Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-863/2022 09.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx xxxx 1978-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 18 iyul 2022-ci il tarixdə saat 04:00 radələrində yaşadıqları Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 21/29, 87 saylı mənzilin qonaq otağında qızı Zərərçəkmiş şəxs ilə Şəki rayonunda olarkən “Whatsapp” sosial şəbəkə vasitəsi ilə göndərdiyi mesajlara cavab yazmaması səbəbindən aralarında yaranmış mübahisə zamanı qəsdən sonuncunun sifət və burun nahiyəsinə yumruqla bir neçə dəfə vuraraq Zərərçəkmiş şəxs burun sümüyünün natamam xətti sınığı və burun nahiyənin qançır-şişkinliyi ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirib zərərçəkmiş Zərərçəkmiş şəxs qəsdən sağlamlığına “YÜNGÜL” zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Şahid onun arvadıdır, Zərərçəkmiş şəxs isə onun qızıdır. Onlarla münasibəti normal olmuş, aralarında ədavətləri olmamış, arada aralarında ailə mübahisələri olmuşdur. Şahid ilə 2001-ci ildə ailə həyatı qurmuşdur. Onların rəsmi nikahlarından 02 (iki) övladları olmuşdur. Oğlu Malik hazırda Türkiyə Respublikasının Ankara şəhərində təhsil alır. Onlar Sumqayıt şəhəri, 4-cü mikrorayon, ünvan 2 ünvanında yaşamışlar. Son zamanlar əsəbləri korlandığı üçün o, hər şeyə tez reaksiya vermişdir. İyul ayının ortalarında arvadı Elyanura, bacısı Mehbarə və başqa qohumlar birlikdə turla Quba rayonuna gəzməyə getməli olmuşlar və gedən qohumları içərisində digər bacısı oğlanları da getməli olmuşdur. O, xx.xx.2022-ci il tarixdə səhər saat 04:00 radələrində qızı İnarə və arvadı Elyanuranı aparıb avtobusa yola salmışdır. Orada bacısı Mehbarə Adıgözəlzadə, onun qızı Aydan Adıgözəlzadə də olmuşlar. O onları avtobusa mindirmiş və çıxıb evə getmiş, lakin yolda öyrənmişdir ki, bacısı oğlanları onlarla birlikdə getməmiş, onlar Quba rayonuna yox, Şəki rayonuna getmişlər. Bunların bu hərəkəti onun əsəbinə toxunmuş və o, Elyanuraya zəng edib tez avtobusdan düşüb geri qayıtmalarını demiş, lakin onun sözünə qulaq asmayıb Şəki rayonuna getmişlər. Onlar həmin gün axşam saat 23:00 radələrində Sumqayıt şəhərinə geri qayıtmalı olduğu halda avtobus sürücüsü avtobusu yavaş sürdüyü üçün xx.xx.2022-ci il tarixdə səhər saat 04:00 radələrində Sumqayıt şəhəri, 6-cı mikrorayon dairəsinə çatmışlar, oradan da taksiyə minib yaşadıqları evə gəlmişlər. Həmin vaxt o evin həyətində onları gözləmişdir. Onlar Şəki rayonunda olanda o qızı İranə ilə telefonla əlaqə saxlamış, lakin qızına dəfələrlə zəng etsə də, zənginə cavab verməmişdir və ona yazdığı mesajlara cavab yazmamışdır. O da qızının onu telefonda bloka atığını düşünmüşdür. Ona görə ona çox əsəbi olmuşdur. Onlar evə qalxmışlar, evdə olarkən o əsəbi halda qızı İnarəyə nə üçün votsapda yazdığı mesaja cavab yazmadığını, onu bloka atdığını soruşmuş, İnarə də ona onu bloka atmadığını, interneti olmadığı üçün votsapda mesaj ona gəlmədiyini bildirmişdir. O da əsəbləşib İnarəyə onu bloka atan qızın ona lazım olmadığını deyib İnarayə yaxınlaşaraq sillə ilə sifətindən vurmuş, İnarə yerə yıxılmış, sonra isə ayağa qalxıb burnu qanadağı üçün gedib burnuna buz qoymuşdur. Daha sonra o əsəbi olduğu üçün sakitəşməyərək İnarənin "İphone 11” markalı mobil telefonu masanın üstündə olduğu üçün həmin telefonu masanın üzərindən götürərək yerə çırpmışdır. Lakin telefon sınmadığı üçün kəlbətin götürərək həmin kəlbətinlə mobil telefonun üzərinə 02 (iki) dəfə vurub ekranını sındırmışdır. Arvadı Elyanura uşağı götürərək digər otağa keçmişlər, o da sakitləşib uzanıb yatmışdır. Həmin günün səhərisi, yəni xx.xx.2022-ci il tarixdə Elyanura zəng edib hadisə barədə anası Əsmayəyə demiş, anası Əsmayə də evinə gəlmiş, evdə səs küy salıb uşaqları götürüb getmişdir. Hadisə yaşadığı evdə baş vermiş və təxminən 05 (beş) dəqiqə davam etmişdir. Hadisə vaxtı o qızı İnarə və arvadı Elyanura evdə olmuşlar, başqa yanında heç kim olmamışdır. Elyanura və Zərərçəkmiş şəxs ifadələrində İnarəni 03 (üç) dəfə yumruqla burnundan və sifət nahiyyəsindən vurması barədə göstərdiyi xüsusatlar barədə bildirmişdir ki, o qızı İnarəni yumruqla vurduğunu xatırlamamış, lakin onun sifətindən sillə ilə vurmuş, İnarə də zərbənin təsirindən yerə yıxılmış, yerdən duranda isə onun sifəti qan içində olmuşdur. Əməlindən peşmandır. Zərərçəkmiş şəxslə barışdıqlarını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, onun Malik adlı qardaşı hazırda Türkiyə Respublikasının Ankara şəhərində təhsil alır. Onlar Sumqayıt şəhəri, 4-cü mikrorayon, ünvan 3 ünvanında yaşamışlar. xx.xx.2022-ci il tarixdə səhər saat 04:00 radələrində o anası Elyanura, bibisi Mehbarə Adıgözəlzadə, onun qızı Aydan Adıgözəlzadə ilə birlikdə Sumqayıt şəhəri, 6-cı mikrorayon dairəsində dayanan avtobusa minərək turla Şəki rayonuna getmişlər. 6-cı mikrorayona onları elə atası Ramin aparıb ötürmüşdür. Onlar həmin gün axşam saat 23:00 radələrində Sumqayıt şəhərinə geri qayıtmalı olduqları halda avtobus sürücüsü avtobusu yavaş sürdüyü üçün xx.xx.2022-ci il tarixdə səhər saat 04:00 radələrində Sumqayıt şəhəri, 6-cı mikrorayon dairəsinə çatmışlar, oradan da taksiyə minib yaşadıqları evə gəlmişlər. Həmin vaxt Ramin evin həyətində onları gözləmiş, onlar evə qalxmışlar. Evdə olarkən Ramin əsəbi halda ona nə üçün votsapda yazdığı mesaja cavab yazmadığını, onu bloka atdığını soruşmuş, o da ona demişdir ki, onu bloka atmamış, interneti olmadığı üçün votsapda mesaj gəlməmişdir. Ramin də ona demişdir ki, onu bloka atan qız lazım deyil və yaxınlaşaraq onu 03 (üç) dəfə yumruqla burun və sifət nahiyəsinə vurmuş, o yerə yıxılmış, sonra isə ayağa qalxmış, burnu qanadağı üçün gedib burnuna buz qoymuşdur. Daha sonra Ramin bununla sakitləşməyərək onun “İphone 11” markalı mobil telefonunu masanın üstündə olduğu üçün həmin telefonu masanın üzərindən götürərək yerə çırpmış, lakin telefon sınmadığı üçün o kəlbətin götürərək həmin kəlbətinlə mobil telefonun üzərinə 02 (iki) dəfə vurub ekranını sındırmışdır. Anası Elyanura onu götürərək digər otağa keçib oturmuşlar. Həmin günün səhərisi günü, yəni xx.xx.2022-ci il tarixdə anası Elyanura zəng edib hadisə barədə nənəsi Əsmayəyə demişdir. Nənəsi Əsmayə də onlara gəlib bu halını görüb tez onu həkimə aparmağı bildirmiş, sonra isə özü DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. “İphone 11” markalı mobil telefonu 2022-ci ilin iyun ayında Sumqayıt şəhəri “Kolxoz Bazarı”nın yanında yerləşən “İrşad Telekom”dan 1330 (bir min üç yüz otuz) manata kreditə götürməklə hər ay 113 (bir yüz on üç) manat ödəmiş, Raminin telefonu sındırması nəticəsində ona 160 (bir yüz altmış) manat maddi ziyan vurulmuşdur. Hadisə baş verdikdən sonra o anası Elyanura ilə birlikdə evdən çıxaraq hazırda nənəsi Əsmayənin yaşadığı ünvan 4 ünvanına getmişlər və orada yaşayırlar. Hadisə atası Raminin yaşadığı evdə baş vermiş və təxminən 05 (beş) dəqiqə davam etmişdir. Hadisə vaxtı o anası Elyanura və atası Ramin evdə olmuşlar, başqa yanında heç kim olmamışdır. Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ona görə də, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan məkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 1057 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində burun sümüyünün natamam xətti sınığı və burun nahiyyənin qançır-şişkinliyindən ibarət bədən xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyalar) təsirindən yaranmışdır, müayinədən bir günə qədər əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə yumruqla yetirilən zərbənin təsirindən əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Beləliklə də, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməli tam sübut olunur. İş üzrə toplanmış sübutlar onun təqsirinin sübuta yetirilməsi üçün kifayət edir. İş materiallarında olan qətimkan tədbiri seçmək haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan 12 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlililk dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxslə barışsa da, iş materiallarında olan tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Sumqayıt ŞPİ tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci madəsinə əsasən xitam verilərək cinayət məsuliyyətindən azad edilmişdir və ona görə də, yenidən cinayət məsuliyyətindən azad edilə bilbəz. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin qeyd hissəsində bu Məcəllənin 72–73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilməsi göstərilmişdir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 05 (beş) saat vaxt sərf etmişdir. Ona görə də, 30 (otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 44.1-ci maddəsinə əsasən cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. Həmin Məcəllənin 44.2-ci maddəsinə əsasən cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla iyirmi min manatadək miqdarda və ya cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir mislindən on mislinədək miqdarda, habelə cinayətin predmetinin dəyərinin yüz faizinədək miqdarda müəyyən olunur. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halı nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət qanununun onun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı və hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalıdır. İş üzrə mülki iddia, məhkəmə xərci və müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-354-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib 1000 (bir min) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 30 (otuz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ**********0000001944 VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-863/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-863/2022
09.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver