Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-85/2022 17.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi: Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun Müdafiəçi, Təqsirləndirilən şəxs:Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1982-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 19B, mənzil 22 ünvanında qeydiyyatda olan və ünvan 2arəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda ümumilikdə 1,668 qram çəkidə narkotik vasitə heroini əldə edib saxlamaqla üzərində daşımış, 26.08.2021-ci il tarixdə saat 14:20-da Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində yerləşən “Simurq” restoranın qarşısında Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilərək, üzərində şəxsi axtarış aparılarkən əynində olan boz rəngli şalvarının sol yan cibindən 01 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə 1,668 qram çəkidə qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ilk ifadəsində göstərdi ki, bədənində ağrılar olduğu üçün narkotik vasitə olan kokosdan (heroindən) istifadə edir. 26.08.2021-ci il tarixdə, təxminən saat 14:20 radələrində Sumqayıt şəhəri, S.Vurgun küçəsində yerləşən “Simurq” şadlıq sarayının qarşısında dayandığı zaman, polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər, ona narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsində şübhələndiklərinə görə saxladıqlarını bildirmişlər və onu Polis İdarəsinə dəvət etmişlər. Pİ-də olan zaman üzərinə şəxsi axtarış keçirmək istədilərini bildirən zaman buna etiraz etməmiş, ona hüquq və vəzifələr barədə bildiriş təqdim olunmuş, həmçinin istədiyi təqdirdə müqavilə əsasında müdafiəçi tutmaq hüququ olduğu barədə, həmçinin öz hesabına müdafiəçi tutmağa imkanı olmadığı halda dövlət hesabına müdafiəçi təqdim olması ona izah edilmiş, maddi vəziyyəti ilə əlaqədar video çəkiliş başlanmamışdan əvvəl təqdim edilmiş, Sumqayıt şəhər 1 saylı Vəkil bürosunun siyahısından X1 və onun tərəfindən hüquqlarının müdafiə edilməsini istədiyini bildirmiş, daha sonra videoçəkiliş vasitəsi üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olmuş əşyanın olub-olmaması, olduğu halda həmin əşyanı təqdim etməyini təklif etmişlər. Həmin vaxt o, əynində olan boz rəngli şalvarının sol yan cibində şəffaf rəngli sellofana bükülmüş bir ədəd bükümü çıxardıb təqdim etmiş və bükümün içərisində narkotik vasitə olan “Kakos” (Heroin) olduğunu demiş, həmin büküm polis əməkdaşları tərəfindən açıldıqda içərisində qəhvəyi rəngli vasitə görünmüş, sorğu zamanı həmin narkotik vasitə olan heroini Sumqayıt şəhəri, Daş Bazarının yaxınlığında üzdən tanıdığı şəxsdən istifadəsi üçün 25 manata aldığını və üzərində saxladığını bildirmiş, həmin vaxt üzərində aşkar olunmuş maddə sellofanla birlikdə tərəziyə qoyularaq çəkilmiş, sellofana birlikdə 1,94 qram olduğu müəyyən edilmiş, üzərində aşkar edilmiş narkotik vasitə heroin Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada zərfə qoyularaq qablaşdırılmış Azərbaycan Respublikası DİN-nin 124 saylı möhürü ilə möhürlənmiş, bundan sonra üzərinə şəxsi axtarış keçirildi və axtarış zamanı üzərindən hər hansı digər bir qadağan edilmiş əşya aşkar edilməmişdir. Əməlindən peşmandır, bir daha belə hallara yol verməyəcəkdir. Ailəlidir, 2 azyaşlı uşağı vardır, ailəsini təkbaşına dolandırır. Buna görə də barəsində yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs sonrakı məhkəmə iclasında şahidlər dindirilərkən bildirmişdir ki, özünü qismən təqsirli bilir, əvvəlki ifadəsi düz deyildir, onun üzərində “Kakos” (Heroin) yox, metadon olmuşdur. Polislər onu dəyişmişlər. Təqsirləndirilən şəxs ifadəsindəki ziddiyətləri izah edə bilməmiş, hansısa hala, sübuta istinad etməmişdir. Məhkəmə bunu təqsirləndirilən şəxsin üzünü müdafiə üsulu hesab edir. Çünki Təqsirləndirilən şəxs sonradan ifadəsində göstərdikləri digər sübutlarla müqayisəli şəkildə araşdırılmış, ancaq həmin hallar təsdiq edilməmişdir. Məhkəmə iclasında Şahid1 bildirdi ki, 26.08.2021-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbulu, üzərində gəzdirməsi, əldə olunmasında barədə məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə Sumqayıt ŞPİ-nin NBM-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 və ŞPİ-nin KTB-nin inspektoru, polis mayoru, X4 ibarət əməliyyat qrupu təşkil etmişlər. Həmin gün Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində yerləşən “Simurq” adlı restoranın yanında olması barədə təkrar məlumat daxil olmuş, məlumat əsasında 17.07.2021-ci il tarixdə saat 14:20-də əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, Səməd Vurgun küçəsində yerləşən “Simurq” adlı restoranın yanına getmişlər. Orada olan zaman əlamətləri Təqsirləndirilən şəxs əlamətlərinə oxşayan bir nəfər şəxsin gəldiyini görmüşlər və onu saxlamışlar, daha sonra özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər və ondan da özünü təqdim etməsini xahiş etmişlər. O, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmiş, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma və gəzdirməkdə şübhəli olduğunu bildirmişlər, bundan sonra üzərində şəxsi axtarış aparılması üçün Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin TŞnə dəvət olunmuş və Təqsirləndirilən şəxs heç bir etiraz etməmiş və onlar birlikdə Sumqayıt ŞPİ-nin TŞ-nə getmişlər. Pİ-də xidməti otaqların birində Təqsirləndirilən şəxs videoçəkilişlə vəkilin iştirakı ilə üzərində şəxsi axtarış aparılacağı izah olunmuş o da heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə bildiriş və onun öz istəyi ilə seçdiyi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X5 təqdim olunmuşdur. Vəkil və iştirakçıların iştirakı ilə videoçəkiliş davam etməklə Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşyanın olubolmaması, olduğu halda təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs həmin vaxt əynindəki olan boz rəngli şalvarının sol yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş, bükümü çıxardaraq təqdim etmiş, sorğu zamanı Təqsirləndirilən şəxs həmin təqdim etdiyi maddənin heroin olduğunu, heroini Sumqayıt şəhəri, “Daş Bazarı” adlanan ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 25 manata aldığını və üstündə gəzdirdiyini demiş, daha sonra həmin kütlə elektron tərəzidə çəkilmiş və çəkisi 1,94 qram olmuşdur. Bundan sonra protokol tərtib olunaraq ucadan oxunmuş və iştirakçılar həmin protokolu imzalarla təsdiq etmişlər. Məhkəmə iclasında İş üzrə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin əməliyyat müvəkkili, polis mayoru Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 oğlunun ifadəsinə göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması” haqqında 26.08.2021-ci il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs 26.08.2021-cu il tarixdə saat 14:20-da şübhəli şəxs qismində tutulmuşdur.(i.v 19) İş materiallarında olan Məhkəmə-kimyəvi ekspertizasının 27.08.2021-ci il tarixli, 6/3720 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: «Vət. Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə qablaşdırılmış 01 (bir) ədəd kağız bükümdə təmiz çəkisi 1,668 qram olan qəhvəyi rəngli toz şəkildə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. (Qeyd : heroin təmiz çəkisi - 1,668 qram, tədiqata sərd edilən miqdar -0,05 qr, qalıq 1,618 qram) (i.v 36-40) İş materiallarında olan qərara əsasən ekspertiza təqdiqatından sonra qalıq qalmış 1,618 qram çəkidə narkotik vasitə olan heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq saxlanmasından ötrü Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilməlmişdir.(i.v66) İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 04.09.2021-ci il tarixli, 3241 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opiodlarınan birgə qəbulu və psixotrop maddə olan metamfetamin sui-istifadəsi edilməsi nəticəsində asıllıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. İİİ qrup əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(i.v 86-87) Təqsirləndirilən şəxs üzərinə Sumqayıt ŞPİ-nin TŞ-nin əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi barədə görüntünü əks etdirən (01) CD disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir.(i.v 77) İş materiallarında olan məlumatlara əsasən 28.08.2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzatəri altına vermə” qətimkan tədbiri seçilmiş, MSY-dən azad edilmişdir.(i.v 62-63) İş materiallarında olan “Şəxsi axtarış keçirilməsi” barədə 26.08.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ŞPİ-yə gətirildikdən sonra inspektorkriminalist rəqəmsal tipli “Panasonic” markalı videokameranı işə salmış və iştirakçılarla birlikdə həmin tarixdə saat 14:45-də Pİ-də xidməti otaqların birində onun üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələr barədə bildiriş və hüquqlarnın müdafiəsini təmin edəcək vəkili X5 təqdim olunmuş, daha sonra isə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşuanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi bildirilmişdir. Təqsirləndirilən şəxs özü əynində olan boz rəngli şalvarının sol yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü çıxarıb təqdim etmiş, həmin büküm açıldıqda içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddənin olduğu müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, ondan aşkar olunan maddəni həmin gün, yəni 26.08.2021-ci il tarixdə səhər saatlarında üzdən tanıdığı şəxsdən Sumqayıt şəhəri, Daş bazarında 25 manata almış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş şəffaf rəngli sellofana bükülmüş içərisində qəhvəyi rəngli maddə sellofanla birlikdə tərəziyə qoyulub çəkilən zaman həmin bükümün içərisindəki maddə ilə birlikdə çəkisinin 1,94 qram olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs aşkar olunmuş hər iki büküm içərisindəki maddə ilə birlikdə Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikası DİN-nin 124 saylı möhürü ilə möhürlənmişdir.(i.v 28-29) İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının məlumatından görünür ki, Təqsirləndirilən şəxs gözdən əlil olmaqla 3-cü dərəcəli əlildir.(i.v 59) İş materiallarında olan doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs 2 uşağı (15.06.2013, 05.11.2014) vardır. (i.v 60) İş materiallarında olan DİN-nin BƏSİİ-nin 07.09.2021-ci il tarixli ələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin 04.08.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4, 29, 177.2.2, 29, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhkumetmə cəzasına məhkum edilmiş, 29.03.2019-cu ildə cəzasının sonu ilə azad olunmuşdur. (i.v 71-72) İş materiallarında olan Sumqayıt Şəhər Narkoloji Dispanserinin 09.09.2021-ci il tarixli 3110 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur.(i.v 74) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir və barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 90) Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməli-yuxarıda şərh olunan qaydada törədərək istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 2(iki) bükümdə, çəkisi 1,668 qram narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlaması tam sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan iki uşağı olmasını, yaşayış yerindən müsbət xarakterizə edilməsini, əməlindən peşman olmasını Azərbaycan Respublikası CM-nın 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nın 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona Azərbaycan Respublikası CM-nın tələbləri nəzərə alınmaqla azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin cəzasının əvvəli faktiki olaraq onun azadlığının məhdudlaşdırıldığı gündən, yəni tutulduğu 17 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Cinayət işi üzrə aparılmış ekspertiza tədqiqatı ilə əlaqədar 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Təqsirləndirilən şəxs İİİ qrup əlil olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir və o ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün dövlət hesabına ona hüquqi yardım göstərilməsi üçün Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təyin edilmişdir. Vəkilin təqdim etdiyi hesabatlara əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə vəkil Müdafiəçi tərəfindən 20 (iyirmi) iş saatı sərf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 120 (yüz iyirmi) manat məbləğində pul ödənilməlidir. İş üzrə maddi sübutlar-Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, qalıq xalis çəkisi 1,618 qram narkotik vasitə heroin məhv edilməli, əməliyyataxtarış tədbirini özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və müsadirə olunası əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 avqust 2021-ci il tarixdən 28 avqust 2021-ci il tarixədək həbsdə saxlanıldığı iki gün ona təyin edilən cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasının əvvəli 17 fevral 2022-ci il tarixdən hesablansın və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut ekspertiza tədqiqatından sonra qalıq xalis çəkisi 1,618 qram olan narkotik vasitə heroin məhv edilsin, əməliyyat-axtarış tədbirini özündə əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB**********2500366125 VÖEN: **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-85/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-85/2022
17.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver