Məhkəmə qərarları › İş №1(060)-869/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-869/2023

03.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-869/2023 03.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Onun müdafiəçisi Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında xx.xx.1993-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, D/Y Y/M-də yerləşən 41 nömrəli evin həyətində qonşusu Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs qonşusu Zərərçəkmiş şəxs burun nahiyyəsinə qəsdlə kəllə ilə vuraraq sonuncuya – “burnun tənəffüsünün pozulması ilə müşayiət olunan burun sümüyünün yerdəyişməyən sınığı, burun belinin sıyrığı, burnun yumşaq toxumalarının şişkinlik fonunda əziyi” olmaqla AZ AĞİR xəsarət yetirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs – Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs onun tanışıdır, o, öz qoyunlarını onun həyətində saxlayırmış və aylıq arenda verirmiş. Beləcə münasibətləri var idi və onların evinə gedib gəlirdilər. xx.xx.2023-cü il tarixdə saat təxminən 17 radələrində Dilqəmin yaşadığı evə getmiş, bu zaman Dilqəm atası Qanboy və onun atası Mustafa onların həyətində oturub yemək yeyirdilər. Sonradan o da gəlmiş və birlikdə yemək yedilər. Onlar spirtli içki də qəbul edirdi. Biraz sonra onun atası Mustafa heyvanları gətirmək üçün getdi. Onlar həyətdə birlikdə yemək yeyirdilər. Bu zaman Dilqəmin ögəy anası, yəni Qanboyun arvadı Xeyransa harasa qohumunun toyuna getmək istəyirdi, həmin vaxt Qanboy və Dilqəm buna narazılıq etdilər və Xeyransaya nalayiq ifadələr işlətdilər. O da buna irad bildirmiş, belə sözlər danışmamalarını demişdir. Bunu eşidən Dilqəm və atası onunla mübahisə etdi, hətta Dilqəm onu nalayiq ifadələrlə söyüb təhqir etdi, masada olan qablardan ona atmaq istədi, lakin o icazə vermədi. Beləcə mübahisə zamanı o, atasına zəng edib gəlməsini dedi. Atası gəldikdə Dilqəm onu yenə də nalayiq ifadələrlə söyüb təhqir edirdi, Dilqəm Mustafanın yaxasından, o da Dilqəmin yaxasından tutmuşdu, əsəblərini cilovlaya bilməyib onun burnundan bir dəfə kəllə ilə vurmuşdur. Sonradan atası onu sakitləşdirdi, ayırdı və çıxıb getdilər. Həmçinin qeyd etmişdir ki, o, 44 günlük müharibədə iştirak etmiş və müharibə dövründən onun əsəb problemləri vardır. Ona görə də o, əsəblərinə hakim ola bilməyib Dilqəmi bir dədə kəllə ilə vurmuş, bundan başqa ona heç bir xəsarət yetirməmişdir. Əməlindən peşmandır. Hazırda onlar barışmışlar. Zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Odur ki, qeyd olunanların nəzərə alınmasını və barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmışdır və məhkəmədən iş üzrə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, Təqsirləndirilən şəxs onun tanışıdır. O, onlarla qonşuluqda yaşayır, normal tanışlıq münasibətləri vardır. xx.xx.2023-cü il tarixdə saat təxminən 17 radələrində o, X3lə yaşadıqları evin həyətində yemək yeyərkən Vüqarın atası Mustafa onlara gəlmiş, onlarla birlikdə yemək yemişdir, bu zaman Mustafanın oğlu Vüqar da onlara gəlmişdir. Vüqar da onlarla birlikdə yemək yemişdir. Biraz sonra Mustafa qoyunlarını gətirmək üçün onlardan çıxmışdır. Söhbət əsnasında atası ilə anasının toya getmək məsələsini müzakirə edirmişlər. Bu zaman Vüqar onların ailə məsələsinə müdaxilə etmiş və ona Şamaxılıların hesabına dirçəldiyini bildirmişdir. O da Vüqara söhbətə qarışmamasını bildirmişdir. Beləcə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Vüqar ona əl qol atmış, yaxasından tutmuş və o da onun yaxasından tutmuşdur. X1rı ayırmağa çalışmışdır. Bu zaman Vüqarın atası Mustafa gəlmiş, Mustafa içəri girəndə onun yaxasından tutan Vüqar kəllə ilə bir dəfə burnundan vurmuş və o da xəsarət almış, burnu qanamağa başlamışdır. Vüqarın atası onları ayırmış və oğlunu sakitləşdirmişdir. O da dərhal DİN-in 102 xidmətinə zəng etmişdir. Hazırda onlar barışmışlar. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Odur ki, qeyd olunanların nəzərə alınmasını və cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ona görə də, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Abdulla oğlu bildirdi ki, Təqsirləndirilən şəxs onun oğludur. Bildirmişdir ki, Zərərçəkmiş şəxs və onun atası Qanboy onun tanışıdır, o, öz qoyunlarını onun həyətində saxlayır və aylıq arenda pulu verir. Beləcə münasibətləri var, onların evinə gedib gəlirlər. xx.xx.2023-cü il tarixdə saat təxminən 17 radələrində Qanboyun yaşadığı evə getmiş, Dilqəm və Qanboyla birlikdə onların həyətində oturub yemək yeyirdilər. Sonradan oğlu Vüqar da gəldi və birlikdə yemək yedilər. Onlar spirtli içki də qəbul edirdilər. Biraz sonra o, heyvanları gətirmək üçün getmişdir. Oğlu Vüqar isə orada qalmışdır. O da işlərini görməyə getmişdir. Biraz sonra Vüqar ona zəng etdi ki, oraya gəlsin, mübahisə baş verib. O, tez Qanboyun yaşadığı evə getmişdir. Həyətə daxil olanda Qanboy onu həyətdən qovdu, gəlməyini istəmədi. O, ora çatanda Vüqarla Dilqəm bir birinin yaxasından tutmuşdu və Dilqəm Vüqarın ünvanına nalayiq ifadələr işlədirdi. Bundan əsəbləşən Vüqar Dilqəmin burnuna bir dəfə kəllə ilə vurdu, o da onları ayırmışdır. Vüqarı sakitləşdirmiş və evə aparmışdır. Bundan başqa Vüqar ona heç bir xəsarət yetirmədi. Bildirirmişdir ki, oğlu Vüqar 44 günlük müharibədə iştirak edib və müharibə dövründən onun əsəb problemləri var. Müxtəlif vaxtlarda müalicə etdiriblər. Ona görə də o, əsəblərinə hakim ola bilməyib onu bir dəfə kəllə ilə vurmuşdur. İş materiallarında olan məkəmə-tibb ekspertiza və patoloji anatomiya birliyinin xx.xx.2023-cü il tarixli, 1630 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərindəki xəsarətlər – burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun sümüyünün yerdəyişməyən sınığı, burun belinin sıyrığı, burnun yumşaq toxumalarının şişkinlik fonunda əziyi. Qeyd olunan xəsarətlər küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti Sumqayıt şəhər TTYX-nın zədə məntəqəsinə müraciət etdiyi vaxtdan az əvvəl olmaqla qərarda göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa AZ AĞİR zərərvurmaya aiddir. Beləliklə də, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməli tam sübut olunur. İş üzrə toplanmış sübutlar onun təqsirinin sübuta yetirilməsi üçün kifayət edir. İş materiallarında olan 23 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 3791 nömrəli, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində “Kannabioidlərin epizodik qəbulu” diaqnozu ilə qeydiyyatdadır. İş materiallarında olan “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Sumqayıt Tibb Mərkəzi X4 3 nömrəli xəstəxananın poliklinika şöbəsindən verilmiş 216 nömrəli, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 3 nömrəli xəstəxananın poliklinika şöbəsinin psixiatrik kabinetində ambulator və dispanser müşahidəsində yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 7 (yeddi) saat vaxt sərf etmişdir. Ona görə də, 42 (qırx iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. İş üzrə mülki iddia, maddi sübut və müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40.2, 40.3, 43.1.2, 321.2.1, 321.2.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 42 (qırx iki) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin "xxxx" 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar