Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-85/2024 26.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1999-cu ildə, Türkmənistan Respublikası, Büzməgin şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi işlə məşğul olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Masallı rayonu, Qarğalıq kəndində qeydiyyatda olan, Sumqayıt şəhəri, Xəzər bağlar massivi, Surxay Məmmədov küçəsində nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədilə xx.xx.2023-cü il tarixdə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 5 ədəd ayrı-ayrılıqda qızılı rəngli siqaret kağızına bükülmüş halda təmiz çəkiləri 0,125 qram, 0,157 qram, 0,136 qram, 0,199 qram, 0,106 qram, ümumi təmiz çəkisi 0,723 qram qəhvəyi rəngli, maddə kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış və xx.xx.2023-cü il tarixdə, gecə saat 01:35 radələrində Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhəri, 15-ci məhəllədə yerləşən 4 nömrəli yataqxananın inzibati binasının yaxınlığında, küçədə saxlanılaraq Sumqayıt ŞPİ-nin 3-cü PB-nə dəvət edilmiş və xidməti otaqların birində videoçəkiliş ilə üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarın sol yan cibindən 5 ədəd ayrı-ayrılıqda qızılı rəngli siqaret kağızına bükülmüş halda təmiz çəkiləri 0,125 qram, 0,157 qram, 0,136 qram, 0,199 qram, 0,106 qram, ümumi təmiz çəkiləri 0,723 qram, qəhvəyi rəngli, maddə kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və həmin şalvarın sağ yan cibindən bir ədəd Çin istehsalı olan “X5” markalı elektron tərəzi polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, iki aya yaxındır ki, narkotik aludəçisidir, narkotik vasitə olan heroindən siqaret kimi çəkməklə istifadə edir. Narkotikə olan tələbatını ödəmək üçün narkotiki müxtəlif yerlərdə, tanımadığı şəxslərdən alıb istifadə edir. xx.xx.2023-cü il tarixdə, axşam saatlarında, tutulmazdan təxminən 2-3 saat əvvəl Bakı şəhəri, 20 yanvar metrosu yaxınlığında tanımadığı bir şəxsdən şəxsi istifadəsi üçün narkotik vasitə olan heroin almışdır. Həmin vaxt üzərində elektron tərəzi də olmuşdur. Tərəzini ona görə saxlayır ki, narkotik vasitəni istifadə edərkən hər dəfə onun miqdarını ölçə bilsin. Üzərindən aşkar edilmiş narkotik vasitəni bütöv halda almışdır. Narkotik vasitəni aldıqdan sonra Sumqayıt şəhərinə gəlmiş və burada binalardan birinin girişinə daxil olaraq narkotik vasitəni ölçüb bükümlərə bölmüşdür. Narkotik vasitəni bükümlərə ayırmaqda məqsədi ondan hər dəfə rahat istifadə etmək olmuşdur. Narkotik vasitəni ona görə evdə bölməmişdir ki, onun yaşadığı ev yataqxana tipli bir otaqdan ibarətdir və bayırdan evin içini müşahidə etmək olur. O, həmin evdə tək yaşayır. Bundan sonra həmin binadan çıxaraq öz yaşadığı evə gedərkən xx.xx.2023-cü il tarixdə, təxminən gecə saat 01:35 radələrində Sumqayıt şəhəri, 15-ci məhəllədə yerləşən 4 nömrəli yataqxananın inzibati binasının yaxınlığında küçədə piyada hərəkətdə olan zaman bir neçə polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim etmişlər və onu narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğunu bildirib onu Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsinə dəvət etmişlər. O, etiraz etmədən polis əməkdaşları ilə bir yerdə polis bölməsinə gəlmişdir. Polis bölməsində videoçəkilişlə və vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Öncə üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa, həmin əşyanı təqdim etməyini təklif edilən zaman özü əynində olan qara rəngli idman şalvarının sol yan cibindən bir qutu Rotmons adlanan siqareti, 05 ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş halda bükümləri, şalvarının sağ yan cibindən 01 ədəd Çin istehsalı olan “DigitalPort Sketskale” markalı elektron tərəzini çıxarıb təqdim etmiş, daha sonra isə polis əməkdaşının özü üzərinə şəxsi axtarış keçirən zaman onun üzərindən əhəmiyyət kəsb edən hər hansı bir maddi sübut aşkar olunmamışdır. Həmin bükümlərdə narkotik vasitə olan heroin olmuş və bükümlərlə tərəzi ona məxsus olmuşdur. Narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etmiş və tərəzini üzərində gəzdirməkdə məqsədi aldığı narkotik vasitələri istifadə etməmişdən əvvəl tərəzidə çəkmək olmuşdur. Bundan sonra onun üzərindən aşkar olunaraq götürülmüş 5 bükümdə olan narkotik vasitələr onun iştirakı ilə elektron tərəzidə ölçülmüş, sonra isə həmin narkotik vasitələr polis əməkdaşı tərəfindən qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Polis əməkdaşları tərəfindən heç bir hədəyə və fiziki-mənəvi təzyiqə məruz qalmamışdır. Özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilir və həmin maddə ilə ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında aşağıdakı şahid ifadələri dinlənilmişdir. Məhkəmə iclasında şahid Sumqayıt ŞPİ-nin 3-cü PB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində göstərdi ki, Sumqayıt şəhəri, Xəzər bağlar massivi, Surxay Məmmədov küçəsində nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi, istifadə etməsi barədə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları Şahid2, Şahid3 ilə birlikdə əməliyyat qrupu yaradaraq tədbirlər keçirmişlər. Keçirilən tədbirlər nəticəsində xx.xx.2023cü il tarixdə, gecə saat 01:35 radələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib Sumqayıt şəhəri, 15-ci məhəllədə yerləşən 4 nömrəli yataqxananın inzibati binasının yaxınlığında küçədə saxlayaraq Sumqayıt ŞPİ-nin 3-cü PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə və vəkilin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Öncə ona üzərində qeyri qanuni nə varsa təqdim etməsini bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs özü əynində olan qara rəngli idman şalvarının sol yan cibindən bir qutu siqareti, 05 ədəd bükümdə qızılı rəngli siqaret kağızlarına bükülmüş bükümləri, həmin şalvarın sağ yan cibindən bir ədəd Çin Respublikası istehsalı olan elektron tərəzini çıxarıb təqdim etmişdir. Sorğuya cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 05 ədəd bükümdə narkotik vasitə olan heroin olduğunu, həmin heroini saxlanmamışdan təxminən 2-3 saat əvvəl Bakı şəhəri, 20 yanvar ərazisində olan zaman tanımadığı bir şəxsdən 30 manata aldığını, üzərində saxladığını, həmçinin üzərindən aşkar olunmuş 01 ədəd elektron tərəzinin də özünə məxsus olduğunu, təxminən 2 aya yaxındır ki, narkotik vasitə istifadə etdiyini bildirmişdir. Şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş qızılı rəngli siqaret kağızına bükülmüş bükümlər açılan zaman onların hər birinin içərisindən qəhvəyi rəngli, narkotik vasitə olan heroinə bənzər maddə olduğu aşkar olunmuşdur. Həmin narkotik vasitə elektron tərəzidə çəkilərək qablaşdırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Digər şahid Sumqayıt ŞPİ-nin 3-cü PB-nin kiçik inspektoru, polis serjantı Şahid3 məhkəmə iclasında üzrlü səbəbdən iştirak etmədiyi üçün məhkəmə tərəfindən onun ibtidai istintaq zamanı vermiş olduğu ifadə elan edilmişdir. Məhkəmə tərəfindən iş üzrə aşağıdakı sübutlar tədqiq edilmişdir. Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 234.2-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 01:35-də şübhəli şəxs qismində tutulmuşdur. “Şəxsi axtarışın keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 01:35 radələrində Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt ŞPİ- nin 3-cü PB-nə dəvət edilmiş, bölmədə Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşlarının və Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən vəkil X2 iştirakı ilə Sumqayıt ŞPİ-nin 3-cü PB-nin baş təhqiqatçısı, polis mayoru X3 tərəfindən şəxsi axtarış istintaq hərəkəti keçirilmişdir. Şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının soldan cibindən bir qutu “Rotmans” adlanan siqareti, 05 ədəd bükümdə qızılı rəngli siqaret kağızlarına bükülmüş bükümləri, həmin şalvarın sağ yan cibindən bir ədəd Çin Respublikası istehsalı olan “X5” markalı elektron tərəzini çıxarıb təqdim etmişdir. Şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş qızılı rəngli siqaret kağızına bükülmüş bükümlər açılan zaman onların hər birinin içərisindən qəhvəyi rəngli, narkotik vasitə olan heroinə bənzər maddə olduğu aşkar olunmuşdur. Həmin 05 ədəd bükümlərdə olan maddələr qızılı rəngli siqaret kağızı ilə birlikdə həm ayrı ayrılıqda, həm də 05 ədəd büküm birlikdə elektron tərəzidə çəkilmiş, çəkiləri 0,24 qram, 0,20 qram, 0,23 qram, 0,28 qram, 0,17 qram müəyyən edilmiş, sonra isə həmin bükümlər bir yerdə üzərlərində olan kağız ilə birlikdə elektron tərəziyə qoyularaq çəkilmiş, çəkisi 1,11 qram müəyyən olunaraq Panasonic markalı videokamera ilə görüntüləri qeydə alınmışdır. Həmin bükümlər və elektron tərəzi ilə bir yerdə təhqiqatçı tərəfindən qablaşdırılaraq DİNnin 127 saylı möhürü ilə möhürlənmiş, bu batədə protokol tərtib olunmuş, iştirakçılar tərəfindən imzalanmışdır. xx.xx.2023-cü il tarixdə, saat 09:30-da Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. Təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin xx.xx.2023-cü il tarixdə Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs kimi ifadəsi alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-333/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində 03 ay müddətində, yəni 05 dekabr 2023cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza məhkəmə kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 3-16-16\2- 6\4687 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün 127 nömrəli” möhür əksi, “vət.Təqsirləndirilən şəxs üzərindən...” və s. sözlər, imzalar olan 02 ədəd zərfdən birində 05 ədəd bükümdə ayrı ayrılıqda təmiz çəkiləri 0,125 qram, 0,157 qram, 0,136 qram, 0,199 qram 0,106 qram, ümumi təmiz çəkiləri 0,723 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 05 bükümdəki heroin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Digər zərfdəki elektron tərəzinin üzərində heroinin izləri müəyyən edildi. Tərəzinin üzərində heroin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmadı. Tədqiqata sərf edildi 0,1 qram. Qalıq 0,623 qram. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 şəxsin Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama barədə 6167 saylı, xx.xx.2023-cü il tarixli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. “Maddi sübut kimi tanıma barədə” xx.xx.2023-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ilkin çəkisi 0,723 qram olan aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,623 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış, məsul saxlanış üçün Sumqayıt ŞPİ-nin məsul saxlanışına verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmayıb. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır. “Sübutların qiymətləndirilməsi haqqında” 16 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ilkin çəkisi 0,723 qram olan aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,623 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış, məhkəmənin hökmünə qədər Sumqayıt ŞPİ-nin maddi sübutları saxlanc anbarına təhvil verilməsi nəzərə alınmış, iş üzrə “Şəxsi axtarış keçirilməsi” barədə xx.xx.2023-cü il tarixli istintaq hərəkətinin videogörüntüsü əks etdirilmiş 01 ədəd “DVD-R” formatlı disk və Çin istehsalı olan “X5” markalı elektron tərəzi iş üçün əhəmiyyət kəsb etdiyindən xx.xx.2023-cü il tarixli qərarla maddi sübut hesab edilərək cinayət işinin istintaq materiallarına əlavə edilməsi nəzərə alınmışdır. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Konstitusiyasına əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır (63.1). Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinə (bundan sonra - CPM) əsasən məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir (351.1.). Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır (351.2.). Məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək (351.3.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini və satmaq niyyətində olmadığını bildirsə də, məhkəmə həmin ifadənin özünü müdafiə xarakteri daşıdığını nəzərə alır və təqsirləndirilən şəxsin ifadəsinə həmin hissədə tənqidi yanaşır. Belə ki, təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində həmçinin bildirmişdir ki, narkotik vasitəni əldə etdikdən sonra Sumqayıt şəhərinə gəlmiş və burada yaşayış binalarının birinin girəcəyinə daxil olaraq, narkotik vasitəni hissələrə bölmüşdür. Onun Sumqayıt şəhərində yaşayış yeri olduğu halda, yaşayış yerinə getmədən narkotik vasitəni hissələrə bölməsi, həmçinin onun üzərində narkotik vasitənin çəkilməsi üçün elektron tərəzinin olması onun həmin narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsini təsdiq edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini ittihamda göstərildiyi qaydada törətməsi öz ifadəsinin etirafedici hissəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nın 234.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə belə nəticəyə gəlir ki, onun təqsirləndirildiyi maddənin sanksiyasında yalnız azadlıqdan məhrumetmə cəzasının nəzərdə tutulması, narkomaniya xəstəliyindən əziyyət çəkməsi və narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmaqla, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyası həddində 03 il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış xalis çəkisi 0,623 qram narkotik vasitə heroin və üzərində heroin izləri olan bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 110 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE**********00********) keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün Müdafiəçi 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs 110 (yüz on) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübutekspertiza tədqiqatından sonra qalıq xalis çəkisi 0,623 qram narkotik vasitə heroin və üzərində heroin izləri olan bir ədəd elektron tərəzi məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin əks olunduğu 01 (bir) ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №1(060)-85/2024
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-85/2024
26.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver