Məhkəmə qərarları › İş №1(060)-87/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-87/2022

27.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-87/2022 27.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Müdafiəçilər - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, xx.xx.1991-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 38B/44, mənzil 33-də qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1, 180.2.1 və 180.2.2-ci maddələri ilə ilə təqsirləndirilməsinə dair xx.xx.1989-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 12/21, mənzil 33də qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 228.4 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirtmək məqsədi ilə Zərərçəkmiş şəxs2 məxsus elektron məlumat daşıyıcısı olan “Beynaxalq Bank” plastik kartından 09 dekabr 2020-ci il tarixdə saat 16 radələrində 860 (səkkiz yüz altmış) manat məbləğində pulu çıxardaraq Zərərçəkmiş şəxs2 860 (səkkiz yüz altmış) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, tanıdığı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində 11 aprel 2021-ci il tarixdə saat 10:45 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri dəmir yolu stansiyasının ərazisində olan “Kapital Bank”a məxsus ATM bankomatının qarşısına gələrək Zərərçəkmiş şəxs1 bankomatın qarşısında dayanıb pul çıxarmaq istədiyini gördükdən sonra, özgə əmlakını açıq şəkildə talama məqsədilə həmin bankomatın özünə yaxınlaşıb əvvəlcə Zərərçəkmiş şəxs1 nə qədər pul çıxarmaq istədiyini maraqlanmış, daha sonra isə kömək göstərəcəyini bildirməklə Zərərçəkmiş şəxs1 4169 7332 2433 0881 nömrəli “1 kart Kapital Bank”-a aid kartını ATM bankomatından çıxarıb yenidən daxil edərək Zərərçəkmiş şəxs1 hesab kartının gizli şifrəsini daxil etməsini tələb etmiş, Zərərçəkmiş şəxs1 isə qorxaraq onun tələbini yerinə yetirməklə gizli şifrəni daxil etdikdən sonra, o, Zərərçəkmiş şəxs1 hesabından üzərində saxladığı və tanışı Şahid5 məxsus 4127 2081 2027 3585 nömrəli “Azərbaycan Beynəlxalq Bank”-na aid kartının hesabına aşkar surətdə və Zərərçəkmiş şəxs1 gözü qarşısında 300 manat məbləğində pul köçürərək özgə əmlakını açıq talamaqla soyğunçuluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs2 10 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan razlığa gələrək planlaşdırmışlar ki, o, hər hansı bir yolla avtomobil əldə etsin və həmin avtomobillə Təqsirləndirilən şəxs1 ilə birlikdə Bakı şəhərinin Sumqayıt şəhərinə yaxın olan ərazilərində gəzərək harada bankomatdan pul çıxaran görsələr, Təqsirləndirilən şəxs1 adama güya kömək etmək üçün yaxınlaşıb aldadaraq bankomatdan çıxardığı pulu ya nağd şəkildə, ya da aldadaraq özlərinə məxsus kart hesabına köçürüb pul əldə etsinlər. Bu məqsədlə 11 aprel 2021-ci il tarixdə təxminən saat 1045 radələrində onun X6 əldə edərək idarə etdiyi “Hyundai Elantra” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərinin Biləcəri qəsəbəsinin “Meydan” adlanan ərazisinə gəlib dayanmışlar, sonra isə Təqsirləndirilən şəxs1 avtomobilin qabaq sərnişin oturacağından düşüb orada zərər çəkmiş Zərərçəkmiş şəxs1 məxsus kart hesabından sonuncunun üzərində olan kart hesabına Zərərçəkmiş şəxs1 gözü qarşısında və ona aşkar surətdə 300 manat məbləğində pul köçürməsi edib açıq talayaraq soyğunçuluq etmişlər. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, ümumi təyinatlı ov bıçağı hesab edilən soyuq silahı əldə edib daşımaqla üzərində saxlamış, Biləcəri st. XPŞ-nin əməkdaşları tərəfindən 12.04.2021-ci il tarixdə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində idarə etdiyi “Hyundai Elantra” markalı **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılaraq Biləcəri st. XPŞ-nə gətirilmiş, XPŞ-də nəqliyat vasitəsinə baxış keçirlərkən ön sağ qapının saxlanc hissəsində aşkar olunaraq götürülmüşüdür. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə olan heroin əldə edib daşıyaraq üzərində saxlamış, 12 may 2021-ci il tarixdə, saat 20:45-də Sumqayıt ŞPİ-nin CAŞ-nın əməkdaşlarının Sumqayıt şəhəri 1-ci məhəllə ərazisində yerləşən 12 saylı məktəbin qarşısında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Sumqayıt ŞPİ-nə aparılıb orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins şalvarın sağ yan cibində saxlamış olduğu qırmızı rəngli üzərində “UNİ LOCK” yazıları olan plastik qutunun içərisindən 08 ədəd kağız və sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,059 qram, 0,044 qram, 0,058 qram, 0,071 qram, 0,069 qram, 0,063 qram, 0,429 qram, 0,402 qram ümumilikdə çəkisi 1,195 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və sol yan cibindən 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü elan edilmiş ittihamla qismən təqsirli bilərək göstərdi ki, pula ehtiyacı olduğu üçün pul əldə etmək qərarına gəlmiş və bu məqsədlə 09 dekabr 2020-ci il tarixdə dəqiq saatı xatırlamır, o, Sumqayıt şəhəri 17-ci məhəllə “Kapital bank” Qubadlı filialına gəlmişdir. Orada gəzinərkən adını sonradan bildiyi Zərərçəkmiş şəxs2 adlı şəxslə tanış olmuşdur. Zərərçəkmiş şəxs2 ondan Beynəlxalq banka aid kartı olduğunu və pul çəkməkdə ona kömək etməsini xahiş etmişdir. O da həmin karta aid məxfi şifrəni ona demiş, həmin kartdan pul çıxartmaq hazırdakı bankomatdan mümkün olmadığını bildirərək, Asan Xidmətin yaxınlığında olan bankomatın yanına getməyi sonuncuya təklif etmişdir. O, Zərərçəkmiş şəxs2la həmin bankomatın yanına getmiş, orada Zərərçəkmiş şəxs2 məxsus Beynaxalq Banka aid plastik kartı bankomata salmış və onun yanında olarkən kartın məxfi şifrəsini yığaraq şifrəni yaddaşında saxlamışdır. İmranın diqqətini yayındırdıqdan sonra həmin plastik kartı bankomatdan götürmüş və dəqiq tarixi xatırlamır, yerdən tapdığı “Sevinc Ağayevanın” adına olan Kapital Bankın göy rəngli plastik kartı ilə dəyişmişdir. Zərərçəkmiş şəxs2 aid plastik kartdan 09.12.2020–ci il tarixdə Sumqayıt şəhəri, 17-ci məhəllənin ərazisində təxminən saat 16 radələrində 860 manat məbləğində pulu çıxarmışdır. Bankomatından çəkilmiş foto şəkildə ağzında qırmızı maska və qara papaqda olan şəxs odur və həmin anda Zərərçəkmiş şəxs2 aid pulları çıxartmışdır. Zərərçəkmiş şəxs2 dəymiş ziyanı tam ödəmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 göstərdi ki, 11 aprel 2021-ci il tarixdə Biləcəri qəsəbəsi, “Meydan” adlanan yerin yaxınlığındakı Biləcəri Dəmir yolu stansiyası bankomatdan Şahid6 məxsus 4169 7332 2433 0881 saylı “Birkart” dan 300 manat məbləğində pulu başqa karta köçürmüş, lakin o bunu gizli etmiş, Zərərçəkmiş şəxs1 bundan xəbəri olmamışdır. Belə ki, narkotik vasitə qəbul edir, buna görə də ehtiyyaclarını ödəmək üçün maddi cəhətdən çox sıxıntı çəkdiyindən, 10 aprel 2021-ci il tarixdə dostu Təqsirləndirilən şəxs2 ilə görüşüb söhbət edərkən haradansa pul əldə etmək məqsədi ilə maşınla Bakı və Sumqayıt şəhərlərinə yaxın ərazisində gəzib pul əldə etmək fikrinə gəlmişdir. Lakin, bu niyyətini Siraca deməmişdir. Bu məqsədlə 11 aprel 2021-ci il tarixdə təxminən saat 10:45 radələrində Siracla görüşmüş və sonuncu tanışından aldığı və idarə etdiyi “Hyundai Elantra” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobillə onu Bakı şəhəri, Biləcəri qəsəbəsinin “Meydan” adlanan ərazisinə gəlmişdirlər. O maşından düşərək Siraca heç bir söz demədən Biləcəri dəmir yolu stansiyasının inzibati binasının qarşında olan “Kapital Bank” ATM bankomatına yaxınlaşmış, orada olarkən görmüşdür ki, bir nəfər təxminən 30- 35 yaşlarında qadın bankomatdan pul çıxarmaq istəmişdir. O da sonuncuya yaxınlaşmış və bankomatın ekranında yazılmış göstərişdən aydın məlum olmuşdur ki, kartın hesabında 691 manat pul olsa da, həmin qadın həmin məbləğin hamısını çıxarmaq istədiyi üçün bankomatdakı proqram buna icazə vermir. Bu vəziyyət həmin qadın üçün anlaşılmaz olduğundan sonuncu əməliyyatı davam etdirə bilməmişdir. O da bundan istifadə edərək özünü güya həmin qadına kömək etmək məqsədi ilə bankomatın qarşısına özü keçmiş və hesabda olan pulun öz kartına köçürülmə əməliyyat aparmışdır. Bu zaman qadın ona nə baş verdiyini soruşmuş, şübhəni yayındırmaq məqsədi ilə əməliyyatın gedişini dəyişərək özünün kartına 691 manat deyil, 300 manat köçürmə etmiş və bunu həmin qadına elə izah etmişdir ki, güya bankomata daxil etdiyi “1KART” vasitəsi ilə balansda olan pulun yarısını, yəni 300 manatını çıxarmaq mümkündür və o da həmin kartdan bu qədər pul çıxarmaq üçün sifariş etmişdir. Əslində isə həmin 300 manat məbləğində pul vəsaitini əvvəldən tanışı olan Nəriman adlı şəxsdən aldığı, ona məxsus olan 4127 2081 2027 3585 nömrəli “Beynəlxalq Bank”ın kartının hesabına köçürmüşdür. Qadın onunla ünsiyyət qurmağa çalışdığını görüb, qadına karta pul çıxarmaq mümkün olmadığını deyib ondan ayrılaraq Siracın idarə etdiyi avtomobilə əyləşmiş və Siraca maşını işə salmasını istəmişdir. Sirac da maşını tez bir zamanda işə salmış və oradan uzaqlaşmışlar. Yolda olanda Sirac ondan pul barədə soruşmuş, o da 300 manatı nağdlaşdırmaq üçün kartı Siraca vermişdir. Pulun və kartın özünə məxsus olduğunu demişdir. Onlar maşınla Sumqayıt istiqamətində hərəkət edirmişlər. Yolda olarkən Biləcəri qəsəbəsində yerləşən başqa “Kapital Bank” ATM bankomatından Sirac kartda olan 300 manat məbləğində pulu nağdlaşdırmışdır. Lakin , Siraca həmin pulun öz pulu olduğunu bildirmiş, Siracın qadının pulunu götürməsini deməmişdir. Siracın qadının pulunun götürülməsində heç bir rolu olmamışdır. Lakin, onlarda olan 4127 2081 2027 3585 nömrəli kart “Beynəlxalq Bank”a məxsus olduğuna görə və faiz tutulduğuna görə Sirac 300 manatın hamısını deyil, 290 manatını nağdlaşdırmışdır. Bundan sonra, həmin 290 manatdan 8 manatını götürüb Siraca və özünə adama bir qutu olmaqla siqaret almışdır. Qalan 282 manat məbləğində pul isə Siracda qalmışdır. Bundan sonra, onların avtomobilini polislər təqib etdiyini bilib Abşeron rayonu, Saray qəsəbəsinə gəlmişdirlər. Orada polislər Siracın idarə etdiyi avtomobili dayandırmışdırlar. Onlar ikisi də avtomobildən düşüb qaçmaq istəyəndə polislər onu saxlamışlar, Sirac isə uzaqlaşıb getmişdir. Avtomobilin arxa oturacağının üzərində olan 2 ədəd bıçaqdan ağ rəngli dəstəyi olan, qatlanmayan bıçağı hadisədən əvvəl bir neçə dəfə Siracın üzərində görmüşdür. Təqsirləndirilən şəxs1 son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödədiyini, onunla barışıq əldə etdiyini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi məhkəmə baxışında Zərərçəkmiş şəxs1 pulunun ələ keçirilməsi xüsusatında dair elan edilmiş hissəsindən görünür ki, o, xeyli müddətdir ki, narkotik vasitə qəbul etmişdir. Bununla bağlı ehtiyyaclarını ödəmək üçün maddi cəhətdən çox sıxıntı çəkmişdir. Odur ki, 10 aprel 2021-ci il tarixdə dostu Təqsirləndirilən şəxs2 ilə görüşüb söhbət edərkən haradansa pul əldə etmək məqsədi ilə qərara gəlmişdirlər ki, sonuncu maşın əldə etsin, həmin maşınla Bakı şəhərinin Sumqayıta yaxın ərazisində gəzsinlər, harada bankomatdan pul çıxaran görsələr, həmin adama güya kömək etmək üçün yaxınlaşıb aldadaraq bankomatdan çıxardığı pulu ya nağd şəkildə, ya da aldadaraq özlərinin kartlarının hesabına köçürüb pul əldə edsinlər. Bu məqsədlə 11 aprel 2021-ci il tarixdə təxminən saat 1045 radələrində Siracın idarə etdiyi “Hyundai Elantra” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərinin Biləcəri qəsəbəsinin “Meydan” adlanan ərazisinə gəlmişdirlər. Orada Biləcəri dəmir yolu stansiyasının inzibati binasının qarşsında olan “Kapital Bank” ATM bankomatına yaxınlaşarkən görmüşdür ki, bir nəfər təxminən 30-35 yaşlarında qadın bankomatdan pul çıxarmaq istəyir. O da sonuncuya yaxınlaşarkən bankomatın ekranında yazılmış göstərişdən aydın olmuşdur ki, kartın hesabında 691 manat pul olsa da, həmin qadın həmin məbləğin hamısını çıxarmaq istəsə də, lakin bankomatdakı proqram buna icazə verməmişdir. Bu vəziyyət həmin qadın üçün anlaşılmaz olduğundan sonuncu əməliyyatı davam etdirə bilməmişdir. O da bundan istifadə edərək özünü güya həmin qadına kömək edən kimi göstərib bankomatın qarşısına özü keçmiş və hesabda olan pulun öz kartına köçürülməsi məqsədi ilə əməliyyat aparmışdır. Bu zaman sonuncu qadın ona etirazını bildirərək nə üçün kartın hesabında olan pulu köçürmə etdiyini soruşmuş, o, görmüşdür ki, sonuncu qadın artıq ondan şübhələnmişdir. Odur ki, əməliyyatın gedişini dəyişərək özünün kartına 691 manat deyil, 300 manat köçürmə etmiş və bunu həmin qadına elə izah etmişdir ki, güya bankomata daxil etdiyi “BirKART” vasitəsi ilə balansda olan pulun yarısını, yəni 300 manatını çıxara bilərmiş və o da həmin kartdan bu qədər pul çıxarmaq üçün sifariş etmişdir. Əslində isə həmin 300 manat məbləğində pul vəsaitini əvvəldən tanışı olan Nəriman adlı şəxsdən aldığı, ona məxsus olan 4127 2081 2027 3585 nömrəli “Beynəlxalq Bank”ın kartının hesabına köçürmüşdür. Əlavə olaraq bildirmişdir ki, göstərdiyi həmin qadın bu köçürmə əməliyyatını görüb açıq-aydın başa düşmüşdür və ona etirazını bildirməsinə baxmayaraq, hətta onu saxlamağa cəhd etməsinə baxmayaraq o, sonuncuya əhəmiyyət verməyib dartınıb ondan ayrılaraq Siracın idarə etdiyi avtomobilə əyləşmiş və Siraca artıq həmin qadının sonuncuya məxsus pulu ələ keçirdiklərini başa düşdüyünü izah edərək tez bir zamanda maşını işə salıb oradan uzaqlaşmağı tapşırmışdır. Sirac da maşını tez bir zamanda işə salmış və onlar oradan aralaşmışdırlar. Yolda olada Sirac ona hesabına pul köçürdüyü kartı sonuncuya tez verməyini bildirmişdir ki, əldə etdikləri 300 manatı nağdlaşdırsın. Onlar maşınla Sumqayıt istiqamətində hərəkət edirmişlər. Yol üstü Biləcəri qəsəbəsində yerləşən başqa “Kapital Bank” ATM bankomatından Sirac əldə etdikləri 300 manat məbləğində pulu nağdlaşdırmışdır. Lakin onlarda olan 4127 2081 2027 3585 nömrəli kart “Beynəlxalq Bank”a məxsus olduğuna görə və faiz tutulduğuna görə Sirac 300 manatın hamısını deyil, 290 manatını nağdlaşdırmışdır. Bundan sonra həmin 290 manatdan 8 manatını götürüb Siraca və özünə adama bir qutu olmaqla siqaret almışdır. Qalan 282 manat məbləğində pul isə Siracda qalmışdır. Bundan sonra onların arxalarıyca polislərin gəldiyini bilib Abşeron rayonu, Saray qəsəbəsinə gəlmişdirlər. Orada polislər Siracın idarə etdiyi avtomobili dayandırmışdırlar. Onlar ikisi də avtomobildən düşüb qaçmaq istəyəndə polislər onu saxlamışdırlar, Sirac isə uzaqlaşıb getmişdir. İfadədə verilən suallara cavab olaraq, avtomobilin arxa oturacağının üzərində olan həmin 2 ədəd bıçaqdan ağ rəngli dəstəyi olan, qatlanmayan bıçağı hadisədən əvvəl bir neçə dəfə Siracın üzərində görmüşdür. Ona görə hesab etmişdir ki, həmin bıçaqlar sonuncuya məxsusdur. İbtiai istintaq zamanı Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2la üzləşdirilmiş, üzləşdirmədə dindirmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəni Təqsirləndirilən şəxs2 üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 elan edilmiş ittihamla qismən təqsirli bilərək göstərdi ki, o əvvəllər məhkum olunmamışdır. Narkotik vasitə aludəçisidir. Təqsirləndirilən şəxs1 tutulmamışdan təxminən 2 ay əvvəl tanımışdır. Təqsirləndirilən şəxs1 soyğunçuluq cinayətini törədən zaman onun bu hadisədən heç bir xəbəri olmamışdır. Belə ki, Babəkə həmin vaxt taksi sürücüsü kimi xidmət etmişdir. O “Hyundai Elentra” markalı, ** CY *** dövlət qeydiyyat nişanlı avtomaşını tanışından sürmək üçün almışdır. 11.04.2021-ci il tarixdə dəqiq saatı xatırlamır, Babək sifariş verərək onu Biləcəri qəsəbəsinə aparmağını istəmişdir. O da Biləcəri qəsəbəsi ərazisini yaxşı tanımadığından Babəkin istiqamətləndirməsi ilə avtomobili idarə edib Biləcəri qəsəbəsinə gəlmişdirlər. Avtomaşını sonuncunun qeyd etdiyi yerdə dayandırdıqdan sonra Babək düşüb bankomatdan kart vasitəsi ilə pulun çıxarmaq istəmiş, o da öz növbəsində avtomobilin ön hissəsini yol istiqamətinə saxladığından Babəkin hərəkətlərini görməmişdir. Sonuncunun həmin vaxt hərəkətlərini izləməmiş, həqiqətən hara getməsini görə bilməmişdir. Bir müddətdən sonra Babək maşına qayıdaraq avtomobili hərəkət etdirməsini bildirmiş, o da avtomobili hərəkətə gətirmiş və oradan uzaqlaşmışdır. Cinayətin törədilməsində onunla Babək arasında heç bir razılıq olmamışdır. O, yalnız özünün taksi fəaliyyətini Babəkin sifarişi ilə həyata keçirmiş və onun qarşılığını almışdır. Daha sonra, maşında olarkən Babək ona kartı verərək hesabda 300 manat pul olduğunu və bankomatdan tərəfindən pulun çıxarılmasını istəmişdir. O, da öz növbəsində həmin pulu kartdan çıxarmışdır. Babək tərəfindən törədilmiş cinayətdən xəbəri və iştirakı olmamışdır. Bundan başqa, avtomobildə olan soyuq silah bıçaq isə ona məxsus olmuşdur. Gündəlik istifadə etmiş və başqa məqsədi olmamışdır. İstifadəsi qadağan olunmuş bıçaq olmasından xəbərsiz olmuşdur. Bundan başqa, göstərmişdir ki, 12 may 2021-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanan zaman üzərində çəkisi yarım qram olan bir büküm heroin olmuşdur. Həmin heroini tanımadığı adamdan şəxsi istifadəsi üçün almışmışdır. Bundan əlavə bildirmişdir ki, onun üzərindən aşkar olunmuş tərəzi də onun deyildir. Sorğu zamanı o, bildirmişdir ki, ondan aşkar olunan qəhvəyi rəngli maddə isə "kakos"dur, çünki ona əvvəldən belə deməyi izah edilmişdir. O, narkotik vasitə aldığı şəxsi tanımamışdır. Bildirmişdir ki, o, narkotik vasitələrin və psixatrop maddələrin satışı ilə məşğul olmamışdır. Tutulan zaman polis əməkdaşları ona mənəvi və fiziki təzyiq göstərmiş və o da məcbur qalıb ilk əvvəl digər bükümlərin və tərəzinin ona məxsus olduğunu demişdir. Həmin vaxt heç bir xəsarət almamış və şikayət etməmişdir. Əsl həqiqətdə üzərində tərəzi və digər bükümlər olmamışdır. Digər bükümlər və tərəzi polis əməkdaşı tərəfindən ona verilmişdir.O heç kimə narkotik maddə satmamışdır. Təqsirləndirilən şəxs2 son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, ilk dəfə cinayət əməli törətdiyini bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 bildirmişdir ki, 11 aprel 2021-ci il tarixdə təxminən saat 1045 radələrində o, qaynatası Şahid6 məxsus 4169 7332 2433 0881 nömrəli “1 KART” Kapital Bank kartından pul çıxarmaq üçün Biləcəri qəsəbəsi “Meydan” adlanan yerin yaxınlığındakı Biləcəri dəmir yolu stansiyasının ərazisində yerləşən Kapital Bank ATM bankomatına yaxınlaşmışdır. O, əlində olan həmin kartı bankomata daxil edən kimi bir nəfər tanımadığı şəxs ona tərəf yaxınlaşdı və ondan nə etdiyini soruşmuşdur. O da 1sonuncuya pul çıxardığını demişdir. Həmin şəxs ondan nə qədər məbləğdə pul çıxardığını soruşanda o, sonuncuya “sənə nə var, sənə nə lazımdır, məndən aralı məsafədə dayan” deyə cavab vermişdir. Həmin şəxs ona bildirmişdir ki, “pulu sən çıxara bilməyəcəksən, limit qoyulub, mən həmin limiti bərpa edəcəyəm”. O isə sonuncuya ona heç bir kömək lazım olmadığını bildirmişdir. Lakin həmin şəxs Kapital Bank ATM bankomatında olan “DAYANDİR” düyməsini sıxaraq onun kartımı bankomatdan çıxarıb əlinə götürmüşdür. Yenidən həmin kartıözbaşına bankomata daxil edib ona təkidlə kartın 4 rəqəmli şifrəsini yazmağını bildirmişdir. O, sonuncuya etiraz etsə də sonuncu təkidlə gözlərini ona bərəldib şifrəni yığmağını tələb etmişdir. O, sonuncunun bu təzyiqlərindən qorxub məcburiyyət qarşısında qalaraq kartın şifrəsini yığmışdır. Daha sonra həmin şəxs bankomatda əməliyyat etməyə başlamışdır. Həmin şəxs bankomatda əməliyyat edən zaman ilk öncə onun kartında nə qədər məbləğdə pul olmasına baxmışdır və görmüşdür ki, kartda ümumilikdə 691 manat məbləğində pul vardır. Daha sonra o, görmüşdür ki, sonuncu “Köçürmə et” bölməsinə daxil olub başqa bir bank kartının 16 rəqəmli nömrəsini yığır. O, sonuncunun onun kartından başqa bank kartına pul köçürməsi etdiyini başa düşdüyünə görə sonuncunun üzərinə qışqıraraq “sən nə edirsən” demişdir. Sonuncu isə onun bunu başa düşdüyünü bilərək sözlərinə məhəl qoymamışdır və 300 AZN yazıb “ENTER” düyməsini sıxaraq qeyd etdiyi bank kartına 300 manat məbləğində pul köçürməsi etmişdir. Sonuncu görmüşdür ki, onun kartından 300 manat məbləğində pul köçürməsi etdiyini o, başa düşmüşdür, çünki o, sonuncuya demişdir ki, niyə onun kartından pul göndərdin. Lakin sonuncu artıq ona heç bir cavab verməmişdir. O, həmin vaxt sıxılmış vəziyyətdə qaldığına və həmin şəxsin hərəkətlərindən qorxduğuna görə sonuncuya maneəçilik törədə bilməmişdir. Həmin şəxs sonuncunun “Kartdan karta köçürmə”əməliyyatı edərək onun hesabından pul çıxardığını başa düşdüyünü bildiyinə görə dərhal onun yanından çıxıb getmişdir. Həmin vaxt bankomatdan əməliyyatı təsdiq edən qəbz çıxmışdır. Həmin şəxs qəbzi götürüb getmək istəyərkən ona toxdunmuşdur və əlindəki qəbz yerə düşmüşdür. O, dərhal qəbzi götürüb özündə saxlamışdır. Sonuncu ondan aralaşan kimi bankomatın qarşısında dayanmış göy rəngli, “Hyundai Elantra” markalı, **-CY-*** dövlət nömrə nişanlı avtomaşının qabaq sərnişin tərəfində əyləşib dərhal onun yanından kənarlaşaraq çıxıb getmişdir. O, dərhal baş vermiş hadisə barədə əri X7 mobil telefonla məlumat vermişdir. X20 də dərhal DİN-in “102” Xidmətinə bu barədə müraciət etmişdir. Həmin bank kartından ümumilikdə 650 manat məbləğində pul çıxaramaq istəmişdir. Hadisə baş verən zaman o, ətrafa boylanmışdır ki, ətrafda kimisə görsə köməyə çağırsın, lakin ətrafda heç kim olmadığına görə köməyə çağıra bilməmişdir. Onların yanlarında başqa heç kim olmamışdır. Yalnız həmin şəxsin gəldiyi avtomaşının sürücü hissəsində tanımadığı başqa bir şəxs oturmuşdur. Həmin şəxs bankomatda başqa bank kartının 16 rəqəmli nömrəsini yığanda ona aydın olmuşdur ki, sonuncu başqa bank kartına pul köçürməsi əməliyyatını həyata keçirir. Daha sonra isə 300 AZN yazdıqda sonuncu onun qaynatasına məxsus bank kartından başqa bank kartının hesabına 300 manat məbləğində pul köçürməsini bilmişdir. Həmin şəxs bu prosesləri həyata keçirən zaman o, sonuncuya “nə edirsən” deyib qışqıraraq maneəçilik törətmək istəmişdir, həm də həmin vaxt sıxılmış vəziyyətdə qalmışdır və sonuncunun ona hər hansı bir xəsarət yetirməsindən qorxurmuşdur. Bu səbəbdən də o, sonuncuya maneəçilik törədə bilməmişdir. Sonuncu da başqa bank kartının hesabına 300 manat məbləğində pul köçürməsi etdikdən sonra oradan dərhal çıxıb getmişdir. Qaynatasına məxsus olan bank kartı“1 KART” olduğuna görə həm alış-veriş, həm də həmin kartdan pulu nağdalşdırmaq üçün nəzərdə tutulmuşdur. Lakin kartın hesabında 691 manat məbləğində pul olduğuna görə yalnız həmin məbləğin 300 manatını nağdlaşdırmaq mümkündür. Ola bilsin ki, elə köçürmə əməliyyatında da yalnız 300 manat məbləğində pul köçürmək mümkün olmuşdur. Qeyd etmək istəyir ki, o, bunu qabaqcadan bilmirmiş, ona görə də ilk öncə fikri kartdan 650 manat məbləğində pulu nağdlaşdırmaq istəmişdir. Lakin sonradan ona məlum oldu ki, kartın hesabında 691 manat olduğuna görə 300 manatdan artıq pul nağdlaşdırmaq mümkün deyildir. Həmin şəxs ona yaxınlaşan zaman sonuncunun əlində heçnə olmamış, sonuncu ona hadisə zamanı sözlə təzyiq göstərmişdir. Belə ki, sonuncu ona dəfələrlə təkidlə kartının 4 rəqəmli şifrəsini yığmağını bildirmişdir. Bu səbəbdən də o, köməksiz olduğu üçün ondan çox qorxmuş, sonuncunun dediyini etməsə ona hər hansı bir xəsarət yetirməsindən ehtiyatlanmışdır. Hadisə zamanı həmin şəxs ona fiziki zor tətbiq etməmişdir, lakin ona qarşı gözlərini bərəldərək ona təkidlə şirfəni yığmağını bildirdikdə o, sonuncunun sözlə etdiyi təzyiqdən qorxub məcburiyyət qarşısında qalıb kartın 4 rəqəmli şifrəsini yığmışdır. Çünki həmin vaxt ətrafda da heç kim olmadığına görə o, köməksiz vəziyyətdə qalmışdır. Hadisə zamanı maşında əyləşib gözləyən digər şəxs onların yanlarına yaxınlaşmamış, sonuncu ümumiyyətlə maşından aşağıya düşməmişdir. 300 manat məbləğində pulu digər bank kartına köçürmə edən şəxs avtomaşına əyləşəndə ona məlum olmuşdur ki, avtomaşının sürücü hissəsində başqa bir şəxs əyləşmişdir. Sürücü digər şəxsi avtomaşınla aparıb çıxıb getmişdirlər. Sonuncu ilkin olaraq ondan nə qədər pul çıxaracağını maraqlandıqda o, sonuncuya ilkin olaraq “sənə nə lazımdır, mənə yaxın durma, məsafəni saxla” demişdir, lakin sonuncu ona təkid etdiyinə görə sonuncuya bank kartından 650 manat pul çıxaracağını bildirmişdir. Sonradan da Babəkin onun hesabından öz hesabına 300 manat məbləğində pul köçürməsi etdiyini anlamışdır və bu barədə sonuncuya sual vermişdir. Sonuncu isə ona əhəmiyyət verməyərək öz işini tez bir zamanda davam etdirmişdir və pul köçürməsi əməliyyatını təsdiq edən qəbzi tələsik götürüb getmək istəyərkən ona toxunduğuna görə qəbz sonuncunun əlindən yerə düşmüşdür və o, həmin qəbzi dərhal götürüb özündə saxlamışdır. Babək isə avtomaşına əyləşib dərhal oradan uzaqlaşmışdır. Həmin hesab kartı qaynatasının adına olsa da, faktiki olaraq işlətməsi üçün ona vermişdir. Həmin hesab kartından yalnız o, istifadə edirmiş və 300 manat dəymiş maddi ziyan ona dəymişdir. Halhazırda isə əməl nəticəsində ona dəymiş zərər ödənilmişdir, təqsirındirilən şəxslər barəsində şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxslər barəsində yüngül cəza təyin edilməsini Məhkəmədən xahiş edir. 05.11.2021-ci il tarixli məhkəmə prosesi zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş və proses iştirakçılarının razılığı ilə ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, İ qrup əlildir, rəsmi olaraq heç bir yerdə işləməmiş və təqaüd almışdır. Təxminən 09 dekabr 2020-ci il tarixdə, saat 16:00 radələrində plastik kartından pul çıxarmaq üçün X17 filialına getmişdir. Həmin Bankın qarşısında kiçik boylu, arıq qara saçlı oğlanla tanış olmuş sonuncudan kartından pul çıxarmaqda ona köməklik etməsini demişdir. Ona hazırkı bankomatdan pul çıxarmağın mümkün olmadığını dedikdən sonra onlar birlikdə Sumqayıt şəhəri, Əşya bazarnın yanında olan “Beynaxalq Bank” ATM-na getmişdirlər və orada o, sonuncuya Beynəlxalq banka məxsus plastik kartı verib şifrəsini bildirmiş və sonuncu şəxs kartı terminala saldıqda sonra hesabda pul olmadığını demiş və kartı qaytarmışdır. Daha sonra o, evə qayıtdıqdan sonra bilmişdir ki, həmin şəxs onu aldadıb və o, verdiyi “Beyəlxalq Bank” kartın yerinə digər “Kapital Bank” Sevinc Ağayevanın adına olan plastik kartını vermişdir . Daha sonra, ona müəyyən olunmuşdur ki, Beynaxalq Bank kartın hesabından 860 manat məbləğində pul oğurlanmışdır . Əlavə olaraq qeyd etmişdir ki, sonuncu tanımadığı və adını bilmədiyi şəxsə verdiyi plastik kartların üzərində şifrəsidə yazılmış və sonuncu şəxs şifrəni kartdan görüb terminala daxil etmişdir. Hal-hazırda isə ona dəymiş zərər tam şəkildə ödənilmişdir, təqsirləndirilən şəxslər barəsində heç bir tələb və şikayəti yoxdur. 17.12.2021-ci il tarixli məhkəmə prosesi zamanı şahid qismində dindirilmiş və proses iştirakçılarının razılığı ilə ifadəsi elan edilmiş Şahid4 ifadəsində göstərmişdir ki, heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. 05 avqust 2020-ci il tarixdə o, “Hyundai Elantra” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomaşını alqı-satqı müqaviləsi ilə alıb qardaşı, "xxxx" MMC-nin icarəçisi X12 etibarnamə vasitəsi ilə vermişdir. İşin mahiyyəti üzrə onu demişdir ki, o, tez-tez qardaşı Turacın icarəyə götürüb işlətdiyi "xxxx" MMC-nə getmiş, 04 aprel 2021-ci il tarixdə onlar “Hyundai Elantra” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomaşını müqavilə əsasında X11 idarə etmək üçün vermişdirlər. Həmin müqavilənin şərtlərinə əsasən onlar həmin avtomaşını Coşqun Əliyevə 15 aprel 2021-ci il tarixədək gündəlik olaraq 60 manat məbləğində pul müqabilində idarə etmək üçün vermişdilər. 10 aprel 2021-ci il tarixdən etibarən Coşqun artıq pul ödənişi etməyi dayandırdığına görə onlar avtomaşını axtarmağa başlamışdırlar. 12 aprel 2021-ci il tarixdə onlara məlum olmuşdur ki, avtomaşın Biləcəri st. XPŞ-nin İstintaq və Təhqiqat Qrupunun baş müstəntiqi, polis kapitanı Elnur Salmanovun icraatında olan cinayət işi ilə əlaqədar Biləcəri st. XPŞ-nin həyətində saxlanılmışdır. Bu səbəbdən də onlar Biləcəri st. XPŞ-nə gəlmişdirlər. Sirac adlı şəxsi ümumiyyətlə tanımamış, qeyd etdiyi kimi avtomaşını onlar X11 idarə etmək üçün vermişlər. 26.01.2022-ci il tarixli məhkəmə prosesi zamanı şahid qismində ifadə vermiş Şahid7 Təvəkkül oğlu ifadəsində göstərmişdir ki, o, Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Biləcəri st. X18 Cinayət Axtarış Bölməsinin başəməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər tanımamışdır. 11 aprel 2021-ci il tarixdə saat 13:25-də Azərbaycan Respublikası DİN-in “102” Xidməti – X13 Biləcəri st. XPŞ-nin növbətçi hissəsinə daxil olmuş telefon məlumatından məlum olmuşdur ki, həmin tarixdə saat 10:45 radələrində Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri dəmir yolu stansiyasının inzibati binasının qarşısındakı “Kapital Bank” ATM bankomatından “1KART”ının balansında olan 691 manat pul vəsaitini nağdlaşdırmaq istəyərkən ona yaxınlaşan naməlum şəxs Zərərçəkmiş şəxs1 iradəsinə zidd olaraq sonuncunun bank kartının bankomata daxil edilmiş vəziyyətdə olmasından sui-istifadə edərək Zərərçəkmiş şəxs1 kartın gizli şifrəsini daxil etməsini ondan tələb etdikdən sonra sonuncunun gözü qarşısında sonuncuya məxsus hesabdan 300 manat məbləğində pulu özünə məxsus bank kartına köçürüb açıq talayaraq orada olan digər naməlum şəxsin idarə etdiyi “Hyundai Elantra” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib oradan getmişdirlər. Bu səbəbdən də daxil olmuş telefon məlumatı ilə əlaqədar hadisənin “isti izlərlə” açılması məqsədilə Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə məlumat verilmiş və dərhal Binəqədi RPİ-nin 6-cı PB-nin başəməliyyat müvəkkili, polis mayoru Şahid8la birlikdə tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəxslər 11 aprel 2021-ci il tarixdə saat 17:20 radələrində Abşeron rayonu, Saray qəsəbəsinin ərazisində saxlanılmışdır. Bu zaman avtomobili idarə edən şəxs avtomobildən düşərək oradan qaçmışdır, lakin avtomobildə olan sərnişin və“Hyundai Elantra” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəflərindən saxlanılaraq 6cı PB-nə gətirilərək oradan da Biləcəri st. XPŞ-nə gətirilmişdir. 26.01.2022-ci il tarixli məhkəmə prosesi zamanı şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, 12.05.2021-ci il tarixində Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qəbulu, üzərində gəzdirilməsi, əldə olunmasında vasitəçilik etməsi, eləcədə satması barədə məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan, Sumqayıt ŞPİ-nin CAŞ-nın kiçik inspektorları, polis baş serjantı Şahid2, kiçik inspektor, polis serjantı Şahid3, Sumqayıt ŞPi-nin TŞ-nin baş təhqiqatçısı, polis kapitanı Elsevər Quliyev, kriminalistik təhqiqatlar bölməsinin baş inspektorkriminalisti, polis mayoru Rasim Paşayevdən ibarət əməliyyat qrupu təşkil etmişdirlər və Sumqayıt Regional Vəkillər Bürosunun vəkili X1 iştirakını təmin etmişdirlər. Saat 20:35 radələrində Təqsirləndirilən şəxs2 Sumqayıt şəhəri, 1-ci məhəllə ərazisində yerləşən 12 saylı tam orta məktəbin qarşısında olması barədə təkrar məlumat daxil olmuşdur. Məlumat əsasında əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, 1-ci məhəllə ərazisində olan 12 saylı tam orta məktəbin ərazisinə gəlmişdirlər və orada olan zaman inspektorkriminalist Rasim Paşayev tərəfindən “Panasonik” markalı videokamera işə salınmışdır. Təxminən bir neçə dəqiqədən sonra Təqsirləndirilən şəxs2 gəldiyini görmüşdürlər. Onlar 20:45-də Təqsirləndirilən şəxs2 görüb onu saxlalayaraq, Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, əldə etməkdə vasitəçilik etmə, gəzdirmək və satmaqda şübhəli bilindiyini bildirmişdirlər. Bundan sonra Təqsirləndirilən şəxs2 hüquq və vəzifələrinin izah edilməsi ilə bağlı bildiriş təqdim edilmişdir, həmçinin, Təqsirləndirilən şəxs2 şərait olmadığı üçün PB-nə gedərək orada üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 onlarla birlikdə xidməti avtomobillə Sumqayıt ŞPİ-nə gətirilmişdir. PB-də xidməti otaqların birində videoçəkilişlə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılacağını izah edərək, üzərində olan əşyaları qoyması xahiş olunmuş, Təqsirləndirilən şəxs2 bu zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxlamış olduğu qırmız rəngli üzərində “UNİ LOCK” yazıları lan plastik qutunu və əynində olan şalvarın sol yan cibində saxlamış olduğu qara rəngli, markası olmayan üzərində 200gx0,01 g yazıları olan elektron tərəzini təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 təqdim etdiyi qırmızı rəngli plastik qutu tərəfimizdən açılmışdır və içərisində 06 ədəd qara rəngli siqaret kağızı bükümlərin və 02 ədəd şəffaf rəngli sellofan bükümlərin olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs2 həmin bükümlərin içərisində “Kakos” yəni narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni 11.05.20201-ci il tarixdə Bakı şəhəri, 20 yanvar metrostansiyasının ərazisində 50 manata tanımadığı şəxsdən aldığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş bükümlər elektron tərəzidəçəkildi vəçəkilərinin 0,14 qram, 0,18 qram, 0,24 qram, 0,27 qram, 0,28 qram, 0,30 qram, 0,74 qram, 0,69 qram ümumilikdə 2,01 qram olduğu müəyyən olundu. Bundan sonra aşkar edilmiş kütlələr qablaşdırılmışdır, möhürlənmişdir ə iştirakçılar tərəfindən imzalanmışdır, sonra protokol tərtib okunmuşdur, ucadan oxumuşdur və onlar həmin protokolu imzalarımız ilə təsdiq etmişdirlər. 18.02.2022-ci il tarixli məhkəmə prosesində şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektoru Şahid2 da Şahid1 ilə eyni xüsusatları qeyd edəərək, oxşar məzmunlu ifadə vermişdir. 18.02.2022-ci ci il tarixli məhkəmə prosesində şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs1 təxminən 2 ilə yaxındır ki, tanıyır. Belə ki, o sonuncunu dost-tanışlarının vasitəsi ilə tanımışdır. 2019-cu ilin sentyabr ayında o, “SOCAR” şirkətinin nəzdində olan təlim-tədris məktəbinə daxil olub orada 1 illik təhsil almışdır. O, orada təhsil aldığı müddətdə aylıq olaraq 60 manatdan 100 manata kimi tələbə təqaüdü alırmışdır. Həmin təqaüdü təlim-tədris məktəbindən ona verilmiş 4127 2081 2027 3585 “Beynəlxalq Bank” kartı vasitəsi ilə əldə etmişdir. Həmin bank kartının istifadə müddəti 2020-ci ilin sentyabr ayında bitmişdir. Həmin kartın istifadə müddəti başa çatmasına baxmayaraq o, kartı üzərində saxlamış, 2021-ci ilin təxminən fevral ayında tanışı Təqsirləndirilən şəxs1 ona yaxınlaşıb xahiş etmişdir ki, onda olan bank kartını sonuncuya versin və belə izah etmişdir ki, onlayn “Kasino” oyunları oynadığına görə həmin bank kartından istifadə edəcəkdir. O, Babəkə demişdir ki, ona məxsus olan bank kartının istifadə müddəti 2020-ci ilin sentyabr ayında başa çatmışdır. Lakin Babək hər bir halda bank kartının ona lazım olduğunu və ona verməsini xahiş etmişdir. Bank kartının istifadə müddətinin başa çatmasını və Babəkin ondan xahiş etməsini nəzərə alaraq özünə məxsus olan 4127 2081 2027 3585 “Beynəlxalq Bank” kartı Babəkə vermişdir. Bank kartını Babəkə verən zaman kartın içərisində pul olmamışdır, tanışı Təqsirləndirilən şəxs1 belə bir hərəkət etməsi barədə heç bir məlumatı yoxdur və bu barədə qabaqcadan da məlumatı olmamışdır. Məhkəmə prosesində proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində verdiyi ifadəsi elan olunmuş Şahid6 ifadəsində göstərmişdir ki, hal-hazırda özü heç bir yerdə işləmir, xəstəliyi ilə əlaqədar İİ qrup əlildir. Onun xəstəliyi ilə əlaqədar olaraq çox vaxtlarda evdən bayıra çıxmağa səhhəti imkan vermirmiş. Buna görə də ona məxsus olan 4169 7332 2433 0881 nömrəli “1 KART” Kapital Bank kartını gəlini Zərərçəkmiş şəxs1 vermişdir ki, həmin kartı sonuncunun özü istifadə etsin. Qeyd etmək istəmişdir ki, 11 aprel 2021-ci il tarixdə baş vermiş hadisə nəticəsində 300 manat məbləğində maddi ziyan on deyil, gəlini Zərərçəkmiş şəxs1 dəymişdir. Çünki 4169 7332 2433 0881 nömrəli “1 KART” Kapital Bank kartı onun adıma olsa da, onun istəyi ilə gəlini Zərərçəkmiş şəxs1 istifadəsindədir. Xahiş etmişdir ki, istintaq prosesində gəlini Zərərçəkmiş şəxs1 zərər çəkmiş şəxs kimi tanısınlar. İfadədə verilən suallara cavab olaraq, ona məxsus olan 4169 7332 2433 0881 nömrəli “1 KART” Kapital Bank kartı alındığı gündən bəri, yəni 2021-ci ilin mart ayından bəri gəlini Zərərçəkmiş şəxs1 istifadəsində olduğunu bildirmişdir. Məhkəmə prosesində proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində verdiyi ifadəsi elan olunmuş Şahid8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2əvvəllər tanımamışdır. Sonuncu şəxslərlə hər hansı bir münasibəti, düşmənçiliyi, ədavəti və söz-söhbəti olmamışdır. 11 aprel 2021ci il tarixdə saat 1325-də Azərbaycan Respublikası DİN-in “102” Xidməti – X13 Biləcəri st. XPŞ-nin növbətçi hissəsinə daxil olmuş telefon məlumatından məlum olmuşdur ki, həmin tarixdə saat 10:45 radələrində Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri dəmir yolu stansiyasının inzibati binasının qarşısındakı “Kapital Bank” ATM bankomatından “1KART”ının balansında olan 691 manat pul vəsaitini nağdlaşdırmaq istəyərkən ona yaxınlaşan naməlum şəxs Zərərçəkmiş şəxs1 iradəsinə zidd olaraq sonuncunun bank kartının bankomata daxil edilmiş vəziyyətdə olmasından sui-istifadə edərək Zərərçəkmiş şəxs1 kartın gizli şifrəsini daxil etməsini ondan tələb etdikdən sonra sonuncunun gözü qarşısında sonuncuya məxsus hesabdan 300 manat məbləğində pulu özünə məxsus bank kartına köçürüb açıq talayaraq orada olan digər naməlum şəxsin idarə etdiyi “Hyundai Elantra” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobiləəyləşib oradan getmişdirlər. Bu səbəbdən də daxil olmuş telefon məlumatı iləəlaqədar hadisənin “isti izlərlə” açılması məqsədilə Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə məlumat verilmiş və dərhal Binəqədi RPİ-nin 6-cı PB-nin başəməliyyat müvəkkili, polis mayoru Şahid8la birlikdə tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəxslər 11 aprel 2021-ci il tarixdə saat 1720 radələrində Abşeron rayonu, Saray qəsəbəsinin ərazisində saxlanılmışdır. Bu zaman avtomobili idarə edən şəxs avtomobildən düşərək oradan qaçmışdır, lakin avtomobildə olan sərnişin və“Hyundai Elantra” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəflərindən saxlanılaraq 6-cı PB-nə gətirilərək oradan da Biləcəri st. XPŞ-nə gətirilmişdir. Məhkəmə prosesində proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində verdiyi ifadəsi elan olunmuş Şahid3 Binaymin oğlu ifadəsində göstərmişdir ki, 12.05.2021-ci il tarixində Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 12/21, mənzil 33-də qeydiyyatda olan və yaşayan, əvvəllər məhkum olunmamışdır, xx.xx.1989-cu il təvəllüdlüTəqsirləndirilən şəxs2 narkotik vasitələrin qəbulu, üzərində gəzdirilməsi, əldə olunmasında vasitəçilik etməsi, eləcədə satması barədə məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan, Sumqayıt ŞPİ-nin CAŞ-nın kiçik inspektorları, polis baş serjantı Şahid2, kiçik inspektor, polis serjantı Şahid3, Sumqayıt ŞPi-nin TŞ-nin baş təhqiqatçısı, polis kapitanı Elsevər Quliyevdən, kriminalistik təhqiqatlar bölməsinin baş inspektor-kriminalisti, polis mayoru Rasim Paşayevdən ibarət əməliyyat qrupu təşkil etmişdirlər və Sumqayıt Regional Vəkillər Bürosunun vəkili X1 iştirakını təmin etmişdirlər. Saat 20:35 radələrində Təqsirləndirilən şəxs2 Sumqayıt şəhəri, 1-ci məhəllə ərazisində yerləşən 12 saylı tam orta məktəbin qarşısında olması barədə təkrar məlumat daxil olmuşdur. Məlumat əsasında əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, 1-ci məhəllə ərazisində olan 12 saylı tam orta məktəbin ərazisinə gəlmişdirlər və orada olan zaman inspektor-kriminalist Rasim Paşayev tərəfindən “Panasonik” markalı videokamera işə salınmışdır. Təxminən bir neçə dəqiqədən sonra Təqsirləndirilən şəxs2 gəldiyini görmüşdürlər. Onlar 20:45-də Təqsirləndirilən şəxs2 görüb onu saxladıq vəözümüzü təqdim etdikdən sonra ondan özünü təqdim etməsini xahiş etmişdirlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs2 olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, əldə etməkdə vasitəçilik etmə, gəzdirmək və satmaqda şübhəli bilindiyini bildirmişdirlər. Bundan sonra Təqsirləndirilən şəxs2 hüquq və vəzifələrinin izah edilməsi ilə bağlı bildiriş təqdim edilmişdir, həmçinin, Təqsirləndirilən şəxs2 şərait olmadığı üçün PB-nə gedərək orada üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 onlarla birlikdə xidməti avtomobillə Sumqayıt ŞPİ-nə gətirilmişdir. PB-də xidməti otaqların birində videoçəkilişlə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılacağını izah edərək ondan videoçəkilişlə üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşmuşdurlar. Təqsirləndirilən şəxs2 heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkiliş davam etməkləüzərində olan əşyaları qoyması xahiş etmişdirlər. Təqsirləndirilən şəxs2 bu zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxlamış olduğu qırmız rəngli üzərində “UNİ LOCK” yazıları lan plastik qutunu və əynində olan şalvarın sol yan cibində saxlamış olduğu qara rəngli, markası olmayan üzərində 200gx0,01 g yazıları olan elektron tərəzini təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 təqdim etdiyi qırmızı rəngli plastik qutu tərəfimizdən açılmışdır və içərisində 06 ədəd qara rəngli siqaret kağızı bükümlərin və 02 ədəd şəffaf rəngli sellofan bükümlərin olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs2 həmin bükümlərin içərisində “Kakos” yəni narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni 11.05.20201-ci il tarixdə Bakışəhəri, 20 yanvar metrostansiyasının ərazisində 50 manata tanımadığı şəxsdən aldığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş bükümlər elektron tərəzidəçəkildi vəçəkilərinin 0,14 qram, 0,18 qram, 0,24 qram, 0,27 qram, 0,28 qram, 0,30 qram, 0,74 qram, 0,69 qram ümumilikdə 2,01 qram olduğu müəyyən olundu. Bundan sonra aşkar edilmiş kütlələr qablaşdırılmışdır, möhürlənmişdir ə iştirakçılar tərəfindən imzalanmışdır, sonra protokol tərtib okunmuşdur, ucadan oxumuşdur və onlar həmin protokolu imzalarımız ilə təsdiq etmişdirlər. İş materiallarında olan Zərərçəkmiş şəxs2 tərəfindən Məhkəməyə təqdim edilmiş 05.11.2021-ci il tarixli ərazidən görünür ki, ona dəymiş zərər ödənilmişdir, təqsirləndirilən şəxslər barəsində şikayət və tələbi yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs1 Arif qızı tərəfindən Məhkəməyə təqdim edilmiş 27.04.2022-ci il tarixli ərazidən görünür ki, ona dəymiş zərər ödənilmişdir, təqsirləndirilən şəxslər barəsində şikayət və tələbi yoxdur. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş məhkəmə-tibbi ekspertizasının 466 saylı, 12.04.2021-ci il tarixi rəyindən görünür ki, vət.Zərərçəkmiş şəxs1 bədən səthində xəsarət aşkar olunmamışdır. Cinayət işi üzrə təyin edilmiş və cinayət işi materiallarına əlavə edilmiş məhkəməballistik ekspertizasının 05 may 2021-ci il tarixli 3/730 saylı rəyindən görünür ki: -Tədqiqata təqdim edilmiş və “1” rəqəmi ilə işarələnmiş bıçaq-kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, ümumi təyinatlı ov bıçağıdır və soyuq silah hesab edilir. -Tədqiqata təqdim edilmiş və “2” rəqəmi ilə işarələnmiş bıçaq-zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsrrüfat-məişət təyinatlı turist bıçağıdır və soyuq silah hesab edilmir. -Tədqiqata təqdim edilmiş və “3” rəqəmi ilə işarələnmiş bıçaq-zavod üdulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Məhkəmə-kimyəvi ekspertizasının 05.12.2021-ci il tarixli, 3/730 saylı rəyi iş üzrə sübut əhəmiyyət kəsb etdiyindən, sübut növü kimi qiymətləndirilmiş və istintaq materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 13.05.2021-ci il tarixli, 6/1908 saylı rəyindən görünür ki, tədqiqata üzərində “Azərbaycan Respubikası Daxili İşlər Nazirliyi Zərflər üçün №124” dairvi möhür əksi olan “Vət. Təqsirləndirilən şəxs2 üzərindən ...” sözləri, soyad və imza qeyd edilmiş bir ədəd kağız paketdə qırmızı rəngli plastik qabın içərisində 8 ədəd kağız və sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,059 qram, 0,044 qram, 0,058 qram, 0,071 qram, 0,069 qram, 0,063 qram, 0,429 qram, 0,402 qram ümumi təmiz çəkisi 1,195 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib kmponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyah İ) daxildir. Bir ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək mümkün olmadı. Cinayət işi materiallarından görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs2 aşkar olunaraq götürülmüş ilkin çəkisi 1,195 qram olan, tədqiqat və istintaq zamanı aparılmış kimyəvi ekspertizalar nəticəsində qalıq, xalis çəkisi 1,035 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınmış və məsul saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın 26 iyul 2021-ci il tarixli, 2467 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, Təqsirləndirilən şəxs2 OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 26.04.2021-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1991-ci ildə Sumqayıt şəhərində doğulmuş Təqsirləndirilən şəxs1 məhkumluğu yoxdur. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 20.05.2021-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1989-cu ildə Sumqayıt şəhərində doğulmuş Təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər Məhkəməsinin 4(060)-215/2021 saylı, 14.05.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir, həbsetmənin əvvəli 12 may 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 4(001)- 343/2021 saylı, 13 aprel 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir, həbsetmənin əvvəli 11 aprel 2021-ci il tarixdən hesablanmışdır. Cinayət işi materiallarında olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 4(001)- 552/2021 saylı, 08 iyun 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 01 ay müddətinə, yəni 11 iyul 2021-ci il tarixədək uzadılmışdır. Cinayət işi materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 4(060)-316/2021 saylı, 10.07.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddəti 11 avqust 2021-ci il tarixədək uzadılmışdır. Cinayət işi materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 4(060)-387/2021 saylı, 07.08.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddəti 02 ay müddətinə, yəni 12 oktyabr 2021-ci il tarixədək uzadılmışdır. Cinayət işi materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 4(060)-388/2021 saylı, 07.08.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 02 ay müddətinə, yəni 11 oktyabr 2021-ci il tarixədək uzadılmışdır. Cinayət işi materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 4(060)-514/2021 saylı, 11.10.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 15 gün müddətinə, yəni 26 oktyabr 2021-ci il tarixədək uzadılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 üçüncü dərəcəli əlilik vardır. Cinayət işi materillarına əlavə edilmiş 3 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə ümsabət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 atası X3 İİ (ikinci) dərəcəli müharibə əlilidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 031046 nömrəli vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 atası X14 müharibə iştirakçısıdır. İş materiallarına əlavə olunmuş 12 may 2021-ci il tarixli şəxsi axtarış keçirilməsi barədə protokoldan görünür ki, 12.05.2021-ci il tarixdə saat 21:55-22:25 radələrində Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilərkən o əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxlamış olduğu qırmızı rəngli üzərində “UNİ LOCK” yazıları olan plastik qutunu v əynində olan şalvarın sol yan cibində saxlamış olduğu qara rəngli markası olmayan üzərində 200gX0,01 g yazıları olan eletron tərəzini təqdim edərək, qəhvəyi rəngli maddənin kakos olduğunu, həmin maddəni 11.05.2021-ci il tarixdə Bakı şəhəri ərazisində 20 Yanvar metrosu ərazisində tanımadığı şəxsdən 50 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” 29.01.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli qərarında göstərilmişdir ki, “Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir necə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 25.02.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qeyd olunan beynəlxalq aktları ratifikasiya etməklə üzərinə öz ərazisi hüdudlarında mülahizəsinə uyğun olaraq “Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın narkotik vasitələrə dair İ Siyahısında göstərilən istənilən narkotik vasitəyə münasibətdə vacib hesab etdiyi xüsusi nəzarət tədbirini görmək öhdəliyini götürmüşdür (“Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın 2-ci maddəsinin 5-ci bəndinin “a”, “b” yarımbəndləri, 4-cü maddəsinin “a” bəndi ). Bu, həmçinin Azərbaycan Respublikasında insan sağlamlığı və rifahı üçün daha böyük təhlükə kəsb edən belə vasitələrin və maddələrin dövriyyəsinin tamamilə qadağan edilməsinə əsaslanmış və digər şəxslərin hüquq və qanuni mənafelərinin müdafiəsinə, ictimai təhlükəsizliyin və əhalinin sağlamlığının təmin olunmasına yönəlmişdir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03.03.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23.07.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Belə olan halda, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-1, 180.2.1 və 180.2.2-ci maddələri ilə , Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 180.2.1, 228.4 və 234.2-ci maddələri ilə düzgün tövsif olunmuş və onlar həmin maddələr ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 ona elan olunmuş AR CM-nin 180.2.1 və 180.2.2-ci maddələri özünü təqsirli bilməməsi özünü müdafiə xarakter daşıyır, məhkəmədə təqsirləndirilən şəxsin törədiyi əməldən peşman olması, özünün ifadəsində göstəridiyi xüsusatlarla yanaşı zərərçəkmiş şəxsin dəqiq və səlist verdiyi ifadəsinin müqahisəli təhlili, hadisədən dərhal sonra zərərçəkmiş şəxsin ərinə etdiyi zəngi, sonuncunun təqsirləndirilən şəxsin arxası ilə hara getdiyini izləməsi və işin sair hallar, Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxsi açıq talayaraq pulu ələ keçirməsini sübuta yetirir. Odur ki, Təqsirləndirilən şəxs1 məhkəmə baxışında zərərçəkmiş şəxs Təranə Daşdıyevananın pulunu ələ keçirilməsində Təqsirləndirilən şəxs2 iştirakının olmamasına və digər təkzib edici xüsusatlara dair göstərdikləri həmin ifadənin Təqsirləndirilən şəxs2 və özünü məsuliyyətdən kənarda qoymaq məqsədi ilə verildiyindən sübüt kimi qiymətləndirilməməli, ibtidai istintaq zamanı həmin xüsusata dair vermiş olduğu ifadəsi və üzləşdirmədə dindirmə istinaq hərəkətində göstərdikləri işin faktiki hallarına uyğun olduğundan ifadənin həmin hissələri sübut kimi qiymətləndirilməlidir. Bundan başqa Təqsirləndirilən şəxs2 da özünü qismən təqsirli bilərək, taksi fəailiyyəti görə Təqsirləndirilən şəxs1 sifarişlərini yerinə yetirdiyi, sonuncunun bankomatın yanında olan şəxsi talamasında xəbərinin olmadığını qeyd etsə də, hadisə yerindən uzaqlaşdıqdan sonra Təqsirləndirilən şəxs1 tərəfindən ona verilmiş kartda pul çıxarılması üçün ona kartı verməsi, pulu məhz onun tərəfindən bankomatdan əldə etməsi, bankomatlarda daimi çəkilişin aparılmasından xəbərdar olduqlarına görə cinayətin izinin itirilməsi məqsədi ilə edildiyini təsdiq edir.Həmçinin, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 hərəkətlərinə dair göstərdikləri də bir daha Təqsirləndirilən şəxs2 soyğunçuluq cinayəti törətməsini sübut edir. Eyni zamanda üzərində aşkar olunmuş narkotik vasitə ilə yanışı eletron tərəzinin ona məxsus olmaması hissəsi ilə bağlı bildirirlir ki, qeyd olunan fakt şəxsi axtarış protokolunda, vəkilin iştirakı ilə videoçəkiliş vasitəsi ilə aparılmış və iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22.06.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02.04.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə Təqsirləndirilən şəxs1 əməlindən səmimi peşman olmasını, cinayət nəticəsində zərərçəkmiş şəxslərə dəymiş zərəri ödəməsini, zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərin onun barəsində şikayət və tələbinin olmamasını, İİİ dərəcəli əlilliyinin olması, atası X2 İ Qarabağ müharibəsi iştirakçısı və İİ qrup müharibə əlili olmasını Azərbaycan Respublikası CM-nin 59.1.12, 59.1.13, və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 oğlunun əməlindən səmimi peşman olmasını, atası X10 İ Qarabağ müharibəsi iştirakçısı olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 oğlunun cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinə əsasən “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan lektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsinə əsasən “soyğunçuluq, yəni özgənin əmlakını açıq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsinə əsasən “soyğunçuluq, yəni özgənin əmlakını açıq talama təkrarən törədildikdə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsinə əsasən “Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla - üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən “Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxslərin etirafedici ifadələrinə, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməllərinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, Təqsirləndirilən şəxs1 onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.3-1, 180.2.1 və 180.2.2-ci maddələri ilə və Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Cinayət Məcəlləsinin 180.2.1, 228.4 və 234.2-ci maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxslər həmin maddələrdə göstərilən cinayət əməllərini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1, 180.2.1 və 180.2.2-ci maddələri ilənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətlərə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” 18.06.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir, cəzasnın əvvəli 11 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 228.4 və 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə olan halda, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir, cəzanın əvvəli 12 may 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər. Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən Maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” Sumqayıt şəhər Polis İdarəsinin saxlanc anbarında maddi sübut kimi saxlanılan qalıq 1,035 qram narkotik vasitə olan heroin və elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş materiallarında olan 05 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyatda alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 65,00 (altmış beş manat) manat Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 74,00 (yetmiş dörd) manat Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1, 180.2.1 və 180.2.2 maddələri ilə Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 14.10.2021-ci il tarixli (iş № 1(060)- 705/2021) qərarını icra edərək, 18.10.2021-ci il tarixli 1303 saylı vəkil Müdafiəçi1 onun vəkili təyin etmişdir. Müdafiəçi1 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 30 (otuz) saat vaxt sərf etmişdir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 228.4 və 234.2-ci maddələri ilə Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 14.10.2021-ci il tarixli (iş № 1(060)-705/2021) qərarını icra edərək 18.10.2021-ci il tarixli 1307 saylı orderə əsasən vəkil Müdafiəçi2 onun vəkili təyin etmişdir. Müdafiəçi2 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 30 (otuz) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 360 (üç yüz altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməlidir. “Kapital Bank 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN **********. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1, 180.2.1 və 180.2.2-ci maddələri ilə təqsirli bilinsin və o, CM-nin 177.2.3-1 maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 180.2.1 və 180.2.2-ci maddələri ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmənin əvvəli 11.04.2021-ci il tarixdən hesablansın və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 228.4 və 234.2-ci maddələri ilə təqsirli bilinsin və o, CM-nin 180.2.1-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 228.4-cü maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.2-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmənin əvvəli 12.05.2021-ci il tarixdən hesablansın və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt şəhər Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 1,035 qram narkotik vasitə olan heroin və eletron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut olan 05 (beş) ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 74,00 (yetmiş dörd) manat Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 65,00 (altmış beş manat) manat Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs1 Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 30 (otuz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 180 (bir yüz səksən) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün: “Kapital Bank 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN **********. Təqsirləndirilən şəxs2 Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 30 (otuz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 180 (bir yüz səksən) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün: “Kapital Bank 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN **********. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: ZAUR HACİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar