Məhkəmə qərarları › İş №1(060)-879/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-879/2023

30.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-879/2023 30.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Sumqayıt şəhəri 1 sayı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1970-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum edilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 02 (iki) ədəd ağ kağız bükümlərində saxladığı ayrı-ayrılıqda təmiz çəkiləri 0,731 qram və 0,831 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, 25 sentyabr 2023-cü il tarixdə saat 11:20-də Sumqayıt ŞPİ-nin, 2-ci PB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, H.Z.Tagıyev qəsəbəsi, Xətai küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-nin 2-ci PB-nin inzibati binasına gətirilərək üzərində aparılan şəxsi axtarış zamanı 02 (iki) ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkilləri 0,731 qram və 0,831 qram ümumi təmiz çəkisi 1,562 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin əynində olan tünd göy rəngli gödəkçənin sağ iç cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 11:20 radələrində Sumqayıt şəhəri, H.Zeynalabdin Tağıyev qəsəbəsində Xətai küçəsində yaşadığı evin yaxınlığında olarkən 3 nəfər polis əməkdaşı yaxınlaşaraq özlərini təqdim edərək narkotik vasitələri qanunsuz əldə edib üzərində gəzdirmək ilə bağlı şübhəli olduğunu bildirmişlər və bununla bağlı onu Sumqayıt ŞPİ-nin 2-ci PB-nə dəvət etmişlər. O da etraz etməyərək və polis əməkdaşları ilə birlikdə Sumqayıt ŞPİ-nin 2-cü PB-nə gəlmişdir. Bölmənin xidməti otaqlarının birində hüquq və vəzifələri izah edilməklə ona müdafiəçi təqdim edilmişdir. Daha sonra üzərinə şəxsi axtarış keçirilmiş və üzərində qanunla qadağan edilmiş nə varsa tədim etməsi təkli edilmişdir. O da əynimdə olan tünd göy rəngli gödəkçənin və şalvarın cibindən 20 manat, 70 qəpik pulu, 1 ədəd alışqan, bir ədəd cib dəsmalı çıxararaq tədim ettmiş, sonra isə əynində olan gödəkçənin sağ iç cibindən iki ədəd ağ kağıza bükülmüş büklüləri polislərə təqdim etmişdir. Üzərindən aşkar edilən iki kağız büküm açıldığı zaman içərisində qəhvəyi rəngli kütlə aşkar olunmuş, həmin büklünün içərisindən aşkar edilən kütlənin nə olduğu sorğu edildikdə həmin kütlənin maddə narkotik vasitə olan kakos (heroin) olduğunu, öz isdifadəsi üçün iki gün əvvəl Bakı şəhərində 20 Yanvar metrosunun yaxınlığında tanımadığı şəxsdən aldığını bildirmişdir. Üzərindən aşkar edilən pul, alışqan və dəsmal geri qaytarılmış, iki bükümdə olan heroin elektron tərəzidə çəkilmiş, bir bükümdə 0,91 qram, ikinci bükümdə isə 0,83 qram heroin olduğu müəyyən edilmişdir. Həmin narkotik vasitə zərfə qoyulub qablaşdırılaraq, imzalanmışdır. Ondan sonra məhkəmə qərarı ilə evində də axtarış aparılsa da əlavə heç nə aşkar edilməmişdir. Daha sonra özünü təqsirli bilməsini, əməlindən peşman olmasını və ilk dəfə məhkum edilməsini, səhhətində problemlər olmasını nəzərə alaraq yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri, diskdə olan videogörüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri H.Z.Tagıyev qəsəbəsi, Xətai küçəsi, ev 1, mənzil 29-da yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin istifadəsi və üzərində gəzdirməsi barədə Sumqayıt ŞPİ-nin 2-ci PB-nə əməliyyat məlumatı daxil olmuş, daxil olmuş əməliyyat məlumatı rəhbərliyə məruzə olunduqdan sonra, Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa etmək məqsədilə müvafiq əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. xx.xx.2023-ci il tarixdə saat 11:20 radələrində keçirilmiş əməliyyat- axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, H.Z.Tagıyev qəsəbəsi Xətai küçəsi yaşadığı evin yaxınlığında saxlanılmış, ona özlərini təqdim edib onun narkotik vasitə qanunsuz əldə edib üzərində gəzdirməkdə şübhəli olmasını və ona görə birlikdə Sumqayıt ŞPİ-nin 2-ci PB-nə gəlməli olduğu təklif etmişlər. Şəxs etraz etməmiş və onu Sumqayıt ŞPİ-nin 2-ci PB-nə gətirdiklərini bildirmişdir. Sumqayıt ŞPİ-nin 2-cü PB-də xidməti otaqda videoçəkilişlə, polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldığı, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet vardırsa təqdim etməyi təklif edildikdə o, əynində olan tünd göy rəngli gödəlcçənin və şalvarının cibindən 20 manat 70 qəpik pulu, bir ədəd alışqanı, şəxsiyyət vəsiqəsini, bir ədəd cib dəsmalını, masanın üzərinə qoyduğunu və sonrada əynində olan göy rəngli gödəkçənin sag iç cibində saxladığı iki büküm ağ kağızda olan büklülləri masanın üzərinə qoymaqla təqdim etdiyini göstərmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi ağ kağız bükümləri açıldıqda içərisinə qəhvəyi rəngli maddə olduğu aşkar edilmiş və ondan həmin kütlənin nə olduğunu soruşduqda o, həmin kütlənin narkotik vasitə “Kakos” (heroin) olduğu və özü qəbul etmək üçün iki gün qabaq Bakı şəhərində 20 Yanvar metrosunun yaxınlığında tanımadığı şəxsdən 20 manata özü qəbul etmək üçün alıb və istifadəsi üçün üzərində saxlamışdır. Üzərində şəxsi axtarş davam etdirilmişvə iş üçün əhmiyyət kəsb edən digər əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş, bir büklüdə 0,91 qram, ikinci büklüdə 0,83 qram heroinə bənzər kütlə olduğu müəyyən edildiyini bildirmişdir. Həmin narkotik vasitə heroinə bənzər kütlə təhqiqatçı tərəfindən zərfə qoyularaq Azərbaycan Respublikası DİN-nin 126 saylı möhürü ilə möhürlənmişdir. Baxış zamanı heç bir vəsatət və şikayət daxil olmamamışdır. Sonradan əməliyyat axtarış tədbirləri davam etdirildiyi və onun yaşadığı evə və evin zirzəmisinə məhkəmənin qərarı əsasında axtarış aparılmış, lakin onun yaşadığı mənzildən və ya zirzəmidən qanunla qadağan edilmiş hər hansı əşya aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 2-ci PB-nin kiçik inspektoru Şahid3 ondan öncə məhkəmə iclasında ifadə vermiş Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə verərək göstərmişdir ki, həqiqətən də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman o, əynindəki tünd göy rəngli gödəkçənin sağ iç cibindən 02 (iki) ədəd kağız bükümü çıxararaq təqdim etmiş və bükümün içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində ifadə vermiş, məhkəmə iclasında iştiak etməyən şahid Sumqayıt ŞPİ-nin 2-ci PB-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid2 ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid1 ilə oxşar, eyni məzmunlu ifadə verərək göstərmişdir ki, həqiqətən də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman o, əynindəki tünd göy rəngli gödəkçənin sağ iç cibindən 02 (iki) ədəd kağız bükümü çıxararaq təqdim etmiş və bükümün içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Cinayət işinin 16-cı vərəqəsində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 66-67-ci vərəqələrində olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 41-44-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 sentyabr 2023-cü il tarixli, 3-16-16/2-6/5050 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində:”saxlanılmış şəxs “imza” Təqsirləndirilən şəxs o.” və digər ad, soyad, imzalar qeyd edilmiş bir ədəd zərfdəki 02 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,731 qram və 0,831 qram, ümumitəmiz çəkisi 1,562 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmin 02 ədəd bükümdə olan heroinlər öz aralarında xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidir. Qeyd: Heroinin təmiz çəkisi 1,562 qram olmuş, tədqiqata 0,060 qram sərf edilmiş, 1,502 qram qalıq qalmışdır. Cinayət işinin 42-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 89 (səksən doqquz) manat müəyyən edilmişdir. Cinayət işinin 74-cü vərəqəsində olan xx.xx.2023-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalmış 1,502 qram çəkidə narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin 91-96-cı vərəqələrində olan xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə keçirilməsi barədə görüntüləri özündə əks etdirən 01 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin 106-107-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X3 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 6153 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorlarm birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 90-cı vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin 77-ci vərəqəsinə əlavə edilmiş diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, diskdə iki qovluğun olduğu müəyyən edilir. Birinci qovluq açıldıqda görünür ki, 03 (üç) nəfər şəxsin mülki geyimdə 03 (üç) nəfər polis geyim formasında olan polis əməkdaşı vardır. Sumqayıt ŞPİ-nin 2-ci PB-nin TŞ-nin təhqiqatçısı Ülvü Əliyev orada olan Təqsirləndirilən şəxs onun müdafiəçisi Əbülfəz Bünyatovun iştirakı ilə bildirir ki, “sən narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsində şübhəli olduğundan saxlanılmısan”. Həmçinin digər 02 (iki) nəfər polis formasında olan və bir mülki geyimdə olan polis nəfəri özlərini təqdim edir. Sonra saxlanılmış şəxsə özünü təqdim etməsi təklif edildikdə o, Təqsirləndirilən şəxs olduğunu bildirir, daha sonra təhqiqatçı tərəfindən saxlanılmış şəxsin hüquq və mənafelərinin müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Əbülfəz Bünyatov saxlanılan şəxsə təqdim edilir, həmçinin Təqsirləndirilən şəxs hüquq və vəzifələrin izah edilməsi haqqında bildirş verilir. Bundan sonra saxlanılmış şəxsə üzərində video çəkilişlə şəxsi axtarış aparılacağı barədə məlumat verilir və saxlanılmış şəxsə üzərində qanunla saxlanılması və daşınması qadağan olunmuş əşyaları təqdim etməsi təklif edilir. Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli gödəkçənin və əynində olan şalvarın ciblərindən 20 manat 70 qəpik pul, bir ədəd alışqan, bir ədəd cib dəsmalı və bir ədəd şəxsiyyət vəsiqəsini təqdim edir. Sonra isə əynində olan tünd göy rəngli gödəkçənin sag iç çibində saxladığı iki ağ rəngli kağız bükümlərini təqdim edir. Sonra üzərində şəxsi axtarış davam etdirilir və digər əşya aşkar edilmir. Təqdim edilmiş iki ədəd ağ kağız bükümlər açılır içərisində qəhvəyi rəngli maddə aşkar olunur. Həmin vaxt Təqsirləndirilən şəxs həmin kütlənin nə olduğu soruşulduqda o, bildirir ki, narkotik vasitə “kakos”dur özü qəbul etmək üçün iki gün əvvəl Bakı şəhərində 20 Yanvar metrosunun yaxınlığında tanımadığı şəxsdən alıb və öz istifadəsi üçün üzərində saxlamışdır. X9 zərfi hazırlayır, zərfin üzərində iştirak edən şəxslər barəsində qeydlər edir və orada olan Təqsirləndirilən şəxs imza üçün təqdim edir. Sonra polis əməkdaşları ilə müdafiəçi zərfin üzərinə imza edirlər, ondan sonra iki bükümdə kütlə zərfə qoyularaq xüsusi qaydada qablaşdırılır, ağzı bağlanır və Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün Azərbaycan Respublikasının DİN-nin 126 saylı möhürü ilə möhürlənir. Diskdə olan ikinci qovluğu açdıqda görünür ki, əməliyyat axtarış tədbirlərinin davamı kimi yuxarıda göstərilən şəxslərin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı ünvan 2ünvanına gəlirlər. Orada video görüntü ilə Rövşən Meylanovun iştirakı ilə məhkəmənin qərarı əsasında mənzildə axtarış tədbirləri davam etdirilir. Polis əməkdaşları, müdafiəçinin və Təqsirləndirilən şəxs iştirakı ilə həmin mənzilin qapısı döyülür, mənzilin qapısını bir nəfər orta yaşlı saqqalı kişi cinsindən olan şəxs açır və o, özünü Təqsirləndirilən şəxs oğlnun qardaşı X2 təqdim edir. Polis əməkdaşları gəlmə səbəbini izah edir. Məhkəmənin qərarı ilə evdə axtarış aparılacağı bildirir və mənzilə daxil olurlar. Təhqiqatçı tərəfdən mənzildə olan divan, soyuducu, dolab, pəncərənin qarşısında olan əşyaları, telvizorun altında olan dolaba, servantın içərisində olan əşyalar, yataq dəstinin araları tam yoxlanılmaqla axtarış aparılr. Lakin, axtarış zamanı qanunla qadağan edilmiş hər hansı əşya aşkar edilmir. Ona görədə video görüntü dayandırılır. Cinayət işinin 85-ci vərəqəsində olan Sumqayıt şəhər 21 saylı MKİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, diskdə olan videogörüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə etmə, saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, əməlindən peşman olmasını, ilk dəfə məhkum edilməsini və barəsində verilmiş müsbət xasiyyətnaməni cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onunbarəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25 sentyabr 2023-cü il tarixdən 27 sentyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı hazırki hökmün qəbul edildiyi tarixdən, yəni 30 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməli, o məhkəmə iclas zalından həbsə alınmalı, saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X3 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 6153 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 1,502 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25 sentyabr 2023-cü il tarixdən 27 sentyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 30 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin o, məhkəmə iclas zalından həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilsin Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 1,502 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 12 saata görə 72 (yetmiş iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar