Məhkəmə qərarları › İş №1(060)-85/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-85/2021

17.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-85/2021 17.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, məhkəmə iclasının katibi Oruczadə Urfan Eynur oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittiham müdafiəsi şöbəsinin prokuroru Nəbiyev Tural Hüseyn oğlunun, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, müdafiəçi - Sumqayıt Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və X1 iştirakları ilə, xx.xx.1988-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmayan, Sumqayıt şəhəri, 51-ci məhəllə, ev 3, mənzil 7-də qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə irəli sürülmüş ittihama görə, o, 07 iyul 2020-ci il tarixdə saat 10 radələrində keçmiş baldızı Zərərçəkmiş şəxs yaşadığı Sumqayıt şəhəri, Qurddərəsi bağlar massivində yerləşən fərdi evin həyətyanı sahəsində Zərərçəkmiş şəxs onun anasına onun haqqında yalan danışdığını bildirdikdə Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadə işlətdiyindən aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs saçından tutub əl zərbələri ilə sifət və sağ qoluna vuraraq yerə çırpmaqla ona üst dodağın sıyrığı, sol diz oynağı nahiyəsinin geniş ölçülü sıyrığı, sol baldırın, sağ bazunun qançırları, hərəkət məhdudluğu ilə müşayiət olunmuş sağ diz oynağı nahiyəsinin qançır-şişkinliyi ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş, qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, lakin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilməmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, X6 ilə 2014cü il tarixdə ailə həyatı qurmuş, lakin rəsmi nikahları olmamışdır. Birgə nikahdan 1 qız övladları var. Ailə qurduqdan sonra Yaşar Babayev və onun ailəsi ilə mütəmadi olaraq sözsöhbətləri, mübahisələri olmuşdur. Yaşar Babayev aralarında olan mübahisələr zamanı onu məcbur ailəsi tərəfindən təzyiqlə aldığını deyib onunla yaşamaq istəmədiyini dəfələrlə üzünə demişdir. 2020-ci ilin may ayının əvvəllərində həyat yoldaşı Yaşar Babayev və onlarla birlikdə yaşayan qaynanası Şahid5 ona həkimə getdiklərini, onun bir neçə gün anası evində qalmağını, sonra gəlib onu götürəcəklərini bildirmiş, o razılaşdıqdan sonra onu və 2019-cu il təvəllüdlü qızını anası Şahid2 yaşadığı ünvan 1 ünvanına aparıb çıxıb getmişlər. Ertəsi gün isə Yaşar Babayev telefonla ona mesaj yazıb “mənə lazım deyilsən, geri qayıtma, gəlib cehizlərini apararsan” demişdir. Həmin vaxtlar koronavirusla bağlı karantin olduğu üçün cehiz əşyalarını gedib götürə bilməmişdir. 07.07.2020-ci il tarixdə saat 10 radələrində qardaşı Şahid1 və anası Şahid2 ilə birlikdə “Qazel” markalı yük avtomobili ilə Yaşar Babayevin yaşadığı Sumqayıt şəhəri, Qurddərəsi bağlar massivinə getmişlər. Onlar evə daxil olub cehiz əşyalarını yığarkən baldızları Zərərçəkmiş şəxs və Şahid3 onun ünvanına nalayiq sözlərlə atmaca atsalar da onlara fikir verməmişdir. Həmin vaxt anası Şahid2 Zülfiyyəyə “imkan verin cehizləri yığıb gedək” demiş, Zərərçəkmiş şəxs isə Şahid2 təhqiramiz ifadələrlə təhqir etmişdir. Buna görə də aralarında mübahisə yaranmış, mübahisə zamanı Zərərçəkmiş şəxs onun üzərinə gələrək saçından tutub yolmuş və onlar tutaşmışdır. Həmin vaxt Zülfiyyə onu dartıb qəsdən yerə yıxmış, sonra yerdə ola-ola Zərərçəkmiş şəxs onun saçından tutub yolmuş, Şahid3 da dırnağı ilə üzünü cırmışdır. Şahid4 da gəlib saçından tutduqda qardaşı Şahid1 onları aralaşdırmış və cehizləri yığıb çıxıb getmişlər. Hadisə zamanı Zülfiyyə ilə tutaşmış, ona heç bir xəsarət yetirməmiş, onu yerə yıxmamış, əksinə olaraq Zülfiyyə onu yerə yıxmışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə heç bir düşmənçilik ədavətləri yoxdur. Təqsirləndirilən şəxs ilə qardaşı X6 2015-ci il tarixdə ailə həyatı qurmuş, lakin rəsmi nikahları olmamışdır. Birgə nikahdan 1 qız övladları var. Onlar ailə qurduqdan sonra anası Şahid5 ilə birlikdə Sumqayıt şəhəri, Qurddərəsi bağlar massivində fərdi evdə yaşamışlar. Ailə qurduqları ilk vaxtlardan X10 Rzayeva yola gedə bilməmişlər. Övladları olduqdan sonra isə Təqsirləndirilən şəxs mütəmadi olaraq övladlarını Yaşar Babayevə göstərməmişdir. Mənzərin bu hərəkətlərindən bezən Yaşar Babayevlə anası Şahid5 Təqsirləndirilən şəxs azyaşlı qızı ilə birlikdə ünvan 1 ünvanında yaşayan anası evinə aparmışlar. 07.07.2020-ci il tarixdə saat 09-10 radələrində anası Şahid5, bacısı Şahid3, Ülviyyənin qızı Şahid4 ilə birlikdə Sumqayıt şəhəri, Qurddərəsi bağlar massivi, fərdi evdə olarkən Təqsirləndirilən şəxs, Mənzərin anası Şahid2 və qardaşı Şahid1 yaşadıqları ünvana Mənzərin cehiz əşyalarını yığmaq üçün gəlmişlər. Təqsirləndirilən şəxs evin içərisində əşyalarını yığarkən qəsdən onu qıcıqlandırmışdır. Belə ki, Təqsirləndirilən şəxs Yaşar Babayevin geyim əşyalarını götürüb döşəmənin üstünə atmışdır. Onlar əşyaları evin içərisindən evin həyətyanı sahəsinə çıxartdıqdan sonra evin həyətyanı sahəsində Şahid2 ona “sən Mənzərin üstünə bıçaq çıxartmısan” demiş, o, Şahid2 belə bir şeyin olmadığını demiş, həmin vaxt Təqsirləndirilən şəxs onun ünvanına nalayiq söz işlətmiş, o, Təqsirləndirilən şəxs üzərinə gedib ünvanına nalayiq söz deməsini ona irad tutmuş, Təqsirləndirilən şəxs həmin vaxt onun saçından tutmuş, o da Təqsirləndirilən şəxs saçından tutmuşdur. Təqsirləndirilən şəxs əli ilə onun sifət nahiyəsindən bir neçə zərbə vurmuş və saçını aşağı dartaraq onu yerə çırpmışdır. O, yerdə olarkən Təqsirləndirilən şəxs saçını yolmağa davam etmişdir. Sonra bacısı Şahid3 və Şahid4 da gəlib onları aralaşdırarkən Təqsirləndirilən şəxs Şahid3 saçından tutmuş, Ülviyyə də Mənzərin saçından tutmuşdur. Sonra isə orada olan şəxslər onları aralaşdırmışdır. Bədəni üzərində aşkar olunmuş xəsarətlərin hamısını ona Təqsirləndirilən şəxs yetirmişdir. Belə ki, üst dodağın sıyrığı, sağ bazunun qançırları xəsarətlərini Mənzər əli ilə, sol diz oynağı nahiyəsinin geniş ölçülü sıyrığı, sol baldırın qançırları, hərəkət məhdudluğu ilə müşayiət olunmuş sağ diz oynağı nahiyəsinin qançır-şişkinliyi xəsarətlərini isə Mənzər onu yerə çırparkən yerə dəyib almışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərdi ki, qızı Təqsirləndirilən şəxs ilə X6 2014-cü il tarixdə ailə həyatı qurmuş, lakin rəsmi nikahları olmamışdır. Birgə nikahdan 1 qız övladları var. Ailə qurduqdan sonra Təqsirləndirilən şəxs Yaşar və onun ailəsi ilə mütəmadi olaraq söz-söhbətləri, mübahisələri olmuşdur. 2020-ci ilin may ayının əvvəllərində Yaşar Babayev və anası Şahid5 qızı Təqsirləndirilən şəxs yaşadığı ünvana gətirib özlərinin həkimə getdiklərini, Mənzərin bir neçə gün onun evində qalmasını, sonra gəlib onu və azyaşlı övladlarını götürəcəklərini bildirmişlər. Ertəsi gün qızı Mənzər ona Yaşar Babayevin telefonla mesaj yazıb “mənə lazım deyilsən, geri qayıtma, gəlib cehizlərini apararsan” dediyini bildirmişdir. Həmin vaxtlar koronavirusla bağlı karantin olduğu üçün cehiz əşyalarını gedib götürə bilməmişlər. 07.07.2020-ci il tarixdə saat 10 radələrində oğlu Şahid1 və qızı Təqsirləndirilən şəxs ilə birlikdə “Qazel” markalı yük avtomobili ilə Yaşar Babayevin yaşadığı Sumqayıt şəhəri, Qurddərəsi bağlar massivinə getmişlər. Onlar evə daxil olub Təqsirləndirilən şəxs cehiz əşyalarını yığarkən Yaşar Babayevin bacıları Zərərçəkmiş şəxs və Şahid3 Təqsirləndirilən şəxs ünvanına nalayiq sözlərlə atmaca atsalar da Təqsirləndirilən şəxs onlara fikir verməmişdir. Onlar əşyaları evin içərisindən həyətyanı sahəsinə yığıb qurtardıqdan sonra Zərərçəkmiş şəxs atmaca atmağa davam etdiyi üçün ona öz iradını bildirmiş, Zərərçəkmiş şəxs isə onu təhqiramiz ifadələrlə təhqir etmişdir. Buna görə də aralarında mübahisə yaranmış, mübahisə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs üzərinə gedib onun saçından tutub yolmuş və onlar tutaşmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qollarından tutub dartıb yerə yıxmış, sonra Mənzər yerdə ola-ola Zərərçəkmiş şəxs Mənzərin saçından tutub yolmuş, Şahid3 da dırnağı ilə Mənzərin üzünü cırmış, Ülviyyənin qızı Şahid4 da gəlib Təqsirləndirilən şəxs saçından tutduqda o, oğlu Şahid1, Şahid5 onları aralaşdırmış və cehizləri yığıb çıxıb getmişlər. Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş “sağ yanaq nahiyənin sıyrığı” xəsarətini Şahid3 dırnağı ilə yetirmiş, “hərəkət məhdudluğu ilə müşayiət olunmuş sağ diz oynağı nahiyənin qançır-şişkinliyi, sol diz və sağ diz oynağı nahiyələrin sıyrıqları xəsarətlərini isə Zərərçəkmiş şəxs onun qollarından tutub dartıb yerə yıxarkən yerə dəyib almışdır. Hadisə zamanı orada kənar kimsə olmamış, hadisə təxminən 5 dəqiqə davam etmiş, hadisə həmin evin həyətyanı sahəsində baş vermiş, hadisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs heç bir xəsarət yetirməmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş X5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs bir-birilərinin saçından tutarkən Zülfiyyənin əlində yelpinc olmuş, yelpincin Mənzərin üzünə dəyməsi nəticəsində üz nahiyəsindən xəsarət almışdır. Zülfiyyə Mənzəri yox, Mənzər Zülfiyyəni yerə yıxmışdır. Zülfiyyə Mənzərin yalnız sifət nahiyəsinə xəsarət yetirmişdir. O, anası ilə səs küyə çölə çıxdıqda xalasının yerə çırpıldığını görmüşdür. O, Təqsirləndirilən şəxs saçından tutmamış, Mənzərə heç bir xəsarət yetirməmiş, yalnız Təqsirləndirilən şəxs aralaşdırmışdır. Hadisə zamanı orada kənar kimsə olmamış, hadisə Şahid5 yaşadığı evin həyətyanı sahəsində baş vermişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə heç bir düşmənçilik ədavətləri yoxdur. Təqsirləndirilən şəxs ilə qardaşı X6 2015-ci il tarixdə ailə həyatı qurmuş, rəsmi nikahları olmamış, birgə nikahdan 1 qız övladları var. Onlar ailə qurduqdan sonra anası Şahid5 ilə birlikdə Qurddərəsi bağlar massivi, fərdi evdə yaşamışlar. Ailə qurduqları ilk vaxtlardan qardaşı X10 Rzayeva yola gedə bilməmişlər. Övladları olduqdan sonra isə Təqsirləndirilən şəxs mütəmadi olaraq övladlarını Yaşar Babayevə göstərməmişdir. Mənzərin bu hərəkətlərindən bezən Yaşar Babayev və Şahid5 Təqsirləndirilən şəxs azyaşlı qızı ilə birlikdə ünvan 1 ünvanında yaşayan anası evinə aparmışlar. 07.07.2020-ci il tarixdə saat 09-10 radələrində anası Şahid5, bacısı Zərərçəkmiş şəxs və qızı Şahid4 ilə birlikdə Sumqayıt şəhəri, Qurddərəsi bağlar massivi, fərdi evdə olarkən Təqsirləndirilən şəxs, anası Şahid2, qardaşı Şahid1 həmin ünvana Mənzərin cehiz əşyalarını yığmaq üçün gəlmişlər. Mənzər evin içərisində əşyalarını yığarkən qəsdən onları və Zərərçəkmiş şəxs qıcıqlandırmışdır. Belə ki, Təqsirləndirilən şəxs Yaşar Babayevin geyim əşyalarını götürüb döşəmənin üstünə atmışdır. Onlar əşyaları evin içərisindən evin həyətyanı sahəsinə çıxartdıqdan sonra evin həyətyanı sahəsində Şahid2 Zərərçəkmiş şəxs “sən Mənzərin üstünə bıçaq çıxartmısan” demiş, Zərərçəkmiş şəxs Şahid2 belə bir şeyin olmadığını demişdir. Həmin vaxt Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ünvanına nalayiq söz işlətmiş, Zülfiyyə Mənzərin üzərinə gedib onun ünvanına nalayiq söz deməsini irad tutmuş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs saçından tutmuş, Zülfiyyə də Mənzərin saçından tutmuşdur. Mənzər isə əli ilə Zülfiyyənin sifət nahiyəsindən bir neçə zərbə vurmuş və saçını aşağı dartaraq yerə çırpmışdır. Zərərçəkmiş şəxs yerdə olarkən Təqsirləndirilən şəxs Zülfiyyənin saçını yolmağa davam etmişdir. Sonra müdaxilə edib onları aralaşdırarkən Təqsirləndirilən şəxs onun saçından tutub yolduğu üçün o da Təqsirləndirilən şəxs saçından tutub yolmuşdur. Sonra isə orada olan şəxslər onları aralaşdırmışdır. Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs bir-birilərinin saçından tutarkən Zülfiyyənin əlində yelpinc olmuş, yelpincin Mənzərin üzünə dəyməsi nəticəsində üz nahiyəsindən xəsarət almışdır. Zülfiyyə Mənzəri yox, Mənzər Zülfiyyəni yerə yıxmışdır. Zülfiyyə Mənzərin yalnız sifət nahiyəsinə xəsarət yetirmişdir. Eləcə də o, Mənzərin sağ yanaq nahiyəsinə dırnağı ilə xəsarət yetirməmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş üst dodağın sıyrığı, sağ bazunun qançırları xəsarətlərini əli ilə, sol diz oynağı nahiyəsinin geniş ölçülü sıyrığı, sol baldırın qançırları, hərəkət məhdudluğu ilə müşayiət olunmuş sağ diz oynağı nahiyəsinin qançır-şişkinliyi xəsarətləri isə yerə çırparkən yerə dəyib almışdır. Şahid4 Təqsirləndirilən şəxs saçından tutmamış, Mənzərə heç bir xəsarət yetirməmiş, yalnız Təqsirləndirilən şəxs aralaşdırmışdır. Hadisə zamanı orada kənar kimsə olmamış, hadisə Şahid5 yaşadığı evin həyətyanı sahəsində baş vermişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs bir-birilərinin saçından tutarkən Zülfiyyənin əlində yelpinc olmuş, yelpincin Mənzərin üzünə dəyməsi nəticəsində Mənzər üz nahiyəsindən xəsarət almışdır. Zülfiyyə Mənzəri yox, Mənzər Zülfiyyəni yerə yıxmışdır. Zülfiyyə Mənzərin yalnız sifət nahiyəsinə xəsarət yetirmişdir. Eləcə də qızı Şahid3 Mənzərin sağ yanaq nahiyəsinə dırnağı ilə xəsarət yetirməmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş üst dodağın sıyrığı, sağ bazunun qançırları xəsarətlərini Zərərçəkmiş şəxs əli ilə yetirmiş, sol diz oynağı nahiyəsinin geniş ölçülü sıyrığı, sol baldırın qançırları, hərəkət məhdudluğu ilə müşayiət olunmuş sağ diz oynağı nahiyəsinin qançır-şişkinliyi xəsarətləri isə yerə çırparkən Zərərçəkmiş şəxs yerə dəyib almışdır. Şahid4 Təqsirləndirilən şəxs saçından tutmamış, Mənzərə heç bir xəsarət yetirməmiş, yalnız Təqsirləndirilən şəxs aralaşdırmışdır. Hadisə zamanı orada kənar kimsə olmamış, hadisə onun yaşadığı evin həyətyanı sahəsində baş vermişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərdi ki, bacısı Təqsirləndirilən şəxs ilə X6 2014-cü il tarixdə ailə həyatı qurmuş, lakin rəsmi nikahları olmamışdır. Birgə nikahdan 1 qız övladları var. Ailə qurduqdan sonra Təqsirləndirilən şəxs Yaşar və onun ailəsi ilə mütəmadi olaraq söz-söhbətləri, mübahisələri olmuşdur. 2020-ci ilin may ayının əvvəllərində Yaşar Babayev və anası Şahid5 Təqsirləndirilən şəxs yaşadığı ünvana gətirib özlərinin həkimə getdiklərini, Mənzərin bir neçə gün onlarla qalmasını, sonra gəlib onu və azyaşlı övladlarını götürəcəklərini bildirmişlər. Ertəsi gün Təqsirləndirilən şəxs ona Yaşar Babayevin telefonla ona mesaj yazıb “mənə lazım deyilsən, geri qayıtma, gəlib cehizlərini apararsan” dediyini bildirmişdir. Həmin vaxtlar koronavirusla bağlı karantin olduğu üçün cehiz əşyalarını gedib götürə bilməmişlər. 07.07.2020-ci il tarixdə saat 10 radələrində anası Şahid2 və bacısı Təqsirləndirilən şəxs ilə birlikdə “Qazel” markalı yük avtomobili ilə Yaşar Babayevin yaşadığı Sumqayıt şəhəri, Qurddərəsi bağlar massivinə getmişlər. Onlar evə daxil olub Təqsirləndirilən şəxs cehiz əşyalarını yığarkən Yaşar Babayevin bacıları Zərərçəkmiş şəxs və Şahid3 Təqsirləndirilən şəxs ünvanına nalayiq sözlərlə atmaca atsalar da Təqsirləndirilən şəxs onlara fikir verməmişdir. Onlar əşyaları evin içərisindən həyətyanı sahəsinə yığıb qurtardıqdan sonra Zərərçəkmiş şəxs atmaca atmağa davam etdiyi üçün Şahid2 ona öz iradını bildirmiş, Zərərçəkmiş şəxs isə Şahid2 təhqiramiz ifadələrlə təhqir etmişdir. Buna görə də Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında mübahisə yaranmış, mübahisə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs üzərinə gedib onun saçından tutmuş, Mənzər də Zülfiyyənin saçından tutmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs dartıb qəsdən yerə yıxmış, sonra Təqsirləndirilən şəxs yerdə ola-ola Zərərçəkmiş şəxs onun saçından tutub yolmuş, Şahid3 da dırnağı ilə Təqsirləndirilən şəxs üzünü cırmış, Şahid3 qızı Şahid4 da gəlib Təqsirləndirilən şəxs saçından tutduqda anası Şahid2 və Şahid5 ilə birlikdə onları aralaşdıraraq cehizləri yığıb çıxıb getmişlər. Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş “sağ yanaq nahiyənin sıyrığı” xəsarətini Şahid3 dırnağı ilə yetirmiş, “hərəkət məhdudluğu ilə müşayiət olunmuş sağ diz oynağı nahiyənin qançırşişkinliyi, sol diz və sağ diz oynağı nahiyələrin sıyrıqları xəsarətlərini isə Zərərçəkmiş şəxs dartıb qəsdən yerə yıxaraq yetirmiş, hadisə zamanı orada kənar kimsə olmamış, hadisə təxminən 5 dəqiqə davam etmiş, hadisə həmin evin həyətyanı sahəsində baş vermişdir. Hadisə zamanı Təqsirləndirilən şəxs Zülfiyyə ilə tutaşmış, Zülfiyyə Mənzərin, Mənzər isə Zülfiyyənin saçından tutmuşdur. Lakin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs heç bir xəsarət yetirməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -cinayət işinin materiallarında olan cinayət işinin ayrılması və icraata qəbulu haqqında 22 sentyabr 2020-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi vət. Zərərçəkmiş şəxs yüngül dərəcəli bədən xəsarəti alması faktına görə Təqsirləndirilən şəxs barəsində CM-nin 128-ci maddəsi ilə ********* saylı cinayət işindən ayrıca icraata ayrılmışdır. - Cinayət işinin materiallarında olan sübutların qiymətləndirilməsinə dair 17 oktyabr 2020-ci il tarixli qərardan görünür ki,Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə cinayət təqibinin başlanması əməlində cinayət tərkibi olmadığından rədd edilmişdir. -Cinayət işinin materiallarından görünür ki, 19.10.2020-ci il tarixində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - Cinayət işinin materiallarında olan məhkəmə-tibb ekspertizasının 15.07.2020-ci il tarixli, 783 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: üst dodağın sıyrığı, sol diz oynağı nahiyəsinin geniş ölçülü sıyrığı, sol baldırın, sağ bazunun qançırları, hərəkət məhdudluğu ilə müşaiyət olunmuş sağ diz oynağı nahiyəsinin qançır-şişkinliyi. Qeyd olunan xəsarətlər bərk küt əşyanın(əşyaların) təsirindən yaranmışdırlar, 07.07.2020-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Xəsarətlərin xarakterlərinə və lokalizasiyalarına əsasən demək olar ki, həmin xəsarətlərin həm vət. Zərərçəkmiş şəxs özü-özünə yetirməsi az inandırıcıdır, həmin xəsarətlərdən sol diz oynağı nahiyəsinin sıyrığı onun öz boyu hündürlüyündən yıxılması zamanı (yerin bərk səthinə sürtünməsi nəticəsində) əmələ gələ bilərdi, digər xəsarətlər isə onun öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi az inandırıcıdır. -Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 27.08.2020-ci il tarixli, 36/783 nömrəli əlavə rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: üst dodağın sıyrığı, sol diz oynağı nahiyəsinin geniş ölçülü sıyrığı, sol baldırın, sağ bazunun qançırları, hərəkət məhdudluğu ilə müşayiət olunmuş sağ diz oynağı nahiyəsinin qançır-şişkinliyi. Qeyd olunan xəsarətlər bərk küt əşyanın(əşyaların) təsirindən yaranmışdırlar, 07.07.2020-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcələrinə görə- hərəkət məhdudluğu ilə müşayiət olunmuş sağ diz oynağı nahiyəsinin qançır-şişkinliyi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zrərvurmaya aiddir, digər xəsarətlər yəni-üst dodağın sıyrığı, sol diz oynağı nahiyəsinin geniş ölçülü sıyrığı, sol baldırın, sağ bazunun qançırları isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. - Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş 24.08.2020-ci il tarixli təlabnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur.. Məhkəmə iclasında müdafiə tərəfinin cinayət işinin materiallarına əlavə olunmasına dair vəsatəti əsasında 07 iyul 2020-ci il tarixində səhər saat 10 radələrində baş vermiş hadisənin görüntülərini özündə əks etdirən 01 ədəd CD diskdə olan videofayla baxış keçirilmiş və hadisə baş verən zaman Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs ayırmağa çalışan dolu bədən quruluşlu, orta yaşlı bir nəfər qadının Zərərçəkmiş şəxs bel nahiyyəsindən tutaraq özünə tərəf çəkmək istərkən Zərərçəkmiş şəxs yerə çırpılması, həmin vaxt Təqsirləndirilən şəxs saçından tutub dartıldığından onun Zərərçəkmiş şəxs yıxmaq iqtidarında olmaması öz əksini tapmışdır. Müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində əlavə olaraq dindirilmiş Şahid1 bildirdi ki, o, həmin vaxtı hadisə yerində olduğundan baş vermiş hadisələri mobil telefonuna çəkmiş və daha sonra həmin görüntülərin lazımlı ola biləcəyini zənn edərək həmin görüntüləri CD diskə köçürərək bacısının vəkili İldırımzadə Rəşada təqdim etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş X2 ifadəsində göstərdi ki, 07 iyul 2020-ci il tarixdə hadisə yerində o da olmuş, Zülfiyyənin Mənzərin üzərinə gələrək onun saçından tutmasını görərək onları ayırmaq məqsədi ilə Zülfiyyəni tutaraq özünə tərəf dartmış, həmin vaxtı Zülfiyyə yerə yıxılmış, məqsədinin Zülfiyyəyə xəsarət yetirmək yox sadəcə həmin şəxsləri ayırmaq olmuşdur. İş üzrə əlavə məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspert tərəfindən verilmiş 24 iyun 2021-ci il tarixli 783 saylı rəydən görünür ki,Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətərdən “hərəkət məhdudluğu ilə müşayət olunmuş sağ diz oynağınahiyyəsinin qançırı və şişkinliyi” qərarda göstərilən həmçinin videogörüntüdə qeyd olunan şəraitdə yəni, vət. Zərərçəkmiş şəxs kənar şəxs tərəfindən tutulub dartılarkən onun onun öz boyu hündürlüyündən yıxılan zaman sağ diz oynağı nahiyyəsinin yerin bərk səthinə dəyməsi nəticəsində əmələ gəlməsi inkar olunmur. İş üzrə təyin olunmuş videogörüntülərin ekspertizası ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 12 iyul 2021-ci il tarixli 4/837 saylı rəyin nəticə hissəsində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş 01 ədəd GOLD markalı CD diskdə olan tədqiqatı tələb olunan mübahisəli videofonoqramda montaj əlamətləri müəyyən olunmamışdır. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmaqla, onun hərəkətlərində Cinayət Məcəlləsinin 128-ci maddəsinin tərkibinin olması sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmağa görəmin manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə aşağıda göstərilən prosessual normaların tələblərinə əməl edərək araşdırma aparmış, özü bilavasitə məhkəmə iclasında sübutları tam, hərtərəfli və obyektiv yoxlayaraq tədqiq və təhlil etmiş, toplanmış sübutları həm ayrı-ayrılıqda, həm də bir-biri ilə əlaqəli şəkildə müqayisə edərək sübutların mənbəyinin mötəbərliyini müəyyənləşdirərək mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qanunu və vicdanını rəhbər tutaraq qiymətləndirmişdir. Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq, cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək daxildir (maddə 8.0.3, 8.0.5). Həmin Məcəllənin 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. Cinayət Prosessual Məcəllənin 28.4.2-ci maddəsi cinayət-mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayətprosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin; 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş qaydada cinayət prosesini həyata keçirən orqan tərəfindən şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsdən və şahidlərdən alınmış şifahi və yazılı məlumatlar ifadələr hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə sübutlar tam, hərtərəfli və obyektiv yoxlanmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə görə hüquqi qiymət verilməlidir. İttihamın sübut edilməsində yaranan şübhələri digər sübutlarla aradan qaldırma mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: -məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Məhkəmə Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edərək, işdəki sübutları işin halları ilə müqayisə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən ona istinad edilən ictimai təhlükəli əməl törədilməmişdir. Onun təqsirsizliyi toplanmış sübutlarla təsdiq edildiyindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə bəraət verilməlidir. Belə ki, istintaq orqanı tərəfindən qeyd olunan ittihamla bağlı qanunun tələblərinə əməl olunmamış, iş üzrə toplanmış sübutların mötəbərliliyi yoxlanılmamış, Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə ona istinad edilən əməldə təqsirsizliyinə dəlalət edən dəlillərin təkzib edilməsi üçün əlavə sübutlar toplanmamışdır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı və məhkəmə istintaqı zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməmiş, Zərərçəkmiş şəxs itələmədiyini, əksinə olaraq Zülfiyyənin onu vurduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı elan olunmuş ittihamdan görünür ki, ona Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı sonuncunu saçından tutub əl zərbələri ilə sifət və sağ qoluna vuraraq yerə çırpmaqla ona üst dodağın sıyrığı, sol diz oynağı nahiyəsinin geniş ölçülü sıyrığı, sol baldırın, sağ bazunun qançırları, hərəkət məhdudluğu ilə müşayiət olunmuş sağ diz oynağı nahiyəsinin qançır-şişkinliyi ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş, qəsdən sağlamlığa yüngül zərər vurmağa görə Azərbaycan Respubliksı CM-nin 128-ci maddəsi ilə ittiham elan olunmuşdur. Cinayət işinin materiallarında olan Məhkəmə-tibbi ekspertizasının 27.08.2020-ci il tarixli, 36/783 nömrəli əlavə rəyindən isə görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində olan-hərəkət məhdudluğu ilə müşayiət olunmuş sağ diz oynağı nahiyəsinin qançır-şişkinliyi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zrərvurmaya aiddir, digər xəsarətlər yəni-üst dodağın sıyrığı, sol diz oynağı nahiyəsinin geniş ölçülü sıyrığı, sol baldırın, sağ bazunun qançırları isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir.Yəni, göründüyü kimi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham elan olunmasına səbəb zərərçəkmiş şəxsin bədənində aşkar olunmuş “sağ diz oynağı nahiyəsinin qançır-şişkinliyi” xəsarətidir ki, həmin xəsarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olur. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş 01 ədəd CD diskdəki hadisəni özündə əks etdirən vidnogörüntüdən isə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurmaması və sonuncunun hadisə yerində olan və onu Təqsirləndirilən şəxs ayırmağa çalışan X4 Zülfiyyənin bel nahiyyəsindən tutaraq özünə tərəf dartması nəticəsində yıxılması müəyyən olunmuşdur. Həmçinin iş üzrə təyin edilmiş əlavə məhkəmə tibbi ekspertizasının 24 iyun 2021-ci il tarixli 783 saylı rəydən də görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətərdən hərəkət məhdudluğu ilə müşayət olunmuş “sağ diz oynağı nahiyyəsinin qançırı və şişkinliyi qərarda göstərilən həmçinin videogörüntüdə qeyd olunan şəraitdə yəni vət. Zərərçəkmiş şəxs kənar şəxs tərəfindən tutulub dartılarkən onun onun öz boyu hündürlüyündən yıxılan zaman sağ diz oynağı nahiyyəsinin yerin bərk səthinə dəyməsi nəticəsində əmələ gəlməsi inkar olunmur. Bundan başqa, iş üzrə təyin olunmuş videogörüntülərin ekspertizası ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 12 iyul 2021-ci il tarixli 4/837 saylı rəydə isə Ekspertizaya təqdim edilmiş 01 ədəd CD diskdə olan videofonoqramda montaj əlamətlərinin olmaması müəyyən olunmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qızının sağlamlığına yüngül dərəcəli bədən xəsarəti yetirməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarda təsdiq olunmur. Məhkəmə iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, Məhkəmə baxışında tədqiq edilmiş sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Zərərçəkmiş şəxs “sağ diz oynağı nahiyyəsinin qançırı və şişkinliyi” xəsarətini Təqsirləndirilən şəxs tərəfindən sonuncunun onu yıxması nəticəsində deyil hadsə vaxtı orada olmuş Quliyeva Nəcibənin onu ayırmaq istərkən özünə tərəf dartması nəticəsində yıxılarkən almışdır. Məhkəmə araşdırması zamanı şahidlər Şahid4, Şahid3, Şahid5 Zərərçəkmiş şəxs ilə yaxın qohumluq və qohumluq əlaqələrini və onların işin nəticəsində maraqlı olmalarını, həmçinin qeyd olunan şəxslərin ifadələrində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yıxmasına dair göstərdikləri Məhkəmə araşdırması zamanı tədqiq olunmuş digər mötəbər sübutlarla öz təsdiqini tapmadığından sübut kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinin tələbinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Qərarında qeyd etmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olubolmaması ilə bağlı həyati əhəmiyyətli məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmə hökmü əsaslı və qanuni olmalıdır. Bu o deməkdir ki, şəxsin təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Konstitusiyanın 129-ci maddəsində göstərilmişdir ki, Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Konstitusiyası və qanunları cinayət mühakimə icraatının vəzifələrindən çıxış edərək cinayət prosesini həyata keçirən orqanların, xüsusən məhkəmələrin üzərinə vəzifələr qoyur ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsirliliyinə dair mötəbər sübutlar olmadan cinayət təqibinə və cəzaya məruz qalmasın, şəxsi mülahizələr əsasında məsuliyyətə cəlb edilməsin və cinayət törətməkdə ittiham olunan hər bir şəxsin təqsiri yalnız qanunla müəyyən edilmiş qaydada sübuta yetirildikdə cinayət məsuliyyətinə cəlb edilsin. Bu mövqedən yanaşaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə verilən ittiham əsassızdır, o həmin cinayəti törətməmişdir. Bu səbəbdən də sonuncunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmədiyindən Təqsirləndirilən şəxs bəraət verilməlidir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində irəli sürülmüş ittiham toplanmış sübutların məcmusu ilə sübuta yetirilmədiyindən həmin ittihamın əsası hesab edilə bilməz. Həmçinin Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, bu şəxs təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğundur. Məhkəmə hesab edir ki, cinayət prosessual qanunvericiliyinin ən mühüm prinsiplərindən biri olan-təqsirsizlik prezumpsiyasına görə şəxsin təqsirli olmasını şübhə altına alan hər hansı bir hal ehtimal edilərsə və bu ehtimal aradan qaldırılmırsa həmin şəxs təqsirli hesab oluna bilməz. Azərbaycan Respublikasının CPM-nin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə araşdırması zamanı ittiham tərəfi Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə irəli sürülmüş ittihamı sübuta yetirmək üçün, həmçinin ittihamın sübut olunmasında yaranan şübhələrin aradan qaldırılması üçün hər hansı bir mötəbər dəlil təqdim edə bilməmişdir.Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs təqsirdliliyinin təsdiq edən kifayət qədər sübutlar toplanmadığından, toplanmış sübutlar isə onun təqsirsizliyini təsdiq etdiyindən təqsirləndirilən şəxsə bəraət verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsində nəzərdə tutulur ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı, Mülki və siyasi hüquqlara dair Beynəlxalq Paktın 14-cü maddələrinə müvafiq olaraq hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz sayılır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirldiyi halda çıxarılır (CPM-ni 351.2-ci maddə). Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna qiymət verərək Cinayət Prosessual Məcəlləsinin 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə verilmiş ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmir, bu səbəbdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə Təqsirləndirilən şəxs istinad edilən ittiham üzrə bəraət verilməlidir. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən əməldə cinayət tərkibi olmaması (maddə 42.1.2), təqsirliliyin sübuta yetirilməməsi (maddə 42.1.4.) əsasları ilə bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi yoxdursa və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcuddursa, 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə şəxsin barəsində bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 350.2-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alan məhkəmənin iş üzrə gəldiyi nəticə ondan ibarətdir ki, ittiham tərəfi təqsirləndirilən şəxsin təqsirini mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs yüngül dərəcəli bədən xəsarəti almasına səbəb olmuş hərəkət təqsirləndirilən şəxs tərəfindən icra edilməmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, iş üzrə toplanmış sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirsizliyi təsdiq edildiyindən ona bəraət verilməlidir. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılması ilə əlaqədar onun barəsində cəzasını yüngülləşdirən və ağırlaşdıran halların nəzərə alınması, cəza təyini ilə bağlı məsələnin müzakirəsi istisna təşkil edəcəkdir. Azərbaycan Respublikası CPM-nin 353.3.4-cü maddəsinin tələblərinə əsasən məhkəmənin bəraət hökmündə bəraət almış şəxsə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi məsələsi və mülki iddia üzrə qərarın motivləri göstərilməlidir. Məhkəmədə cinayət işinin baxılmasının nəticələrinə dair Sumqayıt şəhər Polis İdarəsinin İŞ-nin müstəntiqi, polis baş leytenantı X3 barəsində xidməti fəaliyyətində yol verdiyi nöqsanlarla bağlı xüsusi qərar çıxarılmalıdır. Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona ziyan vurulması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Bəraət alması ilə əlaqədar ona cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunmalıdır. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 05.11.2020-ci il tarixli (iş № 1(060)-518/2020) qərarını icra edərək, 10.11.2020-ci il tarixli 401 saylı orderə əsasən vəkil Müdafiəçi1 onun vəkili təyin etmişdir. Müdafiəçi1 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 30 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 180 (yüz səksən) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional vəkil Bürosunun Turanbank ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməlidir. "xxxx" ASC Sumqaıt filialı, kod 508212; VÖEN **********; Müxbir hesab AZ26NABZ********************; SWİFT BİK: TURAAZ Sumqayıt Regional Vəkil Bürosu Hesab AZ03TURA********************AZN VÖEN:29053021 İş üzrə mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 42.1, 42.1.4, 42.2.4, 348.3 və 350.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə bəraət verilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Məhkəmədə cinayət işinin baxılmasının nəticələrinə dair Sumqayıt şəhər Polis İdarəsinin İŞ-nin müstəntiqi, polis baş leytenantı X3 barəsində xidməti fəaliyyətində yol verdiyi nöqsanlarla bağlı xüsusi qərar çıxarılsın. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunsun. İş üzrə məhkəmə xərci – keçirilmiş məhkəmə fonoskopik ekspertiza tədqiqatının dəyərini təşkil edən 300 (üç yüz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından ödənilsin. Təqsirləndirilən şəxs Sumqayıt Regional vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 30 (otuz saat) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 180 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün: "xxxx" ASC Sumqaıt filialı, kod 508212; VÖEN **********; Müxbir hesab AZ26NABZ********************; SWİFT BİK: TURAAZ Sumqayıt Regional Vəkil Bürosu Hesab AZ03TURA********************AZN VÖEN:29053021 Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar