Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-847/2023 05.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs, Müdafiəçi-Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1977-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 22:00 radələrində ünvan 2 ünvanında əvvəllər tanıdığı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı sonuncunu döyərək sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə özünü təqsirli bilərək qeyd etdi ki, Zərərçəkmiş şəxsu təxminən 6 ay əvvəl eyni ünvanda fəhlə kimi çalışdığı vaxtdan tanıyır. Nahid həmin müddətdə ondan Samsung Galaxy markalı telefon almış, telefonu onu 150 manata satmışdır. Zərərçəkmiş şəxs telefonun pulundan 70 manat pulu ödəmiş, 80 manat borcu qalmış, ödəyəcəyini bildirsə də, ödəməmişdir. xx.xx.2023-ci il tarixdə saat 22:00 radələrində piyada şəkildə yaşadığı ünvana qayıdarkən Sumqayıt şəhəri, 20-ci məhəllə yerləşən Çinar marketin qarşısında Nahidi görmüş, söhbət zamanı o, sonuncudan borclu qalmış olduğu 80 manat pulu tələb etmiş, o isə hazırda maddi imkanının olmadığını, imkanı olduğu zaman ona olan 80 manat borcunu ödəyəcəyini bildirmiş, o isə pulunu indi istədiyini söyləmişdir. Nahid hazırda imkanı olmadığını bildirərək onun ünvanına nalayiq ifadə bildirib ümumiyyətlə həmin pulu verməyəcəyini demiş, bundan sonra onun ünvanına nalayiq ifadə işlətdiyi üçün əsəbləşərək sağ əli ilə onun sol gözünə bir dəfə yumruqla zərbə vurmuş, Vəliyev isə ona qarşı etdiyi hərəkətinə görə şikayətçi olacağını bildirmişdir.Sonuncu ilə aralarında münaqişə təxminən 3-5 dəqiqə olmaqla davam etmiş, hadisə vaxtı səs-küy yaranmamış, münaqişəyə kənar şəxslər gəlməmişdir. Əməlindən peşmandır. Hazırda zərərçəkmiş şəxslə barışmışdır. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, Zərərçəkmiş şəxslə barışmışdır. Özünü təqsirli bilir. Həmin iş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəməyə teleqramla müraciət edərək təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, təhqiqat zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirərək icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs ilkin təhqiqat araşdırma zamanı verdiyi, məhkəmə istintaqı zamanı elan edilmiş ifadəsindən görünür ki, xx.xx.2023-ci il tarixdə saat 22:00 radələrində piyada şəkildə yaşadığı ünvana qayıdarkən Sumqayıt şəhəri, 20-cı məhəllə yerləşən Çinar marketdə qarşısında təxminən 6 ay əvvəl eyni ünvanda fəhlə kimi çalışdığı Təqsirləndirilən şəxs görmüş, sonuncu ondan təxminən 6 ay əvvəl birlikdə işlədiyi müddətdə aldığı Samsung Galaxy markalı telefona görə borclu qalmış olduğu 80 manat pulu tələb etmiş, hazırda maddi imkanının olmadığını, imkanı olduğu zaman ona olan borcunu ödəyəcəyini bildirmişdir. Lakin o, pulunu indi istədiyini bildirmiş, hazırda imkanının olmadığını bildirərək onun ünvanına nalayiq ifadə işlədib ümumiyyətlə həmin pulu verməyəcəyini söyləmişdir. Bundan sonra da o, Təqsirləndirilən şəxs ünvanına nalayiq ifadə işlətdiyindən sonuncu əsəbləşərək sağ əli sağ göz nahiyyəsinə bir dəfə yumruqla döyüb xəsarət yetirmiş, buna görə də o, bədəninin müxtəlif nahiyələrindən xəsarətlər almışdır. O, əvvəllər Fizuli tərəfindən heç vaxt işgəncələrə, təzyiqlərə fiziki və psixi təsirlərə məruz qalmamışdır. Fizuli Novzuzovla aralarındakı münaqişə təxminən 3-4 dəqiqə olmaqla davam etmiş, hadisə vaxtı səs-küy yaranmamış, münaqişəyə kənar şəxslər gəlməmişdir. Fizuli onu əl zərbələri ilə döyüb xəsarət yetirmiş, bədəninin müxtəlif nahiyələrindən xəsarətlər almışdır. İş materiallarında olan AR Səhiyyə Nazirliyinin MTE və PAB X5 xx.xx.2023-cü il tarixli, 1578 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: sol gözün ağlı qişasının bayır bucağını bütünlüklə əhatlə edən tünd qırmızı rəngli yayılmış qansızması, sol gözaltı nahiyyənin qançırı. Qeyd olunan xəsarətlər küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin müayinəsindən 1-2 günə qədər əvvəl olmaqla xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə həm ayrı ayrılıqda eləcədə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa Yüngül zərərvurmaya aiddir. (i.v. 14-16). İş materiallarında olan DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. ( i.v. 28) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (i.v. 27). Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmiş, sonuncunun əməli AR CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. AR CM-nin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. AR CPM-nin 39.1.8-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin təqsirini etiraf etməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin hər ikisinin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 17 (on yeddi) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 102 (yüz iki) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə cinayət təqibinə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilsin və cinayət məsuliyyətindən azad edilsin. Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 102 (yüz iki) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Ramiz Quliyev
Məhkəmə qərarları › İş №1(060)-847/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-847/2023
05.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver