Məhkəmə qərarları › İş №1(060)-871/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-871/2023

06.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-871/2023 06.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Fariz oğlunun iştirakları ilə, Sumqayıt Şəhər Məhkəməsinin binasında xx.xx.1980-cı ildə Abşeron rayonu, Şuraabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, “N” saylı H/H-də mülki işçi işləyən, əvvəllər məhkum olunmamış, Xızı rayonu, Şuraabad qəsəbəsi ünvanında qeydiyyatda olmaqla ünvan 2A, mənzil 2 yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 22:30 radələrində H.Zeynalabdin qəsəbəsi, Ç.Qurbanov küçəsi, ev 17A, mənzil 2 ünvanında birgə yaşadıqları ünvanda Zərərçəkmiş şəxs ilə arasında ailə məişət münasibətləri zəminində baş vermiş mübahisə zamanı sonuncunu qəsdlə döyərək - sol qaş, burun, sol çiyin nahiyyəsinin sıyrıqları, sol bazunun qançırı, sağ əlin İİİ və V barmaq dırnaqlarının sədəfinin tam qopmasıdan ibarət, xx.xx.2023-cü il tarixdə əmələ gələn və dərəcəsinə görə sağ əlin İİİ və V barmaq dırnaqlarının sədəfinin tam qopması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa “YÜNGÜL”, sol qaş, burun, sol çiyin nahiyyəsinin sıyrıqları, sol bazunun qançırı isə həm ümumilikdə, həmdə ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun baldızı, Şahid isə qaynıdır. Onlarla birlikdə yaşayırlar. Qaynı Hacı və baldızı Həmidə təxminən 2-3 aydır onlardan evdən çıxmaqlarını tələb edirlər. Bu səbəbdən tez-tez aralarında mübahisə olur. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat 22:30 radələrində yaşadıqları evdə olan zaman aralarında yenidən mübahisə baş vermişdir. Mübahisə zamanı baldızı Zərərçəkmiş şəxs evdən anasına məxsus əşyaları götürməyini bildirdiyi üçün aralarında mübahisə olmuşdur. Həmidə mübahisə zamanı onun saçını yolmuş, sifətinə, əllərinə əli ilə vurmuş, qaynı Şahid isə başının arxa hissəsini divara vurmuş, yumruqla isə alnına vuraraq ona xəsarət yetirmişlər. Ona görə o bu barədə 102 xidmətinə şikayət etmişdir. Hadisə yaşadıqları evdə baş vermiş, həmin vaxt baldızı Həmidə, qaynı Hacı evdə olmuşdur. Həmin vaxt ailə üzvləri yeni kirayə tutduqları evdə olduqlarından onlar hadisənin şahidi olmamışlar. Əməlindən peşmandır. Hazırda onlar barışmışlar. Zərərçəkmış şəxsin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Odur ki, qeyd olunanların nəzərə alınmasını və barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmışdır və məhkəmədən iş üzrə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, barəsində şikayət etdiyi səxslər X1in həyat yoldaşı Təqsirləndirilən şəxsdır. Belə ki, rəhmətlk valideyinlərindən miras qalmış evdə o, oğlu Cavid Mustafazadə ilə, X1 ailəsi ilə, qardaşı Şahid ailəsi ilə birlikdə yaşayır. X1 1-ci qrup gözdən əllildir. Onun həyat yoldaşı Samirə isə qardaşların və onun arasına girir, heç bir səbəb olmadan evdə tez-tez mübahisə yaradır. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat 23:00 radələrində H.Zeynalabdin qəsəbəsi, Ç.Qurbanov küçəsi, ev 17A, mənzil 2 ünvanında birgə yaşadıqları evdə olan zaman qardaşı Şahid ilə böyük X1in arasında ailə məişət münasibətləri zəminində mübahisə baş vermişdir. Mübahisə böyümüş və Samirə onu günahkar bildiyi üçün o əsəbləşmiş, saçını yolmuş, yaxalaşmışlar. O da ona əl atmış və Samirə əlləri ilə sifətinə, qaşına, sol çiyin nahiyyəsinə xəsarət yetirmiş, saçını yolmuşdur. Ona görə qardaşı Hacı bu barədə 102 xidmətinə məlumat vermiş, sonra o PB-nə ərizə yazmışdır. Hadisə yaşadıqları evdə baş vermiş və həmin vaxt ailə üzvləri həmin hadisənin şahidi olmuşdur. Hazırda onlar barışmışlar. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Odur ki, qeyd olunanların nəzərə alınmasını və cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ona görə də, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin ifadəsi ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 1621 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzrəndə aşkar olunan xəsarətlər - sol qaş, burun, sol çiyin nahiyyəsinin sıyrıqları, sol bazunun qançırı, sağ əlin İİİ və V barmaq dırnaqlarının sədəfinin tam qopmasıdan ibarət, xx.xx.2023-cü il tarixdə əmələ gələn və dərəcəsinə görə sağ əlin İİİ və V barmaq dırnaqlarının sədəfinin tam qopması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa “YÜNGÜL”, sol qaş, burun, sol çiyin nahiyyəsinin sıyrıqları, sol bazunun qançırı isə həm ümumilikdə, həmdə ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. Beləliklə də, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməli tam sübut olunur. İş üzrə toplanmış sübutlar onun təqsirinin sübuta yetirilməsi üçün kifayət edir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-871/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə hazırlıq iclaslarına gəlmədiyi üçün barəsində həbssiz axtarış elan edilmiş və tutulduqda Sumqayıt Şəhər Məhkəməsinə gətirilnəsi qərara alınmışdır. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 2-ci PB-nin xx.xx.2023-cü il tarixli məktubundan və həmin tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saxlanılmış və Sumqayıt Şəhər Məhkəməsinə təhvil verilmişdir. İş materiallarında olan 1 nömrəli Mənzil-İstismar Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 3788 nömrəli, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. İş materiallarında olan “Sumqayıt Tibb Mərkəzi” X2 3 nömrəli şəhər Xəstəxanası tərəfindən verilmiş 218 nömrəli, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt 3 nömrəli şəhər Xəstəxanasının poliklinika şöbəsinin psixiatr kabinetində ambulator və dispanser müşahidəsində yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin tərkib əlamətləri olmadığına görə həmin maddə ilə barəsində cinayət təqibinin başlanılması rədd edilmişdir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də, 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40.2, 40.3, 43.1.2, 321.2.1, 321.2.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Fariz oğlunun Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar