Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-858/2025 10.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci il Sumqayıt şəhərində anadan olmuş, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, Bakı şəhəri, Yasamal rayonu, Akademik A.Qarayev küçəsi ev 40-da qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Qurd dərəsi bağlar massivi fərdi evdə yaşayan, barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddələri xeyli miqdarda əldə edərək saxlamaqla daşımışdır. Belə ki, istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda, 1 bükümdə təmiz çəkisi-0,507 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış, 06 oktyabr 2025-ci il tarixdə saat 18:15-də Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəh, 8-ci mkr, 17 saylı orta məktəbin arxasında saxlanılaraq üstü yoxlanılarkən əynindəki gödəkçənin sol yan cibindən həmin bükümdə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, təkrarən istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda 1 bükümdə təmiz çəkisi-0,299 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2025-ci il tarixdə saat 19:21-də Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəh, məhəllə 41 A, bina 4B-nin yaxınlığında saxlanılaraq üstünün yoxlanılması zamanı əynində olan göy rəngli şalvarının sağ ön iç cibindən həmin bükümdə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda, 1 bükümdə təmiz çəkisi-0,298 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış, 06 noyabr 2025-ci il tarixdə saat 21:03-də Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəh, məh. 41A, bina 5B-nin yaxınlığında saxlanılaraq üstünün yoxlanılması zamanı əynində olan boz rəngli şalvarının sağ ön iç cibindən həmin bükümdə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, bir müddətdir fasilələrlə narkotik vasitə və psixotrop maddələr qəbul edir. Belə ki, 06 noyabr 2025-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, 20 yanvar ərazisində olarkən orada tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün 01 büküm “heroin” almış, həmin gün Sumqayıt şəh, məh. 41A, bina 5B-nin yaxınlığında piyada hərəkətdə olarkən bir neçə şəxs yaxınlaşıb saxlaşıb, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını, qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməkdə şübhəli olduğunu bildirib üzərində qanunsuz saxladığı əşya və ya predmet varsa təqdim etməsini təklif etmişlər. O, əynində olan şalvarının cibindən bükümü çıxarıb təqdim edərək içərisində “heroin” olduğunu bildirmişdir. Həmin büküm elektron tərəzidə çəkilmiş və zərfə qoyulararaq qablaşdırılmışdır. Bundan sonra o, 5-ci PB-nə gətirilərək sənədləşdirmə işləri davam etdirilmişdir. Bundan başqa o, 30 oktyabr 2025-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, 20 Yanvar ərazisində olarkən tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün 01 bükümdə “metamfetamin” almış, həmin gün Sumqayıt şəhəri, məhəllə 41A, bina 4B-nin yaxınlığında olarkən mülki geyimli şəxslər yaxınlaşıb onu saxlamış, polis əməkdaşları olduqlarını, qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməkdə şübhəli olduğunu bildirib üzərində qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuşdur. O, əynində olan şalvarın cibində saxladığı bükümü təqdim edərək içərisində “metamfetamin” adlı psixotrop maddə olduğunu bildirmiş, həmin büküm elektron tərəzidə çəkilmiş və qablaşdırılmışdır. Bundan sonra o, 5-ci PB-nə gətirilmiş və xidməti otaqların birində sənədləşdirmə işləri davam etdirilmişdir. Qeyd edir ki, polis əməkdaşları tərəfindən ona qarşı heç bir zor və qanunsuz hərəkətlər olmamış, heç bir şikayət və tələbi yoxdur. Bundan başqa o, 06 oktyabr 2025-ci il tarixdə səhər saatlarında Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində olarkən orada tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata 01 büküm “metamfetamin” almış, həmin tarixdə Sumqayıt şəhəri, 8-ci mikrorayon, 17 saylı məktəbin arxasında piyada hərəkətdə olarkən mülki geyimli şəxslər yaxınlaşıb onu saxlamış və özlərini təqdim edib polis əməkdaşları olduqlarını və ona nədə şübhəli olduğunu bildirmişlər. Ona üzərində qanunsuz saxladığı predmet varsa təqdim etməsi təklif olunmuş, o, gödəkçəsinin cibində saxladığı bükümü çıxarıb təqdim edərək içərisində “metamfetamin” olduğunu bildirmişdir. Həmin büküm elektron tərəzidə çəkilmiş çəkisi müəyyən edildikdən sonra qablaşdırılmışdır. Bundan sonra 1-ci PB-nə gətirilmiş, xidməti otaqların birində sənədləşdirmə işləri davam etdirilmişdir. Himayəsində ahıl yaşlı anasının olmasını nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi özünün tam etirafedici ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr qəbul etməsi və üzərində gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış, 06 oktyabr 2025-ci il tarixdə, saat 18 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 8ci mikrorayon ərazisində yerləşən 17 saylı məktəbin arxasında saxlanılmışdır. Təqsirləndirilən şəxs nədə şübhəli olduğu bildirilərək üzərində qanunsuz predmet varsa təqdim etməsi təklif olunmuş, o, əynində olan gödəkçənin cibində saxladığı bükümü təqdim edərək, içərisində metamfetamin olduğunu bildirmişdir. Həmin büküm elektron tərəzidə çəkilmiş və çəkisi müəyyən edilərək qablaşdırılmışdır. İş üzrə şahid qismində dindirilmiş polis leytenantı Şahid6 da Şahid4 göstərdiyi xüsusatları təsdiq edərək onun ifadəsinə uyğun ifadə vermişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr qəbul etməsi və üzərində gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədilə əməliyyat qrupu yaradılmış, 06 noyabr 2025-ci il tarixdə, saat 21 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 41A məhəlləsi, 5B saylı binanın yaxınlığında videoçəkilişlə yaxınlaşıb özlərini təqdim edərək onu saxlamışlar. Təqsirləndirilən şəxs nədə şübhəli olduğu bildirib, ona üzərində qanunsuz hər hansı predmet varsa təqdim etməsi təklif olunmuş, o, əynində olan şalvarın cibindən içərisində “heroin” olan bümükü çıxarıb onlara təqdim etmişdir. Həmin büküm elektron tərəzidə çəkilərək çəkisi müəyyən edildikdən sonra qablaşdırılmışdır. Daha sonra digər sənədləşdirmə işlərinin aparılması üçün Təqsirləndirilən şəxs PB-nə aparılmışdır. Məhkəmə iclasında tərəflərin fikri dinlənildikən sonra ifadəsi elan edilməklə tədqiq edilmiş şahid 5-ci PB-nin əməliyyat müvəkili, polis leytenantı Şahid2 və əməliyyat müvəkkili, polis leytenantı Şahid3 da Şahid1 göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə verdiyi müəyyən edilmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid5 Şahid6 və Şahid4 göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə verdiyi müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sənədlərdən görünür ki, “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 07 noyabr 2025-ci il tarixli qərardan görünür ki, fakta görə Təqsirləndirilən şəxs barəsində CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v.1); “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, 06 noyabr 2025-ci il tarixdə, saat 21:03 dəqiqədə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 21); Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v 52-53); “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 08 noyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxsn həmin tarixdə CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsi ilə bağlı ifadəsi alınmışdır.(i.v. 61-63); “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” xx.xx.2025-ci il tarixli protokola əlavə edilmiş 1 ədəd DVD diskdə olan videogörüntüdən görünür ki, 06 noyabr 2025-ci il tarixdə Sumqayıt şəh, 41A məh, 5B saylı binanın yaxınlığında Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılması və üstünün yoxlanılmasının keçirildiyi, üstünün yoxlanılmasında əvvəl ona hüquq və vəzifələrinin izah olunaraq tutulduğu andan müdafiəçiyə malik olmaq hüququnun izah edildiyi, bundan sonra üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunduğu, Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sağ ön iç cibindən 1 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroinə bənzər kütləni təqdim edərək həmin bükümün içərisində heroin olduğunu, həmin maddəni həmin gün səhər saatlarında Bakı şəhəri, 20 Yanvar ərazisində şəxsdən 10 manata öz istifadəsi üçün aldığını bildirdiyi, həmin büküm elektron tərəziyə qoyulub çəkildiyi və sellofanla birlikdə çəkisi 0,42 qram olduğu, həmin büküm zərfə qoyulararaq qablaşdırıldığı, möhürləndiyi, üzərində qeydlər aparılaraq imzalandığı müəyyən olunmuşdur. (i.v.7-8); “Şəxsi axtarış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan və protokola əlavə edilmiş istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 1 ədəd DVD diskdə olan videogörüntüdən görünür ki, 06 noyabr 2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində Sumqayıt ŞPİ-nin 5-ci PB-də xidməti otaqların birində təhqiqatçı, polis baş leytenantı Məhəmməd Əlirzayev tərəfindən Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə edən Sumqayıt Regional Vəkil bürosunun vəkili X3 və 5-ci PB-nin əməkdaşlarının iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçirildiyi üzərindən başqa bir şey aşkar olunmadığı, bundan sonra biraz əvvəl Hacıyevin saxlanıldığı yerdə üstünün yoxlanılması zamanı üzərindən aşkar olunaraq götürülmüş içərisində narkotik vasitə olan heroin qablaşdırılaraq möhürlənmiş vəziyyətdə zərf təhqiqatçıya təqdim olunduğu müəyyən olunmuşdur. (i.v 30- 32). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20/977 nömrəli 07 noyabr 2025-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində AR DİN “Arayışlar üçün N° 242” möhür əksi, “Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 büküm kütlə; Saxlanılan şəxs: /imza/; İştirakçı: /imza/ Şahid2; Tərtib etdi: /imza/ Şahid1” əl yazıları olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,298 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir ( i.v.39-43). 09 noyabr 2025-ci il tarixdə “cinayət təqibi üzrə icraatın birləşdirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi təqsirləndirilməsinə dair ********* saylı cinayət işi ********* saylı cinayət işinə birləşdirilmiş, cinayət işi ********* nömrə altında davam etdirilmişdir. (i.v.67-68); “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 31 oktyabr 2025-ci il tarixdə (saat 12:30) fakta görə Təqsirləndirilən şəxs barəsində CM-nin 234.1-ci maddəsilə ********* saylı cinayət işi başlanmış, icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v.70); “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə, saat 19:21 dəqiqədə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur (i.v. 91); Təqsirləndirilən şəxs 31 oktyabr 2025-ci il tarixdə CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmiş, həmin tarixdə Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v 122-123); “Təqsirləndirilən şəxsin dindirilməsi” haqqında 31 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsi ilə bağlı ifadəsi alınmışdır (i.v. 132-134); “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokoldan və protokola əlavə edilmiş 01 ədəd DVD diskdə olan videogörüntüdən müəyyən olunur ki, 30 oktyabr 2025-ci il tarixdə Sumqayıt şəhəri, 41A məhəlləsi, 4B saylı binanın yaxınlığında Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 5-ci PBnin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılması və üstünün yoxlanılmasının keçirildiyi, üstünün yoxlanılmasında əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələrinin izah olunaraq tutulduğu andan müdafiəçiyə malik olmaq hüququnun izah edildiyi, bundan sonra üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunduğu, Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sağ ön iç cibindən 1 ədəd qızılı kağız bükümdə psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim edərək həmin bükümün içərisində metamfetamin olduğunu, həmin maddəni həmin gün Bakı şəhəri, 20 yanvar ərazisindən tanımadığı şəxsdən 10 manata öz istifadəsi üçün aldığını bildirdiyi, həmin büküm elektron tərəziyə qoyulub çəkildiyi və selofanla birlikdə çəkisi 0,41 qram olduğu, həmin büküm zərfə qoyulararaq qablaşdırıldığı, möhürləndiyi, üzərində qeydlər aparılaraq imzalandığı müəyyən olunmuşdur. (i.v. 76-77); “Şəxsi axtarış keçirilməsi və təqdim olunmuş əşyanın götürülməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan və protokola əlavə edilmiş istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 1 ədəd DVD diskdə olan videogörüntüdən görünür ki, 30 oktaybr 2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində Sumqayıt ŞPİ-nin 5-ci PB-də xidməti otaqların birində təhqiqatçı, polis baş leytenantı Məhəmməd Əlirzayev tərəfindən Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə edən Sumqayıt şəhər 1 saylı Vəkil bürosunun vəkili X4 və Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməkdaşlarının iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçirildiyi üzərindən başqa bir şey aşkar olunmadığı, bundan sonra biraz əvvəl Təqsirləndirilən şəxs saxlanıldığı yerdə üstünün yoxlanılması zamanı üzərindən aşkar olunaraq götürülmüş içərisində psixotrop maddə metamfetaminə bənzər maddə qablaşdırılaraq möhürlənmiş vəziyyətdə zərf təhqiqatçıya təqdim olunduğu, Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq zərfin içərisində üzərindən aşkar olunmuş 1 bükümdə metamfetamin olduğunu təsdiqlədiyi müəyyən olunmuşdur. (i.v.100- 103); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20/947 nömrəli 31 oktyabr 2025-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində AR DİN “Arayışlar üçün Nq 242” möhür əksi, “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd bükümdə kütlə; Saxlanılan şəxs: /imza/ Təqsirləndirilən şəxs; Şahid: /imza/ Şahid1; Tərtib etdi: /imza/ Şahid2” sözləri olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,299 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. “Mobil telefona baxış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan üzərində ***-***-**-** mobil nömrəli, “Samsung Galaxy J3” markalı mobil telefona baxış zamanı mobil telefonun çıxan, daxil olan zənglər, mesajlar, foto, votsap və abunəçilər bölümünə daxil olduqda cinayət işi üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat müəyyən olunmamışdır. (i.v.139-140); 01 noyabr 2025-ci il tarixdə “cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi təqsirləndirilməsinə dair ********* saylı cinayət işi ********* saylı cinayət işinə birləşdirilmiş, cinayət işi ********* nömrə altında davam etdirilmişdir. (i.v.141-142); “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 07 oktyabr 2025-ci il tarixdə fakta görə Təqsirləndirilən şəxs barəsində CM-nin 234.1-ci maddəsilə ********* saylı cinayət işi başlanmış, icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v.144); “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 06 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə, saat 18:15 dəqiqədə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 166); Təqsirləndirilən şəxs 08 oktyabr 2025-ci il tarixdə CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmiş, həmin tarixdə Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v 193-194); “Təqsirləndirilən şəxsin dindirilməsi” haqqında 08 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsi ilə bağlı ifadəsi alınmışdır (i.v. 202-204); “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokoldan və protokola əlavə edilmiş 01 ədəd DVD diskdə olan videogörüntüdən müəyyən olunur ki, 06 oktyabr 2025-ci il tarixdə Sumqayıt şəhəri, 8-ci mikr ərazisində yerləşən 17 saylı tam orta məktəbin yaxınlığında Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılması və üstünün yoxlanılmasının keçirildiyi, üstünün yoxlanılmasında əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələrinin izah olunaraq tutulduğu andan müdafiəçiyə malik olmaq hüququnun izah edildiyi, bundan sonra üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunduğu, o, əynində olan boz rəngli gödəkçəsinin sol yan cibindən 01 ədəd ağ rəngli kağız bükümdə psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim edərək içərisində metamfetamin olduğunu, həmin maddəni həmin gün səhər saatlarında Sumqayıt şəh, H.Z.Tağıyev qəs ərazisində tanımadığı şəxsdən 10 manata öz istifadəsi üçün aldığını bildirdiyi, büküm elektron tərəzidə çəkildiyi və selofanla birlikdə çəkisi 0,72 qram olduğu, zərfə qoyulararaq qablaşdırıldığı, üzərində qeydlər aparılaraq imzalandığı müəyyən olunmuşdur. (i.v.150-152); “Şəxsi axtarış keçirilməsi və təqdim olunmuş əşyanın götürülməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan və protokola əlavə edilmiş istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 1 ədəd DVD diskdə olan videogörüntüdən görünür ki, 06 oktyabr 2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində Sumqayıt ŞPİ-nin 1-ci PB-də xidməti otaqların birində təhqiqatçı, polis baş leytenantı Nicat İmranlı tərəfindən Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə edən Sumqayıt şəhər 1 saylı Vəkil bürosunun vəkili X4 və Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşlarının iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçirildiyi üzərindən başqa bir şey aşkar olunmadığı, bundan sonra biraz əvvəl Təqsirləndirilən şəxs saxlanıldığı yerdə üstünün yoxlanılması zamanı üzərindən aşkar olunaraq götürülmüş içərisində psixotrop maddə olan metamfetamin qablaşdırılaraq möhürlənmiş vəziyyətdə zərf təhqiqatçıya təqdim olunduğu müəyyən olunmuşdur. (i.v.175-177); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20/896 nömrəli 07 oktyabr 2025-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “ Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə...” sözlər və imzalar olan kağız paketdəki, 01 ədəd ağ rəngli kağız kəsiyi bükümündə təmiz çəkisi 0,507 qram ağ rəngli kristal şəkilli maddə, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. DİN BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, o, əvvllər bir neçə dəfə cinayət məsuliyyətinə cəlb edilərək məhkumluq həyatı yaşamış, sonuncu dəfə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə 01 il 07 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. (i.v. 213-215); Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-719/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü iş materiallarına əlavə edilmişdir. (i.v.216-226); CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kmi Təqsirləndirilən şəxs bu iş üzrə ittiham olunduğu əməli törətməmişdən əvvəl qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzasının sonu ilə azad edilsə də, məhkumluğu ödənilməmişdir. Ona görə də, onun yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 şəxsin Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama barədə 7069 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən xx.xx.2023-cü il tarixdən Bakı şəhər Narkoloji Mərkəzində (F19x2) diaqnozu ilə dispanser qeydiyyatdadır. (i.v. 24-25 Cild 2). “Sübutların qiymətləndirilməsi haqqında” 05 dekabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham və həmin tarixli qərarla barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılmış, barəsində CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Ekspertiza tədqiqatından sonra qalıq 0,248 qram narkotik vasitə olan heroin, 0,249 qram psixotrop maddə metamfetamin, 0,457 qram psixotrop maddə olan metamfetamin saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş, iş üzrə əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılmasını, həmçinin təqdim olunmuş əşyalara baxış keçirilməsi və götürmə aparılmasının videotəsvirlərini əks etdirən 04 ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmış, dindirmə protokolları, şəxsi axtarış və götürmə aparılması haqqında protokollar, götürülmüş maddi sübut, məhkəmə-kimyəvi, məhkəmə-narkoloji ekspertiza rəyi, ilkin təhqiqat materialları, eləcə də istintaq sənədləri iş materiallarına uyğun olduğundan sübut kimi qiymətləndirilmişdir. (i.v.53-62; Cild 2); Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun tam etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsir olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının 14cü bəndinə görə CM-in 234.4.2-ci maddəsi ilə həmin Məcəllənin məhz 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulmuş əməllərin təkrar törədilməsinə görə məsuliyyət müəyyən edildiyindən, yəni narkotik vasitələri və ya psixotrop maddələri satış məqsədi olmadan qanunsuz olaraq təkrar əldə etmə və ya saxlama tövsifedici əlamət kimi CM-in 234-cü maddəsində nəzərdə tutulmadığından, əvvəllər CM-in 234.1 və ya 234.1-1-ci maddəsində göstərilən cinayəti törətmiş şəxs tərəfindən eyni əməllərin törədilməsi CM-in 234.4.2-ci maddəsi ilə tövsif oluna bilməz. Belə hallarda satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda və ya külli miqdarda və ya xüsusilə külli miqdarda bir neçə dəfə əldə etmə, saxlama, daşıma, emal etmə, hazırlama əməli hər bir əməldə narkotik vasitənin (psixotrop maddənin) miqdarı xeyli miqdar olduqda - CM-in 234.1-ci maddəsi, külli miqdar olduqda – CM-in 234.1-1-ci maddəsi, xüsusilə külli miqdar olduqda – CM-in 234.4-1-ci maddəsi ilə tövsif olunmalı, CM-in 234.1-ci və ya 234.1-1-ci və ya 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin təkrar törədilməsi isə CM-in 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin təkrar törədilməsi və cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 234.1-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə cəzasına nisbətən daha yüngül cəza olan azadlığın məhdudlaşdırılması cəzası nəzərdə tutulmuş olsa belə, onu həmin cəza ilə islah etmək mümkün deyildir. Əvvəllər də məhkumluq həyatı yaşamasına baxmayaraq islah olmamış, yenidən qəsdən az ağır cinayət törətmişdir. Göründüyü kimi onun narkotik maddələrdən asılılığı vardır. Məhkəmə məhz qeyd edilən halları nəzərə alaraq təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasını təyin etməyi daha ədalətli, qanuni və əsaslı hesab edir. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi həmin şəxsdə cinayət törədilməsinin vərdişə çevirilməsinə, fərdi maraqları ilə cəmiyyətin maraqları arasında davamlı ziddiyyətin olmasına dəlalət edir ki, bu da həmin şəxsin törətdiyi əməlin ictimai təhlükəliliyinə və onun şəxsiyyətinə adekvat qiymətin verilməsini zəruri edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Qəsdən yeni cinayət törətməklə şəxs, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmiş olur. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrin növlərini onların miqdarının xeyli miqdarın minimum həddindən bir neçə dəfə çox olmasını, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, lakin onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona CM-in 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli olmasına qənaətinə gəlir. Təqsirləndirilən şəxs CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində “həbs” qətimkan tədbiri seçilməli, məhkəmə iclas zalından dərhal həbs edilməli, cəzasının əvvəli 10 fevral 2026-cı il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı və onun xx.xx.2023-cü il tarixdən Bakı şəhəri NM-də F19x2 diaqnozu ilə qeydiyyatda olması nəzərə alınmalıdır. Cinayət işi üzrə məhkəmə fiziki-kimyəvi ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 183 manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. İş üzrə maddi sübut-Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan-tədqiqatdan sonra qalıq qalmış 0,248 qram narkotik vasitə heroin, 0,249 qram və 0,457 qram psixotrop maddə metamfetamin məhv edilməli, şəxsi axtarış və götürmə aparılmasını əks etdirən 04 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 08 iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 28 aprel 2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından vəkil Müdafiəçi 88 manat məbləğində pul ödənilməlidir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 oktyabr 2025-ci il tarixdən, 08 oktyabr 2025-ci il tarixədək, 30 oktyabr 2025-ci il tarixdən 31 oktyabr 2025-ci il tarixədək, 06 noyabr 2025-ci il tarixdən 08 noyabr 2025-ci il tarixədək tutulduğu 05 (beş) gün müddət təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrum etmə cəzasının müddəti qəti olaraq 01 (bir) il 11 (on bir) ay 25 (iyirmi beş) gün müəyyən edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli 10 fevral 2026-cı il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və onun xx.xx.2023-cü il tarixdən Bakı şəhəri NM-də F19x2 diaqnozu ilə qeydiyyatda olması nəzərə alınsın. Təqsirləndirilən şəxs 183 (bir yüz səksən üç) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, qalıq çəkisi 0,248 qram narkotik vasitə heroin, 0,249 qram və 0,457 qram psixotrop maddə metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video görüntünü əks etdirən 04 (dörd) ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 88 (səksən səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs təqdim edildiyi andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №1(060)-858/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-858/2025
10.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver