Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-857/2022 09.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Rafiq oğlunun sədrliyi, Bəşirov Şahin Məmmədsala oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxslərin müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakı ilə, 1999-cu il fevralın 25-də Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və 1999-cu il aprelin 04-də Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, Sumqayıt şəhəri, Nizami küçəsi 19 C, 6-cı məhəllədə qeydiyyatda olan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında ictimai qaydanın pozulmasına yönəlmiş hərəkətlərə yol verməklə xuliqanlıq edərək xx.xx.2022-ci il tarixdə, saat 03:00 radələrində Sumqayıt şəhəri, 30-cu məhəllə ərazisində yerləşən “Relaks” playstation klubunda oyun konsulunda oyun oynayan Zərərçəkmiş şəxs ilə siqaret üstündə aralarında yaranmış mübahisə zamanı heç bir əsaslı səbəb olmadan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşaiyət olunan qərəzli hərəkətlər etməklə cəmiyyət içərisində bərqərar olunan etik davranış qaydalarına riayət etməyərək, öz şəxsiyyətini digər şəxslərdən üstün tutub ictimai asayişi pozmaqla Zərərçəkmiş şəxs ilk növbədə Təqsirləndirilən şəxs2 qəfildən üz nahiyyəsindən qəsdən vurduqdan sonra, Təqsirləndirilən şəxs1 və Fərid Ağabalazədə birlikdə qərəzli hərəkətlərinə davam edərək Zərərçəkmiş şəxs qəsdən vurub ona sağ gözaltı nahiyyənin və alt göz qapağının, sağ gicgah, sağ bazu, sağ said, sol bazu, boyun, sağ diz, sol diz, döş qəfəsi nahiyyəsinin çoxsaylı qançırları kimi sağlamlığa zərərvurmayan xəsarətləri, burun sümüyünün yerdəyişməyən sınığı, sağ qaş nahiyyəsinin cərrahi tikişə ehtiyacı olan əzilmiş- cırılmış yarası, sol gözün ağlı qişasına qansıza ilə müşayət olunmuş sol gözaltı nahiyyənin və alt göz qapağının qançırı kimi sağlamlığın qısa müddətli pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli bədən xəsarəti yetirməklə xuliqanlıq etmişlər. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişlər. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs2 onun dostudur. Belə ki, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri 30cu məhəllə ərazisində yerləşən “Relaks" İnternet klubunda olarkən Fərid də ora gəlmiş və ayrıca kompyuterdə oyun oynamağa başlamışdır. Biraz oyun oynadıqdan sonra o, təqribən saat 03:00 radələrində siqaret almaqdan ötrü bayıra çıxan zaman qapının yaxınlığında adının sonradan Elmir olduğunu bildiyi şəxsin masasında siqaret olduğunu görüb ona yaxınlaşaraq ondan siqaret istəmişdir. Həmin vaxt Elmir kobudcasına siqaret yoxdu dedikdə o, Elmirə normal cavab verməsini bildirmişdir. Bu zaman Elmir əli ilə onu itələyərək “yaxşı edirəm mən beləyəm" deyib söyüş söymüşüdür. O, Elmiri bayıra çıxmağa dəvət etmiş və həmin vaxt Fərid də ona yaxınlaşaraq mübahisəni sakitləşdirməyə çalışmışdır. Elmir bu dəfə Fəridə “sən get işinlə məşğul ol" dediyi üçün, Fərid əsəbləşib Elmirin üz nahiyyəsindən bir dəfə yumruqla vurmuş və Elmir də müvazinətini itirib yerə yıxılmışdır. Həmin vaxt Fəridi sakitləşdirərəkən, Elmir yenidən onun ünvanına söyüş söydüyü üçün əsəbləşib onun sifət nahiyəsinə və bədəninə yumruq ilə vurmuşdur. Sonradan Fəridlə birlikdə onu vurmuş və mübahisə dərinləşməsin deyə oradan çıxıb getmişlər. Bu hadisə 5-10-dəqiqə davam etmiş, həmin vaxt orada tanımadığı bir-iki nəfər şəxs olmuşdur. Hazırda o, etdiyi əməldən peşman olduğunu və zərərçəkmiş şəxslə barışıq əldə etdiyini bildirdi. Bundan başqa o, 2-ci Qarabağ müharibəsi iştirakçısı olduğunu və cənab prezident tərəfindən “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın alınmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Qeyd olunanları nəzərə alaraq barəsində həbslə bağlı olmayan yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, digər təqsirləndirilən şəxs Cavad Qurbanlı ilə aralarında dostluq münasibəti vardır. Belə ki, xx.xx.2022-ci il tarixdə dostu Cavad ilə birlikdə Sumqayıt şəhəri 30-cu məhəllə ərazisində yerləşən İnternet klubunda görüşüb oyun oynamağa başlamışlar. Bir az oyun oynadıqdan sonra təqribən saat 03:00 radələrində siqaret axtarmaq uçun bayıra çıxarkən qapının yanında adını sonradan Elmir olduğunu bildiyi şəxsin masasının üstündə siqaret olduğunu görmüş və bu vaxt Cavad ona yaxınlaşaraq bir ədəd siqaret istəmişdir. Bu zaman o, Cavada uca səslə kobud cavab verərək siqaret yoxdur deyib oyunun oynamağa davam etmişdir. Cavad ona normal cavab verməsini bildirəndə o, əli ilə Cavadı itələyərək “yaxşı edirəm mən beləyəm” deyib söyüş söyməyə başlamışdır. Cavad bu zaman əsəbləşib onun üz nahiyyəsindən bir dəfə yumruqla vurmuş və zərbənin təsirindən Elmir müvazinətini itirib yerə yıxılmış və yerdə də ona bir neçə yumruq zərbələri vurmuşdur. O, Cavadla Elmiri sakitləşdirmək isdəyərkən, Elmir onuda söymüş və bu səbəbdən o, Elmiri vurmuşdur. Onlar daha sonra bayıra çıxıb orda da mübahisə etmiş və sonra ayrılaraq çıxıb getmişlər. Mübahisə təxminən 5-10 dəqiqə davam eləmiş, mübahisə vaxtı onların ətrafında tanımadığı bir-iki nəfər şəxs olmuşdur və heç kim onları ayırmamışdır. Hazırda o, etdiyi əməldən peşman olduğunu və zərərçəkmiş şəxslə barışıq əldə etdiyini bildirdi. Qeyd olunanları nəzərə alaraq barəsində həbslə bağlı olmayan yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək bildirdi ki, xx.xx.2022-ci il tarixdə saat 03:00 radələrində Sumqayıt şəhəri 30-cü məhəllə ərazisində yerləşən “Relaks" internet kluba getmişdir. Həmin internet klub iki hissədən ibarətdir və birinci hissədə adam olduğundan o, ikinci hissəyə keçmişdir. Həmin vaxt orada yalnız bir nəfər şəxs olmuş və həmin şəxsin adının sonradan Cavad olduğunu bilmişdir. Təxminən bir neçə dəqiqə sonra Cavad ona yaxınlaşaraq siqaret istəmiş və o, siqareti olmadığını bildirmişdir. Lakin Cavad yenidən siqaret istəyən zaman ona “yoxumdu qaqa" bildirmişdir. Bundan sonra Cavad yaxınlaşaraq nə dediyini soruşarkən, o, təkrarən “yoxumdu qardaşım" desə də, onun getmədiyini görüb ona “sənə dedim də yoxumdu siqaretim" bildirmişdir. Cavad ona çıxıb çöldə bir az dərdləşək, dedikdə o, işi olduğunu bildirmişdir. Cavad isə görürsən “məndə işimi saxladım" deyən zaman ayağa qalxmış və Cavada vacib işinin olduğunu bildirmiş və bu hall bir neçə dəfə davam eləmişdir. Cavaddan niyə aqressiv olduğunu soruşanda, o, “gəl çıx çölə" deyən zaman Fərid ora yaxınlaşmışdır. Cavadın danışıqlarına irad bildirərərkən, Fərid onları müşahidə etməyə başlamışdır. Bu zaman Cavad “kirpi çıx çölə” deyən zaman ona “məni hövsələdən çıxartma qardaşım" bildirmişdir. Bu zaman Fərid onun sifət nahiyyəsindən vurmuş və müvazinətini saxlaya bilməyib yerə yıxılmışdır. Bundan sonra Fərid bir-neçə şillə zərbəsi ilə baş nahiyyəsindən vurmuş və başını aşağı əyib diz üstə oturduğundan dizləri əzilmişdir. Həmin vaxt Fərid və Cavada çıxıb getmələrini bildirdikdə Cavadla aralarında yenidən mübahisə yaranmış və bu dəfə Cavad burun və üz nahiyyələrindən yumruqla vurmağa başlamışdır. Burnu qırıldığını hiss etmiş və bir neçə zərbədən sonra huşunu itirmişdir. Həmin vaxt Fərid onları ayırmaq istəsədə, qəfildən Fərid də onu vurmağa davam etmişdir. Həmin vaxt salonda bir nəfər tanımadığı şəxs olmuş, lakin mübahisə vaxtı səs-küy olmadığı üçün ora heç kim gəlməmişdir. Mubahisə təxminən 5-10 dəqiqə davam eləmişdir. Hadisədən sonra o, təqsirləndirilən şəxsləri bağışladığını və onlardan heç bir şikayət və tələbinin olmadığı bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 vermiş olduğu ifadəsində göstərdi ki, o, Sumqayıt şəhəri Sülh küçəsi 30-cu məhəllə ərazisində yerləşən “Relax" kompüter salonunu icarə əsasında işlədir. Belə ki, xx.xx.2022-ci il tarixdə, saat 23:00 radələrində kompüter salonundan çxıb evə getmiş, səhəri gün salona geri qayıtdıqda ona məlum olmuşdur ki, sonradan adlarını bildiyi Fərid və Cavad adlı şəxslər Elmir adlı şəxsi salonun daxilində döymüşdür. Hadisə zamanı kompüter salonuna hər hansı formada maddi ziyan dəyməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 vermiş olduğu ifadəsində göstərdi ki, o, Sumqayıt şəhəri Sülh küçəsi 30-cu məhəllə ərazisində yerləşən “Relax" kompüter salonunuda işləyir və salon 24 saat fəaliyyət göstərir. Belə ki, xx.xx.2022-ci il tarixdə axşam saat 09:00-dan səhər saat 09:00-dək salonda olmuşdur. xx.xx.2022-ci il tarixdə salonda təqribən 3-4 nəfər şəxs olmuş, özü isə giriş otaqda olan zaman səs-küy eşitmiş və mübahisə olan yerə gəlmiş və orada adlarını sonradan bildiyi Cavad və Fəridin Elmiri döydüklərini görmüşdür. Sonradan Cavad və Fərid oradan uzaqlaşaraq çıxıb getmişlər. Hadisə vaxtı salonda dalaşanlardan başqa 1 nəfər tanımadığı şəxs də olmuşdur. Bu hadisə təxminən-5 dəqiqə davam eləmişdir. İş üzrə keçirilmiş məhkəmə tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 817 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətllər vardır: Burun sümüyünün yerdəyişməyən sınığı, sag qaş nahiyyənin cərrahi tikişə ehtiyacı olan əzilmişcırılmış yarası, hər iki gözaltı nahiyyənin alt göz qapağının qançırları, sol gözün ağlı qişasına qansızma, sag gicgah,sag baztı, sag said.sol bazu, boyun,sag diz, sol diz, döş qəfəsi nahiyyəsinin çoxsaylı qançırları kül əşyanın təsirindən yaranmışdırlar, müayinəsindən 5-7 gün əvvələ olmaqla qərarda göstərilən xx.xx.2022-ci ildə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. İş üzrə keçirilmiş əlavə məhkəmə tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 16/817 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində olan qeyd edilmiş xəsarətlər küt əşyanın təsirindən yaranmışdır zərərçəkmişin müayinəsindən 5-7 gün əvvələ olmaqla qərarda göstərilən xx.xx.2022-ci ildə əmələ gələ bilərdilər və dərəcəsinə görə-burun sümüyünün yerdəyişməyən sınığı, sag qaş nahiyyənin cərrahi tikişə ehtiyacı olan əzilmişcırılmış yarası, sol gözün ağlı qişasına qansızma ilə müşayəl olunmuş sol gözaltı nahiyyənin və alt göz qapağının qançırı sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir, digər xəsarətllər yəni -sag gözaltı nahiyyənin və alt göz qapağının, sag gicgah, sa bazu, sag said, sol bazu, boyun, sag diz, sol diz, döş qəfəsi nahiyyəsinin çoxsaylı qançırları isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcələri təyin edilmir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən üzərində 6 (altı) ay sınaq müddəti təyin edilməklə Tərtər hərbi məhkəməsinin 14 iyul 2017-ci il tarixli, 1(098)-196/2017 saylı hökmü ilə təyin edilmiş 5 (beş) ay intizam xarakterli hərbi hissədə saxlama cəzası şərti tətbiq edilmiş, bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Medalının Vəsiqələrinin sürətindən görünür ki, Təqsirləndirilən şəxs1 2-ci Qarabağ müharibəsi iştirakçısı olmuş və Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə tərtifləndirilmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, hazırki cinayət işi üzrə o, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmış, ona dəymiş maddi ziyan tam ödənilmişdir. Ona görə də təqsirləndirilən şəxslərə qarşı heç bir tələbi və şikayəti yoxdur. Qeyd olunanları nəzərə almağı xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsləri və şahidi dindirib, iş materiallarını tam, hərtərəfli və obyektiv surətdə araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlləri Cinayət Məcəlləsinin 221.2.1-ci maddələri ilə düzgün tövsif edilmişdir və onlar həmin maddə ilə təqsirli bilinməlidirlər. Təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərilən cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə iclasında onların öz etiraf xarakterli ifadələri, zərəçəkmiş şəxsin və şahidlərin ifadələri ilə və iş üzrə toplanaraq tədqiq edilmiş digər materiallarla tam sübuta yetir. Beləliklə, məhkəmə istintaqı zamanı tam sübut olundu ki, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında ictimai qaydanın pozulmasına yönəlmiş hərəkətlərə yol verməklə xuliqanlıq edərək xx.xx.2022-ci il tarixdə, saat 03:00 radələrində Sumqayıt şəhəri, 30-cu məhəllə ərazisində yerləşən “Relaks” playstation klubunda oyun konsulunda oyun oynayan Zərərçəkmiş şəxs ilə siqaret üstündə aralarında yaranmış mübahisə zamanı heç bir əsaslı səbəb olmadan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşaiyət olunan qərəzli hərəkətlər etməklə cəmiyyət içərisində bərqərar olunan etik davranış qaydalarına riayət etməyərək, öz şəxsiyyətini digər şəxslərdən üstün tutub ictimai asayişi pozmaqla Zərərçəkmiş şəxs ilk növbədə Təqsirləndirilən şəxs2 qəfildən üz nahiyyəsindən qəsdən vurduqdan sonra birlikdə qərəzli hərəkətlərinə davam edərək Zərərçəkmiş şəxs qəsdən vurub ona sağ gözaltı nahiyyənin və alt göz qapağının, sağ gicgah, sağ bazu, sağ said, sol bazu, boyun, sağ diz, sol diz, döş qəfəsi nahiyyəsinin çoxsaylı qançırları kimi sağlamlığa zərərvurmayan xəsarətləri, burun sümüyünün yerdəyişməyən sınığı, sağ qaş nahiyyəsinin cərrahi tikişə ehtiyacı olan əzilmiş- cırılmış yarası, sol gözün ağlı qişasına qansıza ilə müşayət olunmuş sol gözaltı nahiyyənin və alt göz qapağının qançırı kimi sağlamlığın qısa müddətli pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli bədən xəsarəti yetirməklə xuliqanlıq etmişlər. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişlər və həmin maddənin sanksiyası hədləri daxilində cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, məhkəmə cəza təyin edərkən, təqsirkarın şəxsiyyətini, törətmiş olduğu əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 2-ci Qarabağ müharibəsi iştirakçısı olmasını və Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə tərtifləndirilməsini, bundan başqa zərərçəkmiş şəxslə barışıq əldə etməsini və əməlindən peşman olmasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 cəzasını ağaırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışıq əldə etməsini və əməlindən peşman olmasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 cəzasını ağaırlaşdıran hal müəyyən edilmədi. CM-nin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamından görünür ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması və cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməsi, həmin Sərəncamın 10.3-cü bəndinə əsasən törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması tövsiyə edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətini, cəzanı ağırlaşdıran halın olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu, habelə dəymiş zərərçəkmiş şəxslə barışıq əldə olunmasını və zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslərdən şikayət və tələbinin olmasını nəzərə alıb təqsirləndirilən şəxslərin cəmiyətdən təcrid olunmadan islah olunmasını mümkün sayaraq, onların ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudşlaşdırılması cəzasının tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzanı yaşadığı yer üzrə çəkməlidir. Cəzanın icrası təqsirləndirilən şəxsin yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmənin əvvəli təqsirləndirilən şəxsin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs1 üzərinə cəza çəkdiyi müddətdə yaşadığı Sumqayıt şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzanı yaşadığı yer üzrə çəkməlidir. Cəzanın icrası təqsirləndirilən şəxsin yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmənin əvvəli təqsirləndirilən şəxsin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs2 üzərinə cəza çəkdiyi müddətdə yaşadığı Sumqayıt şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk iş materiallarına əlavə edilməklə onun saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X4 Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 30 (otuz) saat, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2 Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 30 (otuz) saat, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də 360 (üç yüz altımış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına, həmçinin 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbycan Respublikası CPM-nın 348, 356, 358-ci maddələrini rəhbər tutub, Hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəzanı yaşadığı yer üzrə çəksin. Cəzanın icrası təqsirləndirilən şəxsin yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə edilsin. Cəzasının əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə cəza çəkdiyi müddətdə yaşadığı Sumqayıt şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəzanı yaşadığı yer üzrə çəksin. Cəzanın icrası təqsirləndirilən şəxsin yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə edilsin. Cəzasının əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə cəza çəkdiyi müddətdə yaşadığı Sumqayıt şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk iş materiallarına əlavə edilməklə onların saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı göstərdiyi hüquqi xidmətə görə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 180 (yüz səksən) manat, digər Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı göstərdiyi hüquqi xidmətə görə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X1 180 (yüz səksən) manat olmaqla, cəmi 360 (üç yüz altımış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq ("xxxx" ASC-nin 1 saylı Sumqayıt filialı, 09Aİİ********************, VÖEN:**********) hesabına, məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi xidmətə görə isə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq ("xxxx" ASC-nin Sumqayıt filialı, № AZ 03TURA********************, VÖEN:**********) hesabına ödənilsin. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №1(060)-857/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-857/2022
09.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver