymətləndirilməsi haqqında” 29 noyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə yeni məzmunda elan edilmiş ittiham və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkumluğu olmayan şəxslər hesab edilmiş, Zərərçəkmiş şəxs istintaq orqanına təqdim etdiyi 01 ədəd CD disk, pul vəsaitinin köçürülməsinə dair fotoşəklin əks olunduğu 01 ədəd vərəqin və baxış keçirilməsi barədə tərtib edilmiş protokol cinayət işi materiallarına əlavə edilmiş və maddi sübut hesab edilmiş, "xxxx" MMC-dən daxil olmuş CD disk, "xxxx" ASC-dən daxil olmuş CD disk maddi sübut hesab edilmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində CM-nin 178.3.1, 178.3.2, 178.4, 310 və 320.1 maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin ifadələri, üzləşdirmə protokolları, pul vəsaitinin köçürülməsinə dair fotoşəklin əks olunduğu 01 ədəd vərəq və digər istintaq sənədləri sübut növü kimi qiymətləndirilmişdir. Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində verdiyi ifadəsində göstərdiyi xüsusatlar özünü müdafiə məəqsədi daşıdığından sübut növü kimi tanınmaqla vəsatət kimi qəbul edilib tamm rədd edilmişdir. (i.v. 246-260); İş üzrə digər Təqsirləndirilən şəxs1 barəsində Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2026-cı il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə olan cinayət təqibinə “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 1.16-cı bəndinə əsasən xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. “Elektron məhkəmə informasiya sistemi” vasitəsilə əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2018-ci il təvəllüdlü Həsən Abbasov və xx.xx.2022-ci il təvəllüdlü Yusif Abbasov adlı 02 övladı vardır. Təqsirləndirilən şəxs2 himayəsində yetkinlik yaşına çatmayan 02 övladının olması “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.16-cı bəndinə əsasən onun barəsində cinayət təqibinə Azərbaycan Respublikasının CM-nin 81.2-ci maddəsinə əsasən xitam verilməsinə və cinayət məsuliyyətindən azad edilməsinə əsas verir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda göstərilən əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən digər təqsirəndirlən şəxsin, zərərçəkmiş şəxsin istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla barabər özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək, guya Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 pulunu tələb etdiyi vaxt Təqsirləndirilən şəxs1 həmin çətin vəziyyətdən çıxarmaq və aranı sakitləşdirmək məqsədilə pulun hamısının onda olması və onun tərəfindən ödəniləcəyi barədə Familə dediyi sözlərə, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini oxumadığını, amma başqa yolu olmadığından məcbur qalaraq dindirmə protokolunu imzaladığına dair verdiyi ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, o, məsuliyyətdən boyun qaçırmaq məqsədilə bu məzmunda ifadə vermişdir. İfadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, Təqsirləndirilən şəxs2 ittiham olunduğu cinayət əməlini ittihamda göstərildiyi qaydada törətməsi məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş digər təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri ilə təsdiq edilir. Onun məhkəmə istintaqında göstərdiyi hallar araşdırılsa da, öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində əməlini etiraf etmiş, iş materiallarında olan digər sübutlarla ziddiyyət təşkil etməyən, işin hallarına uyğun ifadə vermişdir. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, bu məzmunda ifadə vermək Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs kimi qanunla ona verilmiş hüquqlarından istifadə etməklə seçdiyi müdafiə vasitəsidir və o, bununla məsuliyyətdən yayınmağa cəhd etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 bu məzmunda ifadəsi özünün uydurma mexanizm əsasında qurduğu təxəyyülünün məhsuludur. Odur ki, məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı əldə edilmiş sübutlarla Təqsirləndirilən şəxs2 təqsirli olması sübuta yetirilmiş və məhz həmin sübutlar hazırki cinayət işində ittihamın əsası kimi qəbul edilməlidir. (CPM 144-146). CM-nin 178.2.1 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə və xeyli miqdarda ziyan vurmaqla törədildikdə-dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin məcəllənin 177-ci maddəsinin “Qeyd” hissəsinə görə bu Məcəllənin 177- 182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenum 11 iyun 2015-ci il tarixli qərarına görə Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan suiistifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Həmin qərara əsasən şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 əməli CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 81.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının: 5-ci bəndinə əsasən icraatında olan bu qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1– 1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); Həmin qərarın 7.4-cü bəndində bu qərar tətbiq olunanadək maddi ziyanı tam ödəməmiş şəxslər barəsində amnistiya tətbiqinə məhdudiyyət qoyulduğu təsbit edilmişdir. Həmin qərarın 24-cü hissəsinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarılır. Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı övladı olmasına, zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam ödəməsinə baxmayaraq o, elan edilmiş ittiham üzrə özünü təqsirli bilməmiş, lakin buna baxmayaraq onun törətmiş olduğu cinayət əməli tam sübuta yetirilmşdir. Bu səbəbdən məhkəmə hesab edir ki, “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.16 və 7.4-cü bəndinə əsasən onun barəsində həmin qərarın 5.1-ci bəndinə əsasən ittiham hökmü çıxarılmalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 əməlində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarın 6 və 7-ci bəndlərində qeyd edilən hər hansı məhdudiyyət müəyyən edilməmişdir. Odur ki, məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs2 CM-nin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayəti əməllərini törətməkdə təqsirli hesab edilməli, barəsində ittiham hökmü çıxarılmalı, ona cəza təyin edilməli, bundan sonra qeyd edilən Amnistiya elan edilməsi haqqında qərar tətbiq edilməklə ona təyin edilmiş cəzadan azad edilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vemə” qətimkan tədbiri ləğv edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində 02 azyaşlı övladının olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın könüllü olaraq tam ödənilməsini, CM-nin 59.1.4, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs2 cəzasının yüngülləşdirən - xüsusən də zərərçəkmiş şəxsə vurulmuş ziyanın könüllü olaraq tam ödənilməsini, himayəsində iki azyaşlı övladının olmasını, əməlini ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və hesab edir ki, təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməklə cəzanın məqsədlərinə çatmaq mümkündür. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, 04 noyabr 2025-ci il tarixdən 06 noyabr 2025-ci il tarixədək həbsdə olduğu 02 gün müddət bir günə iki gün hesabı ilə ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), Amnistiya tətbiq edilməsi haqqında qərara əsasən təyin edilmiş cəzadan azad edilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli, "xxxx" MMC-dən daxil olmuş CD disk, "xxxx" ASC-dən daxil olmuş CD, "xxxx" ASC-dən daxil olmuş CD, "xxxx" MMC-dən daxil olmuş CD disklər və pul vəsaitinin köçürülməsinə dair fotoşəklin əks olunduğu 01 ədəd vərəq iş materiallarında saxlanılmalıdır. (CPM-132). Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən 06 iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin“ Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin mi qdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara xx.xx.2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 66 (altmış altı) manat məbləğində pul ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinsin və o, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 04 noyabr 2025-ci il tarixdən 06 noyabr 2025-ci il tarixədək tutulub saxlanıldığı cəmi 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlığın məhdudlaşdırılması cəzası qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müəyyən edilsin. “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 1.16-cı və 7.4-cü bəndinə əsasən Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə olan cinayət təqibinə xitam verilsin və o, cəzadan azad edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs2 oğlu müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Müdafiəçi1 tərəfindən göstərilmiş hüquqi yardıma görə 66 (altmış altı) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut - "xxxx" MMC, "xxxx" ASC, "xxxx" ASC, "xxxx" MMC-dən daxil olmuş CD disklər və pul vəsaitinin köçürülməsinə dair fotoşəklin əks olunduğu 01 ədəd vərəq, cinayət işi materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar