Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-855/2023 14.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsnın Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, Xaçmaz rayonu, Hacıbəyli ərazi dairəsi, Arzu qəsəbəsində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan “başqa yerə getməmək haqqında iltizam'' qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 28 may 2023-cü il tarixdə, saat 23 radələrində Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində yerləşən 1 saylı binanın yanında tanışı Zərərçəkmiş şəxs sidik ifraz etməsini gördüyündən sonuncuya buna görə öz iradını bildirdikdə Zərərçəkmiş şəxs təşəbbüsü ilə, yəni sonuncunun onun və ailə üzvlərinin ünvanına nalayiq söyüşlər söyməsindən sonra aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı yumruq və təpiklə vuraraq Zərərçəkmiş şəxs alının sol yarısının, sol gözaltı, sol almacıq, hər iki dirsək, sol diz, sağ kürək, sol bel, sol yanaq nahiyyəsinin və alt dodağın sağ yarısının içəri selikli qişasının yaraları, sol bazunun qançırı ilə nəticələnən, sağlamlığa zərərvurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməyən, burun sümüyünün cüzi yerdəyişən sınığı, çənədə solda İ-İİ dişlərin tacının kənari sınıqları, hər iki gözətrafı nahiyyənin hematoması, hər iki gözün subkonyuktivial qansızması, posttravmatik retinopatiyası, baş beyin silkələnməsi ilə müşayət olunan qapalı kəllə-beyin travması ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aid və sol gözyuvasının (orbitanın) aşağı divarının, sol gözyuvasının (orbitanın) bayır divarının və sol əng cibinin ön divarının yerini dəyişməyən sınıqları ilə nəticələn, dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aid edilən xəsarət yetirməklə, zərərçəkmiş Zərərçəkmiş şəxs həyat üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs keçmiş qonşusu kimi tanımış, onunla ədavət və ya düşmənçiliyi olmamışdır. 28 may 2023-cü il tarixdə, təxminən saat 23 radələrində yaşadığı ünvan 1 ünvanına gəlmiş, yaşadığı binanın yanına çatanda qaranlıqda, binanın dəhlizinin girişinin yanında Elşənin təbii ehtiyacını (kiçik bayır) ödədiyini görmüşdür. Elşənə yaxınlaşıb öz iradını bildirmiş və ehtiyacını binanın qarşısında ödəməməsini xahiş etmişdir. Elşən onunla kobud danışmağa başlamış, buna görə də aralarında sözlə mübahisə yaranmışdır. Mübahisə zamanı Elşən onun və ailə üzvlərinin ünvanına nalayiq söyüşlər söyməyə başlamış, o, Elşəndən söyüş söyməməsini xahiş etsə də, sonuncu onun və ailə üzvlərinin ünvanına söyüş söyməyə və ona əl-qol atmağa davam etmişdir. Buna səbəbdən o, əsəbiləşib Elşənlə dalaşmış, bu zaman Elşənin sifət nahiyyəsinə yumruqla və bədəninə təpiklə vurmuşdur. Həmin vaxt qonşuluqda yaşayan Şahid1 onlara yaxınlaşaraq onları aralamışdır. Sonra isə o və Araz orada qalmayıb evlərinə getmişlər. Elşənlə aralarında olan mübahisə zamanı sonuncunu o, vuraraq xəsarət yetirmişdir. Araz Elşəni vurmamış, söyməmiş və xəsarət yetirməmişdir. Həmin vaxt o, qonşuları Ruslan və Xıdırı orada görməmişdir. Elşənlə aralarında olan dalaşma təxminən 1-2 dəqiqə ərzində başlayaraq sona çatmışdır. Həmin vaxt onların yanına sonradan Araz gəlmiş, başqa heç kim gəlməmiş, onlara yaxınlaşan əlavə şəxslər olmamış, ətrafda kənar şəxslərin olmasını görməmişdir. Elşəni o, tək döyərək xəsarət yetirmişdir. Əməlindən çox peşmandır, hazırda zərərçəkmiş şəxslə barışmış, sonuncunun ona qarşı heç bir şikayət və tələbi yoxdur. Bir daha belə halların baş verməyəcəyinə söz verir, ailənin tək dolanacaq mənbəyi odur. Qeyd olunanların nəzərə alınmasını, barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş zərərçəkmiş və şahidlərin ifadələri ilə təsdiq edilir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, sonuncu ilə barışdığını, qeyd olunan halın nəzərə alınmasını, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqı zamanı elan olunmuş ifadəsindən görünür ki, özü Bakı şəhərində yaşamasına baxmayaraq anası Elmirə Əhmədova ünvan 2 ünvanında yaşayır. Ara-sıra gəlib anasına baş çəkir. Sonuncu dəfə 28 may 2023-cü il tarixdə saat 23 radələrində Bakı şəhərindən taksi ilə anasının yaşadığı Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisindəki evə gəlmişdir. Daha sonra anası Elmira ilə əlaqə saxlamış və anası bağa getdiyini ona söyləmişdir. O, da yenidən taksi tutub bağa, anasının yanına getməyə hazırlaşan zaman sidik ifraz etmək ehtiyacı olduğuna görə hər yerin bağlı olduğunu görüb Sumqayıt şəhəri, 11-ci mikrorayonda olan 1 nömrəli binanın arxasındakı ağaclıq əraziyə keçmiş və orada təbii ehtiyacını ödəyən zaman ona sonradan adını bildiyi Elman adlı şəxs yaxınlaşıb onun yaxasından tutub ucadan burda nə etdiyini söyləmiş və o da Elmana təbii ehtiyacını ödəmək istədiyini deyən zaman sonuncu onun ünvanına nalayiq sözlər işlətməyə başlamış və o da Elmanın cavabını verən zaman qəfildən Elman onun baş və üz nahiyyəsinə yumruqla zərbələr endirməyə başlamış və o zərbələrin təsirindən huşunu itirib yerə yıxılmış və Elman yerdə də onun üz və bədən nahiyyəsinə təpiklə zərbələr endirmişdir. Bundan sonra oraya sonradan adını bildiyi Araz adında şəxs də gəlmişdir. Araz adında oğlan da onun bədən nahiyyəsinə də yumruqla da bir neçə dəfə zərbə endirmişdir. O, ayağa duran zaman da ətrafda əlavə 2 nəfər şəxsin də sonradan adını bildiyi Ruslan və Xıdır adlı şəxslərin də olduğunu görmüşdür. Buna baxmayaraq həmin şəxslər hadisə zamanı onu vurmamışlar va ona toxunmamışlar. Hadisə zamanı onu əsasən Elman vurmuşdur. Bundan başqa Araz da bədən nahiyyəsinə yumruqla zərbə endirmişdir. Hadisə zamanı ətrafa daha kənar şəxslər toplaşmamışdır. Yalnız həmin 4 nəfər şəxsi orada görmüşdür. Hadisə Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazsində bina 1-in arxasında baş vermiş, 5 dəqiqə davam etmişdir. Ətrafa kənar şəxslər toplaşmamış, hadisə zamanı heç bir amlaka ziyan dəyməmişdir. Hadisə zamanı Elman və Arazın əlində heç nə görməmişdir. Elman və Araz onu yumruq və təpiklə vurmuşlar. Elman onu o qədər döymüşdür ki, Arazın onun bədəninin hansı nahiyyəsinə xəsarət yetirdiyini deyə bilməmişdir. Hadisə zamanı o, heç kəsi vurmamış və heç kəsə toxunmamışdır. Elman onu təhqir etdikdən sonra o, da Elmanı təhqir etmişdir. Hadisə zamanı huşu özündə olmadığına görə onu 4 nəfər şəxsin döydüyünü yazmışdır. Əslində isə onu Elman və daha sonra Araz vurmuşdur, digər 2 nəfər, Ruslan va Xıdır onu vurmamışdır. Məhkəmədə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, sonradan adını bildiyi Zərərçəkmiş şəxs əvvələr görməmiş və tanımamışdır. Təqsirləndirilən şəxsla əvvələr qonşu olmuş və bir yerdə böyümüşlər. 28 may 2023-cü il tarixdə, təxminən saat 23 radələrində Sumqayıt şəhəri 11-ci mikrorayon ərazisində, yaşadığı evin yaxınlığında marketdən evinə ərzaq alıb gedərkən, yaşadığı məhəllənin yaxınlığında, binanın arxa hissəsində 2 nəfər şəxsin dalaşdığını, onlardan birinin yüksək səslə söyüş söydüyünü görmüş, diqqətlə baxdıqda onlardan birinin uşaqlıqdan tanıdığı Təqsirləndirilən şəxs olduğunu bilmiş və dalaşan şəxsləri aralamaq, onların dalaşmasının qarşısını almaq məqsədi ilə onlara yaxınlaşmışdır. Yaxınlaşdıqda Elmanın tanımadığı, orta yaşlı, təxminən 40-45 yaşlarında olan sərxoş vəziyyətində, özünü idarə edə bilməyən, sonradan adının Elşən olduğunu bildiyi şəxslə dalaşdığını, həmin şəxsin dayanmadan nalayiq ifadələrlə Elmanı söyüb, təhqir etdiyini görmüşdür. O, yaxınlaşıb Elmanı tutub saxlamış, lakin Elşən söyüşlərə ara vermədiyindən Elman onun əlindən çıxıb həmin şəxsin üzərinə getmək istəmişdir. Elşən içkili vəziyyətdə olduğundan özünü idarə edə bilməmiş, tez-tez yerə yıxılmış, hətta yerdə olduğu zaman belə söyüşlərə ara verməmişdir. Həmin vaxt o, mübahisənin Elşənin küçənin ortasında kiçik bayıra gedərək sidik ifraz etməsi səbəbindən baş verdiyini bilmişdir. Elman isə bunu görüb dərhal Elşənə yaxınlaşıb mübahisə etmiş və aralarında dava düşmüşdür. Hətta Elman, Elşənin küçənin ortasında kiçik bayıra çıxması, insanların gözü qarşısında belə bir nalayiq hərəkət edib, ictimai qaydanı pozması barədə DİN-in 102 qaynar xəttinə belə zəng vurub, şikayət edibmiş. O, Elmanı sakitləşdirmiş və sonuncu yaşadığı evə getmiş, özü da çıxıb evinə getmişdir. O, yalnız dalaşan şəxsləri ayırmaq məqsədi ilə getmiş, gedənə qədər artıq dava başlamış və Elmanı aralamışdır. Vətəndaş kimi öz borcunu yerinə yetirmiş, dalaşan adamları ayırmışdır. Elşəni vurmamış, ona heç bir xəsarət yetirməmişdir. Hadisə 11-ci mikrorayonda yerləşən Elmanın yaşadığı binanın arxasında baş vermiş, hadisə 2-3 dəqiqə davam etmiş, ətrafda kənar şəxslər olmamış, ora heç kim toplaşmamışdır. Hadisə zamanı o, Elşənə toxunmamış və vurmamışdır. Qeyd edir ki, Elşən də Elmana əl qol atmışdır. Orada kənar şəxsləri görməmiş, heç kim gəlməmişdir. Məhkəmə iclasında qanuni nümayəndə X2 iştirakı ilə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs qonşusudur, Zərərçəkmiş şəxs isə tanımır. 28 may 2023-cü il tarixdə, gecə saat 12 radələrində evdə olduğu zaman küçədə səs-küy gəldiyini eşitmiş, evdən çıxmadan pəncərədən küçəyə boylanmışdır. Yaşadığı 2-ci mərtəbənin pəncərəsindən küçəyə baxan zaman kiminsə Elman bəsdir, dayan sözləri deməsini eşitmiş, onları görə bilmədiyindən qaranlıq olduğuna görə pəncərəni bağlayıb otağa keçmişdir. Daha sonra olanlardan isə heç bir məlumatı olmamışdır. Hadisə zamanı orada olmamış, həyətə düşməmişdir. Zərərçəkmiş şəxs görməmiş, həyətə düşmədiyindən sonuncunu vurmamış, toxunmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 21 iyun 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. (i.v. 1) 21 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v 53-54) “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 21 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CMnin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiləndirilməsi ilə bağlı ifadəsi alınmışdır. (i.v. 65-66); “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 21 avqust 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 67-70); Azərbaycan Respublikası Müdafiə Nazirliyinin MTE və PA mərkəzi tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 1305 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sol gözyuvasmm (orbitanm) aşağı divarının və burun sümüyünün cüzi yerinidəyişən, sol gözyuvasmm (orbitanm) bayır divarının və sol ang cibinin ön divarının yerini dəyişməyən, çənədə solda İ-İİ kəsici dişlərin tacının kənarı sınıqları, hər iki gözətrafı nahiyyənin hematoması, hər iki gözün subkonyuktivial qansızması, postravmatik retinopatiyası, almın sol yarısının, sol gözaltı, sol almacıq, hər iki dirsək, sol diz, sağ kürək, sol bel, sol yanaq nahiyyəsinin və alt dodağın sağ yarısının içəri selikli qişasının yaraları, sol bazunun qançırı və baş beyin silkələnməsilə müşayət olunan qapalı kəllə-beyin travması, bərk küt əşyanın (əşyaların) bilavasitə çoxsaylı yerli zərbəvi təsirindən törənmişlər, şəxsin müayinə zamanı özünün göstərdiyi tarixdə (xx.xx.2023) və şəraitdə əmələ gəlmələri inkar olunmurlar, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Ayrı-ayrılıqda qiymətləndirildikdə sol gözyuvasmm (orbitanm) aşağı divarının, sol gözyuvasmm (orbitanm) bayır divarının və sol ang cibinin ön divarının yerini dəyişməyən sınıqları sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya, burun sümüyünün cüzi yerini dəyişən sınığı, çənədə solda İ-İİ kəsici dişlərin tacının kənarı sınıqları, hər iki gözətrafı nahiyyənin hematoması, hər iki gözün subkonyuktivial qansızması, postravmatik retinopatiyası, baş beyin silkələnməsilə müşayət olunan qapalı kəllə-beyin travması sağlamlığın qısa/ müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər, almın sol yarısının, sol gözaltı, sol almacıq, hər iki dirsək, sol diz, sağ kürək, sol bel, sol yanaq nahiyyəsinin və alt dodağın sağ yarısının içəri selikli qişasının yaraları, sol bazunun qançırı isə sağlamlığa zərərvurmayan xəsarətlər olduqlarından dərəcəcləri təyin edilmir. Məhkəmə- kimyəvi tədqiqat nəticəsində Zərərçəkmiş şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində etil spirti, narkotik vasitələr, psixotrop və güclü təsiredici maddələr aşkar olunmamışdır.(i.v. 111-115) 27 iyun 2023-cü il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Şahid1 arasında üzləşdirmə istintaq hərəkəti aparılmış, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs və Şahid1 qarşılıqlı olaraq ifadələrində göstərdikləri xüsusatları bir-birlərinin üzünə qarşı bildirmişlər.(i.v. 33-35) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilmişdir. Bundan başqa iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-172/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 152.1-ci maddəsi ilə təqsirli bilinərək 06 altı ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 iyun 2003-cü il tarixli Plenum qərarının 7ci bəndinə görə cinayət Məcəlləsinin 18.1-ci maddəsində cinayətlərin residivi əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi kimi təsbit edildiyindən, residivin müəyyən olunması zamanı şəxsin əvvəllər məhkum olunub-olunmaması, olunubsa, məhkumluğunun ödənilibödənilməməsi və yaxud götürülüb-götürülməməsi yoxlanılmalı, Cinayət Məcəlləsinin 83cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və yaxud ödənilmiş məhkumluqlar, habelə böyük ictimai təhlükə törətməyən (istər əvvəl, istər yeni törədilmiş) cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar isə Cinayət Məcəlləsinin 18.4-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayətlərin residivini yaradan hallar kimi nəzərə alınmamalıdır. Odur ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olması nəzərə alınmamalıdır.(i.v. 88-96) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 100). “sübutların qiymətləndirilməsi haqqında” 27 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs əməlində AR CM-nin 127.2.3, 221.1-ci maddələrinin tərkib əlamətləri yaranmadığından həmin xüsusatlar üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. (i.v. 133-140) Azərbaycan Respublikası Konstitusiyasının 31.1-ci maddəsinə əsasən “Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75- ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyriməhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspert rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma- iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlindən peşman olması, zərərçəkmiş şəxs ilə barışıq əldə etməsi AR CM-nin 59.1.12 və 59.2-ci maddələrinə əsasən onun əməlini yüngülləşdirən hal kimi nəzərə alınamlıdır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən Bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs əməlini yüngülləşdirən halları-xüsusən zərərçəkmiş şəxslə barışıq əldə etməsini, əməlini yüngülləşdirən digər halları, əməlini ağırlaşdıran halların olmamasını, şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və hesab edir ki, təqsirləndirilən şəxsi cəmiyyətdən tam təcrid etmədən yaşayış yeri üzrə nəzarət altında saxlanılmaqla cəzanın məqsədlərinə çatmaq mümkündür. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində- ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə vaxtının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində elektron nəzarət vasitəsi tətbiq edilməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sumqayıt şəhərini və Abşeron rayonu ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 10 (on) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhər Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altmış) manat məbləğində pul ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinsin, o, 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəza çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cinayət işi üzrə mülki iddia, məhkəmə xərcləri maddi sübut yoxdur. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №1(060)-855/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-855/2023
14.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver