Məhkəmə qərarları › İş №1(060)-857/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-857/2025

21.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-857/2025 21.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs, Onun müdafiəçisi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, xx xxxxxxx 1981-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 38, mənzil 27-də qeydiyyatda olan və ünvan 1-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qardaşı Şahid4 ilə birlikdə 09 iyun 2025-ci il tarixdə saat 16 radələrində Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 38, mənzil 27 ünvanında yerləşən mənzilin dəhlizində digər qardaşları Zərərçəkmiş şəxs arvadı Şahid1 zəng vurub mübahisə etməsinin səbəbini aydınlaşdıran vaxt aralarında yaranmış şəxsi münasibətlər zəmnində mübahisə zamanı Şahid4 yumruq zərbələri ilə Zərərçəkmiş şəxs üz nahiyəsinə vuraraq ona sağ gözaltı nahiyənin sıyrığı kimi yetirilən anda dərəcəsi təyin edilməyən, qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sağ paraorbital nahiyənin hematoması kimi yetirilən anda dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid alt çənə sümüyünün sol şaxəsinin, sol maksilyar sinus divarının yerdəyişməyən sınığı, burun sümüyünün burunla tənəffüsü pozan sınığı kimi, o isə təpiklə Zərərçəkmiş şəxs sol böyür nahiyəsinə vuraraq ona solda Vİ-Vİİ qabırğaların xətti sınığı kimi xəsarətlər yetirib, yetirilən anda zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdurlar. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisə baş verən vaxt içkili olmasaydı, məsələ bu həddə gəlib çatmayacaqdı. Həmin gün evdə mübahisə, səs-küy olmuşdur. O, qardaşı Rəhmana sillə və yumruqla zərbə yetirmişdir. Hazırda zərərçəkmiş şəxslə barışıb. Daha sonra Təqsirləndirilən şəxs məhkəməyə ərizə ilə müraciət edərək özünü təqsirli bildiyini, “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı tətbiq edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq müddətində verdiyi ifadəsi elan edilməklə tədqiq edildi. O, ona Cinayət Məcəlləsinin 127.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və Şahid4 qardaşlarıdır. Münasibətləri əvvəllər normal olmuş, aralarında hər hansı ədavətləri və va pis münasibətləri olmamış, qardaşlarından Rəhmanla münasibətləri son vaxtlar pozulmuşdur. Rəhman ailə üzvüləri ilə birlikdə Sumqayıt şəhəri. Yaşıldərə yaşayış massivi ərazisində, o ailə üzvüləri ilə birlikdə ünvan 1 ünvanında, qardaşı Məhəbbət isə ünvan 2tası Bəyverdi, anası Gözəl və bacısı Fəridə ilə birlikdə yaşamışdır. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə saat təxminən 11 radələrində valideyinlərinə baş çəkmək üçün onların yaşadığı ünvan 3 ünvanına getmiş, orda olduğu vaxt Rəhman zəng vurub ünvanına nalayiq ifadələr işlətməyə başlamış, sonra isə harda olduğunu soruşmuş, ona valideyinlərinin yaşadığı evdə olduğunu bildirdikdən sonra onu gözləməyini bildirib telefonu söndürmüşdür. Aradan bir müddət keçdikdən sonra saat 16 radələrində evdə atası Bəyverdi, anası Gözəl, qardaşı Məhəbbət və bacısı Fəridə ilə birlikdə olarkən birdən evin qapısı döyülmüş, bundan sonra atası Bəyverdi evin giriş japısını açdıqda qapını dövənin qardaşı Rəhm.m olduğunu, onun sərxoş vəziyyətdə olduğunu görmüşlər. Həmin vaxt Rəhman nalayiq ifadələr işlətməyə başladığından atası onun içəri girməsinə icazə verməmiş və qapını bağlamışdır. Bundan sonra Rəhman səs küy salıb qapını möhkəm döyməyə başlamış, onun bu hərəkətlərinin qonşuların narazılığına səbəb olacağını fikirləşdiklərindən qapını açıb Rəhmanı evə buraxmışlar. Evdə olan anası Gözəl isə Rəhmana eldiyi hərəkətlərə görə irad bildirib, ondan sakitləşməsini tələb edəndə Rəhman onun üstünə gedərək anasının azından tutub onu vurmac istəmiş, bunu gördükdə ilk əvvəl ona mane olmaq üçün onun üz nahiyəsinə bir sillə zərbəsi xurmuş, ondan sonra isə Məhəbbət əli ilə Rəhmanın üz nahiyəsinə bir yumruq zərbəsi vurmuşdur. Rəhman isə mətbəxə gedərək bıçaq götürmək istədiyindən Məhəbbətlə Rəhmanı yerə yıxmış və onun əllərini tutaraq onun yerədən qalxmasına icazə verməmişlər. Bundan əlavə Məhəbbət onun yerdən qalxmasına mane olmaq üçün dizini onun sinəsinə qovmuş, bu vəziyyətdə Rəhman bir qədər sakitləşdiyindən onun əl üzünə su vurub onu buraxmışlar. Ancaq Rəhmanı buraxdıqda o, yerdən qalxıb üstlərinə cummuş, bundan sonra Məhəbbətlə yenidən Rəhmanı yerə уıxmışlar. Bundan sonra isə evdə olun bacısı həridə DİN-nin 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermiş, daha sonra yaşadıqları evə gəlmiş polis əməkdaşları Rəhmanı götürüb aparmışlar. Sonradan izahatının alınması üçün polis bölməsinə dəvət edilərkən qardaşı Rəhmanın onun və Məhəbbət barəsində şikayət etdiyini öyrənmişdir. Hadisə zamanı Rəhman anasının üstünə gedib onu vurmaq istədiyindən Rəhmanın üz nahiyəsinə bir sillə zərbəsi vurmuş, birdə onun ayağına ayağı ilə badalaq verərək, yəni ayağına ayağı ilə zərbə vuraraq onu yerə yıxmış Rəhman yerə yıxıldıqdan sonra isə qardaşı Məhəbbətlə onun əllərini tutub, dizini sağ qolunun üstünə qoyaraq onun yerdən qalxmasına və başqa hərəkətlər etməsinə icazə verməmiş bundan başqa Rəhmana hər hansı formada zərbə vurmamış, hadisə zamanı qardaşı Məhəbbət də Rəhmanın üz nahiyəsinə bir yumruq zərbəsi vurmuşdur. Hadisə valideynlərinin yaşadığı evdə baş vermiş və təxminən 20 dəqiqə davam etmiş, həmin vaxt evdə atası Bəyverdi, anası Gözəl və bacısı Fəridə olmuş, hadisə zamanı Rəhman ona əl qol ataraq onu vurmağa cəhd etsə də, ancaq buna imkan verməmiş, hadisə zamanı hər hansı bədən xəsarəti almamışdır. Hadisədən əvvəl heç vaxt Şahid1 hədələməmiş, onu əxlaqsızlıqda günahlandırmamışdır. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs ibtidai istintaq müddətində verdiyini ifadəsini təsdiq etmiş, təqsirləndirilən şəxslə barışdığını bildirmişdir. Daha sonra Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir tələbinin olmadığını bildirmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Şahid4 və Təqsirləndirilən şəxs qardaşlarıdır. Mehmanla münasibətləri yaxşı olmasa da, Məhəbbətlə münasibətləri əvvəllər normal olmuş, Məhəbbətlə aralarında əvvəllər hər hansı ədavətləri və ya pis münasibətləri olmamışdır. Mehmanın isə tez-tez yaşadığı evə gələrək ailə üzvlərini narahat etməsi səbəbindən münasibətləri pis olmuşdur. Hadisədən bir neçə gün əvvəl Mehman küçədə həyat yoldaşı Mədinə ilə qarşılaşanda onu vurduğundan həyal yoldaşı Mehman barəsində Sumqayıt ŞPİ-nin 4-cü PB-nə şikayət ərizəsi yazmış, bundan xəbər tulanda Mehmana zəng vurub onunla görüşmüş, ondan həyat yoldaşı ilə arasında nə problem olduğunu soruşduqda, o heç bir əsaslı səbəb göstərmədən etdiyi əməldən peşman olmadığını bildirmişdir. Səhəri gün Mehman yenidən yaşadığı evə gələrək ailə üzvlərinin narahatçılığına səbəb olan hərəkətlər elədiyindən yenidən Mehmana zəng vurub onunla görüşmüş, o yenidən heç bir əsaslı səbəb göstərməmişdir. Səhəri gün isə həyat yoldaşı Mədinə zəng vurub Mehmanın ona zəng edərək hədələdiyini bildirdiyindən Mehmana zəng vurub onunla sürüşmək istədiyini bildirmiş, o isə atalarının evində olduğunu bildirmişdir. Bundan sonra Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 38, mənzil 27 ünvanında yerləşən mənzilə getmiş və qapını döyərək Mehmandan bayıra çıxmasını tələb elmiş, ancaq Mehman bayıra çıxmaqdan imtina elmiş, evdə olan Məhəbbət isə içəri girməsinə icazə verməyərək, qapını bağlamaq istəmişdir. Həmin vaxt əli ilə Mehmanı vurmaq istədikdə Məhəbbət buna mane olub yumruqla üz nahiyəsinə zərbələr vurmuş, zərbənin təsirindən yerə yıxıldıqda Mehman təpiklə sol böyür nahiyəsinə bir neçə təpik zərbəsi vurmuşdur. Sonra isə dizini sinəsinə sıxaraq yerdən qalxmağına icazə verməmişdir. Daha sonra huşunu itirdiyindən Mehman üz nahiyəsinə su tökərək onu ayıltmış, yerdən qalmağa çalışsada Mehman və Məhəbbət yerdən qalmağına imkan verməyərək onu yerdə sürüməyə balamışlar. Aradan bir qədər keçdikdən sonra isə polis əməkdaşları gələrək onu Sumqayıt ŞPİ-nin 1-ci PB-nə aparmışlar. Həmin gecəni polis bölməsində qaldıqdan sonra isə yaşadığı evə qayıtmış, ancaq ağrıları olduğundan tibbi yardım göstərilməsi üçün Sumqayıt şəhər TTY Xəstəxanasına müraciət etmiş, xəstəxanadan çıxdıqdan sonra isə şikayət ərizəsi yazaraq onu döyüb bədən xəsarəti yetirdiyindən qardaşlar. Mehman və Məhəbbətin cinayət məsuliyyətimlə cəlb edilmələrini xahiş etmişdir. Tbbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş qapalı kəllə beyin travması, baş-beyin sirkələnməsi, sağ paraorbital nahiyənin hemaloması. sağ göz altı nahiyəsinin sıyrığı, alt çənə sümüyünün sol şaxəsinin, sol maksilyar sinus divarının yerdəyişməyən sınığı, burun sümüyünün burunla tənəffüsü pozan sınığı xəsarətlərini qardaşı Şahid4 üz nahiyəsinə yumruq zərbləri vuraraq ona yetirmiş, tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş solda Vl-Vİİ qabırğalarının xət sınığı xəsarətlərini isə digər qardaşı Mehman təpik zərbəsi vurmaqla ona endirmişdir.Tibbi müayinə zamanı bədəni üzərində müəyyən edilmiş sol dirsəyinin sıyrığı xəsarətlərini isə Mehman və Məhəbbət onu yerdə sürütləyərkən almış, bundan başqa hadisə zamanı Məhəbbət və Mehman əlləri və ayaqları ilə bədəninin digər nahiyələrində zərbələr vuraraq ona fiziki ağrı yetirmişlər. Hadisə evin dəhlizində baş vermiş və təxminən 35-30 dəqiqə davam etmiş, həmin vaxt evdə atası Bəyverdi, anası Gözəl və bacısı Fəridə olmuşdur. Mehman həyat yoldaşının əxlaqsız olduğunu bildirdiyindən və həyat yoldaşını bununla hədələdiyindən münasibətləri buna görə pozulmuşdur. İbtidai istintaq müddətində şahid qismində dindirilmiş Şahid4 ifadəsi elan edilməklə tədqiq edildi. O, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs qardaşıdır. Münasibətləri normal olmuş, aralarında əvvəllər hər hansı ədavət və ya pis münasibətləri olmamışdır. Atası Bəyverdi, anası Gözəl və bacısı Fəridə ilə birlikdə Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 38, mənzil 27 ünvanında yaşamış, böyük qardaşı Mehman Sumqayıt şəhəri 1-ci mikroravon ərazisində öz ailə üzvləri ilə birlikdə Mehmandan kiçik, ondan isə böyük qardaşı Rəhman Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivi ərazisində ailə üzvləri ilə birlikdə yaşamışdır. Qardaşları Mehman və Rəhman arasında hər hansı mübahisə və ya ədavət olmasından məlumatsız olmuş, sonuncu dəfə xx.xx.2025-ci il tarixdə saat təxminən 16 radələrində evdə atası Bəyverdi, anası Gözəl, təsadüfən onlara gəlmiş qardaşı Mehman və bacısı Fəridə ilə birlikdə olarkən birdən evin qapısı döyülmüş, bundan sonra atası Bəyverdi evin giriş qapısını açdıqda qapım döyənin qardaşı Rəhman olduğunu, onun sərxoş vəziyyətdə olduğunu görmüşlər. Həmin vaxt Rəhman evdə olan digər qardaşı Mehmanı söhbət elmək üçün baxıra çağırsa da, Rəhmanın sərxoş vəziyyətdə olduğunu gördüyündən Mehmanın onun yanma getməsinə icazə verməmiş və qapını bağlamışdır. Bundan sonra Rəhman səs-küy salıb qapını möhkəm döyməyə başlamış, onun bu hərəkətlərinin qonşuların narazılığına səbəb olacağını fikirləşdiklərindən qapını açıb Rəhmanı evə buraxmış, evdə olan anası Gözəl Rəhmana etdiyi hərəkətlərə görə ona irad bildirib, ondan sakitləşməsini tələb edəndə Rəhman onun üstünə gedərək anasının boğazından tutub onu vurmaq istəmişdir. Bunu gördükdə əli ilə onun üz nahiyəsinə biı zərbə vurmuş. Rəhman isə zərbənin təsirindən yerə yıxılmışdır. Bundan sonra qardaşı Mehmanla Rəhmanın əllərini tutub, dizini onun sinəsinə qoyaraq onun yerdən qalxmasına icazə verməmiş, anasına isə su gətirməsini tapşırmışdır ki, Rəhmanın əl üzünə su vurub onu ayıltsınlar. Anası su gətirdikdən sonra onun üzünə su vurmuşlar. Rəhman isə özünü pis hiss etdiyini bildirib, onu buraxmalarını istəmiş, bundan sonra Rəhmanı buraxdıqda o, mətbəxə qaçıb bıçaq götürmək istədiyindən bundan sonra Mehmanla Rəhmanı yenidən yerə yıxmışıar. Bundan sonra isə evdə olan bacısı Fəridə DİN-nin 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermiş, daha sonra yaşadıqları evə gəlmiş polis əməkdaşları Rəhmanı götürüb aparmışlar. Sonradan izahatının alınması üçün polis bölməsinə dəvət edilərkən qardaşı Rəhmanın onun və Mehmanın barəsində şikayət etdiyini öyrənmişdir. Hadisə zamanı Rəhman anasının üstünə gedib onun boğazından tutaraq onu vurmaq istədiyindən Rəhmanın üz nahiyəsinə bir yumruq zərbəsi vurmuş, o zərbənin təsirindən yerə yıxıldığından bundan sonra qardaşı Mehmanla onun əllərini tutub, dizini onun sinəsinə qoşmaqla yerdən qalxmasına və başqa hərəkətlər etməsinə icazə verməmiş, bundan başqa Rəhmana hər hansı formada zərbə vurmamış, onu yumruqla vurduqdan sonra isə onun hansı bədən xəsarətləri almasını bilməmişdir. Hadisə zamanı Mehmanın Rəhmanı təpiklə vurduğunu görməmiş, Mehmanla Rəhmanı tutub onun yerdən qalxmasına icazə verməyəndə o müqavimət göstərib yerdən qalxmaq istəmiş, həmin vaxt bədəninin döşəmə ilə təmas etməsi zamanı müəyyən bədən xəsaıətləri almışdır. Hadisə yaşadıqları evin dəhlizində baş vermiş və təxminən 35-30 dəqiqə davam etdi. Həmin vaxt evdə atası Bəyverdi, anası Gözəl və bacısı Fəridə olmuş, hadisə zamanı Rəhman tərəfindən ona qarşı hər hansı formada fiziki qüvvə tətbiq edilməmiş. Rəhman onu vurmaq istəsə də buna imkan verməmişdir. İbtidai istintaq müddətində şahid qismində dindirilmiş Şahid1 ifadəsi elan edilməklə tədqiq edildi. O, ifadəsində göstərmişdir ki, Rəsul və Məhəbbət Bəyverdi oğlu və Təqsirləndirilən şəxs həyat yoldaşı Rəhmanın qardaşlarıdır. Onlarla münasibətləri uzun müddət əvvəl pisləşmiş, bunun səbəbini isə bilmir. Mehman heç bir səbəb olmadan ona zəng edərək, yaşadığı evə gələrək ona hədə qorxu gəlmiş, onu və ailəsini məhv edəcəyini bildirmişdir. Ancaq bunun səbəbini bilməmişdir. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə Mehman zəng edərək yenidən yaşadığı evə gələrək onu və ailəsini məhv edəcəyini bildirməklə onu hədələməyə başlamışdır. Məcburən bu barədə zəng vurub Rəhmana məlumat vermiş, ondan təcili olaraq yaşadıqları evə gəlməsini istəmişdir. Həmin gün saat təxminən 20 radələrində Mehman huşsuz vəziyyətdə uzanmış vəziyyətdə olan həyat yoldaşı Rəhmanın sinəsinin üstündə dizləri ilə dayanmış vəziyyətdə ona şəkil atmış, sonra isə bunu istiyirdin məzmununda sms yazmışdır. Bundan sonra zəng vurub hadisə barədə DİN-nin 102 xidmətinə məlumat vermiş, aradan bir qədər keçmiş yaşadığı evə polis əməkdaşları gəlmiş, onlar bir qədər orda gözlədikdən sonra çıxıb getmişlər. Bundan sonra Rəhmanda evə gəlmədiyindən, evdə qalmağa qorxduğundan övladlarını götürüb Xırdalan şəhərində yaşayan bacısının evinə getmişdir. Səhəri isə evə qayıtdıqda Rəhmanın yaşadıqları evə qayıtdığını onun bədəninin müxtəlif nahiyələrində bədən xəsarətlərinin olduğunu gördükdə ondan nə baş verdiyini soruşmuş, Rəhman isə onun Mehmanın zəngi barədə ona məlumat verdikdən sonra ünvan 5 ünvanına getdiyini, orda qardaşları Məhəbbət və Mehman tərəfindən döyüldüyünü, sonra isə onun barəsində sərxoş vəziyyətdə yaşadıqları evə gəldiyindən şikayət etdiklərini, bu səbəbdən Rəhmanın izahatının alınması üçün Sumqayıt ŞPİ-nin 1-ci PB-nə aparıldığım öyrənmişdir. Bundan sonra Rəhmanın səhhəti pisləşdiyindən ona tibbi yardım göstərilməsi üçün Rəhmanı xəstəxanaya aparmışdır. İbtidai istintaq müddətində şahid qismində dindirilmiş Şahid2 ifadəsi elan edilməklə tədqiq edildi. O, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, və Şahid4 övladlarıdır. Həyat yoldaşı Bəyverdi qızı Fəridə, oğlanları Məhəbbət və Məhəmmədlə birlikdə Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 38, mənzil 27 ünvanında yaşayır. Böyük oğlu Mehman Sumqayıt şəhəri 1-ci mikrorayon ərazisində öz ailə üzvləri ilə birlikdə, ondan kiçik oğlu Rəhman isə Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivi ərazisində öz ailə üzvləri ilə birlikdə yaşayır. Oğlanları Mehman və Rəhman arasında hər hansı mübahisə və ya ədavət olmasından məlumatsızdır. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə saat təxminən 16 radələrində evdə həyat yoldaşı Bəyverdi, oğlanları Məhəbbət və Mehman, qızı Fəridə ilə birlikdə olarkən birdən evin qapısı döyülmüş, bundan sonra həyat yoldaşı Bəyverdi evin giriş qapısını açdıqda qapını döyənin Rəhman olduğunu, onun sərxoş vəziyyətdə olduğunu görmüşlər. Həmin vaxt Rəhman exdə olan digər oğlu Mehmanı söhbət etmək üçün bayıra çağırsa da, Məhəbbət Rəhmanın sərxoş vəziyyətdə olduğunu gördüyündən Mehmanın onun yanına getməsinə icazə verməmiş və qapını bağlamışdır. Bundan sonra Rəhman səs-küy salıb qapını möhkəm döyməyə başlamış, onun bu hərəkətlərinin qonşuların narazılığına səbəb olacağını fikirləşdiklərindən daha sonra qapını açıb Rəhmanı evə buraxmışlar. Həmin vaxt Rəhmana elədiyi hərəkətlərə görə irad bildirib, ondan sakitləşməsini tələb edəndə Rəhman onun üstünə gələrək boğazından tutub onu vurmaq istəmiş, Məhəbbət bunu gördükdə əli ilə onun üz nahiyəsinə bir zərbə vurmuşdur. Rəhman isə zərbənin təsirindən yerə yıxılmış, bundan sonra Məhəbbət və Mehman Rəhmanın əllərini tutub, dizlərini onun sinəsinə qoyaraq onun yerdən qalxmasına icazə verməmişlər, ona isə su gətirməsim tapşırmışlar ki. Rəhmanın əl-üzünə su vurub onu ayıltsınlar. Su gətirdikdən sonra isə onun üzünə su vurmuşlar, Rəhman isə özünü pis hiss etdiyini bildirib, onu buraxmalarım istəmiş, bundan sonra Rəhmanı buraxdıqda o, mətbəxə qaçıb bıçaq götürmək istədiyindən bundan sonra Mehman və Məhəbbət Rəhmanı yenidən yerə yıxmışlar. Daha sonra isə evdə olan qızı Fəridə DİN-nin 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermiş, daha sonra yaşadıqları evə gəlmiş polis əməkdaşları Rəhmanı götürüb aparmışlar. İbtidai istintaq müddətində şahid qismində dindirilmiş Şahid3 və X1 eyni məzmunlu ifadə verərək digər Şahid2 ifadəsində göstərdiyi xüsusatların doğruluğunu təsdiq etmişlər. Cinayət işinin 4-cü vərəqəsində xx.xx.2025-ci il tarixli cinayət işinin başlanması haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti üzrə toplanmış ilkin yoxlama materialı əsasında fakta görə Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin 67-68-ci vərəqələrində olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 161-162-ci vərəqələrində olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamın məzmununa dəyişdirilərək və əlavələr edilərək Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin 107-108-ci vərəqələrində olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ MSY-dən azad edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 71-72-ci vərəqələrində olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Cinayət işinin 129-130-cu vərəqələrində olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Cinayət işinin 141-142-ci vərəqələrində olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs istintaq orqanına təqdim edilənədək dayandırılmışdır. Cinayət işinin 144-cü vərəqəsində olan xx.xx.2025-ci il tarixli könüllü gəlmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq gələrək barəsində axtarış elan edilməsindən məlumatsız olduğundan istintaqa gələ bilmədiyini bildirmişdir. Cinayət işinin 146-147-ci vərəqələrində olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. Cinayət işinin 73-cü vərəqəsində olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs istintaq orqanına təqdim edilənədək dayandırılmışdır. Cinayət işinin 82-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 10:00 radələrində Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində saxlanılaraq həmin tarixdə saat 10:15 radələrində Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gətirilmişdir. Cinayət işinin 83-cü vərəqəsində olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. Cinayət işinin 23-25-ci vərəqələrində olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 873 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs tibbi müayinəsi zamanı onun bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: "qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sağ paraorbital nahiyənin hematoması, sağ gözaltı nahiyəniı sıyrığı, alt çənə sümüyünün sol şaxəsinin, sol maksilyar sinus divarının yerdəyişməyən sınığı, burun sümüyünün burunla tənəffüsü pozan sınığı, solda 6-7-ci qabırğaların xətti sınığı, sol dirsəyin sıyrıqları”. Qeyd olunan xəsarətlər kül əşya təsirindən törənmişdir, zərərçəkmişin göstərdiyi şəraitdə kənar şəxs (şəxslər) tərəfindən təkrari zərbələrlə vurulmaqla əmələ gələ bilər, müddəti qərarda göstərilən tarixə, yəni xx.xx.2025ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir. Cinayət işinin 77-80-ci vərəqələrində olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 26/873 saylı rəyindən idən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: "qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sağ paraorbital nahiyənin hematoması, sağ göz altı nahiyənin sıyrığı, alt çənə sümüyünün sol şaxəsinin, sol maksilyar sinus divarının yerdəyişməyən sınığı, burun sümüyünün burunla tənəfiüsü pozan sınığı, solda Vİ-Vİİ qabırğaların xətti sınığı, sol dirsəyin sıyrıqları”. Qeyd olunan xəsarətlərdən alt çənə sümüyünün sol şaxəsinin, sol maksilyar sinus divarının yerdəyişməyən sınığı, burun sümüyünün burunla tənəfiüsü pozan sınığı, solda 6-7-ci qabırğaların xətti sınığı dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir. Qapalı kəllə beyin travması, baş-beyin silkələnməsi, sağ paraorbital nahiyənin hematoması-dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Sağ göz altı nahiyənin sıyrığı, sol dirsəyin sıyrıqları - sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir Cinayət işinin 34-cü vərəqəsində olan Azərbaycan Respublikası DlN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 46-cı vərəqəsində olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 103-106-cı vərəqələrində olan xx.xx.2025-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs üzləşdirilmiş, üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs bir daha xx.xx.2025-ci il tarixdə qardaşı Mehmanın həyaltyoldaşı Mədinəyə zəng vurub hədələdiyindən, Mehmana zəng vurub onunla görüşmək istədiyini bildirdiyini, Mehmanın isə atalarının evində olduğunu bildirdiyindən, bundan sonra Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 38, mənzil 27 ünvanında yerləşən mənzilə getdiyini, qapını döyərək Mehmandan bayıra çıxmasını tələb elədiyini, ancaq Mehmanın bayıra çıxmaqdan imtina eldiyindən, evdə olan digər qardaşı Məhəbbətin isə içəri girməsinə icazə verməyərək, qapını bağlamaq istədiyindən, həmin vaxt əli ilə Mehmanı vurmaq istədiyini, ancaq Məhəbbətin buna mane olub yumruqla üz nahiyəsinə zərbələr vurduğunu, zərbənin təsirindən yerə yıxıldıqda Mehmanın təpiklə sol böyür nahiyəsinə bir neçə təpik zərbəsi vurduğunu, sonra isə dizini sinəsinə sıxaraq yerdən qalxmağına icazə vermədiyini, daha sonra huşunu itirdiyindən Memanın üz nahiyəsinə su tökərək onu ayıltdığını yerdən qalmağa çalışanda Mehman və Məhəbbətin yerdən qalmağına imkan verməyərək onu yerdə sürüməyə başladıqlarını, aradan bir qədər keçdikdən sonra isə polis əməkdaşlarının gələrək onu Sumqayıt ŞPİ-nin 1-ci PB-nə apardıqlarını, tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş qapalı kəllə beyin travması. baş beyin sirkələnməsi, sağ paraorbital nahiyənin hematoması, sağ göz altı nahiyəsinin sıyrığı, alı çənə sümüyünün sol şaxəsinin, sol maksilyar sinus divarının yerdəyişməyən sınığı, burun sümüyümün burunla tənəffüsü pozan sınığı xəsarətlərini qardaşı Şahid4 üz nahiyəsinə yumruq zərbələri vuraraq ona yetirdiyini, tibbi müayinəsi zamam bədəni üzərində aşkar edilmiş solda 6-7-ci qabırğalarının xətli sınığı xəsarətlərini isə digər qardaşı Mehmanın təpik zərbəsi vurmaqla ona yetirdiyini Təqsirləndirilən şəxs üzünə qarşı bildirsədə. Təqsirləndirilən şəxs ifadəsində hadisə zamanı Zərərçəkmiş şəxs üz nahiyəsinə ancaq sillə zərbəsi vurduğunu, ona başqa hər hansı formada fiziki zor tətbiq etmədiyini bildirmişdir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini və şahidləri dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında xx.xx.2025-ci il tarixli Qərarının 5-ci maddəsinin 1-ci hissəsinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət t işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin onun barəsində amnistiya tətbiq edilməsi barədə ərizəsini və Azərbaycan Respublikası Milli Məclisinin “Konstitusiya və Suverenlik ili münasibətilə amnistiya elan edilməsi haqqında xx.xx.2025-ci il tarixli Qərarının 5.1-ci bəndinin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində amnistiya tətbiq edilməli, o məsuliyyətdən azad olunmalı və cinayət təqibinə xitam verilməli, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia və müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini, Azərbaycan Respublikası Milli Məclisinin “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında xx.xx.2025-ci il tarixli Qərarının 9.1-ci bəndinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Milli Məclisinin “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında xx.xx.2025-ci il tarixli Qərarının 5.1-ci bəndi tətbiq edilərək o cinayət məsuliyyətindən azad edilsin və onun barəsində olan iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs göstərdiyi 10 (on) saat hüquqi yardıma görə 110 (yüz on) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: FƏRİD NƏSİMİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar