Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-849/2025 06.03.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1987-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti” altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən, qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda 0,433 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 29 oktyabr 2025-ci il tarixdə, saat 13:55-də Sumqayıt şəhəri, 11-ci mikrorayon, Rus qəbirstanlığının yanında Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı saxlanılıb üzəri yoxlanılarkən əynində olan göy rəngli cins şalvarının sol yan cibində olan 1 büküm şəffaf rəngli sellofana bükülmüş içərisində şəxsi istehlak miqdarından artıq xeyli miqdarda təmiz çəkisi 0,433 qram çəkidə ağ rəngli, krsitalşəkilli, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, iş üzrə özünü təqsiri bilir. Hadisə ittiham aktında qeyd olunan kimi baş vermişdir. Polis əməkdaşları onu saxlayaraq 1-ci Polis Bölməsinə gətirmişlər. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq müddətində verdiyi ifadəsini təsdiq edir. Saxlanılarkən üzərində elektron nəzarət vasitəsi yox idi və həmin vasitə, ümumiyyətlə, üzərinə qoyulmamışdır. Üzərindən aşkar olunmuş psixotrop maddəni öz şəxsi istifadəsi üçün əldə etmişdi. Polis əməkdaşları tərəfindən saxlanılarkən psixotrop maddə olan metamfetamin üzərində idi və ona qarşı təsir və ya təzyiq göstərilməmişdir. Daha sonra təqsirləndirilən şəxs babasının İkinci Dünya müharibəsində iştirak edərək vəfat etdiyini, bu səbəbdən ona vaxt verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edildi. O, ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, sonuncu dəfə xx.xx.2025-ci il tarixdə təxminən saat 13:55 radələrində Sumqayıt şəhəri, 11-ci mkr rus qəbirsanlığımn yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Daha sonra polis əməkdaşları ondan özünü təqdim etməyini xahiş etmişlər və onlara xx.xx.1987 ci il təvəllüdlü Sumqayıt şəh 18-ci mkr ev-21B mən-25-da qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan əvvəllər məhkum olan Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Ona üzərində daşınması qadağan olunmuş narkotik vasitə və ya hər hansısa bir predmetin olub-olmaması və olduğu təqdirdə təqdim etməsi bildirildikdə o əynində olan göy rəngli cins şalvarın sol yan cibində olan 1 ədəd şəffaf rəngli sellofan olan bükümü onlara təqdim etmişdir. Həmin büküm saxlanıldığı yerdə elektron tərəzidə çəkilmiş və kağızı ilə birlikdə çəkisinin 0.46 qram olması müəyyən edilərək qablaşdırılmışdır. Verilən sualdan sonra həmin bükümün “metamfetamin” olmasını, həmin maddəni dünən axşam saatlarında Bakı şəhəri ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manat müqabilində aldığımı bildirmişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə ərazi aidiyyatı üzrə Sumqayıt ŞPİ 1-ci PB-nə gəlmişdir. Polis bölməsində əməkdaşlar bir daha bölməyə gətirilmə səbəbini izah etmiş, PB-nin xidməti otaqlarının birində təkrar hansı səbəbdən saxlanılmağını bildirilməklə yanaşı hüquqlarının müdafiəsini təmin edəcək Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili X4 təqdim olunmuşdur. Bundan sonra üzərindən aşkar olunan kütlə olan zərf açılmış, içərisindəki kütlə tərəziyə qoyularaq çəkilmiş, çəkisi sellofan ilə birlikdə 0,50 qram olması müəyyən edilmişdir. Sonra aşkar olunan kütlə təkrar qablaşdırılmışdır. Sorğu zamanı bildirmişdir ki, üzərindən aşkar olunan həmin maddəni bir gün əvvəl Bakı şəhəri ərazisindən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata almış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Daha sonra üzərindən aşkar olunan maddə Azərbaycan Respublikasının ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılmış və DİN-in 125 saylı möhürü ilə möhürlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, xx.xx.2025-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitə, psixotrop maddələrdən istifadə etməklə üzərində saxlaması və daşıması barədə məlumat daxil olmuş, həmin məlumat əsasında əməliyyat axtarış qrupu yaradılmış, həmin gün keçirilmiş tədbirlər nəticəsində sonuncu Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində saxlanılaraq üstü yoxlanılmış, bir ədə bükümdə metamfetaminə bənzər kütlə aşkar edilmiş, aşkar edilmiş büküm elektron tərəzidə ölçülərək qablaşdırılmış, bundan sonra sonra həmin şəxsin polis bölməsinə gətirilməsi təmin edilmiş, polis bölməsində təhqiqatçı tərəfindən şəxsi istintaq hərəkəti həyata keçirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid2 eyni məzmunlu ifadə vermiş, həmçinin digər Şahid1 ibtidai istintaq müddətində şahid qismində verdiyi ifadəsi də məhkəmə iclasında dindirilən polis əməkdaşlarının ifadələri ilə eyniməzmunlu olmuşdur. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən əlavə, şahid ifadələri, əməliyyat axtarış tədbirlərinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokol, şəxsi axtarış və təqdim olunmuş əşyalara baxış keçirilməsinə dair istintaq hərəkəti protokolları, maddi sübutlar, habelə digər toplanmış istintaq materialları ilə tam olaraq sübuta yetirilmişdir. Cinayət işinin 1-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. Cinayət işinin 11-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 13.55-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 52-53-cü vərəqələrində olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Cinayət işinin 63-cü vərəqəsində olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 94-cü vərəqəsində olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və cinayət işinin icraatı dayandırılmışdır. Cinayət işinin 96-cı vərəəqsində olan xx.xx.2025-ci il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixində saat 18:30-da Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə yaxınlığında saxlanılaraq həmin tarixdə saat 18:45 radələrində Sumqyaıt ŞPİ-nin 1-ci PB-nə gətirilmişdir. Cinayət işinin 97-ci vərəəqsində olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. Cinayət işinin 102-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri nəzərə alınmış və saxlanıldığı Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. Cinayət işinin 6-7-ci vərəqələrində olan xx.xx.2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynindəki cins şalvarın sol yan cibindən ağ şəffaf rəngli 1 ədəd büküm çıxdı və həmin bükümün içində ağ rəngli, spesifik iyə malik, psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edildi, elektron tərəzidə çəkildi və ümumi kütləsinin bükümlə birlikdə 0.50 qram olması müəyyən olundu. Cinayət işinin 28-29-cu vərəqələrində olan xx.xx.2025-ci il tarixli “təqdim olunan əşyaların götürülməsi və baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sağ yan cibində saxlamış olduğu 01 ədəd şəffaf rəngli sellofan büküm ümumi təmiz çəkisi 0,80 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Cinayət işinin 40-41-ci vərəqələrində olan məhkəmə kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli 3-16-16/2-20/942/2025 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, “Saxlanılan şıxs Təqsirləndirilən şəxs üzərində: aşkar olunan kütlə...” əl yazıları zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi 0,433 qram ağ rəngli, kristalşəkilli, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Qeyd: Metamfetaminin təmiz çəkisi - 0,433 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq - 0,383 qram. Cinayət işinin 39-cu vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 60 (altmış) manat müəyyən edilmişdir. Cinayət işinin 68-70-ci vərəqələrində olan xx.xx.2025-ci il tarixli “diskə baxış keçirilməsi barədə” protokoldan görünür ki, “Princo” və.s markalanma yazısı olan, yaddaşında 01 (bir) ədəd “WhatsApp Video 2025-10-29 at 14.43.19” adlı, 62695kb həcmində, 06 dəqiqə 58 saniyə davam edən faylın olduğu müəyyən olundu. Həmin fayla kompyuterin “maus” adlanan aləti vasitəsilə toxunduqda isə faylın yaddaşında rəngli formatda və açıq hava şəraitində çəkilmiş video görüntünün olduğu, video görüntünün Sumqayıt şəhəri, 11-ci mikrorayon, Rus qəbirstanlığının yaxınlığı və ətraf əraziləri əks etdirdiyi, bu cür video görüntünün bir neçə saniyə davam etdikdən sonra video görüntüdəki yolla əynində qara rəngli gödəkcə və göy rəngli şalvar olan bir nəfər şəxsin video çəkiliş aparılan istiqamətdə hərəkət etdiyinin göründüyü, həmin şəxsin video çəkiliş aparan şəxs istiqamətində bir neçə metr məsafə qət etdikdən sonra onun hərəkət istiqamətinin sol hissəsindən üç nəfər şəxsin çıxaraq həmin şəxsə yaxınlaşdıqları və onu saxladıqları, daha sonra ilk şəxsin özünü saxlanılmış şəxsə təqdim edərək Sumqayıt ŞPİnin 1-ci PB-nin əməliyyat müvvəkkili, polis leytenantı Şahid1 olduğunu bildirdiyi, sonra saxlanılmış şəxsə özünü təqdim etməsini təklif etdiyi, bundan sonra saxlanılmış şəxsin özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirdiyi, daha sonra ilk özünü təqdim edən şəxsin məlumat verərək həmin şəxsin narkotik tərkibli və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsi, üzərində gəzdiirilməsi və istifadəsi ilə məşğul olmaqda şübhəli olduğundan xx.xx.2025-ci il tarixli əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərara əsasən şübhəli şəxs qismində saxlanıldığını bildirdiyi, bundan sonra ilk olaraq özünü təqdim edərək Şahid1 olduğunu bildirən şəxsin saxlanılmış şəxsin hüquq və vəzifələrini izah etdiyi, bundan sonra isə həmin şəxsə üzərində yoxlama aparacağını bildirərək, bundan əvvəl isə üzərində qanunla saxlanılması və daşınması qadağan edilmiş əşya və predmet varsa təqdim etməsini təklif etdiyi, bu təklifdən sonra saxlanılmış şəxsin əynindəki göy rəngli şalvarının sol yan cibindən bir ədəd ağ rəngli bükümü çıxarıb təqdim etdiyi, həmin bükümün içərisində psixotrop maddə olan, metamfetamin olduğunu, psixotrop maddəni dünən axşam saatlarında Bakı şəhəri ərazisində olarkən əvvəllər tanımadığı, adını, soyadını, ata adını, yaşadığı ünvanı, barəsində digər məlumatları bilmədiyi şəxsə 10 manat pul verərək üzərində gəzdirdiyini bildirdiyi, daha sonra isə aşkar edilmiş bükümün elektron tərəzidə çəkildiyi, içərisində metamfetaminə bənzər kütlə olan bükümün elektron tərəzidə çəkilərkən çəkisinin 0,46 qram olmasının müəyyən edildiyi, bundan sonra isə aşkar edilmiş bükümün içəris boş ağ rəngli zərfə qablaşdırıldığı, zərfin üzərinin 125 saylı möhürü ilə möhürləndiyi, daha sonra zərfin üzərində qeydlər aparıldığı, sonda iştirakçılar tərəfindən zərfin üzərinin imzalandığı, sonra isə götürüldüyü, çəkilişdə iştirak edən digər şəxslər Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid2 təqdim olunduğu və saxlanılmış şəxsin üzərinin axtarıldığı, onun üzərindən 1 ədəd “Winchester” markalı siqaret qulusu və 1 ədəd alışqanın aşkar edildiyi, lakin araşdırma üçün əhəmiyyət kəsb etmədiyi üçün özünə qaytarıldığı, həmin şəxsin üzərindən digər saxlanılması və ya daşınması qadağan edilmiş əşya və ya predmetin aşkar edilmədiyi, daha sonra çəkilişin Sumqayıt ŞPİ-nin 1-ci PB-nin baş əməliyyat müvəkkili Şahid3 tərəfindən aparıldığı, daha sonra çəkilişi aparan şəxsin Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili, sonda özünü təqdim edərək əməliyyat müvvəkkili Şahid1 olduğunu bildirən şəxs tərəfindən məlumat verilərək digər zəruri hərəkətlərin icra edilməsi üçün Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gedəcəklərini bildirdiyi, bundan sonra isə video çəkilişin dayandığı müəyyən edildi. Cinayət işi materiallarına əlavə edilmiş üzərində “Princo” və sair markalanma yazısı olan ikinci disk “Benq” markalı kompyuterə daxil edildikdən sonra, kompyuterin “Windows Media” proqramı işə salındıqda diskin yaddaşında 01 (bir) ədəd “WhatsApp Video 2025- 10-29 at 14.45.19” adlı, 45357 kb həcmində, 05 dəqiqə 03 saniyə davam edən faylın olduğu müəyyən olundu. Həmin fayla kompyuterin “maus” adlanan alət vasitəsilə toxunduqda isə faylın yaddaşında rəngli formatda və otaq şəraitində çəkilmiş video görüntünün olduğu, video görüntünün əvvəlində əynində polisin gündəlik geyim forması olan şəxsin özünü təqdim edilərək Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı, polis kapitanı Şahmar Səfərov olduğunu bildirdiyi, daha sonra təhqiqatçı tərəfindən xidməti otaqda olan digər şəxslərə də özlərini təqdim etmələrini təklif etdiyi, bundan sonra ilk şəxsin özünü təqdim edərək Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 olduğunu, ikinci özünü təqdim edən şəxsin Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvvəkkili, polis mayoru Şahid2 olduğunu, çəkiliş aparan şəxsin Sumqayıt ŞPİnin 1-ci PB-nin baş əməliyyat müvvəkkili, polis mayoru Şahid3 olduğunu bildirdikləri, daha sonra özünü təhqiqatçı kimi təqdim edən həmin şəxsin məlumat verərək Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik tərkibli maddələri və psixotrop maddələri əldə etməsi, qəbulu və üzərində gəzdirməsi barədə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə daxil olmuş əməliyyat məlumatı əsasında xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri, 11-ci mikrorayon, Rus qəbirstanlığının yaxınlığında Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılaraq üzərinin yoxlanıldığını, həmin vaxt Təqsirləndirilən şəxs üzərindən psixotrop maddəyə bənzə, maddələrin aşkar edilərək qablaşdırılmaqla götürüldüyünü, götürülmüş psixotrop maddənin təqdim edildiyi barədə məlumat verdiyi, bundan sonra təhqiqatçı tərəfindən özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsə hüquq və vəzifələrinin izah edildiyi, ona hüquq və vəzifələrinə dair izahına dair yazılı bildirişdə təqdim edildiyi, bundan sonra özünü təqdim edərək təhqiqatçı ok. ağunu bildirən şəxsin özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsə xidməti otaqdakı digər şəxsində təqdim edildiyi, həmin şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi üçun dəvət edilmiş Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X4 olduğunu bildirdiyi, daha sonra həmin bükümə təhqiqatçı tərəfindən içi açılaraq baxış keçirildiyi, zərfin içərisində 1 ədəd bükümün olduğu, daha sonra elektron tərəzidə çəkildiyi və 0,50 qram olduğu müəyyən olunduğu, bundan sonra özünü təhqiqatçı kimi təqdim edən şəxsin özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsə müraciət edərək həmin bükümün onun üzərindən aşkar edilib edilmədiyini, həmin bükümün içərisində nə olduğunu, nə vaxt, hardan, nə məqsədə əldə edib üzərində gəzdirdiyini soruşduğu, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsin verilmiş şifahi sualları cavablandıraraq həmin bükümün polis əməkdaşları tərəfindən saxlanılıb üzəri yoxlanılarkən aşkar edilərək götürüldüyünü, həmin bükümün içərisini psixotrop maddə metamfetamin olduğunu, həmin psixotrop maddəni dünən axşam saatlarında Bakı şəhəri ərazisində olarkən əvvəllər tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata alaraq üzərində gəzdirdiyini, polis əməkdaşları tərəfindən saxlanılarkən isə həmin narkotik vasitən aşkar edilərək götürüldüyünü, bundan sonra aşkar edilmiş həmin kütlənin içərisi boş zərfə qablaşdırıldığı zərfin yenidən möhürləndiyi, iştirak edən şəxslər tərəfindən üzərinin imzalandığı, daha oııra xidməti otaqdakı müdafiəçi tərəfindən özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsə suallar ünvanlandığı, ondan polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı fiziki zor tətbiq edilib edilmədiyini, üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş bükümdəki kütlənin özünə məxsus olub olmadığını, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsin bundan sonra verilmiş sualları cavablandıraraq polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı fiziki zor tətbiq edilmədiyini, üzəri yoxlanılarkən aşkar edilmiş bükümdəki psixotrop maddənin özünə məxsus olduğunu, sonda özünü təqdim edərək təhqiqatçı olduğunu bildirən şəxs tərəfindən aparılan video çəkilişin dayandırılacağı barədə iştirakçılara xəbərdarlıq edildiyi, daha sonra isə aparılan video çəklişin dayandırıldığı müəyyən edildi. Cinayət işinin 99-100-cü vərəqələrində olan SN-nin Respublika Narkoloji Mərkəzi X9 tərəfindən verilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 7700 nömrəli rəyindən görünür ki, opioidlərin, kannabinoidlərin və psixostimulyarların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən Respublika Narkoloji Mərkəzində F19.2 diaqnozu ilə dispanser qeydiyyatdadır. Cinayət işinin 86-87-ci vərəqələrində Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli sorğudan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin 82-85-ci vərəqələrində olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1 və 69.3-cü maddələri ilə təqsirli bilinərək barəsində 1 il 11 ay 28 gün müddətində azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş xx.xx.2026-cı il tarixli amnistiya aktının tətbiq edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixli Amnistiya qərarının 2.6-cı bəndinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzadan azad edilmişdir. Cinayət işinin 106-112-ci vərəqələrində olan xx.xx.2025-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd zərfdəki, 01 (bir) ədəd bükümdə psixotrop maddə metamfetamin iş üzrə əhəmiyyət kəsb etdiyindən, həmin 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,433 qram təşkil edən psixotrop maddə metamfetamin maddi sübut kimi tanınıb, ümumi təmiz çəkisi 0,433 qram olan psixotrop maddə metamfetamindan tədqiqata ümumi 0,05 qram sərf edildikdən sonra qalıq 0,383 qram çəkisinin qalması nəzərə alınaraq qalıq qalmış psixotrop maddə metamfetaminin saxlanması üçün Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilməsi nəzərə alınmışdır. Həmçinin, 02 ədəd disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, şahidlərin ifadələri, ekspert rəyləri, diskdə olan videogörüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə etmə, saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Eyni zamanda Təqsirləndirilən şəxs “Konstitusiya və Suverenlik ili” münasibətilə Amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.1-1.16 və 5.1-ci bəndlərində nəzərdə tutulan şəxslər kateqoriyasına daxil deyil, bu səbəbdən də həmin Amnistiya Qərarının Təqsirləndirilən şəxs tətbiq edilməsi əsasları müəyyən edilməmişdir. Keçirilən məhkəmə baxış iclasları zamanı Təqsirləndirilən şəxs babasının İkinci Dünya müharibəsində iştirakçı olduğunu və müharibə zamanı vəfat etdiyini bildirmiş, bu səbəbdən ona müvafiq sübutların təqdim edilməsi üçün ağlabatan müddət verilsə də, o, hər hansı sənəd təqdim etməmiş, həmçinin məhkəmə tərəfindən əlavə araşdırma aparılması üçün babasının ad, soyad, ata adını bildirməmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs amnistiya aktının müvafiq bəndinin tətbiq edilməsi mümkünsüz olmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini yüngülləşdirən hal kimi müəyyən edir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluğu olmayan hesab edilir. Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilmədən və götürülmədən xx.xx.2025-ci ildə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət, ümumilikdə 04 (dörd) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla qəti olaraq azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, ağırlaşdırıcı halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə hesab edir ki, cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirinin tətbiqi məqsədəuyğun deyil. Belə ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkərkən yenidən eyni cinayəti törətmişdir. Görünən odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza ilə islah olunmamışdır. Ona görə də Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı hazırkı hökmün qəbul edildiyi tarixdən, yəni 06 mart 2026-cı il tarixdən hesablanmalıdır. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 7700 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə təyin edilməlidir. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən Respublika Narkoloji Mərkəzində F19.2 diaqnozu ilə dispanser qeydiyyatda olması nəzərə alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,383 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmiş, (xx.xx.2025-ci il tarixli 141 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət, ümumilikdə 04 (dörd) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 06 mart 2026-cı il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilsin, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və onun ərazi narkoloji dispanserdə qeydiyyatda olmağı nəzərə alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,383 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0003003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 15 saata görə 165 (yüz altmış beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №1(060)-849/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-849/2025
06.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver