Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-84/2022 31.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2 Əhəd qızının, onun vəkili və nümayəndəsi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1988-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Sumqayıt şəhəri 76-cı məhəllə, Sülh küçəsi, yataqxana 5-də qeydiyyatda olan, Sumqayıt şəhəri 41-ci məhəllə, yataqxana 5, otaq 51-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgə əmlakını ələ keçirmək məqsədi ilə özünü “Gremont Group” adlı podrat şirkətinin direktoru kimi təqdim edərək hüquqi şəxslərin dövlət reystrində qeydiyyatda olmayan həmin şirkətin adından xx.xx.2019-cu il tarixdə Zərərçəkmiş şəxs2 Əhəd qızı ilə müqavilə bağlayıb onu ünvan 1 ünvanında yerləşən mənzilini təmir edəcəyi barədə yalan vədlər verib aldadaraq etibarından sui-istifadə edib vahid niyyətlə əhatə olunan qəsdlə sonuncudan Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində xx.xx.2019-cu il tarixdə 5000 (beş min) manat, xx.xx.2019-cu il tarixdə 3000 (üç min) manat, xx.xx.2019-cu il tarixdə 1000 (min) manat, xx.xx.2019-cu il tarixdə 4000 (dörd min) manat, xx.xx.2019-cu il tarixdə 7000 (yeddi min) manat, xx.xx.2019-cu il tarixdə 1000 (min) manat, xx.xx.2019-cu il tarixdə isə 1000 (min) manat pul alıb, həmin müddət ərzində Zərərçəkmiş şəxs2 etibarını qazanmaq, eləcə də öz cinayət əməlini gizlətmək və davam etdirmək üçün aldığı pullardan 6123 (altı min yüz iyirmi üç) manatını həmin mənzilin təmiri işlərinə xərcləyərək ümumilikdə 15877 (on beş min səkkiz yüz yetmiş yeddi) manat nağd pulu ələ keçirib Zərərçəkmiş şəxs2 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını ələ keçirmək məqsədi ilə özünü “Gremont Group” adlı podrat şirkətinin direktoru kimi təqdim edərək hüquqi şəxslərin dövlət reystrində qeydiyyatda olmayan həmin şirkətin adından xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs1 ilə müqavilə bağlayıb onu Sumqayıt şəhəri, Bulivar ərazisi “Sumqayıt City” yaşayış kompleksində yerləşən mənzili təmir edəcəyi barədə yalan vədlər verib aldadaraq etibarından sui-istifadə edib vahid niyyətlə əhatə olunan qəsdlə istifadəsində olan tanışı X1 adına olan “Kapital” Banka məxsus **********762727 plastik kart hesabına xx.xx.2020-ci il tarixdə 1400 (min dörd yüz) manat, xx.xx.2020-ci il tarixdə isə 1790 (min yeddi yüz doxsan) manat pulun köçürülməsi yolu ilə ümumilikdə 3190 (üç min yüz doxsan) manat məbləğdə pulu ələ keçirib Zərərçəkmiş şəxs1 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittihamla təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2019-cu ildən “VÖEN” əsasında təmir-tikinti işləri ilə məşğul olur. Zərərçəkmiş şəxs2 Əhəd qızınını təmir-tikinti işləri ilə əlaqədar tanıyır, onlar, Zərərçəkmiş şəxs2 ilə sonuncunun evinin təmirini ümumilikdə 28000 (iyirmi səkkiz) min manata razılaşmışlar. Belə ki, o Zərərçəkmiş şəxs2 evinin təmiri üçün ondan ümumilikdə 22000 (iyirmi iki min) manat pul almışdır. O, həmin pulun 17000 (on yeddi min) manatını Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Tbilisi prospektində yerləşən evinin təmiri üçün xərcləmişdir. Lakin həmin vaxtlarda pandemiya ilə əlaqədar Bakıya gedib-gələ bilməmiş və işi yarımçıq qalmışdır. Bu səbəbdən Afət ondan verdiyi bütün pulu tələb etmiş, o isə öz növbəsində Afətin evində iş gördüyü üçün həmin puldan sonuncuya 5000 (beş min) manat pul borclu qaldığını bildirmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs1 müştəri kimi tanımış, belə ki, o, təmir-tikinti işləri ilə məşğul olan zaman Azər 2020ci ilin dekabr ayında onun yanına gəlmiş və Sumqayıt şəhərində “Sumqayıt Siti” yaşayış kompleksində yerləşən 55 (əlli beş) kv metr sahəsi olan bir otaqlı evi iki otaqlı evə düzəltmək şərtilə tam təmir etdirmək istədiyini bildirmişdir. O, Azərin göstərdiyi evə gəldikdən sonra həmin evdə təmir qiymətini hesablamış, hesablamadan sonra onlar evin təmiri üçün hər kvdarat metrinə 80 (səksən) manat olmaqla ümumilikdə 4400 (dörd min dörd yüz) manat pula razılaşmışlar. Razılaşdıqları üçün o, Zərərçəkmiş şəxs1 ilə 20 dekabr 2020-ci ildə “Xidmət Müqaviləsi” bağlamışdır. Bundan sonra Azərə təqdim etdiyi özünün istifadəsində olan, lakin tanışı X1 adına olan kart hesabına ilkin olaraq 1400 (min dörd yüz) manat, sonra isə 1700 manat pul göndərilmiş və özü həmin pulları çıxarmışdır. Həmin pullardan 1400 manatını təmir-tikinti xərcləri üçün, 1700 manat isə evin təmirinə alınacaq materiallar üçün nəzərdə tutmuşdur. Belə ki, o, həmin mənzildə arakəsmələrin söküntüsü, qonaq otağından eyvana çıxış hissəsinin söküntüsü, mənzilin müvəqqəti su ilə təmini, otaqlara müvəqqəti elektrik naqillərinin çəkilməsi işləri görmüşdür. İlkin olaraq həmin material üçün nəzərdə tutulan puldan mənzilə lapatka, elektrik naqilləri, su borusu, vanna, vedrə və sairə xırda materiallar almışdır. Daha sonra isə işini davam etdirmək üçün digər materialları gətirmək istəyərkən Azər ondan hava şəraiti ilə əlaqədar materialların gətirilməsini yubatmağını xahiş etmişdir. Daha sonra o, material almaq istəyərkən Azər ona zəng edib, materialın keyfiyyətinə baxmaq istədiyini bildirmiş, bu səbəbdən o, Azərlə görüşmüş və birlikdə onun göstərdiyi mağazaya getmişlər. Onlar mağazada olan zaman Azər pulunu geri tələb edərək işin dayandırılmasını tələb etmişdir. O isə öz növbəsində Azərə müqaviləyə xitam vermək istəyən tərəfin qarşı tərəfə 15 gün öncə məlumat verməli olduğunu izah etmişdir. Bundan sonra, Azər əsəbləşərək onu təhqir etmiş və vurmuşdur. Həmin gün o, işi davam etdirmək üçün 3 nəfər hörgü-suvaq ustasını Azərin göstərdiyi mənzilə göndərmiş, ustalar ora gedib işləyəndən bir gün sonra Azər evə gəlib ustaları evdən qovmuş və işin dayandırılmasını yenidən tələb etmişdir. Belə ki, Zərərçəkmiş şəxs1 bu cür qeyri-müəyyən hərəkətlərindən sonra onunla işləyə bilməyəcəyini anlamış, bu səbəbdən Azərlə danışıb müqaviləyə xitam vermək qərarına gəlmişdir. Bu səbəbdən Azər ondan 3100 (üç min yüz) manat pulu tələb etmiş, o isə evin təmiri üçün ödənmiş olan ümumi puldan mənzilin təmirinə və materialların alınmasına xərcləndiyini izah etmiş, xərclənən pulları çıxdıqdan sonra Azərə 2500 (iki min beş yüz) manat borclu qaldığını bildirmiş və müəyyən müddət ərzində həmin pulu ona ödəyə biləcəyini demişdir. Azər isə onunla razılaşmamış və bu barədə hüquq-mühafizə orqanlarına şikayət etmişdir. Həmçinin Təqsirləndirilən şəxs ifadəsində ona verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə onun arasında bağlanmış müqavilənin özünə məxsus iş VÖEN əsasında bağlanmış xidmət müqaviləsi olduğunu, “Gremont Group” adlı şirkətin mövcud olmadığını, özünü həmin şirkətin direktoru kimi təqdim etmədiyini, müqavilə bağlanan zaman iki nüsxədə tərtib olunduğunu, VÖEN əsasında alınmış möhürlə möhürlənərək müştəri tərəfindən oxunduqdan sonra imzalandığını, hər hansı qeydiyyat kitabının olmadığını, Zərərçəkmiş şəxs1 aldığı pulun, yəni 3100 manatın 600 manatını təmirə xərclədiyini, 2500 manatını isə pandemiyada zərər etdiyi üçün geri qaytara bilmədiyini, Zərərçəkmiş şəxs2 aldığı 22000 manat puldan 17000 manatını təmirə xərclədiyini, 5000 manatını isə işsiz olduğu üçün qaytara bilməmişdir. Zərərçəkmiş şəxs1 xx.xx.2020-ci il tarixdə ondan aldığı pulu Sumqayıt şəhəri “Daş bazarı” ərazisində yerləşən “Master İnşaat” təmir tikinti materialları mağazasına köçürməsini bildirmədiyini, Zərərçəkmiş şəxs1 ifadəsində yalan dediyini, Zərərçəkmiş şəxs2 ilə Sumqayıt şəhəri ərazisində yerləşən müxtəlif tikinti materialları mağazalarına gedərək birlikdə evin təmiri üçün qapı-pəncərələri, döşəmə üçün taxta, kafel-metlax, aboy və bir sıra materiallar rəng və çeşidi seçmək üçün getdiklərini, Zərərçəkmiş şəxs2 ifadəsində yalan qeyd etdiyini, Zərərçəkmiş şəxs2 Əhəd qızı ilə aralarında olan “WhatsApp” ani mesajlaşma sistemi vasitəsilə danışıqlardan onun Zərərçəkmiş şəxs2 qısa müddət ərzində evini tam şəkildə təhvil verəcəyinə söz verməsi, evin pəncərələrinin hazır olmasını bildirməsi, kafellərin pulunu ödəməyi, onun şirkətinin idarə heyəti olduğu bildirməyi görünsə də həmin danışıqların aralarında olan bütün danışıqları əhatə etmədiyini bildirmişdir. Eyni zamanda özünün də hüquqşünas olduğunu, lakin ixtisası üzrə işləmədiyini, əməlində cinayət tərkibi olmadığını, Zərərçəkmiş şəxs2 Əhəd qızına borcu olduğunu, mübahisənin mülki xarakter daşıdığını, ekspert rəyi ilə razı olmadığını, görülmüş işlərin aşağı qiymətə hesablandığını, bütün bunlara baxmayaraq Zərərçəkmiş şəxs2 mülki iddia tələbini qismən, yəni ödənilmiş hissə çıxıldıqdan sonra qəbul etdiyini bildirdi.Təqsirləndirilən şəxs son sözündə Zərərçəkmiş şəxs1 dəymiş ziyanı qismən ödəyərək onunla barışıq əldə etdiyini, Zərərçəkmiş şəxs2 Əhəd qızına dəymiş ziyanı qismən ödədiyini, himayəsində azyaşlı uşaqlar olduğunu, ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini bildirərək barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini Məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 Əhəd qızı ifadəsində göstərdi ki, o 2019-cu ilin sentyabr ayında Bakı şəhəri 20 Yanvar metrosu yaxınlığında inşa edilmiş yeni tikili binadan özünə 100 kv metr sahədə mansard tipli təmirsiz vəziyyətdə yaşayış evi almışdır. Belə ki, o həmin evi təmir etdirmək üçün yaşadığı ünvanın qapısına qoyulmuş evlərin təmiri ilə məşğul olduğunu əks etdirən buklet vasitəsilə “Gremont” adlanan şirkətin əlaqə nömrələrinə zəng vurmuş, zənginə cavab verən Təqsirləndirilən şəxs Füzuli oğlu həmin şirkətin rəhbəri olduğunu ona bildirmiş və onlar həmin şəxslə 2019-cu ilin sentyabr ayında Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində parkda görüşmüşlər. Qadir söhbət əsnasında ona ofislərinin təmirdə olduğunu bildirmişdir. Qadir ilə söhbət edib təmir işləri ilə bağlı razılaşdıqdan sonra Qadir onunla bundan sonra Sumqayıt şəhəri “Sülh Plaza”da otaqların birində görüşüb söhbət etmişdir. Bundan sonra, Qadir qeyd etdiyi mənzilin təmiri üçün ondan müqavilə şərtlərinə əsasən ilkin ödəniş etməyini xahiş etmiş, o, Qadir ilə Sumqayıt şəhəri “Sülh Plaza”da müqavilə bağlayaraq Qadirə ilkin olaraq 5000 manat ödəniş etmişdir. Həmçinin bağladıqları müqaviləni əks etdirən sənədləri təqdim etmişdir. Müqaviləni bağladıqdan sonra Qadir səhəri gün işə başlayacağını bildirmiş və 3 ay ərzində evini tam təmirli şəkildə ona təvhil verəcəyinə dair söz vermişdir. O, aralarında müqavilə olduğundan, həmçinin müqavilədə Qadirin şəxsi imzası və möhürü olduğundan Qadirin bu sözlərinə inanmışdır. Bu səbəbdən də təmir başladıqdan sonra o 2019-cu ilin oktyabr ayının 20-dək olan müddət ərzində Qadirə ümumilikdə 22,000 manat pul ödəmişdir. Qadir bu müddət ərzində onun evində çox kiçik təmir işləri aparmışdır. Oktyabr ayının sonlarında o, evində işləyən ustaların evdə görmüş olduqları işi yarasız vəziyyətə salaraq getdikləri barədə məlumat almışdır. O, Qadirdən nə baş verdiyini maraqlandıqda Qadir məsuliyyəti üzərindən atmışdır. Bundan sonra, Qadir ona müxtəlif bəhanələr gətirməyə, həmçinin anasının əməliyyat olunduğunu da bəhanə gətirərək təmirin müddətini uzatmışdır. Həmçinin ondan almış olduğu pulları şəxsi ehtiyacları üçün xərclədiyini etiraf etmişdir. Bundan sonra, Qadir vermiş olduğu vədə əməl etməyib evinin təmrini başa çatdırmadığı üçün o Qadirdən pullarını tələb etmişdir. Qadir ondan aldığı pulları şirkətin ümumi büdcəsinə xərclədiyini, bütün alacaqlarını yığdıqdan sonra onun evinin təmirini yekunlaşdıracağına söz vermiş, lakin, bu dəfə də vədinə əməl etməmişdir. Bundan sonra isə Qadir ona yeni bəhanə gətirərək ondan almış olduğu pulları vergi borcuna ödədiyini demişdir. O hər dəfə Qadirdən pullarını tələb etdikdə Qadir yenidən ona vədlər verməyə başlamış, yaxın müddətdə nisyə mallar alıb evinin təmirini sonladıracağını demişdir. Lakin Qadir verdiyi heç bir vədə əməl etməmiş, onunla təkrar müqavilə bağlayaraq əlavə vaxt istəməsinə baxmayaraq heç bir iş görməmişdir. O da artıq Qadirin ona qarşı dələduzluq hərəkətləri edərək bütün pullarını ələ keçirdiyini başa düşdüyü üçün polisə müraciət etmək qərarına gəlmişdir. Həmçinin Qadirin ondan əlavə vaxt istəyərək sözünə əməl etmədiyi halda ona təzminat ödəcəyini bildirməsini və bu barədə yazılı kağız verməsini qeyd etmişdir. Lakin, Qadir ona vermiş olduğu vədlərin heç birinə əməl etməmiş və ondan almış aldığı pulları şəxsi ehtiyacları üçün xərcləmişdir. Qadirin bu hərəkətlərinə görə o, xəstə olmuş, qızının psixoloji problemləri yaranmış və qızının xeyir işi pozulmuşdur. Qadir adlı şəxs ona qarşı dələduzluq hərəkətləri etməklə yanaşı ona böyük mənəvi ziyan da vurmuşdur. Onun hazırda şikayəti və tələbi Qadir adlı şəxs ondan almış olduğu 22,000 manat pulu geri qaytaramaqla yanaşı, etmiş olduğu dələduzluq əməlinə görə cinayət məsuliyyətinə cəlb edilməsidir. Əlavə olaraq o, Qadirə həmin 22000 manat pulu hissə-hissə verdiyini, Qadirin onun evində gördüyü kiçik təmir işlərini aparmaqda məqsədinin ona pulun davamını verməyi üçün görüntü yaratmaq olduğunu bildirmişdir. Eyni zamanda onun Qadirə hiss-hissə olmaqla həmin 22000 manatı ona verməyinin səbəbinin də Qadirin evdə təmir işlərinə başlamağı olduğunu bildirmişdir. Həmçinin o, Qadirin təmirə başladıqdan sonra onunla Sumqayıt şəhəri ərazisində yerləşən müxtəlif tikinti materialları mağazalarına gedərək birlikdə evin təmiri üçün qapı-pəncərələri, döşəmə üçün taxta, kafel-metlax, aboy və bir sıra materiallar seçməsini, həmin materiallarının pulunu ödəmək adı ilə ondan müxtəlif məbləğlərdə pullar aldığını, sonradan həmin materialları evinə aparmadığını, Qadirlə maraqlandıqda isə sonuncunun müxtəlif bəhanələr gətirərək qısa müddət ərzində həmin materialları mənzilinə çatdıracağını və evini tam təmir edib təhvil verəcəyini deməsini bildirmişdir. Bütün qeyd etdiklərinin onunla aralarındada olan “WhatsApp” ani mesajlaşma sistemi vasitəsilə söhbətlərdə də öz əksini tapdığını demişdir. Sonradan o, Qadir tərəfindən aldanıldığını başa düşmüş, Qadir ilə birlikdə material seçdiyi mağazalara gedib maraqlandıqda orada işləyən işçilərin Qadirin sonradan seçdikləri malları almaqdan imtina etdiyini bildirməsini qeyd etmişdir. Həmçinin, Zərərçəkmiş şəxs2 ifadəsində Təqsirləndirilən şəxs ondan Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində xx.xx.2019-cu il tarixdə 5000 (beş min) manat, xx.xx.2019-cu il tarixdə 3000 (üç min) manat, xx.xx.2019-cu il tarixdə 1000 (min) manat, xx.xx.2019-cu il tarixdə 4000 (dörd min) manat, xx.xx.2019-cu il tarixdə 7000 (yeddi min) manat, xx.xx.2019-cu il tarixdə 1000 (min) manat, xx.xx.2019-cu il tarixdə isə 1000 (min) manat pul aldığını, bu barədə sonuncunun ona qəbz verdiyini, həmin qəbzlərin surətini təqdim etdiyini bildirmişdir. Eyni zamanda ona dəymiş zərərin 3000 manat məbləğində ödənildiyini, qalan pulun isə ödənilmədiyini və təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Füzuli oğlunu 2020-ci ilin dekabr ayından tanıyır. Belə ki, o, qardaşı X10 adına olan, lakin özünə məxsus Sumqayıt şəhərində, Bulivar ərazisində yerləşən “Sumqayıt City” yaşayış kompleksində 55 kvadrat metr təmirsiz mənzili almışdır. O, həmin evin blokunda Təqsirləndirilən şəxs rəhbərlik etdiyi “Gremont Group” təmir şirkətinin reklam lövhəsini görüb oradan Qadirin mobil nömrəsini götürüb onunla telefon əlaqəsi saxlayıb ev təmir etdirmək istədiyini söyləmiş, sonuncu qısa müddət ərzində evi yüksək səviyyədə təmir edəcəyini söz vermiş və o həmin şəxsin təklifi ilə razılaşmışdır. Bundan sonra onlar xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxslə Sumqayıt şəhərində, Bulivar ərazisində yerləşən “Sumqayıt City” yaşayış kompleksində görüşmüşlər. Görüş zamanı Qadir ona müqavilə bağlayacaqlarını təklif etmış və onunla razılaşmalarına əsasən mənzilin hər kvadratının 80 manata təmir olunması ilə bağlı müqavilə imzalamışlar. O, Qadir ilə müqavilə bağladıqdan sonra Qadir Atakişiyevin ona təqdim etdiyi X1 adına olan "xxxx" aid **********762727 plastik kart hesabını qardaşı Əzizə göndərmiş, qardaşı da ilk öncə onun adından 1400 manat, daha sonra isə 1790 manat pulu Qadirin ona verdiyi həmin hesaba köçürtmüşdür. Razılaşmalarına əsasən pul köçürüldükdən sonra Qadir material alıb bir-iki gün ərzində ona məxsus mənzildə təmirə başlamalı olduğu halda, bir neçə gün keçməsinə baxmayaraq müxtəlif bəhanələr gətirərək işə başlamamışdır. Bu səbəbdən o Qadir tərəfindən aldanıldığını başa düşüb pulunu Qadirdən geri qaytarmasını tələb etmişdir. Qadir müxtəlif bəhanələr gətirərək nə onun pulunu qaytarmış nə də ki, evi təmir etməmişdir. O Qadirin onu aldatmağını başa düşüb Qadirlə görüşmək istədiyini təkid etmiş, sonuncu ilə xx.xx.2020-ci il tarixdə görüşüb pulunu tələb edən zaman Qadir ona pulu material almaq üçün mağazaya köçürdüyünü söyləmişdir. Bundan sonra o, Qadirdən pulu hansı mağazaya köçürtməyini soruşub həmin mağazaya getmək istədiyini bildirmiş və onlar birlikdə Sumqayıt şəhəri “Daş bazarı” ərazisində yerləşən “Master İnşaat” təmir tikinti materialları mağazasına getmişlər. Onlar mağazada olan zaman orada işləyən bir nəfər şəxs ilə görüşdükləri zaman həmin şəxs ilk öncə pulun həmin mağazaya köçürülməsini təsdiq etmiş, lakin o mağazada işləyən şəxsə ona material lazım olmadığını söyləyib pulunu geri tələb etdikdə mağazada işləyən şəxs Qadir ilə mübahisə edərək Qadirin mağazaya heç bir məbləğdə pul köçürmədiyini ona bildirmişdir. Həmçinin, Zərərçəkmiş şəxs1 ifadəsində ona verilən suala cavab olaraq qardaşı Əziz Fətullayevin onun xahişi ilə Təqsirləndirilən şəxs ona verdiyi kart hesabına göndərdiyi 3190 manat pulun özünə məxsus olduğunu, sonuncunun ona məxsus pulu ələ keçirdiyini, xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhəri “Daş bazarı” ərazisində yerləşən “Master İnşaat” təmir tikinti materialları mağazasında olan zaman Təqsirləndirilən şəxs vurmadığını və ya söymədiyini, sonuncunun ifadəsində yalan qeyd etdiyini bildirmişdir. Məhkəmə gedişatı zamanı ərizə təqdim edərək ona dəymiş ziyanın bir qisminin ödənildiyini, qalan məbləğlə öz aralarında razılığa gəldiklərini, şikayətçi olmadığını, Təqsirləndirilən şəxs barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 Zərərçəkmiş şəxs2 Əhəd qızının ifadəsində göstərdiyi xüsusatları təsdiq etmiş və ifadəsində əlavə olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs2 qızıdır. Həmin vaxt qardaşı rəhmətə getmişdir. Buna görə də gedib təmir işlərinə nəzarət edə bilməmişlər. Təqsirləndirilən şəxs arabir səs yazıları və video görüntülər göndərirmiş. O, Təqsirləndirilən şəxs işlərin ləng getməsinin səbəbini soruşduqda Təqsirləndirilən şəxs bildirmişdir ki, iş ilk başlayan zaman ləng gedir, sonra güclənəcəkdir. Sonra Təqsirləndirilən şəxs anasının xəstə olduğunu, problemlərinin olduğunu bildirərək müxtəlif bəhanələr gətirmişdir. Hər gün onlara zəng edərək materialın aşağıda olduğunu, yuxarı qaldırdıqlarını, materialın qalanını almaq üçün əlavə pul lazım olduğunu bildirirərək onları aldatmışdır. Təqsirləndirilən şəxs dəfələrlə ona da pul istəmək üçün zəng etmişdir. Təqsirləndirilən şəxsə 22000 manat pul verdiklərini, təqsirləndirilən şəxsi elanda yazılmış nömrə vasitəsilə tapdıqlarını, təqsirləndirilən şəxsin özünü “Gremont” şirkətinin sahibi kimi tanıtdığını, şirkətin həmin vaxt təmirdə olmasını bildirərək onlarla şirkətdən kənar başqa yerdə görüşdüklərini, təmir qiymətinin şirkətin İdarə Heyəti tərəfindən hesablandığını, mənzildə yalnız ara divar hörülməsini işini gördüyünü, ekspert rəyinə əsasən mənzildə 5000-6000 manat arası iş görüldüyünü, qalan məbləğin təqsirləndirilən şəxs tərəfindən mənimsənildiyini, Təqsirləndirilən şəxs tərəfindən işlərin görülməməsi səbəbi kimi pulun qurtardığını, ustaların işləmədiyini, anasının səhhəti ilə əlaqədar başının qarışıq olduğunu və digər bəhanələr gətirdiyini bildirdi. Zərərçəkmiş şəxs artıq onu şikayət edəcəyini, pulunu tələb etdiyini bildirdikdə ona başqa yerdə də işlər götürdüyünü, onları tamamlayaraq və kredit götürərərək pulu ödəyəcəyini bildirmişdir. Daha sonra pandemiya şəraitini bəhanə edərək yenə işlər görməmiş, pulu qaytarmamışdır. Pandemiyadan sonra Təqsirləndirilən şəxs onların telefon nömrələrini bloka atmış, əlaqələri kəsilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2 il olar ki, usta kimi tanımış, 2019-cu ilin oktyabr ayında sonuncu işlədiyi sexə gələrək bacısına məxsus Bakı şəhərində yerləşən mənzil üçün plastik qapı-pəncərə sifariş etmək istədiyini bildirmiş, o Qadirlə birlikdə Bakı şəhəri, Tiblisi prospektində yerləşən yeni tikili binaya gedərək orada yerləşən mansard tipli mənzildə ölçü götürmüşdür. Qadir həmin qapı-pəncərənin pulunun 800 manatını əvvəlcədən beh kimi verəcəyini, qalanını isə işin sonunda verəcəyini söyləmiş, lakin sonuncu pul ödəmədiyi üçün o sifarişi icra etməmişdir. Qadir həmin vaxt ondan ölçü götürdükləri evin sahibi işlədiyi sexə gələrək sifariş barədə maraqlanarsa həmin qadına ona 800 manat beh verməsini təsdiq etməsini xahiş etmiş, lakin o Qadirlə razılaşmamışdır. Bir müddət sonra Afət adlı xanım onların işlədiyi sexə gələrək onun evinin sifarişinin hazır olub-olmamasını soruşmuş, o həmin qadına Qadirin onlara pul ödəməməsi səbəbindən siraişi icra etmədiyini bildirmişdir. Həmçinin, Şahid3 ifadəsində Qadirin başqa şəxslərlə də bu cür problemlərin olmasını bildiyi üçün sonuncunun sözü ilə həmin qadına Qadirin onlara 800 manat pul verməsini söyləmədiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi tanımır. 2021-ci ilin mart ayının əvvəllərində Azər adlı şəxsin Sumqayıt şəhərində, Bulivar ərazisində yerləşən “Sumqayıt City” yaşayış kompleksində 55 kvadratmetr mənzildə elektirk və santexnik işini görmək üçün onunla söhbət edib razılaşmış, o, qeyd olunan mənzildə elektirk və santexnik işini işlərini görmüşdür. Zəhmət haqqı kimi ona 350 manat deyilmiş, 200 manatını almış, 150 manatı qalmışdır. O, həmin mənzildə qeyd etdiyi işləri görən zaman orada heç bir iş görülməmişdir. Belə ki, həmin mənzil şirkət tərəfindən təhvil verilmiş vəziyyətdə, yəni divarları sıvaqsız vəziyyətdə olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən bir il olar ki, müştəri qismində tanıyır. 2020-ci ilin dekabr ayının sonlarında işlədiyi “Master inşaat” mağazasında olan zaman Qadir mağazaya gələrək bir nəfər müştərinin onun mağazasına gələcəyini söyləyib həmin müştəri soruşduğu təqdirdə onun tərəfindən təmir tikinti materiallarının pulunun mağazaya köçürülməsini təsdiq etməsini xahiş etmiş, o da Qadiri tanıdığı üçün ona etiraz etməmişdir. Bir müddət sonra mağazaya 45-50 yaşlarında olan bir nəfər şəxs Qadir ilə birlikdə gəlmiş, sonradan adının Azər olduğunu bildiyi həmin şəxs Qadir tərəfindən pulun onun mağazasına köçürülüb-köçürülməməsini ondan soruşmuş, o da köçürüldüyüni söyləmiş, Azər material lazım olmadığını deyib pulunu tələb etdikdə o həqiqəti bildirmiş, Qadirin mağazaya pul köçürmədiyini söyləmiş, sonra da onlar çıxıb getmişlər. Həmçinin, Şahid2 ifadəsində ona verilən suala cavab olaraq Azərin həmin vaxt Qadiri təhqir etmədiyini və ya vurmağını bildirmişdir. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X22 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə dayıoğlu-bibioğludur. Özü də ustadır. Zərərçəkmiş şəxsin evində elektrik, santexnik işlərini görmüşdür. Əvvəllər də Təqsirləndirilən şəxs ilə işləmiş, işinin qarşılığında əmək haqqısını almışdır. Təxminən 2019-cu ilin sentyabr-oktyabr aylarında Günel xanımın evində 15-20 gün işlədiyini, elektrik, santexnik, pəncərə açılması işlərini gördüyünü bildirmişdir. Onunla birlikdə köməkçi kimi xalası oğlu da işləmişdir. Bir nəfər dağıntı üçün köməyə gəlmiş, 1-2 gün işləyib getmişdir. Ümumilikdə iş üçün 1500-1600 manat arası əmək haqqı almış, əlavə alacağı pul qalmışdır. Evin tavanından su axan zaman zərərçəkmiş şəxsin ora gəldiyini, həmin vaxt zərərçəkmiş şəxsi orada gördüyünü bildirmişdir. Orada olan zaman kafelmetlaxın olduğunu, dəhlizdə, giriş tərəfdə alçipan vurulduğunu, təxminən mənzilin 110-115 kv.metr olduğunu bildirmişdir. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X17 ifadəsində göstərmişdir ki, 2020-ci ilin dekabr aylarında Təqsirləndirilən şəxs ilə birlikdə usta kimi işləmişdir. Həmin mənzildə 2 nəfər olmaqla, 4 gün işləmişlər. Mənzildə suvaq vurmaq, dağıntı və material qaldırmaq işlərini görmüşlər. Görəcəkləri işi 1500 manata danışmışlar, işin əvvəlində 500 manat beh kimi almışlar, sonra iş dayandığından qalan pulu almamışlar. Təqsirləndirilən şəxs tanışı vasitəsilə 5-6 ildir ki, tanıyır, usta kimi bir yerdə işləmişlər. Onlar həmin mənzilə işləməyə gələrkən Təqsirləndirilən şəxs işıq, su çəkirmiş, sonra santexnik, elektrik işlərini görməyə başlamışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “cinayət işi başlanması haqqında” qərardadn görünür ki, Zərərçəkmiş şəxs1 müraciəti əsasında toplanmış ilkin yoxlama materialı üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. İş materiallarında olan şikayət ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs1 xx.xx.2021ci il tarixdə şikayət ərizəsi ilə Sumqayıt Şəhər Polis İdarəsinə müraciət etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “cinayət işinin icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işi icraata qəbul edilərək istintaqın aparılması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs1 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “şəxsin məcburi gətirilməsi barədə” qərardan görünür ki, Sumqayıt şəhəri, 76-cı məhəllə, Sülh küçəsi, yataqxana 5-də qeydiyyatda olan Təqsirləndirilən şəxs məcburi qaydada Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsinə gətitilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “şübhəli şəxs qismində tanıma haqqında” qərardan görünür ki, ********* saylı cinayət işi üzrə xx.xx.1988-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Sumqayıt şəhəri, 76-cı məhəllə, Sülh küçəsi, yataqxana 5a, otaq 51-də qeydiyyatda olan, Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 22/136, mənzil 3-də yaşayan Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tanınmışdır. İş materiallarında olan şikayət ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs2 Əhəd qızı xx.xx.2020-ci il tarixli şikayət ərizəsi ilə Sumqayıt Şəhər Prokurorluğuna müraciət etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 Əhəd qızının şikayəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan şikayət ərizəsindən görünür ki, xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs2 Əhəd qızı xx.xx.2021-ci il tarixli “cinayət işinin başlanılması rədd edilməsi” haqqında qərardan şikayət vermişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Sumqayıt Şəhər Prokurorluğu tərəfindən xx.xx.2021-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi”nə dair qərar ləğv edilmiş, əlavə araşdırma aparılması üçün Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə istintaq olunan ********* saylı cinayət işi üzrə xx.xx.1988-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Sumqayıt şəhəri, 76-cı məhəllə, Sülh küçəsi, yataqxana 5a, otaq 51-də qeydiyyatda olan, Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 22/136, mənzil 3-də yaşayan Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş və tapılıb istintaqa təhvil verilənədək cinayət işi üzrə icraat dayandırılmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə istintaq olunan ********* saylı cinayət işinin icraatının təzələnməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə istintaq olunan ********* saylı cinayət işi üzrə icraat Təqsirləndirilən şəxs tapılıb istintaqa təhvil verilənədək dayandırılması qərara alınmışdır. İş materiallarında olan Sumqayıt şəhər Polsi İdarəsinin 4-cü Polis Bölməsinin 937 saylı, xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Bakı şəhəri ərazisində tutulmuşdur və bu barədə protokol tərtib edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə istintaq olunan ********* saylı cinayət işinin icraatının təzələnməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayt işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham edlan edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs tərəfindən verilmiş vəsatət rədd edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 Əhəd qızı ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 29.085.2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, məhəllə 3166-da inşa edilən çoxmərtəbəli yaşayış evinin 4-cü bloku, 17-ci mərtəbəsində yerləşən ümumi sahəsi 100 kv.m olan 160/13 nömrəli monsart tipli mənzilə keçirilmişdir. Baxış gündüz vaxtı, təbii işıqlandırma şəraitində keçirilmişdir. Baxış keçirilən mənzilin qapısı dəmirdir. Mənzilə daxil olarkən sağ tərəfdə hamam otağı üçün nəzərdə tutulmuş təmirsiz otaq və qapısı olmayan 3 ədəd otaq görünür. Mənzilin giriş hissəsində elektrik naqillərinin çəkilməsi və işlək vəziyyətdə olması, döşəmədə istilik üçün nəzərdə tutulmuş boruların olması, divarlara ağ rəngli üzlüyün vurulması görünür. Giriş qapısı ilə üzbəüz otağa daxil olduqda otağın təmirsiz olması, elektrik naqillərinin çəkilməsi, divarların ağ rəngli üzlüklə boyanması, yerdə su kanalizasiya borusunun olması görünür. Oradan növbəti oatağa keçərkən həmin otağın da ağ rəngli üzlüklə boyanması, elekrtik naqillərinin olması, damın bir hissəsinin açıq olması, döşəmədə sement və üzlüyün olması görünür. Digər otaqların da ağ rəngli üzlüklə boyanması, elektrik naqillərinin olması və təmir işləri görmək üçün bəzi əşyaların olması müəyyən edilmişdir. Baxış keçirilən zaman Zərərçəkmiş şəxs2 bildirmişdir ki, baxış keçirilən mənzilin divarlarının ağ üzlüklə üzlənməsi, elektrik naqillərinin çəkilməsi, giriş hissədə olan döşəmədə istilik üçün nəzərdə tutlmuş boruların çəkilməsi, otaqların bəzi hissələrinin döşəmələrinin sementlənməsi, kanalizasiya borusu, 2 otaqda tavana çəkilmiş lambirin, bir otağın arakəsməsi onun evində usta işləmiş Təqsirləndirilən şəxs tərəfindən düzəldilmiş, divarların sementlənməsi, qapının qoyulması və digər bu kimi işlər evi aldığı şirkət tərəfindən görülmüşdür. Baxış zamanı qeyd olunan mənzilin fotoşəkilləri çəkilərək iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan məhkəmə tikinti-texniki ekspertizasının 10/1957 saylı, xx.xx.2021-ci il tarixli rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən üç otaqlı, mansard tipli təmirsiz mənzildə yerinə yetirilmiş təmi-tikinti işlərinin hazırki mövcud olan bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 6123,0 manat məbləğində müəyyən olunur. Lakin podratçı tərəfindən yerinə yetirilmiş işlərə dair layihə-smeta sənədləri təqdim olunmadığından, həmin mənzilə podratçı tərəfindən yerinə yetirilmiş təmir-tikinti işlərinin faktiki həcmi və dəyərini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsindən həmin məcəllənin 178.2.2-ci və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “diskə baxış keçirilməsi barədə” protokoldan görünür ki, həmin diskdə 2 ədəd qovluq var. Həmin qovluqlardan biri "Gadirin mesajları', digəri isə “Gadirin sesleri" adlanır. “Gadirin mesajları” adlanan qovluqda ümumilikdə 90 ədəd "WhatsApp" ani mesajlaşma sistemi vasitəsilə göndərilmiş mesajların fotoşəkilləri vardır. Həmin mesajlarda "Qadir" kimi qeyd olunmuş şəxslə evin təmiri ilə əlaqədar söhbətləri əks etdirən yazışmalar olan fotoşəkillər protokola əlavə edilmişdir. Baxış zamam Təqsirləndirilən şəxs həmin mesajların onıın tərətlndən Zərərçəkmiş şəxs2 Əhəd qızı ilə yazılmış mesajlar olduğunu bildirmişdir. Bundan əlavə "Gadirin sesleri" adlanan qovluqda müxtəlif adda səs yazısı olan 71 ədəd fayllar vardır. Hənıin fayllar dinlənilərkən bir nəfər şəxsin Afət adlı şəxslə evin təmiri ilə bağlı söhbətlərinin əks olıınması müəyyən olunur. Həmçinin baxış zamanı diskdə iş üçün əhəmiyyət kəsb edən aşağıdakı audio-səs yazısı aşkar edilmişdir. -Bibi bayaq da dedim bir anam kimi məni başa düşün, ola bilər hardasa səhvim var, nöqsanım var, ama mən sənin işini yarımçıq qoyan deyiləm, nədi hamısın yerbəyer ediləyəcm. Məııə uzaqbaşı 3-4 gün möhlət ver orda böyük bir dəyişiklik edim. Sabahdan özündə şahid olassan. - Afət xala sabahın xeyr, mən indi bazardayam malları yığdırıram, böy bir fura tutmuşam. uşaqlaı yükləyir, prosta bir az yııbandıq, vaxt var indi görüşək, yəni mənim gedib gəlməyimi gözləməyəək. - Afət xala axşamınız xeyr, necəsiz neynirsin, Afət xala bağışlayın narahat edirəm, mümkünsə o pulu iki min eliyrəsiz, çünki ordan beş yüz manat da məniın özümə lazımdır. Santexnik işinin axırında minus beş yüz hesablayarıq. - Xala mən səııə söv vermişəm özü də kişi sözü mən Qadir sənin işini təhvil verəcəm. oğlumun canı narahat olma. Düzdü mənim təqsirimdən gecişir ama bu planlı şəkildə deyildə. Allaha and olsun mən dediyim vaxta səni evini ideal şəkildə təhvil verəcəm. - Hamam hazırdı, kafelləri da qaldırsınlar, başlayacoq inşallah. - İnan Allaha ki o kafel var ha, super kafeldi, yəni söz ola bilməz, əntiqə görsənir, and olun Allaha, polıı da, pataloku da ona uyğun vuraq. - Pəncərələr hazırdı, bir dənə setkası qalıb, olar da hazır olsun aparacam. - Pəncərələrin hamısmın ödənişlərini elədim 3-4 günə hazır olacaq. - Sən verən ödənişlə də kafein pulunıı verdim. qaldı qapılarla aboy. - Bir də onu deyim. bizdə şirkətin idarə heyəti var, onlarala meslehet edim, əgər istəsən həmən məbləğdə material qarışıq usta pullu götürtə bilərəm, həmən məbləğə. - Taxtaları o biri materiallarla bir yerdə kafellə bir yerə gətirərdim, elə bi maşın tutardım, eybi yo sabah olsun. Ürəyivi də sıxma pula görə görürəm narahatsan, yaxşı olacaq inşallah. Baxış zamanı Təqsirləndirilən şəxs diskdə olan səs yazılarının ona məxsus olması və onun Zərərçəkmiş şəxs2 Əhəd qızı ilə "WhatsApp" ani mesajlaşma sistemi vasitəsilə söhbətini əks etdirdiyini, lakin həmən sözlər bu sözlər bütün fikri ifadə etmədiyini və bütün danışıqlarının əhatə etmədyini bildirmişdir. O Afət xanımla razılaşdığı bütün öhdəliklərini yerinə yetirmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, X18 ərizə ilə Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsinə müraciət edərək xx.xx.2020-ci tarixdə qardaşı Zərərçəkmiş şəxs1 ona pul köçürmək üçün göndərdiyi X1 adına olan "xxxx"a məxsus plastik kart hesabına xx.xx.2020-ci il tarixdə 1400 manat, xx.xx.2020-ci il tarixdə isə 1790 manat köçürdüyü pul qardaşı Zərərçəkmiş şəxs1 məxsus olan puldur. Ona görə də ona heç bir zərər dəymədiyindən ********* nömrəli cinayət işi üzrə onun zərərçəkmiş şəxs kimi tanınmağına ehtiyac yoxdur. Faktiki olaraq zərərçəkən qardaşı Zərərçəkmiş şəxs1dur. Nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə yenidən ittiham edlan olunmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs vəsatəti rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 2526 saylı, xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 22 saylı MKS tərəfindən verilmiş 1844 saylı, xx.xx.2021ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər, 41 saylı məhəllə, ünvan 3 ünvanında yaşayır. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 22 saylı MKS tərəfindən verilmiş 1845 saylı, xx.xx.2021ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs atası-xx.xx.1957-ci il təvəllüdlü Ağakişiyev Fizuli Əliheybət oğlu, anası-xx.xx.1965-ci il təvəllüdlü X6, bacısı-xx.xx.1987ci il təvəllüdlü X3, bacısı-xx.xx.1991-ci il təvəllüdlü X4 ilə birlikdə yaşayır. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 22 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində yazılı və şifahi şikayət daxil olmamışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs X23 oğlu və X8 adlı iki övladı vardır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli vəsatət və təqdimatla ********* nömrəli cinayət işinin ibtidai istintaq müddətinin 02 ay, yəni 29 sentyabr 2021-ci il tarixədək uzadılması barədə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərarla Azərbaycan Respublikası CMnin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 02 aydan 05 ayadək, yəni 29 iyul 2021-ci il tarixdən 29 sentyabr 2021-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs xx.xx.1988-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Sumqayıt şəhəri, 76-cı məhəllə, Sülh küçəsi, yataqxana 5a, otaq 51-də qeydiyyatda olan, Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 22/136, mənzil 3-də yaşayan Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş və tapılıb istintaqa təhvil verilənədək cinayət işi üzrə icraat dayandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin **********715400 saylı, xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə ********** saylı VÖEN-lə vergi uçotuna alınmışdır və hazırda fəaliyyəti aktivdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 30.2ci maddəsinə əsasən vergi ödəyicisinin fəaliyyət növü və ödənişləri barədə məlumatlar vergi ödəyicisinin kommersiya sirri hesab olunduğundan həmin məlumatların təqdim olunması mümkün olmamışdır. Əlavə olaraq bildirilmişdir ki, Kommersiya hüquqi şəxslərin dövlət reyestr məlumatlarında “Gremont Group” adlı hüquqi şəxs aşkar edilməmişdir. İş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsinin ********* saylı, xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə olan ********* saylı cinayət işi üzrə barəsində axtarış elan olunmuş Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə könüllü olaraq Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsinə gəlmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə istintaq edilən ********* saylı cinayət işinin icraatı təzələnmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs2 Əhəd qızının ərizəsinə əlavə etdiyi Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 Əhəd qızı arasında "WhatsApp" ani mesajlaşma sistemi vasitəsilə söhbətləri əks etdirən 01 ədəd CD disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilməsi, Zərərçəkmiş şəxs2 Əhəd qızı ilə Təqsirləndirilən şəxs arasında bağlanılmış müqavilə və ödəniş qəbzləri maddi sübut kimi tanınaraq surətləri istintaq materiallarına əlavə edilməsi və saxlanılması üçün Zərərçəkmiş şəxs2 Əhəd qızına təqdim edilməsi, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında bağlanmış müqavilə və ödəniş qəbzləri maddi sübut kimi tanınaraq surətlərinin istintaq materiallarına əlavə edilməsi və saxlanması üçün Zərərçəkmiş şəxs1 təqdim edilməsi, X1 və Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsinin tərkib əlamətləri olmadığından onların barəsində CM-nin həmin maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 178.2.3-cü və 320.2-ci maddələrinin tərkib əlamətləri olmadığından onun barəsində CM-nin həmin maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, Zərərçəkmiş şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində CM-nin həmin maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, Şahid2 əməlində Azərbaycan Respublikası CM-nin 178.2.1ci maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində CM-nin həmin maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan 0006 nömrəli, xx.xx.2019-cu il tarixli sifarişçi adından Zərərçəkmiş şəxs2 Əhəd qızı ilə podratçı adından Təqsirləndirilən şəxs arasında bağlanmış xidmət müqaviləsindən görünür ki, müqavilənin qüvvədə olduğu müddət ərzində Podratçı, Bakı şəhəri, Tbilisi prospektində yerləşən, yeni tikilinin mansart sahəsində, üç otaqlı 100 kv.metr mənzilin: kolidor, holl, hamam tualet,mətbəx, yataq otağı (ara divarın tikilməsi, təmiri), qonaq otağı (ara divarın tikilməsi, təmiri) uşaq otağı (ara divarın tikilməsi, təmiri) balkon hissəsində (yerin metlakı, süpürgəlik, malyar, emusiya):santexnik, elektrik, malyar, taxta örtük (obşıvka), suvaq, hörgü, kafel-metlak, tavan, döşəmə), fəhlə xismətləri, (işləri) görməyi öhdəsinə götürür, Sifarişçi isə Podratçıya razılaşdırılmış muzd ödəməyi öz öhdəsinə götürür. İş materiallarında olan əlyazma şəklində tərtib edilmiş aktdan görünür ki, podratçı Təqsirləndirilən şəxs və sifarişçi Zərərçəkmiş şəxs2 Əhəd qızı arasında xx.xx.2021-ci il tarixli xidmət müqaviləsi bağlanmışdır. Müqavilədə göstərilmişdir ki, Bakı şəhəri, Tbilisi prospektində yerləşən çoxmərtəbəli binanın mansart hissəsində 100 kv.metr sahə təmir edilməli və təmir 11 dekabr 2019-cu il üçün yekunlaşmalıdır. Xidmət müqaviləsinin 6-cı maddəsində göstərilmişdir ki, fors major tərəflərin iradəsindən asılı olmayan səbəbdən baş verərsə öhdəlikləri yerinə yetirə bilməyən tərəf bu barədə yazılı akt tərtib edir və qarşı tərəfi məlumatlandırır. Bu maddəni rəhbər tutaraq sifarişçidən dekabr ayının xx.xx.2019-cu ilinə qədər vaxt verməsini xahiş edir. Göstərilən vaxt ərzində ödənilmiş məbləğə uyğun olaraq yerdə qalan materialların alınması və müqavilədə göstərilən işlərin yerinə yetirilməsini öhdəsinə götürür. Qeyd edilən tarixədək sifarişçidən 22000 ödəniş alınmış (manat) həmin məbləğin 7300 manatı zəhmət haqqı, qalan məbləğ isə nəqliyyat xərci və materailların alınamsı üçündür. Həmin məbləğə elektrik, santexnik, kanalizasiya, kollektor, hörgü (skatur) suvaq, styaşka, dağıntı, kafel pol (döşəmə) alçıpan işləri daxildir. Göstərilən işlərdən pəncərələr, pol, kafel işləri hələki görülməmişdir. Podratçı xx.xx.2019-cu il tarixinədək göstərilmiş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 0014 nömrəli, xx.xx.2020-ci il tarixli xidmət müqaviləsindən görünür ki, müqavilənin qüvvədə olduğu müddət ərzində podratçı əsasında fəaliyyət göstərilən “Gremont Group” direktoru Təqsirləndirilən şəxs Bakı şəhəri, Tbilisi prospektində yerləşən, yeni tikilinin mansart sahəsində, üç otaqlı 100 kv.metr mansart tipli mənzilin qalan işlərinin həyata keçirilməsini, materialların alınması və daşınması, gecikdirilmiş vaxta kompensasiya olaraq sifarişçi Zərərçəkmiş şəxs2 tərəfindən (materialın alınması və usta xidməti üçün) ödənilmiş olan 22000 manat məbləği ilə aparılmasını öhdəsinə götürür. Öz növbəsində sifarişçi görüləcək işlərin həyata keçirilməsi üçün “Gremont Group”a yeni bağlanmış müqavilə qüvvəyə minən gündən hesablanmaqla, 60 gün əlavə vaxt təyin etməyi öhdəsinə götürür. İş materiallarında olan 0044 nömrəli, xx.xx.2020-ci il tarixli podratçı əsasında fəaliyyət göstərən “Gremont Group” direktoru Təqsirləndirilən şəxs ilə sifarişçi Zərərçəkmiş şəxs1 arasında bağlanmış xidmət müqaviləsindən görünür ki, müqavilənin qüvvədə olduğu müddət ərzində podratçı Sumqayıt şəhəri, “Sumqayıt Siti” yaşayış kompleksində yerləşən, 55 kv.metr sahəsi olan bir otaqlı (iki otağa düzəlməklə) mənzilin: holl, hamam, tualet, mətbəx, (studiya yığımı) yataq otağı, qonaq otağı, (ara divarın sökülməsi və tikilişi), balkon hissəsində (yerin metlakı, süpürgəlik, malyar, emusiya): - santexnik, elektrik, malyar, suvaq, hörgü, kafel-metlak), döşəmənin (dik+laminat), tavan (alçıpan və iki otaqda fiqur), (fəhlə xidmətləri, (işləri) görməyi öhdəsinə götürür, Sifarişçi isə Podratçıya razılaşdırılmış muzd ödəməyi öz öhdəsinə götürür. İş materiallarında olan Zərərçəkmiş şəxs2 Əhəd qızı tərəfindən verilmiş mülki iddia ərziəsindən görünür ki, 15877 manat maddi ziyan və ödənilmiş 139 manat dövlət rüsumunun mülki cavabdeh Təqsirləndirilən şəxs alınaraq Zərərçəkmiş şəxs2 Əhəd qızına verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan ərizədən görünür ki, iş üzrə Zərərçəkmiş şəxs1 xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş 3200 manat ziyanın 1500 manatını ödəmişdir. Hazırda ondan qalan məbləğin ödəniləcəyinə dair qismən razılığa gəlmişlər. Məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsinə etirazı olmadığını, Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan yüngül cəza təyin edilməsini xahiş etmişdir. İş materiallarında olan ********* nömrəli, xx.xx.2022-ci il tarixli Mədaxil qəbzindən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 Əhəd qızına 3000 manat məbləğində ödəniş etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli teleqramdan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs2 Əhəd qızına ödənilmiş 3000 manat məbləğində pul Zərərçəkmiş şəxs2 Əhəd qızı tərəfindən alınmışdır. İş materiallarında olan Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 pulun ödənilməsi ilə bağlı təqdim edilmiş 24136 nömrəli, xx.xx.2022-ci il tarixli "xxxx" ASC-yə məxsus ödəniş qəbzindən görünür ki, ******************** hesab nömrəsinə 400 manat məbləğində pul köçürülmüşdür. İş materiallarında olan 1(060)-84/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardan görünür ki, xx.xx.1988-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Sumqayıt şəhəri, 76-cı məhəllə, Sülh küçəsi, yataqxana 5a, otaq 51-də qeydiyyatda olan, Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 22/136, mənzil 3-də yaşayan Təqsirləndirilən şəxs məhkəmə iclasına məcburi gətirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər”. Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində Zərərçəkmiş şəxs1 dəymiş ziyanı qismən ödəməsini və onunla barışıq əldə etməsini, digər Zərərçəkmiş şəxs2 Əhəd qızına dəymiş ziyanı qismən ödəməsini, 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşaqların olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, zərərçəkmiş şəxs və şahid ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ifadəsində müqavilənin olmasını əsas gətirərək mübahisənin mülki xarakterli olmasına istinad etməsi özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yanınmasına cəhd kimi qiymətləndirilir. Belə ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərin güvənin qazanılması özünü hüquqi şəxsin rəhbəri kimi təqdim edərək əməlinə mülki xarakterli görüntü yaratmaq məqsədilə zərərçəkmiş şəxslərlə müqavilə bağlamış, işlərin az bir qismini yerinə yetirərək zərərçəkmiş şəxslərin etibarını qazanmış və onları aldadaraq pullarını mənimsəmişdir. Bütün bunlar məhkəmədə tədqiq edilmiş ifadələr, ekspert rəyi, yazışmalar, səs yazıları və digər sənədlərlə təsdiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli Plenum qərarında göstərilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında cərimə, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə qismən nail olunduğunu nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəza növündən nisbətən yüngül, yəni azadlığın məhdudlaşdırılması cəzasını təyin edilməlidir. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında ağır cəzaya alternativ cərimə cəzasına nisbətdə daha ağır cəza növü olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının deyil, azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyildir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin iki hissəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı andan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilən azadlığın məhdudlaşdırılması cəzasında inzibati ərazi hüdudlarında kənara çıxmama kimi qoyulan məhdudiyyətlərdə onun peşəsi, himayəsində azyaşlı uşağının olması və ailənin dolanmasına təsir edəcək amillər nəzərə alınmalı, Təqsirləndirilən şəxs ərazi məhdudiyyəti Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin hüdudları kimi müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə axtarış nəticəsində saxlanılaraq polis idarəsinə gətirilməsi 01 (bir) gün tutulması kimi qiymətləndirilir və bir günün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılmalıdır. Belə ki, Avropa İnsan Hüquqları Konvensiyasının (bundan sonra AİHK) 5-ci maddəsinin 1-ci bəndi çərçivəsində azadlıqdan məhrum etmə anlayışı üzrə qeyd olunur ki, həm obyektiv - hər hansı şəxsin əhəmiyyətli müddət ərzində müəyyən qapalı sahədə həbs altında saxlanması və əlavə subyektiv element - həmin şəxsin sözügedən azadlıqdan məhrum edilməyə qanuni razılıq verməməsi daxildir (Ştork Almaniyaya qarşı, Stanev Bolqarıstana qarşı). Polisin saxlama və axtarış səlahiyyətinin icrası zamanı məcburetmə elementi, hətta sözügedən tədbirin müddəti qısa olsa belə, azadlıqdan məhrum edilməyə dəlalət edir (Krupko və başqaları Rusiyaya qarşı, Foka Türkiyəyə qarşı, Gillan və X7rşı, Şimovolos Rusiyaya qarşı, Breqa və başqaları Moldovaya qarşı). İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 100,00 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) keçirilməlidir. Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli (iş № 1(060)- 702/2021) qərarını icra edərək, xx.xx.2021-ci il tarixli, 1304 saylı orderə əsasən vəkil X11 onun vəkili təyin etmişdir. Lakin təqsirləndirilən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək X9 hüquqi yardımından imtina etmiş, xx.xx.2021-ci il tarixli qərarla işin davam etdirilməsi Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 həvalə edilmişdir. Müdafiəçilər X15 və Müdafiəçi1 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün X15 10 (on) saat, Müdafiəçi1 40 (qırx) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə 60 (altmış) manat və 240 (iki yüz qırx) manat dövlət büdcəsindən tutularaq Sumqayıt 1 Saylı Vəkil Bürosunun "xxxx" 1 saylı Sumqayıt filialında olan hesabına ("xxxx" 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN **********) köçürülməlidir. Maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 Əhəd qızı arasında “WhatsApp” ani mesajlaşma sistemi vasitəsilə söhbətləri əks etdirən 01 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. Zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs2 Əhəd qızı tərəfindən cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddia verilmişdir. Mülki iddia onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş dələduzluq əməli nəticəsində ona 15877 manat maddi ziyan vurulmuşdur. Həmin 15877 manat maddi ziyanın və ödənilmiş 139 manat dövlət rüsumunun Təqsirləndirilən şəxs alınaraq ona verilməsini xahiş etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs tərəfindən cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs2 Əhəd qızına 15877 manat maddi ziyan vurulması təsdiq edilmişdir. Lakin məhkəmə gedişatı zamanı Təqsirləndirilən şəxs tərəfindən dəymiş maddi ziyanın 3000 manatı ödənilmişdir. Buna görə də iş materiallarında kifayət qədər sübutlar olduğu üçün mülki iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirli bilinsin və o, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 01 (bir) gün müddət bir günün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin. Cəzasının əvvəli Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 22/136, mənzil 3 üvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrası Sumqayıt şəhəri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 100,00 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) keçirilsin. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili X9 göstərdiyi 10 (on) saat və Müdafiəçi1 göstərdiyi 40 (qırx) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə 60 (altmış) manat və 240 (iki yüz qırx) manat dövlət büdcəsindən tutularaq Sumqayıt 1 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına ("xxxx" 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN **********) köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs 12877 (on iki min səkkiz yüz yetmiş yeddi) manat maddi ziyan və ödənilmiş 139 (yüz otuz doqquz) manat dövlət rüsumu alınaraq Zərərçəkmiş şəxs2 Əhəd qızına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 Əhəd qızı arasında “WhatsApp” ani mesajlaşma sistemi vasitəsilə söhbətləri əks etdirən 01 ədəd CD disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-84/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-84/2022
31.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver