Məhkəmə qərarları › İş №1(060)-875/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-875/2022

24.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-875/2022 24.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Xüsusi ittihamçı X5, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 iştirakları ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittihamçı X5 məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xüsusi ittihamçı X8 ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək ‘Facebook” internet saytında yalan olduğunu bilə-bilə, şərəf və ləyaqətini ləkələyən, nüfuzdan salan məlumatları yaymaqla ona böhtan atdığına görə xx.xx.1976-cı ildə ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan - X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyətinə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittihamçı ifadəsində göstərmişdir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 1996-cı ildən Sumqayıt şəhəri 37 nömrəli tam orta məktəbdə tarix müəlliməsi vəzifəsində işləyir. O, onun barəsində sosial şəbəkədə həqiqətə uyğun olmayan məlumatlar paylaşmışdır. Belə ki, o, “Facebook” sosial şəbəkəsində “Günel Musayeva” adlı istifadəçi adı ilə paylaşım edərək - “Həmkarlar sizin məktəbdə də direktor cədvəli bu cür paylayır?! Cədvəli gizlədir, Pedoqoji sura çağırmır?!”. Daha sonra həmin paylaşımın rəy bölməsində rəy yazaraq “Bu ancaq Sumqayit səhər 37 nomrəli tam orta məktəbdən cıxa bilər. 68 yasi var...məktəbdə cəmi 14 muəllim qalib, 350 az usaq....liki smenli məktəbi nə gunə qoydu.... amma baxan yoxdu ki, bu məktəb niyə bu gundədi?! Hələ deyir ki 70 - 75 yasina kimi burdayam....”, “Bəli dəhsətlidir, muəllimləri ələ salmaq ve bundan zovq almaq....X10 oglu hələ ustəlik əməkdar muəllim adini alib....Gorəsən hansi xidmətinə gorə ona bu adi veriblər?! Bir nazirlikdən baxan yoxmu ki ildən ilə bu məktəbdə usaqlarin sayi niyə azalir?! Region deyir biz onunla bacarmırıq....”. Bu barədə o Sumqayıt şəhər Polis İdarəsinə şikayət etmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, “Günel Musayeva” adlı ilə qeydiyyatdan keçmiş şəxs X2r. Sumqayıt şəhər Polis İdarəsindən ona xüsusi ittiham qaydasında məhkəməyə müraciət etməsi izah olunmuşdur. O, yalan olduğunu bilə-bilə ona böhtan atır, şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi informasiya vasitəsində yayır. Dedikləri heç bir həqiqəti əks etdirmir. Ona görə də, X3 cinayət məsuliyyətinə cəlb olunmalıdır. Müəllimlərin dərs cədvəli ümumi şəkildə tam formada tərtib olunub müəllimlərə verilir. Yəni, X1 “Facebook” sosial şəbəkəsindəki paylaşımı heç bir həqiqəti əks etdirmir və bu açıq-aşkar ona atılmış böhtandır. Bundan əlavə o 1993-cü ildə “Qızıl Qələm” mükafatına, 1995-ci ildə “X7” mükafatına, 2001-ci ildə “Dövlətçilik” milli mükafatına, 2005-ci ildə “İnam Şərəf” müküfatına, 2008-ci ildə “Vətən” müküfatına, 2012-ci ildə “Həsən bəy Zərdabi” mükafatına və medalına, 2013-cü ildə “Əsrin ziyalısı-ilin məktəb direktoru” fəxri diplomuna layiq görülmüşdür. O, 1996-cı ildən 37 nömrəli tam orta məktəbin direktoru vəzifəsində işləyir. 1990-cı ildən 1995-ci ilə kimi Sumqayıt şəhər X4 deputatı, Təhsil Komissiyasının sədr müavini olmuşdur. 2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür, ‘Üç dağ qoynunda yatan Tarovlum” kitabının müəllifidir. Kitab Azərbaycan prezidenti kitabxanasında və milli kitabxanaya Azərbaycan tarixi bölməsinə daxil edilmişdir. 2019-cu ildə “Qabaqcıl təhsil işçisi” döş nişanı və “Əməkdar müəllim” adına layiq görülmüşdür. ‘Facebook” internet saytında yalan olduğunu bilə-bilə, şərəf və ləyaqətimi ləkələyən, nüfuzdan salan məlumatları yaymaqla mənə böhtan atdığına görə xx.xx.1976-cı ildə ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyətinə cəlb edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.2-ci maddəsinə əsasən, xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərərçəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən, xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən, şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən, böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Həmin Məcəllənin 300.1.3-cü maddəsinə əsasən, məhkəmə hazırlıq iclasının keçirilməsi nəticəsində xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar çıxarır. Həmin Məcəllənin 302.1.3-cü maddəsinə əsasən, şikayətin məzmunu Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır. Həmin Məcəllənin 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. İş materiallarından görünür ki, xüsusi ittihamçı şikayətində barəsində şikayət vermiş şəxs tərəfindən həmin hadisənin məhz hansı tarixdə onun tərəfindən törədilməsini və digər dəlilləri təsdiq edən sübutları şikayətdə hansı sənədlərlə, habelə hansı digər dəlillərlə təsdiq edən sübutlar əlavə etməmişdir. Həmçinin xüsusi ittihamçının ərizədə doğulduğu tarix göstərilməmişdir. Buna görə də, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.3 və 302.1.7-ci maddələrinin tələblərini pozulmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittihamçı X5 xüsusi ittiham qaydasında verdiyi şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.3, 302.1.3, 302.2.3 və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittihamçı X5 xüsusi ittiham qaydasında verdiyi şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar