Məhkəmə qərarları › İş №1(060)-868/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-868/2023

26.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-868/2023 26.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Məhkəmə iclas katibi X8, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-X4, Təqsirləndirilən şəxs- X6, Müdafiəçi-Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1981-ci ildə Siyəzən ray., anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 yaşayan X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X14 X1 qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vumuşdur. Belə ki, X12 xx.xx.2023-cü il tarixdə, saat 11:20 radələrində Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Xəzri Y/M, fərdi yaşayış evinin giriş otağından X7 ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı sonuncunun üst dodağın sağ hissəsinin selikli qişasının cərrahi tikişə ehtiyacı olan yarası, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş sağlamlığa Yüngül zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs Kənan Nuriyev özünü AR CM-nin 128-ci maddəsi ilə təqsirli bilərək qeyd etdi ki, Ülviyyə Nuriyeva onun bacısıdır. Bacısı Ülviyyə 2023-cü ilin may ayından etibarən 2018-ci il təvəllüdlü oğlu Cavid Qasımovla birlikdə onunla yaşayır. Aralarında ara-sıra mübahisə yaranır. xx.xx.2023-cü il tarixdə saat 11:20 radələrində o, Ülviyyənin oğlu Cavidə qapını bağlamağı tapşırmış, bunu eşidən Ülviyyə onun üzərinə hücum çəkmişdir. O, da əsəbiləşdiyi üçün Ülviyyənin sifətinə və dodağının üstünə sillə ilə vurmuşdur. O, əsəbiləşdiyi üçün belə davranmışdır. Əməlindən peşmandır. Hazırda zərərçəkmiş şəxslə barışmışdır. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs X14 məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, bacısı ilə barışmış, ona dəymiş ziyanı ödəmişdir. Özünü təqsirli bilir. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs X7 göstərdi ki, barəsində şikayət etdiyi şəxs, onun qardaşı və onula eyni evdə yaşayan X9r. Kənan da onun kimi ailəsindən boşanıb, onlarla birlikdə qeyd olunan ünvanda yaşayır. O, 2023-cü ilin may ayında bu evə köçmüş və həmin vaxtdan etibarən qardaşı ilə aralarında mübahisələr yaşanmışdır. Kənan onun həmin evdə yaşamağını istəmir, eyni zamanda oğlu 2018-ci il təvəllüdlü X15 ilə də yola getmir. xx.xx.2023cü il tarixdə, saat 11:20 radələrində evdə olarkən Kənan oğlu Cavidə nəsə tapşırmış, o isə Kənana oğlunun uşaq olduğunu, edə bilməyəcəyini demişdir. Bundan sonra Kənanla arasında mübahisə baş vermişdir. Mübahisə zamanı Kənan əli ilə sifətindən və sağ qulağından bir neçə dəfə vurmuşdur. Nəticədə onun üst dodağıı və sağ qulağı qanamağa başlamışdır. Hal-hazırda təqsirləndirilən şəxslə barışmışdır. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs X7 məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, X14 ilə barışmış, dəymiş ziyan ödənilmişdir. Ona qarşı şikayəti və tələbi yoxdur. Onun barəsində olan işə xitam verilməsini xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PAB X17 xx.xx.2023-cü il tarixli, 1633 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, X4 bədəni üzərində aşağıdakı xəsarətlər vardır: üst dodağın sağ hissəsinin selikli qişasının cərrahi tikişə ehtiyacı olan yarası, alının sağ hissəsinin qançırı. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdir, törənmə müddəti müayinədən 1-2 gün əvvəl olmaqla qərarda göstərilən xx.xx.2023-cü il tarixə əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya adi edilir. (i.v. 14-16). İş materiallarında olan DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, X14 əvvəllər məhkum olunmamışdır. Beləliklə, təqsirləndirilən şəxs X6 verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. X6 əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin təqsirini etiraf etməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin hər ikisinin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən X6 barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmədə X14 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. X6 hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 6 (altı) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 36 (otuz altı) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X14 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə cinayət təqibinə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilsin və cinayət məsuliyyətindən azad edilsin. Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi X10 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 36 (otuz altı) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar