Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-842/2024 25.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1991-ci ildə Almaniya Federativ Respublikası, Lixtenfelz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli qərarına əsasən cəzasının çəkilməmiş hissəsindən qalan 02 (iki) ay 13 (on üç) gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəzanı çəkib qurtardığından şöbənin qeydiyyatından çıxarılmış, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talama məqsədi ilə Sumqayıt şəhər sakini Zərərçəkmiş şəxs ünvanlı dövlət sosial yardımı düzəldəcəyi barədə yalan vəd verərək 01 iyul 2024-cü il tarixdə sonuncunun yaşadığı ünvan 4 ünvanında Zərərçəkmiş şəxs mobil telefonu götürməklə, həmin mobil telefona "ABB” ASC-yə məxsus mobil proqram tətbiqini yüklədikdən sonra sonuncuya məxsus 050 ***-**-** saylı mobil nömrə ilə “manato.az” kredit təşkilatının saytından qeydiyyatdan keçib onlayn qaydada sonuncunun adından kredit üçün müraciət edərək Zərərçəkmiş şəxs adına 200 manat məbləğində kreditin köçürülməsinə nail olduqdan sonra 200 manatı özünün istifadəsində olan istintaqa məlum olmayan "xxxx"-yə məxsus bank hesabına köçürməklə 200 manat pul vəsaitini, bundan sonra əlində olan Zərərçəkmiş şəxs mobil telefona “M 10” mobil proqram tətbiqini yüklədikdən sonra sonuncuya məxsus 050 ***-**-** saylı mobil nömrə ilə “M 10” mobil proqram tətbiqində qeydiyyatdan keçib onlayn qaydada sonuncunun adından kredit üçün müraciət edərək Zərərçəkmiş şəxs adına 3500 manat məbləğində kreditin köçürülməsinə nail olduqdan sonra 3395 manatı özünə məxsus 051 ***-**-** nömrə ilə qeydiyyatdan keçdiyi “M 10” hesabına köçürməklə ələ keçirərək gizli yolla talayıb ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs 3700 manat məbləğində maddi ziyan vurmaqla elektron məlumat daşıyıcısından istifadə etməklə oğurluq etmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, hadisənin təfərrüatını xatırlamır tanıdığı qız dostu Gülxanımın anasının evinə getmiş, orada anasından pul proqram vasitəsi ilə oğurlamış, ibtidai istintaq dövründə verdiyi ifadəni təsdiq edir. Əməlindən peşman, himayəsində 02 (iki) azyaşlı və 01 (bir) yetkinlik yaşına çatmayan uşağının olmasını və qardaşı X2 qazi olmağını nəzərə alaraq Məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs elan edilmiş ifadəsindən görünür ki, ona Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilmişdir. xx.xx.2024cü il tarixdə həbsdə olan rəfiqəsi Gülxanım Şirəliyevanın anası Zərərçəkmiş şəxs Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində yerləşən evinə qonaq getmişdir. Gülxanımın anası Nurxanımı evdə görmüş və onunla söhbətləşmişlər. Zərərçəkmiş şəxs ona sosial yardım düzəltmək istədiyini demişdir. O isə Nurxanıma bunu edə biləcəyini bildirmişdir. Bundan sonra o, Nurxanımın mobil telefonunu götürmüş, həmin mobil telefona "M 10" mobil proqramını yükləmişdir. Daha sonra Nurxanımın 050 ***-**-** saylı mobil nömrəsi ilə telefona yüklədiyi “M 10” proqramı vasitəsi ilə qeydiyyatdan keçmişdir. Qeydiyyatdan keçən zaman üztanıma tələb olduğundan o, üztanımadan Nurxanımı keçirmişdir. Bundan başqa qeydiyyat zamanı Nurxanım xanıma məxsus nömrəyə kod gəlmiş, o da həmin kodu proqrama yazmış və beləliklə uğurla qeydiyyatdan keçmişdir. Qeydiyyatı keçirdikdən sonra o, “M 10” proqramı vasitəsi ilə Nurxanımın adından onlayn kreditə müraciət etmişdir. Kredit müraciəti təsdiq olunduqdan sonra Nurxanımın adına 3500 manat kredit götürmüşdür. Sığorta üçün 70 manat və 35 manat komissiya haqqı tutulduqdan sonra Nurxanımın “M 10” hesabına 3395 manat pul yüklənmişdir. Bundan sonra Nurxanımın “M 10” hesabında olan 3395 manat pulu özünə məxsus 051 ***-**-** saylı “M 10” hesabına göndərmişdir. Cinayət yolu ilə əldə etdiyi pulları şəxsi ehtiyacları üçün xərcləmiş və borclarını bağlamışdır. O, həmin cinayət əməlini bilərəkdən etmiş, bunun səbəbi isə həmin vaxt borclarının olduğu üçün pula ehtiyacı olmuşdur. “M 10” kredit təşkilatı olmadığından oradan götürülən kreditlər “Kapital Bank" ASC vasitəsi ilə verilir. Yəni Nurxanıma krediti faktiki olaraq “KapitalBank" ASC tərəfindən verilsə də o, bütün əməliyyatları “M 10” vasitəsi ilə həyata keçirmişdir. Əlavə olaraq bildirir ki, həmin gün Zərərçəkmiş şəxs adına "manato” bank olmayan kredit təşkilatından onlayn qaydada əlavə olaraq 200 manat məbləğində də kredit rəsmiləşdirmişdir. Belə ki, 01 iyul 2024-cü il tarixdə o, Nurxanımın evində olan zaman ona sosial yardım düzəltmək adı ilə Nurxanımın mobil telefonunu götürmüş, həmin mobil telefona “ABB" ASC-yə məxsus proqram təminatını yükləmiş və onun adı ilə qeydiyaytdan keçərək Zərərçəkmiş şəxs adına "xxxx" ASC-də bank hesabı açmışdır. Daha sonra həmin telefon vasitəsi ilə o, “manato.az” saytına daxil olaraq orada 050 ***-**-** saylı mobil nömrəsi ilə daxil olub kredit üçün müraciət etmiş və müraciətdə veriləcək krediti Nurxanımın adına açdığı “ABB" hesabına köçürülməsini qeyd etmişdir. Bir qədər sonra “manato” kredit təşkilatından Nurxanım xanımın mobil telefonuna zəng gəlmiş və kredit əməkdaşı kreditin rəsmiləşdirilməsini Nurxanım xanımdan təsdiq edilməsini xahiş etmişdir. Nurxanım yaşlı qadın olduğu üçün eşitmə qabiliyyəti zəif olduğundan o, Nurxanıma demişdir ki, sosial yardımın verilməsi ilə bağlı zəng gəlib və həmin ödənişi təsdiq etmək lazımdır. Nurxanım xanım isə heç nədən şübhələnməyərək kredit işçisinə telefonda kreditin rəsmiləşdirdiyini təsdiq etdiyini bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs adına açdığı və sonuncunun xəbəri olmadığı "xxxx" ASC hesabına 200 manat pul yüklənmişdir. O, həmin pulu öz istifadəsində olan digər "xxxx"-yə məxsus bank hesabına köçürmüş və Nurxanımın telefonda olan "xxxx" proqramını silmişdir. Həmin pulu da şəxsi ehtiyacları üçün xərcləmişdir. O, Zərərçəkmiş şəxs qızı Gülxanım Şirəliyevaya hər hansı məbləğdə borca pul verməmişdir, məsuliyyətinin yüngülləşəcəyini fikirləşdiyi üçün bu şəkildə ifadə vermişdir. Zərərçəkmiş şəxs adına kredit götürməsi barədə sonuncuya heç nə deməmişdir. O, cinayət əməlini törədən zaman Nurxanım fikirləşmişdir ki, o sosial yardım düzəldir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun müddətdir tanıyır. Belə ki, Sirus hazırda həbsdə olan Gülxanım Şirəliyeva ilə dost olmuşdur və onların evinə tez-tez qonaq gəlmiş, evlərində yemək yemişdir. xx.xx.2024-cü il tarixdə Sirus Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində yerləşən evinə qonaq getmişdir. Onunla söhbətləşmişlər. O, Sirusa maddi cəhətdən çətinlik çəkdiyini, sosial yardım düzəltmək istədiyini demişdir. Bu zaman Sirus ona sosial yardım düzəltməkdə köməklik edə biləcəyini bildirmişdir. Bundan sonra Sirus onun mobil telefonunu götürmüş, daha sonra telefonu onun sifət nahiyəsinə gətirmiş və sanki şəklini çəkmişdir. Həmin vaxt onun mobil telefonuna kod gəlmişdir. Sirus da həmin kodu mobil telefona qeyd etmişdir. Bütün bu hərəkətləri edən zaman Sirus ona demişdir ki, ona sosial yardım düzəldir. O da Sirusa etibarı olduğu üçün inanmışdır. Bir neçə dəqiqə sonra Sirus onun mobil telefonunu qaytarmış və ona hər ayda 500 manat pulun köçəcəyini demişdir. O da yenə Sirusa inanmışdır. Bundan sonra Sirus çıxıb getmişdir. Həmin gün onun mobil telefonuna "xxxx" ASC-dən mesaj gəldiyini görüb Siruz ilə əlaqə saxlayıb adına kredit götürüb-götürmədiyini soruşmuşdur, Sirus isə ona kredit götürmədiyini demişdir. 02 iyul 2024-cü il tarixdə o, Sumqayıt şəhərində yerləşən "xxxx" ASC-nin Sumqayıt filialına yaxınlaşan zaman orada olan işçilər onun adına xx.xx.2024-cü il tarixdə onlayn qaydada 3500 manat kredit götürüldüyünü bildirmişlər. Bundan sonra o, Sirusun onu aldatdığını bilib polisə şikayət etmişdir. 19 iyul 2024-cü il tarixdə onun istifadəsində olan mobil telefona hazırda xatırlamadığı mobil nömrədən zəng etmiş şəxs özünün “Manato” kredit təşkilatının əmakdaşı olduğunu 01 iyul 2024-cü il tarixdə onun adına həmin kredit təşkilatından onlayn şəkildə 200 manat kredit götürüldüyünü və yaxın günlərdə kredit üzrə ödəniş etmək lazım olduğunu bildirmişdir. O da həmin əmakdaşa hər hansı məbləğdə kredit götürmədiyini demişdir. Daha sonra o, anlamışdır ki, Sirus həmin gün onlarda olan zaman onun mobil telefonundan istifadə edərək onun adına həmin 200 manat məbləğində kredit götürmüşdür. Ona dəyən maddi ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilməmişdir. Ona görə də, Məhkəmədən təqsirləndirilən şəxs barəsində qanunamüvafiq cəza verilməsini xahiş edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilərək ibtidai istintaqı aparılmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 15 iyul 2024-cü il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmiş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan bank xidmətləri üzrə elekton ödəniş əməliyatlarının və bank xidmətləri üzrə ödəniş qrafikinin kserosurətlərinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 01 vərəqdən ibarət "bank xidmətləri üzrə elekton ödəniş əməliyatlarının” kserosurətində baxış zamanı müəyyən olundu ki, Zərərçəkmiş şəxs adına olan "xxxx" ASC-yə məxsus bank hesabına 01 iyul 2024-cü il tarixdə 4GTKR8503216B299 saylı müqaviləyə əsasən 3500 manat məbləğində pul ayrılmış, həmin tarixdə 3395 manat məbləğində pul “M 10” hesabına köçürülmüşdür. 01 vərəqdən ibarət bank xidmətləri üzrə ödəniş qrafikinin kserosurətinə baxış zamanı müəyyən olundu ki, Zərərçəkmiş şəxs adına 01 iyul 2024-cü il tarixdə 24 ay müddətinə illik 16.1 faiz dərəcəsi ilə 3500 manat məbləğində kredit rəsmiləşdirilmişdir. İş materiallarında olan 15 iyul 2024-cü il tarixli mobil telefonun götürülməsi və baxış keçirilməsi haqqında protokoldan görünür ki, “Redmi 13 C" markalı mobil telefonun işlək vəziyyətdədir, daxilində “whatsapp” ani mesajlaşma mübadiləsi, “Leobank”, “Unibank”,“Bir bank” proqarmlarının və “M 10” elektron pul qabısının olması aşkar olunmuşdur. “M 10” elektron pul qabına daxil olduqda şifrənin qeyd edilməsi tələb olunmuşdur. Təqsirləndirilən şəxs şifrənin “5555” olduğunu bildirmişdir. “M 10” hesabına daxil olduqdan sonra həmin hesabın +**********19 mobil nörməsi ilə qeydiyyatdan keçdiyi, 01 iyul 2024-cü il tarixdə Zərərçəkmiş şəxs istifadəsində olan +99450 *** ** ** saylı mobil nömrəsinin “M 10” hesabından Təqsirləndirilən şəxs +99451 *** ** ** saylı “M 10” hesabına 3395 manat pulun köçürüldüyünü müəyyən edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, Zərərçəkmiş şəxs adına götürmüş olduğu 3500 manat kreditdən sığorta üçün 70 manat və komissiya üçün 35 manat tutulduqdan sonra qalıq qalmış 3395 manat pulu Zərərçəkmiş şəxs adına açmış olduğu “M 10” hesabında öz hesabına göndərmişdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edə biləcək digər hallar aşkar olunmamışdır. Bundan başqa “Redmi 13C” markalı mobil telefonda aid çəkilmiş fotoşəkillər protokola əlavə olunmuşdur. İş materiallarında olan ”ABB” ASC tərəfindən verilmiş 06 avqust 2024-cüil tarixli “Account statement” sənədinin çıxarışına baxış keçirməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs adına "xxxx" ASC-yə məxsus hesaba “SF Azerbaijan” (Manato) bank olmayan kredit təşkilatı tərəfindən 200 manat məbləğində pul köçürülmüş, həmin tarixdə 200 manat məbləğində pul digər "xxxx" ASC-yə məxsus 5522-5727-6538-**** saylı bank hesabına köçürülmüşdür. Baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, Zərərçəkmiş şəxs adına “manato” bank olmayan kredit təşkilatından onlayn qaydada əlavə olaraq 200 manat məbləğində də kredit rəsmiləşdirmişdir. Belə ki, 01 iyul 2024-cü il tarixdə o, Nurxanımın evində olan zaman ona sosial yardım düzəltmək adı ilə Nurxanımın mobil telefonunu götürmüş, həmin mobil telefona "xxxx" ASC-yə məxsus proqram təminatını yükləmiş və onun adı ilə qeydiyaytdan keçərək Zərərçəkmiş şəxs adına "xxxx" ASC-də bank hesabı açmışdır. Daha sonra həmin telefon vasitəsi ilə o, “manato.az” saytına daxil olaraq orada 050 ***-**-** saylı mobil nömrəsi ilə daxil olub kredit üçün müraciət etmişdir. Bundan sonra Zərərçəkmiş şəxs adına açdığı və sonuncunun xəbəri olmadığı "xxxx" ASC hesabına 200 manat pul yüklənmiş, o, həmin pulu öz istifadəsində olan digər "xxxx" ASCyə məxsus bank hesabına köçürmüş və Nurxanımın telefonda olan "xxxx" proqramını silmişdir. Həmin pulu da şəxsi ehtiyacları üçün xərcləmişdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edə biləcək digər hallar aşkar olunmamışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxsin tutulması və iş üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs istintaqa gəlməkən qəsdən boyun qaçırdığından və heç bir əsaslı səbəb göstərmədən istintaqdan yayındığına görə barəsində axtarış elan edilmiş və tutulduqda Sumqayıt ŞPİ-nin MSY-nətəhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Sumqayıt ŞPİ-nin 3-cü PB-nin məktubundan və həmin tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 11:20 radələrində Sumqayıt şəhəri, 15-ci məhəllə, “Dominos Pizza”nın qarşısında saxlanılaraq Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gətirilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qətimkan tədbirinin nəzərə alınması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməsi nəzərə alınmış və o, Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli cinayət işi üzrə əməlin tövsif olunması barədə qərardan görünür ki, ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində CM-nin 177.2.3-1-ci maddəsinə tövsif olunmuş və cinayət işinin istintaqı həmin Məcəllənin 177.2.3-1-ci maddəsi ilə davam etdirilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxsin tutulması və iş üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs istintaqa gəlməkən qəsdən boyun qaçırdığından və heç bir əsaslı səbəb göstərmədən istintaqdan yayındığına görə barəsində axtarış elan edilmiş və tutulduqda Sumqayıt ŞPİ-nin MSY-nətəhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Sumqayıt ŞPİ-nin 3-cü PB-nin məktubundan və həmin tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 10:00 radələrində Sumqayıt şəhəri, Betonzavod ərazisində saxlanılaraq Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gətirilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-292/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbs müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 02 (iki) azyaşlı və 01 (bir) yetkinlik yaşına çatmayan uşaq vardır (xx.xx.2010-cü il təvəllüdlü X7 oğlu, xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X8 oğlu). İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə CM 76-cı maddəsinə əsasən 02 (iki) ay 13 (on üç) gün vaxtın əvvəl şərti azad edilmişdir. xx.xx.2023-cü il tarixdə cəzasını çəkib qurtardığında şöbənin qeydiyyatından çıxarılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-18/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünün surəti iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, Təqsirləndirilən şəxs qardaşı X3 İİİ dərəcə əlildir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələrinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddələr ilə cinayət təqibindən başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi “Redmi 13C” mobil telefon cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən əşya olduğu üçün Azərbaycan Respublikası CPM-nin 128 və 135-ci maddələrinə əsasən iş üzrə maddi sübut hesab olunmuş və cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici və zərərçəkmiş şəxsin ifadələri, baxış və götürmə protokolu, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsiri tam sübuta yetirildi, onun əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə CM 76-cı maddəsinə əsasən 02 (iki) ay 13 (on üç) gün vaxtın əvvəl şərti azad edilmişdir. xx.xx.2023-cü il tarixdə cəzasını çəkib qurtardığında şöbənin qeydiyyatından çıxarılmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən onun məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluqları olmayan hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman məhkumluğu olan şəxs hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” xx.xx.2008-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq cinayətin və cəzanın hüquqi nəticəsi kimi qəbul olunur. Burada cinayət-ilkin əməl, məhkum etmə və cəza tətbiq etmə isə onun nəticəsi kimi çıxış edir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” 2009-cu il 25 may tarixli Qərarında qeyd edir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 02 (iki) azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nın 59.1.4-cü maddəsinə əsasən, törətdiyi əməli səmimi etiraf etməsini, himayəsində 01 (bir) yetkinlik yaşına catmayan uşaq olmasını və qardaşının qazi olmasını isə Azərbaycan Respublikası CM-nın 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivini müəyyən etmişdir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunmasını qeyri-mümkün hesab edir. Ona görə də, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nın 177.2.3-1-ci maddəsinin sanksiyası həddində, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Belə cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 04 (dörd) gün müddət ona təyin olunmuş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi “Redmi 13C” mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra sahibinə geri qaytarılmalıdır. Zərərçəkmiş şəxsə Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli (iş № 1(060)-842/2024) qərarını icra edərək, xx.xx.2024-cü il tarixli 1640 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 12 (on iki) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 72 (yetmiş iki) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və müsadirə olunan əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 04 (dörd) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi “Redmi 13C” mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra sahibinə geri qaytarılsın. Zərərçəkmiş şəxsə Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 12 (on iki) saat hüquqi yardıma görə 72 (yetmiş iki) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-842/2024
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-842/2024
25.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver