Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-878/2024 30.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1 və onun vəkili Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, X1 X4, X6, X8 və X7 barəsində Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddəsi ilə xüsusi ittiham qaydasında şikayətinə məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 xüsusi ittiham qaydasında şikayətlə X4, X6, X8 və X3 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, 2023-cü ilin sentyabr ayında yaşadığı mənzildə müəyyən təmir işlərini aparmaq istəmişdir. Bu səbəbdən ustalar ilə danışıb razılaşıb onları yaşadığı mənzilə gətirmişdir. Evin çöl hissəsində, yağış sularının axıntısı və havalandırmanın təmin etmək üçün eyvan hissədən vintelyasiya və boru sistemi quraşdırılırdı. Bu işlər gedən zaman qonşuluqda yaşan şəxslərdən Gelxarə və onun qızı Nuranə işə mane olmuş, çox aqressiv hərəkətlər etməyə başlamışdırlar. Onlar onun və ustaların ünvanlarına çox nəlayiq ifadələr işlətmişdirlər. Bununla sakitləşməyən bu iki şəxs aldıqlarını və quraşdırılan avadanlıqları yararsız vəziyyətə salmışdırlar. Bu şəxslərin qanunsuz hərəkətlərindən o, polisə şikayət vermişdir. Polis əməkdaşları müəyyən, nəticəsi ilə razılaşmadığı araşdırma aparmışdırlar. O, bu araşdırmanın nəticələri ilə razı olmadığı üçün müvafiq addımları atmış və atmaqda da davam edir. Amma onun indiki şikayəti Sumqayıt ŞPİ-nin 4-cü PB-sinin 14 dekabr 2023-cü iltarixli “Cinayət işinin başlanmasının rədd olunmasına dair” Qərarı qəbul edilmişdir. Qərarda şikayətçi olduğu şəxslərin ifadələrindən çıxarışlar öz əksini tapmışdır. Bu şəxslər onun guya ki, ruhi xəstə olduğunu, həqiqəti deyil, həqiqəti əks etdirməyən xüsusatlar bildirdiyini göstərmişdirlər. İfadələrdə onun ruhi xəstə, dəli kimi göstərməyə çalışmışdırlar. Bu ifadələr Qərarda öz əksini tapmışdır. Bu ifadələr onun şərəf və ləyaqətinə toxunur. Belə ki, hazırda onun 64 yaşı var. O, 20 il müddətində Sumqayıt şəhərində dövlət orqanlarında müxtəlif yüksək vəzifələrdə işləmişdir. Bildirilən bu ifadələr onun barəsində həqiqətə uyğun olmayan rəy formalaşmasına gətirib çıxardır. Hərəkətlərindən şikayət etdiyi şəxslərin hər biri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmələrinə dair qərar qəbul edilməsini xahiş edir. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 xüsusi ittiham qaydasında şikayətini müdafiə etdi və icraata götürülüb baxılmasını xahiş etdi. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin vəkili xüsusi ittiham qaydasında şikayətin icraata götürülüb məhkəmə baxışına təyin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxslər X4, X6, X8 və X7 məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma — min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 302.1.3, 302.1.6 və 302.2.3-cü maddələrinin mahiyyətindən görünür ki, şikayətin məzmunu Məcəllənin 293.1 - 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda və cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Qanunun tələbinə görə xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli qərarının 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Həmin Qərarın 11-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olubolmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Məhkəmənin hazırlıq iclası zamanı müəyyən edildi ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs tərəfindən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə riayət edilməmişdir. Belə ki, şikayət ərizəsində şikayət verən şəxsin doğulduğu il, məşğuliyyət növü, vəzifəsi, eyni zamanda şikayət ərizəsinin tarixi qeyd olunmamış, şikayətdə X4, X6, X8 və X3 barəsində Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi xahiş edilsə də, onların Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddəsində nəzərdə tutulan əməli törətmələrinə dair dəlillər göstərilməmiş, Azərbaycan Respublikası CM-nin həmin maddələrində nəzərdə tutulan əməllərinin ayrı-ayrılıqda hər birinin konkret hansı sübutlarla təsdiq edilməsi, hansı hərəkətin Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci olması göstərilməmiş, məhkəməyə belə sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 293, 302, 321 və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X1 X4, X6, X8 və X7 barəsində Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddəsi ilə xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Sumqayıt şəhər məhkəməsi vasitəsi ilə Sumqayıt şəhər Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-878/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-878/2024
30.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver