Məhkəmə qərarları › İş №1(060)-854/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-854/2023

12.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-854/2023 12.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin hüquqi varisi X2 Müdafiəçi Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1983-cü ildə Xaçmaz şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, 08 avqust 2023-cü il tarixdə, saat 20 radələrində Şahid3 sonuncunun yaşadığı ünvan 2 ünvanında 10 manat pul müqabilində satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,793 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə etməklə əynindəki boz rəngli şalvarının sağ yan cibində daşıyaraq saxlamış, 08 avqust 2023-cü il tarixdə, saat 20:38 radələrində Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, Corat qəsəbəsi, Corat məscidinin yaxınlığında keçirilmiş əməliyyat tədbirləri zamanı saxlanılmaqla ŞPİ-yə aparılaraq üzərinə keçirilmiş şəxsi axtarış zamanı həmin heroin əynindəki boz rəngli şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilmiş və ona verilən ittihamda göstərilən cinayət əməlini törətdiyini etiraf etmişdir. Cinayət işi üzrə şahidlər dindirilmiş, digər sübutlar toplanmış, ittiham aktı tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Cinayət işi məhkəməyə daxil olduqdan sonra hazırlıq iclasına təyin olunmuş, təqsirləndirilən şəxs məhkəməyə gəlməmiş və məlum olmuşdur ki, o, ölmüşdür. Bununla bağlı məktubla onun ailə üzvlərinə bildiriş təqdim edilmiş, hazırlıq iclası təxirə salınmışdır. Bildirişdə Təqsirləndirilən şəxs ailə üzvlərinə izah edilmişdir ki, AR CPMnin 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulan əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zərurəti olduğu hallar istisna edilməklə) cinayət təqibinə xitam verilir. Cinayət təqibinə təqsirləndirilən şəxsin ölməsi ilə əlaqədar olaraq AR CPM-in 39.1.5ci maddəsinə əsasən xitam verilməsi bəraətverici əsas hesab edilmir. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs qardaşı X2 iştirakını təmin etmək mümkün olmuş, o qardaşının xx.xx.2023-cü ildə öldüyünü bildirmiş, ərizə verərək onun Təqsirləndirilən şəxs hüquqi varisi kimi tanınmasını xahiş etmişdir. Məhkəmə tərəfindən X3 təqsirləndirilən şəxsin hüquqi varisi kimi tanınmış və o, Təqsirləndirilən şəxs ölümü ilə bağlı sənədlər təqdim edərək, onun narkotik vasitələrdən istifadə etməsi barədə məlumatlı olduğu üçün cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Sumqayıt şəhəri Qeydiyyat şöbəsinin AZ-İİ 373805 nömrəli, xx.xx.2023-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs 30 sentyabr 2023-cü il tarixdə kəskin respirator çatışmazlığı səbəbindən ölmüşdür. Təqsirləndirilən şəxsin hüquqi varisi X2 ərizəsindən görünür ki, onun qardaşı Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə ölmüşdür. Xahiş edir ki, təqsirləndirilən şəxsin barəsində olan cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilsin. Cinayət işinə mahiyyəti üzrə baxılmasını istəmir. Məhkəmə hazırlıq iclasında iştirak edən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi Təqsirləndirilən şəxs hüquqi varisi X2 ərizəsinin nəzərə alınaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Cinayət təqibini istisna edən hallar ittihamın bir hissəsinə aid olduqda cinayət işi üzrə icraata yalnız bu hissədə xitam verilir. Həmin Məcəllənin 305.2-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərara ibtidai istintaq mərhələsində qəbul edilmiş qətimkan tədbirlərinin və vurulmuş ziyanın ödənilməsinin təmin edilməsinə dair tədbirlərin, habelə digər cinayət prosessual məcburiyyət tədbirlərinin ləğv edilməsi barədə qərarlar daxil edilir və həmin qərarda maddi sübutların taleyi barədə məsələ həll edilir. Həmin Məcəllənin 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir) Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq və ya prokuror bəraətverici əsaslar olmadıqda təqsirləndirilən (şübhəli) şəxsin, habelə ölmüş təqsirləndirilən (şübhəli) şəxsin və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda müdafiəçinin, barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin razılığı olmadan cinayət təqibinə xitam verilməsi barədə qərar çıxara bilməz. Belə olan halda cinayət təqibi üzrə icraat bu Məcəllə ilə müəyyən edilmiş qaydada davam etdirilir və hökmün, məhkəmənin digər qərarının çıxarılması ilə başa çatdırılır. Həmin Məcəllənin 43.3-1-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddələrində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmə hazırlıq iclası keçirilənə qədər ölməsini və ölmüş təqsirləndirilən şəxsin hüquqi varisinin cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etmədiyini nəzərə alaraq belə nəticəyə gəlir ki, AR Cinayət Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 18 (on səkkiz) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 108 (yüz səkkiz) manat məbləğində pul ödənilməlidir. Cinayət işi üzrə məhkəmə-kimyəvi ekspertizasının keçirilməsi ilə əlaqədar 81 (səksən bir) manat məbləğində məhkəmə məsrəfi vardır. Təqsirləndirilən şəxs öldüyü üçün həmin məhkəmə məsrəfi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Cinayət işi üzrə maddi sübut olan və saxlanılması üçün Sumqayıt ŞPİ-nin məsul saxlanışına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən götürülmüş, ekspertiza tədqiqatı nəticəsində qalıq qalmış 0,743 qram heroin məhv edilməli, 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmışdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.5, 40, 43.3, 299, 300, 305, 306-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən xitam verilsin. Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Cinayət işi üzrə 81 (səksən bir) manat ekspertiza xərci dövlət büdcəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) hesabına köçürülsün. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, qalıq çəkisi 0,743 qram heroin məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video görüntünü əks etdirən bir ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 108 (yüz səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunandan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar