Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-84/2025 01.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1969-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) il müddətə azadlıqdan məhrum etmə və 5500 manat cərimə cəzasına məhkum edilmiş, hazırda cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirtmək məqsədi ilə 2022-ci ilin aprel ayında tanışı Şahid2 özünü müxtəlif dövlət orqanlarında çalışan vəzifəli şəxslərlə əlaqələri olan şəxs kimi təqdim edərək, həmin şəxslərin vasitəsi ilə sonuncunun tanışı X5 övladı X7 Azərbaycan Respublikası Dövlət X3 ali təhsil alması üçün qəbul etdirə biləcəyi barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə aldadaraq, həmin işin görülməsi müqabilində X8 Babayevanın vasitəsi ilə 2022-ci ilin aprel ayında Bakı şəhərində “İçəri şəhər” metrostansiyasının yanında 2000 manat, 11 avqust 2022-ci il tarixdə Bakı şəhərində “28 may” metrostansiyasının yanında 10000 manat, 2022-ci ilin avqust ayının sonlarında ünvan 3 ünvanda 3000 manat ümumilikdə 15.000 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunmuş qəsdlə alıb ələ keçirməklə zərərçəkmiş şəxs Aynur Mehdiyevaya xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-nin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onun Zərərçəkmiş şəxs aldatmaq niyəti olmamış, sonuncunu Şahid2 vasitəsi ilə tanımışdır. Həmin vaxt onun Təhsil İdarəsində qohumları olmuşdur. Zeynəb X2 Dövlət Sərhəd Xidmətinin Akademiyasında ali təhsil alması üçün qəbul edilməsində köməklik edə bilib-bilməməsi barədə ondan soruşmuş, o, bu barədə Təhsil Nazirliyində işləyən tanışına məlumat vermişdir. Tanışı köməklik edə biləcəyini bildirərək bu işin müqabilində ondan 10000 manat pul istəmişdir. O, da həmin pulu Zeynəbdən alıb tanışına vermişdir. Lakin sonradan tanışı vəfat etdiyindən iş baş tutmamışdır. Hazırda qəbul etdiyi ziyan məbləğindən 4800 manat ödəmiş, ödənilməmiş, 5200 manat borcu qalmışdır. Qalıq məbləğin hissə-hissə ödənilməsi barədə o, zərərçəkmiş şəxslə razılığıa gəlmiş, Bu barədə qarşı tərəf müvafiq ərizə yazmışdır. Əməlindən peşmandır, qeyd edilənlərin nəzər alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Hökumə Əliyeva ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, o, 10000 manat pulu Bakı şəhərində 28 may metrostansiyasının yaxınlığında Zeynəbdən götürmüş, bu barədə yazılı surətdə qəbz vermiş, həmin pulu Zeynəbin tanışı Aynurənin övladını Dövlət Sərhəd Xidmətinin Akademiyasında ali təhsil alması üçün Akademiyaya qəbul etdirmək məqsədi ilə almış, sonuncunu aldatmaq niyəti olmamışdır. Zeynəbin evində ondan əlavə olaraq heç bir məbləğdə pul götürməmişdir. İbtidai istintaq zamanı müstəntiqin yanında olarkən eyni məzmunlu ifadə verərək işi həll etmək üçün 10000 manat pul aldığını təsdiq etmişdir. Lakin Zeynəbin evində sonuncudan 2000 və 3000 olmaqla ümumilikdə 5000 manat almadığını həmin vaxt da ifadəsində göstərmişdir. Hökumə Əliyeva verilmiş suallara cavab olaraq onu da bildirmişdir ki, o, əldə etdiyi puldan Bakı şəhəri metrosunun yaxınlığından Zeynəbin qohumu Anara 2000 manatı 2 gün sonra da 6000 manatı qaytarmışdır. Məhkəmə iclasında Hökumə Əliyeva sədrlik edən tərəfindən verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, əldə etdiyi puldan ümumilikdə 6000 manatını Zeynəbin qohumu Anara qaytarmışdır. Belə ki, Anarın Zeynəbə borcu olmuş, Zeynəbin də Anara borcu olmuşdur. Bu səbəbdən Zeynəb Anarı onun üstünə göndərmiş, xx.xx.2023-cü il tarixdə 2000 manat, iki gün sonra isə 4000 manat pulu Anara vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq edilmiş Hökumə Əliyevanın ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 2022-ci ilin aprel ayının ortalarında əvvəldən tanıdığı Şahid2 ona şagirdi olmuş Əli Mehdizadənin valideyinlərinin Sərhəd Xidmətinin Akademiyasına qəbul edilməsinə köməklik göstərməsini istəmişdir. O, Zeynəbə əvvəllər özünün bir çox dövlət orqanlarında yüksək vəzifələrdə işləyən tanışları olduğunu, onların vasitəsi ilə bir çox məsələləri həll edə biləcəyini söyləmiş və Zeynəb ona inanmışdı. Odur ki, bu dəfə də Zeynəbə yalan olaraq bu işi həll edəcəyini vəd edərək bilidrmişdir ki, ilkin sənədlərin hazırlaması üçün 2000 manat pul verməlidir. İki gün sonra Zeynəb onunla Bakı şəhərində “İçəri şəhər” metrostansiyasının yanında görüşüb ona 2000 manat pul vermiş, o, bu pulu alanda sənədləri hazırlayacağını, sonra uşağın akademiyaya qəbulu ilə bağlı xəbər verəcəyini söyləsə də, həqiqətdə heç bir sənəd hazırlamamış, onun Sərhəd Xidmətinin akademiyasında tanışı olmamış, Əlinin akademiyaya qəbul ilə bağlı heç kimə müraciət etməmişdir. 2022-ci ilin avqust ayında yenə də, pula ehtiyacı olduğuna görə Zeynəbə zəng edib yalandan bildirmişdir ki, guya Əlinin akademiyaya qəbul məsələsi həll olmuş və Əlinin valideyinləri bu işi görən adamlara 15000 manat pul verilməldir, 2000 manatını əvvəlcədən vermiş, qalan 13000 manat ödənilməlidir. 11 avqust 2022-ci il tarixdə Zeynəb onunla Bakı şəhərində “28 may” metrostansiyasının yanında Əlinin özü ilə birlikdə görüşərək 10000 manat ona verib demişdir ki, qalan 3000 manatı Əlinin valideyinləri tezliklə düzəldib verəcəklər. O, Zeynəbə ondan 10.000 manatı almağı barədə öz xətti ilə qəbz yazaraq vermişdir. Həmin ayın sonunda Zeynəb Əlinin valideyinlərinin 3000 manatı özünə verdiklərini deyib onu öz evinə çağırmış və Zeynəbin yaşadığı ünvan 5 ünvana gəlib Zeynəbdən 3000 manatı alıb getmişdir. Yuxarıda qeyd odunduğu kimi, o, Əlinin akademiyaya qəbul olunması üçün heç bir iş görməmiş, heç kimdən köməklik istəməmiş, Əlinin valideyinlərinin Zeynəb vasitəsi ilə ona göndərdiyi pulların hamısını özünün şəxsi ehtiyaclarına xərcləmişdir. Əlinin akademiyaya qəbul olunmadığı məlum olandan sonra əvəlcə Zeynəb, daha sonra onunla Bakı şəhərində görüşə gələn valideyinləri Samir və Aynurə ondan vermiş olduqları pulları qaytarmağı tələb etmişlər. Lakin imkanı olmadığına görə həmin pulu qaytarmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, oğlu X10 2022-ci ildə Sumqayıt şəhəri 15 saylı məktəbda tam orta təhsili almağı başa vurmuş, həmin ildən Əli attestasiya imtahanının nəticələrindən sonra heç bir kodlaşma etmədiyi üçün ali məktəbə daxil ola bilməmişdir. Bu barədə Əlinin 15 saylı orta məktəbdə sinif rəhbəri olmuş Şahid2 ilə söhbət edərkən Zeynəb Əlini ali məktəbə qəbul olunmasında kömək edə biləcək tanışlarının olduğunu, Əliyə bal yazdıracağını və hansısa ali məktəbə qəbuluna şərait yaradacağını bildirmişdir. Təxminən 2022-cü ilin aprel ayının sonlarında Zeynəblə onun yaşadığı Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yerləşən mənzilində görüşərkən Zeynəbə ilkin işlərin görülməsi üçün istədiyi 2000 manat pul vermişdir. Zeynəb pulu aldıqdan sonra bir müddət gözləməli olacağımı bildirərək müəyyən sənədləri ona təqdim etməsini tapşırmış və o da həmin sənədləri hazırlayaraq bir neçə gün ərzində Zeynəbə təqdim etmişdir. Bundan bir neçə ay sonra Zeynəb ona zəng vuraraq işin hazır olduğunu və Əlinin Sərhəd qoşunlarının Akademiyasına qəbul olunması üçün cəmi 15.000 manat pul ödəməli olacağını bildirmişdir. O bir neçə gün ərzində yaşadıqları evi girov qoyaraq 10.000 manat kredit götürmüş və 11 avqust 2022-ci il tarixdə Samir və Əli ilə birlikdə Zeynəbin yaşadığı mənzilə gedərək həmin 10.000 manatı Zeynəbə vermişdir. Həmin vaxt Zeynəb Əlini imtahana aparacağını bildirərək elə həmin gün Əli ilə birlikdə Bakı şəhərinə getmiş, Bakı şəhərində “28 may” metrostansiyasınm yaxınlığındakı kafelərdən birində Hökümə adlı qadınla görüşmüş və Zeynəb həmin 10.000 manat pulu Hökümə adlı qadına vermiş və Hökümə Əlinin təkrar imtahanlara getməsinə ehtiyac olmadığını bildirib pulu da götürərək getmişdir. Bundan bir neçə gün sonra isə Zeynəb ona zəng edərək qalan 3000 manat pulu da verməsini istəyərək yeni tədris ilində Əlinin DSXnın akademiyasında dərslərə qoşulacağını qeyd etmişdir. Ona görə də 2022-ci ilin avqust ayının ortalarında o, əri Samirin əmisi qızı Südabə ilə birlikdə Zeynəbin yaşadığı mənzilə gedərək həmin 3000 manatı da ona vermişdir. Lakin yeni təhsil ili başladıqda Əlinin DSXnın Akademiyasına qəbul olunmadığını görüb bununla bağlı Zeynəbə müraciət etdikdə Zeynəb Əlinin qəbul məsələsinin gecikdiyini və bu səbəbdən də növbəti ilə onun akademiyaya qəbul olunacağını bildirmişdir. Onlar isə razılaşmayaraq Zeynəbdən pullarını geri tələb etməyə başlamışlar. Zeynəb pulu Höküməyə verdiyini bildirmişdir. Zeynəbdən pullarını geri tələb etməyə başladıqda Zeynəb onlardan alınan pulların hamısını Höküməyə verdiyini, özünə bu işdən pul çatmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, o, Şahid2 şikayətçidir. O, Təqsirləndirilən şəxs nə pul vermiş, nə də bu barədə onunla danışmamışdır. O, pulu Zeynəbə vermiş, sonuncu onu aldatmışdır. Təqsirləndirilən şəxs ilə yalnız bir dəfə Təhsil nazirliyinə getdiyini, lakin həmin vaxt sonuncu ilə pul barəsində hər hansı məsələ müzakirə etmədiyini bildirmişdir. Qeyd edir ki, Şahid2 öncədən ona tapşırmışdır ki, Təqsirləndirilən şəxs birinciyə nə qədər pul verməsi barədə heç bir söz deməsin. İbtidai istintaq zamanı qeyd etdiklərini müstəntiqə də bildirsə də, sonuncu artıq işin bağlandığını artıq təqsiri Hökümənin öz boynuna aldığını ona bildirmişdir. Qeyd edir ki, hazırda Təqsirləndirilən şəxs ona vurulmuş ziyandan 4800 manatını ödəmiş, qalan məbləği isə sonuncu tərəfindən hissə-hissə ödənilməsinə etiraz etmir, bu barədə yazmış olduğu ərizəni məhkəməyə təqdim edir. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun tanışıdır. Aynurə oğlu X12 Xidmətinin Akademiyasında ali təhsil alması üçün qəbul etdirə biləcəyi barədə soruşduqda,o, Aynurəyə bu barədə məlumatı olmadığını, lakin Bakı şəhərində İcra Hakimiyyətində işləyən tanışı olduğunu bildirmişdir. O, bundan sonra tanışı Təqsirləndirilən şəxs zəng edərək bu barədə məlumat vermiş, sonuncu da heç bir problem olmadığını, kömək edə biləcəyini qeyd etmişdir. Bir müdət sonrsa Aynurədən pulu aldıqdan sonra o, Aynurənin oğlu ilə birlikdə 10000 manat pulu Bakı şəhəri 28 may metrostansiyasının yanına gedərək Höküməyə vermişdir. Bundan sonra dəfələrlə zərərçəkmiş şəxsləri Hökumə ilə görüşdürmüş, Hökumə ona narahat olmamağı, hər şeyi həll edəcəyini bildirmiş, dəfələrlə sonuncuya iş alınmırsa pulu qaytarmasını demişdir. O, Aynurədən 2000, 10000, 3000 olmaqla ümumilikdə 15000 min manat pul almış, 10000 manatını Hökuməyə nağd şəkildə vermiş, 5000 manatı isə Höküməyə verməmiş, banka olan borcunu ödəmiş, bu barədə Hökuməyə də bildirmişdir. Belə ki, o, öz adına “Ekspress Bank”-dan Hökumə üçün pul götürmüş, Hökumə pulu ödəmədiyi üçün Aynurədən aldığı həmin 5000 manat pulu banka olan borca ödəmişdir. O, bu barədə Hökuməyə bildirdikdə sonuncu onunla razılaşmışdır. Bundan öncə də Hökuməyə iş düzəltməsi üçün müəyyən məbləğdə pullar versə də heç bir işi baş tutmamışdır. Məhkəmə iclasında Şahid2 elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 1984-cü ildən müəllimə işləyir, 2002-ci ildən isə Sumqayıt şəhəri 15 saylı orta məktəbində müəllimə kimi çalışır. Bakı şəhər sakini Təqsirləndirilən şəxs uzun illərdir ki, tanıyır, belə ki, onlar təsadüfən toyda tanış olmuşlar və həmin vaxtdan sonra rəfiqə olmuş, bir-birinin evinə gedib gəlmişlər. Hökümə ona həmişə əhatəsinin geniş, vəzifədə işləyən tanışlarının olduğunu, istənilən şəxsi müxtəlif vəzifələrə düzəldə biləcəyini demişdir. Zərərçəkmiş şəxs uzun illərdir ki, tanıyır. Belə ki, Aynurənin oğlu X10 onun şagirdi olmaqla 2022-ci ildə rəhbərlik etdiyi 1 lci sinfıninin məzunudur. 2022-ci ilin buraxılış imtahanlarından sonra Əlinin valideyinləri onun qəbul imtahanında keçid balı yığımadığını, lakin DSX-nin akademiyasında təhsil almasını istədiklərini bildirdikdə o, Aynurəyə Hökümənin bu işi görə biləcəyini, sonuncu ilə danışdıqdan sonra ona məlumat verəcəyini bildirmişdir. Bundan sonra o, Höküməyə zəng vuraraq bu barədə bildirmiş, Hökümə isə Əlini DSX-nın akademiyasına qəbul elətdirə biləcəyini, ilkin sənədləşmə üçün 2000 manat pul lazım olduğunu söyləmişdir. O da, bu barədə Aynurəyə bildirdikdə, sonuncu razılaşaraq təxminən 2022-cü ilin aprel ayının sonlarında onun yaşadığım Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yerləşən mənzilinə gələrək ona 2000 manat pul vermişdir. O da öz növbəsində Hökümə ilə Bakı şəhəri, “İçəri şəhər” metrostansiyasının yanında görüşüb həmin 2000 manatı ona verdim. Hökümə pulu aldıqdan sonra bir müddət gözləməli olacağımı bildirərək müəyyən sənədləri təqdim etməsini tapşırmış, o bu tapşırığı Aynurəyə çatdırmışdır. Aynurə Əliyevaya aid sənədləri ona təqdim etdikdə isə o da bu sənədləri Höküməyə vermişdir. Təxminən 2022-ci ilin avqust ayının əvvəllərində Hökümə mənə zəng vuraraq işin hazır olduğunu və Əlinin Sərhəd qoşunlarının Akademiyasına qəbul olunması üçün cəmi 15.000 manat pul lazım olacağını bildirmişdir. 2022-ci ilin avqust ayının 11-də Aynurə əri və oğlu ilə birlikdə onu yaşadığı mənzilə gələrək ona 10000 manat vermişlər. O, Höküməyə zəng vurub məlumat verdikdə Hökümə onu və Əlini də götürüb imtahan vermək üçün Bakı şəhərinə gəlməsini tapşırmış, elə həmin gün o, Əli ilə birlikdə Bakı şəhərinə gedərək “28 may” metrostansiyasının yaxınlığındakı kafelərdən birində Hökümə ilə görüşmüşlər. Orada Əlinin iştirakı ilə o, həmin 10.000 manat pulu Höküməyə vermişdir. Hökümə 10.000 manatı alması barədə öz xətti ilə qəbz yazaraq təqdim etmiş Əlinin təkrar imtahanlara getməsinə ehtiyac olmadığını bildirib pulu da özü ilə götürərək onlardan ayrılıb getmişdir. Bundan bir neçə gün sonra isə Hökümə ona zəng vurub yeni tədris ilində Əlinin DSX-nın akademiyasında dərslərə qoşulacağını qeyd edərək qalan 3000 manatı da istəmiş və o, bu barədə Aynurəyə bildirmişdir. 2022-ci ilin avqust ayının sonlarında Aynurə qohumu Südabə ilə birlikdə onun yaşadığı mənzilə gələrək ona 3000 manat pul vermişdir. Həmin gün o, 3000 manatı almağı barədə Höküməyə zəng vurub məlumat verdikdə Hökümə onun yaşadığı mənzilə gəlmiş və 3000 manatı ondan almışdır. Lakin bundan sonra təhsil ili başladıqda Əlinin DSX-nın Akademiyasına qəbul olunmadığını görüb Höküməyə müraciət etdikdə o, Əlinin qəbul məsələsinin gecikdiyini və bu səbəbdən də növbəti ilə onun akademiya) a qəbul olunacağını bildirmiş, buna görə onlar Hökümədən pulu geri tələb etməyə başlamışlar. Eyni zamanda Aynurəyə ondan aldığı pulu Höküməyə verdiyini bildirərək Aynurə və əri Samir Bakı şəhərində Hökümə ilə görüşdürmüşdür. Həmin vaxt Hökümə onlara bu məsələlərlə özünün məşğul olduğunu, növbəti ilə Əlini DSX-na qəbul etdirəcəyinə söz vermişdir. Bu səbəbdən Aynurəgili çarəsiz qalıb növbəti ili gözləmişlər. Lakin növbəti ildə Aynurə Hökümənin etdiyi cinayətlərə görə həbs olunduğunu eşidib ondan pulu geri tələb etməyə başladıqda o, Aynurəyə onlardan aldığım pulların hamısını Höküməyə vermiş olduğunu, özünə bu işdən pul çatmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 və Şahid3 Zərərçəkmiş şəxs ilə analoji ifadə verərək onun göstərdiklərini bir daha təsdiq etmişlər. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş müstəntiq Əsgər Kazımov ifadəsində bildirmişdir ki, nə Təqsirləndirilən şəxs, nə də zərərçəkmiş Zərərçəkmiş şəxs, o cümlədən Şahid2 ona məhkəmə iclasında verdikləri məzmunda ifadə verməmişlər. Verdikləri ifadələrini olduğu kimi dindirmə protokolarında göstərmiş, hər biri ifadələrini öz imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması haqqında” 03 may 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanmışdır. ( i.v. 1); “Zərərçəkmiş şəxs və nümayəndəsi qismində tanınma haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. Bakı şəhəri 6 saylı Vəkil Bürəsunun vəkili X9 zərərçəkmiş çəxs Zərərçəkmiş şəxs nümayəndəsi qismində tanınmışdır.(i.v.24); “Zərərçəkmiş şəxsin dindirilməsi” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs həmin tarixdə zərərçəkmiş şəxs qismində dindirilmişdir. (i.v.29-31); 11 avqust 2022-ci il tarixli qəbzdən görünür ki, sözügedən cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2 xx.xx.2023-cü il tarixdə Əli Mehdizadənin DSX-nin Akademiyasına qəbul etdirəcəyini vəd edən Təqsirləndirilən şəxs 10000 manat məbləğində pul verməsini təsdiq edilmiş və sonuncu tərəfindən imzalanmışdır. (i.v.36); 05 sentyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v 79-80); “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 05 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində dindirilmişdir. (i.v.86-87); “Təqsirləndirilən şəxsin həbsdə olmasının nəzərə alınması haqqında” 05 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-134/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli hökmü ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunaraq hazırda həmin cəzanı çəkməsi bu cinayət işi üzrə nəzərə alınmışdır. (i.v.88-89); DİN-in BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən və iş materiallarına əlavə edimiş hökmlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.5-ci maddəsinə əsasən hökmlə təyin edilmiş cəza Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin olunmuş 5500 manat cərimə cəzası ilə tamamilə toplanılmaqla ona cinayətlərin məcmusu üzrə qəti olaraq 03 il müddətinə azadlıqdan məhrumetmə və 5500 manat miqdarında cərimə cəzası təyin edilmiş, CM-nin 68.2-ci maddəsinə əsasən təyin olunmuş 5500 manat miqdarında cərimə cəzası müstəqil icra olunmuş, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli 25 iyun 2023-cü il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-nin 178.3.2, 66.5, 68.2-ci maddələri ilə təqsirli bilinərək 05 il 06 ay azdlıqdan məhrumetmə və 5500 manat cərimə cəzasına məhkum olunmuşdur. (i.v.48-57) Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 1(003)-121/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs CM-in 75.1-ci maddəsinə əsasən, yəni böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdiyi üçün həmin Məcəllənin CM-in 320.1 və 320.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilərək, barəsində olan cinayət işinin icraatına xitam verilmiş, o, CM-in 73-1.2-ci maddəsinə əsasən, yəni zərər çəkmiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyi üçün həmin Məcəllənin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilmiş və barəsində olan cinayət işinin icraatına xitam verilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-361/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək və ona 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həmin məcəllənin 66.5-ci maddəsinə əsasən, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(124)-134/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə ona təyin edilmiş cəza ilə qismən toplanılmış və 5500 manat cərimə cəzası isə ona birləşdirilmiş, Təqsirləndirilən şəxs qəti olaraq 5500 manat cərimə cəzası və 06 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” 05 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə CM-nin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham və Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-134/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli hökmü ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasın hazırda çəkməsinin nəzərə alınması qüvvədə saxlanılmışdır. İş üzrə təqsirləndirilən, zərərçəkmiş və şahid ifadələri və digər istintaq sənədləri sübut növü kimi tanınaraq cinayət işinə əlavə edilmiş, Şahid2 tərəfindən təqdim olunmuş, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən ona 10000 manat pul alması barədə vermiş olduğu qəbz maddi sübut kimi tanınmış və cinayət işinə əlavə olunmuş, Şahid2 barəsində CM-nin 178.2.1 və 178.2.4-cü, Təqsirləndirilən şəxs barəsində Məcəllənin 178.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd olunmuşdur.(i.v.91-980); Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərdarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsir olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Yuxarıda qeyd edildiyi kimi, düzgün tövsifə nail olmaq üçün işin həqiqi halları müəyyən edilməli, daha sonra bu hallara uyğun cinayət qanununun norması seçilərək tətbiq edilməlidir. İşin həqiqi hallarının müəyyən edilməsinin prosessual qaydaları Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir Daha sonra qanunverici yuxarıda sadalanan halların sübuta yetirilməsinin qaydalarını da müəyyən edərək CPM-nin 124.1-ci maddəsində sübutların anlayışını, 124.2-ci maddəsində isə sübutların siyahısını vermişdir. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər (CPM-nin 145.1 və 145.2-ci maddələri). Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2.1-146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına, cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə, cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə nail olunmasına kömək edir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə isə ittihamm sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Göstərilən normaların tələbləri baxımından baxılan işdəki sübutlara əsasən təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət vermək zəruridir. Məhkəmə toplanmış sübutları müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, X6 Aynur Mehdiyevaya qarşı törədilmiş 10000 manata münasibətdə dələduzluq əməli təsdiq olunsa da, 2000 və 3000 olmaqla ümumilikdə 5000 manata münasibətdə isə onun əməli təsdiq olunmur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 25.2-ci maddəsinə görə hakimlər cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər. Həmin Məcəllənin 25.3-cü maddəsinə görə hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikası CM-nin 10.1-ci maddəsinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə görə məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarının 37-ci bəndinə əsasən CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. Belə ki, məhkəmə istintaqı zamanı ifadəsində təqsirləndirilən şəxs Hökumə Əliyeva bu işin müqabilində Şahid2 10000 manat aldığını etiraf etsə də 5000 manat almadığını bildirmişdir. Eləcə də iş üzrə Şahid2 da bu işin görülməsi müqabilində zərərçəkmiş şəxsdən 15000 manat aldığını, 10000 manat pulu Hökumə Əliyevaya verdiyini, 5000 manatını isə Hökumə Əliyeva üçün götürdüyü bank borcuna ödədiyini bildirmiş, həmin pulu Təqsirləndirilən şəxs vermədiyini, bu barədə Əliyevaya bildirdiyini qeyd etmiş, sonuncu yalnız 1000 manat pulu aldığını təsdiq etsə də digər məbləğlərlə bağlı heç bir məlumatının olmadğını bu barədə ona məlumat verilmədiyini bildirmişdir. CM-nin 178.2.4-cü maddəsinə əsasən Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə görə bu Məcəllənin 177- 182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 1ci bəndində qeyd edilmişdir ki, CM-nin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan suiistifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Şahid2 vasitəsi ilə zərərçəkmiş şəxsin 10000 manatını etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə ələ keçirməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Bu hissədə onun əməli CM-nin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, ona CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. İttihamın digər iki epizodu – 2000 və 3000 manat olmaqla ümumilikdə 5000 manata münasibətdə məhkəmə qeyd edir ki, həmin pullar işin görülməsi məqsədi ilə Şahid2 tərəfindən zərərçəkmiş şəxsdən alınsa da, Hökumə Əliyevaya verilməmiş, Babayeva tərəfindən öz zəruri xərclərinə ödənilmişdir. Bu fakt Şahid2 ifadəsi ilə də tam təsdiq olunmuşdur. Göründüyü kimi işin düzəlməsi məqsədi ilə zərərçəkmiş şəxsdən alınmış 2000 və 3000 manat olmaqla ümumilikdə 5000 manat pul Zeynəb Babayevə tərəfindən götürülmüş, həmin pul Hökumə Əliyevaya verilməmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Hökumə Əliyevaya elan olunan ittihamdan “X8 Babayevanın vasitəsi ilə 2022-ci ilin aprel ayında Bakı şəhərində “İçəri şəhər” metrostansiyasının yanında 2000 manat” və “2022-ci ilin avqust ayının sonlarında ünvan 3 ünvanda 3000 manat vəsaitini vahid niyyətlə əhatə olunmiş qəsdlə almışdır” hissəsi xaric edilməli, o, digər epizod üzrə CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “CM-nin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, vurulmuş ziyanı qismən ödəməsini CM-nin 59.1.14 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Hökumə Əliyevanin əməlini ağırlaşdıran hallar müəyyən edilməmişdir. CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. CM-nin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 14 iyul 2022-ci il tarixli qərarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, CM-nin 66.1-66.4cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" AR Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 16-cı bəndində qeyd olunur ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Cinayət Məcəlləsinin 66.2-ci və yaxud 66.3-cü maddələri ilə, əlavə cəzalara münasibətdə isə CM-in 66.4-cü maddəsində nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilmişdirsə və əgər cinayətlər birinci və ikinci hökmlərdə CM-nin eyni maddəsi ilə (məsələn, CM-nin 120.2.1, 120.2.12, 126.2.1-126.2.5, 126.3-cü maddələri) ilə tövsif olunmuşdursa, qəti cəza CM-nin 66.5-ci maddəsinə əsasən təyin olunur, lakin bu zaman təyin olunan qəti cəza CM-nin Xüsusi hissəsinin müvafiq maddəsi ilə müəyyən edilmiş azadlıqdan məhrumetmə cəzasının yuxarı həddindən çox ola bilməz. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 2021-ci ilin dekabr ayından 2022-ci ilin fevral ayına qədər törətmiş olduğu əməl ilə bağlı 17 dekabr 2024-cü il tarixdə ittiham hökmü çıxmış, hazırkı cinayət əməlini isə 2022-ci ilin aprel-avqust ayında törətmişdir. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, vurulmuş ziyanı qismən ödəməsini, zərərçəkmiş şəxsin qalıq məbləğin hissə-hissə ödəməsinə razılıq verməsini, şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, lakin onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, CM-in 66.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli olmasına qənaətinə gəlir. Məhkəmə təqsirləndirilən şəxsə bu növdə cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun olduğunu hesab edir. Qeyd olunanları nəzərə almaqla məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi CM-nin 178.2.4-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, CM-nin 66.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə sonuncuya təyin olunmuş 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası və 5500 manat cərimə bu hökmlə təyin olunacaq cəza ilə qismən toplanılmalı, cəzasının əvvəli Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü nəzərə alınmaqla, 25 iyun 2023-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun hazırda cəza çəkməsi nəzərə alınmalı, hökm qanuni qüvvəyə minənədək barəsində “həbs” qətimkan tədbiri seçilməlidir. İş üzrə maddi sübut-Şahid2 tərəfindən təqdim olunmuş, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə ondan 10000 manat pul alması barədə vermiş olduğu qəbz cinayət işinin materiallarında saxlanılmalıdır. Şahid2 əməllərində dələduzluq cinayətinin tərkib əlamətlərinin olub-olmamasının araşdırıb müvafiq qərar qəbul edilməsindən ötrü Sumqayıt şəhər prokuroruna məlumat göndərilməsi nəzərə alnsın. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 30 (otuz) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən 42 iş saatı üçün 252 manat və həmin qərara 28 aprel 2025-ci il tarixli qərarla edilmiş dəyişikliyə əsasən 10 iş saatı üçün 110 manat cəmi 362 manat pul dövlət büdcəsinin hesabından hüquqi yardımla bağlı Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməlidir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs elan olunan ittihamdan “X8 Babayevanın vasitəsi ilə 2022-ci ilin aprel ayında Bakı şəhərində «İçəri şəhər» metrostansiyasının yanında 2000 manat” və “2022-ci ilin avqust ayının sonlarında ünvan 6 ünvanda 3000 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunmiş qəsdlə almışdır” hissəsi xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 06 (altı) il müddətə azadlıqdan məhrumetmə və 5500 manat cərimə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəza ilə qismən toplanılmaqla ona cinayətlərin məcmusu üzrə qəti olaraq 06 (altı) il 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzası və 5500 manat cərimə cəzası təyin edilsin edilsin. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən təyin olunmuş 5500 (beş min beş yüz) manat miqdarında cərimə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü nəzərə alınmaqla, 25 iyun 2023-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilsin, digər cinayət işi üzrə cəza çəkməsi nəzərə alınsın. İş üzrə Zərərçəkmiş şəxs ona dəymiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah edilsin. İş üzrə maddi sübut 1 ədəd qəbz cinayət işinin materiallarında saxlanılsın. İş üzrə Zərərçəkmiş şəxs 2000 və 3000 manat olmaqla – ümumilikdə 5000 (beş min) manat pulun alınması epizodları üzrə Şahid2 əməllərində dələduzluq cinayətinin tərkib əlamətlərinin olub-olmamasının araşdırılıb müvafiq qərar qəbul edilməsindən ötrü ayrıca qərarla Sumqayıt şəhər prokuroruna məlumat verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 362 (üç yüz altmış iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs təqdim edildiyi andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №1(060)-84/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-84/2025
01.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver