Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-840/2023 07.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1977-ci ildə Sumqayıt şəhərində anadan olmuş Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2şayan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə təkar qanunsuz daxil olmaqla özgəsinin əmlakını gizli olaraq talamışdır. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs1 Sumqayıt şəhəri, 2-ci mikrorayon, ərazisində yerləşən icarə əsasında işlətdiyi köşkün nəfəsliyində olan parçanı açdıqdan sonra oraya qanunsuz daxil olaraq, oradan ümumi dəyəri 41 manat olan 10 qutu KS blue Sobrania, ümumi dəyəri 41 manat olan 10 qutu KSSS Caster Sobrania, ümumi dəyəri 28,7 manat olan 7 qutu Sobrania KSSS caster, ümumi dəyəri 15 manat olan 5 qutu LD Comp White, ümumi dəyəri 32 manat olan 10 qutu LD platinum, ümumi dəyəri 22,8 manat olan 6 qutu Davidoff classic slims, ümumi dəyəri 35 manat olan 10 qutu Winston XS silver kompakt, ümumi dəyəri 36 manat olan 10 qutu Winston XS ballı kompakt, ümumi dəyəri 36 manat olan 10 qutu Winston XS caster, ümumi dəyəri 18,5 manat olan 5 qutu Kent-4 nano, ümumi dəyəri 37 manat olan 10 qutu Kent-4, ümumi dəyəri 19 manat olan 5 qutu Kent-8, ümumi dəyəri 27 manat olan 10 qutu Wincester kompakt silver, ümumi dəyəri 54 manat olan 20 qutu Wincester kompakt blue, ümumi dəyəri 40,5 manat olan 15 qutu Wincester KSSS silver, ümumi dəyəri 26 manat olan 10 qutu Rothmans blue, ümumi dəyəri 26 manat olan 10 qutu Rothmans blue, ümumi dəyəri 27 manat olan 10 qutu X5, ümumi dəyəri 21,6 manat olan 8 qutu Pall Mail nano white, ümumi dəyəri 24 manat olan 8 qutu Davidoff reach silver, ümumi dəyəri 22 manat olan 10 qutu Magna Nano silver, ümumi dəyəri 22 manat olan 10 qutu Magna nano black, ümumi dəyəri 22 manat olan 10 qutu Magna nano white, ümumi dəyəri 22 manat olan 10 qutu Magna comp blue, ümumi dəyəri 17,6 manat olan 8 qutu Magna comp silver, ümumi dəyəri 25 manat olan 10 qutu Senate nano rich Gold, ümumi dəyəri 23 manat olan 10 qutu Kingston Gold, ümumi dəyəri 16,1 manat olan 7 qutu Kingston comp blue, ümumi dəyəri 10 manat olan 5 qutu Qarabağ white KS RC, ümumi dəyəri 10 manat olan 5 qutu Qarabağ black KS RC silver, ümumi dəyəri 11 manat olan 5 qutu Yegas KS, ümumi dəyəri 4,4 manat olan 2 qutu Yiceroy-N Series Silver, ümumi dəyəri 33 manat olan 15 qutu Viceroy-N Series Blue, ümumi dəyəri 22 manat olan 10 qutu X16, ümumi dəyəri 11 manat olan 5 qutu X15, ümumi dəyəri 11 manat olan 5 qutu Vegas blue slims, ümumi dəyəri 19,2 manat olan 8 qutu Classic micro blue, ümumi dəyəri 24 manat olan 10 qutu X6, ümumi dəyəri 24 manat olan 10 qutu X7, ümumi dəyəri 24 manat olan 10 qutu X7, ümumi dəyəri 20 manat olan 8 qutu X13, ümumi dəyəri 20 manat olan 8 qutu X14 və ümumi dəyəri 24 manat olan 10 qutu X11 siqaret qutularını oğurlayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 1045 (min qırx beş ) manat 40 (qırx) qəpik məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2023-cü il tarixdə gecə saat 03 radələrində Zərərçəkmiş şəxs2 icarə əsasında işlətdiyi köşkün plastik qapısına yerdən tapdığı dəmir parçası ilə fiziki güc tətbiq edərək qanunsuz daxil olaraq, oradan ümumi dəyəri 24,6 manat olan 6 qutu KSSS Caster Sobrania, ümumi dəyəri 21,6 manat olan 6 qutu Winston XS caster, ümumi dəyəri 17,5 manat olan 5 qutu Winston XS silver kompakt, ümumi dəyəri 11,4 manat olan 3 qutu Kent-8, ümumi dəyəri 18 manat olan 6 qutu LD Comp White qalın, ümumi dəyəri 26,6 manat olan 7 qutu Davidoff Gold silms, ümumi dəyəri 24,6 manat olan 6 qutu Sobrania KS Blue, ümumi dəyəri 13,5 manat olam 5 qutu Rothmans blue, ümumi dəyəri 21,6 manat olan 8 qutu X5, ümumi dəyəri 18 manat olan 5 qutu Xstyle Winston, ümumi dəyəri 26,6 manat olan 7 qutu kent-4 nano, ümumi dəyəri 16 manat olan 5 qutu LD Silver slims, ümumi dəyəri 13,5 manat olan 5 qutu Pall Mail nano silver, ümumi dəyəri 13,5 manat olan 5 qutu Pall Mail night, ümumi dəyəri 21,6 manat olan 8 qutu Wincestr KSSS silver, ümumi dəyəri 8,8 manat olan 4 qutu Magna silver, ümumi dəyəri 10,8 manat olan 4 qutu West Comp, ümumi dəyəri 15,4 manat olan 7 qutu Magna black silver, ümumi dəyəri 14 manat olan 7 qutu Argo blue, ümumi dəyəri 13,2 manat olan 6 qutu Viceroy silver, ümumi dəyəri 13,2 manat olan 6 qutu Argo red markalı siqaret qutularını oğurlayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 364 (üç yüz altmış dörd) manat məbləğində maddi ziyan vurmuşdur Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək bildirdi ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 3ləsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. İşin mahiyyəti üzrə bildirmək istəyir ki, xx.xx.2023-cü il tarixdə axşam saatlarında spirtli içki qəbul etmişdir. Özü üçün tək küçələri gəzirmiş. xx.xx.2023-cü il tarixdə saat təxminən 23 radələrində Sumqayıt şəhəri, 2-ci mikrorayon Sülh küçəsində yerləşən köşkün nəfəsliyinin şüşəsinin yerində olmadığını, əvəzində parça ilə bağlı olduğunu görmüş və həmin parçanı cırıb köşkə daxil olmuş, köşkdə müxtəlif markalı siqaretlər və ərzaq malları olmuş və köşkdə olan siqaretləri götürmək qərarına gəlmişdir. Köşkdən 2 ədəd sellofan tapmış və müxtəlif markalı siqaretləri sellofanlara doldurub oradan çıxmış, Sumqayıt şəhəri, Karvan ticarət mərkəzinin yaxınlığında qismən tanıdığı Şahid1 görmüşdür. Şahid1 onun əlindəki sellofanları görüb nə olduğunu soruşduqda o, yaxınlıqda olan köşkdən oğurluq etdiyini, hal-hazırda oranın nəfəslik yerinin açıq olduğunu demişdir.Həmin siqaretlərin bir qismini küçədə gedən tanımadığı şəxslərə vermiş, bundan başqa xx.xx.2023-cü il tarixdə saat təxminən 03 radələrində Sumqayıt şəhəri, 30-cu məhəllədə avtobus dayanacağında yerləşən köşkün qapısının plastik qapı olduğunu görmüşdür. Yerdən tapdığı dəmir parçası ilə qapını aralayıb açmış, içəri daxil olaraq oradan da ancaq müxtəlif markalı siqaretləri sellofana doldurub götürüb çıxmışdır. Ertəsi gün siqaretləri Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində yerləşən mağazada 160 manata satmış, siqaretləri alan qadın ondan siqaretləri haradan əldə etdiyini soruşduqda, xanıma özünə məxsus köşk olduğunu, müəyyən səbəblərdən həmin köşkü bağlamalı olduğunu, bu səbəbdən köşkdə qalan siqaretləri ucuz qiymətə satdığını demişdir. Həmin qadın ona inanıb ondan həmin siqaretləri almışdır. Hazırda zərərçəkmiş şəxslərlə barışmış, ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Əməlindən peşmandır. Himayəsində üç övladı var. Bundan başqa bildirir ki, istintaq aparıldığı dövrdə heç bir xəstəliyi olmamışdır. Qeyd edilənlərə əsasən barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş zərərçəkmiş şəxslər və şahid ifadələri ilə təsdiq edilir. İş üzrə Zərərçəkmiş şəxs1 23 noyabr 2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, ibtidai isintaq zamanı verdiyi ifadəsini təsdiq edərək məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs1 ibtidai istinaq zamanı verdiyi məhkəmə istintaqı zamanı elan edilmiş ifadəsindən görünür ki, Sumqayıt şəhəri 6-ci mikrorayon, Kristal ünvan 4 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. xx.xx.2023-cü il tarixdə DİN-nin “102” xidmətinə zəng edərək məlumat vermiş, eləcə də həmin tarixdə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə ərizə ilə müraciət etmişdir. Bildirir ki, Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində Sülh küçəsində yolun kənarında “Nicat Telecom” adlı mağazanın yanında olan köşkü xx.xx.2023-cü il tarixdə icarəyə götürmüşdür. Həmin tarixdən də köşkə siqaretlər və xırda ərzaq məsulları alıb yığımış, lakin köşkdə təmir işləri gördüyü üçün siqaratləri və ərzaq məhsullarını sellofan paketlərə yığıb köşkə qoymuş, rəflərə yığmamışdır. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində həmin köşkdə olmuş, siqaretlər və ərzaq məhsulları orada olmuşdur. Köşkün nəfəsliyinin şüşəsi olmadığına görə həmin yeri parça ilə bağlamışdır. xx.xx.2023-cü il tarixdə saat 10:00 radələrində köşkü gəlib açanda köşkün nəfəsliyinə bağladığı parçanın açıq olmasını aşkar etmiş və köşkdə oğurluq olmasından şübhələnməmiş, lakin saat 17 radələrində rəflərə siqaretləri yığanda siqaretlər olan iki ədəd sellofan paketin, həmçinin tumlar və cipsiləri yığdığı paketlərin yerində olmadığını aşkar etmiş, bundan sonra ona məlum olmuş ki, həmin günü gecə saatlarında köşkə nəfəslikdən daxil olan naməlum şəxs və ya şəxslər ümumi dəyəri 37,16 manat olan 10 qutu KS blue Sobrania, ümumi dəyəri 37,16 manat qəpik olan 10 qutu KSSS Caster Sobrania, ümumi dəyəri 25,382 manat olan 7 qutu Sobrania COMP KSSS caster, ümumi dəyəri 13,63 manat olan 5 qutu LD Comp White, ümumi dəyəri 27,26 manat olan 10 qutu LD platinum, ümumi dəyəri 20,676 manat olan 6 qutu Davidoff classic slims, ümumi dəyəri 32,66 manat olan 10 qutu Winston XS silver kompakt, ümumi dəyəri 32,66 manat olan 10 qutu Winston XS ballı kompakt, ümumi dəyəri 32,66 manat olan 10 qutu Winston XS caster, ümumi dəyəri 17,23 manat olan 5 qutu Kent-4 nano, ümumi dəyəri 34,64 manat olan 10 qutu Kent-4, ümumi dəyəri 17,23 manat olan 5 qutu Kent-8, ümumi dəyəri 24,56 manat olan 10 qutu Wincester kompakt silver, ümumi dəyəri 49,12 manat olan 20 qutu Wincester kompakt blue, ümumi dəyəri 36,84 manat olan 15 qutu Wincester KSSS silver, ümumi dəyəri 24,56 manat olan 10 qutu Rothmans blue, ümumi dəyəri 24,56 manat olan 10 qutu Rothmans blue, ümumi dəyəri 24,56 manat olan 10 qutu X5, ümumi dəyəri 19,648 manat olan 8 qutu Pall Mail nano white, ümumi dəyəri 21,808 manat olan 8 qutu Davidoff reach silver, ümumi dəyəri 20,06 manat olan 10 qutu Magna Nano silver, ümumi dəyəri 20,06 manat olan 10 qutu Magna nano black, ümumi dəyəri 20,06 manat olan 10 qutu Magna nano white, ümumi dəyəri 20,06 manat olan 10 qutu Magna comp blue, ümumi dəyəri 16,048 manat olan 8 qutu Magna comp silver, ümumi dəyəri 22,60 manat olan 10 qutu Senate nano rich Gold, ümumi dəyəri 18,26 manat olan 10 qutu Kingston Gold, ümumi dəyəri 14,672 manat olan 7 qutu İCingston comp blue, ümumi dəyəri 9,13 manat olan 5 qutu Qarabağ white KS RC, ümumi dəyəri 9,13 manat olan 5 qutu Qarabağ black KS RC silver, ümumi dəyəri 9,13 manat olan 5 qutu Yegas İCS, ümumi dəyəri 4,012 manat olan 02 qutu Yiceroy-N Series Silver, ümumi dəyəri 30,09 manat olan 15 qutu Viceroy-N Series Blue, ümumi dəyəri 20,06 manat olan 10 qutu X16, ümumi dəyəri 10,03 manat olan 5 qutu X15, ümumi dəyəri 10,03 manat olan 5 qutu Vegas blue slims, ümumi dəyəri 17,488 manat olan 8 qutu Classic micro blue, ümumi dəyəri 21,86 manat olan 10 qutu X6, ümumi dəyəri 21,86 manat olan 10 qutu X7, ümumi dəyəri 21,86 manat olan 10 qutu X7, ümumi dəyəri 19,648 manat olan 8 qutu X13, ümumi dəyəri 19,648 manat olan 8 qutu X14, ümumi dəyəri 21,86 manat olan 10 qutu X11, ümumi dəyəri 25,90 manat olan 10 ədəd X9 140 qram, ümumi dəyəri 10,80 manat olan 10 ədəd 100 qram Beloçka günəbaxan tumları oğurlanmışdır. İş üzrə Zərərçəkmiş şəxs2 23 noyabr 2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, ibtidai isintaq zamanı verdiyi ifadəsini təsdiq edərək məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs2 ibtidai istinaq zamanı verdiyi məhkəmə istintaqı zamanı elan edilmiş ifadəsindən görünür ki, ünvan 5 ünvanda ailəsi ilə birlikdə yaşayır. xx.xx.2023-cü il tarixdə DİN-nin “102” xidmətinə zəng edib məlumat vermiş, eləcə də Sumqayıt ŞPİ-nin 4cü PB-nə ərizə ilə müraciət etmişdir. Bildirir ki, xx.xx.2023-cü il tarixdən Sumqayıt şəhəri 30-cu məhəllədə avtobus dayanacağında yerləşən köşkü icarə əsasında işlədir. Hər gün səhər saat 10-da köşkü açır, axşam saat 23 radələrində isə bağlayır. Köşkdə tək işləyir. Həmin köşkdə əsasən siqaretlər, əlavə olaraq xırda ərzaq məhsulları da satır. Köşkün qapısı plastik materialdandır. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə gecə saat 23:30 radələrində köşkü bağlamış, xx.xx.2023-cü il tarixdə saat 11:00 radələrində köşkə gələndə qapını açanda qapının açıq olduğunu görmüş, köşkdən siqaret məhsullarının oğurlandığını aşkar etmişdir. Ona məlum olmuş ki, həmin gecə naməlum şəxs köşkün plastik qapısına müdaxilə etməklə, qapını açaraq oradan ümumi dəyəri 22 manat 80 qəpik olan 6 qutu KSSS Caster Sobrania, ümumi dəyəri 20 manat 40 qəpik olan 6 qutu Winston XS caster, ümumi dəyəri 17 manat olan 5 qutu Winston XS silver kompakt, ümumi dəyəri 10 manat 68 qəpik 3 qutu Kent-8, ümumi dəyəri 17 manat 40 qəpik 6 qutu LD Comp White qalın, ümumi dəyəri 24 manat 92 qəpik 7 qutu Davidoff Gold silms, ümumi dəyəri 22 manat 80 qəpik 6 qutu Sobrania KS Blue, ümumi dəyəri 12 manat 80 qəpik 5 qutu Rothmans blue, ümumi dəyəri 20 manat 48 qəpik 8 qutu X5, ümumi dəyəri 17 manat 5 qutu Xstyle Winston , ümumi dəyəri 24 manat 92 qəpik 7 qutu kent-4 nano, ümumi dəyəri 15 manat 75 qəpik 5 qutu LD Silver slims, ümumi dəyəri 12 manat 80 qəpik 5 qutu Pall Mail nano silver, ümumi dəyəri 12 manat 80 qəpik 5 qutu Pall Mail night, ümumi dəyəri 20 manat 64 qəpik 8 qutu Wincestr KSSS silver, ümumi dəyəri 8 manat 40 qəpik 4 qutu Magna silver, ümumi dəyəri 14 manat 70 qəpik 7 qutu Magna black silver, ümumi dəyəri 13 manat 16 qəpik 7 qutu Argo blue, ümumi dəyəri 12 manat 03 qəpik 6 qutu Viceroy silver, ümumi dəyəri 11 manat 28 qəpik 6 qutu Argo red, ümumi dəyəri 9 manat 82 qəpik 4 qutu West Comp markalı siqaret ümumi olaraq 121 ədəd siqaret oğurlamışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 342,58 manat maddi ziyan dəymişdir. İş üzrə Şahid2 23 noyabr 2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, işi ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini bildirərək, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şahid2 ibtidai istinaq zamanı verdiyi məhkəmə istintaqı zamanı elan edilmiş ifadəsindən görünür ki, Abşeron rayonu Saray qəsəbəsi Gənclik küçəsi ev 275A-da qeydiyyatda olmaqla, hazırda Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsində ailə üzvləri ilə birgə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. İşin mahiyyəti üzrə bildirmək istəyir ki, Şahid1 uzun müddətdir ki, Sumqayıt şəhər sakini kimi tanıyır, Namiq tüfeyli həyat tərzi sürür, heç yerdə işləmir. Təxminən xx.xx.2023-cü il tarixdə gecə saatlarında Karvan ticarət mərkəzinin yaxınlığında Namiqlə qarşılaşmış, Namiqin əlində sellofan paketlər olmuş, Namiqdən əlindəkilərin nə olduğunu soruşmuş, Namiq də günəbaxan tumları və cipsi olduğunu demiş, Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində Sülh küçəsində yolun kənarında olan köşkdən oğurladığını bildirmişdir. Namiq köşkün nəfəsliyindən əlini içəri salıb oradan iki sellofan götürdüyünü, köşkün şüşəsini isə ondan bir neçə saat əvvəl Rəmişin qırdığını demişdir. O, Rəmişi də tanıyır, lakin onunla heç bir münasibəti yoxdur. O, oğurluq hadisəsini törətmişdir. İş üzrə Şahid3 23 noyabr 2023-cü il tarixdə teleqram ilə məhkəməyə müraciət edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, şəkər və təzyiq xəstəsi olduğundan məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini bildirirək, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şahid3 ibtidai istinaq zamanı verdiyi məhkəmə istintaqı zamanı elan edilmiş ifadəsindən görünür ki, ünvan 6 ünvanda ailəsi ilə birlikdə yaşayır. İşin mahiyyəti üzrə bildirmək istəyir ki, Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində ərzaq mağazası işlədir. xx.xx.2023-cü il tarixdə tanımadığı bir nəfər şəxs gündüz saatlarında onun işlədiyi mağazaya gələrək müxtəlif markalı bir neçə qutu siqaret gətirərək ucuz qiymətə satmaq istədiyini və səbəb olaraq özünə məxsus köşk olduğunu və həmin köşkü müəyyən səbəblərə görə bağladığını, bu səbəbdən köşkdə qalan siqaretləri ucuz qiymətə satdığını demişdir. O, da həmin şəxsə inanıb həmin siqaretləri alıb mağazada saxlamışdır. Qeyd etmək istəyir ki, o, həmin şəxsdən siqaretləri alan zaman ondan şəxsiyyət vəsiqəsinin sürətini istəmiş və həmin şəxsdə özünə çox inamlı formada şəxsiyyət vəsiqəsini ona təqdim etmişdir. Həmin vaxt ona məlum olmuş ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. xx.xx.2023-cü il tarixdə polis əməkdaşları onun işlədiyi mağazaya gələrək xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs müxtəlif markalı siqaret alıb almadığımı soruşdular və o, da olduğu kimi yəni, Təqsirləndirilən şəxs 160 manata müxtəlif markalı siqaretlər aldığını və həmin siqaretlərdən bir qismini satdığını bir qisminin isə onda qaldığını bildirmişdir. Bundan sonra polis idarəsinə dəvət edilmişdir. Aldığı siqaretlərin qalanlarını təqdim etmişdir. Təqsirləndirilən şəxs ona satdığı müxtəlif markalı siqaretləri oğurluq yolu ilə əldə etdiyini bilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 01 mart 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 1); “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, 02 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 52); “cinayət əməlinin tövsif edilməsi haqqında” 04 mart 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə törədilməsi müəyyən edilən cinayət əməli AR CM-nin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir. (i.v. 85) 04 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v 87-88) “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 04 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiləndirilməsi ilə bağlı ifadəsi alınmışdır (i.v. 98-99); “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 04 mart 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Sumqayıt ŞPİ-nin MSY-dən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v. 100-101); xx.xx.2023-cü il tarixli Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı polis kapitanı Şahəddin Vəlişovun tərtib etdiyi “baxış keçirilməsi barədə” protokoldan göründüyü kimi, Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində Sülh küçəsində yolun kənarında Nicat Telecom mağazasının yanında olan köşkdə oğurluq hadisəsi baş vermişdir. Hadisə yerinə baxış protokolu tərtib edilmiş, fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. (i.v. 05-06) xx.xx.2023-cü il tarixli Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı polis kapitanı Şahəddin Vəlişovun tərtib etdiyi “baxış keçirilməsi barədə” protokoldan göründüyü kimi, Sumqayıt şəhəri 30-cu məhəllədə avtobus dayanacağında yerləşən köşkdə oğurluq hadisəsi baş vermişdir. Hadisə yerinə baxış protokolu tərtib edilmiş, fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. (i.v. 67-68) 06 mart 2023-cü il tarixli “götürmə aparılması və baxış keçirilməsi” haqqında qərardan görünür ki, Şahid3 tərəfindən təqdim edilən 5 qutu Classiv Silvar compact, 7 qutu X3, 8 qutu X8, 8 qutu X12, 1 qutu X10, 7 qutu X4, 2 qutu West Silver UP, 4 qutu West White UP, 1 qutu Argo Blue compact markalı siqaretlərin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 iştətdiyi köşkdən oğurladığını siqaret qutuları olması məlum olmuşdur. Bu barədə protokol tərtib edilmiş, fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (i.v. 112-113) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/1743 saylı əmtəəşünaslıq ekspertizasının rəyində göstərilmişdir ki, ekspertiza təyini haqqında qərarın təsviri hissəsində göstərilən və fotoşəkilləri təqdim edilmiş tütün məlumatlarının orta bazar qiyməti ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 1448.40 manat müəyyən edilmişdir.(i.v. 125-131) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. (i.v. 121-122) 01 may 2023-cü il tarixli “cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs ağır xəstəliyi ilə əlaqədar istintaqa gələ bilmədiyindən sonuncu sağalanadək iş üzrə icraat dayandırılmış, 01 sentyarb 2023-cü il tarixdə iş üzrə icraat təzələnmişdir. (i.v. 133-138) İş materiallarında olan qəbzdən görünür ki, Zərərçəkmiş şəxs1 5 qutu Classiv Silvar compact, 7 qutu X3, 8 qutu X8, 8 qutu X12, 1 qutu X10, 7 qutu X4, 2 qutu West Silver UP, 4 qutu West White UP, 1 qutu Argo Blue compact markalı siqaretləri təhvil almışdır. (i.v. 156) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 124). İş materiallarında olan vəsiqələrin və şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs evlidir, himayəsində xx.xx.2006-cı il təvəllüdlü Fərid Nurəliyev, xx.xx.2016-cı il təvəllüdlü Həsən Nurəliyev və xx.xx.2018-ci il təvəllüdlü Ömər Nurəliyev adlı övladları var. ( i.v. 102-104) “sübutların qiymətləndirilməsi haqqında” 15 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs əməllərində AR CM-nin 177.2.1 maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddələr ilə cinayət təqibinin başlanılmasından imtina edilmiş, Şahid1 tərəfindən Zərərçəkmiş şəxs1 Dərgahquu oğlunun işlətdiyi köşkdən 10 ədəd günəbaxan tumunun və 10 ədəd cipsinin talaması inzibati məsuliyyətə səbəb olsa da, dəymiş ziyan ödənildiyindən faktla bağlı inzibati xəta haqqında iş üzrə icraatın açılması barədə qərar qəbul edilməməsi, Şahid2 Bayram oğlunun əməlində cinayət tərkibi olmadığından barəsində CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən cinayət işinin başlanması rədd edilmiş, Şahid3 Bəhram qızı barəsində CM-nin 194.1-ci maddəsi ilə cinayət təqibinə imtina edilməsi, Şahid3 Bəhram qızının Təqsirləndirilən şəxs aldığı və istintaqa təqdim etdiyi 5 qutu Classiv Silvar compact, 7 qutu X3, 8 qutu X8, 8 qutu X12, 1 qutu X10, 7 qutu X4, 2 qutu West Silver UP, 4 qutu West White UP, 1 qutu Argo Blue compact markalı siqaretlər cinayət işi üzrə maddi sübut kimi tanınması qərara alınmışdır. ( i.v. 157-165) Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-cı maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75- ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən Oğurluq - təkrarən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Maddənin “Qeyd” hissəsinə görə bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 mart 2015-ci il tarixli qərarının 19-cü bəndinə görə yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Həmin qərarın 20-ci bəndinə əsasən yaşayış sahəsi dedikdə, yaşayış və qeyri-yaşayış sahələri də daxil olmaqla, mülkiyyət formasından asılı olmayaraq, mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Bina dedikdə, istehsalat və ya digər xidməti məqsədlər üçün müvəqqəti olaraq insanların və ya maddi nemətlərin yerləşdirilməsi məqsədilə nəzərdə tutulmuş, mülkiyyət formasından asılı olmayan tikililər, qurğular başa düşülür. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, digər qurğular aiddir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, yaşadığı ərazi üzrə müsbət xarakterizə olunması, ikisi azyaşlı olmaqla üç övladının olmasını, ziyanı tam şəkildə ödəməklə zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini CM-nin 59.1.4, 59.1.12 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində AR CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları xüsusən də zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və himayəsində 02 azyaşlı övladının olmasını, ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və hesab edir ki, təqsirləndirilən şəxsi cəmiyyətdən tam təcrid etmədən yaşayış yeri üzrə nəzarət altında saxlanılmaqla cəzanın məqsədlərinə çatmaq mümkündür. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən bir neçə halın olması, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı 02 mart 2023-cü il tarixdən 04 mart 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut- 5 qutu Classiv Silvar compact, 7 qutu X3, 8 qutu X8, 8 qutu X12, 1 qutu X10, 7 qutu X4, 2 qutu West Silver UP, 4 qutu West White UP, 1 qutu Argo Blue compact markalı siqaretlərin Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalı, 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlu azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində-ünvan 7 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sumqayıt şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 14 (on dörd) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 84 (səksən dörd) manat məbləğində pul ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və o, 02 (iki) il 01 (bir) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 mart 2023-cü il tarixdən 04 mart 2023-cü il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlığın məhdudlaşdırılması cəzası qəti olaraq 02 (iki) il 26 (iyirmi altı) gün müəyyən edilsin Cəza çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 15/18, mənzil 17A ünvanını tərk etməmək, Sumqayıt şəhərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut-5 qutu Classiv Silvar compact, 7 qutu X3, 8 qutu X8, 8 qutu X12, 1 qutu X10, 7 qutu X4, 2 qutu West Silver UP, 4 qutu West White UP, 1 qutu Argo Blue compact markalı siqaretlərin Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 50 (əlli) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 84 (səksən dörd) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt RegionalVəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №1(060)-840/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-840/2023
07.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver