Məhkəmə qərarları › İş №1(060)-868/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-868/2022

27.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-868/2022 27.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi: Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1986-cı ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Sumqayıt şəhəri, Bulvar ərazisi, Kristal ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxsnun Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 22 avqust 2022-ci il tarixdə, saat 13 radələrində Sumqayıt şəhəri, Sərvər Bədəlbəyli küçəsində yerləşən “Qayalı” marketdə satıcı işləyən Zərərçəkmiş şəxs ilə marketdə olan hansısa malın üzərində qiymət olmaması səbəbindən aralarında yaranmış mübahisə zamanı heç bir əsaslı səbəb olmadan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə cəmiyyət içərisində bərqərar olunan etik davranış qaydalarına riayət etməyərək, öz şəxsiyyətini digər şəxslərdən üstün tutub ictimai asayişi pozmaqla marketdə olan digər işçilərin və müştərilərin gözü qarşısında Zərərçəkmiş şəxs nalayiq ifadələrlə təhqir etmiş, yaranmış səs-küyə yığışan işçilərin onu sakitləşdirməsinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirərək Zərərçəkmiş şəxsnm üzərinə hücum edib yumruqla sonuncunun sifət nahiyəsinə qəsdən zərbə vuraraq ona sağ gözaltı nahiyənin, əli ilə sağ qolunu sıxmaqla isə sağ saidin qançırları ilə nəticələnən, dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən bədən xəsarətləri yetirməklə xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onunla ədavət və ya düşmənçiliyi olmamışdır. O, arabir Sumqayıt şəhəri, Sərvər Bədəlbəyli küçəsində yerləşən “Qayalı” mağasına geyim almaq üçün getmişdir. Həmin mağazaya arabir getdiyindən Zərərçəkmiş şəxs da həmin mağazada satıcı kimi işlədiyini bilmiş, lakin buna baxmayaraq aralarında heç bir münasibət olmamışdır. 22 avqust 2022-ci il tarixdə, təxminən saat 13 radələrində iki azyaşlı övladları ilə birlikdə “Qayalı” mağazasına getmişdir ki, özünə alt paltarı alsın. Orada olan paltarlara baxan zaman alt paltarlarından birini götürmüş və üzərində qiymətinin yazılmadığını görmüşdür. Satıcı Jalədən həmin paltarın qiymətini soruşanda isə sonuncu ona əsəbi şəkildə cavab verərək “bilmirəm” demişdir. O, təkrar Jalədən paltarın qiymətini soruşanda və üzərində qiymətinin olmadığını bildirəndə Jalə yenə də ona əsəbi şəkildə cavab verib paltarın qiymətini deməmişdir. Jalənin onunla kobud danışdığını görüb sonuncuya öz iradını bildirmişdir. Jalə isə yenə də onunla kobud danışmış, sonra isə sonuncu ona “vəhşi küçə heyvanı” deyib ünvanına təhqiramiz ifadələr işlətmişdir. Daha sonra o, Jaləyə əhəmiyyət verməyib mağazadan çıxmaq qərarına gəlmişdir. Mağazadan çıxan zaman isə Jalə ucadan onun ünvanına nalayiq söyüşlər söyməyə başlamışdır. O, isə yenə də öz iradını bildirəndə Jalə daha da əsəbi şəkildə onu söyməyə davam etmişdir. O, da əsəbiləşib Jaləyə yaxınlaşaraq yumruqla bir dəfə sifət nahiyyəsindən vurmuşdur. Bundan sonra orada olan adamlar onları aralaşdırmış və o mağazadan çıxıb getmişdir. Jalə ilə aralarında olan mübahisə 22 avqust 2022-ci il tarixdə, saat 13 radələrində Sumqayıt şəhəri, Sərvər Bədəlbəyli küçəsində yerləşən “Qayalı” mağazanın içərisində baş vermişdir. Mübahisə zamanı o, Jalənin sifət nahiyyəsinə bir dəfə yumruqla zərbə vurmuşdur. Əgər Jalə onunla kobud danışmasaydı və ünvanına nalayiq ifadələr işlətməsəydi sonuncunu vurmaq məqsədi olmamışdır. Jalə onu vurmamış və ona heç bir xəsarət yetirməmişdir. Həmin vaxt orada təxminən 10-15 nəfər tanımadığı şəxslər olmuş, aralarında baş vermiş mübahisə təxminən 6-7 dəqiqə ərzində davam etmişdir. Məhkəmədən göstərdiklərini nəzərə alaraq ədalətli qərar verilməsini xahiş edir. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərdiklərinə tənqidi yanaşaraq hesab edir ki, o məsuliyyətini yüngülləşdirmək üçün belə ifadə verir. Çünki Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini ittihamda göstərildiyi qaydada törətməsi öz ifadəsinin etirafedici hissəsi ilə bərabər, işin halları, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə təsdiq edilir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, Sumqayıt şəhəri, Bulvar ərazisində yerləşən “Qayalı” marketdə satıcı işləyir. Təqsirləndirilən şəxs işlədiyi “Qayalı” marketə gələn müştəri kimi tanımış, onunla heç bir münasibəti, ədavət və ya düşmənçiliyi olmamışdır. 22 avqust 2022-ci il tarixdə, təxminən saat 13 radələrində həmişə olduğu kimi “Qayalı” marketdə olduğu zaman Əfsanə marketə gəlmişdir. O, həmin vaxt vitrinləri düzəltmişdir. Əfsanə yerdə olan səbətdən alt paltarı götürərək ondan həmin paltarın üzərində qiymət yazılmadığını bildirmiş və qiymətini soruşmuşdur. O, isə Əfsanəyə dəqiqləşdirib deyəcəyini bildirmişdir. Əfsanə isə onunla kobud danışmadığı halda ona irad bildirib nə üçün kobud danışdığını demişdir. O, da Əfsanəyə belə bir halın baş vermədiyini deyəndə Əfsanə onun ünvanına təhqiramiz sözlər işlətmişdir. O da Əfsanəyə öz iradını bildirmişdir. Əfsanə isə marketdə olan səbəti götürərək onun qabağına tullamış və yenə də ünvanına nalayiq söyüşlər söymüş və qəfildən üzərinə hücum edib yumruqla sifətinə zərbə vurmuş və əli ilə sağ qolunu tutaraq sıxmışdır. Həmin vaxt orada olan tanımadığı müştərilər və marketin işçiləri Əfsanəni çətinliklə ondan uzaqlaşdırmışlar. Əfsanə isə sakitləşmək bilməyərək yenə də ucadan onun ünvanına nalayiq söyüşlər söyüb üzərinə hücum edib vurmağa çalışmışdır. Lakin orada olan şəxslər Əfsanənin yenə də onu vurmasına imkan verməmişlər. Orada olan şəxslər çətinliklə Əfsanəni sakitləşdirmişlər və sonuncu əsəbi halda marketdəki vitrinləri də dağıtdıqdan sonra çıxıb getmişdir. Əfsanə 22 avqust 2022-ci il tarixdə, təxminən saat 13 radələrində işlədiyi Sumqayıt şəhəri, Bulvar ərazisində yerləşən “Qayalı” marketin içərisində yumruqla onun sifət nahiyyəsinə vuraraq xəsarət yetirmişdir. Əfsanənin onu vuraraq xəsarət yetirməsi təxminən 7-8 dəqiqə ərzində baş vermişdir. Həmin vaxt orada təxminən 10-15 nəfər tanımadığı müştərilər, eləcə də marketdə işləyən Nayibə və Radə olmuşlar. Onlar Əfsanənin onu yumruqla vuraraq xəsarət yetirməsini görmüşlər. Əfsanənin xuliqanlıq hərəkətləri nəticəsində marketin iş fəaliyyəti təxminən bir saatdan artıq müddətə pozulmuşdur. Orada olan şəxslər Əfsanəni sakitləşdirmək istəsələr də sonuncu heç kimə məhəl qoymadan öz xuliqanlıq hərəkətlərini davam etdirmişdir. Təqsirləndirilən şəxslə barışmamışdır, qanunauyğun qərar verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, Sumqayıt şəhəri, Bulvar ərazisində yerləşən “Qayalı" marketdə xadimə işləyir. Təqsirləndirilən şəxs işlədiyi marketə gəlib-gedən müştəri kimi tanımış, onunla ədavət və ya düşmənçiliyi olmamışdır. Zərərçəkmiş şəxs onun işlədiyi marketdə satıcı işləyir. 22 avqust 2022-ci il tarixdə, təxminən saat 13 radələrində işlədiyi marketdə olan zaman Jalə də marketdə olmuş və vitrinləri düzəltmişdir. Həmin vaxt Əfsanə marketə gəlmiş və orada olan mallara baxan zaman yerdə olan səbətdən alt paltarı götürərək uca səslə Jalədən həmin paltarın üzərində qiymət yazılmadığını bildirmiş və qiymətini soruşmuşdur. Jalə isə Əfsanəyə alt paltarının qiymətini bilmədiyini və dəqiqləşdirib deyəcəyini söyləmişdir. Əfsanə isə Jalə ilə kobud danışaraq nə üçün alt paltarının qiymətini bilmədiyini demişdir. Jalə də Əfsanəyə öz iradını bildirəndə sonuncu Jalənin ünvanına ucadan təhqiramiz sözlər işlətmişdir. Həmin vaxt o və mağazada olan təxminən 15 nəfər tanımadığı şəxslər olmuşlar. Onlar Əfsanəyə özünü ədəbli aparmasını, ətrafda insanların olduğunu deyib öz iradlarını bildirmişlər. Əfsanə isə heç kimə məhəl qoymayaraq daha da əsəbi halda Jalə ilə mübahisə etməyə başlamış və yerdə olan səbətin birini kənara tullamışdır. Əfsanə Jalənin ünvanına ucadan nalayiq söyüşlər söyməyə başlayanda onlar yenə də Əfsanəni intizama dəvət etmişlər. Sonra isə Əfsanə Jalənin üzərinə hücum edib yumruqla sifətinə zərbə vurmuşdur. Onlar tez Əfsanə və Jalənin arasına girib aralaşdırmağa çalışmışlar. Əfsanə isə Jalənin ünvanına nalayiq söyüşlər söyərək yenə də sonuncunu vurmağa çalışmışdır. Çətinliklə də olsa onlar Əfsanəni sakitləşdirmişlər. Həmin mübahisə 22 avqust 2022-ci il tarixdə, təxminən saat 13 radələrində işlədiyi Sumqayıt şəhəri, Bulvar ərazisində yerləşən “Qayalı” marketin içərisində baş vermişdir. Əfsanənin hərəkətləri təxminən 10 dəqiqə ərzində davam etmişdir. Əfsanənin hərəkətləri nəticəsində marketin iş fəaliyyəti təxminən bir saat ərzində pozulmuşdur. Həmin vaxt marketdə onlardan başqa təxminən 15 nəfər tanımadığı müştərilər olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərinə uyğun ifadə vermişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 1159 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşğıdakı xəsarətlər vardır: sağ gözlatı nahiyyənin, sağ saidin qançırları. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən yaranmışdırlar, müayinədən bir günə qədər əvvəl olmaqla qərarda göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdilər və sağlamlığa zərərvurmayan xəarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlərin Zərərçəkmiş şəxs özü-özünə yetirməsi, həmçinin öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi inandırıcı deyil. İş materiallarında olan “Baxış keçirilməsi və götürmə haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş 01 ədəd diskdən görünür ki, Zərərçəkmiş şəxs marketdəki vitrinləri düzəldən zaman Təqsirləndirilən şəxs ona yaxınlaşaraq yumruqla sifət nahiyyəsində zərbə vurur. Sonra isə orada olan 4 nəfər şəxs onlara yaxınlaşıb aralaşdırırlar. Məhkəmə iclasında həmin diskdəki görüntülər və Zərərçəkmiş şəxs təqdim etdiyi daha ətraflı görüntülər nümayış olundu və Təqsirləndirilən şəxs xuliqanlıq hərəkətlərinə yol verdiyi, yəni ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə cəmiyyət içərisində bərqərar olunan etik davranış qaydalarına riayət etməyərək, öz şəxsiyyətini digər şəxslərdən üstün tutub ictimai asayişi pozmaqla marketdə olan digər işçilərin və müştərilərin gözü qarşısında Zərərçəkmiş şəxs təhqir etməsi, yaranmış səsküyə yığışan işçilərin onu sakitləşdirməsinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirərək Zərərçəkmiş şəxs üzərinə hücum edib yumruqla sonuncunun sifət nahiyəsinə qəsdən zərbə vuraraq ona sağ gözaltı nahiyənin, əli ilə sağ qolunu sıxmaqla isə sağ saidin qançırları ilə nəticələnən xəsarətlər yetirməsi təsdiq edildi. İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs 2 azyaşlı (xx.xx.2014-cü il təvəllüdlü X2, xx.xx.2020-ci il təvəllüdlü X3) uşağı vardır. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi bir ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin ona isnad edilən ictimai təhlükəli əməli törətməsi tam sübuta yetirildi. Təqsirləndirilən şəxs satıcı Zərərçəkmiş şəxs ilə marketdə olan hansısa malın üzərində qiymət olmaması səbəbindən aralarında mübahisə yaranmış, Təqsirləndirilən şəxs sonrakı davranışı xuliqanlıq hərəkətlərinə keçmiş, ictimai qayda kobud surətdə pozulmuşdur. Təqsirləndirilən şəxs cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, Zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər etmiş, cəmiyyət içərisində bərqərar olunan etik davranış qaydalarına riayət etməyərək öz şəxsiyyətini digər şəxslərdən üstün tutub ictimai asayişi pozmaqla marketdə olan digər işçilərin və müştərilərin gözü qarşısında Zərərçəkmiş şəxs nalayiq ifadələrlə təhqir etmiş, yaranmış səs-küyə yığışan işçilərin onu sakitləşdirməsinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirərək Zərərçəkmiş şəxsnm üzərinə hücum edib yumruqla sonuncunun sifət nahiyəsinə qəsdən zərbə vuraraq ona sağ gözaltı nahiyənin, əli ilə sağ qolunu sıxmaqla isə sağ saidin qançırları kimi dərəcələri təyin edilməyən bədən xəsarətləri yetirməklə xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. İşdə olan sübutların mötəbərliyi, qanuni yolla əldə edilməsi şübhə doğurmur. Həmin sübutlar Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edilməklə əldə edilmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxsnun hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.1 və 59.1.4-cü maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxsnun Azərbaycan Republikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, hazırda düşmənlə təmas xəttində hərbi xidmət keçməsini, onun azadlıqdan məhrum edilmədən də islah olunmasının mümkünlüyünü nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinin sanksiyalarında nəzərdə tutulmuş həddə cərimə növündə cəza təyin edilməsini məqsədəuyğun hesab edir. Bu cür cəza təyin edilməsi cəzanın məqsədlərini də təmin edə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Məhkəmədə müqavilə üzrə müdafiəçi işə baxılmasında iştirak edənə qədər təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən həyata keçirilmişdir. Vəkil Müdafiəçi1 məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 05 (beş) saat vaxt sərf etmişdir. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 30 (otuz) manat məbləğində pul ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib 1000 (bir min) manat cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməsin. Hökmün icrası Sumqayıt Şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından 30 (otuz) manat pul Müdafiəçi1 vəkil işlədiyi Sumqayıt Regional Vəkil Bürosunun nəfinə köçürülsün. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar