Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-848/2023 25.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Sumqayıt Şəhər Məhkəməsinin inzibatı binasında xx.xx.1980-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada taksi sürücüsü, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 18:30 radələrində Zərərçəkmiş şəxs ilə həyat yoldaşı Təqsirləndirilən şəxs arasında Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 19/27, mənzil 93 ünvanında, mənzilin qonaq otağında ailə-məişət zəminində baş verən mübahisə zamanı sonuncu Zərərçəkmiş şəxs Gültəkin qızının baş, boyun, kürək, sol qol nahiyyələrinə yumruq və pol ağacı zərbələri ilə qəsdən çoxsaylı zərbələr vuraraq ona dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirməklə, sonuncunun qəsdən sağlamlığına Yüngül zərər vurmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə 2010-cu ildə ailə həyatı qurmuş və birgə nikahdan iki azyaşlı oğlan övladı vardır. Ailə həyatı qurandan bu günədək anası Ağanisə ilə eyni evdə yaşamışlar. Ailə daixili münasibətləri normal olmuşdur. Son vaxtlar maddi sıxıntıların çox olması səbəbi ilə aralarında söz-söhbət yaranmışdır. Həyat yoldaşı Zərərçəkmiş şəxs “Doktoraz” klinikasında xadimə kimi işə düzəlmişdir. xx.xx.2023-cü il tarixdə mətbəxin su krantı xarab olmuş və su krantını nisyə alıb, usta gətirib, krantı dəyişdirmişdir. Ustanın pulunu özü ödəmişdir. Su krantına 4 manat borcu qalmış və fikirləşmişdir ki, həyat yoldaşı Ayna işdən evə gələndə ondan 4 manat alıb su krantının pulunu verəcəkdir. Həmin gün saat 18 radələrində həyat yoldaşı Ayna işdən evə gəlmişdir. O, evə gələndən sonra ondan 4 manat pul istəmişdir ki, aparıb nisyə yolu ilə aldığı krantın pulunu versin. Ayna da pulunun olmadığını bildirmişdir. Həmin vaxt onun kartında 100 manat olduğunu bildiyini qeyd etmişdir. Həyat yoldaşı Aynanın pulu olduğu halda mətbəxin krantına görə istədiyi 4 manatı verməməsi onu özündən çıxartmışdır və aralarında mübahisə yaratmışdır. Mübahisə zamanı o, Aynanın saçından tutub yerə yıxmış və yumruqla onun başına, boynunun arxasına, belinə bir neçə zərbə vurmaqla onu döymüşdür. Həmin vaxt Ayna mətbəxdən əlinə pol ağacı götürdüyündən o, həmin pol ağacını onun əlindən alaraq həmin ağacla da sol qoluna bir dəfə vurub pol ağacını yerə atmışdır. Bu zaman anası Ağanisə araya keçib onu sakitləşdirmək istədi və bundan istifadə edən Zərərçəkmiş şəxs evdən qaçıb getmişdir. Əməlindən peşmandır. Hazırda onlar barışmışlar. Zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Odur ki, qeyd olunanların nəzərə alınmasını və barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmışdır və məhkəmədən iş üzrə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin elan edilmiş ifadəsindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. Onunla 2010-cu ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan iki azyaşlı oğlan övladı vardır. Ailə həyatı qurandan hazırkı vaxtadək həyat yoldaşı Ruslan və qaynanası Ağanisə ilə bir evdə yaşamışdır. Ruslanın maddi sıxıntıları mütəmadi qabartması, zəruri ehtiyacları ödəyə bilməməsi səbəbi ilə evlərində ara-sıra münaqişələr olmuşdur. Maddi çətinliklərinə görə o, xx.xx.2023-cü il tarixdə “Doktoraz” klinikasında xadimə kimi işə düzəlmişdir. xx.xx.2023-cü il tarixdə, saat 18 radələrində işdən evə gəlmişdir. O, evə gələndən sonra mətbəxdə su krantının xarab olması ilə əlaqədar Ruslana bildirmişdir ki, su kranını bir nəfərdən borc alıb yenisi ilə əvəzləyib düzəltmişdir. Ondan tələb etmişdir ki, aldığı krantın pulunu ödəmək üçün pul versin. O, Ruslana bildirmişdir ki, işə təzə düzəlib və hələ əmək haqqı almamışdır. Bu səbəbdən də aralarında mübahisə baş vermiş, mübahisə zamanı Ruslan üzərinə gəlib saçından tutub onu yerə yıxıb yerdə sürüməyə başlamışdır. Yerdə yıxılı olarkən yumruqla kürək nahiyyələrinə zərbələr endirmişdir. Onun ciddi xəsarətlər yetirəcəyini görüb özünü qorumaq üçün mətbəxdən pol ağacını əlinə götürmüşdür ki, üzərinə gəlməsin. Lakin Ruslan ondan güclü olduğundan pol ağacını əlindən alıb onunla başına, boyun, bel nahiyyələrinə, sol qoluna çoxsaylı zərbələr vuraraq ona müxtəlif bədən xəsarətləri yetirmişdir. Həmin vaxt evdə olan qaynanası araya keçib onu oğlunun əlindən almağa çalışırdı və o, bundan istifadə edib evdən qaçıb getmişdir. Uşaqları ilə birgə atası evinə getmişdir. Həmin gün onu qorxutduğu üçün polisə məlumat verməmişdir. xx.xx.2023-cü il tarixdə isə 3-cü PB-nə gəlib Ruslandan şikayət etmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ona görə də, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan məkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 1592 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərindəki xəsarətlər – sol bazunun, sol kürəküstü nahiyyənin və bel nahiyyənin geniş ölçülü qançırları, ənsə nahiyyənin dərialtı hematoması vardır. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən yaranmışdır, müayinədən 1-2 gün əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə yumruqla və pol ağacı ilə yetirilə bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Beləliklə də, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməli tam sübut olunur. İş üzrə toplanmış sübutlar onun təqsirinin sübuta yetirilməsi üçün kifayət edir. İş materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 3632 nömrəli, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. İş materiallarında olan “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Sumqayıt Tibb Mərkəzi X2 1 nömrəli xəstəxananın poliklinika şöbəsindən verilmiş 600 nömrəli, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 1 nömrəli xəstəxananın poliklinika şöbəsinin psixiatrik kabinetində ambulator və dispenser müşahidəsində yoxdur. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 12 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 7 (yeddi) saat vaxt sərf etmişdir. Ona görə də, 42 (qırx iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. İş üzrə mülki iddia, maddi sübut və müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40.2, 40.3, 43.1.2, 321.2.1, 321.2.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 42 (qırx iki) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-848/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-848/2023
25.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver