Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-846/2023 07.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, xx.xx.1986-cı ildə Dəvəçi rayonunda anadan olmuş. Azərbavcan Respublikasının vətəndaşı, ailəli, orla təhsilli, fərdi əməklə məşğul olan, əvvələr məhkum olunmamış, Dəvəçi rayonu, Uzunboyad kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədi ilə vahid niyyətlə əhatə olunan qəsdlə tanışı Zərərçəkmiş şəxs yaşadığı Sumqayıt şəhəri, 8-ci mikrorayon, A.Quliyev küçəsi, ev 35 ünvanına qeydiyyata düşməsinə köməklik edəcəyini vəd verib aldadaraq xx.xx.2023-cü il tarixdə sonuncunun yaşadığı binanın qarşısında 900 (doqquz yüz) manat, xx.xx.2023-cü il tarixdə saat 11:35 dəqiqədə Sumqayıt şəhəri, ünvan 2 ünvanında yerləşən 1 saylı Sumqayıt Regional «Asan Xidmət» mərkəzindəki «Kapital bank»a məxsus bankomatdan Zərərçəkmiş şəxs ona verdiyi özünə məxsus kartdan 250 (iki yüz əlli) manat və həmin tarixdə «Asan Xidmət» mərkəzinin qarşısında 250 (iki yüz əlli) manat pul vəsaitini alıb ələ keçirməklə zərərçəkmiş şəxs Elçin Talıbova ümumilikdə 1400 (bir min dörd yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, o, Zərərçəkmiş şəxs uzun müddətdir ki, tanıyır. Onların münasibətləri həmişə yaxşı olmuşdur. Onlar ailəvi bir- birlərini tanımışlar. O, taksi fəaliyyəti ilə məşğul olduğu üçün həmişə onların ailəsini rayona aparıb gətirmişdir. xx.xx.2023-cü il tarixdə o, Mehriban və anasını rayona apardığı zaman onlar söhbət etmişlər. Söhbət əsnasında Mehriban onun «Baxça şəhər» yaşayış massivində qaldığını, heç yerdə qeydiyyatda olmadığı üçün şəxsiyyət vəsiqəsi ala bilmədiyini, hətta hazırda yaşadığı evə belə qeydiyyata düşə bilmədiyini bildirmişdir. Mehriban ondan onun yaşadığı evə qeydiyyata düşməsini xahiş etmiş, o, yaşadığı evdə kirayədə yaşadığını bildirmişdir. Bundan sonra o, Mehribana maraqlanıb bu işdə, yəni qeydiyyata düşmək üçün şəxsiyyət vəsiqəsi almasına köməklik edəcəyini bildirmişdir. Onlar rayona gedib gələndən sonra xx.xx.2023-cü tarixdə günorta saatlarında birlikdə Sumqayıt şəhər avtovağzalının yaxınlığında yerləşən «ASAN» xidmət mərkəzinə getmişlər. Onlar oraya Mehribana şəxsiyyət vəsiqəsi almaq və yaşadığı evə qeydiyyata düşmək üçün getmişlər. Orada onlara Mehribanın şəxsiyyət vəsiqəsinin müddəti bitdiyi və evə qeydiyyata düşmək üçün Bakı şəhərindəki ofisə gedib rüsumu ödəməli olduqlarını söyləmişdir. Onlar maşına əyləşəndən sonra Mehriban bank kartından pul çıxarmaq üçün ona vermişdir. O, ASAN xidmət mərkəzinin qarşısındakı «Kapitalbank»a məxsus bankomatdan 250 manat pul çıxarmış, maşında o, pulu Mehribana vermişdir. Mehriban həmin pulun üstünə əlavə 200 manat da qoyub ona qaytararaq pulu lazımı yerə verməsini söyləmişdir Bundan sonra onlar Mehribanın yaşadığı binanı tikən şirkətin Bakı şəhərində yerləşən ofisinə getmişlər. Orada ofis söküldüyü üçün yenidən Sumqayıt şəhərinə qayıtmışlar. Mehribanın ona verdiyi pul onda qalmışdır. Bundan sonra o, Mehribanın qeydiyyata düşməsi üçün bir neçə yerlə maraqlanmış, lakin heç bir nəticə olmamışdır. Bu müddət ərzində onun pula ehtiyacı olduğu üçün həmin pulu öz ehtiyacları üçün xərcləmişdir. Amma Mehribana pulu xərclədiyini bildirməmişdir. Bir müddətdən sonra isə yenə də ehtiyacı olduğu üçün Mehribandan 900 manat pul almışdır. Mehriban qeydiyyatla bağlı ondan soruşduqda o, həmin işlə məşğul olduğunu bildirmişdir. Bir müddətdən sonra yenidən Mehribandan 100 manat borc pul almışdır. Bununla da Mehribandan aldığı pulun məbləği 1450 manat olmuşdur. Bir müddətdən sonra Mehriban ondan qeydiyyata düşmək məsələsinin nə yerdə olduğunu soruşmuş, o, isə hələ bu məsələnin alınmadığını bildirmişdir. Bundan sonra Mehriban ondan pulunu tələb etməyə başlamış, o, isə pulu öz ehtiyaclarına xərclədiyini söyləmişdir. Mehriban ondan şikayət edəcəyini bildirmişdir. Sonradan onun telefonu xarab olduğu üçün onların əlaqələri kəsilmişdir. O, bir neçə dəfə Mehribanın telefon nömrəsini tapmağa cəhd etsə də onun nömrəsini ona verməmişlər. Sonradan Mehribanın ondan şikayət etməsi ona məlum olmuşdur. O, Mehribandan ümumilikdə 1450 manat pul almışdır. O, Mehribandan 450 manat pulu onun qeydiyyat məsələsini həll etmək üçün almışdır. 1000 manat pul isə borc olaraq almışdır. Lakin sonradan ehtiyacı olduğu üçün evə qeydiyyata düşmək məsələsini həll etmək üçün aldığı 450 manat pulu da öz ehtiyacları üçün xərcləmiş və bunun müqabilində heç bir iş görməmişdir. Əməlindən çox peşmandır. Hazırda Zərərçəkmiş şəxs dəymiş ziyan tərəfindən tam olaraq olaraq ödənilmiş, zərərçəkmiş şəxslə barışmış, sonuncunun ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq tam ödəməsini nəzərə alaraq barəsində bu cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, elan olunmuş ittiham üzrə özünü təqsirli bilir, əməlindən peşmandır, zərərçəkmiş şəxs ilə barışmış, sonuncunun ona qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, o. Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır. Belə ki, o, taksi fəaliyyəti ilə məşğul olduğu üçün onu və qohumlarını Sumqayıt şəhərindən Şabran və Xaçmaz rayonlarına apardığı üçün, eyni zamanda bir rayondan olduqları üçün onda Xəyala qarşı inam yaranmışdır. O, bir müddətdir ki, Sumqayıt ŞPİ- dən qeydiyyatdan çıxarıldığı üçün heç bir yerə qeydiyyata düşməmişdir. Yəni yaşadığı evin «kupça»sı olmadığı üçün qeydiyyata düşə bilməmişdir. xx.xx.2023-cii il tarixdə o, oğlu Rəsul və anası Qızbəs Məhəmmədova ilə birlikdə Xəyalın idarə etdiyi avtomobillə Şabran rayonuna gedərkən yolda bu barədə onunla söhbət etmişdir. Xəyal onun yaşadığı ünvana qeydiyyata düşməsinə köməklik edə biləcəyini bildirmiş, o, Xəyaldan bu iş üçün nə qədər pul lazım olacağını soruşduqda Xəyal bu işin həll olunması üçün 1500 manat pul lazım olduğunu bildirmişdir. O, Xəyalın bu təklifi ilə razılaşmış, rayondan qayıtdıqdan sonra yəni xx.xx.2023-cü il tarixdə Xəyala zəng edib onu yaşadığı binanın qarşısına çağırmış, Xəyal onların ünvanına gəlmiş və yaşadığı ünvan 5 qarşısında o, Xəyalla görüşmüş və orada ona 900 manat pul vermişdir. xx.xx.2023-cü il tarixdə o, yenidən Xəyalla görüşəndə o, pulun qalan hissəsini də ondan istəmişdir. O, Xəyala pulunun bir hissəsinin kartda olduğunu bildirmiş, bundan sonra onlar birlikdə Sumqayıt şəhəri Avtovağzalın yaxınlığında olan «Asan» xidmət mərkəzinə yaxınlaşmışlar. O, «Kapital bank»dan aldığı 6768 6753 3214 2601 nömrəli bank kartını Xəyala vermiş, özü isə Xəyalın maşınında əyləşib onu gözləmişdir. Xəyal «Asan» xidmətin içərisində ki bankomatdan 250 manat çıxarıb qayıtmış və kartı ona geri qaytarmışdır. O, avtomobildə Xəyala əlavə 350 manat da vermişdir. Bununla da onun Xəyala verdiyi pulun ümumi məbləği 1500 manat olmuşdur. O, Xəyala pulu verdikdən bir müddət sonra qeydiyyata düşmək məsələsinin nə yerdə olduğunu maraqlanmışdır. Xəyal hər dəfə bir bəhanə gətirərək işin qısa müddətə düzələcəyini bildirmişdir. Lakin o, Xəyalın onu aldatdığını yəqin etdikdən sonra Xəyaldan pulunu tələb etməyə başlamış, lakin Xəyal onunla əlaqəni kəsmiş və pulunu qaytarmaqdan imtina etmişdir. Bu səbəbdən Xəyaldan şikayət etmək qərarına gəlmişdir. Hazırda ona dəymiş dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənilmiş, onunla barışmışdır. Bu səbəbdən sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmiş, sonuncu ilə barışmış, bu səbəbdən təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Şahid Liman oğlu bildirdi ki, o, Rusiya Federasiyasında anadan olsa da orta təhsilini Azərbaycanda azərbaycan bölməsində almışdır. Hal-hazırda da ali təhsilini azərbaycan dilində alır. Azərbaycan dilində sərbəst yazıb oxumağı bacarır. İfadə verərkən tərcüməçinin köməyinə ehtiyacı yoxdur. O, Təqsirləndirilən şəxs tanıyır. O, taksi fəaliyyəti ilə məşğul olduğu üçün onlar rayona gedərkən onları rayona aparıb gətirmişdir. xx.xx.2023-cii il tarixdə anası, nənəsi və o Xəyalın maşını ilə rayona gedərkən yolda söhbət əsnasında o, yaşadıqları evə qeydiyyata düşə bilmədiklərini bilmişdir. Xəyal bu məsələdə anasına kömək edə biləcəyini bildirmişdir. Onlar rayondan qayıtdıqdan sonra xx.xx.2023-cii il tarixdə anası Xəyala zəng etmişdir. Xəyal onların yaşadıqları binanın qarşısına gəlmişdir. Orada anası Xəyala evə qeydiyyata düşmək məsələsini həll etmək üçün 900 manat pul vermişdir. Həmin vaxt o, da anasının yanında olmuşdur. Xəyal bu məsələni həll edəcəyini demişdir. Bundan sonra Xəyal anasından yenə də pul almışdır. Xəyal onun anasından ümumilikdə 1500 manat pul almışdır. Lakin müəyyən müddət keçsə də Xəyal vədinə əməl etməmiş və anasından aldığı pulu da qaytarmamışdır. Buna görə də anası ondan şikayət etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “cinayət işinin başlanması haqqında” 07 avqust 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti üzrə toplanmış ilkin yoxlama materialı əsasında fakta görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə cinayət işi başlanmışdır.( i.v. 1); “təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və icraatın dayandırılması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır. (i.v. 36) “axtarışda olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 sentyabr 2023-cü il tarixdə saat 17:50 radələrində saxlanılmışdır. (i.v. 40) “cinayət işi üzrə icraatın təzələnməsi barədə ” 10 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, iş üzrə icraat təzələnmişdir.(i.v.41) 07 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin maddədə nəzərdə tutulmuş ittiham ona 11 sentyabr 2023-cü il tarixdə elan edilmişdir. ( i.v.33-35) “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 11 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə AR CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsi ilə bağlı ifadəsi alınmışdır ( i.v.56-58); “təqsirləndirilən barəsində qətimkan tədbirinin seçilməsi” barədə 11 sentyabr 2023cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 59-61); 11 sentyabr 2023-cü il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə isittaq hərəkəti keçirilmişdir. Üzləşdirmə zamanı Zərərçəkmiş şəxs yaşadığı evə qeydiyyata düşmək məsələsini həll etmək üçün ona ümumilikdə 1400 manat pul verdiyini, 100 manat pulu isə ona borc olaraq verdiyini Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (i.v.32); İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yer üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır. (i.v 95). İş materiallarında olan vəsiqələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs evlidir, himayəsində xx.xx.2017-ci il təvəllüdlü Züleyxan Əsədullayeva və xx.xx.2018-ci il təvəllüdlü Səid Əsədullayev adlı övladları var. (i.v. 97) “sübutların qiymətləndirilməsi haqqında” 20 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmışdır (i.v. 70-74); Azərbaycan Respublikası Konstitusiyasının 31.1-ci maddəsinə əsasən “Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun əməllləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və müsadirə olunmalı əmlak yoxdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 10 (on) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altmış) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.11, 43.1.1, 321.2.1, 321.2.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №1(060)-846/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-846/2023
07.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver