Məhkəmə qərarları › İş №1(060)-87/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-87/2025

09.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-87/2025 09.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs, eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs, müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs, eyni zamanda mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, evli, orta təhsilli, işləməyən, məhkumluğu olan, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, X6 küçəsi, ev 4A, mənzil 35 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Seyid Marketin yaxınlığında fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 14 fevral 2024-cü il tarixdə, saat 12:20 radələrində, “B1,B,C1,C kateqoriyalı, BB342097 seriyalı sürücülük vəsiqəsi əsasında, etibarnamə ilə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Toyota prius” markah **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 4- cü hissəsinin tələblərini pozub, yəni hadisə zamanı sürücü yola bitişik ərazidən yola çıxarkən, yolda gedən nəqliyyat vasitələrinə yol verməli olduğu halda bunlara riayət etməyərək və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda heç bir tədbir görməyib yol hərəkəti qaydalarını pozaraq, C.Novruz küçəsi ilə sağ tərəfdən düzünə hərəkətdə olan sürücü Şahid 40 km/saat sürətlə idarə etdiyi, içərisində sərnişin Zərərçəkmiş şəxs olan Hyundai Elantra markah, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxıb həmin avtomobillə toqquşaraq ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs qızma sağ bazu sümüyünün cərrahi boynundan çoxqəlpəli yerdəyişən sınığı kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbən olan sağlamlığa Az Ağır zərərvurmaya aid xəsarətlər yetirərək yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs, eyni zamanda mülki cavabdeh Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, taksi fəaliyyəti ilə məşğul olur. X2 məxsus 2007-ci il istehsalı olan “Toyota Prius” markalı, **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. xx.xx.2024-cü il tarixdə, taksi fəaliyyəti göstərdiyi sözügedən avtomobillə Bakı şəhərindən Sumqayıt şəhərinə müştəri gətirmişdir. Müştərini istədiyi ünvana çatdırdıqdan sonra növbəti sifarişi qəbul etmişdir. Sifariş verən müştərini götürmək üçün saat 12:20 radələrində, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, F.Qayıbov küçəsində, məhəllə arası yoldan baş yola hərəkət edərkən, baş yolda sağ tərəfdən digər avtomobilin hərəkətdə olduğuna diqqət etmədiyi üçün idarə etdiyi avtomobillə sağ istiqamətdən hərəkətdə olan “Hyundai Elantra” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət yoluna çıxdığı üçün toqquşma baş vermişdir. O, dərhal avtomobildən düşüb həmin avtomobilə yaxınlaşaraq, avtomobilin qapılarını açab sürücü və yanında olan qadın sərnişinin avtomobildən enmələrinə köməklik göstərmişdir. Bundan sonar DİN-nin 102 xidmətinə və TTYS-na zəng edərək məlumat vermişdir. Hadisə yerinə gələn TTY həkimləri qadın sərnişinin xəsarət aldığını bildirib həmin şəxsi xəstəxanaya aparmışlar. Sonradan o, hadisə nəticəsində xəsarət alan qadının Zərərçəkmiş şəxs olduğunu öyrənmişdir. Bundan başqa Təqsirləndirilən şəxs hadisənin ehtiyatsızlıq zəminində baş verməsini, zərərçəkmiş şəxslə barışmasını, vurulmuş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspert rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs, eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, “Hyundai Elantra” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobili həyat yoldaşı Şahid texniki şəhadətnamə əsasında idarə edir. xx.xx.2024-cu il tarixdə, saat təxminən 12:20 radələrində o, Gürşadla birlikdə Gürşadın avtomaşını ilə Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi istiqamətində üzü Məscidə doğru düzünə hərəkətdə olduqları vaxt, sol istiqamətdə məhəllə daxili yoldan əks istiqamətə çıxan “Prius” markalı avtomobil anidən onların avtomobilinin qarşısına çıxdığından toqquşma baş vermiş, hadisə zamanı o, müxtəlif bədən xəsarətləri aldığından TTYX-na aparılmışdır. Sonra isə o, MTE-dan keçmişdir. Bundan əlavə məhkəmə iclasında zərərçəkmiş şəxs, eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş zərərin tam həcmdə ödənildiyini, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını, mülki iddiasından imtina etdiyini bildirmiş və Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən Şahid ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat təxminən 12:20 radələrində özünə məxsus “Hyundai Elantra” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində, C.Novruz küçəsində, baş yolda saatda 40 km sürətlə düzünə hərəkət edərkən, sol istiqamətdə məhəllə daxili yoldan baş yola çıxan “Toyota Prius” markalı, **- CZ-*** dövlət qeydiyyat nişanlı avtomobil anidən onun idarə etdiyi sözügedən avtomobilin qabaq sol hissəsinə çırpılmış və zərbənin təsirindən idarə etdiyi avtomobil sağ tərəfə meyillənərək ağaca dəyib dayanmışdır. Hadisə zamanı onun həyat yoldaşı Xatirə avtomobildə qabaq sağ oturacaqda əyləşdiyindən xəsarət almışdır. Bundan sonar onun həyat yoldaşı TTYS-nm avtomobili vasitəsi ilə TTTYX-na aparılmışdır. **-CZ-*** dövlət qeydiyyat nişanlı Toyota Prius markalı avtomobil sol istiqamətdən, məhəllə daxili yoldan anidən onun hərəkət istiqamətinə çıxmış və o, təhlükəni həmin an hiss etmişdir. Cinayət işinin 95-ci vərəqəsində olan 08 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 41-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Sumqayıt Regional Qeydiyyat imtahan və Texniki baxış şöbəsinin xx.xx.2024-cü il tarixli, 3- 13-16- 8/2472 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs məxsus “BC” kateqoriyalı BB342097 nömrəli sürücülük vəsiqəsi mərkəzi informasiya sistemində sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. Cinayət işinin 16-cı vərəqəsində olan xx.xx.2024-cü il tarixli 7E-1871 reyestr nömrəli etibanamədən görünür ki, Toyota prius” markalı **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Təqsirləndirilən şəxs xx.xx.20233-cü il tarixədək həmin avtomobili idarə etmək əsəlahiyyəti vermişdir. Cinayət işinin 33-35-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 xx.xx.2024-cü il tarixli, 374 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: sağ bazu sümüyünün cərrahi boynundan çoxqəlpəli yerdəyişən sınığı. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin Sumqayıt şəhər “Doktor Az” klinikasına müraciət etdiyi vaxtdan az əvvəl olmaqla xx.xx.2024-cü il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni YNH-si zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir. Cinayət işinin 17-ci vərəqəaində olan Sumqayıt şəhər Narkoloji Dispanserindən daxil olmuş 665 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, xx.xx.2024cü il tarixdə, yol-nəqliyyat hadisəsi zamanı Təqsirləndirilən şəxs alkoqol sərxoşluq vəziyyətində olmamış, narkotik qəbulu faktı aşkarlanmamışdır. Cinayət işinin 74-77-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 24 iyun 2024- cü il tarixli, 8/1162 saylı yol nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının rəyindən görünür ki, “Toyota Prius markalı, **-CZ- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin 53-cü vərəqəsində olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 128 (yüz iyirmi səkkiz) manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin 45-46-cı vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş 24 aprel 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs, eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulmuş zərər tam həcmdə ödənilmiş, sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur, mülki iddiasından imtian edir, ona görə də sonuncu barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş edir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspert rəyləri və digər iş materialları ilə onun yol hərəkəti qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır xəsarətin yetirilməsi cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikasının CM-in 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Lakin, Azərbaycan Respublikasının CM-in 263-cü maddəsinin qeyd hissəsinin 2-ci bəndinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməli və o cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeydinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası CPM-in 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Yuxarıda göstərilən qanunvericlik normalarına əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığı və ona dəymiş ziyanı tamamilə ödədiyi üçün onun barəsində cinayət təqibinə xitam verilərək cinayət məsuliyyətindən azad edilməli və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs, eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddiasından imtina etməsi nəzərə alınmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət işinə xitam verməklə yanaşı bu əməlin inzibati məsuliyyətə səbəb olması məsələsi araşdırılmalıdır. Belə ki, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozmuş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Ona görə də məhkəmə hesab edir ki, hazırki halda cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsi üçün Sumqayıt ŞPİ-nin Dövlət Yol Polisi Şöbəsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxsdan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə maddi sübut yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.11, 43 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeydinin 2-ci bəndinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Qəbul edilmiş qərarın surəti Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsi üçün Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə göndərilsin. Zərərçəkmiş şəxs, eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddiasından imtina etməsi nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (Adı: X3, Kodu: 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işlə tanış olduğu və məhkəmədə iştirak etdiyi 22 saata görə 132 (yüz otuz iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya protesti və ya şikayəti verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar