Məhkəmə qərarları › İş №1(060)-847/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-847/2025

12.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-847/2025 12.03.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, subay, yetkinlik yaşına çatmayan iki uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən salış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 1 (bir) ədəd bükümdə kustar üsulla hazırlanmış 0,539 qram psixotrop maddə metamletamini əldə edib üzərində saxlayaraq daşımış, 12 noyabr 2025-ci il tarixdə saat 20:22 dəqiqədə Sumqayıt şəhər Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə ərazisində yerləşən “Fəxri” marketin yaxınlığında saxlanılaraq, üzərinə keçirilən baxış zamanı əynində olan qara rəngli idman şalvarının sol yan cibindən l(bir) ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,539 qram ağ rəngli, krislalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə melamfelamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə səhər saatlarında Abşeron rayonu, Saray qəsəbəsində tanımadığı şəxsdən 15 manata 01 büküm psixotrop maddə metamfetamin almış və istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. Həmin gün axşam saatlarında tanışı Şahid1 ilə birlikdə Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə ərazisində yerləşən “Fəxri” marketin yaxınlığında olan zaman polis əməkdaşları tərəfindən saxlanılmışlar. Polis əməkdaşları onların narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğunu bildirib video çəkilişlə üzərlərinə baxış keçirmişlər. Baxış zamanı əynində olan şalvarın cibində saxladığı 01 ədəd bükümdə psixotrop maddə olan metamfetamini çıxarıb təqdim etmişdir. Həmin maddə çəkilərək müvafiq qaydada qablaşdırılmış və üzəri möhürlənmişdir. Bundan sonra Şahid1 üzərində də baxış keçirilmiş və onun üzərindən də psixotrop maddə metamfetamin aşkar edilmişdir. Bundan sonra onları Sumqayıt ŞPİ-yə gətirmişlər. İdarədə ona hüquq və vəzifələri izah edilməklə vəkil təqdim edilmiş və üzərində aşkar edilmiş maddənin olduğu zərf təhqiqatçıya təqdim edilmişdir. Saxlanılarkən və daha sonra ona qarşı hər hansı təsir və ya təzyiq olmamışdır. Bundan əlavə Təqsirləndirilən şəxs bildirmişdir ki, əvvəllər evli olmuş və rəsmi qaydada ayrılmışdır. Həmin evliliyindən yetkinlik yaşına çatmayan iki uşağı var, uşaqlar rəsmi qaydada ananın himayəsinə verilsə də, daim onun yanına gəlib-gedir, bəzən uzun müddətli qalırlar. Bundan əlavə hər hansı aliment öhdəliyi də yoxdur. Təqsirləndirilən şəxs müdafiəçisi məhkəməyə ərizə təqdim edərək hüquqlarını müdafiə etdiyi şəxsin özünü təqsirli bildiyini, onun yetkinlik yaşına çatmayan iki uşağının olmasını qeyd etmiş və “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq edilərək Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs müdafiəçisinin ərizəsini təsdiq edərək barəsində amnistiya qərarının tətbiq edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması, şəxsi axtarışın keçirilməsi və təqdim olunmuş əşyanın götürülməsi haqqında qeydə alınmış video görüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin Cinayət- Axtarış şöbəsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhər sakinləri Təqsirləndirilən şəxs və Şahid1 narkotik vasitələri qanunsuz qəbul etməsi və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, bununla bağlı əməliyyat qrupu təşkil edilmişdir. Həmin gün axşam saatlarında Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə ərazisində yerləşən “Fəxri” marketin yaxınlığında Təqsirləndirilən şəxs və Şahid1 saxlayaraq onların narkotik vasitələri əldə etmə, saxlama və gəzdirməkdə şübhəli olmasını bildirmişlər və video çəkilişlə üzərlərinə baxış keçirmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs cibində olan 01 ədəd bükümdə olan maddəni təqdim edərək içərisində psixotrop maddə metamfetamin olmasını, həmin maddəni Abşeron rayonu, Saray qəsəbəsində tanımadığı şəxsdən 15 manata alaraq şəxsi istifadəsi məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. Aşkar edilmiş maddə çəkilmiş və xüsusi qaydada qablaşdırılaraq götürülmüşdür. Bundan sonra Şahid1 üzərinə baxış keçirilmiş və sonuncu da özü üzərində olan psixotrop maddə olan metamfetamini təqdim etmişdir. Daha sonra hər iki şəxsi Sumqayıt Şəhər Polis İdarəsinə aparmışlar. İdarədə onlara hüquq və vəzifələri izah edilməklə vəkil təqdim edilmiş, vəkilin və onların iştirakı ilə aşkar edilmiş maddələrin olduğu zərf təhqiqatçıya təqdim edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və ya daha sonra hər hansı etiraz etməmiş və ya müqavimət göstərməmişdir, törətdiyi əməli səmimi etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin Cinayət Axtarış şöbəsinin kiçik inspektoru Şahid4 digər Şahid2 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verərək göstərmişdir ki, əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın cibində saxladığı bir ədəd bükümdə olan maddəni təqdim edərək həmin maddənin psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən şahid Sumqayıt ŞPİ-nin Cinayət Axtarış şöbəsinin kiçik inspektoru Şahid3 ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o, məhkəmə iclasında ifadə vermiş şahidlər Şahid2 və Şahid4 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verərək göstərmişdir ki, əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın cibində saxladığı bir ədəd bükümdə olan maddəni təqdim edərək həmin maddənin psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, o əvvəllər Təqsirləndirilən şəxs ilə evli olmuş, birgə nikahlarından iki uşaqları anadan olmuşdur. 2022-ci ildə rəsmi qaydada ayrılmışlar və Təqsirləndirilən şəxs aliment tələb etməmişdir. Uşaqlar rəsmi qaydada onun himayəsində verilsə də, tez-tez atalarının yanına da gedir və bəzən bir müddət orada qalırlar. O, Quba rayonun da yaşayır, Təqsirləndirilən şəxs isə Sumqayıt şəhərində. Hazırda oğlu tələbədir, Bakı şəhərində yaşayır və tez-tez atasının yanına gəlib gedir. Qızı isə idmanla məşğul olur, yarışlarla bağlı tez-tez Bakı şəhərinə gedir və həmin vaxt atasının və nənəsinin yanında qalır. O, Təqsirləndirilən şəxs aliment tələb etmsə də, sonuncu uşaqların maddi xərclərinin qarşılanmasında iştirak edir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid1 ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o ifadəsində göstərmişdir ki, 12 noyabr 2025ci il tarixdə saat 20:22 radələrində Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə ərazisində yerləşən “Fəxri” marketin yaxınlığında tanışı Təqsirləndirilən şəxs ilə birlikdə piyada hərəkətdə olan zaman mülki geyimdə olan polis əməkdaları onlara yaxlnlaşaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğunu bildirmişlər, daha sonra üzərlərinə baxış zamanı həm o, həm də Təqsirləndirilən şəxs üzərləridə olan psixotrop maddə metamfetamini polis əməkdaşlarına təqdim etmişlər. O, əvvəlcədən Təqsirləndirilən şəxs üzərində psixotrop maddə olmasından, eləcə də psixotrop maddəni Abşeron rayonu, Saray qəsəbəsi ərazisindən əldə etməsini bildirsə də, kimdən və haradan əldə etməsi barədə heç bir məlumatının olmadığını bildirmişdir. Onlar bir-biri ilə söhbət edən vaxt üzərlərində psixotrop maddə metamfetamin olmasını bilmiş və birlikdə psixotrop maddəni qəbul etmək üçün münasib yer axtaran zaman polis əməkdaşları tərəfindən saxlanılmışlar. Cinayət işinin 24-cü vərəqəsində olan xx.xx.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 72-ci vərəqəsində olan şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilərək polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 8-9-cu vərəqələrində olan “əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması protokola” dair xx.xx.2025-ci il tarixli protokoldan və həmin zaman qeydə alınmış video görüntülərdən görünür ki, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə ərazisində yerləşən “Fəxri” marketin yaxınlığında saxlanılmış, sonuncu əynində olan şalvarın sol yan cibindən 01 ədəd bükümdə olan maddəni çıxarıb təqdim edərək psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmin maddə çəkilərkən bükümü ilə birlikdə çəkisinin 0,44 qram olması müəyyən edilmiş, daha sonra həmin maddə xüsusi qaydada qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin 33-34-cü vərəqələrində olan “şəxsi axtarışın keçirilməsi və təqdim olunmuş əşyanın götürülməsi” barədə xx.xx.2025-ci il tarixli protokoldan və həmin zaman qeydə alınmış video görüntülərdən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs daha öncədən təqdim etdiyi maddənin olduğu zərf təhqiqatçıya təqdim edilmişdir. Təqsirləndirilən şəxs zərfin içərisində olan madənin psixotrop maddə metamfetamin olduğunu və onun üzərindən aşkar edildiyini bildirmişdir. Cinayət işinin 47-48-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Sumqayıt Regional Bölməsi tərəfindən verilmiş 13 noyabr 2025-ci il tarixli, 20/990 saylı məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs...” sözlər və imzalar olan kağız paketdəki 1 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,539 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: Metamfetaminin təmiz çəkisi 0,539 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,489 qram. Cinayət işinin 46-cı vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 63 (altmış üç) manat müəyyən edilmişdir. Cinayət işinin 124-125-ci vərəqələrində olan xx.xx.2025-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalmış 0,489 qram çəkidə psixotrop maddə olan metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Həmçinin əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması, şəxsi axtarışın keçirilməsi və təqdim olunan əşyanın götürülməsi zamanı qeydə alınmış video görüntüləri özündə əks etdirən 02 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin 121-122-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X3 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli 7578 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alman məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdən Sumqayıt şəhər Narkoloji Dispanserində El2.2 diaqnozu ilə dispanser qeydiyyatındadır. Cinayət işinin 88-91-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.5 və 69.3-cü maddələrinə əsasən ona 03 (üç) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2025-ci ildə cəzasının sonun ilə azad edilmişdir. İş materiallarına əlavə olunmuş elektron mhkəmə sitemi çıxarışından görünür ki, Təqsirləndirilən şəxs yetikinlik yaşına çatmayan iki uşağı var. Uşaqların təvəllüdləri: xx.xx.2008-ci il və xx.xx.2010-cu il. İş materiallarına əlavə olunmuş Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2026-cı il tairxli məktubundan görünür ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icraatında Təqsirləndirilən şəxs barəsində aliment tələbinə dair icra sənədi yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli psixotrop maddə olan metamfetamini əldə etmə, saxlama və daşıma cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə - özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması, şəxsi axtarışın keçirilməsi və təqdim olunmuş əşyanın götürülməsi haqqında qeydə alınmış video görüntülər və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Lakin, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və onun barəsində cinayət təqibinə xitam verilməsi üçün əsaslar yaranmışdır. Belə ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2008-ci il və xx.xx.2010-cu il təvəllüdlü, yəni yetikinlik yaşına çatmayan iki uşağının olması müəyyən edilmiş və bu səbəbdən də “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.16 və 5.1-ci bəndlərinin onun barəsində tətbiq edilməsi əsasları yaranmışdır. “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.16-cı bəndinə əsasən təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilsinlər (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Qərarın 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar. (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Qərarın 24-cü bəndinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarılır. Azərbaycan Respublikası CPM-in 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Beləliklə, məhkəmə “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.16-cı bəndinə uğun olaraq Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan iki uşağının olmasını, həmin qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlərin onun barəsində müəyyən edilməməsini və cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsinə müdafiə tərəfinin razılığını nəzərə alaraq hesab edir ki, qeyd edilən Amnistiya qərarının 1.16 və 5.1-ci bəndlərinə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilərək o, cinayət məsuliyyətindən azad edilməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X3 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli 7578 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı, onun ərazi narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınmalı və qərarın icrasına nəzarət narkomaniyadan məcburi müalicə hissəsində Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,489 qram psixotrop maddə olan metamfetamin qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının cəmi xərci 63 (altmış üç) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin dövlət hesabına hüquqlarını müdafiə etmiş Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 18 saata görə 198 (yüz doxsan səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası MPM-in 67- 1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. İş üzrə xüsusi müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 43, 356, 381 və 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.16 və 5.1-ci bəndlərinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan ləğv edilsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun, onun ərazi narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınsın və qərarın icrasına narkomaniyadan məcburi müalicə hissəsində nəzarət Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Sumqayıt Şəhər Polis İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,489 qram psixotrop maddə olan metamfetamin qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 63 (altmış üç) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 18 saata görə 198 (yüz doxsan səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə xüsusi müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar