Məhkəmə qərarları › İş №1(060)-864/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-864/2025

12.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-864/2025 12.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxx 1999-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 127.1-ci maddəsi təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, o, xx.xx.2025-ci il tarixdə saat 18 radələrində Sumqayıt şəh. Dəmiryolu yük həyəti ərazisində Zərərçəkmiş şəxs yaşadığı evin yaxınlığında olan zaman Zərərçəkmiş şəxsla şəxsi münasibətlər zəmnində mübahisə edib sonuncunun telefonda ona qarşı nalayiq ifadələr işlətməsinə görə əsəbiləşərək aralarında bu zəmində davam edən mübahisənin gedişində Zərərçəkmiş şəxs sifət nahiyəsinə qəsdən başla bir dəfə vuraraq, ona burunun sağ gözaltı nahiyyəni tutan qançırı, burun sümüyünün burunla tənəffüsü pozan yerdəyişən sınığı, burnun sıyrıqları, sağ dirsəyin sıyrığı xəsarətləri ilə müşayiət edilən, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xəsarətlər yetirərək zərərkmiş şəxs Zərərçəkmiş şəxs qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, 18 may 2025-ci il tarixdə o, Şahid3 ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Reyhanla aralarında ailə münaqişəsi olduğu üçün 26 iyun 2025-ci il tarixdə anası Şahid2 Reyhanı yaşadıqları evdən götürərək öz evinə aparmış, 27 iyun 2025-ci il tarixdə günorta saatlarında o, Sevinclə telefonla danışarkən Reyhanın əmisi Vüqar telefonu alaraq onunla danışıb, onu nalayiq söyüşlərlə söyməyə başlamışdır. O, Vüqarın sözlərindən əsəbləşərək görüşmək istədiyini demiş və dostu Məhəmmədlə birlikdə Vüqarın yaşadığı, Sumqayıt şəhəri, Dəmiryolu yük həyəti ərazisinə getmişdir. Onlar yolda Vüqarla görüşmüş, Vüqardan nə üçün ona söyüş söydüyünü soruşduqda, Vüqar söyüş söymədiyini bildirmişdir. Həmin vaxt Vüqarın əli cibində olmuş, o, da Vüqarın cibindən nəsə çıxardacağından narahat olaraq başı ilə, yəni kəllə ilə onun burnundan bir dəfə vurmuşdur. Həmin vaxt yanında olan dostu Məhəmməd və səsə gələn tanımadığı qonşular onları ayırmışlar. O, da Məhəmmədlə oradan çıxıb getmişdir. Özünü CM-nin 127.1-ci maddəsi ilə təqsirli bildiyini, əməlindən peşman olduğunu, barəsində Azərbaycan Respublikası Milli Məclisi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli amnistiya qərarının tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, Sumqayıt ŞPİ-nin 5-ci PB-nə şikayət ərizəsi ünvanlamışdır. 2025-ci ilin may ayında qardaşı qızı X2 Nəbiyevlə ailə həyatı qurmuş, ailə həyatı qurduqdan sonra Nəbi mütəmadi olaraq Reyhanla münaqişə edərək onu incitdiyi üçün 26 iyun 2025-ci il tarixdə anası Sevinc Reyhanı öz yaşadığı, Sumqayıt şəhəri, Yaşıldərə bağlan ərazisində yerləşən evinə gətirmişdir. 27 iyun 2025-ci il tarixdə günorta saatlarında onların evində olarkən Sevincin Nəbi ilə telefonda danışaraq mübahisə etdiyini görüb, telefonu alaraq Nəbi ilə danışmağa başlamış, Nəbi telefonda onu söydüyü üçün o, da Nəbini söymüşdür. Bundan sonra Sevinc və Reyhanı öz yaşadığı evə gətirmişdir. Həmin gün təxminən saat 18 radələrində yaşadığı evdən küçəyə çıxmış və Nəbinin dostu Məhəmmədlə gəldiyini görmüşdür. Onlar söhbət etmək üçün yoldan kənarda olan ara küçəyə keçmişlər. Orada Nəbi telefonda ona ağır söyüş söydüyünü iddia etməyə başlamış, o, da Nəbiyə belə söyüş söymədiyini bildirmişdir. Nəbi qəfildən başı ilə onun burun nahiyyəsindən bərk bir zərbə ilə vurmuş, o, burun nahiyyəsindən xəsarət almışdır. Nəbi ilə Məhəmməd oradan çıxıb getmişlər. Mübahisə təxminən 2-3 dəqiqə davam etmiş, münaqişə zamanı orada o, Nəbi və Məhəmməddən başqa kimsə olmamışdır. Səs-küyə baldızı Sevinc və digər qonşular ora gələrək onları ayırmışlar. Təqsirləndirilən şəxslə barışmamış, ondan şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, qızı Reyhan 2025-ci ilin may ayında Təqsirləndirilən şəxslə ailə həyatı qurmuş, ailə həyatı qurandan bir qədər sonra Nəbi mütəmadi olaraq Reyhanla münaqişə edərək onu incitdiyi üçün 26 iyun 2025-ci il tarixdə o, Reyhanı öz yaşadığı, Sumqayıt şəhəri, Yaşıldərə bağları ərazisində yerləşən evinə gətirmişdir. X4 Rusiya Federasiyasında yaşadığı üçün həmin gecə o, qaynı Zərərçəkmiş şəxs zəng etmiş və gəlib onlarda qalmasını xahiş etmişdir. Vüqar da gəlib onlarda qalmışdır. 27 iyun 2025-ci il tarixdə günorta saatlarında Nəbi ona zəng etmiş və onunla telefonda kobud danışmışdır. Həmin vaxt Vüqar yanında olmuş və Nəbinin telefonda onunla mübahisə etdiyini görüb, telefonu alaraq Nəbi ilə danışmağa başlamış, Vüqar Nəbidən nə üçün onları narahat etdiyini soruşmuş, Nəbi isə Vüqara qarışmamasını bildirmişdir. Bundan sonra Nəbi Vüqarla görüşmək istədiyi və onların qaldıqları ünvana gələcəyini bildirmişdir. Təxminən saat 18 radələrində Vüqar, o, və qızı Vüqarın yaşadığı Sumqayıt şəhəri, Dəmiryolu yük həyəti ərazisində yerləşən evinə gəlmişlər. Həmin vaxt Nəbi ona zəng etmiş və Vüqarla görüşmək üçün onların yaşadıqları evin qarşısına gəldiyini bildirmiş, o, Vüqarın evində olduqlarını demişdir. Bir neçə dəqiqə sonra Nəbi həmin yerə gəlmiş və yanında dostu Məhəmməd də olmuşdur. Onlar maşından düşmüş və Vüqarın yanına getmişlər. Bir qədər söhbət etdikdən sonra Nəbi qəflətən kəllə ilə Vüqarın sifət nahiyəsinə bir dəfə vurmuşdur. O, bunu görən kimi dərhal həyətə çıxmışdır. Həmin vaxt orada artıq digər şəxslər olmuş və Vüqarla Nəbini aralamışlar. Bundan sonra Nəbi ilə Məhəmməd oradan çıxıb getmişlər. Məhkəmə iclasında tərəflərin fikri dinlənildikən sonra Şahid1 və Şahid3 ifadələri elan edilməklə tədqiq edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” 10 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, fakta görə CM-nin 127.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmışdır. (i.v.1); “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, 10 oktyabr 2025-ci il tarixdə, saat 17:10 dəqiqədə Təqsirləndirilən şəxs CM-nin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 39); Təqsirləndirilən şəxs 11 oktyabr 2025-ci il tarixdə CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v 48-49); “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 11 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-nin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsi ilə bağlı ifadəsi alınmışdır (i.v. 58-60); “Qətimkan tədbirinin seçilməsi haqqında” 11 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v. 61-62); AR SN-nin MTE və PAB X3 xx.xx.2025-ci il tarixli, 952 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində-burun tənəffüsünün pozulması ilə müşayət olunan burun sümüklərinin qapalı yerdəyişən sınığı, burun nahiyyəsinin səthi əzilmiş-cırılmış yarası aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən yıımruqlabaşla vurulmaqla əmələ gələ bilər, müddəti zərərçəkənin Sumqayıt şəhər TTYX-na müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2025- ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aid edilir. Xəsarətlərin özü tərəfindən özünə yetirilməsi inkar olunur (i.v. 11- 14); “Hadisə yerinə baxış keçirilməsi haqqında“ 22 noyabr 2025-ci il tarixli protokoldan görünür ki, baxış keçirildiyi yer Sumqayıt şəhəri, Dəmiryolu yük həyəti ərazisində yerləşən məhəlləyə, yəni Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinə doğru gedən yoldur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs məhəlləyə gedən yolun üzərində yaşayış binasının qarşısında olan su sayğacın quraşdırıldığı yeri göstərib bildirmişdir ki. həmin yerdə Zərərçəkmiş şəxs ilə mübahisə edib başı ilə sonuncunun sifət nahiyəsinə bir dəfə vurmuşdur.(i.v.77-83); Zərərçəkmiş şəxs 01 dekabr 2025-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınımışdır. (i.v.84); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (i.v.69); “Sübutların qiymətləndirilməsi haqqında” 08 dekabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 127.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, sonuncu barəsində CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri olmadığından həmin xüsusatlar üzrə barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. (i.v. 95-99); Təqsirləndirilən şəxs xx.xx.2026-cı il tarixli ərizəsindən görünür ki, özünü CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilir, əməlindən peşmandır və barəsində amnistiya tətbiq edilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxsin, şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarın 5.1-ci bəndinin təsiri altına düşür. Məhkəmə Təqsirləndirilən şəxs ərizə təqdim edərək “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarına uyğun olaraq barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etməsini nəzərə alaraq hesab edir ki, “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarın 5.1-ci bəndinə əsasən onun barəsində CM-nin 127.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 515.2-ci maddəsinə əsasən amnistiya aktının tətbiq edilməməsi və ya düzgün tətbiq edilməməsi haqqında məhkumun ərizəsinə amnistiya aktı və cinayət qanununun müddəalarına müvafiq olaraq cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınmaqla cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən baxılır. “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci bəndinə əsasən icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); Məhkəmə hesab edir ki, “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci bəndinə əsasən Təqsirləndirilən şəxs CM-nin 127.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən 09 iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 28 aprel 2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından vəkil Müdafiəçi1 99 manat məbləğində pul ödənilməlidir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin məcəllənin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-in 39.1.12, 43.3, 175.5, 321.2.1, 346, 347.1 maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1-ci bəndinə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Müdafiəçi1 tərəfindən göstərilmiş hüquqi yardıma görə 99 (doxsan doqquz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar